MEHRAB
– məsciddə qiblə is-
tiqamətində divarda qurulan yerdir. Bu söz
Quranda (3: 37) keçməkdədir. Mehrablar
çox vaxt gözəl bəzəklər, naxışlar, daş oy-
malarla bəzədilir. Buna görə də, onların çoxu
dəyərli sənət inciləridir. Onların yuxarı
tərəfində çox vaxt Quran ayələri yazılır. Rə-
vayətlərə görə Məhəmməd peyğəmbərin
dövründə qiblənin istiqamətinin müəyyən-
ləşdirmək üçün məscidlərin divarına daşlar
174
MEHDİ
qoyulurdu və ya o yerə hər hansı bir nişan
vurulurdu. Bəzəkli və naxışlı mehrablar
Əməvilərin hakimiyyəti dövründə ortaya
çıxmışdır. Bu adəti sonrakı dövrlərdə də
davam etdirmişdirlər. Səlcuqlu, Osmanlı və
Səfəvi dövrlərində isə mehrablar xüsusi
keramik kaşılarla bəzədilirdi.
MERAC – bax: İSRA VƏ MERAC.
MƏBƏD – ibadət məqsədi ilə inşa
edilən dini məkanlarıdır. Bu məscid, kilsə,
sinaqoq və ya bütpərəstlərin tanrılarına
tapındıqları yerlər də ola bilər. Müsəlmanlar
Allaha ibadət etmək üçün tikilən binaları
“məscid” və ya “cami” adlandırırlar. Məbəd
sözü isə daha çox bütpərəstlərin tapındıqları
yerlər mənasında işlədilir.
MƏBUD – tapınılan və ya ibadət edilən
hər hansı bir tanrılaşdırılmış varlıqdır.
İslam inancına görə həqiqi məbud yalnız Al-
lahdır. Digər məbudlar isə insanlar
tərəfindən uydurulmuş yanlış inancların
nəticəsidir.
MƏCAZ – hər hansı bir fikri başqa söz-
lərlə və mənalarla ifadə etmək, metafora və
ya analogiyadır. İslamın ilk qaynaqları olan
Quran və hədislərdə məcazların olub-olma-
mağı haqqında müxtəlif fikir ayrılığı olmuş-
dur. Bəzi ilahiyyatçılar məcazı qəbul
etməmiş, müqəddəs mətnlərin hərfi mə-
nalarına üstünlük vermişdirlər. Onlara görə
məcazlar insan düşüncəsinə aid bir xü-
susiyyətdir və Allahın məcazlardan istifadə
etməsi imkansızdır, çünki ilahi əmrlər birmə-
nalı və aydın olmalıdır. Davud Zahiri
(270/883-cü ildə vəfat etmişdir), mütəzili
Əbu Müslim Məhəmməd ibn Bəhr İsfahani
(322/934-cü ildə vəfat etmişdir), şafii Əhməd
ibn Əhməd Təbəri (355/946-cı ildə vəfat et-
mişdir), maliki İbn Hüveyzmənzəz
(400/1009-cu ildə vəfat etmişdir) kimi
ilahiyyatçılar bu mövqedən çıxış etmişdirlər.
Ancaq İslam alimlərinin çoxu Quran və
hədislərdə məcazların olduğunu qeyd etmiş
və onların inkar edilməsini isə yolverilməz
hesab etmişlər. Onlar məcazın varlığına dair
Quranın 40: 36-37 ayələrini dəlil gətirirdilər.
Bu İslam alimlərinə görə məcazlar Quranı
zənginləşdirir, onlar olmasa müqəddəs
mətnlər öz gözəlliyini itirərlər. Ancaq, məca-
zları Quranın açıq və aydın olan ayələrinə
tətbiq etmək olmaz. Bu ilahiyyatçıların bir
hissəsi hesab edirdilər ki, eyni ayədə həm
hərfi, həm də məcazi mənalar ola bilməz.
Digərləri isə hər bir ayənin həm zahiri, həm
də məcazi mənasının olduğunu iddia et-
mişdirlər. Quranın məcazları haqqında çoxlu
kitablar yazılmışdır. Buna misal kimi Əbu
Übeyd Məmərə ibn Musənnənin (210/825-ci
ildə vəfat etmişdir) “Məcazil-Quran”
(Quranın məcazı) kitabı, Şərif Razinin
(406/1015-ci ildə vəfat etmişdir) “Təfsirül-
Bəyan fi Məcazil-Quran” (Quran məcazının
aydın
təfsiri) kitablarını göstərmək
mümkündür.
MƏCUSİLƏR_–_İranda_İslamdan_öncə__Zərdüştlük_dininə_etiqad_edən_insanlar_ol-__muşdurlar.'>MƏCUC – bax: YƏCUC VƏ MƏCUC.
MƏCUSİLƏR – İranda İslamdan öncə
Zərdüştlük dininə etiqad edən insanlar ol-
muşdurlar. Bu din xeyir və şər qüvvələrinin
mübarizəsi üzərində qurulmuşdur. Buna görə
də, məcusilik dualistik xarakter daşıyırdı.
Məcusilər dini ayinlərinin bir çoxunu od
üzərində həyata keçirdikləri üçün onlara
atəşpərəst deyilirdi. Ərəb istilası məcusilərə
ağır zərbə endirmiş və onların mövqelərini
zəiflətmişdir. Buna görə də onlar, Hindistana
köçməli olmuşdurlar. Hazırda məcusilərin az
bir qismi İranın Kirman bölgəsində yaşayır-
lar. Hindistanda da məcusi icmaları mövcud-
dur. “Məcus” sözü Quranın 22-ci surəsinin
17-ci ayəsində keçməkdədir.
175
MƏCUSİLƏR
MƏDİNƏ – Ərəbistan yarımadasının
Şimal-Şərqində, Hicaz bölgəsində yerləşmiş
şəhərdir. Şəhərdə yerləşən Məscidün-Nəbəvi
müsəlmanların müqəddəs hesab etdikləri
yerlərdən biridir və bura çoxlu sayda zəvvar-
lar peyğəmbərin qəbrini ziyarətə gəlirlər.
İslamdan öncə bu şəhər Yəsrib adlanırdı
və bu ad Quranda (33: 13) bir dəfə çək-
ilmişdir. Şəhərə Mədinə adını (ərəb dilində
“şəhər” deməkdir) Məhəmməd peyğəmbər
vermişdir. Şəhərin bu adı bir necə dəfə
Quranda (9: 101; 9: 120, 33: 60; 63: 8)
anılmışdır.
Mədinənin yerləşdiyi yer qədim dövr-
lərdən başlayaraq yaşayış yeri olmuşdur. Rə-
vayətlərə görə burada oturaq həyata köçəri
Curhum və Amalika qəbilələri başlamışdır-
lar. Sonralar bu yerlərə yəhudilər də köç et-
mişdirlər. Onlar Məhəmməd peyğəmbərin
Mədinəyə köçməsinə qədər burada
yaşamışdırlar. Ehtimallara görə bu yəhudilər
m. ö.VI əsrdə babillilərin darmadağın etdiyi
Qüdsdən qaçmışdırlar. Onlar Ərəbistana
gələrək Yəsribdə, Vadiül-Qürrədə, Teymədə,
Xeybərdə, eləcə də Ərəbistanın digər böl-
gələrində məskunlaşmışdırlar. Başqa mən-
bələrə görə, yəhudilərin Ərəbistana köçməsi
daha sonrakı dövrlərdə, miladi I əsrdə roma-
lıların yəhudi üsyanlarını yatırmalarından
sonra baş vermişdir. O zaman qırğınlardan
canlarını qurtarmış yəhudilərin bir çoxu Yəs-
ribə və başqa Ərəbistan şəhərlərinə
köçmüşdülər. Ərəbistanda onlar ərəbləşmiş,
ancaq öz dinlərində qalmışdırlar.
Bəzi şərqşünaslar isə hesab edirlər ki,
Yəsrib yəhudiləri yəhudi dinini qəbul etmiş
etnik ərəblər idilər. Zaman keçdikcə
yəhudilər güclənərək curhumlularla ama-
likalıları şəhərdən qova bilmişdirlər.
Qədimdə yəhudilərin ən güclü qəbiləsi
Kaynuka olmuşdur, ancaq sonra daha iki
yəhudi qəbiləsi olan Nadir və Qüreyzə gü-
clənmiş və şəhərdə daha çox nüfuz qazan-
mışdırlar. O zaman onların istehkamları və
qalaları da olmuşdur.
Yəsrib şəhərinin tarixində yeni dövr bu
yerlərə gəlmiş iki yəmənli ərəb qəbiləsi olan
Xəzrəc və Evsin məskunlaşmasından sonra
başlanmışdır. Sonralar bu iki qəbilə güclən-
miş və Yəsribdə nüfuz qazana bilmişdirlər.
Onlarla birlikdə yəhudilər də şəhərdə yaşa-
mağa davam etmişdirlər.
Zaman keçdikcə Xəzrəc və Evs qəbilələri
arasında qarşıdurmalar baş vermişdir. Bu
vəziyyət Məhəmməd peyğəmbərin və
məkkəli müsəlmanların Yəsribə köçməsinə
qədər davam etmişdir. Bu qarşıdurma onların
arasında qanlı toqquşmalara gətirib
çıxardırdı, bu da hər ikisini zəifləməsinə
səbəb olmuşdur. Yəhudilər isə bu qarşıdur-
malardan öz xeyirlərinə istifadə etmək
məqsədi ilə hər iki ərəb qəbiləsinə yardım
edirdilər. Onların arasında baş verən sonuncu
Buas döyüşündən sonra şəhərdə yəhudilər
yenidən güclənməyə başladılar. İxtilaflara
son qoymaq məqsədi ilə evslilər və xəzrə-
clilər Məkkənin nüfuzlu Qureyş qəbiləsinə
müraciət etmək qərarına gəldilər. Bunun
üçün də onlar Məkkəyə yollandılar. O dövrdə
artıq Məhəmməd peyğəmbər Məkkədə İs-
lamı təbliğ edirdi. Ərəb qəbilələri arasında
özünə tərəfdar toplaya bilmişdir. Məkkə
başçıları ilə anlaşa bilməyən yəsriblilər
Məhəmməd peyğəmbərlə bir neçə dəfə
görüşmüş və nəticədə ona beyət etmişdirlər.
Məhəmməd peyğəmbərin onların problem-
lərini çözmək iqtidarında olduğuna
inanırdılar. Daha sonra Məhəmməd peyğəm-
bər Müsab ibn Ümeyr və digər bir neçə
səhabəsini Yəsribdə İslamı yaymaq üçün
göndərmişdir. Onlar peyğəmbərin bütün
tapşırıqlarını uğurla yerinə yetirmiş, bunun
nəticəsi olaraq Yəsribdə İslam dini surətlə
yayılmağa başlamış, oradakı ərəblər İslamı
qəbul etmişdirlər. Bundan sonra müsəlman-
ların Mədinəyə hicrəti başlamışdır.
Məhəmməd peyğəmbər Mədinəyə hicrət
etdikdən sonra oradakı ərəb qəbilələrinin
176
MƏDİNƏ
arasında olan ixtilaflara son qoyuldu. Şəhər
qanunlarla idarə olunmuşdur. Evslilər və
xəzrəclilər ənsar, Məkkədən hicrət edən
müsəlmanlar isə mühacirlər adlanmağa
başlamışdırlar. Bundan sonra onlar güclü
müsəlman icmasının əsasını təşkil etdilər.
Yəhudilər isə Məhəmməd peyğəmbəri Al-
lahın elçisi kimi tanımadılar. Buna görə də,
onlarla ayrıca anlaşma bağlanıldı. Bu anlaş-
maya görə onlar şəhərin bərabər hüquqlu
sakinləri olaraq bütün öncəki imtiyazlarını
qoruyub saxlayırdılar. Buna baxmayaraq
yəhudilər ərəblərin güclənməsinə maraqlı
deyildirlər. Müsəlmanlar onları Məhəmməd
peyğəmbərə qarşı qəsd təşkil etməsində, büt-
pərəstlərlə onlara qarşı anlaşmalar bağla-
maqda günahlandırırdılar. Sonda yəhudilərlə
müsəlmanların arasında qarşıdurmalar baş
vermişdir. Ancaq, bunun nəticəsi olaraq
yəhudilər şəhərdən qovulmuşdurlar.
Məhəmməd peyğəmbər Mədinəyə hicrət
etdikdən sonra bu şəhər müsəlmanların dini-
siyasi mərkəzinə çevrilmişdir. Orada bütün
ictimai məsələlərin həll edildiyi məscid tik-
ilmişdir.
Peyğəmbərin vəfatından sonra Mədinə
şəhəri ilk Raşidi xəlifələr Əbu Bəkr, Ömər və
Osmanın
(11/632-35/656) xəlifəlikləri
dövründə Xilafətin paytaxtı olmuşdur. Xəlifə
Əlinin (35/656-40/661) hakimiyyəti
dövründə Xilafətin Kufəyə, Əməvilərin
dövründə isə Dəməşqə köçürülmüşdür.
Xilafət paytaxtının başqa şəhərlərə
köçməsi ilə Mədinənin siyasi əhəmiyyəti
kiçilmişdir. Ancaq buna baxmayaraq o dövr-
lərdə şəhər İslam dünyasının böyük mədəni
və dini mərkəzinə çevrilmişdir. Çünki məd-
inəlilər Məhəmməd peyğəmbərin və onun
səhabələrinin mirasını qoruyub
saxlamışdılar. Buna görə də, Xilafətin hər
yerindən elm adamları Mədinəyə gələrək bu-
rada İslam elmlərini və adətlərini
öyrənirdilər. Beləliklə, müsəlman ənənəsinin
formalaşmasında bu şəhər böyük rol oy-
namışdır.
Əməvi xəlifəsi Müaviyənin ölümündən
sonra Xilafətdə daxili vəziyyət gərginləşmiş,
vətəndaş qarşıdurması başlamışdır. Məd-
inəlilər yeni xəlifə Yəzidə beyət etməkdən
imtina etdiklərinə görə onlara qarşı ordu
yeridilmişdir. O hadisələr zamanı şəhərdə zo-
rakılıq və talanlar baş vermişdir. Əməvi
hakimiyyətinin son illərində şəhəri xaricilər
ələ keçirmişdilər. O hadisələr zamanı da
şəhərə zərər yetirilmişdir. Sonrakı illərdə
Mədinəni hücumlardan qorumaq üçün
Ədudəd-Dövlə şəhərin həndəvərlərində qala
divarları inşa etdirmişdir. Ancaq, divarlar
bütün şəhəri əhatə etmirdi. Buna görə Suriya
atabəyi Nurəddin Zəngi 557/1162-ci ildə
bütün şəhəri əhatə edən ikinci qala divarını
tikdirmişdir. 654/1256-cı ildə isə Mədinənin
yaxınlığında püskürən vulkan şəhər üçün
böyük təhlükə yaratmışdır. Ancaq vulkanın
tullantıları şəhərdən yan keçərək şimala
doğru axmışdır. Şəhərdə baş vermiş ikinci
ağır hadisə Məscidün-Nəbəvidə baş vermiş
yanğın olmuşdur. O zaman Məhəmməd
peyğəmbərin üstündə xütbələr dediyi min-
bər, eləcə də onun və səhabələrinin əşyaları
məhv olmuşdur.
Osmanlı sultanları Mədinəni ələ
keçirdikdən sonra şəhərdə yenidənqurma və
tikinti işləri aparılmışdır. Türk sultanı I Sü-
leyman Qanuninin dövründə şəhəri əhatə
edən 25 metr hündürlükdə divar tikilmişdir.
Divarın önündə isə dərə qazılmış, su ilə
doldurulmuşdur. O dövrədə yeni mən-
bələrdən şəhərə su çəkilmiş, Mədinənin su
təminatı yaxşılaşdırılmışdır. Türk sultanları
“İki müqəddəs yerin qulluqçusu” (Xadim-i
Harameyn) adını daşıyaraq Məscidün-
Nəbəvi'də 16 dəfə yenidənqurma işləri
aparmışdılar.
1804-cü ildə isə Mədinə şəhərini vəhha-
bilər ələ keçirmişdirlər. Onlar oradan yalnız
1814-cü ildə çıxarılmışdırlar. Vəhhabilərə
qarşı döyüşlərə Misir sultanı Məhəmməd Əli
başçılıq etmişdir.
177
MƏDİNƏ
1901-ci ildə türk sultanı II Əbdülhəmid
strateji əhəmiyyət kəsb edən İstanbul-Məd-
inə dəmir yolunu tikdirmişdir. Dəmir yolu-
nun tikintisi 1908-ci ildə başa çatdırılmışdır.
Ancaq, birinci dünya müharibəsi başlandıq-
dan sonra, Mədinənin şərifi Hüseyn ingilis-
lərin tərəfinə keçərək özünü Hicazın kralı
elan etmiş və türklərə qarşı müharibəyə
başlamışdırlar. Osmanlı imperiyası birinci
dünya müharibəsində məğlub olduqdan
sonra, türk qoşunları Hicazdan çıxmalı ol-
muşdurlar. 1342/1924-cü ildə Nəcdin Əl-
Səud sülaləsindən olan məliklər Hicaz
üzərində hakimiyyəti öz əllərinə ala
bilmişdirlər. Onlar şəhərdə çoxlu tikinti işləri
aparmış, ictimaiyyət üçün önəmli obyektləri
tikmiş, qonaq evlərini ucaltmış, yollar və
müasir infrastrukturu yaratmışdırlar. Məs-
cidün-Nəbəvi və başqa dini obyektlər mütə-
madi olaraq yeniləşdirilmişdir.
MƏDİNƏYƏ HİCRƏT – müsəlman-
ların təqib olunmaları səbəbi ilə miladi 622-
ci ildə Məkkədən Mədinəyə köçmüşdürlər.
Hələ Məkkədə olarkən Məhəmməd peyğəm-
bər
Ərəbistanın müxtəlif bölgələrində
yaşayan insanları İslama dəvət edirdi. On-
ların arasında Mədinədən gələn zəvvarlar da
olmuşdur. Onlar peyğəmbərlə görüşdükdən
sonra İslamı qəbul etmişdirlər. Bundan sonra
iki həcc mövsümündə mədinəlilər Əqəbədə
ona sadiq olacaqlarına and içmişdirlər. Bun-
dan sonra Məhəmməd peyğəmbər Mədinə
müsəlmanları ilə yaxın münasibətdə olmuş-
dur və ilk əvvəl İslam dininin əsaslarını on-
lara öyrətmək üçün öz səhabələrini
Mədinəyə göndərmişdir. Müsəlmanların
Mədinəyə köçməsinə qədər mədinəlilərin
çoxu artıq İslamı qəbul etmiş, Məkkə müsəl-
manlarına sığınacaq verməyə hazır olmuş-
durlar.
Bu arada Məkkədə müsəlmanlara qarşı
təqiblər dözülməz hala gəlib çatmışdır. Buna
görə də, Məhəmməd peyğəmbər bütün
müsəlmanlara Mədinəyə hicrət etmələrini
əmr etmişdir. Qureyşlilər isə o zaman
peyğəmbərə qarşı uğursuz sui-qəsd təşkil et-
mişdirlər. Ancaq, o zaman o evindən uza-
qlaşıb Mədinəyə doğru yola düşmüşdür.
Şəhərə daxil olan Məhəmməd peyğəmbəri
şəhər sakinləri böyük coşqu ilə qarşılamış və
salamlamışdırlar. O zaman müsəlmanların
əksəriyyəti artıq Məkkəni tərk edib Məd-
inəyə hicrət etmişdirlər. Köç prosesi bundan
sonra da müəyyən müddət davam etmiş və
müsəlmanların çoxu Mədinədə məskun-
laşmışdırlar. Mədinəyə hicrət İslam tarixinin
ən önəmli hadisələrindən biridir. Məhz, Məd-
inəyə hicrətdən sonra müsəlman icması
möhkəmlənmiş və müşriklər üzərində qələbə
çalmışdır. Sonralar yaranacaq İslam dövlə-
tinin əsasları da məhz burada qoyulmuşdur.
MƏDYƏN – Quranda Allahın cəza-
landırdığı günahkar xalqlardan biridir. On-
ları düz yola dəvət etmək üçün Allah o
bölgəyə Şüeyb peyğəmbəri göndərmişdir.
Ancaq onun səylərinə baxmayaraq mədyan-
lıların çoxu onu rədd etmiş, fitnə və fəsad
törətməkdə davam etdirmişdirlər. Buna görə
də, Allah onları yer üzündən silmişdir.
MƏFKUF – f iqhdə hər hansı bir işin
görülməsində başqa adamların
hüquqlarının nəzərə alınmasıdır. Məsələn,
əgər hər hansı bir şəxs başqa bir şəxslə bir-
likdə əldə etdikləri bir malı başqasına satmaq
istəsə, bunu yalnız onun razılığını aldıqdan
sonra edə bilər.
MƏĞRİB – günəşin batdığı yer və ya
vaxtdır. O zaman vacib olan məğrib namazı
qılınır. Onun müddəti günəşin batmasından
başlayıb, vacib gecə namazının vaxtına qədər
davam edir.
178
MƏDİNƏYƏ HİCRƏT
MƏHƏMMƏD – İslam əqidəsinə görə
Allahın göndərdiyi sonuncu peyğəmbər
(Xatəmül-Ənbiya), müsəlman ümmətinin
dini lideri, Ərəbistanın ictimai-siyasi xadimi
olmuşdur. Məhəmməd peyğəmbər Ərəbis-
tanın Məkkə şəhərində miladi təqvimlə
təxminən 570-ci ildə anadan olmuşdur. Onun
soyu Qüreyş qəbiləsinin nüfuzlu Haşimilər
soyundan idi. Atası Abdullah səfərdə olarkən
Məhəmmədin dünyaya gəlməsindən az əvvəl
Mədinə yaxınlığında vəfat etmişdir. Anası
Əminə Məhəmmədi Həlimə adlı süd anasına
vermiş və o onun yanında bir neçə il
qalmışdır. Məhəmmədin altı yaşı olanda anası
Əminə də vəfat etmişdir. Yetim qalmış
Məhəmmədi babası Əbdülmüttəlib himayəs-
inə götürmüşdür. Əbdülmüttəlibin
ölümündən sonra isə əmisi Əbu Talib
Məhəmmədi öz oğlu kimi böyütmüş, onu tər-
biyə etmişdir. O, Əbu Talibin evində qalmış,
onun qoyunlarını otarmış, ticarət işlərinə cəlb
olunmuşdur. Rəvayətlərə görə Əbu Talib
Suriyaya ticarət məqsədi ilə getdikdə
Məhəmmədi də özü ilə aparmışdır. Bəsrədə
onlar Bəhirə adlı bir xristian rahibinə rast
gəlmişlər və o, Məhəmmədin peyğəmbər
olacağı müjdəsini vermişdir. Məhəmməd 15
yaşında olarkən qüreyşlilərin Qeys Əylan qə-
biləsinə qarşı Ficar savaşında iştirak etmişdir.
Döyüş zamanı o, öz əmilərinə ox verdiyi rə-
vayət olunur. Daha sonra gənc Məhəmməd
ticarətlə məşğul olmuşdur. Xədicə adlı orta
yaşlı varlı və nüfuzlu bir xanım ona mallarını
Suriyaya aparıb satmağı həvalə etmişdir.
Məhəmməd bu işi uğurla yerinə yetirdikdən
sonra, Xədicənin etibar və etimadını qazan-
mışdır. Sonralar isə O, Xədicə ilə evlən-
mişdir. Bu izdivacdan onların dörd qız, bir
oğlan övladları dünyaya gəlmişdir.
Həyatının müəyyən dövründə Məhəm-
məd Məkkə yaxınlığındakı mağaralarda inzi-
vaya çəkilib Allaha
ibadət edirdi.
Rəvayətlərə görə miladi 610-cu ilin Ramazan
ayında 40 yaşlı Məhəmməd Hira dağında
ibadətlə məşğul olarkən onun yanına Allahın
ən böyük mələklərindən biri olan Cəbrayıl
gəlmiş, Quranın (96: 1-3) ilk ayələrini ona
oxumağı əmr etmişdir. Rəvayətlərə görə bu
hadisədən sonra vəhyin arası kəsilmiş və o
zaman Məhəmməd mənəvi sıxıntılar keçir-
mişdir. Ancaq sonra ayələrin nüzulu sürəkli
davam etmişdir. İlk dövrlər Məhəmməd
peyğəmbər dini yalnız qohumları və dostları
arasında yaymış, açıq olaraq xalqa müraciət
etməmişdir. Bir neçə il sonra isə o açıq
dəvətə başlamışdır (Quran, 15: 94).
Bu ayələr nazil olduqdan sonra Məhəm-
məd peyğəmbər, Haşim soyundan olan qo-
humlarını evinə toplamış, onları İslam dini
ilə tanış etmişdir. Ancaq onlar onun peyğəm-
bərliyini tanımamışdırlar. Bundan sonra
Məhəmməd Məkkədəki Səfa adlanan təpəyə
qalxaraq məkkəlilər qarşısında çıxış etmiş,
onları Allaha inanmağa, onun peyğəmbər-
lərini tanımağa, bütpərəstlikdən çəkinməyə
çağırmışdır. Ancaq bu cəhd heç bir nəticə
verməmişdir. Buna baxmayaraq Məhəmməd
İslamı təbliğ etməkdə davam etmiş və bunun
nəticəsi olaraq məkkəlilərin bir hissəsi onun
peyğəmbərliyini qəbul etmişdirlər. Bundan
narahat olan Məkkə başçıları onları təqib et-
mişdirlər. Buna görə də, müsəlmanların bir
hissəsi Həbəşistana hicrət etmişdirlər. Daha
sonra Məhəmməd başqa ərəb qəbilələri
arasında İslamı təbliğ etməyə başlamışdır. Bu
işdə onun ən böyük uğuru Mədinənin ərəb
əhalisinin onun peyğəmbərliyini tanımağı ol-
muşdur.
Miladi 622-ci ildə Məhəmməd peyğəm-
bər Məkkə müsəlmanları ilə birlikdə Məd-
inəyə hicrət etmiş və burada güclü müsəlman
icmasını yarada bilmişdir. Bu icmanın əsasını
Məkkədən köçən mühacirlərlə, Mədinənin
Evs və Xəzrəc qəbilələrinin nümayəndələri
olan Ənsarlar təşkil etmişdirlər. Bu şəhər
dövlətdə qanunlara əsaslanan ictimai həyat
təşkil edildi. Beləliklə, bütün ərəb qə-
bilələrinin qardaşlığı elan olundu. İslamı
179
MƏHƏMMƏD
qəbul etməyən yəhudilərlə onların hü-
quqlarını qoruyan xüsusi anlaşma əldə edildi.
Ancaq, sonra baş vermiş bir neçə ixtilaflar
nəticəsində onlar şəhəri tərk etməli olmuş-
durlar.
Hicrətdən sonra müsəlmanlarla mək-
kəlilərin arasında döyüşlər başlamışdır. Bu
döyüşlərdə Məhəmməd peyğəmbərin baş-
çılığı ilə müsəlmanlar qalib gəlmişdirlər.
Məkkənin fəth olunmasından sonra İslam
bütün Ərəbistanda yayılmışdır. Məkkəyə
daxil olan Məhəmməd peyğəmbər ərəblərin
sitayiş etdikləri bütlərin darmadağın
edilməsini əmr etmişdir. Məhəmməd
peyğəmbər hicrətin 11-ci ilində Mədinədə
vəfat etmişdir.
MƏHƏMMƏD BAQİR (57/676 –
114/732) – isna-əşəri şiələrinin beşinci
imamıdır. Adı Məhəmməd ibn Əli, ləqəbi isə
Baqirdir. “Baqir” elmləri açan deməkdir. O,
dördüncü imam Əli Zeynülabidinin oğludur.
Hicrətin 57-ci ilində dünyaya gəlmişdir. Kər-
bəla hadisəsində dörd yaşında idi. Atasından
sonra Allahın əmri və imamların vəsiyyəti
üzərinə imamət məqamına ucalmışdır. 104 və
ya 107-ci ildə (Şiə rəvayətlərinə görə Əməvi
xəlifəsi Hişamın qardaşı oğlu İbrahim ibn
Vəlid ibn Abdülməlikin vasitəsilə zəhər-
ləndirilmişdir) şəhid olmuşdur.
Beşinci imamın dövründə Üməyyə
oğullarının zülmləri daha da artmışdır. Ancaq
sonralar, İslam coğrafiyasının hər bir
tərəfində müxtəlif üsyanlar və müharibələr,
digər tərəfdən öz aralarında baş vermiş an-
laşılmazlıqlar Üməyyə oğullarını əhli-beytlə
uğraşmaqdan bir qədər çəkindirmişdir.
Məhəmməd Baqir İslami elmlər üzrə böyük
alim olmuşdur. O, əsasən hədis və rical elm-
lərində irəliləmişdir.
MƏHƏMMƏD İBN ƏBDÜLVƏH-
HAB (1116/1703 – 1206/1792) – XII/XVIII
əsrdə Ərəbistan yarımadasında yaşamış din
islahatçısı və siyasi xadim olmuşdur. İbn
Teymiyyə irsinin davamçısı olan Əbdülvəh-
hab Vəhhabi hərəkatının qurucusu kimi
tanınmışdır. Bu hərəkatının ideoloqu olaraq
o, müsəlmanları dinin sonradan gətirilmiş
bidətlərdən
təmizlənməsinə çağırırdı.
Müqəddəslərin məzarları üstündə tikililərin
ucaldılmasını, onların məscidlərə
çevrilməsini və orada ibadət etməyin yolver-
ilməz olduğunu hesab etmişdir.
Məhəmməd ibn Əbdülvəhhab Ərəbis-
tanın mərkəzində yerləşən Nəcd vilayətində
1116/1703-cü ildə doğulmuşdur. Riyadın
yaxınlığında yerləşən Üyəynada qazi (II)
ailəsində dünyaya göz açmışdır. Sonra o,
Ərəbistan və Osmanlı imperiyasının müxtəlif
bölgələrinə səyahət etmişdir. Onun haqqında
qeyd edilir ki, o səfərlərdə yerli xalqların
adət-ənənələri və inancları ilə tanış olmuş-
dur. Onların müqəddəslərin qəbirləri
üzərində ucaltdıqları məqbərələr və orada
onların ibadət etmələri, eləcə də mövhumat-
lara inandıqlarını İslama zidd davranış kimi
dəyərləndirmişdir. Bəsrədə olanda o ilk
bidətlərə qarşı çıxış etmiş, insanları Məhəm-
məd peyğəmbərin və onun səhabələrinin tut-
duğu yola qayıtmağa dəvət etmişdir. Ancaq
onun dində bidət saydıqları şeylər haqqında
yürütdüyü fikirləri hamı qəbul etməmişdir.
Bu barədə digər ilahiyyatçılar fərqli fikirlər
irəli sürmüşdürlər. Buna baxmayaraq
Məhəmməd ibn Əbdülvəhhabın çoxlu aktiv
davamçıları olmuşdur. Sonralar onlar “vəh-
habilik” adlanan dini-siyasi hərəkata
çevrilmişdirlər. Nəticədə bu təlim Nəcddə
geniş yayılmışdır.
Öz doğma şəhəri Üyəynaya qayıdandan
sonra Məhəmməd ibn Əbdülvəhhab buranın
valisi olan Osman ibn Həmmad ibn Muəm-
marın dəstəyini qazana bilmişdir. Onun
köməyi ilə o, tərəfdarları ilə birlikdə yerli
əhalinin ibadət etdikləri müqəddəs yerləri
dağıtmağa başlamışdır. Bu barədə xəbərlər
bütün Ərəbistanda yayılmışdır. 1157/1744-
cü ildə Dəriyəyə köçmüş, buranın valisi
Məhəmməd ibn Səudla əlaqələr qura
180
Dostları ilə paylaş: |