AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə38/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

OSMANLILAR

Tərəqqi” partiyasında təmsil olunmuşdur.
Onlar konstitusiyanın və parlamentin bərpası
uğrunda mübarizə aparırdılar. 1909-cu ildə
onlar Sultan Əbdülhəmidi devirib
hakimiyyətə gəlmişdilər. Yeni Sultan V Məh-
mət olmuşdur. Ancaq onlar da Osmanlı im-
periyasını uğursuzluqlardan qurtara
bilməmişdilər. 1911-ci ildə İtaliya Liviyanı
ələ keçirmiş, 1912 – 1913-cü illərdə gedən
Balkan savaşlarında türk orduları ağır məğlu-
biyyətlərə uğramışdırlar. Bu müharibədə
Şərqi Trakiyada olan digər bütün ərazilər də
itirilmişdir. 
1914-cü ildə isə Osmanlılar I Dünya
Müharibəsinə Almaniyanın müttəfiqi kimi
girmişdirlər. Bu müharibədə ölkənin qalan
gücləri və sərvətləri də darmadağın
edilmişdir. Osmanlılara tabe olan ərəb əmir-
ləri də Antantanın tərəfinə keçmişdirlər.
1918-ci ildə Müdrosda Osmanlı im-
periyasının savaşda məğlub olması haqqında
Antanta ilə anlaşma bağlanmışdır. Bundan
sonra Avropa ölkələri Anadolunun işğalına
başlamışdırlar. Orada bir neçə ölkənin
yaradılması planlaşdırılmışdır. Türklərə yal-
nız Anadolunun ortasında kiçik bir ərazi ver-
ilməli, İstanbul isə ingilislərdə qalmalı idi.
Sonuncu Osmanlı Sultanı V Məhmət An-
tanta ölkələrinin təsiri altında olmuş, onların
əmrlərini yerinə yetirirdi. Ancaq türk xalqı
öz müstəqilliyinin itirilməsi, ölkənin
parçalanması ilə razılaşmayaraq işğalçılara
qarşı üsyana qalxdılar. Bu üsyanı türk or-
dusunun Antantaya tabe olmayan Mustafa
Kamal paşanın başçılıq etdiyi ordu bölmələri
də dəstəkləmişdir. Beləliklə, Türkiyənin
müstəqilliyi uğrunda savaş başlamışdır. Bu
müharibədə Türklər yunan, fransız, ingilis və
başqa işğalçı ordularını darmadağın edib
ölkədən qova bilmişdirlər. 1922-ci ildə türk
ordusu İstanbula girmiş və bu tarixdən başla-
yaraq Osmanlı Sultanlarının hakimiyyətinə
son qoyulmuş, Türkiyə respublikaya
çevrilmişdir. 1924-cü ildə isə Xilafət ləğv
edilmişdir.
Ö
ÖLÜM – bax: MÖVT.
ÖLÜM MƏLƏYİ –  Allaha ən yaxın
olan mələklərdən biridir, vəzifəsi insanların
həyatlarını sonlandırmaqdır. İslama görə
Allahın əmri olmadan Azrail insanların
canını ala bilməz. Quranda ölüm mələyi 32:
11 ayəsində anılmışdır. İlahiyyatçılara görə
ölüm mələyinin vəzifəsinin yerinə yetir-
ilməsində ona çoxlu digər mələklər 
yardım edirlər və bu mələklər ona tabedirlər.
Qeyd etmək lazımdır ki, kafir və möminlərin
canlarını alan mələklər fərqlidirlər (Quran,
79: 1-2). 
ÖMƏR İBN XƏTTAB (23/644-cü ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
yaxın səhabəsi, görkəmli ictimai-siyasi
xadim, ikinci Raşidi xəlifə olmuşdur. O,
təxminən 585-ci ildə Məkkədə doğulmuşdur.
Onun  İslamı qəbul edənə qədərki həyatı
haqqında çox məlumat vardır. Onun çoban
olması, sonra isə ticarətlə məşğul olduğu
haqqında rəvayətlər mövcuddur. Daha sonra
o, Məkkənin nüfuzlu adamlarından biri ol-
muşdur. Onu tez-tez qəbilələr və ailələr
arasında baş vermiş ixtilafları həll etməyə
dəvət edirdilər. Sərt xarakterə sahib olan
Ömər ilk dövrlərdə müsəlmanlara qarşı ol-
muşdur. Rəvayətlərə görə ərəbləri öz ənənəvi
inanclarından döndərmək istədiyi üçün o,
Məhəmməd peyğəmbəri öldürmək istəmişdir.
İstəyini yerinə yetirmək üçün yola da
çıxmışdır. Ancaq, yolda o bir məkkəli ilə
qarşılaşmış, ondan bacısının və kürəkənin
müsəlman olduqları xəbərini eşitmişdir.
Bunu eşidəndə Ömər daha da qəzəblənərək
bacısı gilə gəlmiş və orada onun həyat
yoldaşı ilə birlikdə Quran oxuduqlarının
şahidi olmuşdur. Öncə Ömər onları döymüş,
223
ÖMƏR İBN XƏTTAB

ancaq qəzəbi soyuyanda Quran ayələri ilə
maraqlanmışdır. Ayələrin mənaları ilə tanış
olduqdan sonra müsəlman olmağa qərar ver-
mişdir. Bundan sonra Ömər müsəlmanların
toplaşdıqları Ərqəmin evinə yollanıb orada
müsəlman olduğunu təsdiq etmişdir. Bu
hadisə Məhəmməd peyğəmbərin peyğəmbər-
liyinin başlamasından altı il sonra baş ver-
mişdir.
İslamı qəbul etdikdən sonra Ömər digər
səhabələrlə birlikdə bütpərəstlərin müqav-
imətinə baxmayaraq Kəbəyə getmiş, orada
camaat  namazı qılmışdırlar. Daha sonra
Ömər başqa müsəlmanlarla birlikdə Məd-
inəyə hicrət etmişdir. Orada bütün müsəl-
manların ictimai həyatında fəal iştirak
etmişdir. O, Bədr, Uhud, Xəndək, Xeybər,
eləcə də başqa döyüşlərdə vuruşmuşdur. Elə
o zaman o, müsəlmanlar arasında nüfuz
qazanmışdır.
Məhəmməd peyğəmbərin vəfatından
sonra Ömər Əbu Bəkrin xəlifə seçilməsində
böyük rol oynamışdır. Onun xilafəti zamanı
Ömər onun yardımçısı olmuşdur. Vəfatından
öncə Əbu Bəkr onu öz varisi elan etmişdir.
Beləliklə, 13/634-cü ildə Ömər ikinci Raşidi
xəlifə olmuşdur. 
Ömər xəlifə olduqdan sonra, Əbu Bəkrin
siyasətini davam etdirmişdir. Onun za-
manında Xilafət böyük uğurlar əldə etmişdir.
İslam ordusu Bizans və İran kimi güclü im-
periyaları məğlub edə bilmişdir. Xilafətin
hakimiyyəti Yaxın Şərqə, İrana, Misirə, Şi-
mali Afrikanın bəzi bölgələrinə yayılmışdır.
23/644-cü ilin Zülhiccə ayında xəlifə Ömərin
həyatına qəsd edilmişdir. Nəticədə o, ağır
yaralanmış, az sonra isə vəfat etmişdir. Onun
qatili Əbu Lulu adlı bir iranlı kölə olmuşdur.
Ölümündən öncə xəlifə Ömər yeni xəlifənin
seçilməsi üçün bir heyət təyin etmişdir. Bu
heyətin tərkibində Osman ibn Əffan, Əli ibn
Əbu Talib, Təlhə ibn Übeydullah, Zübeyr ibn
Əvvam, Əbdürrəhman ibn Əvf, Səd ibn Əbu
Vəqqaz olmuşdurlar. Onlar üç günün içində
öz aralarından bir nəfəri xəlifə seçməli idilər.
Bu seçim nəticəsində Osman ibn Əffan
üçüncü xəlifə seçilmişdir.
ÖRF –  müxtəlif xalqların əsrlər boyu
oturuşmuş adət və ənənələridir. Örfün
yaranma səbəbi cəmiyyətdə münasibətlərin
tənzimlənməsi ehtiyacından ortaya çıxmışdır.
İslam fəqihləri Quran və hədislər əsasında
həll edilməyən məsələlərdə bəzən örfdən is-
tifadə edirlər. Örfün ictimai münasibətlərin
tənzimlənməsində istifadəsi onun şəriətə
zidd olmamağı ilə bağlıdır. Şəriətə uyğun ol-
mayan örflər isə İslam hüququnda qəbul
edilmir (Quran, 7: 28).
ÖVLİYALAR –  günlərini ibadətdə
keçirən, mömin həyatı yaşayan, günahlar-
dan çəkinən, mənəviyyata üstünlük verən
müqəddəs şəxslərdir. Onlar haqqında Quran
ayəsi də mövcuddur (10: 62-64). Xalq
arasında övliyalara böyük ehtiram göstərilir.
Hətta, bəzən onların qəbirləri ziyarət yer-
lərinə belə çevrilir. Övliyalardan kömək
diləmək haqqında fikir ayrılıqları olsa da, in-
sanlar onların vasitəsi ilə Allaha dualar
edirlər. İnanan insanlar hesab edirlər ki, on-
ların bərəkəti hər zaman və hər yerdə vardır
və onları ziyarət etmək lazımdır.
P
PEYĞƏMBƏR
– fars dilindən
götürülmüş Allahın göndərdiyi və ya seçdiyi
elçi, rəsul və nəbilər bu adla adlandırılır.
“Xəbərçi və ya xəbər verən” mənasında
işlədilir. Bir termin kimi “peyğəmbər” Al-
lahın bəndələrinə əmr və buyruqlarını
bildirmək və onlara haqq və həqiqəti, halal
və  haramı, xeyr və şəri açıqlamaq üçün
seçdiyi və vəzifələndirdiyi insanı ifadə edir.
Peyğəmbərlərə inam İslam dininin əsasların-
224
ÖRF

dan hesab edilir. Yeni bir kitab və şəriət gətir-
miş olan peyğəmbərə rəsul, yeni bir kitab
gətirməyən özündən əvvəlki peyğəmbərin
şəriətini davam etdirən peyğəmbərə isə nəbi
deyilir. 
Rəsullar yalnız Adəm, Nuh, İbrahim,
Musa, İsa və Məhəmməd peyğəmbərlər ol-
muşdurlar. Allahın dininə çağırış baxımından
nəbilər rəsullardan fərqlənmirlər. Müsəlman-
lar, onların hamısına inanır, onlardan birini
qəbul etməyən kimsə İslamdan çıxmış olur.
İlk peyğəmbər Adəm, sonuncusu isə Məhəm-
məddir. Quranda adları çəkilən peyğəmbər-
lər bunlardır: Adəm, İdris, Nuh, Hud, Saleh
(I), İbrahim, Lut, İsmail, İshaq, Yəqub, Yusuf,
Əyyub, Şueyb, Musa, Harun, Davud, Süley-
man, İlyas, Əlyəsə, Zül-Kifl, Yunus,
Zəkəriyya, Yəhya, İsa və Məhəmməd.
R
RABİTƏ – sufizmdə mənəvi yetkinliyə
çatmış şeyxin vasitəsi ilə Allahla qurulan
bağlantıdır.
Şeyx
keçmişdə ölmüş
övliyalarla da mənəvi rabitə qurula bilər.
Sufi təriqətlərinin təliminə görə mənəviyyat
“yolçusu” Allahla yaxınlığa can atmalı, onu
duymalı və ya öz “Mən”ini onda əritməlidir.
Ancaq, bunu insan özbaşına edə bilməz.
Buna görə də, mürid şeyxi ilə rabitə qurmalı,
onun vasitəsi ilə Allaha yaxınlaşmalıdır.
Bunu edə bilən müridlər kamil insan dərəcəs-
inə çata bilərlər. 
RAMAZAN – hicri-qəməri təqviminin
doqquzuncu və ən müqəddəs ayıdır. Bu ayda
Quran nazil olmuşdur (Quran, 2: 185). Ra-
mazan
ayında müsəlmanlar İslamın
əsaslarından biri olan oruc ibadətini yerinə
yetirirlər. Ramazan ayının başqa bir üstün-
lüyü  qədr gecəsinin onun gecələrinin birə
düşməsidir. Bu ay boyu müsəlmanlar Quran
oxuyub, gecələr təravih namazlarını qılırlar.
Ramazan ayının son on gününü etiqafa çək-
ilməyin ayrıca savabı vardır. Ramazan ayının
sonunda fitrə zəkatı da verilir.
RAŞİDİ XƏLİFƏLƏR –  Məhəmməd
peyğəmbərin vəfatından sonra Xilafəti idarə
etmiş ilk dörd xəlifələrdir. Bunlar Əbu Bəkr
Siddiq (hakimiyyət dövrü hicri 11 – 13-cü
illər),  Ömər ibn Xəttab Fəruq (hakimiyyət
dövrü hicri 13 – 23-cü illər), Osman ibn
Əffan Zun-Nureyn (hakimiyyət dövrü hicri
23 – 35-ci illər) və Əli ibn Əbu Talib
Mürtəzadır (hakimiyyət dövrü hicri 35 – 40-
cı illər). 
RAVİLƏR – Məhəmməd peyğəmbərin
sözlü və ya əməli davranışlarını başqalarına
ötürən müsəlman din adamlarıdır. Hədis el-
mində isə ravi rəvayətləri söyləyən və onu
digərlərinə ötürən şəxsdir. Onların rəvayət et-
dikləri hədislərin ravi silsilələri peyğəm-
bərdən eşitmiş əhli-beytə və ya səhabələrə
qədər gedib çıxmalıdır. Hədis elmində hər bir
rəvayətin mətni ilə tanış olmaqla yanaşı,
onun ravilərinin kim olduğu bilinməlidir. Hə-
disin  səhih sayılması üçün onun ravi sil-
siləsində yalnız ədalətləri və inancları ilə
seçilən ravilər olmalıdır. Bu tələbə cavab ver-
məyən hədislər səhih hesab edilmir. Hədis-
lərin səhih hesab edilməsi üçün ravilərə qarşı
qoyulan bəzi tələblər bunlardır: müsəlman və
sağlam düşüncəyə sahib olmaq, yüksək
əxlaqı,  vicdanı və inancı ilə seçilmək,
mükəmməl yaddaşa sahib olmaq. 
REYHANƏ – Məhəmməd peyğəmbərin
həyat yoldaşlarından biri olmuşdur. Bəzi rə-
vayətlərə görə Reyhanə Onun kənizlərindən
biri olmuşdur. Reyhanənin soyu Qureyzə ad-
lanan yəhudi qəbiləsindən idi. Reyhanə
müsəlmanların 4/626-cı ildə Qureyzə qə-
biləsi ilə döyüşü zaman əsir düşmüş və qən-
imət
kimi 
Məhəmməd peyğəmbərə
225
REYHANƏ

verilmişdir. Bəzi rəvayətlərə görə İslamı
qəbul edəndən sonra peyğəmbər onu azad
etmiş və onunla evlənmişdir. 
RƏCƏB –  hicri təqviminin yeddinci
ayıdır. İslamdan öncəki dövrlərdə Ərəblər bu
ayda tanrılarına qurbanlar kəsirdilər. Eləcə
də, onlar Rəcəb ayını müharibələrin aparıl-
masının  haram
edildiyi aylardan biri
sayırdılar. İlk dövrlərdə müsəlmanlar da bu
adətə tabe olsalar da, sonra bu adət ləğv
edilmişdir. Bunun səbəbi isə hicrətin 2-ci ili
Rəcəb ayının sonunda peyğəmbərin səhabəsi
Abdullah ibn Cəxşin dəstəsinin məkkəlilərin
karvanına hücum etməsi olmuşdur. Bundan
sonra bu ayda savaşların aparılmaması adət-
inə son qoyulmuşdur. Ancaq buna baxma-
yaraq İslamda da Rəcəb ayı müqəddəs hesab
edilir. Bəzi müsəlman hüquq məzhəblərinə
görə bu ayda qurbanlar kəsilmir. Rəcəb
ayında iki müqəddəs rəqaib və  merac
gecələri vardır. 
RƏCM –  kəbində olan kişi və ya
qadının zina etdiklərinə görə ölümünə
qədər daşqalaq edilməsidir. Fiqhə görə bunu
məhkəmədə dörd şahid təsdiq və ya zina
etmiş kəs etiraf etməlidir. Kəbində olmayan
insanlar zina etsələr, o zaman onları şal-
laqlayır və ya sürgün edilirlər. Zina etməyə
zorlanmış insanlar da rəcm edilmirlər. Rəcm
haqqında Quranda deyil, Əhdi-Ətiqdə ayə
vardır. Ancaq bəzi hədislərdən məlum olur
ki, Məhəmməd peyğəmbər bir neçə dəfə rəcm
hökmünü vermişdir. 
RƏQAİB
–  müsəlmanların Rəcəb
ayında qeyd etdikləri müqəddəs gecələrdən
biridir. Bu gecə Rəcəb ayının ilk cümə
axşamında qeyd edilir. Bəzi təriqətlərin
inancına görə bu gecə Məhəmməd peyğəm-
bər zamanların əvvəllərində yaradılmış və
ona  peyğəmbərlik verilmişdir. Bəzi rə-
vayətlərə görə Rəcəb ayının birinci cümə
axşamı günü Məhəmməd peyğəmbər oru-
cunu tutmuş, gün batandan sonra isə 12
rükətli namaz qılmışdır. Müsəlmanlar VI/XII
əsrdən başlayaraq Rəqaib gecələrini qeyd et-
məyə başlamışdırlar. XII/XVIII əsrdən başla-
yaraq bu adət kütləviləşmişdir. Rəqaib
gecələrinin qeyd edilməsini sufilər çox sevir-
lər. Onlar bu gecələrə xüsusi sayğı bəsləyir,
bunun üçün “rəqaibiyyə” adlı qoşmalar da
yazıb oxuyurdular. Osmanlı imperiyasında
bu gecələrdə məscidlərin minarələrində
qəndillər yandırılırdı. Bundan sonra Rəqaib
gecəsi xalq arasında da yayılmış və müasir
dövrümüzdə də keçirilməkdədir. Rəqaib
gecəsində müsəlmanlar etdikləri günahlara
görə Allah qarşısında tövbə və çoxlu sayda
dualar edirlər. 
Ancaq bəzi ilahiyyatçılar bu gecənin
keçirilməsinə, eləcə də o gecə xüsusi na-
mazın qılınmasına qarşı çıxırlar. Onlar bu
adətin bidət olduğunu iddia etmiş, bu barədə
rəvayət edilən hədisləri isə uydurma hədislər
hesab edirlər. 
RƏSUL – yeni şəriət və kitabla gəlmiş
böyük peyğəmbərdir.
Rəsullar keçmiş
peyğəmbərlərin 
şəriətlərini
inkar et-
məmişdirlər. Quranın 59: 7 ayəsinə görə on-
lara tabe olmaq vacib idi. İslama görə yalnız
altı rəsul olmuşdur: Adəm, Nuh, İbrahim,
Musa, İsa və Məhəmməd. 
RƏY –  Quran və hədislərdə öz əksini
tapmamış fiqhi məsələlər üzrə müctəhidin
şəriətə uyğun olan öz fikrindən irəli gələn
hökmdür. Qaydaya görə rəylə verilən hökm-
lər  İslamın ümumi ruhunu əks etdirməli,
dərin araşdırmaların nəticəsi olaraq verilmə-
lidirlər. İslamın əsaslarına zidd olan və dərin
araşdırmaların nəticəsi olmayan hökmlərin
rəylə irəli sürülməsi bəyənilmir. İslam tarix-
inin ilk əsrlərində ənənəçilər rəyə şübhə ilə
yanaşmışdırlar. Ancaq bəzi hallarda fiqhi
məsələlərdə onu qiyas mənasında işlədirdilər.
226
RƏCƏB

İslamın ilk əsrlərindən etibarən rəyi daha çox
İraq məktəbinin ilahiyyatçıları tətbiq
edirdilər. Bu məktəb Kufədə yerləşmişdir.
Hicaz məktəbinin ilahiyyatçıları isə
iraqlıların metodlarına qarşı çıxmışdırlar.
İraq məktəbinin yaradıcısı Məhəmməd
peyğəmbərin tanınmış səhabəsi Abdullah ibn
Məsud sayılır. Xəlifə Əli ibn Əbu Talib
Kufəni paytaxt elan etdikdən sonra bu şəhər
Xilafətin böyük mədəniyyət mərkəzinə
çevrilmişdir. 
Əməvilər
hakimiyyətə
gəldikdən sonra paytaxt Dəməşqə
köçürülmüşdür. Kufənin əhəmiyyətinin azal-
masına baxmayaraq İraq hüquq məktəbi yenə
də fəaliyyət göstərmişdir. Müsəlman
dünyasının bir çox böyük fəqihləri bu mək-
təbin ardıcılları olmuşdurlar. Onlar arasında
Əbu Hənifə və onun müəllimi Həmmad ibn
Əbu Süleyman olmuşdur. Onlar bir çox
hədislərə şübhə ilə yanaşdığından rəyə
üstünlük vermişdilər. Bu da onların bir çox
hədislərin zəif olduğunu yaxşı bildiklərindən
irəli gəlirdi. Buna görə qiyas və istihsan kimi
başqa ictihad metodlarını bəzi hədislərdən
üstün tuturdular. Sonralar isə rəyi Hicaz və
başqa müsəlman məktəbləri tətbiq etmiş və
bu gün də etməkdədirlər.
RİBA – hər hansı bir mala və ya pula
qoyulmuş faiz ya da o maldan alınan və
həqiqi dəyərinə uyğun olmayan gəlirdir. Bu
elə bir gəlirdir ki, insan onu zəhmət çək-
mədən qazanmış olur. Məsələn, 1 kiloqram
gümüşdən 1,5 kiloqram gümüşün gəliri əldə
edilirsə bu əməliyyat riba sayılır. Belə
əməliyyatlar, eləcə də pulun artıma (faizə)
verilməsi şəriətdə haram və çox ağır günah
hesab edilir (Quran, 2: 275, 2: 278-279, 3:
130).
RİBAT – müsəlman ölkələrinin qeyri-
müsəlman ölkələrlə sərhədlərində qurul-
muş keşikçi məntəqələri idi. Bu kimi
yerlərdə ilk sufi toplantıları keçirilirdi.
Döyüşçülər isə burada mənəvi təcrübə
qazanırdılar. İlk ribatı 150/767-ci ildə Həsən
Bəsrinin tələbəsi olmuş Əbdül-Bir ibn Zeyd
Əbədanda qurmuşdur. Başqa rəvayətlərə
görə isə ilk ribat hicrətin ikinci əsrinin so-
nunda Dəməşqin yaxınlığında yerləşən Rəm-
lədə qurulmuşdur.
Sonralar ribatlarda həm hərbi, həm də
mənəvi tərbiyə almaq üçün toplanmaq adəti
İslam dünyasının başqa yerlərinə də
yayılmışdır. Deyilənlərə görə təkcə İranda 65
ribat olmuşdur. Sərhəd qalalarında tərbiyyə
edilmiş sufilər, günlərini təkcə Allaha
ibadətlərdə keçirməmiş, həm də yaxşı
döyüşçü olmuşdurlar. Onlar müsəlman tor-
paqlarını yabançıların basqınlarından
qoruyurdular.  Fələstin, Anadolu və İs-
paniyada ribat əhli xaçlılar, Hindistanda isə
bütpərəstlərlə vuruşmuşdurlar. Əsrlər boyu
bu ribatlar müsəlman cəmiyyətlərində
əhəmiyyətli rol oynamışdırlar. Orada tədris
mərkəzləri və kitabxanalar yerləşirdi. Bu
məktəblərdən çoxlu sayda ilahiyyatçı alim və
sufilər çıxmışdır. Ribatlarda ictimai və siyasi
toplantılar keçirilirdi. Orada səfərdə olanlar
üçün qonaq evləri, karvansaralar da yer
almışdır. Ribatlarda xeyriyyəçilik işləri də
görülürdü. Orada xəstəxanalar da fəaliyyət
göstərirdi. Burada döyüşlərdə yaralananlar
tibbi yardım alır, insanlar xəstəliklərdən
müalicə olunurdular. Burada əqidələrinə görə
təqib olunan adamlar da sığınacaq tapırdılar.
Zaman keçdikcə ribatların əhəmiyyəti
azalmış və sonra ortadan qalxmışdır. 
RİDDƏT (I) – bax: İRTİDAD. 
RİDDƏT (II) – ərəb qəbilələrinin Əbu
Bəkrin başçılıq etdiyi Xilafətə qarşı üsyan-
larıdır.  Müsəlman tarixçi və ilahiyy-
atçılarının çoxu hesab edirlər ki, onlar
İslamdan çıxmışdırlar. Digərlərinə görə isə
onlar müsəlman idilər, ancaq Əbu Bəkrin xi-
lafətini qəbul etmirdilər. Ərəb qəbilələrinin
227
RİDDƏT (II) 

üsyanı hələ Məhəmməd
peyğəmbərin
sağlığında başlamışdır. Yəməndə Əsvəd,
Yəmmamədə  Müseylimə, Nəcddə isə Tü-
leyhə özlərini  peyğəmbər elan etmişdirlər.
Ancaq müsəlmanlar onlara qalib gələ
bilmişdirlər. Əbu Bəkr hakimiyyətə gəldikdə
bir çox ərəb qəbilələri zəkat verməkdən
imtina etmişdirlər. Bu məsələdə xəlifə öz
prinsipiallığını ortaya qoymuş və onlara qarşı
müharibəyə başlamışdır. Bu cür qətiyyətli
addımı ilahiyyatçılar onun İslamın keşiyində
durması ilə izah edirdilər. Çünki, zəkat İslam
dinin əsaslarından biridir. Eyni zamanda, bu
savaşların başlanması onunla əlaqəli idi ki,
zəkat vergisinin ödənilməməsi Xilafətin büd-
cəsinə zərər vururdu. Beləliklə, xəlifə Əbu
Bəkr zəkatı ödəməkdən boyun qaçıran qə-
bilələrə qarşı qoşun göndərdi. Onlar da qısa
müddətdə ərəb qəbilələrini Xilafətə tabe et-
dirdilər. Bundan sonra Xilafət bütöv və güclü
bir ölkəyə çevrilmişdir. 
RİFAİ ƏHMƏD İBN ƏLİ – bax: Rİ-
FAİLƏR.
RİFAİLƏR
–  sufi təriqətlərindən
birinin ardıcıllarıdırlar. Təriqətin
adı
Əhməd ibn Əli Rifai (578/1183-cü ildə vəfat
etmişdir) ilə bağlıdır. O, İraqın cənubunda
Bətaih bölgəsində yaşamış, sufiliklə əmisi
Mənsur Bətaihinin vasitəsi ilə tanış olmuş-
dur. Şeyxi isə tanınmış sufi Əli Vasiti olmuş-
dur. Əhməd Rifai bir çox əsərlər yazmışdır.
O,Vasitidə vəfat etmiş, orada da torpağa
tapşırılmışdır. 
Rifai təriqəti ən qədim sufi təriqətlərindən
biridir. Onları əhmədilər və bətaihilər də ad-
landırırlar. Rifailik bir çox müsəlman
ölkələrində geniş yayılmışdır. Onlar Yaxın
Şərq,  Misir, Anadolu və Balkanlarda
fəaliyyət göstərirdilər. 
Rifailərin mənəvi təcrübələrinin əsasında
insanın öz qüsurları və nəfsi ilə mübarizə
aparma ideyası durur. Rifailərdə qırx gün
davam edən xəlvətə çəkilmə ənənəsi mövcud
idi. Eləcə də, onların Məhərrəm ayında yeddi
gün sürən “məhərrəmiyyə” adlanan xəlvətə
çəkilmə  adəti də vardır. Bu zaman rifailər
qadınları ilə yaşamır, tərkibində ət olan
yeməkləri yemir və oruc tuturdular. Onlar
tərki-dünya olub təklikdə və səssizlikdə
ibadətlərini yerinə yetirirdilər.
Rifailər qara çalmalarda gəzirdilər.
Toplantılarında xalçaların üstündə əyləşib
qavalların müşayiəti ilə ucadan zikrlər ox-
uyurdular. Tarixçilər yazırdılar ki, bunu
edərkən onlara od toxunsa belə onun yan-
qısını duymurdular, hətta odu belə uda
bilirdilər. Rifailər şüşə yeyib ilanlarla oyna-
mağı bacarırdılar. Rifailikdə birlik olmamış,
onlar bir çox təriqətlərə bölünmüşdürlər.
RİZA MƏHƏMMƏD RƏŞİD
(1281/1865 – 1354/1935) – Məhəmməd Əb-
duhun davamçısı, müsəlman islahatçısı və
Misrin ictimai-siyasi xadimi olmuşdur. Əsli
Liviyadan olmuş Riza 1898-ci ildə Misirə
gəlib Qahirədə tanınmış “Əl-Mənar”
(Mayak) jurnalında çalışmışdır. Rəşid Rıza,
Cəmaləddin Əfqanini və  Məhəmməd Əb-
dunun fikirlərini inkişaf etdirmiş, Qərb
müstəmləkəçiliyinə qarşı çıxmış, Xilafətin
bərpa olunmasının tərəfdarı kimi tanınmışdır.
1340/1922-ci ildə Riza “Xilafət və ya böyük
imamət” yazınını yayımlamışdır. Orada o,
Xilafətin prinsiplərini açıqlamış, xəlifənin
seçilməsi ideyasını irəli sürmüşdür. Rizaya
görə xəlifə ölkəsini qorumalı, ölkədə şəriət
qanunlarının işləməsini təmin etməlidir. Xi-
lafətin krallığa çevrilməməsi üçün xəlifə özəl
bir qurum qarşısında sorumlu olmalıdır. Ölkə
başçısı şəriət qanunlarını pozarsa, bu qurum
onu vəzifəsindən çıxara bilər.
1342/1924-cü ildə Türkiyədə respub-
likaçılar Osmanlı xilafətinə son qoyduqdan
sonra M.R. Riza Xilafətin dirçəldilməsi
istəklərinin reallaşmayacağını anlamışdır.
Buna görə o, öz fikirlərinə dəyişikliklər et-
228
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin