AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə48/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   ...   41   42   43   44   45   46   47   48   49

ZƏİF HƏDİSLƏR 

çox ravinin olmadığı “Müdəl” hədislər
3. Rəvayətçilər silsiləsinin başlanğıcı bil-
inməyən “Müəlləq” hədislər; 
4. Rəvayətçilərindən birinin nüfuzlu ol-
madığı “Məhcül” hədislər; 
5. Mətnlərində və ya ravi silsilələrində
bir-birindən fərqlənən xüsusiyyətlər olan
“Məqlub” hədislər; 
6. Rəvayətçilər silsiləsində Məhəmməd
peyğəmbərin söylədiklərini eşidən səhabənin
olmadığı “Məqtu” hədislər; 
7. Rəvayətçilər silsiləsində birinci rə-
vayətçinin olmadığı “Müdəlləs” hədislər; 
8. Rəvayətçilərinin müxtəlif variantlarda
söylədikləri “Müdtərib” hədislər; 
9. Adı və ünvanı bilinməyən rəvayətçinin
olduğu “Münkəti” hədislər; 
10. Hər hansı bir adı bilinməyən tabiun-
dan söylənilmiş “Mürsəl” hədislər; 
11. Etibarlı rəvayətçilərdən ötürülən,
ancaq məna baxımından başqa hədislərdən
fərqlənən “Şəz” hədislər.
ZƏKAT –  Allah qarşısında savab
qazanmaq niyyəti ilə varlı müsəlmanın bir
il ərzində toplanan sərvətinin müəyyən bir
hissəsinin yoxsullara bağışlamasıdır. Zəkat
İslamın əsas  şərtlərindən biridir. İslam
fiqhinə əsasən onun verilməsi vacibdir.
Zəkatın tarixi hicrətin ikinci ilindən başlayır.
Quranda zəkatın verilməsi çox vaxt namazla
birlikdə qeyd edilir (2: 43). Birinci xəlifə
Əbu Bəkrin dövründə zəkatı verməkdən
yayınan ərəb qəbilələri İslam dinindən
çıxmış elan olunmuş, onlara qarşı şiddətli
savaşlar aparılmışdır. Çünki, o dövrdə zəkat-
dan yığılan sərvət beytül-malın böyük
hissəsini təşkil edirdi. İlahiyyatçılara görə
zəkat malla edilən ibadətdir. Bu ibadətin
sayəsində müsəlmanın dünyaya və dünya
malına bağlılığı zəifləyir və o, Allah rızasını
qazanmaq üçün malını kasıb müsəlmanlarla
paylaşır. Zəkatı yalnız azad, yetkinlik yaşına
çatmış varlı müsəlmanlar ildə bir dəfə onlara
məxsus sərvətdən verməlidirlər. Varlılığın
həddi də nisab adlanaraq müəyyən-
ləşdirilmişdir. Ancaq, bu hədd məzhəblər
üzrə fərqlidir. Bir çox ilahiyyatçılar hesab
edir ki, nisab həddi 80,18 qram qızıla və ya
561,2 qram gümüşə bərabərdir. Bu ölçüdən
çox yığılan sərvətin 2,5% zəkat üçün ver-
ilməlidir. Bəzi məzhəblərdə zəkat bəzək üçün
istifadə olunan müxtəlif qızıl və gümüşdən
hazırlanmış zinət əşyalardan da olmalıdır.
Bəzi məzhəblərdə isə qadın və ya kişilərin
bəzək əşyası kimi istifadə etdikləri qiymətli
əşyalarından zəkat verilmir. 
Şəriət qanunları ilə idarə olunan ölkələrdə
zəkatın toplanılması dövlət qurumları
tərəfindən yerinə yetirilir. Dünyəvi ölkələrdə
isə hər bir müsəlman fərdi şəkildə zəkatı
yoxsul müsəlmanlara və ya vəqflərə vermə-
lidirlər.
ZƏKƏRİYYƏ –  İsrail peyğəmbər-
lərindən biri olmuşdur. Zəkəriyyə peyğəm-
bərin soyu  Süleyman peyğəmbərə qədər
yüksəlir. Rəvayətlərə görə Zəkəriyyə Mu-
sanın şəriəti ilə dini hökmlər vermiş, xalqı
Tövratın qanunlarına tabe olmağa çağır-
mışdır. Ancaq, israillilərin çoxu onun
peyğəmbərliyini tanımamışdırlar. O, abid
həyatı sürmüş, gecə-gündüz Qüds
məbədində  Allaha ibadət etmişdir. İsa
peyğəmbərin anası Məryəmin (I) tərbiyəsi də
Zəkəriyyəyə tapşırılmışdır. Zəkəriyyə ona
Tövratı öyrətmişdir. Bundan sonra Məryəm
möcüzələrlə qarşı-qarşıya gəlmişdir (Quran,
3: 38). Daha sonra Zəkəriyyənin Yəhya adlı
bir oğlu dünyaya gəlmişdir. O da, İsrail
peyğəmbərlərindən biri olmuşdur. Rə-
vayətlərə görə Zəkəriyyə peyğəmbər
Hələbdə vəfat etmiş, orada da dəfn olunmuş-
dur.
ZƏQQUM – cəhənnəm ağacıdırQuran
ayələrinə görə onun meyvələri acıdır və
cəhənnəm əhli ondan dadacaqdır (44: 43-46;
56: 51-55). 
282
ZƏKAT

ZƏLLƏ 
– 
peyğəmbərlərinin
düşüncələrində ola bilən kiçik günah və
yanlışlıqlar belə adlanır. İslama görə
peyğəmbərlər düşünülmüş  günahlar etmə-
zlər. Bu səbəbdən də, onlar məsumdurlar.
Kiçik günahlara gəldikdə isə hər bir insan
yanlışlıq edə bilər. Peyğəmbərlərdə isə yan-
lışlıqları əməldə deyil, yalnız düşüncələrində
ola bilərdi. Allah isə bu yanlışlıqları vəhylər-
lərə düzəltmiş və düşüncələrindən silmişdir.
ZƏMƏXŞƏRİ MAHMUD (467/1075 –
538/1143) – təfsirçi, fəqih və kəlam alimi ol-
muşdur. O, Xarəzmin Zəməxşər mən-
təqəsində Səlcuq sultanı Malik şahın
dövründə yoxsul türk ailəsində doğulmuşdur.
Ancaq, onun fars əsilli olduğunu qeyd edən-
lərdə olmuşdur. Mahmud gənc yaşlarında
atın belindən yıxılaraq ağır zədə almış və
ayağını itirmişdir. 
O, ilk təhsilini atasından almışdır. Daha
sonra elmlərə böyük maraq göstərmiş, Orta
Asiyanın  elm və mədəniyyət mərkəzi olan
Buxara şəhərində təhsilini davam etdirmişdir.
Burada  fiqhi, hədisləri, təfsiri, kəlamı (I),
məntiqi, fəlsəfəni və ərəb dilini yaxşı öyrən-
mişdir. Hətta o, bir müddət siyasi baxışlarına
görə təqib belə olunmuşdur. O Məkkə,
Yəmən, Ərəbistanın başqa yerlərinə səyahət
etmişdir. Bir müddət Məkkədə yaşamışdır.
Burada o, bir çox kitablarını, o cümlədən onu
dünyada tanıdan Quran təfsirini yazmışdır.
Məkkədə tanındıqdan sonra o, Xarəzmə alim
kimi qayıtmış, həyatının sonuna qədər bu-
rada yaşamışdır. 
Mahmud Zəməxşəri əqidədə mütəzili,
fiqhdə isə hənəfi məzhəbinin ardıcılı olmuş-
dur. Mütəzili olduğuna görə sünni ilahiyy-
atçıların tənqidinə məruz qalmışdır. Buna
görə də, Səlcuq sultanları onun dərin biliyə
sahib olmasına baxmayaraq onu dəstək-
ləməmişdirlər. Ancaq o da, ona qarşı yönələn
tənqidləri cavabsız qoymamış, sünni alimləri
ilə elmi mübahisələr aparmışdır. O dövrün
bir çox tanınmış alimləri Zəməxşərinin
tələbələri olmuşdurlar. O, ərəb dilinin qra-
matikasının ən mahir bilicisi olmuş, hətta o,
bu sahədə əsərlər belə yazmışdır. Bundan
başqa o, hədis elmi üzrə də kitabların müəl-
lifidir. Ancaq, Mahmud Zəməxşərinin ən
məşhur kitabı onun mütəzililik mövqeyindən
yazılmış “Kəşşaf” adlanan Quranın təfsiri ol-
muşdur. Buna görə də, onun bu kitabını sünni
ilahiyyatçılar tənqid etmiş, onu təkzib etmək
üçün çoxlu əsərlər yazmışdırlar. 
ZƏMZƏM  –  Məkkədə Məscidül-
Haramda yerləşən su mənbəyidir. Rə-
vayətlərə görə susuzluqdan əziyyət çəkən
İbrahim peyğəmbərin ikinci həyat yoldaşı
Həcər burada Səfa və Mərva təpələri
arasında su axtarmış, o zaman Cəbrail mələk
onun köməyinə yetişmiş və dabanı (ya da
qanadı) ilə yerə vurmuş və oradan Zəmzəm
suyu qaynayaraq axmağa başlamışdır.
ZINDIQ –  özlərini müsəlman kimi
göstərib, ancaq qəlblərində İslamı qəbul et-
məyən insanlar belə adlanırlar. Ehtimala
görə bu söz zərdüştlülərin müqəddəs kitabı
olan “Zənd”dən əmələ gəlmişdir. Fiqhdə
daha çox münafiq sözünə yaxın mənada isti-
fadə edilir. Buna görə bir çox nüfuzlu müsəl-
man ilahiyyatçılarına görə zındıqlığı sübuta
yetirilən insan ölümə məhkum olunmalıdır.
Ancaq, belə insanlar səmimi tövbə edərlərsə,
Allah onun tövbəsini qəbul edir. Tövbə etmiş
zındığı ölümə məhkum etmək olmaz.
İlahiyyatçıların əksəriyyəti hesab edir ki,
tövbə etməmiş zındıqlar cəhənnəm odunda
sonsuzluğa qədər yanacaqlar. Buna dair
Quranın 3: 116 ayəsini dəlil kimi gətirirlər. 
283
ZINDIQ 

ZİHAR
–  ərin arvadını anasına,
bacısına və digər evlənməsi haram edilən
qadınlara bənzətməsidir. Belə olduqda ər
həyat yoldaşı ilə evlənməsi qadağan olan
qadınlarla davrandığı kimi davranır, onunla
cinsi yaxınlıq etmir. Bu adət islamöncəsi
dövrlərdə ərəblərdə çox geniş yayılmışdır.
Zihara and içən kimi ər-arvad münasibətləri
bitirdi.  Məhəmməd peyğəmbərin dövründə
də zihar olmuşdur və bu adət Quranda (58:
1-4) qınanılır və bəyənilmir. Buna görə də,
İslamda zihar etmək olmaz. Bunu edən kişi
böyük  günah işləyir. Ancaq belə bir şey
olarsa, onda zihar edənə onun həyat yoldaşı
haram olur. Onunla yenidən ər-arvad müna-
sibətlərni davam etmək üçün kişi gərək kəf-
farə versin. Ziharın kəffarəsi bir kölənin azad
edilməsidir. Zihar edənin köləsi olmazsa o
zaman o, iki ay oruc tutmalıdır. Əgər buna
da gücü çatmazsa, onda yoxsul bir müsəl-
manı altmış gün səhər və axşam yedirtmə-
lidir.
ZİKR –  Allahı yada salmaq, Onu an-
maqdır. Bu söz Quran və hədislərdə Allahı
anmaq və namaz
qılmaq anlamında
işlədilmişdir. Sufilikdə zikr insana hər zaman
Allahın varlığını yada salır və tərbiyələndirir.
Müxtəlif sufi təriqətlərində zikr uca səslə
(cəhri) və ya pıçıltı ilə (hafi) edilir. Sufilərin
rəvayətlərinə görə uca səslə deyilən zikrlərin
ənənəsi  Əli ibn Əbu Talibdən, pıçıltı ilə
edilən zikrlərin ənənəsi isə Əbu Bəkrdən
gəlir. Zikrləri hər bir müsəlman təklikdə və
ya camaatla edə bilər.
ZİMMİLƏR 
– 
İslam dövlətində
yaşayan və İslam qanunu ilə qorunan digər
dinlərin mənsublarıdırlar. Zimmilər öz din-
lərində qala bilərdilər və İslamı qəbul etməyə
məcbur edilmirdilər. Bunun qarşılığında
onlar cizyə adlanan vergini ödəməli idilər.
İlahiyyatçıların bir çoxu zimmilər kimi əhli-
kitabdan  olan xristian və yəhudiləri hesab
edirlər (Quran 9: 29). Bəzi İslam alimləri
zərdüştiləri də Əhli-Kitab hesab etmişdirlər.
Bir çox tanınmış müsəlman ilahiyyatçıları
hesab edirlər ki, bütpərəst ərəblər zimmi ola
bilməz və onlardan cizyə alınmamalıdır. On-
lara görə Ərəbistan yarımadasının ərəblər
yalnız İslamı qəbul etməli idilər. Buna dair
Quranın 48: 16 ayəsini dəlil kimi gətirirlər.
Daha bir qrup ilahiyyatçılar hesab edirlər ki,
bütpərəstlər və əhli-kitabın əksəriyyəti hansı
dinə tapındığından asılı olmayaraq zim-
midirlər. İslam dinini tərk edən mürtədlər
zimmi ola bilməzlər. 
İslam dövləti tərəfindən qorunmaq üçün
zimmilər onun başçısı ilə anlaşmalı idilər. Bu
anlaşma daimi olmalı, müddət çərçivəsi
qoyulmamalı idi. Müsəlmanlar zimmilərlə
bağlanmış anlaşmanı pozmamalı idilər. Yal-
nız savaşda düşmən tərəfinə keçmiş, cizyə
verməkdən imtina etmiş və ya müsəlman
olmuş zimmilərlə anlaşma pozulurdu. Zim-
milər Məkkə və Mədinə şəhərlərindən başqa
İslam dövlətinin hər yerində yaşaya
bilərdilər. Onlar müsəlmanlarla düşmənçilik
edən ölkələrlə işbirliyi qura bilməzdilər.
Onlar gündəlik həyatlarında İslamın yasaq
etdiyi spirtli içkiləri və ya donuz ətini müsəl-
manların gözü qarşısında yeyib və içə
bilməzdirlər. Dini ayinlərini də yalnız öz ar-
alarında icra edə bilərdilər. Zimmilər İslamı,
Məhəmməd peyğəmbəri açıq-açığına inkar və
ya tənqid edə, eyni zamanda dini təbliğatla
məşğul ola bilməzdirlər. 
Müsəlmanlar isə zimmilərə sədəqə verə,
ağır günlərində onlara yardım edə bilərdilər.
Hətta, müsəlman kişiləri “Əhli-Kitabdan”
olan qadınlarla evlənə də bilərlər.
ZİNA –  şəriət qanunlarına uyğun ol-
mayan, nigah bağlanmadan kişi və qadının
cinsi əlaqədə olmasıdır. İslamda zina böyük
günahlardan hesab edilir (Quran, 17: 32).
Zina edənlər subaydırlarsa hamının gözü
önündə şallaqlanmalı (Quran, 24: 2-5), bəzi
284
ZİHAR

məzhəblərə görə isə sürgün edilməlidirlər.
Zina edənlər evli insanlardırsa onlar daşqalaq
edilməklə (rəcm) öldürülməlidirlər. Zina
məhkəmədə sübut edilməlidir. Orada ən azı
dörd  şahid bunu təsdiq etməli və ya zina
edənlər günahlarını özləri etiraf etməlidirlər.
Geniş mənada zina, insanların müxtəlif
günahlarına aid edilə bilər. Hədislərə görə
haram şeyə baxmaq gözlərin, ona toxunmaq
əllərin, ona doğru addım atmaq isə ayaqların
zinasıdır. 
ZİYARƏT –  müsəlmanlar tərəfindən
müqəddəs hesab edilən yerlərə getməkdir.
Ziyarət yerlərinə getmək savab qazandıran
əməllərdən hesab olunur. Hər bir müsəlman
maddi durumundan asılı olaraq həyatında ən
azı bir dəfə də olsa İslamın müqəddəs şəhər-
ləri olan Məkkə və Mədinəyə həcc ziyarətinə
getməlidir. Bu da İslam dininin əsas
şərtlərindən biridir. Bundan başqa, müxtəlif
İslam  təriqətlərinin öz ziyarət yerləri də
vardır. 
ZÖHR –  günorta vaxtdır. Bu zaman
vacib zöhr namazı qılınır. Bu namaz əsr na-
mazının girdiyi vaxta qədər qılına bilər.
ZÜBEYR İBN ƏVVAM (36/656-cı ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
əmisi oğlu və səhabəsi olmuşdur. İslamı ilk
qəbul edənlərdən olmuş və bu səbəbdən də
təqiblərə məruz qalmışdır. 615-ci ildə
Həbəşistana, sonra isə Mədinəyə hicrət
etmiş, müsəlmanların qureyşlilərlə apardığı
bütün döyüşlərdə istirak etmişdir. Məhəm-
məd peyğəmbərin vəfatından sonra Raşidi
xəlifələrin
dövründə Zübeyr Xilafətin
Bizansa qarşı apardığı müharibədə də vuruş-
muşdur.  Xəlifə Ömər tərəfindən xəlifəliyi
irəli sürülən altı namizəddən biri olmuşdur.
O, xəlifə Osmanın öldürülməsinə qədər
siyasətdən uzaq qalmışdır. O, əvvəllər Əli ibn
Əbu Talibin xəlifəliyini tanısa da, Cəməl
döyüşündə ona qarşı vuruşmuş orada da
həlak olmuşdur. 
ZÜHD – Allahla özü arasında olan hər
bir maneəni ortadan qaldıran, dünya
malından uzaq duran, bütün günlərini
ibadətlə keçirən müsəlmanın həyat tərzidir.
Zühd həyatı yaşayan insan bütün günahlar-
dan, eləcə də şübhə doğuran əməllərdən
çəkinir. Onlar hər yerdə Allahın nəzərini
üzərilərində hiss edərək yaşayırlar. 
ZÜLEYXA –  Quranın “Yusif” (12)
surəsinin 21-ci ayəsində anılan, ancaq adı
çəkilməyən qadındır. O, Misir məmurunun
arvadı olmuşdur. Evlərində kiçik yaşlarından
qul kimi yaşayan Yusifə vurulmuşdur. Ancaq,
öz sevgisinin qarşılığını ondan almadıqda
ona böhtan atmışdır. Daha çox israiliyyata
dayanan bəzi rəvayətlərə görə o, ərinin
ölümündən illər sonra Yusiflə evlənmişdir.
Ancaq, bir çox İslam alimlərinə görə onların
evlənməsinə dair heç bir mötəbər dəlil yox-
dur.
ZÜLHİCCƏ – həcc mərasiminin keçir-
ildiyi müsəlman təqviminin on ikinci ayıdır.
Bu ayın ilk on günü müqəddəs sayılır. Rə-
vayətlərə görə bu günlərin birində tutulan
oruc savabına görə bir illik oruca bərabərdir.
Ancaq həcc ziyarətində olan zəvvarlar Zil-
hiccə ayının ilk on günündə öz güclərini
qoruyub saxlamaq üçün oruc tutmaya da
bilərlər. Bu ayın onuncu günündə Qurban
bayramı qeyd edilir. Zülhiccənin səkkizinci
günü “Tərviyyə”, doqquzuncu günü “Ərəfə”,
bayramdan sonrakı üç gün isə “Təşriq” ad-
lanır.
ZÜLQƏRNEYN – adı Quranda anılan
mömin bir insan olmuşdurTəfsirçilərə görə
onun peyğəmbər olma ehtimalı olsa da, bu
barədə heç bir dəqiq məlumat yoxdur. Bəzi
rəvayətlərdə onun əsl adının İskəndər olduğu
285
ZÜLQƏRNEYN

iddia edilir. Buna görə onun Makedoniyalı
İskəndər və ya İran şahlarından biri olması
haqqında fərziyyələr irəli sürülmüşdür.
Ancaq, bu fərziyyələr heç də bütün ilahiyy-
atçılar tərəfindən dəstəklənməmişdir.
Bəzi təfsirçilərə görə Zülqərneyn İbrahim
peyğəmbərin dövründə yaşamış, onunla
həccə getmiş, onun xeyir-duasını almış
adamdır. Sonra o, qoşuna başçılıq edərək bir
çox xalqlara bədbəxtlik və fəlakət gətirən
Yəcuc və Məcuc qəbilələrinə qarşı vuruşmuş-
dur. Bu qəbilələrin yaşadıqları yerə gəldikdə
Zülqərneyn bu qəbilələri dayandırmaq üçün
daş və dəmirdən bir divar tikmişdir. Onun
Böyük Çin Səddi olduğunu iddia edənlər də
olmuşdur. Rəvayətlərdə qiyamət gününə az
qalmış Yəcuc və Məcuc bu divarı aşaraq
bütün dünyaya hücum edəcəkləri haqqında
məlumat verilir. Bəzi rəvayətlərə görə
Zülqərneyn Avropa və Asiya qitələrində çox
yerləri ələ keçirərək orada Allahın dinini
yaymışdır. O, bütpərəstlərlə vuruşmuş,
möminlərin isə həvadarı olmuşdur. Yenə rə-
vayətlərə görə Zülqərneyn Suriya ilə Mədinə
arasında yerləşən Dumatül-Cəndəldə vəfat
etmiş və orada torpağa tapşırılmışdır. Başqa
rəvayətlərə görə isə o, Məkkə yaxınlığında
torpağa tapşırılmışdır. Quranda Zülqər-
neynin qissəsi “Kəhf” (18) surəsinin 83-98
ayələrində keçməkdədir. 
ZÜLKİFL  –  Quranın 21: 85-86
ayələrində İsmail və İdris peyğəmbərlərlə
birlikdə adı çəkilən bir mömin insandır. Təf-
sirçilərə görə onun peyğəmbər olub-olma-
ması mübahisəlidir. Ancaq, onların bir çoxu
onu peyğəmbər kimi qəbul edirlər. Zülkifl
Əlyəsənın qohumu olmuş, onun vəfatından
sonra İsrail oğullarını doğru yola dəvət et-
mişdir. O, Musanın şəriəti və Tövratın qa-
nunları ilə hökmlər vermişdir. Rəvayətlərə
görə Suriyada vəfat etmişdir.
286
ZÜLKİFL 

LÜĞƏTİN MÖVZULAR ÜZRƏ
QURULUŞU
287

I. ALLAH VƏ ONUN BİRLİYİ
Allah
Əsmaül-Hüsnə
İlah 
Kəlam (II)
Məbud
Tövhid
II. AXİRƏT OLAYLARI
Axirət
Bərzəx
Cənnət
Cəhənnəm
Dəccal
Ədn
Əməl dəftəri
Əraf
Həşr
Qəbir əzabı 
Qəyyə
Qiyamət
Mehdi
Məhşər
Məsih
Məzar
Mizan
Münkər və Nəkir
Nəfxə
Ruh
Sirat
Sur
Şəfaət
Yəcuc və Məcuc
Zəqqum
III. MƏLƏKLƏR
Beytül-Məmur
Cəbrail
Əzrayıl 
Harut və Marut
İsrafil
Mələklər 
Mikail
Rühül-Qüds
IV. ŞEYTANLAR VƏ CİNLƏR
Cinlər
Əzazil 
İblis 
İfrit 
Şeytan
V. GÜNAHLAR VƏ ONLARDAN
TƏMİZLƏNMƏ
Cadu
Günah
Xəmr
İftira
İntihar 
İrtidad
Kibr
Küfr
Qeybət
Qəsb 
Qətl
Qəzf
Ləvat
Riba
Rüşvət 
Təcdidül-İman
Təkfir
Tövbə
Şirk
Zəllə
Zina
VI. CİHAD
Bədr
Birül-Məunə
Cihad
Darül-Hərb
Fey 
288
LÜĞƏTİN MÖVZULAR ÜZRƏ QURULUŞU

Həbəşistana hicrət
Hicrət
Xəndək
Qazi (I)
Qənimət 
Qəzavat
Mədinəyə hicrət 
Səbr
Səriyyələr 
Şəhid
Təqiyyə
Uhud
VII. İNSANLARIN ÇEŞİDLƏRİ
Baliq
Cahil
Cariyə
Fasiqlər
Fəqirlər
Kafirlər
Məmlüklər (I)
Möminlər
Müəlləfəil-Qülub 
Mühədrəmlər
Münafiqlər (II)
Mürtədlər
Müsafir 
Müstəmin 
Müşriklər
Şahikül-Cəbəl
Ümmət
Zındıq
Zimmilər
VIII. BÜTPƏRƏSTLİK
Bəl 
Buzov
Büt
Bütpərəstlər
Cahiliyyət
Cibt
Hübəl
Lat
Mənat
Nasi 
Nüsub
Saibə
Tağut 
Üzza
Vasilə
Vədd
IX. RİDDƏT VƏ YALANÇI
PEYĞƏMBƏRLƏR
Əsvəd Ənsi
Müseylimə 
Riddət (II)
Səccah 
Tüleyhə
X. MÜSƏLMAN DÖVLƏTİ
Abbasilər
Beytül-Mal
Beyət
Cizyə
Darül-İslam 
Əməvilər
Fatimilər
Haşimilər
Xəlifə
Xərac
İqtə (Timar)
İmamət
Kordova xilafəti
Məmlüklər (II)
Mühtəsib
Nəkib (I)
Osmanlılar
Raşidi xəlifələr
XI. ŞƏHƏRLƏR, ABİDƏLƏR,
COĞRAFİ ADLAR
Adül-İrəm
289
LÜĞƏTİN MÖVZULAR ÜZRƏ QURULUŞU

Antakiya
Babil
Bədr
Cudi Dağı
Əqəbə
Fələstin
Hərran
Hüdeybiyyə
Quba 
Qüds
Mədinə
Məkkə
Misir
Nəcran
Tur dağı
Uhud
XII. MƏSCİDLƏR VƏ İBADƏT
YERLƏRİ
Həcərül-Əsvəd
Kəbə
Qubbətüs-Sahra
Mehrab
Məbəd
Məqamül-İbrahim
Məscid
Məscid əd-Dirar
Məscidül-Əqsa
Məscidül-Haram
Məscidün-Nəbəvi
Minarə
Minbər
XIII. XALQLAR VƏ QƏBİLƏLƏR
Ad
Bədəvilər 
Bəni İsrail
Evs
Ərim
Əshabül-Qaryə
Əshabür-Rəss
Əykə 
Xəzrəc
Qureyş
Mədyən
Səmud
XIV. TARİXİ ŞƏXSİYYƏTLƏR VƏ
OLAYLAR
Asəf ibn Bərxiyə 
Asiya bint Məzahim
Azər 
Beyətür-Rizvan 
Bələm ibn Bəur 
Binyamin
Buhtunnəsr
Calut
Darun-Nədva
Diqyanus
Əbabil 
Əshabül-Bədr
Əshabül-Fil
Əsri-Səadət
Firon 
Həbib Nəccar
Hilfül-Füdul
Muxtar Səqəfi
Nəcaşi
Samiri
Züleyxa
XV. DİNİ İCMALAR
Əhli-Kitab
Məcusilər 
Nəsranilər 
Sabiilər
Yəhudilər
XVI. QURANDAN ÖNCƏ
ENDİRİLMİŞ KİTABLAR VƏ
MÜQƏDDƏS ƏŞYALAR
İncil
Mühərrəf
Sühuflar
290
LÜĞƏTİN MÖVZULAR ÜZRƏ QURULUŞU

Tabut əs-Səkinə
Tövrat
Zəbur
XVIII. İSLAMIN İLK QAYNAQLARI
Ümumi anlayışlar:
Ayə
Hədislər
Həsən hədislər 
Kütubi-Sittə 
Quran 
Qüdsi hədislər
Səhih hədislər
Surələr
Sünnə 
Şəriət
Zəif hədislər
Hədis toplularının müəllifləri:
Buxari Məhəmməd
Əbu Davud
Küleyni Məhəmməd
Məhəmməd ibn Macə
Müslim ibn Həcac
Nəsai Əhməd
Təbərani Süleyman 
Tirmizi Məhəmməd
Şeyx Səduq
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin