MÜSLİM İBN HƏCAC (204/821 –
261/875) – görkəmli İslam hədis alimi və
fəqihi olmuşdur. O, Nişapurda doğulmuş və
orada da vəfat etmişdir. Müslim ibn Həccacın
atası hədis ravisi olmuşdur. Onun təsiri al-
tında Müslim erkən yaşlarından hədisləri
öyrənmiş, sonra isə o Hicazda, Suriyada,
Misirdə təhsil almışdır. Müslim Bağdada
köçdükdən sonra da hədisləri öyrənməyə
davam etmişdir. Buxari, Şafii və digər
mühəddislər onun müəllimləri olmuşdurlar.
Sonra Müslim özü də hədis rəvayətçisi kimi
tanınmışdır. Tirmizi, Əhməd ibn Hənbəl kimi
tanınmış adamlar ondan hədis rəvayət et-
mişdirlər.
Müslim İslam dininin müxtəlif sahələrini
əhatə edən mövzular üzrə kitablar yazmışdır.
Bu kitablardan ən tanınmışı İslam
dünyasında böyük nüfuza malik olan “Səhih”
adlı hədislər toplusudur. “Səhih” adlanan
hədis toplusunda 7000-dən çox hədis vardır.
204
MÜSLİM İBN HƏCAC
Onları Müslim öz metodu ilə 300 000 hədisin
içindən seçmişdir. Bütün hədislər konkret
mövzular üzrə sistemləşdirilmişdir. Müslim
hədis ravilərinin ardıcıllığına (isnada) böyük
əhəmiyyət vermişdir.
MÜSTƏHƏB – lüğətdə “sevilən şey”
mənasını verən bu söz Məhəmməd peyğəm-
bərin hərdənbir etmiş olduğu əməlləri ifadə
edir. Quşluq namazı kimi ibadətlər müstəhəb
əməllərdən hesab edilir. Peyğəmbər
müstəhəb deyilən əməlləri sevərək zaman-
zaman etmiş, sələfi-salehin də bu əməlləri
təkrarlamışdırlar. İslam böyükləri digər
müsəlmanları bunu etməyə təşviq et-
mişdirlər. Müstəhəbə “sünnət-i qeyri-
müəkkədə” hökmünü verənlər olduğu kimi,
məndub, nafilə, tatavvu və ədəb adını verən-
lər də olmuşdur. Xüsusilə gözəl və mədhə
layiq bir xislət və davranış olması səbəbi ilə
fiqh kitablarında müstəhəb yerinə ədəb təbiri
çox istifadə edilmişdir.
MÜSTƏLİLƏR– ismaili təriqətlərindən
birinin ardıcıllarıdırlar. Fatimi xəlifəsi
Müstənsirin oğlü Müstəlini imam saymış is-
maili təriqətidir. İsmaililiyin digər qolu olan
nizarilərlə rəqabət aparmışdırlar. Dini təlim-
ləri ismaililiyin
ümumi müddəalarının
əsasında qurulmuşdur. İslam dünyasının
şərqində (Misir və Şimali Afrikada) daha çox
yayılmışdırlar. Ancaq, Fatimi xəlifəliyi məhv
olduqdan sonra onlar Yəmənə, daha sonra isə
Hindistana köçmüşdürlər. Hal-hazırda
mustəli icmaları Hindistan, Pakistan, İran,
Yəmən, Keniya və Tanzaniyada mövcuddur.
Onların dini mərkəzi Hindistanın Surat
şəhərində yerləşir.
MÜSTƏMİN – müsəlmanlardan sığı-
nacaq istəyən insanlardır. Cinayət törət-
məyən, zülmdən qaçan müsəlmanlara
sığınacağın verilməsi və onların qorunması
savab əməllərdən hesab edilir. Qeyri-müsəl-
manlar da müsəlmanlardan sığınacaq istəyə
bilər. Onlara sığınacaq verilərsə, onda onlar
İslam qanunu ilə qorunur və İslam dövlətinin
hüdudları daxilində azad yaşaya bilərlər.
MÜŞƏBBİHİLƏR – bax: MÜCƏS-
SİMİLƏR.
MÜŞRİKLƏR–bax: BÜTPƏRƏSTƏR.
MÜTƏ–
müəyyən bir müddətdə
tərəflərin razılığı ilə bağlanılmış evlilik an-
laşması və ya müvəqqəti kəbindir. Tərəflər
arasında qeyd edilən müddət bitdikdə kəbin
sona çatmış olur. Mütə bağlananda qadına
müəyyən olunmuş qədər mehr verilir.
Evliliyin belə bir növü İslamdan əvvəl
Ərəbistanda geniş yayılmışdır. Hədislərə
görə Məhəmməd peyğəmbərin sağlığında da
müsəlmanlar belə evliliklərlə izdivaca
girirdilər.
Mütə barəsində ilahiyyatçıların arasında
ümumi bir birlik yoxdur. Onların çoxu hesab
edirlər ki, mütə peyğəmbərin dövründə
olmuş, sonra isə onun tərəfindən qadağan
edilmişdir. Digərləri isə mahiyyətcə mütəyə
bənzəyən, ancaq formaca bir qədər ondan
fərqlənən bəzi kəbin növlərinə icazə verirlər.
Digər ilahiyyatçılar isə hesab edirlər ki, mütə
qadağan olunmamışdır və Quranın 4: 24
ayəsində bu kəbinə icazə verilmişdir.
MÜTƏŞABİH AYƏLƏR – təfsirçilər
üçün mənaları aydın olmayan və suallar
doğuran batini mənalı Quran ayələridir.
Mütəşabih ayələr haqqında Quranda (3: 7)
məlumat verilir. Bu kimi ayələrə müsəlman-
lar suallar vermədən iman gətirməlidirlər və
inanmalıdırlar ki, onların əsl mənalarını yal-
nız Allah bilir. Təfsirçilər ehtimal edirlər ki,
bu ayələrdə insan düşüncəsinə sığmayan
simvolik və ezoterik anlayışlar vardır.
Mütəşabih ayələrə misal olaraq “Əlif, Ləm,
Mim”, “Hə, Mim” və s. kimi hərf bir-
205
MÜTƏŞABİH AYƏLƏR
ləşmələrindən ibarət olan ayələri göstərmək
olar. Başqa bir nümunədə “(Allah) buyurdu:
“Ey İblis! Sənə mənim Öz əlimlə yarat-
dığıma səcdə etməyə nə mane oldu?”
(Quran, 38: 75) ayəsidir. Burada Allahın
əlinin olması iddiası suallar doğurur. Ona
görə də ilahiyyatçıların çoxu bu ayəni məcaz
ayələrdən hesab edirlər. Ancaq bu kimi
ayələri hərfi mənada qəbul edən müsəlman
məzhəbləri də olmuşdur.
MÜTƏVATİR HƏDİSLƏR – bir-biri
ilə tanış olmayan çox saylı ravilərin eşitdik-
ləri, gördükləri və ötürdükləri xəbərləridir.
Onlar İslam ilahiyyatında ən etibarlı hədislər
hesab edilirlər. Çünki ilahiyyatçılara görə
çox saylı bir biri ilə bağlı olmayan insanlar
öz aralarında anlaşaraq saxta bilgiləri ötürə
bilməzdilər. Bəzi ilahiyyatçılara görə mütə-
vatir hədislərin mövzusu da mücərrəd deyil,
insan duyğuları ilə duyulan şeylərdən olmalıdır.
Hədislər xəbər olaraq bu yolla rəvayət edilir-
lərsə, onda onlara mütəvatir hədislər deyirlər.
Onların sayı azdır. Hədislərin çoxu əhəd yol-
larla rəvayət edilmişdir.
Xəbərin mütəvatir sayılması üçün onların
neçə ravi tərəfindən rəvayət edilməsi problemi
üzrə mühəddislər birliyə gələ bilməmişdirlər.
Bəziləri onlarla, bəziləri isə yüzlərlə ravilərin
xəbər verdiyi hədisləri mütəvatir saymışdırlar.
Deməli, eyni hədis bir mühəddisə görə mütə-
vatir, digərinə görə isə mütəvatir olmaya bilər.
Çoxlu sayda ravilərin söylədiyi hədislərin
sözləri üst-üstə düşərsə onlara hərfi mütəvatir
hədislər deyilir. Hərfi deyil, yalnız mənaları bir
olan hədislərə isə məna üzrə mütəvatir hədislər
adı verilmişdir. Məsələn, Məhəmməd peyğəm-
bərin gündə beş dəfə namaz qılması, oruc tut-
ması, həccə getməsi, zəkat verməsi haqqında
çoxlu sayda hədislər vardır. Bunlar məna üzrə
mütəvatir hədislərdir. İslam ilahiyyatında mütə-
vatir hədislərin hökmlərinin icra edilməsi hər
bir müsəlman üçün vacibdir. Onları inkar
etmək olmaz.
MÜTƏZİLİLƏR – dini məsələlərə
yanaşmada əqli dəlillərə xüsusi əhəmiyyət
verən kəlam məktəbinin mənsubları olmuş-
durlar. Bu məktəb Əməvilər hakimiyyəti
dövrünün sonunda yaranmış, Abbasilər
dövründə isə inkişaf etmişdir. İslam tar-
ixçilərinə görə mütəzililiyin yaradıcısı Vasil
ibn Əta olmuşdur. O, Həsən Bəsrinin tələbəsi
olmuş, onun yığıncaqlarında fəal iştirak edib
ən mübahisəli məsələlərə toxunmuşdur. Bir
dəfə böyük günahlar törətmiş müsəlmanın
durumu haqqında mübahisə düşmüşdür. Bu
məsələdə Vasil ibn Əta Həsən Bəsriyə qarşı
çıxış edib böyük günahlar etmiş müsəlman-
ları mömin saymamış, onların inancla inanc-
sızlığın arasında olmasını iddia etmişdir.
Bundan sonra o, Həsən Bəsridən ayrılmış, öz
məktəbini yaratmışdır. Buna görə də, onun
məktəbi “mütəzili” (ayrılmışlar) ad-
landırılmışdır.
Mütəzililiyin yaranması Xilafıtin inkişafı
və İslamın dünya dininə çevrilməsi ilə bağlı
olmuşdur. Müsəlmanlar dünyaya açıldıqda
başqa mədəniyyətlər, dinlər və fəlsəfi
düşüncələrlə qarşılaşmışdılar. Buna görə də
öz dini baxışlarını sistemləşdirmək, onları
məntiq və ağılın dəlilləri ilə izah etmək
məcburiyyətində qalmışdılar. Bu istiqamətdə
məhz mütəzililər böyük işlər görmüşdürlər.
Onlar özəl bir təlim yaratmış və İslamın
müddəalarını müdafiə etmək üçün filosoflar,
xristianlar, yəhudilər, zərdüştilər və bəzi
İslam məzhəblərinin nümayəndələri ilə
mübahisələr apara bilmişdirlər.
Əməvi xilafətinin ilk onilliklərində
mütəzililər siyasi aktivlik göstərməmiş, yal-
nız fəlsəfi və ilahiyyat problemləri ilə məşğul
olmuşdurlar. 121/739-cu ildə mütəzililər
siyasətə qarışaraq Zeyd ibn Əlinin Əməvilərə
qarşı üsyanını dəstəkləmiş və buna görə də,
Xəlifə Hişam tərəfindən təqib olunmuşdurlar.
Ancaq bu təqiblər mütəzililərin siyasi nü-
fuzunu daha da artırmışdır. Onlar 126/744-
cü ildə saray çevrilişi edib, xəlifə Yəzid ibn
206
MÜTƏVATİR HƏDİSLƏR
Validi hakimiyyətə gətirə bilmişdirlər. Ancaq
o, tezliklə taxtdan düşürülmüşdür.
Abbasilər dövründə isə mütəzililərin nü-
fuzu daha da artmışdır. Abbasilər ilk zaman-
lar onları dəstəkləmişdirlər. Xəlifə Məmunun
dövründə isə mütəzililik Xilafətin rəsmi
təliminə çevrilmişdir. Ancaq, mütəzililərin
güclənməsi ənənə tərəfdarlarının etirazlarına
gətirib çıxartmışdır. Ağıla çox önəm verən
mütəzili təlimi çox vaxt ənənəvi İslam tərəf-
darlarının dini təsəvvürlərinə uyğun
gəlmirdi. Buna görə də, onların arasında ix-
tilaf qızışmış və getdikcə dərinləşmişdir.
Ənənəçilər və mütəzililər mübahisələr
aparmış, bir-dirlərini təkzib və tənqid et-
mişdirlər. Mütəzililik Xilafətin rəsmi təlim-
inə çevrildikdən sonra ənənəvi İslam
tərəfdarlarına qarşı “mihnət” adlandırılan
təqiblər başlamışdır. Ancaq o təqiblər geniş
miqyaslı olmamışdır. Ənənə tərəfdarları olan
ilahiyyatçılardan yalnız bir neçəsi tutulmuş,
onlardan mütəzili təlimini qəbul etmək tələb
edilmişdir. Onlardan biri Əhməd ibn Hənbəl
idi.
Mütəzililik xəlifə Mütəsimin (218/833 –
227/842) və Vasiqin (227/842 – 232/847)
hakimiyyətləri dövründə də Xilafətin rəsmi
təlimi olmuşdur. Ancaq ənənə tərəfdarlarının
etirazları daha da genişlənirdi. Buna görə də,
Xilafətdə siyasi sabitliyin pozula
biləcəyindən ehtiyat edən xəlifə Mütəvəkkil
(232/847 – 247/861) mütəzili təlimindən
imtina etmiş, ənənəçilərin mövqeyini dəstək-
ləmişdir. Bundan sonra mütəzililər zəifləmiş,
tədricən öz siyasi və ictimai nüfuzlarını
itirərək ortadan çıxmışdırlar. Yalnız müasir
dövrümüzdə mütəzililiyi dirçəltməyə cəhd
edən qruplar yaranmışdır.
Mütəzililiyin məğlub olmasının səbəbi
onun elitar təlim olduğunda idi. Sadə xalq
kütlələri üçün ənənəvi İslam daha da an-
laşıqlı olmuşdur. Ona görə də, xalq kütlələri
ənənəçiləri dəstəkləmişdir. Xəlifələr də siyasi
sabitliyi qorumaq üçün mütəzililikdən imtina
etmişdirlər. Mütəzililərin arasında birlik ol-
mamış, onlar bir çox qruplara və təriqətlərə
parçalanmışdırlar.
Mütəzililərə görə İslam inancının beş
təməli vardır və bunlar dinin əsasıdır:
1. Tövhid (Allahın birliyinə inanc);
2. Ədl (Allahın ədalətli olduğuna inanc);
3. Əl-vəd va əl-vəid (Allahın vəd etdiyini
icra edəcəyinə inanc);
4. Əl-Mənzilətü Bəynəl-Mənziləteyn
(İnancla dinsizlik arasındakı aralıq durumu-
nun olmasına inanc);
5. Əmri bil-Məruf və Nəhy ənil-Münkər
(İnsanların yaxşı işlər görməyə və pis
işlərdən çəkinməyə çağırmağın vacibliyinə
inanc).
Mütəzililərin ilahiyyatda özlərinə məxsus
metodu olmuşdur. Onlar ilk olaraq Quranın
açıq-aydın ayələri ilə (nasslarla) hökm
verirdilər. Ancaq ayələri ağılın dəlilləri və
məntiqlə uyğunlaşdırırdılar. Onlar sağlam
düşüncəyə uyğun olmayan hər şeyi inkar
edirdilər. Ağıla uyuşmayan vəhyi isə onlar
alleqorik məna da izah edirdilər. Onlara görə
nəyinsə pis və ya yaxşı olmasını təkcə vəhylə
deyil, sağlam düşüncə ilə də ayırd etmək
mümkündür. Onlardan sonra onlara qarşı
çıxış edən sünni ənənəçiləri də inanclarını
ağıl baxımdan doğrulamaq üçün öz kəlam-
larını (I) yaratmışdırlar. Şiələrin də öz
kəlamları mövcuddur.
Mütəzili təliminin ənənəvi məktəblərdən
bir çox fərqləri olmuşdur. Onlar Allahın
çoxlu sifətlərə (atributlara) malik olmasını
inkar etmiş, bunu tövhidin pozulması kimi
qiymətləndirmişdirlər. Onlar sifətlərin Al-
lahın zatından fərqli olmadığını iddia
edirdilər.
Daha bir fərq Qurana münasibətdə özünü
göstərirdi. Ənənəçilər iddia edirdilər ki,
Quran Allahın əbədi və əzəli sözüdür, ondan
ayrılmazdır. Mütəzililər bu iddianı rədd
etmiş, bunu da tövhidin pozulması, Quranın
tanrılaşdırılması kimi dəyərləndirmişlər. On-
207
MÜTƏZİLİLƏR
lara görə Quran zaman və məkanda daxilində
Allah tərəfindən yaradılmışdır.
Ağılın dəlillərinə üstünlük verdikləri
üçün mütəzililər ənənəçilərin bir çox inancını
inkar edirdilər. Ənənəçilərdən fərqli olaraq
mütəzililər qəbir əzabına, möminlərin cən-
nətdə Allahı görəcəklərinə, Musa peyğəm-
bərin birbaşa Allahla danışmasına
inanmamışdırlar.
Axirət inancına münasibətlərində də
mütəzililərin ənənəçilərdən fərqləri var idi.
Belə ki, onlar günahkar müsəlmanların
cəhənnəmdə xüsusi yerdə olacağına və nis-
bətən az əzablar görəcəyinə inanırdılar.
N
NAFİ İBN HÜRMÜZ (117/736-cı ildə
vəfat etmişdir) – tabiundan olan ən tanın-
mış hədis ravilərindən biri olmuşdur. Onun
soyu Nişapurdan, Deyləm və ya Kabildən ol-
muşdur. Döyüşlərin birində əsir düşmüş, 30
il Abdullah ibn Ömərin köləsi olmuş, sonra
isə sərbəst buraxılmışdır. O illər boyu hədis-
lərə maraq göstərmişdir. Xəlifə II Ömər ibn
Əbdül-Əziz hədis toplamaq üçün onu Misirin
müxtəlif bölgələrinə göndərmişdir. Nafi ibn
Hürmüz bir çox səhabələrlə görüşmüşdür.
Buna görə də, onun adından rəvayət edilən
hədislər bir çox nüfuzlu hədis toplularında
yer almışdır.
NAFİLƏ NAMAZLARI – vacib ol-
mayan, ancaq qılındığı təqdirdə savab
qazandıran namazlardır.
Müsəlmanlar
inanırlar ki, vacib namazlardan öncə və ya
sonra nafilə namazlar qılmağın böyük savabı
vardır. Çünki rəvayətlərə görə Məhəmməd
peyğəmbər onları davamlı olaraq qılmışdır.
Buna görə də, ilahiyyatçılar vacib namazları
müşayiət edən nafilə namazları qılmağı
təkidlə tövsiyə edirlər. Bunlardan başqa bəzi
nafilə namazları da var ki, onların qılınması
ilahiyyatçılar tərəfindən o qədər də təkidlə
tövsiyə edilmir. Çünki rəvayətlərə görə
Məhəmməd peyğəmbər onları bəzən qılmış,
bəzən isə qılmamışdır. Bu kimi namazların
qılınması da savab qazandırır. Bunlar təhəc-
cud, istiharə və duha kimi namazlardır.
NAFİLƏLƏR – vacib olmayan, ancaq
icra edildikdə savab qazandıran
ibadətlərdir. Bu ibadətlər zamanı möminlər
Allah rizasını qazandıqlarına inanırlar.
İlahiyyatçıların əksəriyyətinə görə öncə
vacib ibadətlər, sonra isə nafilə ibadətlər yer-
inə yetirilməlidir. Məsələn, vacib olan zəkatı
vermədən, nafilə olan sədəqə verilməz; ya da
vacib olan namazlar qılınmayıbsa, o zaman
nafilə namazlar da qılınmaz.
NAİB – müəyyən səbəblərdən həccə
gedə bilməyən mal varlığı yerində olan
müsəlmanın yerinə Məkkəyə göndərilən
şəxsdir. Naib həccə ticarət məqsədi ilə get-
məməlidir. O, özü ilə yalnız günlük minimal
xərclərini qarşılamaq üçün maddi vəsait və
pul götürməlidir. Naibin həcc üçün vacib
olan bütün xərclərini onu oraya öz yerinə
göndərən şəxs ödəməlidir. Naibin niyyəti
həccin bütün vacibatlarını onu həccə
göndərən şəxsin əvəzinə yerinə yetirmək ol-
malıdır.
NAKİR VƏ MÜNKƏR – qəbirdə həy-
atda etdiyi əməllərə görə insanı ilk sorğuya
çəkən mələklərdir. Rəvayətlərə görə qəbirdə
ilk axirət sınaqları başlayır. Buna qəbir əzabı
deyirlər. Orada ölənin yanına Nəkir və
Münkər adlı iki mələk gələrək ona din və
inancı barəsində suallar verirlər. Bu sınaqdan
uğurla çıxan möminlər üçün məzarlar
genişlənərək kiçik bir cənnət bağçasına, gü-
nahkarlar üçün isə qəbirlər daralaraq cəhən-
208
NAFİ İBN HÜRMÜZ
nəmdən bir çuxura çevrilirlər. Bununla belə,
“Qəbir əzabları” heç də bütün müsəlmanlar
tərəfindən qəbul edilməmişdir. Mütəzililər
kimi bəzi etiqadi məzhəblər onu inkar
edirdilər.
NAMAZ – müəyyən olunmuş qay-
dalarla icra edilən günlük ibadətdir. İslam
dininin şərtlərindən biridir. Namazların qılın-
masının haqqında Quranda bir neçə ayə
vardır (2: 238, 4: 103, 98: 5) Bu barədə
hədislər daha çoxdur. Bu mənbələrdə namaz
qılmanın qaydaları haqqında məlumat ver-
ilmişdir.
Namazlar vacib və nafilə olmaqla iki yerə
ayrılır. Müsəlmanlar vacib namazları gündə
beş dəfə öz xüsusi vaxtlarında qılmalıdırlar.
Bunlar sübh, zöhr, əsr, məğrib və işa nama-
zlarıdır. Rəvayətlərə görə, gündə beş dəfə na-
mazın qılınması əmrini Allah Məhəmməd
peyğəmbərə hicrətdən bir qədər əvvəl baş
vermiş isra və merac zamanı vermişdir.
Ayrıca, cənazə namazı da vacib namazlardan
hesab edilir. Bu namaz camaatla qılınmalıdır.
Bir çox ilahiyyatçıların fikrincə, camaatla
qılınan Ramazan və Qurban bayramının na-
mazları da vacibdir.
İlahiyyatçıların əksəriyyətinə görə vacib
namazların qılınması insana böyük savablar
qazandırır. Onların iddialarına görə namaz
qılmayan insanlar böyük günah işləmiş olur
və onlar bunu təsdiq etmək üçün Quranın 19:
59, 74: 40-43 ayələrini dəlil kimi gətirirlər.
Yuxarıda adları qeyd edilən namazlardan
başqa digər namazlar nafilə namazlardır.
Nafilə namazların qılınması savab olsa da,
vacib deyildir. Nafilə namazlarının sayı çox-
dur. Rəvayətlərə görə Məhəmməd peyğəmbər
və ilk müsəlmanlar hələ Məkkədə yaşadıqları
dövrlərdə namaz qılmışdırlar. Hələ o zaman
namazlar müsəlmanlar üçün vacib ol-
mamışdır. Müsəlmanlar Allah qarşısında
savab qazanmaq üçün könüllü olaraq
ibadətlər edirdilər.
Bütün namazlar rükətlərdən ibarətdir. Hər
rükətdə ayaq üstündə qiyam halında daya-
naraq Quran ayələri oxunur, sonra rükuya,
daha sonra isə iki dəfə səcdəyə gedilir. Sübh
namazı iki, zöhr, əsr və işa namazları dörd,
məğrib namazı isə üç rükətdən ibarətdir.
Nafilə namazları isə iki və ya daha çox rükət
ola bilərlər.
Namaz qılarkən müsəlmanlar üzü qibləyə
durmalı, təmiz olmalıdırlar. İbadətdən öncə
qüsul və ya dəstəmaz almaq lazımdır. Bütün
vacib namazları tək və ya camaatla birlikdə
qılmaq olar. Kişilər üçün namazın camaatla
məscidlərdə qılınması daha əhəmiyyətlidir.
Qadınlar üçün isə namazları evdə qılmaq
məsləhət görülür. Camaat namazları məs-
cidlərdə, evlərdə və açıq havada qılına bilər.
Onlarında öz qaydaları vardır. Məsciddə ca-
maat namazını imam və ya camaatdan biri
qıldıra bilər.
NASİ – ilin aylarının yerlərini dəy-
işməkdir. Bütpərəst ərəblərin adətinə görə
“haram” aylarda savaşların aparılması
qadağan edilmişdir. Ancaq bəzən savaşın
qarşısının alınması mümkün olmayanda,
onlar ayların yerlərini dəyişərək bir-birləri ilə
vuruşurdular. Bu adət Quran ayəsində (9: 37)
pislənmişdir.
NASSLAR_–_aydın_olan,_təfsir_edilməyə__və_heç_bir_şərhə_ehtiyacı_olmayan_Quran__ayələridir.'>NASSLAR – aydın olan, təfsir edilməyə
və heç bir şərhə ehtiyacı olmayan Quran
ayələridir. İlahiyyatçılar İslamda bu kimi
ayələrin hökmlərini qanun sayır və onlara
inanmağı vacib bilirlər. Nassları inkar edən,
onlara başqa mənalar verənlər isə ağır günah
işləmiş olur və İslamdan çıxırlar. Çünki,
İslam inancının əsasları elə nassların
üzərində qurulmuşdur. Onlara başqa mənalar
verilsə, o zaman dinin əsası pozula bilər.
209
NASSLAR
NEYMƏTULLAHİLİK
–
İranda
XIII/XIV əsrdə yaranmış sufi
təriqətlərindən birinin adıdır. Öncə sünni,
sonra isə şiə yönlü olmuş təriqətdir. Bu
təriqət öz mənəviyyat yolunu Əli ibn Əbu
Taliblə bağlayır. Təriqətin adı Şah Neymətul-
lah Vəli ilə bağlıdır. Onun ölümündən sonra
bu təlim İranda və başqa yerlərdə
yayılmışdır. Onun oğlu Bürhanəddin Xəlilul-
lah bu təriqəti Hindistanda yaymışdır.
Təriqətin mərkəzi İranın Kirman vi-
layətindəki Məhan kəndində yerləşir. Sonra
neymətullahilər İran ərazisində yaranmış
dövlətlərin ictimai və siyasi həyatlarında fəal
iştirak etmişdirlər.
Səfəvi şahı I Şah Abbasın (995/1587 –
1038/1629) hakimiyyəti dövründə neymətul-
lahilər ona qarşı çıxış etmiş, ölkədə çevriliş
etməyə çalışmışdırlar. Bundan sonra I Şah
Abbas onlara qarşı amansız olmuş və
təriqətin İranda fəaliyyətinə son qoyulmuş-
dur. XII/XVIII əsrə qədər neymətullahilər
yalnız Hindistanda fəaliyyət göstərə
bilmişdirlər.
1189/1775-ci ildə şeyx Rıza Əli Şah,
Hindistandan İrana Məsum Əli Şah
Dəqqanini göndərmiş, o da orada təriqətin
fəaliyyətini bərpa etmişdir. Qacarlar
sülaləsinin (1210/1796 – 1344/1925)
dəstəyini aldıqdan sonra, neymətullahilər
İranın ictimai-siyasi həyatında yenə nüfuz
qazana bilmişdirlər. Ancaq həmin dövrdə
neymətullahilər Səadət Əli-Şahi (Günəbadi),
Səfi Əli-Şahi, Münəvvər Əli-Şahi (Zur-
Rəyasəteyn) adlanan üç təriqətə bölün-
müşdürlər.
Neymətullahilərin mənəvi yolu Neymə-
tullah Vəli Şahın irsinin əsasında qurulmuş-
dur. Sonrakı dövrlərdə onun təlimi inkişaf
etdirilmişdir. Neymətullahilərin mənəvi yol-
unun əsasında səssiz (xəfi) zikr durur. Onlar
zikrlərdə Əli ibn Əbu Talibi və qeybdə olan
Mehdini anırlar. Onlar səmalar da keçirirlər.
Bundan başqa təriqətin müridləri özünü dərk
etmə təcrübələrindən də keçirlər. Neymətul-
lahilərdə tərki-dünyalıq bəyənilmir. Onlar
dünya işləri ilə məşğul olsalar da, qəlb-
lərində abid olurlar. Neymətullahilərin keçə
geyimləri olur. Başlarına şiə imamlarının
rəmzi olan 12 zolaqlı hündür papaqlar
qoyurlar. Onların şeyxi ( qütbü) seçki yolu ilə
seçilir. Təriqətə daxil olma mərasimi və qay-
daları ( beyət) başqa sufi təriqətlərində olduğu
kimidir.
Dostları ilə paylaş: |