AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə43/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

ŞÜEYB –  Qurana əsasən Mədyən və
Əykə xalqlarına göndərilmiş peyğəmbər ol-
muşdur. O, İbrahim peyğəmbərin şəriəti ilə
hökm vermişdir. Rəvayətlərə görə Şüeyb
Ərəbistanda yaşamış Mədyən xalqından idi.
Onun xalqı doğru yoldan uzaqlaşaraq büt-
pərəst olmuşdurlar. Onlar insanları ticarətdə
aldatmış və başqa əxlaqsızlıq əməllər törət-
mişdirlər. Buna görə də, Allah Şüeybi insan-
ları doğru yola dəvət etmək üçün peyğəmbər
olaraq vəzifələndirmişdir (Quran, 7: 85-87).
Mədyənlilər onun dəvətini rədd etmiş, özünü
isə hədələmişdirlər (Quran, 7: 88). Buna
baxmayaraq Şüeyb xalqını doğru yola gətir-
mək cəhdlərini davam etmişdir. Onun
peyğəmbərliyi haqqında xəbərlər Şama qədər
gedib çıxmışdır və onun yanına bu yerlərdən
insanlar gəlib Allahın dinini qəbul et-
mişdirlər. Buna baxmayaraq Şüeybin öz
xalqı onun peyğəmbərliyini tanımamış,
yanına gələnlərə isə onun haqqında yalanlar
söyləyərək  iftira etmişdirlər. Onda Şüeyb
yolundan azmış xalqını Allahın cəzası ilə
hədələmişdir (Quran, 11: 93). Ancaq, bunun
heç bir nəticəsi olmamışdır. Ona görə də,
Allah bu xalqı cəzalandıraraq məhv etmişdir
(Quran, 29: 37).
Şüeyb peyğəmbər isə öz az saylı
davamçıları ilə birlikdə o yerlərdən uzaqlaşıb
başqa bir bütpərəst Əykə xalqının yaşadığı
ərazidə məskunlaşdılar (Quran, 15: 78).
Şüeyb peyğəmbər onları doğru yola çağır-
mış, əykəlilər isə ondan möcüzələrin
göstərilməsini tələb etmişdirlər. Şüeyb
peyğəmbər bu möcüzələri göstərdikdən
sonra bəzi əykəlilər imana gəlsələr də, on-
ların çoxu onu peyğəmbər kimi tanı-
mamışlar. Buna görə də, Allah onları
quraqlıq və aclıqla sınağına çəkmişdir.
Ancaq, əykəlilər öz yollarından əl çək-
məmişdirlər. Sonda isə Allah bu xalqı da
məhv etmişdir (26: 176-189). Şüeyb
peyğəmbər isə doğru yola gəlmiş mədyənli
və əykəlilərlə Mədyənə qayıtmışdır. Orada
Şüeyb bir qızla evlənmiş və bu evlilikdən
onun iki qızı olmuşdur. Sonra isə Şüeybin
yanına Musa peyğəmbər gəlmiş, onun qızı
ilə evlənmiş, daha sonra isə Misirə qayıt-
mışdır. Şüeyb də Musanın yanına Misirə get-
miş, sonra isə Məkkədə məskunlaşmış, orada
da vəfat etmişdir. Rəvayətlərə görə Zəmzəm
quyusunun yanında torpağa tapşırılmışdır.
Başqa rəvayətlərə görə isə o, Misirdə vəfat
etmişdir.
T
TABİUNLAR – səhabələri görmüş, on-
lardan dini biliklər əldə etmiş inanclı
müsəlmanlardır.  Bəzi  hədislərdə Məhəm-
məd peyğəmbər onları səhabələrindən sonra
ən yaxşı müsəlman nəsli adlandırmışdır. Bəzi
ilahiyyatçılar hesab edir ki, Quranın 59: 10
ayəsində məhz onlardan bəhs edilir. Onların
nəsli təxminən hicrətin 120-ci ilinə qədər
davam etmişdir. Demək olar ki, bu dövr
bütün Əməvi hakimiyyəti dövrünü əhatə et-
mişdir. Tabiunlar dini adətlərin və İslamın ilk
mənbələrinin qorunub saxlanılmasında və
gələcək nəsillərə ötürülməsində böyük işlər
görmüşdürlər. Onlar fiqh elminin əsaslarını
qoymuş, Quran təfsiri və hədis elmini inkişaf
252
ŞÜEYB

etdirmişdirlər. Eləcə də onlar hədislərin rə-
vayət edilmə və seçilməsi metodologiyasını
da yaratmışdırlar. Tabiunların dini problem-
lər üzrə fikirlərini, mülahizələrini və
rəylərini sonrakı ilahiyyatçılar dəlil və sübut
kimi qəbul etmişdirlər.
TABUT ƏS-SƏKİNƏ –  içində İsrail
xalqına məxsus müqəddəs əşyaların olduğu
güman edilən bir sandıqdır. Rəvayətlərə
görə orada Musa peyğəmbərə verilmiş
Tövratın lövhələri, onun dəyənəyi və geyimi,
Harun peyğəmbərin sarğısı və başqa əşyalar
qorunub saxlanılırdı. Bu sandıq İsrail
oğulları və onların başçıları tərəfindən
qorunurdu. Ancaq, Allah onlara  İşmoil
peyğəmbəri göndərməzdən öncə israillilər
amalikalılara məğlub olmuş, onlar da sandığı
ələ keçirib özləri ilə aparmışdılar. Bundan
sonra israillilərin çarı Talut olmuşdur. O,
amalikalılarla vuruşub, tabut əs-səkinəni geri
qaytarmışdır. Süleyman peyğəmbər Qüdsdə
məbədi tikib qurtarandan sonra sandıq orada
saxlanılırdı. Babil kralı Buhtunnəsr Qüdsü
ələ keçirənə qədər sandıq o məbəddə
saxlanılmışdır. Babillilər şəhəri ələ
keçirdikdən sonra Tabut əs-Səkinə itmişdir.
Bu gün də İsrail oğulları bu sirli sandığı ax-
tarmaqdadırlar. 
TAĞUT – bax: CİBT.
TALAQ –  evliliyin pozulması və ya
boşanma hadisəsidir.
Ənənəyə görə
boşanma qərarı yalnız kişi tərəfindən verilir.
Bunu edərkən o sağlam düşüncəli olmalı,
sərxoş olmamalı, boşanmaya məcbur
edilməməlidir. Eləcə də, boşanarkən qadın
heyz halında olmamalıdır. Boşanma baş tut-
duqdan sonra qadın yenidən ərə getmək üçün
iddə
müddətini gözləməlidir. Qadın
boşandıqda isə qadının mehri onda qal-
malıdır. Müəyyən səbəblərdən evlilik
məhkəmənin hökmü ilə də pozula bilər. 
TALUT – Bəni İsrailin kralı olmuşdur.
Talut  İşmoil peyğəmbərdən sonra onun
tövsiyəsi ilə israilliləri idarə etmişdir. Rə-
vayətlərə görə Misir və  Fələstin arasında
yaşamış Amalika tayfası israilliləri bir çox
döyüşlərdə məğlub edərək onlara işgəncələr
vermişdirlər. Onda onlar İşmoil peyğəm-
bərdən onlara başçılıq edəcək və amalikalılar
üzərində üstünlüyü qazandıracaq bir kəsi
onlar üçün kral təyin etməsini istədilər. O da,
soyu  Yaqub peyğəmbərin oğlu Binyaminə
yüksələn Talutu seçmişdir (Quran, 2: 247).
Talut kral olmaq üçün ən real namizəd
idi. Rəvayətlərdə o igidliyi, qətiyyətli, iti
düşüncəli, bilikli, ədalətli və fiziki cəhətdən
güclü olması ilə seçilirdi. Ancaq, israillilər
Talutu öncə bəyənməmiş, sonra kral kimi
qəbul etmişdirlər. O da, xalqını amalikalılara
və başqa Fələstin qəbilələrinə qarşı savaşa
aparıb, onları məğlub edə bilmişdir. O zaman
israillilərin qoşununda döyüşmüş Davud,
amalikalıların başçısı olan Calutu öldür-
müşdür. Bundan sonra Davud Talutun qızı ilə
evlənmiş, onun ölümündən sonra isə İsrailin
kralı olmuşdur. Talut qırx ilə yaxın İsrail
oğullarına başçılıq etmişdir.
TARUH – bəzi rəvayətlərə görə İbrahim
peyğəmbərin atası olmuşdur. İbrahimin
yetkinlik yaşına çatmasından əvvəl vəfat et-
mişdir. Bu rəvayətlərə əsaslanan bəzi ilahiyy-
atçılar iddia etmişdirlər ki, Quranın 6-cı
surəsinin 74-75-ci ayələrində İbrahimin atası
kimi göstərilmiş bütpərəst Azər onun atası ol-
mamış, onun atasının Taruh olduğu qeyd
edilmişdir. 
TƏBƏƏT-TABİUN –  tabiunları gör-
müş, onlarla ünsiyyətdə olmuş, onlardan
dərs almış inanclı müsəlmanların üçüncü
nəslidir. Bir çox rəvayətlərdə onlar peyğəm-
bər səhabələrindən və tabiunlardan sonra ən
inanclı nəsil adlandırılmışdır. Tabiunlar kimi
təbəət-tabiunlar da İslam ənənəsini qorumuş,
253
TƏBƏƏT-TABİUN

inkişaf etdirmiş və gələcək nəsillərə ötür-
müşdürlər. Onların arasından çoxlu ilahiyy-
atçı alimlər çıxmışdır. 
TƏBƏRANİ SÜLEYMAN (260/873 –
360/970) – tanınmış təfsirçi, fəqih və
mühəddis olmuşdur. O, Fələstində anadan
olmuş, sonra İsfəhanda yaşamış, orada da
vəfat etmişdir. Təbərani dövrünin tanınmış
ilahiyyatçılarından dərs almışdır. O güclü
yaddaşı ilə seçilmiş, 3000-dən artıq ravi sil-
silələrini əzbərdən bilmişdir. O, hədis 
başqa dini elmləri öyrənmək üçün müsəlman
dünyasının müxtəlif bölgələrinə səfərlər et-
mişdir. Onun “Mücəmül-Kəbir”, “Mücəmül-
Əvsat” və “Mücəmüs-Səqir” kimi əsərləri
vardır.
TƏBƏRİ MƏHƏMMƏD (224/838 –
310/923) – görkəmli İslam tarixçisi, fəqihi,
mühəddisi və təfsirçisi olmuşdur. Təbəris-
tanda doğulmuş, Rey, Bəsrə, Küfə, Mədinə,
Suriyada təhsil almışdır. Sonra o, Xilafətin
paytaxtı Bağdada köçmüşdür. İslam
dünyasının tanınmış alimləri onun müəllim-
ləri olmuşdurlar. Təbərinin günümüzə gəlib
çatmayan məzhəbi haqqında da məlumatlar
vardır. Təbəri müxtəlif İslam elmləri üzrə
böyük həcmli əsərlərin müəllifi olmuşdur.
Bütün dünyada tananmış çoxcildli əsəri “Tar-
ixur-Rusul vəl-Müluk” kitabıdır. Bu əsərdə
İslam dininin və ölkələrinin ilk dövrlər tarixi
qələmə alınmışdır. İslam tarixinin
tədqiqatçıları üçün bu əsər çox əsaslı bir
mənbədir. Buna görə də, Təbərini “İslam tar-
ixinin atası” adlandırmışdırlar. Təbərinin
tanınmış ikinci çoxcildli əsəri Quranın təfsiri
olan “Cəmiül-bəyan fi Təvili Ayatül-Quran”
adlı kitabıdır. Bundan başqa Təbərinin fiqh
aid kitabları da olmuşdur. Ancaq, onun əsər-
lərinin bəziləri günümüzə gəlib çatmamışdır.
TƏCDİDÜL-İMAN – bilərəkdən və ya
bilmədən insanı İslamdan çıxara bilən hər
hansı bir əməl icra edildikdən sonra
kəlimeyi-şəhadəti dilə gətirərək inancı ye-
niləməkdir. İlahiyyatçılara görə İslamdan
çıxara biləcək söz və ya əməl təsadüfən
işlədilmişdirsə onu deyən kəs İslamdan
çıxmır. Ancaq təsadüf olsa belə, tövbə etməsi
lazımdır. Dindən çıxaran söz və ya əməl
bilərəkdən edilibsə, o zaman insan dindən
çıxır. O, İslama yenidən qayıtmaq istəsə, o
zaman inancını kəlimeyi-şəhadəti
söyləməklə yeniləmədir.
TƏCDİDÜN-NİKAH –  öncə İslamı
tərk edib, sonra dinə yenidən qayıdan in-
sanın öz həyat yoldaşı ilə yenidən
nikahlarının bağlanmasıdır. Fiqhə görə ər
və ya arvad İslamı tərk etsələr, onların
evliliyi pozulmuş olur. Onlar yenidən İslama
dönsələr yenidən nikah bağlamalıdırlar. 
TƏƏDDÜDÜZ-ZƏVCƏT –  bir neçə
qadınla eyni zamanda nikahda olmaq, yəni
poliqamiyadır. İslam dinində poliqamiyaya
yol verilsə də, bu müəyyən şərtlər daxilində
mümkündür. Kişinin eyni vaxtda dörd qadın-
dan artıq həyat yoldaşı ola bilməz. Qadın isə
eyni vaxtda yalnız bir kişi ilə izdivacda ola
bilər. Qadın başqası ilə yalnız boşandıqdan
və iddə müddəti bitdikdən sonra evlənə bilər.
TƏƏSSÜB – hər hansı bir ideyaya aşırı
bağlı olmaq, ona uyğun olmayan hər şeyi
inkar etməkdir. Dini və ya məzhəbi
təəsübkeşlik bir çox dindarlarda müşahidə
edilməkdədir. Məhz, bir çox mənfi halların,
hadisələrin və ictimai-siyasi gərginliklərin
səbəbi də məhz budur. 
TƏFƏKKÜR –  hər hansı bir şey
haqqında düşünməkdir. Bir çox Quran
ayələri (3: 191) insanları düşünməyə çağırır.
Ancaq, ilahiyyatçılar İslamın ənənəvi dini
dünyagörüşü ilə uzlaşmayan düşüncə və
fikirləri rədd edirlər. Onlara görə düşüncə Al-
lahı tanımaq, onun böyüklüyünü dərk etmək
üçün lazımdır.
254
TƏBƏRANİ SÜLEYMAN 

TƏFSİR –  Quran ayələrinin şərh və
izah edilməsidir. Təfsir  İslamda əsas  elm
sahələrindən biridir. Rəvayətlərə görə
Məhəmməd peyğəmbər ayələrin anlamlarını
səhabələrinə açıqlamışdır. Bu izah və şərhlər
ravilər silsiləsi ilə ötürülmüş, sonra təfsirçilər
onları sistemləşdirmiş və kitablara salmışdır-
lar. Təfsir kitablarında qrammatik və linqvis-
tik xüsusiyyətlərə də əhəmiyyət verilir. 
Quran ayələrinin ən etibarlı təfsiri bir
ayənin başqa ayələrlə şərh edilməsidir. Bu
mümkün olmayanda başqa metodlara
müraciət edilməlidir. Bunlardan birinci
Quranın hədislərlə təfsiridir. Bu da mümkün
olmayanda ayələr müctəhidlərin rəyi ilə təf-
sir edilir. Bunu etmək üçün onların dərin dini
biliklərə malik olması tələb olunur. Təfsir
elminin bir neçə sahəsi vardır. Quranın lin-
qvistikası və fonetikasını öyrənən elm sahəsi
“Qəribül-Quran” adlanır. Bu elmin tətbiq ol-
unması ilə Quran ayələrinin düzgün anlaşıl-
ması mümkün olmuş, terminoloji və
etimoloji mənaları açıqlanmışdır. Linqvistika
və fonetika sahəsində ən fundamental əsərlər
132/750 – 300/912-ci illər boyu Abbasilər
dövründə yazılmışdır. Quran ayələrin nüzul
səbəblərini öyrənən elm “Əsbabül-Nüzul”
adlanır. İslam ilahiyyatına görə hər bir ayə
hər hansı bir səbəb üzündən nazil olmuşdur.
Bu səbəblərin bilinməsi Quran ayələrinin
düzgün başa düşülməsi üçün çox önəmlidir.
Bundan başqa Quran ayələrində fiqhi 
əqidə ilə bağlı məsələləri öyrənən
“Əhkamül-Quran”, ayələrin gizli anlamlarını
öyrənən “Mütəşəbihül-Quran”, Quranın
fəziləti haqqında bəhs edən “Fədailil-Quran”,
onun forma və anlamını, möcüzələrini və
bənzərsizliyini araşdıran “İcazil-Quran”,
Quranın çətin anlaşılan yerlərinə aydınlıq
gətirən “Müşkülül-Quran” kimi təfsir
sahələri də vardır. 
Bundan başqa İslamı qəbul etmiş
yəhudilər və xristianlar israiliyyat ad-
landırılan metod ilə Quranı təfsir etməyə
başlamışdırlar. Bu metoddan sonralar müsəl-
man təfsirçiləri qismən istifadə etmişdirlər.
Təfsir elmi inkişaf etdikcə müsəlman alə-
mində müxtəlif təfsir məktəbləri də ortaya
çıxmışdır. Bundan sonra təfsir haqqında ilk
əsərlər yazılmağa başlamış və bu ənənə son-
ralar da davam etmişdir. 
TƏFSİRÇİ – bax: MÜFƏSSİR.
TƏHARƏT – bədəni nəcasətdən təmiz-
ləməkdir. Fiqh elminin böyük bir hissəsi
“Təharət” məsələlərinə ayrılmışdır. Hesab ol-
unur ki, təmizlik Allaha ibadət etmənin ən
başlıca şərtlərindən biridir. Bədən və geyim
nəcasətdən təmizlənməsə  namaz qılmaq,
Kəbəni təvaf etmək, oruc tutmaq olmaz. Bu
barədə  Quranın 9: 108 ayəsində məlumat
verilir. Ayrıca, təharət haqqında hədislərdə 
məlumat vardır. Nəcasətdən su, daş və ya tor-
paq, odda yandırma, qurutma, hal dəyişdirmə
kimi yollarla təmizlənmək mümkündür. Su
ilə təmizlənərkən yalnız təmiz sulardan isti-
fadə edilməlidir. Bəzi ilahiyyatçılar meyvə
və tərəvəz sularını da bu məqsəd üçün isti-
fadə etməyə icazə verirlər. Ancaq, bəzi
ilahiyyatçılar bunun doğru olmadığını qeyd
edirlər.
TƏHƏCCÜD – gecənin ikinci yarısında
kiçik yuxudan sonra qılınan nafilə na-
mazıdır. Bu namazı sübh namazına kimi qıl-
maq lazımdır. Bu namazın rükətlərinin sayı
ikidən səkkizə qədərdir. Bu namaz yalnız
Məhəmməd  peyğəmbər üçün vacib qılın-
mışdır (Quran, 17: 79). 
TƏHİYYƏTÜL-MƏSCİD  –  məscidə
daxil olarkən qılınan nafilə mamazıdır. İki
rükətdən ibarətdir.
255
TƏHİYYƏTÜL-MƏSCİD 

TƏKBİR – müsəlmanın “Allahu əkbər”
(Allah böyükdür) deyərək Tanrnı zikr etmə-
sidir. Xüsusən bu sözlər namaz və zikrlərdə
deyilir. Təkbir azanın tərkib hissəsidir. Onu
istənilən yerdə və hallarda deməyin savabı
böyükdür.
TƏKFİR
– 
müəyyən əməllər
qarşılığında kiminsə İslamdan çıxmasını
elan etməkdir. İlahiyyatçılar arasında bu
məsələ ən mübahisəli məsələlərdən biridir.
Təkfir problemini ilk dəfə xəlifə Əli ibn Əbu
Talibin xəlifəliyi dövründə xaricilər ortaya
atmışlar. Bundan sonra digər İslam
məzhəbləri də, təkfir məsələsi haqqında
düşünməyə başlamışlar. İlk dəfə böyük gü-
nahlar törətmiş müsəlmanların halı haqqında
mübahisələr baş vermişdir. Mürciilər hesab
edirdilər ki, imanın əməllə heç bir əlaqəsi
yoxdur. Onlara görə yalnız etiqadında prob-
lem olan adam təkfir olunmalı, günahlar
üzündən bu ittihamı irəli sürmək olmaz.
Mütəzililər isə böyük günahlar etmiş müsəl-
manların inancla inancsızlıq arasında ol-
masını iddia etmişdirlər. Müsəlmanların çoxu
isə tövbə etməmiş günahkar müsəlmanların
aqibətini Allahın ümidinə bağlayaraq onları
təkfir etməmişdirlər.
Buna baxmayaraq bütün İslam
məzhəblərində təkfirçilik bu və ya digər
dərəcədə vardır. Onların hamısında insanı
dindən çıxardan amillər qeyd edilir. Onların
təlimlərinə görə Allahın varlığı və ya birliyini
inkar edən, Allahdan başqasına tapınan,
peyğəmbərlərin heç olmasa birini tanımayan,
onları tanrılaşdıran və ya pisləyən, Quranı
inkar ya təhrif edən, onun hər hansı bir ayəs-
inə şübhə edən və s. əməllər insanları təkfirə
aparan məsələlərdir. Bu məsələlər müxtəlif
ilahiyyatçılar və məzhəblərdə fərqlidir.
Fiqhdə təkfir olunmuş insana ən ağır cəza
verilir. Bununla belə, insanların təkfir etmə
hüququnun olub olmaması üzrə mübahisələr
də olmuşdur. Bundan başqa İslam
məzhəblərində müxtəlif əqidə və fiqh
əsasları vardır. Mütəzili, zahiri, şiə, sünni,
xarici məzhəblərinin öz din əsasları vardır ki,
onlardan yayınanlar təkfir olunurlar. Buna
görə hər bir məzbəb nümayəndəsi başqasını
təkfir edə bilər. Buna görə də, müasir dövrdə
təkfirçilik məsələləri üzrə məzhəblərin
mövqeyi ilə razılaşmayan ilahiyyatçılar da
vardır.
TƏKKƏ –  sufilərin mənəvi təcrübə
keçirmək, birlikdə zikrlər etmək, eləcə də
dərs almaq üçün toplandığı yerdir.
Təkkələrin ortaya çıxması sufizmin
təriqətləşmə dövründən etibarən başlamışdır.
Çünki, İslam ənənə tərəfdarları sufizmə tən-
qidi yanaşmış və onların İslama yanaş-
malarını 
bidət
adlandırmışdırlar. Bu
səbəbdən də, sufilər təqiblərə məruz
qalmışdırlar. Onlarda ibadət və zikrlərini
rahat yerinə yetirmək üçün təkkələri özlərinə
sığınacaq olaraq seçmişdirlər. 
TƏQDİS – hər hansı bir şeyin müqəd-
dəs məqsədlər və ya Tanrı üçün həsr
edilməsidir. İbadət evlərinin tikilməsindən
sonra Tanrıya həsr etmənin rəmzi olan özəl
duaların oxunmasıdır. Bu ayinin çox qədim
tarixi vardır. Rəvayətlərə görə Süleyman
peyğəmbər Quds məbədini tikib qurtarandan
sonra orada təqdis mərasimi keçirmişdir.
Quranda təqdis sözü Allahı ucaltma, onu
anma anlamında işlədilir (24: 41).
TƏQİYYƏ – müsəlmanın dini inancına
görə həyatı üçün təhlükə yarandığı zaman
öz inancının gizlətməsidir. Quranda bu
barədə ayələr vardır (16: 106-109). İlahiyy-
atçılar müsəlmanların dini zəmində təqiblərə
məruz qaldıqlarında inanclarını gizlətməyə
icazə vermişdilər. Ancaq, bu halda müsəlman
yalnız görünüşdə İslamdan çıxa bilər. Qəl-
bində isə müsəlman olaraq qalmalıdır.
Müsəlman başqa dinin mənsubu olmağa
256
TƏKBİR

məcbur edilərək o dinin buyuruqlarını yerinə
yetirsə belə, müsəlman olaraq qalır. Belə
olarsa o, öz dininin əmrlərini imkan olduqda
gizli yerinə yetirməlidir. Bu vəziyyətdə Allah
onların qəlbindəki inanca görə savablar
yazır. Ancaq, qəlblərində də dindən çıxanlar
üçün cəhənnəm əzabı vardır. Bununla belə,
müsəlman gizli inancda qalmaqdan çəkinib,
ölümə də gedə bilər. Bu onun istəyindən
asılıdır. Təqiyyə İslam məzhəbləri arasında
da tətbiq olunur. Əgər, bir İslam məzhəbinin
ardıcılları başqa məzhəbin ardıcıllarını
hədələyirlərsə, onda onların ilahiyyatçıları
onlara təqiyyə etməyə icazə verir. 
TƏQLİD – dinin vəzifələrin icrasında
və fiqhi məsələlərdə müctəhidin hökmlərinə
bağlanmaq və onları həyata keçirməkdir.
Təqlidin tarixi təxminən hicrətin ikinci əs-
rinin ortalarından başlayır. Elə o vaxtlardan
bunun əleyhinə olanlar da olmuşdur. Onlar
müsəlmanları  müctəhidlərin göstərişlərinə
əməl etməməyə, hər şey üçün dəlil axtar-
mağa çağırmışdırlar. Buna dair Quranın 5:
104, 31: 21 ayələrini dəlil kimi gətirirdilər.
Təqlid tərəfdarlarına görə dini yalnız bu
işlə peşəkarcasına məşğul olanlar yaxşı bilir-
lər. Sadə insanların o qədər bilikləri yoxdur
ki, hökm verə bilsinlər. Buna görə də, onlar
müctəhidlərə bağlanmalıdırlar. Beləliklə,
müsəlman ilahiyyatçılarının çoxu təqlidi
bütün müsəlmanlar üçün vacib hesab edir və
buna dəlil kimi Quranın 16: 43, 4: 59
ayələrini dəlil gətirirlər. İlahiyyatçıların çoxu
isə bu məsələdə orta yolu tutmuşdurlar. On-
lara görə müctəhidlər bütün dini göstərişləri
birbaşa ilkin qaynaqlardan verməlidirlər.
Savadlı insanlar onların göstərişlərini
öyrənib, onları ilk qaynaqlarla tutuşdurmalı
və özləri üçün yəqin etməlidirlər ki, fətvalar
vəhyə  və ya hədislərə uyğun verilmişdir.
Savadları yetərli qədər olmayan müsəlman
çoxluğu isə müctəhidlərə bağlanmalı, onların
fətvalarına əməl etməlidirlər. 
TƏLHƏ İBN ABDULLAH (36/656-cı
ildə vəfat etmişdir) – Məhəmməd peyğəm-
bərin səhabələrindən biri olmuşdur. İslamı
qəbul edən ilk müsəlmanlardan biri hesab
edilir. Müsəlman olduqdan sonra Təlhənin
doğmaları ilə ixtilafları olmuşdur. Onlar onu
dinindən döndərməyə çalışmış, ancaq buna
nail ola bilməmişdirlər. Məkkədə müsəlman-
lar təqiblərə məruz qaldıqda Təlhə də digər
müsəlmanlarla birlikdə buna bir müddət sinə
gəlmiş, sonra isə Mədinəyə hicrət etmişdir.
Orada o, quruculuq işlərinə qatılmış, Bədr,
Uhud və digər döyüşlərdə müşrüklərlə
döyüşmüşdür.
İlk  xəlifələr dövründə Təlhə Xilafətin
inkişafı üçün çalışmışdır. Xəlifə Ömərin və-
fatından sonra o, xəlifəliyə altı namizəddən
biri olmuşdur. Xəlifə Osman qətl edildikdən
sonra isə Təlhə Əlini xəlifə kimi tanısa da,
sonra Cəməl döyüşündə ona qarşı vuruşmuş
və bu döyüşdə öldürülmüşdür.
TƏNASÜH  –  ruhun bir bədəndən
başqasına köçməsidir. Bu inanc bəzi din-
lərdə və dini-fəlsəfi təlimlərdə mövcuddur.
Bəzi sufi təriqətlərinin təlimlərində də tə-
nasüh inancı mövcud olmuşdur. Ənənəvi
İslam tərəfdarları isə bu inancı inkar et-
mişdirlər.
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin