MƏNAT – cahiliyyə dövründə ərəblərin
tapındıqları ən böyük bütlərdən biri olmuş-
dur. Bu büt Məkkə və Mədinə arasında olan
Qudeydə bölgəsində yerləşirdi. Ona daha
çox Evs və Xəzrəc qəbilələri tapınırdılar.
Məkkənin fəthindən sonra Əli ibn Əbu Talib
Məhəmməd peyğəmbərin buyuruğu ilə bu
bütü məhv etmişdir.
MƏNN VƏ SƏLVA – Misirdən çıxıb və
186
MƏMLÜKLƏR (II)
Fələstinə doğru səhra ilə irəliləyən İsrail
oğullarına Allahın Musa peyğəmbərin du-
asından sonra göndərdiyi halva və
bildirçinlərdir. Bu möcüzə Quranda (2: 57)
işıqlandırılmışdır. Rəvayətlərə görə İsrail
oğulları Tih səhrasında olanda ac qalmışdır-
lar. Buna görə Musa peyğəmbər Allaha dua
edərək ondan xalqı üçün azuqə istəmişdir.
Allah da onlara göydən halva yağdırmışdır.
Ancaq, israillilər halvanı yedikdən sonra,
yenə də Musa peyğəmbərdən ətli yemək
üçün Allaha bir daha yalvarmasını
istəmişdirlər. O da bunu etmiş, Allah da on-
lara bildirçinləri ikram etmişdir.
MƏNSUX – bax: NƏSX VƏ MƏNSUX.
MƏRİFƏT – sufilikdə uzun müddət
mənəvi təcrübə vasitəsi ilə sübyektiv duyğu-
ların nəticəsi olaraq əldə edilmiş bilikdir.
Mənəvi yüksəlişlə əldə edilən biliklərə
“irfan” da deyilir. Mərifətin qaynağı ruh,
vəcd (qəlbin səsi) və başqa bu kimi mənəvi
anlayışlardır. Sufilər mərifəti ekzoterik (açıq)
deyil, ezoterik (gizli) bilik kimi dəyər-
ləndirirlər. Təcrübi biliklərə yiyələnmiş in-
sanları “alim”, mərifətə sahib olanları isə
“arif” adlandırırlar. Ariflər vəcd yolu ilə
Allah və Onun sifətləri haqqında gizli biliklər
əldə edirlər. Buna görə onları “Arifül-Billah”
(Allahdan bilik alanlar) adlandırırlar. Sufi-
likdə mərifət Allaha bağlılıqla əldə edilir.
Əgər mənəviyyat yolçusu ruhi təcrübənin ən
yüksək məqamlarına çata bilsə, onda Allah
da gizli biliyi onun üçün açır.
MƏRVA – bax: SƏFA VƏ MƏRVA.
MƏRYƏM (I) – İsa peyğəmbərlərin
anasıdır. Quranda surələrdən biri onun adını
daşıyır. Əri İmranın ölümündən sonra anası
onu məbədə gətirmiş və orada onu Zəkəriyyə
peyğəmbər öz himayəsinə götürmüşdür.
Beləliklə, erkən yaşlarından başlayaraq
Məryəm günlərini Allaha ibadət etməkdə
keçirirdi. Elə o vaxtdan başlayaraq onun
ətrafənda möcüzələr baş verməyə
başlamışdır ( Quran 3: 35-37). Daha sonra
mələklər Məryəmə Allahın buyuruğu ilə
İsanı doğacağı müjdəsini gətirdilər (Quran,
3: 45-47). Bundan sonra Məryəm cəmiyyət-
dən uzaqlaşmış, vaxtı yetişəndə isə xurma
ağacının altında İsanı dünyaya gətirmişdir.
Bir müddət keçdikdən sonra Məryəm körpəsi
ilə geriyə dönmüşdür. Onun uşaqla
döndüyünü görən soydaşları ona iftiralar
yağdırmışdırlar (Quran, 19: 27-28). O zaman
bələkdə olan İsa onlarla danışıb anasını
müdafiə etmişdir (Quran, 19: 30-33).
Müqəddəs mətnlərdə Məryəmin sonrakı həy-
atı ilə bağlı heç bir məlumat yoxdur.
MƏRYƏM (II) – Məhəmməd peyğəm-
bərin kənizi olmuşdur. Rəvayətlərə görə
Məhəmməd peyğəmbər Misir valisinə İslama
dəvət etmək məqsədi ilə məktub göndər-
mişdir. Vali onu gətirən elçini sayğı ilə
qarşılamış, sonra onunla bir yerdə Məhəm-
məd peyğəmbər üçün Məryəmi kəniz kimi
göndərmişdir. Məhəmməd peyğəmbərin
Məryəmdən İbrahim adlı oğlu olmuş, ancaq
o körpə hicrətin 10-cu ilində dünyasını dəy-
işmişdir.
MƏSCİD – camaatla namazların qılın-
ması, dini mərasimlərin və ictimai yığın-
caqların keçirilməsi üçün ayrılmış bir
yerdir. Müsəlmanlar məscidlərdə gündəlik,
eləcədə də bayram namazlarını qılmaq üçün
toplaşırlar. Bundan başqa, orada cəmiyyəti
narahat edən ictimai məsələlər həll edilə
bilər. Məscidlər təhsil ocaqları kimi də
fəaliyyət göstərə bilər. Belə ki, tarixdə məs-
cidlərin nəzdində fəaliyyət göstərən mə-
drəsələrin mövcudluğunu da bilirik.
Məscidlərin əksəriyyəti geniş zalı olan
kümbəzli binalardır. Böyük məscidlərin isə
minarələri olur. Məscidlərin içində minbər
187
MƏSCİD
və mehrab qurulur. Orada namazları qıldıran
imamlar və müəzzinlər üçün ayrılmış xüsusi
yerlər də vardır. Məscidlərdən bir qədər uza-
qda tualetlər, dəstəmaz almaq üçün xüsusi
yerlər yerləşir.
Rəvayətlərə görə ən qədim məscidlərdən
biri Qüdsdəki Məscidül-Əqsa məscididir. Bu
məscidlərə, eləcə də Mədinədəki Məscidün-
Nəbəviyə ziyarətlər edilir. Şiələr və sufilər öz
imamlarının və şeyxlərinin dəfn olunduğu
yerlərdə tikilmiş məscidləri də ziyarət edirlər.
Mədinəyə hicrət etdikdən sonra müsəl-
manlar məscidlər tikməyə başlamışdırlar. İlk
məscidlərdən biri Mədinə yaxınlığındakı
Quba qəsəbəsində tikilmişdir. Təfsirçilərə
görə bu məscid haqqında Quranın 9: 108
ayəsi nazil olmuşdur. Sonra ən böyük məscid
Mədinədə inşa edilmişdir. İndi onun yerində
Məscidün-Nəbəvi kompleksi yerləşir. Son-
ralar dünyanın müxtəlif yerlərində çox sayda
məscidlər tikilmiş və onların tikilməsi bu gün
də davam etməkdədir.
MƏSCİDÜD-DİRAR – münafiqlərin
Mədinə yaxınlığında yerləşən Qubada
tikdikləri məscid olmuşdur. Münafiqlər (I)
ilk İslam icmasının içində olan bir müxalif
qüvvə olduqlarına görə bu məscidi təfriqə və
fitnə yeri kimi seçmişdirlər. Təbuk
yürüşündən sonra bu məscid Məhəmməd
peyğəmbərin göstərişi ilə dağıdılmışdır. Bu
barədə Quranda ayə vardır (9: 107).
MƏSCİDÜL-ƏQSA – Qüdsdə yerləşən
Süleyman məbədinin xarabalıqlarıdır. Bəzi
hədislərdə qeyd edilir ki, bu məbəd Kəbədən
sonra inşa edilmişdir. “Uzaqda yerləşən məs-
cid” kimi tərcümə edilir və bu yer haqqında
Quranın 17: 1 ayəsində məlumat verilir. Rə-
vayətlərə görə buradan Məhəmməd peyğəm-
bər isra və merac
zamanı göylərə
yüksəlmişdir.
15/636-cı ildə Qüdsü müsəlmanlar fəth
etdikdən sonra ikinci Raşidi xəlifə Ömərin
göstərişi ilə burada məscidin inşasına
başlanılmışdır. Ancaq bu tikili o qədər də
dayanaqlı və görkəmli olmamışdır. Buna
görə də 90/709 – 96/714-cü illərdə Əməvi
xəlifəsi Əl-Valid ibn Əbdül-Məlik o yerdə
yeni tikinti işləri aparmış və bu günə qədər
Qüdsdə olan yeni məscidi inşa etmişdir.
Həmin məscid müsəlmanların müqəddəs
yerlərindən biridir və oraya ziyarıtlar edilir.
MƏSCİDÜL-HARAM – müsəlman-
ların həcc zamanı ziyarət etdikləri müqəd-
dəs məsciddir. Bura İslam dünyasının birinci
müqəddəs yeri hesab edilir. Bu məscid
Quranın 2: 217, 5: 2 kimi bir çox ayələrində
anılmışdır. Rəvayətlərə görə hicrətin 16-cı
ilində bu məscid müsəlmanların qibləsi ol-
muşdur. Müsəlmanlar Məscidül-Haramı yer
üzərində ilk məbəd sayırdılar. Bu məscidin
sahəsində Kəbə, Məqamül-İbrahim
və
Zəmzəm bulağı yerləşir. Məscidin yeddi mi-
narəsi vardır. Məscidül-Haramın tarixi
Məkkə şəhərinin tarixi ilə eynidir.
MƏSCİDÜL-QİBLƏTEYN
– Mə-
dinədə “iki qibləsi olan” məsciddir. Rə-
vayətlərə görə bu məsciddə ibadət edən
Məhəmməd peyğəmbərə Allahdan qibləni
Qüdsdən Məkkə istiqamətinə dəyişməsi
buyruğu gəlmişdir. Hazırda bu məscidin
yerində yeni məscid inşa edilmişdir.
MƏSCİDÜN-NƏBƏVİ_–_peyğəmbər__məscidi,_Mədinə_şəhərində_yerləşən_məscid__kompleksidir.'>MƏSCİDÜN-NƏBƏVİ – peyğəmbər
məscidi, Mədinə şəhərində yerləşən məscid
kompleksidir. Müsəlmanlar onu məkkədəki
Məscidül-Haram və qüdsdəki Məscidül-
Əqsa məscidlərindən sonra üçüncü müqəd-
dəs məscid hesab edirlər.
Bilindiyi kimi Məhəmməd peyğəmbər
Mədinəyə hicrət etdikdə bir müddət onun
yaxınlığında yerləşən Quba məntəqəsində
qalmış, orada bir məscid də tikilmişdir. Bun-
dan sonra O, Mədinəyə gəlmişdir. Rə-
vayətlərə görə orada hamı peyğəmbəri öz
188
MƏSCİDÜD-DİRAR
evində qonaq etmək istəmişdir. Buna görə
də, heç kəs ondan inciməsin deyə onun sər-
bəst buraxılmış dəvəsi kimin evinin
qabağında ayaqlarını büküb yerə otura-
caqmışdırsa onun da evində qalacaqmış.
Dəvə də Əbu Əyyub Ənsarinin evinin
yanında yerə oturmuşdur. Beləliklə, peyğəm-
bər onun evində bir müddət qonaq kimi
qalmışdır. Sonra o ərazini peyğəmbər və
onun səhabələri almış və burada məscidin
tikintisinə başlayıb onu tamamlamışdırlar.
Məscidin inşası başa çatdıqdan sonra
Məhəmməd peyğəmbər oraya köçmüşdür.
Məsciddə öncə bir neçə otaq ona məxsus ol-
muşdur. Bundan başqa orada onun həyat
yoldaşlarının da ayrıca otaqları olmuşdur.
Həmçinin məscidin yaxınlığında yoxsullar,
fəqirlər və yolçular üçün Süffə adlanan bir
yer də qurulmuşdur. Burada bu insanlara
dinin əsasları və necə ibadət etmələri
öyrədilmişdir.
Mədinə məscidinin ilk müsəlman icması
üçün olduqca böyük ictimai əhəmiyyəti ol-
muşdur. Orada müsəlmanlar müxtəlif prob-
lemlərini həll edirdilər. Oradan Məhəmməd
peyğəmbər şəhər-dövləti idarə, yanına gələn
digər ərəb qəbilələrinin elçilərini qəbul,
səhabələri ilə birlikdə müharibələrlə bağlı
problemləri müzakirə, müsəlman icmasının
qanunlarını tərtib, nazil olan yeni Quran
ayələrini izah etmişdir. O məscid həm də tə-
dris mərkəzi kimi fəaliyyət göstərmişdir.
11/632-ci ildə vəfat edən Məhəmməd
peyğəmbər, eləcə də Raşidi xəlifələr Əbu
Bəkr
və Ömər bu məsciddə dəfn
edilmişdirlər.
İkinci Raşidi xəlifə Ömərin dövründə
məscid genişləndirilmişdir. Binanın ilk əsaslı
təmiri 29/650-ci ildə üçüncü Raşidi xəlifə
Osmanın dövründə aparılmışdır. Zəif kərpic
divarlar bərk daş divarla əvəz edilmişdir.
Kümbəz tikildiyindən onu saxlamaq üçün sü-
tunlar da əlavə edilmişdir. Daha da əsaslı tik-
inti işləri 88/707 – 91/711-ci illərdə Əməvilər
tərəfindən aparılmışdır. Məscidin divarları və
sütunları daşdan və kərpicdən hörülərək mər-
mərlə üzlənmişdir. Elə o zaman Peyğəmbər
məscidinin ilk dörd minarəsi də inşa
edilmişdir.
Məscid ərazisinin genişlənməsi və
yenidənqurma işləri Abbasi xəlifələri Mehdi
və Məmunun zamanında da aparılmışdır.
654/1256-cı ildə Abbasi xəlifəsi Mötəsimin
zamanında məsciddə böyük bir yanğın baş
vermişdir. Od bütün binanı məhv etmişdir.
Buna görə xəlifə dərhal məscidin yenidən
tikilməsini əmr etmişdir. Bunun üçün Məd-
inəyə o zamanın ən yaxşı ustaları və memar-
ları gətirilmişdir. Ancaq təmir işləri Bağdadın
monqollar tərəfindən alınması və Abbasi Xi-
lafətinin süqut etməsinə görə
dayandırılmışdır. Tikinti yalnız Misirin məm-
lük sultanı Bəybarsın təşəbbüsü ilə
685/1295-ci ildə davam etdirilmişdir.
886/1481-ci ildə məsciddə ikinci böyük
yanğın baş vermişdir. O zaman minarələrdən
birini ildırım vurmuş və od bütün binanı
yandırmışdır. Bundan sonra məscidin
yenidən tikilməsi üçün Mədinəyə yenə ən
yaxşı ustalar gətirilmişdir. Bu işlər Misrin
məmlük sultanı Əşrəf Qaytabəyin təşəbbüsü
ilə görülmüşdür. Elə o vaxtlar məscidin
yanında Mahmudiyyə mədrəsəsi də tik-
ilmişdir.
Osmanlı sultanların hakimiyyəti
dövründə Peyğəmbər məscidi dəfələrlə təmir
edilmişdir. Ancaq, ən əsaslı təmir və inşa
işləri miladi 1849-1861-ci illərdə Sultan
Əbdül-Məcidin dövründə görülmüşdür. O
zaman məscid demək olar ki, yenidən inşa
edilmişdir. Belə ki, köhnə zəifləmiş divarlar
yenisi ilə əvəz olunmuşdur.
1953-cü və sonrakı illərdə Səudiyyə
Ərəbistanının kralları da məsciddə əsaslı tik-
inti işləri aparmışdırlar. Məscid kompleksi
modernləşdirilmiş, çoxlu sayda zəvvarların
qəbul edilməsi üçün şərait yaradılmışdır.
189
MƏSCİDÜN-NƏBƏVİ
MƏSH – bədənin müəyyən yerlərini
paklaşdırmaq niyyəti ilə yaş əlin həmin yer-
lərə sığal çəkilməsidir. Bütün məzhəblərdə
dəstəmaz alarkən baş yaş əllə məsh edilir.
Bədənin hər hansı bir yeri yaralandığına görə
sarılıbsa, onda dəstəmaz ya da qüsul alarkən
o yer məsh edilməlidir. Cəfəri məzhəbində
kiçik yuyunmada sağ əllə sağ ayaq, sol əllə
isə sol ayaq baş barmağından topuqlara qədər
məsh edilir. Bunu edərkən ayaq yalın olma-
malıdır. Başqa məzhəblərdə dəstəmaz
alarkən topuğa qədər ayağa geyinilmiş xü-
susi asanlaşdırıcı vasitə (məst) üzərinə məsh
edilir.
MƏSİH – müxtəlif dinlərdə gəlişi qeyb-
dən gözlənilən xilaskar və ya qurtarıcıdır.
Avropa dillərində bu sözü ifadə etmək üçün
“maşiah” kəlməsinin yunanca qarşılığı olan
“christos” işlədilir. Bu söz “yağ sürtülmüş”,
“ məsh edilmiş”, “təmizlənmiş”, “padşah”,
“kahin”, “Allah tərəfindən xüsusi bir missiya
ilə gələn şəxs” mənalarını ifadə edir.
Məsihin gəlişindən sonra ədalət bərpa ol-
unacaq, insanlar xoşbəxt həyat sürəcəklər.
Zərdüştilərin Sayoşant adlı bir qurtarıcısı ol-
muşdur. Tədqiqatçıların bəziləri hesab edirlər
ki, qurtarıcı ideyası Zərdüştilikdən Yəhudi
dininə keçmişdir. Yəhudilərin çoxu Məsihin
kim olması haqqında dəqiq biliyə malik dey-
illər. Onların bəziləri isə tarix boyu bəzi in-
sanları Məsih kimi tanımışdırlar. Xristianlar
üçün Məsih İsadır.
İslamda
da Məsih İsadır. Quran
ayələrində (5: 72, 75; 4,157) İsa peyğəm-
bərin adlarından biri məhz Məsihdir. Ancaq
ondan başqa Mehdi adlandıran qurtarıcının
da gələcəyi gözlənilir. Müsəlmanların
arasında Məsihin gəlişinə inanmayanlar da
vardır.
MƏST – ayağı topuğa qədər örtən
dəridən hazırlanmış xüsusi ayaq geyimidir.
Məzhəblərin əksəriyyətinə görə dəstəmaz
alarkən ayaqların yuyulmasının əvəzinə
məstlər üzərinə məsh çəkmək olar. Məst
əsasən soyuq aylarda asanlaşdırıcı vasitə
kimi istifadə edilir.
MƏSUM – günahsız adamdır. İslam
inancına görə Allahın bütün peyğəmbərləri
məsumdurlar. Onları günahlardan Allah qo-
rumuşdur. Şiələr imamları və Məhəmməd
peyğəmbərin qızı Fatiməni də məsum hesab
edirlər.
MƏVDUDİ ƏBÜL-ƏLA (1321/1903 –
1399/1979) – görkəmli İslam mütəfəkkiri,
maarifçisi, dövlət xadimi olmuşdur. Hindis-
tanın Heydərəbad bölgəsində doğulmuşdur.
Məvdudi, klassik İslam irsini dərindən
bilmiş, bu irsin ictimai həyatda tətbiq
edilməsi yollarını axtarmışdır. O, Hindistanın
“Müslim” və “Tac” qəzetlərində jurnalist
kimi fəaliyyət göstərmişdir. Daha sonra
Dehlidə nəşr edilən müsəlman dəyərlərini
aşılayan qəzetin redaktoru olmuşdur.
1341/1923-cü ildə isə Hindistanda ingilis
müstəmləkəçiliyinə qarşı başlamış hərəkat
zamanı aylıq “Tərcümanil-Quran” jurnalını
çap etdirmişdir.
Məvdudi həm ingilislərin, həm də
hindlilərin müstəqillik hərəkatına başçılıq
edən Qandinin və onun tərəfdarlarının
siyasətlərinə də etiraz etmiş və Hindistan
müsəlmanlarının birliyini təmin etmək üçün
səylər göstərmişdir. O, həmçinin müsəlman-
ların içindən çıxmış qadiyanilər təriqəti kimi
yeni cərəyanlara qarşı da çıxış edirdi.
Daha sonra Məvdudi müsəlmanların
yaşadığı Hindistanın şimal bölgələrinin ayrıl-
ması və orada müstəqil dövlətin qurul-
masının tərəfdarı idi. O, “Camaatül-İslam”
partiyasını yaratmışdır. Pakistan müstəqillik
qazandıqdan sonra ölkənin şəriət qanunları
ilə idarə edilməsinin və ölkə konsti-
tusiyasının onun əsasında yazılmasını təkid
edirdi. O zaman siyasi baxışlarına görə bir
neçə dəfə həbs olunmuşdur. Daha sonra
190
MƏSH
ölkənin siyasətində fəal iştirak etmişdir. Miladi
1965-ci ildə onun tərəfdarları Hind-Pakistan
müharibəsində cəbhələrdə vuruşmuşdurlar.
Siyasi fəaliyyətindən başqa Məvdudi
tarix, iqtisadiyyat, müasir İslam dini-siyasi
hərəkatlarının nəzəriyyəsi, İslama müasir
yanaşmalar, Qərb həyat tərzinin tənqidi kimi
mövzuları əhatə edən çoxlu kitablar
yazmışdır. Ən tanınmış əsəri isə Quranın təf-
siri olan “Təvhimül-Quran” kitabı olmuşdur.
MƏVƏRDİ ƏBÜLHƏSƏN (364/974 –
450/1058) – görkəmli İslam mütəfəkkiri ol-
muşdur. Məvərdi İraqın Bəsrə şəhərində
doğulmuşdur. Erkən yaşlarından o hədis, təf-
sir, fiqh kimi elmləri öyrənmiş, ərəb dilinin
mükəmməl bilicisi olmuşdur. O, zamanının
tanınmış müəllimlərindən dərs almışdır.
Bəsrə və Bağdadda təhsilini başa vurduqdan
sonra Məvərdi müəllimlik etməyə
başlamışdır. Bir müddət keçdikdən sonra o,
Nişapurun yaxınlığındakı Ustuva şəhərinə
qazi təyin edilmiş, sonra isə Bağdada
köçmüşdür. Məvərdi hüquq, Quran təfsiri,
siyasət, dövlət idarəçiliyi, kəlam (I) və başqa
elmlər üzrə kitablar yazmışdır. Bu əsərlərin
çoxu onun sağlığında geniş yayılsa da, bu
kitablar tələbələrinin səyləri nəticəsində onun
vəfatından sonra işıq üzü görmüşdürlər.
MƏYMUNƏ BİNT HARİS (51/671-ci
ildə vəfat etmişdir) – Məhəmməd peyğəm-
bərin həyat yoldaşlarından biri olmuşdur.
O, Abbas ibn Əbdülmüttəlibin həyat yoldaşı
Ummül-Fəzlin bacısı idi. Məhəmməd pey-
ğəmbər onu Məymunə adlandırmışdır. Ona
qədər isə onun adı Bərra olmuşdur. Məhəm-
məd peyğəmbər Məymunə ilə hic-rətin 7-ci
ilində evlənmişdir. O, onun sonuncu həyat
yoldaşı olmuşdur. Ondan sonra peyğəmbər
heç kimlə evlənməmişdir. Onun adından rə-
vayət edilən 70-ə yaxın hədis mühəddislər
tərəfindən müxtəlif hədis toplularına daxil
edilmişdir.
MƏYMUNİLƏR – xarici məzhəblərin-
dən birinin davamçıları olmuşdurlar. On-
ların təlimində digər xaricilərlə oxşar
cəhətlər olsa da, fərqlər də vardır. Onlar bəzi
Quran ayələrini inkar edirdilər. Məsələn,
Quranın “Yusif” surəsinin yalnız eşq
hekayəsi olduğunu iddia etmişdirlər. Buna
görə də, müsəlman ilahiyyatçıları onları
müsəlman saymırdılar.
MƏZAR – ölünün dəfn edildiyi yerdir.
İslam adətinə görə məzarın uzunluğu ölənin
boyu, eni və dərinliyi isə ölənin boyunun
yarısı qədər olmalıdır. Məzarda ölünü yanı
üstə uzadıb, üzünü qibləyə çevirirlər. Ölmüş
insanı torpağa tapşırdıqdan sonra şəriətdə
göstərilən bəzi istisna hallar olmadan,
məzarın açılması yasaqdır. Ehtiyac halında
bir məzarda bir neçə ölünü torpağa tapşırmaq
da mümkündür.
İlahiyyatçıların əksəriyyətinə görə İs-
lamda qəbirlərin ziyarət edilməsinə icazə
verilir. Onlar tövsiyə edirlər ki, o zaman hər
bir kəs bu dünyanın keçici olduğu haqqında
düşünməli, günahlarının bağışlanmasını
diləməlidir.
Fiqh məktəblərinin əksəriyyətinə görə
ölünü torpağa tapşırdıqdan sonra məzarı
gözə çarpacaq qədər qaldırmaq, uca təpəyə
çevirmək olmaz. Baş daşı isə yalnız məzarın
itməməsi üçün qoyulmalıdır.
Məzarların üstündə heykəllər qoymaq,
rəsm çəkmək yol verilməzdir. Eləcə də,
oraya hər hansı bir əşyanı ya da üzərində
Quran ayələrinin yazısı olan vərəqləri qoy-
maq olmaz. İslam məzhəblərinin çoxunun
hökmlərinə görə məzarların üstündə məs-
cidlərin, türbələrin, evlərin tikilməsi məkruh-
dur. Bu kimi tikililərin şöhrətpərəstlik
məqsədi ilə tikilməsi isə haramdır. Bəzi
məzhəb və təriqətlər müqəddəslərin qəbir-
lərin üstündə türbələrin tikilməsinə icazə
verirlər.
Bir çox ilahiyyatçılar hesab edir ki,
191
MƏZAR
məzarları cümə axşamları ziyarət etmək daha
yaxşıdır. Məzarların ziyarəti zamanı onların
üstündə oturmaq və uzanmaq, onları tapdala-
maq olmaz. Bəzi məzhəblərdə qadınlar
məzarları ziyarət edə bilməzlər. Qadınların
məzarları ziyarət etməsinə icazə verən
ilahiyyatçılar və məzhəblər də vardır. Məzarı
ziyarət edən insan ölmüş insanın bağışlan-
ması üçün dualar etməlidir. Məzar üstündə
Quran
ayələrinin oxunub-oxunması
məsələsində fərqli hökmlər vardır. Bəzi
ilahiyyatçılar bunu qadağan, digərləri isə
icazə verirlər.
MƏZHƏB – İslamda şərii və etiqadi
məsələlərlə əlaqədar yaranan fikir
ayrılığından ortaya çıxan müxtəlif cərəyan
və ya məktəblərdir. Rəvayətlərə görə dini
məsələlər üzrə fikir ayrılıqları hələ Məhəm-
məd peyğəmbərin dövründən başlamışdır.
Ancaq bu fikir ayrılıqlarına peyğəmbər
tərəfindən aydınlıq gətirildiyində görə dərin-
ləşməmişdir. Peyğəmbərin vəfatından sonra
ilk Raşidi xəlifələr Əbu Bəkr, Ömər və Os-
manın hakimiyyətləri dövründə müsəlmanlar
arasında dini və siyasi problemlər üzrə fikir
ayrılıqları gözə çarpacaq qədər artmış, sonda
isə ixtilaflara və siyasi qarşıdurmalara gətirib
çıxarmışdır. Üçüncü xəlifə Osmanın
öldürülməsindən sonra bu proses daha da
dərinləşmiş və ilk dini-siyasi qruplaşmalar
yaranmağa başlamışdır.
Dördüncü xəlifə Əlinin xilafəti dövründə
baş vermiş daxili savaşda, onun tərəfdarları
özlərini şiə adlandırmış, bununla da öz rəqi-
blərindən seçilməyə başlamışdırlar. Sonralar
onlara qarşı çıxış edən xaricilər də ortaya
çıxmışdırlar. Üçüncü siyasi cərəyanın
davamçıları “Nəsibilər” adlandırılmışdırlar.
Onlar xəlifə Osmanın qisasının alınmasını
tələb edərək daxili savaşda Müaviyəni
dəstəkləmiş, Əliyə qarşı çıxış etmişdirlər.
Bunların heç birinə qoşulmayanlar isə
özlərini sünni adlandırmışdırlar.
Daha sonra Xilafət möhkəmlənmiş, daxili
savaşlara son qoyulmuşdur. Buna görə də, ix-
tilaflar siyasi müstəvidən ideoloji müstəvi
keçməyə başlamışdır. O dövrdən başlayaraq
İslam kəlamının (I) və fəlsəfəsinin əsası
qoyulmuşdur. Buna görə də, çoxlu yeni prob-
lemlər ortaya çıxmışdır. O zaman tale və
iradə azadlığının bir-biri ilə necə və hansı
nisbətdə olması problemi ortaya çıxmış və bu
məsələdə cəbrilər və qədərilər cərəyanları
yaranmışdır.
Daha sonra düşüncəyə və ya vəhyə üstün-
lük verilməsi, Quranın yaradılmış ya da
əbədi olması, günahkarların durumu, şərin
mənşəyi və başqa bu kimi problemlər
barəsində qızğın mübahisələr getmişdir.
Bunun nəticəsində mütəzililər, batinilər, za-
hirilər kimi cərəyanlar yaranmışdır. Eyni za-
manda o zaman fiqhi məsələlər üzrə fikir
müxtəlifliyi də olmuşdur. Sünni, şiə, xarici,
zahiri və başqa cərəyanlarının fəqihləri öz
metodlarına əsaslanaraq məzhəblərinin
hüquqi əsaslarını yaratmışdırlar. Eyni za-
manda o dövrdə, məzhəblərarası qovuşma
prosesi də gedirdi. Burada müəyyən prinsi-
plər qəbul edilib, digərləri isə inkar
edilmişdir. Bütün bu məzhəblərin ideyaları
bu və ya digər formada zamanımıza qədər
gəlib çatmışdır. Bütövlükdə isə İslam
məzhəblərini üç qrupa bölmək mümkündür:
1. Nəsibilər, şiələr və xaricilər kimi siyasi
məzhəblər;
2 . Sünnilik, mötəziləlik, imamilik, isna-
əşərilik, zeydilik, qədərilik, cəbrilik kimi
etiqadi məzhəbləri;
3. Hənəfilik, malikilik, şafiilik, hənbəlilik,
cəfərilik, zeydilik və zahirilik kimi fiqhi
məzhəblər.
Sünniliyin içində də üç etiqadi məzhəb
vardır: maturidilik, əşərilik və sələfilik. Ba-
bilik, bəhailik, qadiyanilik kimi bəzi etiqadi
məzhəblər isə İslamdan çıxmış hesab ol-
unurlar.
192
Dostları ilə paylaş: |