AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq


SÜBH –  səhərin açılması çağlarıdır



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə41/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

SÜBH –  səhərin açılması çağlarıdır
Quran (2: 187). Bu vaxtdan başlayaraq
günəşin çıxmasına qədər müsəlmanlar vacib
olan Sübh namazını qılmalıdırlar. Cünəş
çıxandandan sonra bu namazın namazının
vaxtı bitir. Oruc vaxtı da sübhdən başlayır və
günəş batana qədər davam edir. Başqa sözlə,
oruc tutan müsəlman sübhün açılmasına
qədər yeməyini başa vurub, oruca başla-
malıdır. 
240
SURƏLƏR

SÜFRİLƏR –  ifratdan uzaqlaşaraq
mötədilliyi əsas götürən xarici
məzhəblərindən birinin ardıcıllarıdırlar.
Onlar Əzraqilərdən ayrılaraq günah etmiş
müsəlmanlara qarşı daha dözümlü olmuş-
durlar. Süfrilər onların inancları ilə
bölüşməyən müsəlmanların yaşadıqları yer-
ləri darül-hərb hesab etmişdirlər. Başqa xari-
cilər kimi süfrilər də kafir hakimiyyətə qarşı
üsyana qalxmağı vacib sayırdılar. Ancaq,
onlar bunu edərkən savaşdıqları tərəfin
qadınlarını və uşaqlarını əsir götürmür, yal-
nız ölkənin ordusuna qarşı vuruşurdular.
II/VIII – IV/IX əsrlərdə süfrilər Şimali
Afrikada Midrarilər dövləti qura bilmişdirlər. 
SÜHEYB RUMİ (37/658-ci ildə vəfat
etmişdir) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. Onun soyu
Bəni Nümeyr adlı ərəb qəbiləsindən idi.
Kiçik yaşlarında Süheyb İraqda yaşamışdır.
O zaman İran-Bizans savaşı başlamış və
Süheyb bizanslılara əsir düşüb kölə olmuş-
dur. Buna görə də o, yunan dilini ərəb
dilindən yaxşı bilmişdir. Uzun müddətdən
sonra köləlikdən azad olmuş və Məkkəyə
qayıtmışdır.
Süheyb ilk müsəlmanlardan biri idi.
Məhəmmədin
peyğəmbərliyi haqqında
eşidən kimi onun yanına Ərqəmin evinə
gedərək orada İslamı qəbil etmişdir. Buna
görə də qüreyşlilər tərəfindən təqiblərə
uğramışdır. Süheyb məkkəli deyildi. Buna
görə də onun durumu daha ağır olmuşdur.
Çünki, təqiblər dövründə onu heç bir Məkkə
ailəsi qorumamışdır.
Mədinəyə hicrət zamanı məkkəlilər
Süheybi şəhərdən çıxmağa qoymamışdırlar.
Buna görə də o, öz malını, var-dövlətini
şəhərdə qoyaraq Məkkədən qaçmalı olmuş-
dur. Üstəlik yolda qüreyşlilər onu qarət də et-
mişdilər. Hicrət etdikdən sonra Süheyb
müsəlman icmasının inkişaf etməsi üçün
əlindən gələni etmiş, bir çox döyüşlərdə işti-
rak etmişdir. Məhəmməd peyğəmbərin və-
fatından sonra Süheyb ilk xəlifələri dəstək-
ləmişdir. Xəlifə Ömərin vəfatından sonra isə
onun vəsiyyətinə görə Süheyb üç gün Mədinə
məscidində camaat namazı qıldırmışdır.
Süheyb təxminən 70 yaşında Mədinədə vəfat
etmişdir.
SÜHEYL İBN ƏMİR (18/639-cu ildə
vəfat etmişdir) – tanınmış qüreyşlilərdən
biri olmuşdur. Uzun müddət müsəlmanlara
qarşı çıxış etmişdir. Bədr döyüşündə müsəl-
manlara əsir düşmüş, sonra azad edilmişdir.
Hüdeybiyyə sülh anlaşması bağlandıqda
Süheyl məkkəlilərin rəsmi təmsilçisi olmuş,
Məhəmməd peyğəmbərlə anlaşmaya qol çək-
mişdir. Müsəlmanlar Məkkəni fəth etdikdən
sonra başqa qüreyşlilər kimi Süheyl də
bağışlanmışdır. Bundan sonra o, İslamı qəbul
etmişdir. İlk Raşidi xəlifələrin hakimiyyəti
dövründə Süheyl savaşlara qatılmış,
Suriyanın alınması uğrunda gedən
döyüşlərdə vuruşmuş və orada da vəfat et-
mişdir.
SÜHRƏVƏRDİ ŞİHABƏDDİN – bax:
SÜHRƏVƏRDİLƏR.
SÜHRƏVƏRDİLƏR – sufi təriqətlərin-
dən birinin ardıcıllarıdırlar. Təriqətin adı
Şihabəddin Əbu Həfs Ömər Sührəvərdi
(632/1234-cü ildə vəfat etmişdir) ilə bağlıdır.
O, Cənubi Azərbaycanın Zəncan vilayətinin
Sührəvərd kəndində doğulmuşdur. Sonra
Bağdada köçərək orada Quran təfsirini,
hədisləri və  fiqhin əsaslarını öyrənmişdir.
Əbu Həfs mənəviyyat yoluna əmisi Əbu Nə-
cibin başçılığı altında başlamışdır. Sonra o,
Abbasi xəlifəsi Nasir Lidinillahın hörmətini
qazanmış və buna görə də, xəlifə onun üçün
bir mədrəsə tikdirmişdir.
Əbu Həfs dövründə çox tanınmışdır.
Onun yanına dərs almaq üçün müsəlman
dünyasının müxtəlif bölgələrindən tələbələr
241
SÜHRƏVƏRDİLƏR

gəlirdilər. Onlardan biri məşhur şair Sədi Şi-
razi olmuşdur. Bağdadda Əbu Həfs bütün
sufi  təkkələrinə və təriqətlərinə başçılıq
edirdi. O, Əbdülqədir Gilani, İbn Ərəbi,
İbnül-Farid kimi tanınmış sufi alimləri ilə
görüşmüşdür. Əbu Həfs bir çox əsərlərin
müəllifi olsa da, onun sufilərin mənəvi
təcrübəsinə həsr edilmiş “Əvarifül-Məarif”
kitabı daha çox tanınmışdır.
Əbu Həfsin sağlığında onun təlimi İraq,
Suriya və İranda geniş yayılmışdır. Sonra
sührəvərdilik Türküstan, Hindistan və
Anadoluda yayılmağa başlamışdır. Ancaq,
onun qurduğu təriqətin ardıcılları Hindis-
tanda daha çox yaşamışdır. Sührəvərdilər öz
mənəvi varislik silsiləsini Əli ibn Əbu Talib-
dən başlayıb, Əhməd Qəzaliyə qədər yük-
səltmişdirlər. Bu silsilədə Cüneyd Bağdadi
və Əbu Nəcib Əbdülqahir Sührəvərdi
(563/1166-cı ildə vəfat etmişdir) kimi tanın-
mış sufilər də vardır. Təriqətin məclislərində
ucadan  zikrlər deyilsə də, fərdi təcrübədə
səssiz zikrlərə də yer verilir. Sührəvərdilikdə
müxtəlif cərəyanlar da vardır.       
SÜHUFLAR –  Məhəmməd peyğəm-
bərdən öncə yaşayan bəzi peyğəmbərlərə
Allah tərəfindən endirilmiş kiçik həcmli
kitablardır. Rəvayətlərə görə Adəm 
İbrahimə 10, Şitə 50, İdrisə 30 sühuf nazil
edilmişdir. Musa, Davud, İsa və Məhəmməd
peyğəmbərə isə Kitablar nazil olunmuşdur.
SÜHUR – oruca başlamadan öncə yey-
ilən səhər yeməyidir. Orucluq zamanı günəş
çıxmamışdan öncə səhər yeməyini yemək
tövsiyə edilir. Yeməyi sübh namazına az
qalmış tamamlamaq lazımdır. Sühurun savab
olması haqqında çoxlu hədislər də vardır.
SÜLEYMAN –  Quranda adı keçən
peyğəmbərlərdən biri olmuşdur. İsrailin
krallarından biri olan Süleyman Musanın
şəriəti ilə hökm verirdi. Rəvayətlərə görə
Qəzzada doğulmuş, Qüdsdə vəfat etmişdir.
Uşaq yaşlarından başlayaraq sağlam
düşüncəsi ilə seçilib, ədalətli bir insan olmuş-
dur. Süleyman Davud peyğəmbərin oğlu idi.
Oniki yaşı olanda atasını itirmiş və onun yer-
inə keçib ölkəyə başçılıq etməyə başlamışdır. 
Bir gün Süleyman Allaha yalvarıb ona
heç kəsdə olmayan güc və dövlətin ver-
ilməsini diləmişdir. Allah da ona cinlərin,
heyvanların, küləklərin və insanların
üzərində hökmranlığı bəxş etmişdir (Quran,
38: 36-38). Süleyman hətta heyvanların və
quşların da dilini bilmişdir (Quran, 27: 16). 
Rəvayətlərə görə Süleyman öz
hakimiyyəti dövründə yeni şəhərlər və yollar
salmış, qalalar, saraylar və yaşayış evləri
tikdirmişdir. Bu işdə ona cinlərin kömək et-
diyi rəvayət edilir (Quran, 34: 12-13).
Qüdsdə Süleyman ən böyük və məşhur
məbəd
tikdirmişdir. Orada Musaya
göndərilən Tövratın lövhələri saxlanılmışdır.
Onun insanlar və cinlərdən ibarət böyük
qoşunu da olmuşdur (Quran, 27: 17). 
Süleymanın hakimiyyəti Yaxın Şərqin bir
çox bölgələrinə yayılmış, o güçlu krala
çevrilmişdir. O, gəmiçiliyi və ticarəti inkişaf
etdirmişdir. Süleymanın hakimiyyəti
dövründə ölkədə əminamanlıq hökm sür-
müşdür. Beləliklə o, 40 il ədalətlə ölkəyə
başçılıq etmişdir. Süleymanı başqa ölkələrdə
də tanıyırdılar. O, bir çox başqa ölkələrin
başçılarını imana gətirmişdir. Səbada Yəmən
kraliçası Bilqeysi Allaha imana dəvət edərək
ona bir məktub göndərmişdir. Sonra onun bir
xadimi onu möcüzəvi olaraq bir anda onun
yanına gətirmişdir (Quran, 27: 20-44).
Bir gün Süleyman tikilməkdə olan böyük
bir saraya baxmağa getmiş və orada binanın
eyvanına çıxdıqda ölüm mələyi gəlib onun
canını almışdır. 
SÜNNƏ –  Məhəmməd peyğəmbərin
söylədiyi sözlər, gördüyü işlər, buyurduğu
hökmlər və əxlaqi özəllikləridir. Onun
şəxsiyyəti müsəlmanlar üçün bir həyat
örnəyidir (Quran, 33: 21). Sünnə Quranın
242
SÜHUFLAR

ayələrini izah edir, onların mənalarına aydın-
lıq gətirir. Məhz, sünnədən Quranda ol-
mayan bir çox məsələlər üzrə hökm verilir.
Bəzi ilahiyyatçılar hesab edir ki, özəl hal-
larda sünnə hətta Quran ayələrinin hüquqi
hökmlərini qaldırıb, onları əvəzləyə bilər.
SÜNNİLƏR_–_müsəlmanların_çoxluq__təşkil_etdiyi_etiqadi_məzhəbin_mənsub-__larıdırlar.'>SÜNNİLƏR  –  müsəlmanların çoxluq
təşkil etdiyi etiqadi məzhəbin mənsub-
larıdırlar. Ərəbcə “əhli-sünnə vəl-camaa”
kimi səslənir. Onlar Məhəmməd peyğəm-
bərin və onun ardıcıllarının göstərdiyi yolla
getməyi özlərinə vacib bilirlər. Sünnilik tar-
ixi şəraitdən və zərurətdən doğmuşdur.
Məhəmməd peyğəmbərin sağlığında müsəl-
man icması, münafiqlərin müxalifəti kimi
bəzi istisnaları nəzərə almadan bütövlüyünü
qoruyub saxlamışdır. Bu bütövlük ilk dəfə
Məhəmməd peyğəmbərin vəfatından sonra
Əbu Bəkrin xəlifə seçilməsi ilə pozulmuşdur.
O zaman Əli ibn Əbu Talibi xəlifə görmək
istəyən güvvələr meydana çıxmışdır. 35/656-
cı ildə xəlifə Osmanın öldürüldüyündən
sonra parçalanma daha surətlə getməyə
başlamışdır. Əli ibn Əbu Talibin zamanında
isə Xilafətdə vətəndaş müharibəsi
başlamışdır.  Şiələr, nəsibilər və xaricilər
siyasi mübarizə aparırdılar. 
Elə bu dövrdə yəhudilər, xristianlar və
zərdüştilər kütləvi şəkildə İslamı qəbul
edirdilər. Onların vasitəsi ilə İslama o din-
lərin müəyyən elementləri daxil olurdu, belə-
liklə, israiliyyat anlayışı formalaşmışdır. Bu
şəraitdə müsəlmanların çox hissəsini təmsil
edən və heç bir tərəfə aid olmayan İslam
böyükləri İslam dininin əsaslarını qorumaq
məqsədi ilə öz məktəblərini təşkil et-
mişdirlər. Onların arasında Abdullah ibn
Ömər, Həsən Bəsri, Əbu Hənifə, Malik ibn
Ənəs kimi şəxsiyyətlər də olmuşdur. Onların
metodları və prinsipləri arasında fərqlər or-
taya çıxmışdır. Sonra İraq ilahiyyatçıları rəy
tərəfdarları, Hicaz ilahiyyatçıları hədis tərəf-
darları kimi tanınmağa başlamışdırlar. Sün-
niliyin yaranmasında qədərilərin, cəbrilərin,
mürciilərin və başqa təriqətlərin təsiri olmuş-
dur. Onlarla razılaşmayan və mübahisələr
aparan ilahiyyatçılar bu ixtilaflar nəticəsində
öz təlimlərini yaratmışdırlar.
Zaman keçdikcə Əməvi, sonra Abbasi
xəlifələrinin hakimiyyəti möhkəmləndikcə
şiələrə və xaricilərə qoşulmayan bu mək-
təblərin birləşdirilməsi prosesi başlamışdır.
Məsələ burasında idi ki, hakimiyyətə xalqı
idarə etmək üçün vahid və mərkəzləşdirilmiş
din lazım idi. Bu proses uzun müddət davam
etmişdir, onların arasında ixtilaflar da olurdu.
Sonda isə bu məktəblərin birləşdirilməsi sün-
niliyin formalaşmasına gətirib çıxarmışdır.
Abbasilər dövründə mütəzililər sünniliklə bir
zamanlar rəqabət aparmışdırlar. Onları da
sünnilər kimi hakimiyyət dairələri dəstək-
ləmişdir. Ancaq, mütəzililərlə mübarizədə
sünnilər qalib gələ bilmişdirlər.
Buna baxmayaraq sünnilər həm əqidə,
həm də fiqhi baxımından bir çox hallarda bir-
birindən fərqlənirlər. Fiqhdə onların hənəfi,
şafii, maliki və hənbəli məktəbləri vardır. On-
lardan hənəfilər İraq rəy məktəbinin, qalan
üçü isə Hicaz hədis məktəbinin ardıcılları
idilər. Onların hamısının metod və hökm-
lərində fərqlər mövcuddur. Əqidə baxımın-
dan da sünnilərin ən azı üç məktəbi
olmuşdur. Bunlar əşəri, maturidi və  sələfi
məktəbləridir ki, onların da arasında
müəyyən fərqlər və ixtilaflar mövcuddur.
Sünniliyin ümumi əqidə prinsipləri birdir.
Bunlar sünni əqidəsinin əsaslarını təşkil edir,
bununla da mütəzili və şiə iman əsaslarından
fərqlənir. Sünnilərdə iman əsasları altıdır:
tövhidə, məlakələrə, müqəddəs kitablara,
peyğəmbərlərə,  qiyamət gününə,  qəza və
qədərə iman. Ayrıca, bütün sünnilər üçün İs-
lamın beş şərti vardır: kəlmeyi-şəhadəti dillə
söyləyib qəlblə təsdiq etmək, hər gün beş
vaxt olmaqla namaz qılmaq, zəkat vermək,
Ramazan ayında oruc tutmaq və həccə get-
mək.
243
SÜNNİLƏR

Ş
ŞAFİİ MƏHƏMMƏD İBN İDRİS
(150/767 – 204/819) – İslamın dörd sünni
hüquq məzhəblərindən biri olan Şafii
məzhəbinin qurucusu olmuşdur. Məhəm-
məd ibn İdris hicri 150-ci ildə Qəzzada
(Fələstin) doğulmuşdur. Onun soyu Qüreyş
qəbiləsindən olmuş, erkən yaşlarında atasını
itirdiyindən yoxsulluq içində böyümüşdür.
O, bacarıqlı gənc kimi doğulduğu yerdə
Quran və peyğəmbərin göstərdiyi yolu yaxşı
öyrənmişdir. Sonra Məkkəyə köçmüş, tanın-
mış alimlərdən dərs almışdır. Şafiinin Məkkə
camaatının adətləri ilə yaxından tanış olmuş,
eləcə də hədisləri rəvayət edən peyğəmbər
səhabələrinin nəvə-nəticələrini tanımış, on-
lardan rəvayətlər nəql etmişdir. Bundan
başqa o, müxtəlif dini təriqətlərin təlimlərini
də öyrənmişdir.
Təhsilini başa vurduqdan sonra Şafii
dövlət işində çalışmışdır. O, bir zamanlar
Nəcran qazisi (II) olmuşdur. Sonra siyasi
baxışlarına görə o, təqiblərə məruz qalmışdır.
Lakin sonra xəlifə Harun ər-Rəşid ona bəraət
qazandırmışdır. Bundan sonra Şafii “Üsulül-
Fiqh” də hökmlərin çıxarılması metodunu
irəli sürmüşdür. Ondan öncə əsaslı fiqh
metodu hələ hazırlanmamışdır. O, öz meto-
dunda Quran və hədislərin açıq mənalarına
istinad etmiş, kəlamçıların (I) metodlarından
çəkinmişdir. 
Şafii ölkə quruculuğunda Xilafət idarə
sistemini dəstəkləyirdi. Müsəlmanların çoxu
kimi Şafii də xəlifənin qureyşdən olmasını
israr edirdi. Şafii üçün ən ideal dövlət quru-
luşu Raşidi xəlifələr dövrü olmuşdur. 
Daha sonra Şafii müəllimliklə məşğul
olmuş, bu işdə o böyük hörmət qazanaraq el
arasında məşhurlaşmışdır. Onun fəaliyyətini
Əbülhəsən Səbbah Zəfərani adlı tələbəsi
“Kitabül-Ümm” kitabında işıqlandırmışdır.
Şafiinin elmi irsi İraq və Misirdə geniş əks
səda doğurmuşdur. O, İraqda olarkən çox
əhəmiyyət kəsb edən hüquqi hökmlər çıxar-
mışdır. Sonra o, Misirə köçdükdən sonra on-
lara bir daha qayıtmış, başqa tərəfdən
yanaşaraq onları yeniləmiş, onlara üstünlük
verilməsini vəsiyyət etmişdir. Şafii hicri 204-
cü ildə Misirdə 54 yaşında vəfat etmişdir. 
ŞAFİİ MƏZHƏBİ –  geniş yayılmış
fiqhi məzhəblərdən biridir. Bu məzhəbin adı
Məhəmməd ibn İdris Şafii ilə bağlıdır. O,
Hicaz və İraq hüquq məktəblərinin metod-
larını öyrəndikdən sonra öz fiqh metodunu
irəli sürmüşdür. Məhəmməd ibn İdris Şafii
vəfat etdikdən sonra onun irsini inkişaf et-
dirmişdirlər. Hicrətin 199-cu ilindən başla-
yaraq Şafii məzhəbi Misirdə yayılmağa
başlamış və sonrakı dövrlərdə də mövqeyini
qoruyub saxlaya bilmişdir. Şafiilər İranda da
nüfuz qazana bilmişdirlər. Ancaq, sonra
orada şiəlik rəsmi məzhəbə çevrilmiş və
nəticədə cəfəri məzhəbi nüfuz qazanmışdır. 
Müasir dövrdə şafiilik İndoneziyada,
Malaziyada, Misirdə, Yaxın Şərqdə və
müsəlman dünyasının başqa yerlərində
yayılmışdır. Şafii metoduna görə hökmlər ilk
olaraq Quran və hədislərin açıq mənalarının
(nassların) əsasında verilməlidir. Onların
ikili mənaları olmadığına görə onlar ən
etibarlı mənbələr hesab edilir. Başqa mən-
bələrin əsasında verilən hökmlər isə nasslara
uyğun olmalı, onlarla ziddiyət təşkil etməmə-
lidirlər.
Şafii Quranın əsasında verilmiş hökmləri,
sünnə əsasında verilmiş hökmlərlə bir tu-
turdu. O hesab edirdi ki, Quranı sünnəsiz an-
lamaq mümkün deyildir. Bununla da o,
yalnız Quranı vəhy kimi qəbul edən hənə-
filərdən fərqlənirdi. Quranın doğru başa
düşülməsində isə Şafii səhabələrin fikirlərinə
önəm verirdi. Çünki, onlar Quranı
başqalarından daha yaxşı bilmişdirlər. Şafii
nəsx və mənsuxu qəbul etməmişdir. O hesab
edirdi ki, nə Quran sünnənin, nə də sünnə
244
ŞAFİİ MƏHƏMMƏD İBN İDRİS 

Quranın hüquqi hökmlərini ləğv edib əvə-
zləyə bilər. Bu mövzuda o, nəsx və mənsuxu
qəbul edən başqa sünni ilahiyyatçılarla ixtilaf
etmişdir. Onun fikrincə Quran ayələri hədis-
lərin hökmünü qaldıra bilirsə, onda hədislərə
çox da əhəmiyyət verilməməlidir. Bu da
fiqhdə problemlərə gətirib çıxara bilərdi.
Şafii mütəvatir hədislərlə yanaşı əhəd hədis-
lərə də böyük əhəmiyyət vermiş və onların
əsasında hökmlərin çıxarılmasının tərəfdarı
olmuşdur. Hökmlərin verilməsində Quran və
Sünnədən sonra ikinci qaynaq İslam ilahiyy-
atçılarının  icmasıdır. Əgər hər hansı bir
məsələ üzrə şafii alimləri birliyə
gəlmişdirlərsə onda hökm bunun əsasında
verilirdi. 
Malikilərdən fərqli olaraq şafiilər “Mə-
dinə şəhər sakinlərinin icmasını” dəlil kimi
qəbul etmirlər. Ona görə bir yerin adətləri
heç nəyi həll etmir. Dəlil kimi bütün müsəl-
man bölgələrinin icması qəbul edilə bilər.
Ancaq, bəzi istisna hallarda onlar bu metod-
dan istifadə edirlər.
Şafiilər səhabələrin hökmləri və onların
icmasına da böyük əhəmiyyət verirlər.
Ancaq, bəzən müəyyən məsələlər üzrə
səhabələrin fərqli hökmləri də olmuşdur.
Belə olduqda şafiilər onlardan heç birinə
üstünlük vermir, başqa ictihad üsullarına
üstünlük verirlər. Hökmlərin çıxarılmasında
şafiilər qiyasdan da istifadə edirlər. 
ŞAH NEYMƏTULLAH VƏLİ
(731/1330 – 834/1431) – tanınmış sifi
şeyxlərindən biri olmuşdur. Neymətullahi
təriqətinin adı onunla bağlıdır. O, Suriyanın
Hələb şəhərində doğulmuş, şafii məzhəbinin
davamçısı olmuşdur. Onun atası Mir Abdul-
lah sufi şeyxi olmuşdur. Yetkinlik yaşına çat-
dıqda Şah Neymətullah Vəli müxtəlif
ölkələrə səfərlər etmiş, məşhur sufi Abdullah
Yafiinin istəkli tələbəsi, sonra isə xəlifəsi ol-
muşdur. Yeddi il ərzində o, İbn Ərəbinin
əsərlərini öyrənmiş, sonra isə onun bəzi
kitablarına şərhlər yazmışdır. 
Bundan sonra Şah Neymətullah yenidən
səfərlərə çıxmış, İraq və Misirdə olmuş,
sonra Mavərənnəhrə gedib türklərin arasında
təbliğat aparmışdır. Ancaq, əmir Teymur
onun fəaliyyətini dəstəkləməmiş, ona görə də
Şah Neymətullah Vəli Herata, oradan
Məşhədə, sonra isə Yəzdə getmişdir. Sonda
o, Kirmandakı Məhan kəndinə gəlmiş, həy-
atının son 25 ilini orada keçirmişdir. Rə-
vayətlərə görə Şah Neymətullanın 500-dən
artıq əsərləri olmuşdur.
Şah Neymətullah Vəli tərkidünyalığın
tərəfdarları olmamış, abidliyi ictimai həyatda
iştirak edərkən göstərməyi təbliğ edirdi. O
zaman mənəviyyat yolçusu dünya işləri ilə
məşğul olsalar belə, öz “Mən”ini Allaha
yönəltməlidirlər. Eyni zamanda o, təriqəti
şəriətdən ayırmamışdır.
Bununla yanaşı Şah Neymətullah Vəli
görüntü üçün dindarlığı göstərməyin tərəf-
darı da olmamışdır. Ona görə o, xüsusi dini
geyimdə cəmiyyətə çıxıb özünü göstərməyə
qarşı idi. O, musiqi ilə müşayiət olunan sə-
maların keçirilməsinə icazə vermişdir.
ŞAHİKÜL-CƏBƏL 
– 
müxtəlif
səbəblərdən Allahın göndərdiyi dinlərdən
heç biri ilə tanış olmayan insanlardır.
İlahiyyatçıların bu insanların durumu
haqqında müxtəlif fikirləri olmuşdur.
Bəziləri şahikül-cəbəlin hamı ilə birlikdə
qiyamət günü diriləcəklərini iddia et-
mişdirlər. Onlara görə mühakimədən sonra
Allah onları heyvanlarla birlikdə məhv
edəcəkdir. Onlar nə cənnətlə mükafatlan-
mayacaq, nə də cəhənnəmdə əzab gör-
məyəcəklər. 
ŞAZİLİ ƏBÜLHƏSƏN
– bax:
ŞAZİLİLƏR.
ŞAZİLİLƏR –  sufi təriqətlərindən
birinin ardıcıllarıdırlar. Təriqətin adı Əbül-
həsən Əli ibn Abdullah Şazili (593/1196 –
657/1258) ilə bağlıdır. Onun soyu Tunisdə
yerləşən Şazil kəndindən olmuşdur. Həyatı
boyu o, uzaq səfərlərə çıxaraq oralardan zən-
gin biliklər əldə etmişdir. O, zamanının tanın-
mış  şeyxlərinin vasitəsi ilə sufizmlə tanış
245
ŞAZİLİLƏR

olmuş, sonra isə öz təriqətini təsis etmişdir.
Şeyx Əbülhəsən Şazili müridlərini hər
zaman Allahı səssiz zikrlə anmağa çağırırdı.
O, inzivaya çəkilməyi, bəzi sufilərin ucadan
oxuduqları zikrləri, eləcə də vəcd  (ekstaz)
halına düşmələrini bəyənmirdi. Şaziliyə görə
müridlər möminliyini sözdə deyil, öz həyat-
larında göstərməlidirlər. 
Şazililər insanları şəriətin yol verdiyi hər
şeydən yararlanmağa çağırmış, aşırı za-
hidliyə qarşı olmuşdurlar. Onlara görə Al-
lahın daim zikr edilməsi və mənəvi həyatı
onu gündəlik işlərindən yayındırmamalıdır.
Onlar üçün dünyəvi və mənəvi həyat bir-
birinin içində olmalıdır. Hər bir iş Allahı an-
maqla, onun qarşısında savab qazanmaq
istəyi ilə görülməlidir. Şazililərin başqaların-
dan seçilmək üçün xüsusi geyimləri ol-
mamışdır. 
Allahdan qorxmaq, görülən işlərdə və sö-
zlərdə peyğəmbərin göstərdiyi yola uymaq,
xoşbəxtlikdə və çətinliklərdə yalnız Allaha
sığınmaq, onun iradəsinə tabe olmaq və yal-
nız ondan yardım diləmək kimi müddəalar
şazili təliminin əsasını təşkil edir.
Allaha yaxınlaşmaq yolunu şazililər
“ayıq” (sahv) olaraq həyata keçirib, “sərx-
oşluqdan” (sukr) çəkinirlər. Bununla da,
onlar Cüneyd Bağdadinin yolu ilə gedirdilər.
Şazililərin şeyxləri varislik deyil, seçki yolu
ilə təyin olunur.
Əbülhəsənin vəfatından sonra şazililərə
Abbas Mursi, ondan sonra isə əsərləri ilə
şazililiyi Məğribdə tanıdan Təcəddin ibn
Ətaulla İsgəndərani başçılıq etmişdir. Ancaq,
zaman keçdikcə şazililər müxtəlif təriqətlərə
parçalanmışdırlar. Onlardan bəziləri mənəvi
təcrübələrində vəcddən istifadə edirlər. Bir
çox Afrika bölgələrində onların təlimi yerli
əhalinin adətləri ilə qarışmışdır. Buna görə
də, onları bəzi müsəlman ənənə tərəfdarları
tənqid etmişdirlər.
Şazililər Afrikanın bir çox xalqlarını
müsəlmanlaşdırmışdırlar. Onlar həmçinin
Avropa müstəmləkəçiliyinə qarşı mübarizə
aparmışdırlar. Şazililik daha çox Misir, Şi-
mali və Mərkəzi Afrika ölkələrində
yayılmışdır. 
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin