AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq


İRƏM –  Quranda qeyd edilən bir qə-



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə24/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

İRƏM –  Quranda qeyd edilən bir qə-
bilənin və ya bir yaşayış məntəqəsinin
adıdır.  “Fəcr” (89) surəsinin 7-8-ci
ayələrində
İrəmin hündür sütunlarının
olduğu vurğulanır. Quran ayəsinə görə
İrəmin sütunlu binalarını günaha batmış Ad
qəbiləsi ucaltmışdır. Tövratda bu yer “Aram”
kimi qeyd edilir. İrəm – təsəvvüf  ədəbiyy-
atında isə “insanın qəlbi, yəni Tanrının təcəlli
etdiyi yer” mənasını daşıyır.
İRFAN – bax: MƏRİFƏT.
İRTİDAD – İslamdan çıxaraq dinsizliyi
və ya başqa dinləri qəbul etməkdir. Belə
adamlara mürtəd deyilir. İslam ilahiyyatına
görə dindən çıxmışlar tövbə edib İslama
qayıtmasalar, öldükdən sonra cəhənnəmin ən
dərin qatlarında əbədi olaraq odda
yanacaqlar. 
Şəriət qanunlarına görə İslamdan çıxmaq
küfrün ən ağır dərəcələrindəndir. Fiqhi
məzhəblərə görə insan İslamdan çıxan andan
həyatı boyu etdiyi bütün yaxşı əməlləri
dəyərsizləşir və onların savabı axirətdə
nəzərə alınmır (Quran, 2: 217). 
Dindən çıxma bilərəkdən dinsizliyə
gətirən hər hansı bir əməlin görülməsi və ya
sözün deyilməsi ilə baş verir. Allaha, dinə və
peyğəmbərlərə atılan böhtanlar, eləcə də
dində  vacib  olan əməllərin və İslam
əqidəsinin əsaslarının inkar edilməsi də ir-
tidad sayılır. 
Fəqihlərə görə İslamdan çıxdığını bəyan
edən insan düşüncəli, ağlı başında olmalıdır.
Sərxoşluq halında edilən irtidad insanı
dindən birbaşa çıxartmır. Ancaq o ayılan
kimi tövbə etməlidir. Etməzsə mürtəd hesab
edilir. Yetkinlik yaşına çatmayan uşaqların
dindən çıxması haqqında verilən hökmlərdə
ixtilaflar vardır. Bəzi fəqihlər onları mürtəd
sayaraq onlara ağır cəzaların verilməsinin
əleyhinədirlər. Bəziləri isə onları mürtəd
hesab etmirlər. İrtidadın gerçəkləşməsi üçün
mürtəd İslamdan çıxmasını bəyan və ya
məhkəmədə irtidad etdiyini təsdiq etməlidir.
İslamdan çıxmağa məcbur edilmiş insan
dindən çıxmış hesab olunmur. Fiqh alim-
lərinin icmasına görə dindən çıxana ən ağır
cəzalar verilməməlidir. Mürtəd tövbə etməsə
məhkəmənin qərarı ilə bir çox hallarda edam
edilməlidir. Dindən çıxmış qadınların isə
hökmü ayrıdır. 
Müasir dövrdə bəzi fəqihlərin bu barədə
fərqli hökmləri vardır. Onların fikrincə
keçmişdə İslam dünyası darül-hərblə
müharibələr aparırdı. Buna görə, irtidad
etmiş insanın düşmən tərəfinə keçmək ehti-
malı vardır. Buna görə də, o zamanın fəqih-
ləri mürtədlərin cəzalandırılması haqqında
icma etmişdirlər. Ancaq müasir dövrdə,
İslam dünyasının başqa sivilizasiyalarla
qarşıdurması olmadığına görə mürtədin cəza-
landırılmasına ehtiyacı yoxdur. Buna görə
də, dində olub-olmamaq hər bir insanın vic-
dan azadlığına aid məsələdir. Sadəcə hamı
bilməlidir ki, irtidada görə cəza axirətdə ver-
iləcəkdir. 
139
İRTİDAD

İSA İBN MƏRYƏM –  Allahın İsrail
oğullarına Tövratı təsdiq etmək üçün
göndərdiyi ən böyük peyğəmbərlərdən biri
olmuşdur (Quran, 3: 48). İsa həm peyğəm-
bər  olmaqla yanaşı, həm də Məsih kimi
tanınmışdır. Yeni qanun, eləcə də müqəddəs
kitab olan İncil ona nazil olmuşdur (Quran,
5: 46). Rəvayətlərə görə anası Məryəm (I)
onu Allahın möcüzəsi ilə atasız dünyaya
gətirmişdir. Ancaq İsrail oğulları bu hadis-
ənin möcüzə olduğuna inanmamış, Məryəmi
günah etməkdə günahlandırmışlar. Buna
görə də o, oğlu ilə birlikdə təqib edildiyindən
yurdlarından uzaqlaşmağa məcbur olmuş-
durlar. İsanın yaşı təxminən otuza çatdıqda
Allah onu peyğəmbər kimi vəz-
ifələndirmişdir. Bundan sonra o, yolunu
azmış  yəhudiləri doğru yola dəvət etməyə
başlamışdır.  Qurana görə İsa onlara çoxlu
möcüzələr göstərmişdir (5: 110). 
Təfsirçilər Quranın (61: 6) ayəsinə istinad
edərək bildirirlər ki, İsa həm də Məhəm-
mədin peyğəmbərliyi haqqında xəbər ver-
mişdir. Müsəlman ilahiyyatçılarına görə
İsanın  şəriəti Musa peyğəmbərin gətirdiyi
qanunların ruhunu dəyişmiş, onları nisbətən
yumşaltmışdır. Bununla belə, İncil Tövrata
zidd olmamış, onun məntiqi davamı idi. Bun-
dan sonra qədim Musa şəriəti ortadan qaldır-
mış, Məhəmməd peyğəmbərin gəlişinə qədər
doğru yol İsanın gətirdiyi şəriət olmuşdur. İs-
lamın gəlişindən sonra isə İsanın gətirdiyi din
qaldırılmış, həqiqət İslamda tamamlanmışdır. 
İsanın şagirdləri olmuş həvarilər onun
yardımçıları və davamçıları olmuşdurlar.
Ancaq, onların cəhdlərinə baxmayaraq İsrail
oğullarının çoxu İsanın peyğəmbərliyini
qəbul etməmiş, ona qarşı çıxmışdırlar. Rə-
vayətlərə görə, onlar İsanı öldürmək fikrinə
düşmüşlər. Yəhudiyyə ölkəsi o zaman Roma
imperiyasının bir vilayəti idi. Onlar Roma
valisinə İsanın üsyan hazırladığı xəbərini
vermiş və onun çarmıxa çəkilərək edam
edilməsini tələb etmişdirlər. Ancaq, Allah o
zaman İsanı qeybə çəkmişdir (Quran, 3: 55).
Təfsirçilər iddia edir ki, onun yerinə başqa
adam çarmıxda edam edilmişdir (Quran, 4:
157).
Daha sonra rəvayətlərə görə qiyamət
günüdən əvvəl İsanın yer üzünə ikinci
zühuru reallaşacaqdır. Bunu iddia edən
ilahiyyatçılar Quranın 43: 61 ayəsinə istinad
edirlər. Ancaq o zaman İsa peyğəmbər kimi
deyil, İslamı təsdiq edən adam kimi fəaliyyət
göstərəcək, yalançı və dinsiz Dəccalla vu-
ruşub onu öldürəcəkdir. Sonra onun duası ilə
Allah çox təhlükəli olan Yəcuc və Məcuc qə-
bilələrini məhv edəcəkdir. İsa yer üzünü
ədalətlə idarə edib vəfat edəcəkdir. Bu kimi
rəvayətlərin olduğuna baxmayaraq bəzi
ilahiyyatçılar İsanın zühuruna şübhə ilə
yanaşırlar. 
İSBAT – bax: MƏHV VƏ İSBAT.
İSHAQ – Quranda adı keçən peyğəm-
bərlərdən biri olmuşdur.
O,  İbrahim
peyğəmbərin ikinci oğlu idi. Rəvayətlərə
görə uzun illər boyu onun anası Saranın
övladı olmamışdır. Buna görə də, İbrahim
Saranın qulluqçusu Həcərlə evlənmiş, on-
ların İsmail adında oğlu dünyaya gəlmişdir.
Ancaq sonra, Saranın qısqanclığına görə
İbrahim Həcərlə İsmaili Ərəbistan səhrasına
aparıb orada yerləşdirmişdir. Bundan sonra
Saranın da İshaq adlı bir oğlu doğulmuşdur
(Quran, 11: 71-73). 
Atası İbrahim vəfat etdikdən sonra İshaq
peyğəmbər olmuşdur. O, Suriya və
Fələstində yaşayan xalqları Allaha iman et-
məyə dəvət etmişdir, o atasından qalan qa-
nunlarla hökm verirdi. Rəvayətlərə görə
Allah İshaqa möcüzə göstərmək bacarığını
vermişdir. İshaqın İys və Yaqub adlı iki oğlu
doğulmuşdur. İys İsmailin qızı ilə evlən-
mişdir. O, varlı insan olmuşdur. Yaqub isə adı
140
İSA İBN MƏRYƏM

Quranda keçən peyğəmbərlərdən biridir. İs-
rail oğullarının peyğəmbərlərinin çoxu onun
soyundan davam etmişdir. Yaqubun ikinci
adı İsrail olduğundan onu İsrail oğullarının
ulu babası hesab edirlər.  
İSLAM – Allaha tabe olmaq mənasını
ifadə edir. Kökləri çox qədim ənənəyə bağlı
olan monoteistik (ibrahimi) din bu adla ad-
lanır. İslamın yaranması Məhəmməd
peyğəmbərin adı və fəaliyyəti ilə bağlıdır.
Ondan sonrakı dövrlərdə bu din bir çox tarixi
mərhələlər keçmiş və inkişaf etmişdir. Onun
din kimi formalaşmasında tarixi proseslər,
dini və siyasi xadimlərin hökm və yanaş-
maları, zaman və məkan amilləri böyük rol
oynamışdır. Müsəlmanlar İslamı Allahın
bütün peyğəmbərlərinin, eləcə də o dinlərin
mənsublarının dini hesab edirlər (Quran, 2:
131-132; 2: 135). Ancaq onların qoyduğu
yoldan sapmış bir çox xalqlar isə özlərini
başqa dinlərin mənsubları kimi görmüşlər.
Bir çox İslam alimlərinə görə zaman
keçdikcə Allahın kitabları təhriflərə uğramış
və dəyişdirilmişdir. Buna görə həqiqəti müx-
təlif xalqlara yenidən çatdırmaq üçün Allah
onlara peyğəmbərləri göndərmişdir. Məhəm-
məd peyğəmbərin vasitəsi ilə formalaşan
İslam bütün dünya xalqları üçün göndərilmiş
dindir. Sadəcə xalqların çoxu onu hələ də
qəbul etməmişdirlər. Müsəlmanların
inanclarına görə İslam qiyamət gününə qədər
olacaq və Məhəmməddən sonra yeni
peyğəmbər gəlməyəcəkdir. 
Beləliklə, müsəlman ənənəsində İslam
həm Allaha təslim olmaq, həm də bütün
əvvəlki peyğəmbərlərin təbliğ etdikləri
dindir (Quran, 3: 19; 5: 3; 6: 125). Məhəm-
məd peyğəmbərdən sonra onun irsinin sis-
temləşməsi zərurəti yaranmışdır. Eyni
zamanda, Xilafət genişlənərək onun tərkibinə
yeni millətlər daxil edilmişdir. Bu səbəbdən
çoxlu sayda həll edilməmiş məsələlər ortaya
çıxmışdır. Ona görə də, müsəlman alimləri
ictihad etmiş və yeni hökmlər çıxarmışdırlar. 
Müsəlmanlar inanırlar ki, İslamın yaran-
ması bir başa Allahın iradəsi ilə bağlıdır.
Ancaq bununla belə, burada obyektiv amillər
də olmuşdur. Bu da ərəb cəmiyyətinin
öyrəncəli həyat tərzinin və tayfa münasi-
bətlərinin böhranı, sosial ədalətsizlik, Ərəbi-
standakı etno-mədəni birləşmə prosesləri,
dövlətçiliyin yaranması ilə bağlı idi. Bundan
başqa İslamın gələcək inkişafında tarixi pros-
eslərin, milli adətlər və örfün, yəhudi-xrist-
ian rəvayətləri olan israiliyyatın, müxtəlif
fəlsəfələrin, yeni dövrdə elmi-texniki
tərəqqinin də müəyyən rolu olmuşdur. 
İslam dini Məhəmməd peyğəmbərdən
sonra dünyanın bir çox yerlərində yayılmağa
başlamışdır. Bunun səbəbi Xilafətin
müharibələr nəticəsində genişlənməsi olmuş-
dur. Hələ ilk dövrlərdən başlayaraq İslamda
bir-biri ilə çəkişən bir çox təriqətlər 
cərəyanlar yaranmışdır. Bunlar da fiqhi 
etiqadi  məzhəblərin yaranmasına gətirib
çıxarmışdır. 
Daha sonra ixtilaflar ilahiyyat məsələləri
səbəbindən ortaya çıxmış və təriqətlərin sayı
çoxalmışdır. Mübahisələr Allahın sifətləri,
insanın azad iradəsigünahların inanca təsir
dərəcəsi, Quranın mahiyyəti, insan məntiqi
ilə  vəhyin dərki, Quran təfsirinin və  hədis
elminin metodları kimi məsələləri əhatə
edirdi. Bütün bu problemlərlə bağlı bütün
məzhəblər öz təlimlərini irəli sürmüşdürlər.
Fiqhdə olan fərqli baxışlar və metodlar
cəfəri, zeydi, hənəfi, maliki, şafii, hənbəli, za-
hiri və s. məzhəblərin yaranmasına səbəb ol-
muşdur. İslamda bir-biri ilə rəqabətdə olan
müxtəlif etiqadi və fiqhi məzhəblərlə yanaşı
mistik ənənəyə bağlı təsəvvüfi təriqətlərdə də
mövcuddur.
İSM – bax: GÜNAH.
141
İSM

İSMAİL  –  İbrahim peyğəmbərin
Həcərdən olan oğlu və Quranda adı keçən
peyğəmbərlərdən biri olmuşdur (Quran, 37:
101). İslam ənənəsində o, ərəblərin ulu
babası hesab edilir. Rəvayətlərə görə İbrahim
və oğlu İsmail Kəbə evini ilk inşa edənlərdən
olmuşdurlar. İbrahim İsmaili qurban vermək
istəyəndə möcüzə baş vermiş, bir mələk ona
bunu etməyə imkan verməmiş və onun yer-
inə bir qoçun kəsilməsini əmr etmişdir
(Quran, 37: 102-107). Günümüzdə müsəl-
manlar o hadisəni bayram kimi qeyd edirlər. 
Daha sonra Məkkəyə Yəməndən Curhum
qəbiləsi gəlmişdir. İsmail onların ən nüfuzlu
adamlarından birinin qızı ilə evlənmiş və
ondan onun 12 oğlu olmuşdur. Onlardan isə
müxtəlif soylar yaranmışdır. Rəvayətlərə
görə Məhəmməd peyğəmbər İsmailin Kidar
adlı oğlunun soyundan dünyaya gəlmişdir. 
Bütün peyğəmbərlər kimi İsmail də in-
sanları  Allaha inanmağa, Onun qanununa
tabe olmağa dəvət etmişdir. Ancaq, insan-
ların çoxu onun dəvətini qəbul etməmişdirlər.
O, atası İbrahimin şəriəti ilə hökmlər ver-
mişdir. Rəvayətlərə görə İbrahim vəfat et-
dikdə İsmail onun dəfnində iştirak etmək
üçün Fələstinə getmişdir. Burada o kiçik qar-
daşı İshaqla görüşmüşdür. Sonralar İsmailin
Fələstində atasının məzarını ziyarət etdiyi də
rəvayət edilir. Bəzi rəvayətlərə görə o,
təxminən 130 yaşında Məkkədə vəfat et-
mişdir. Kəbənin yaxınlığında anası Həcərin
məzarının yanında dəfn olunmuşdur.
İSMAİLİLƏR  –  şiə təriqətlərindən
birinin ardıclılarıdırlar. Onlar Cəfər Sadiqə
qədər bütün imamları qəbul edirlər. Ancaq
Cəfər Sadiqdən sonra, isna-əşərilərdən fərqli
olaraq imam kimi onun oğlu Musa ibn Cəfəri
(Kazımı) deyil, digər oğlu İsmaili qəbul et-
mişlər. Onların inanclarına görə Cəfər Sadiq
imaməti İsmailə öz istəyi ilə vermişdir.
Ancaq İsmail atasından öncə öldüyünə görə
imamət onların ilk qeybdə olan imam say-
dıqları oğlu Məhəmməd Məqtuma keçmişdir.
İsmaililərə görə imamlar qeybdə olsalar da,
onlara tabe olmaq vacibdir. 
Məhəmməd Məqtumdan sonra imamlıq
onun oğlu Cəfər Müsaddiqə, sonra Cəfərin
oğlu Məhəmməd Həbibə, daha sonra isə
Məhəmmədin oğlu Übeydullah əl-Mehdiyə
keçmişdir. O da, üsyan nəticəsində Şimali
Afrikada (Məğribdə) hakimiyyəti ələ keçir-
miş və bundan sonra ismaililər Misirdə yarat-
dıqları Fatimilər xilafətinin bütün xəlifələrini
imam hesab etmişdirlər. 
İsmaililik İraqda yaranmış, İranda və Xo-
rasanda yayılmışdır. Ancaq bu bölgələrdə is-
maililik hind dinləri və zərdüştiliyin təsiri
altına düşmüş, onlarla qarışaraq sinkretik bir
təlimə çevrilmişdir. Buna görə də, onların bir
çoxu İslamın başlıca prinsiplərindən o qədər
ayrılmışdılar ki, artıq İslam alimləri onları
müsəlman hesab etməmişdirlər. 
İsmaililərin inancına görə şəriətdə həm
zahiri, həm də batini mənalar vardır. Ancaq,
batinə daha çox önəm verdiklərinə görə on-
ları “batinilər”də adlandırırdılar. Bəzi hal-
larda onlar məqsədlərinə çatmaq üçün gizli
təriqətlər yaradıb, siyasi terrora da əl
atırdılar. İsmaililərə görə şəriətin batini
tərəflərini yalnız ismaili imamları bilir. Ba-
tiniliyə üstünlük verən ismaililər, Quran
ayələrini  məcazi mənada  təfsir  etməyə
çalışırdılar və bu ənənəni də öz inancları ilə
əlaqələndirilər. 
İsmaililərə görə Allah imamları digər in-
sanlardan daha üstün yaratmış, onlara insan-
ların bilmədiyi bilikləri vermişdir. İmamların
xalqın qarşısına çıxması vacib deyildir. Onlar
qeybdə olduqlarına görə özlərini açıq-aydın
göstərməyə də bilərlər. Buna görə də, imam-
lar xalqla əlaqəni ən seçilmiş davamçıları va-
sitəsi ilə saxlayırlar. İstənilən halda imam
müsəlmanlara doğru yolu göstərən bir dini
rəhbərdir. Onların inancına görə qeybdə olan
imamlar zaman gəldikdə zühur edir, xalqı
ilahi qanunlarla idarə etməyə çalışırlar.
142
İSMAİL

İmamlar günahsızdırlar, heç kimin qarşısında
məsuliyyət daşımır, istədiklərini edə bilərlər.
Onlar bu hüquqa batini bilikləri bilmələrinə
görə malikdirlər. Hamı da onlara tabe ol-
malıdır. 
İsmaililərin təlimində yeni platonçuların,
qnostiklərin, digər antik məktəblərin mistik
baxışları da geniş yer almışdır. Onlar antik
pifaqorçuluq, eləcə də yəhudilərin Kabbala
adlı mistik təlimində olan rəqəmlərin mist-
ikasına önəm vermişdilər. Xüsusən də is-
maililər “yeddi” rəqəmini müqəddəs hesab
edirdilər. Platon fəlsəfəsində olduğu kimi is-
maililər bizim dünyamıza ideal aləmin əks
olunması (yansıması) kimi baxırdılar. Başqa
sözlə desək əsl varlıq ideal aləmdədir, bizim
dünyada olan hadisələr və şeylər isə ideal
aləmin əks təzahürüdür. İdeal aləmdən olan
biliklər “gizli” biliklərdir, onları da onun
təmsilçiləri olan imamlar bilirlər. 
İsmaililər Şimali Afrika və Misirdə
hakimiyyətə gəlməmişdən öncə inanclarını
uzun müddət gizli şəraitdə yayırdılar. Bunu
da “ismaili dəvəti” adlandırırlar. Onun
düşünülmüş strukturu və metodları olmuş-
dur. Dəvətin başında qeybdə olan imamlar
durmuşdular. Onlar öz tapşırıqlarını onlara
bağlı olan xüsusi seçilmiş adamlara
verirdilər. Onlar isə bu tapşırıqları öz yaxın
adamları olan dəvətçilərinin vasitəsi ilə xalqa
çatdırırdılar. Beləliklə, onların çox güclü
siyasi qurumları olmuşdur. 
İsmaililərin gizli dəvətçiləri müsəlman-
ların yığıncaqlarına qatılıb, ənənə tərəfdarları
olan alimlərlə mübahisələr aparmış, onların
müddəalarını xalq qarşısında təkzib etməyə
çalışmışdırlar. Abbasi xilafətinin zəi-
fləməsindən istifadə edərək ismaililər
İfriqiyyədə (Tunisdə) hakimiyyəti ələ aldılar.
Sonra onlar, bütün Şimali Afrika və Si-
ciliyanı ələ keçirmişdirlər. Hicrətin 347-ci
ilində (969 ildə) isə Misiri tutmuşdurlar.
Yaratdıqları Fatimi xilafətinin paytaxtı
Qahirə şəhəri olmuşdur. Daha sonra Yəmən,
Hicaz və Suriya da bu xilafətin tərkibinə
qatılmışdır. Birinci Fatimi xəlifəsi olmuş
Übeydullah özünü qeybdən zühur edən
Mehdi adlandırmışdır.  
Ancaq VI/XII əsrin sonunda Fatimi xi-
lafəti gücdən düşərək, torpaqlarını itirməyə
başlamışdır. Ölkənin gücdən düşməsi is-
maililərin  Müstəli və  Nizari kimi müxtəlif
təriqətlərə parçalanmaları ilə nəticələnmişdir. 
Fatimilər xilafətinin varlığına isə
549/1171-ci ildə sultan Səlahəddin Əyyubi
son qoymuşdur. O, sonuncu Fatimi xəlifəsi
olmuş Ədidi taxtdan salaraq Misiri və başqa
əraziləri Abbasi xilafətinə tabe etdirmişdir.
Hal-hazırda ismaili icmaları Avropada,
Amerikada, Hindistanda, Pakistanda,
Suriyada, Tacikistanda, Mərkəzi və Cənubi
Afrikada, eləcə də başqa ölkələrdə də vardır.
İsmaili  fiqhi daha çox Cəfəri məzhəbinin
müddəaları üzərində qurulmuşdur.
İSNA-ƏŞƏRİLƏR – oniki-imamçılar;
mənsublarının sayına görə ən çox yayılmış
şiə məzhəbidir.
Oniki-imamçıların
baxışlarına görə Məhəmməd peyğəmbərin
vəfatından sonra Allahın nazil etdiyi vəhylər
kəsilmişdir. Ancaq bundan sonra cəmiyyətdə
Tanrı qanunlarının tətbiq edilməsinin vacib-
liyi ortaya çıxmışdır. Bu vəzifəni də Əli ibn
Əbu Talibin soyundan olan imamlar öz
üzərinə götürmüşdürlər. İmamət peyğəmbər-
lik kimi Allahın müsəlmanlara verdiyi böyük
bir üstünlükdür. İsna-əşərilikdə Allahın
buyruğunu yerinə yetirən imam eyni za-
manda müsəlmanlara İslamı öyrədən müəl-
limdir. Onların inancına görə imamlar da
peyğəmbərlər kimi məsumdurlar. İsna-əşəri-
likdə imam kimi qəbul edilən imamlar bun-
lardır: 
1. Əli ibn Əbu Talib; 
2. Həsən ibn Əli Zəki; 
3. Hüseyn ibn Əli Şəhid; 
4. Əli ibn Hüseyn Səccad; 
5. Məhəmməd ibn Əli Bagir; 
143
İSNA-ƏŞƏRİLƏR

6. Cəfər Məhəmməd ibn Sadiq; 
7. Musa Cəfər ibn Kazim; 
8. Əli ibn Musa Rıza; 
9. Məhəmməd ibn Əli Cavad; 
10. Əli ibn Məhəmməd Hadi; 
11. Həsən ibn Əli Əsgəri; 
12. Məhəmməd ibn Həsən. 
Bu imamlardan başqa Məhəmməd
peyğəmbərin qızı Fatimə
də yüksək
məqamda dəyərləndirilir. Onların hər biri gü-
nahsızdırlar (məsum). Şiələr imamların hər
bir sözünü, eləcə də göstərişlərini həqiqət
hesab edirlər. Onların göstərişlərini yerinə
yetirmək Allahın hökmlərini icra etməkdir.
Onlara qarşı üsyan isə Allaha qarşı üsyandır.
Şiəliyin başqa qollarında olduğu kimi isna-
əşərilikdə də qeybdə olan imama etiqad
etmək vacibdir. Bu da onikinci imam
Məhəmməd ibn Həsəndir. Onlar onu Mehdi
adlandırırlar. O, şiələrə qeybdən imamlıq
edir. Şiələrin vəzifəsi öz zamanının imamına
bağlanmaqdır.  
Mehdi Allahın buyurduğu zamanda qeyb-
dən zühur edərək şiələr üzərində imamlığını
davam və ədaləti və doğru yolu bərpa
edəcəkdir. Şiə mənbələrinə görə Mehdi
təxminən hicrətin 255-ci ilində dünyaya
gəlmişdir. Həyatı təhlükə altında olduğu
üçün o, açıq olaraq xalqın qarşısına çıx-
mamış, göstərişlərini yalnız xüsusi nü-
mayəndələrinin vasitəsi ilə camaata
çatdırmışdır. 
İmamın qeyb dövrü də ikiyə bölünür. 70
il (260 – 329) davam edən “Kiçik qeyb”
dövründə imam Mehdi nümayəndələri va-
sitəsi ilə xalqla əlaqə saxlamışdır. 329-cu
ildən sonra “Böyük qeyb” dövrü başlamış və
bu günə kimi davam etməkdədir. 
Digər şiələr kimi Oniki-imamçılar da
Raşidi xəlifələr olmuş  Əbu Bəkr, Ömər 
Osmanı qəbul etmir, yalnız peyğəmbərin
seçilmiş əhli-beytini müsəlmanların imamı
və başçısı kimi qəbul edirlər. Onlar hesab
edir ki, Əli ibn Əbu Talib peyğəmbərin bütün
səhabələrinin arasında ən yüksək, ən seçilmiş
bir kəs olmuşdur. 
İsna-əşərilikdə hamı üçün vacib olan
inancın əsasları vardır. Onlar “Üsulid-Din”
(Dinin əsasları) adlanır. Üsuliddin beşdir: 
1. Allahın birliyinə inanc (Tövhid); 
2. Allahın ədalətli olmasına inanc (Ədl); 
3. Bütün peygəmbərlərə inanc
(Nübuvvət); 
4. Qiyamət gününə inanc (Məad). 
5. İmamlara inanc (İmamət).
Dinin praktik icrası baxımından da isna-
əşəriliyin “Füruid-Din” (Dinin şərtləri) ad-
lanan vacib müddəaları vardır: 
1. Gundə beş dəfə qılınan namaz
2. Ramazan ayında tutulan oruc
3. Zəkatın verilməsi; 
4. Xümsun verilməsi; 
5. Həyatda heç olmasa bir kərə edilən
həcc səfəri; 
6. Allah yolunda edilən cihad
7. İnsanları yaxşı işlərə çağırmaq (Əmri
bil-Məruf); 
8. İnsanları pis əməllərdən çəkindirmək
(Nəhy ənil-Münkər); 
9. Allahın səhabələri ilə dostluq etmək
(Təvəlla); 
10. Allahın düşmənləri ilə düşmən olmaq
(Təbərra).
Fiqhdə isna-əşərilər Cəfəri məzhəbinin
davamçılarıdırlar. Onlar müsəlman
dünyasının bütün bölgələrində yaşayırlar.
Ancaq isna-əşərilər sayca Livanda, İranda,
İraqda və Azərbaycanda daha çoxdurlar.
İSRA VƏ MERAC –  Məhəmməd
peyğəmbərin gecələrin birində Məkkədən
Qüdsə möcüzəli gedişi, oradan isə göylərə
yüksəlişidir. Hətta, Quranda “İsra” (17) adlı
surə də vardır. Bu hadisə hicrətdən təxminən
üç il öncə baş vermişdir. Rəvayətlərə görə
gecələrin birində Cəbrayıl peyğəmbərin
yanına gəlmişdir. Onlar Buraq adlı bir hey-
vanın belinə minərək Məkkə məscidindən
144
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin