AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə26/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

KƏLMEYİ-ŞƏHADƏT – İslamı qəbul
etmənin sözlü ifadəsi və təsdiqidir.
Kəlimeyi-şəhadət “Əşhədü ən lə ilahə illəllah
və əşhədü ənnə Muhammədən əbduhu və ra-
suluh” kimi ifadələrdən ibarət olmaqla Al-
lahın varlığını və birliyini, Məhəmmədin
Onun bəndəsi və göndərdiyi peyğəmbər
olduğuna  şahidlik etmədir. Gördüyümüz
kimi kəlmeyi-şəhadət tövhid inancını və
Məhəmmədin peyğəmbərliyini ifadə etməklə
iki hissədən ibarətdir. Birinci hissədə Allah-
dan başqa tanrının olmadığına, ikinci hissədə
isə Məhəmmədin Allahın bəndəsi və Rəsulu
olduğuna şahidlik edilir. Bu şahidlik qətilik
qazanan bir təsdiq olmaqla yanaşı, eyni za-
manda inancın sözlü ifadəsidir. Ənənəyə
görə kəlmeyi-şəhadəti söyləyən insan müsəl-
man olur. Bundan sonra o, İslam hüququnun
müsəlmanlar üçün müəyyən etdiyi bütün
haqq və hüquqlara malik olmaqla yanaşı
dinin buyurduğu əmr və qadağaları yerinə
yetirməklə öhdəçilik daşıyır. Fiqhdə heç kim
kəlmeyi-şəhadəti söyləməyə məcbur edilə
bilməz, məcbur edilən şəxsin şahidliyi
etibarlı hesab olunmur.
150
KƏLAM (II)

KƏRAMƏT –  mənəvi cəhətdən yük-
sələn mömin şəxsin fövqəltəbii bacarığa və
istedada sahib olmasıdır. İlahiyyatçılara
görə kəramət sahibi insanlar, ancaq möhkəm
inanca və sağlam etiqada sahib olmalıdır.
Kəramət peyğəmbərlərə verilən möcüzədən
fərqlənməkdədir.  İslam alimlərinə görə
peyğəmbərlər  Allahın varlıq və birliyini,
peyğəmbərlərin Allah tərəfindən göndərilən
elçi olduğunu sübut etmək üçün Allahın
iradəsi daxilində göstərdikləri fövqəltəbii
hadisə və əməllərdir.  Kəramət sahibləri isə
insan ağlı və məntiqi ilə dərk edilməyən hər
hansı qabiliyyət və bacarığı insanların gözü
önündə nümayiş etdirməkdən çəkinmə-
lidirlər. Çünki, kəramət sahibi insanların mis-
siyaları Allahın varlığını və birliyini sübuta
yetirmək deyildir. Onlar təriqət, həqiqət və
mərifət yolçuluğunda qazandıqları ən yüksək
məqamın nəticəsi olaraq kəramət sahibi ol-
muşlardır. İslam məzhəblərinin əksəriyyəti
kəraməti qəbul edir və buna dair Quranın 3:
37 ayəsini dəlil göstərirlər. Mütəzililər isə
kəraməti qəbul etməmişdirlər.
KƏSB – lüğətdə “qazanma, iş, toplama,
ruzi axtarma, istəmə, əldə etmə, səy
göstərmə və qazanc yolu” kimi mənaları
ifadə edir. Kəsb Quranda keçən bir anlayış
olaraq bəzən qəlbin bir kəsbi və əzmi (Quran,
2: 225), bəzən ticarətdə mal qazanmaq
(Quran, 2: 267), bəzən də səy və əməl mə-
nasında (Quran, 2: 286; 7: 39) istifadə
edilmişdir.  Kəlamda (I) isə kəsb daha çox
qulun hərəkət və əməlinin yaradılışı
mövzusunda fərqli görüşlərin ortaya çıxması
ilə gündəmə gəlmişdir. Bəzi məzhəb mənsub-
ları qulların hərəkətlərinin Allaha  nisbət
edilməsini rədd etmişdir. Maturidilərə görə
kəsb insanın sifətidir. Onun iradə və qüdrət-
inə bağlıdır. Allahın yaratdığı hərəkət insan
iradəsi ilə reallaşar. Bu səbəbdən insanın
hərəkəti yaratma deyil, kəsb olaraq ad-
landırılır. Allahın hərəkəti isə bir yaratma
hadisəsidir. Yaratma yalnız Allaha məxsus
özəllikdir. Kəsb isə insana aid olmaqla
hərəkətlə ortaya çıxır. Əşarilərə görə iqtisab
(qazanılan və ya əldə edilən) hərəkəti in-
sanda meydana gələn zəruri hərəkət kimidir.
Allah hərəkəti yaratdığı kimi iqtisabi da
yaradır. İnsanın vəzifəsi yalnız iqtisab et-
məkdir. Eyni zamanda, günahlardan çək-
inərək hər hansı bir faydalı bir işin görülməsi
və ya mənimsənilməsidir. Ümumiyyətlə,
kəsb Allahın iradəsi ilə insanın azad seçi-
minin birləşməsidir. 
KİBR – hər hansı bir insanın üstün key-
fiyyətləri səbəbi ilə digər insanlara yuxarı-
dan aşağı baxmasıdır. Əxlaqi bir problem
kimi kibr İslamda pis əməllərdən hesab edilir
və  küfrün əlaməti kimi qiymətləndirilir
(Quran, 7: 146). İslama görə kibr yalnız Al-
laha məxsusdur. Bu səbəbdən də, təkəbbürlü
insanları  axirətdə əzab gözləyir. Quranda
təkəbbür sahibi kimi Firon, Nəmrud, Qarun
və s. göstərilmişdir. 
KORDOVA XİLAFƏTİ – İspaniya və
şimali Afrikanın bir hissəsini əhatə edən
İslam dövləti olmuşdur. İspaniyanı müsəl-
manlar miladi 712-ci ildə fəth etmişdirlər.
Abbasilər Əməviləri devirdikdən sonra onlar
bütün Xilafət boyu təqib edilib
öldürülürdülər. Onlardan yalnız bəziləri
qaçıb xilas ola bilmişdirlər. Qaçanlardan biri
də  xəlifə  Hişamın oğlu Əbdürəhman əd-
Daxil olmuşdur. O, İspaniyada sığınacaq tap-
mış və orada öz hakimiyyətini qura bilmişdir.
İlk başlarda o, Abbasilər xilafətini tanısa da
onlara heç vaxt etibar göstərməmişdir. O
bilirdi ki, Abbasilər gec-tez onun qurduğu
dövlətə də əl uzadacaqdır. Doğrudan da, bir
müddət sonra Əməvilərin İspaniyada
möhkəmlənməsini istəməyən Abbasilər öz
hakimiyyətlərini buraya gətirmək üçün
hərəkətə keçdilər. Buna görə də İspaniyada
Əməvilərlə Abbasilər arasında döyüşlər
151
KORDOVA XİLAFƏTİ

başlamışdır. Bu döyüşlərdə Əməvilər üstün-
lük qazana bilmişdirlər. Bundan sonra orada
Abbasiləri tanımayan Kordova əmirliyi ad-
lanan bir dövlət yaranmışdır. Onun paytaxtı
Kordova olmuşdur. Əbdürrəhman miladi 756
– 788-ci illərdə bu dövlətin başçısı olmuş,
ondan sonra hakimiyyətə I Hişam (788 –
796) gəlmişdir. Sonra dövlətə başçılığı I
Həkəm (796 – 822) etmişdir. II Əbdürrəh-
manın hakimiyyəti dövründə isə Kordova
əmirliyi bütün sahələrdə inkişaf etmişdir. Bu
dövrlərdə Kordova mədəniyyət və elm
mərkəzinə çevrilmişdir.
Miladi 913-cü ildə hakimiyyətə III Əb-
dürrəhman gəlmişdir. Onun hakimiyyəti
dövründə Kordova əmirliyi Avropanın güclü
ölkəsinə çevrilmişdir. 929-cu ildə III Əb-
dürəhman özünü xəlifə elan etmişdir. Bu tar-
ixdən başlayaraq bu dövlət Kordova xilafəti
adlanmağa başlamışdır. O zaman xilafətin
sərhədləri genişlənmişdir. III Əbdürrəhmanın
50 illik hakimiyyətindən sonra Kordova xi-
lafəti bir müddət gücünü saxlasa da, az sonra
ölkəni daxili çəkişmələr və böhran
bürümüşdür. Miladi 1031-ci ildə bu böhran-
lardan çıxa bilməyən Kordova xilafəti
dağılmış, onun yerində isə çoxlu əmirliklər
yaranmışdır. Sonra parçalanmış ölkəni xrist-
ian kralları ələ keçirməyə başlamışdırlar. O
zaman müsəlmanlar İspaniyadan qovulmuş
və ya xristianlığı qəbul etmək
məcburiyyətində qalmışdırlar. 1492-ci ildə
sonuncu müsəlman əmirliyi olan Qranada
xristianların əlinə keçdikdən sonra isə İs-
paniyada müsəlmanlığa son qoyulmuşdur. 
KÜBRAVİLƏR –  süfi təriqətlərindən
birinin davamçılarıdırlar. Təriqətin adı
Nəcməddin Kübra (540/1145 – 618/1221) ilə
bağlıdır. O, Xarəzmdə doğulmuş, erkən
yaşlarından dini elmləri öyrənmişdir.
Mənəviyyat yolçuluğuna Misirdə Əbu Nəcib
Sührəvərdinin tələbəsi olmuş şeyx Ruzbihan
Misrinin rəhbərliyi altında başlamışdır.
Təbrizə köçdükdən sonra onun müəllimi
tanınmış sufi Baba Fərəc Təbrizi olmuşdur.
Sonra isə Nəcməddin Kübra öz təriqətini
yaratmış, Gürgəncdə sufi təkkəsi qurmuşdur.
O, çoxlu sayda tanınmış sufilər
yetişdirmişdir. Monqollar Gürgənci ələ
keçirdəndə Nəcməddin qətlə yetirilmişdir. O,
ərəb və fars dillərində yazmış olduğu bir çox
əsərlərin müəllifidir. 
Nəcməddin Kübra digər sufi şeyxləri
kimi  Allaha yaxınlaşma yollarını göstər-
mişdir. Bu yol mürşidinin göstərişlərinə tabe
olmaqdan, ibadətləri yerinə yetirmək və zikr
etməkdən keçir. O, həmçinin abidliyi, tərki-
dünyalığı, inzivaya çəkilməyi təbliğ edirdi.
Onun davamçıları olan kübravilər özlərinin
mənəvi təcrübələrində rənglərin müxtəlif
çalarlarına və onların ahəngdarlığına böyük
önəm vermişdişlər. Kubraviliyin mənəvi
varislik  silsiləsi Əli ibn Əbu Talibə qədər
yüksəlir. Bu təriqətdən ələvi təriqəti olan nur-
bəxşilər və zəhəbilər ayrılmışdılar. Kübravi-
lik Orta Asiyada geniş yayılmışdır.
Kübraviliyin davamçıları günümüzdə
Özbəkistanda yaşamaqdadırlar. Kübraviliyin
vahid bir mərkəzi yoxdur.
KÜFR –  Allahın varlığı və birliyini
inkar etməkdir. İslam  məzhəblərinin ək-
səriyyətinə görə İslamdan başqa bütün
inanclar  küfr hesab edilir. Əhli-sünnənin
qəbul etdiyi iki böyük etiqadi məzhəbi Əşəri-
lik və Maturidilik imanı qəlbin təsdiqi olaraq
tərif edərlər. Tanınmış kəlamcı (I) Qəzali 
bu fikri təsdiq etmişdir. Küfr isə qəlbin təsdiq
etməməsi və ya qəlbin təsdiqinin inkar
edilməsidir. 
KÜLEYNİ MƏHƏMMƏD (329/941
ildə vəfat etmişdir) – görkəmli İslam alimi,
mühəddis və fəqih olmuşdur.
Cəfəri
məzhəbinin inkişaf etməsində böyük səylər
göstərmişdir. Onun tam adı Əbu Cəfər
Məhəmməd ibn Yaqub Küleynidir. O, Rey
152
KÜBRAVİLƏR

yaxınlığındakı Küleyn kəndində doğulmuş,
həyatının çox hissəsini Rey və Qumda
yaşamışdır, sonra Bağdada köçüb orada vəfat
etmişdir.
Küleyni zamanının tanınmış alimlərindən
dərs almışdır. Kəlam (I) və fiqhə aid çoxlu
əsərlər yazmışdır. Onun ən tanınmış kitabı
“Əl-Kafi fi Üsulid-Din” (Dinin əsasları
barəsində yetərli kitab) adlı hədislər
toplusudur. Bu kitabda 16 minə yaxın hədis
toplanmış, onlar fiqhi məsələlər üzrə
bölünərək sistemləşdirilmişdir. Bu Cəfəri
məzhəbinin ilk hədis toplusu hesab olunur. 
“Əl-Kafi fi Üsulid-Din” əsəri cəfəri
məzhəbi ilahiyyatının inkişaf etməsində
böyük rol oynamışdır. Bu əsərə çoxlu alimlər
müraciət etmişdirlər. İsna-əşərilər Küleynini
çox yüksək dəyərləndirirlər. Çünki o, şiələrin
inandığı “gizli” imamın sonuncu təmsilçisi
olmuş Əbülhəsən Əli ibn Məhəmməd
Səmərinin dövründə yaşamış, ondan
göstərişlər almışdır. Ancaq onun kitabında
zəif hədislərin yer aldığını deyənlər də vardır. 
KÜRSİ – bax: ƏRŞ.
KÜTUBİ-SİTTƏ
–  İslam alimləri
tərəfindən səhihlilik dərəcəsinə görə qəbul
edilmiş altı hədis toplusudur. Bunlar Buxari
və Müslimin “Əs-Səhih”, Əbu Davud və Nə-
sainin “Əs-Sünənül-Kübra”, Tirmizinin “Əl-
Camiül-Kəbir” və İbn Macənin
“Kitabüs-Sünən” əsərləridirlər.
Q
QABİL VƏ HABİL – dini rəvayətlərə
görə Adəmin oğulları olmuşdurlar. Qabil
kiçik qardaşı Habili həsəd üzündən öldür-
müşdür. Beləliklə, dini ənənədə ilk qətl
hadisəsi o zaman baş vermişdir. Qabilin
həsədinin səbəbi Allahın Habilin qurbanını
qəbul etməsi olmuşdur. Allah qardaşlara qur-
ban kəsmək əmrini vermiş, bu əmri isə Habil
daha səmimi yerinə yetirmişdir. Buna görə
də, onun qurbanı Allah tərəfindən qəbul
edilmişdir. Bunu görən Qabil qısqanclıq
zəminində onu öldürmüşdür. Qabil həmin
vaxt yeri eşən bir quş görmüş, o da, qardaşı
Habili torpağı qazaraq orada gizlətmişdir
(Qabil və Habil qissəsi Quranın 5: 27-31
ayələrində keçməkdədir). 
QADİYANİLİK
–  İslamla Hind
inanclarını, mistika və xristian qnosti-
sizmini özündə birləşdirən sinkretik xü-
susiyyətə malik məzhəbdir.
Onları
“əhmədilər” də adlandırırlar. İslam alim-
lərinin əksəriyyətinə görə qadiyanilər müsəl-
man hesab edilmirlər. Onlar İslam
mədəniyyətinin nümayəndələri olmalarına
baxmayaraq İslamın dini inanc əsaslarından
kənara çıxdıqlarına görə İslamdan çıxmış
sayılırlar. 
Qadiyani  məzhəbinin yaradıcısı Mirzə
Qulam Əhməd Qadyani (1245/1835 –
1318/1908) olmuşdur. O, 1308/1889-cu ildə
Hindistanın Pəncab vilayətinin kiçik kəndi
olan Qadiyanda doğulmuşdur. İlk dövrlərdə
Mirzə Qulam İslamın əsaslarına inansa da,
ancaq sonra, İsa peyğəmbərin məzarının
Kəşmirdə tapdığını qeyd etmişdir. Onun sö-
zlərinə görə İsa Fələstində çarmıxa çəkil-
məmiş, Kəşmirə getmiş, orada vəfat etmişdir.
Mirzə Qulam İsanın ruhunun ona keçdiyini
iddia etmişdir. 
Daha sonra Mirzə Qulam özünü mücəd-
did və mehdi elan etmişdir. O eyni zamanda,
Tanrıdan  vəhylər aldığını da iddia edərək
özünü Tanrının yer üzündəki təcəllisi ad-
landırmışdır. Mirzə Qulam Tanrı təcəllisi və
İsanın varisliyi ideyalarını Xristianlıqdan,
eləcə də Hind inanclarından götürmüşdür. O,
özünü Hind tanrısı olan Krişnanın təcəssümü
də adlandırmışdır. İsanın sözlərini özünə
153
QADİYANİLİK

məxsus şəkildə təfsir edən Mirzə Qulam,
artıq İslamda cihadın ləğv olunmasına dair
bəyanatlar vermişdir. 
Bundan başqa Mirzə Qulam özünü
Məhəmməd peyğəmbərin təcəssümü kimi
bütün xalqların yeni elçisi elan etmişdir.
Ancaq İslama görə Məhəmməd peyğəm-
bərdən sonra peyğəmbər gəlməyəcək, çünki
O, Quranda “Hatəmul-Ənbiya” (peyğəmbər-
lərin sonuncusu) adlandırılmışdır. Ancaq,
Mirzə Qulam bu kimi ayələrin mənalarını
başqa cür izah edirdi. Onun dediklərinə görə
müxtəlif xalqlar üçün gələn hər bir yeni
peyğəmbər Məhəmmədi tanıyıb onun şəriə-
tini qəbul etməli, ona yeni həyat verməlidir.
Onunun iddiasına görə Məhəmməd peyğəm-
bərin “Hatəmul-Ənbiya” adlandırılması heç
də Tanrının digər insanlara peyğəmbərlik
verməyəcəyi demək deyildir. Tanrı onlarda
özünü həm göstərə, həm də onlara vəhylər
göndərə bilər. 
Qadiyanilər Mirzə Qulamın peyğəmbər-
liyini tanıyaraq onu başqa peyğəmbərlərdən
daha üstün hesab edirlər. Mirzə Qulam
möcüzələr göstərə bildiyini elan etmişdir.
1312/1894-cü ildə baş vermiş günəşin və
ayın tutulmasını öz möcüzəsi kimi qələmə
vermişdir. 
Mirzə Qulama görə üç növ insan vardır:
Onun gəlişinə inanıb ona uyanlar, onun
peyğəmbər olması haqqında xəbəri olmayan-
lar və onun peyğəmbərliyini tanımayıb ona
qarşı çıxış edənlər.
Qadiyanilər Mirzə Qulamın peyğəmbər-
liyini tanımayan müsəlmanları xristianlar və
yəhudilər kimi “əhli-kitab” sayırlar. Onlar
Məkkəyə həcc ziyarətinə getmirlər. Bunun
əvəzində Mirzə Qulamın doğulduğu Qadiyan
kəndinə gedərək orada ibadət edirlər. 
Mirzə Qulam 1326/1908-ci ildə
ölmüşdür. O bir çox əsərlərin müəllifi olmuş-
dur. Ölümündən əvvəl o, davamçılarına öz
aralarından birin xəlifə seçilməsini tapşır-
mışdır. Qadiyənilərin ilk “xəlifələri” Mövla
Nürəddin olmuşdur. Günümüzdə, Qadiyani
mənsubları Pakistan, Hindistan, ABŞ, İn-
giltərə və başqa ölkələrdə yaşayırlar.
QARUN – Musa peyğəmbərin dövründə
çoxlu var-dövlətə və böyük istedada sahib
olmuş insandır (Quran, 28: 76-82). Allah
ona çoxlu var-dövlət və böyük istedad ver-
mişdir. Ancaq bunların qarşılığında o, Allaha
şükürlər etməmiş, təkəbbür sahibi olmuşdur.
Qarun iddia edirdi ki, o var-dövlətini yalnız
öz bacarığının nəticəsində əldə etmişdir. O,
Musa peyğəmbərin
nəsihətlərinə də
əhəmiyyət verməmişdir. Buna görə də Allah,
onu var-dövləti ilə birlikdə yox etmişdir. 
QAZİ (I) –  din və müqəddəs amallar
uğrunda düşmənlə döyüşən müsəlmandır.
İslam tarixinin ilk dövrlərindən başlayaraq
din uğrunda müqəddəs müharibələr
aparılmışdır. İslama görə Məhəmməd
peyğəmbərlə eyni cəbhədə İslam idealları
uğrunda döyüşən səhabələr, eləcə də sonrakı
dövrlərdə din uğrunda mübarizə aparan
müsəlmanlar qazi hesab olunurdular. 
Qazilər türk xalqlarının tarixində də çox
böyük rol oynamışdırlar. Türklər qaziləri
“alplar” adlandırırdılar. III/IX əsrin son-
larında Xorasanda, eləcə də müsəlman
dünyasının digər yerlərində qazilər dəstələri
yaranmışdır. Onlar ölkə ordusunun tərk-
ibində ən döyüşkən qruplar idilər. Qazilər
Bizans imperatorluğuna qarşı döyüşlərdə,
Anadolunun alınmasında olduqca böyük
səylər göstərmişdirlər.
VI/XIII-VII/XIV əsrlərdə Səlcuqlu im-
periyası dağıldıqdan sonra Anadoluda qazilər
hərəkatının nəticəsində bir-neçə bəyliklər
yaranmışdır. Bunlardan biri olan Osmanlı
bəyliyi sonralar güclənərək güclü Osmanlı
imperiyasına çevrilmişdir. Səlcuqluların
hakimiyyəti dövründə qazilər “Qaziyani-
Rum” (Alp-Ərənlər) adlanırdılar. Alp (Qazi)
sözü döyüşçünün adından öncə söylənilirdi
154
QARUN

(Alp Arslan, Qazi Məhmət kimi). Qazilər
hərəkatı İslam dünyasının digər yerlərində də
olmuşdur. Məsələn, İspaniyada rekonkista
zamanı xristianlara qarşı vuruşmuş Şimali
Afrikadan gəlmiş müsəlman döyüşçüləri də
qazilər adlandırılırdılar.
QAZİ (II) – şəriət qanunu ilə məhkəmə
işlərini icra edən şəxsdir. Ənənəyə görə qazi
hökmləri fiqhə əsaslanaraq verməlidir (Buna
dair Quranın 38: 26, 5: 49, 5: 42, 4: 105 kimi
ayələrini dəlil kimi gətirirlər). Rəvayətlərdə
İslam tarixinin erkən dövrlərində qazi vəz-
ifəsini yalnız Məhəmməd peyğəmbər icra
edirdi. Müsəlman icması
çoxaldıqca
mübahisəli məsələləri həll etmək vəzifəsini
o, həm də Əli ibn Əbu Talib, Əbu Bəkr, Ömər
ibn Xəttab, Muaz ibn Cəbəl kimi yaxın
səhabələrə də həvalə etmişdir. Ömərin
xəlifəliyi dövründə hakimlərin əksəriyyətini
o özü təyin edərək Xilafətin müxtəlif böl-
gələrinə göndərilmişdir. 
İlk dövrlərdə qazilər xalqın mübahisəli
məsələlərini məscidlərdə həll edirdilər. Sonra
isə bu məhkəmələr xüsusi yerlərdə keçir-
ilirdi.  Əməvilərin hakimiyyəti dövründə
qaziləri xəlifələr ya da onların bölgələrdəki
canişinləri təyin edirdilər. Abbasi
xəlifələrinin dövründə isə ilk dəfə olaraq baş
qazilik vəzifəsi yaradılmışdır. Bundan sonra
məhkəmə işləri, eləcə də hakimlərin seçilib
yerlərə göndərilməsinə xüsusi dövlət qurumu
baxırdı. Xilafətin ilk baş qazisi Hənəfi
məzhəbinin təmsilçisi Əbu Yusif olmuşdur.
Kordova xilafətində də buna bənzər ölkə qu-
rumları yaradılmışdır. 
Fiqhə görə azad, yetkinlik yaşına çatmış,
bilikli, fiziki problemləri olmayan, sağlam
düşüncəli hər bir müsəlman qazi ola bilər.
Bundan başqa fiqhi məzhəblərin əksəriyyə-
tinin şərtlərinə görə yalnız inanclı və ədalətli
adam qazi vəzifəsini icra edə bilər. Fasiqlər
hakim ola bilməzlər. Eyni zamanda, o
məzhəblərin şərtlərinə görə qazi kişi ol-
malıdır. Buna dəlil kimi onlar bu Quranın 4:
34  ayəsini
gətirirlər. Ancaq, Hənəfi
məzhəbində və bəzi fəqihlərin fikirlərinə
görə, bu şərtlərə əməl etmək vacib deyildir.
Buna dair Məhəmməd peyğəmbərin həyat
yoldaşı  Aişənin  hüquqi hökmlər verdiyini
dəlil gətirirlər. Qazilərin ictihad etməsi
barəsində fərqli yanaşmalar olmuşdur. Bəzi
ilahiyyatçılar hesab edir ki, qazi yalnız müc-
təhid  olmalıdır. Ancaq digərlərinə görə bu
vacib deyildir. Qazilər hər hansı bir başqa
müctəhidin hökmlərinə istinad edərək hökm
verə bilərlər. 
QEYB –  duyğu orqanları ilə duyul-
mayan, insan əqli ilə dərk edilməyən, yalnız
Allah tərəfindən bilinən gizli şey və ya an-
layışdır. İlahiyyatçılara görə hər şeyi mütləq
bilən Allahdır. Qeyb anlayışı yalnız insanlar
üçündür. Sufizmdə qeyb ikiyə ayrılmışdır.
Birinci “qeyb-i vücudi” (aləm-i mələkut) ad-
lanır, hansı ki, insanlardan bəziləri bu aləm
haqqında məlumata sahib ola bilərlər. İkinci
qeybə “qeyb-i adəm” deyilir ki, bunu da yal-
nız Allah bilir. “Qeyb-i məknun”a gəlincə isə
bu qorunmuş qeyb olub, mahiyyətini Allah-
dan başqası bilməz. Bəzi İslam məzhəb 
cərəyanlarında qeybə böyük əhəmiyyət ver-
ilir. Onların təliminə görə Allah qeybi təriqət
şeyxləri  və seçilmiş insanlara bildirir. Şiə-
likdə imam Mehdinin qeybdə olduğuna
inanılır.
QEYB VƏ HÜZUR – sufi ənənəsində
mənəviyyat yolçusunun özünü itirməsi,
sonra isə həqiqəti özündə tapmasıdır. Al-
lahın çoxsaylı təzahürlərini duyan və dərk
edən sufi öz “mən”ini itirir, sonra isə Allahda
əriyərək Onda yox olur. Beləliklə,
mənəviyyat yolçusu hüzura qovuşur.
QEYBƏT –  hər hansı bir şəxsin arx-
asın-ca onun xoşuna gəlməyəcək şəxsi həy-
atına aid hər hansı bir hadisəni və ya şeyi
başqalarına danışmasıdır. İslam əxlaqında
kiminsə arxasınca danışmaq günah əməl-
lərdən hesab edilir. Quranın “Hücirat”
155
QEYBƏT

surəsinin 12-ci ayəsində deyilir: “Bəziniz
bəzinizin qeybətini etməsin (bir-birinizin
arxasınca pisliyinizi söyləməyin!). Sizdən
biriniz ölmüş qardaşının ətini yeməyə razı
olarmı? Siz buna nifrət edərsiniz”. Bir
hədisdə deyilir: “Qeybəti dinləyən şəxs, qey-
bət edənlə şərikdir.” Bütün bunlardan
görünür ki, İslam qeybəti pisləmiş, hətta
böyük günahlardan biri kimi dəyər-
ləndirmişdir.
QEYSANİLƏR – Əli ibn Əbu Talibin
oğlu Məhəmməd ibn Hənəfiyyənin imamə-
tini qəbul edən dini cərəyanın ardıcılları ol-
muşdurlar. Bir çox mənbələrdə ifrat şiə
təriqəti kimi qeyd edilir. Təriqətin yaranması
Muxtar ibn Əbu Übeyd Səqəfinin fəaliyyəti
ilə bağlıdır. Onun ləqəblərindən biri
“Qeysan” olmuşdur. Digər məlumata görə bu
adı Məhəmməd ibn Hənəfiyyənin oğlunun
tələbələrindən biri daşıyırdı. Qeysanilər
müsəlman ənənəsində ifrat təriqətin mənsub-
ları hesab olunsalar da, onları digər dini
cərəyanlardan fərqləndirən xüsusiyyətlər
vardır. Belə ki, onlar Əli ibn Əbu Talib 
onun soyundan olan imamları tanrılaşdır-
mamış, onları günahsız və müqəddəs insan-
lar hesab etmişdirlər. Bu səbəblə də, onlara
tabe olmağın vacibliyini iddia etmişlər. On-
ların inanclarına görə imamlar Tanrının
dünyadakı təcəllisidirlər. Onlar imamları
peyğəmbərlərlə bir tuturdular. 
Şiə məzhəblərinin əksəriyyətində olduğu
kimi qeysanilər də gizli imamın zühurunu
gözləyirdilər. Zühurunu gözlədikləri imam
isə Məhəmməd ibn Hənəfiyyə idi.
Qeysanilərin bir hissəsi hesab edirdi ki, o
ölmüşdür, ancaq yenidən dirilib dünyaya
təkrar xilaskar kimi qayıdacaqdır. Başqa bir
qrup qeysanilər isə onun ölməsi xəbərini
inkar etmiş, qeybə çəkildiyini iddia et-
mişdirlər. Onların inanclarına görə Allah
imamlara verdiyi ilahi əmrləri başqaları ilə
əvəz edə bilər. Bəzi tarixçilərə görə onlar in-
sanın ölümündən sonra onun ruhunun başqa
bir bədənə köçməsinə inandıqlarını qeyd
edirlər.
Qeysanilər sonralar bir neçə təriqətlərə
parçalanmışdırlar.  İslam tarixçilərinə görə
onların arasında iki əsas qol olmuşdur: Mux-
tarilər (Muxtar Səqəfinin tərəfdarları) və
Haşimilər (Məhəmməd Hənəfiyyənin oğlu
Əbu Haşimin tərəfdarları). Həşimilər də öz
aralarında bir neçə qola parçalanmışdırlar.
Bəyanilər Əbu Haşimdən sonra imamətin
Bəyan ibn Siman Nəhdiyə keçdiyinə
inanırdılar. Rizamilər isə Əbu Haşimdən
sonra imamətin Abbasilər soyuna keçdiyini
iddia etmişdirlər. Onlara Abbasi şiələri 
deyirlər. Günümüzdə, Qeysani dini
cərəyanına mənsub insanlar mövcud deyildir.
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin