QƏBİR – bax: MƏZAR.
QƏBZ VƏ BAST – sufilikdə ruhun
cəzalanma qorxusu ilə sıxılması, sonra
mükafat alma ümidi ilə genişlənməsi hal-
larıdır. Qəlbin günahlar səbəbi ilə cəzalan-
ması qorxusu ilə sıxılması sufi ənənəsində
qəbz adlanır. Bu hal sufinin mənəviyyat
yolçuluğunda ilk vaxtlarda baş verdiyi haldır.
Mənəviyyat yolçuluğunda irəliləyən sufi
müəyyən yol qət etdikdən sonra rahatlığa
qovuşur. Sufinin bu halına sufi ənənəsində
“bast” deyilir. Ancaq, sonrakı irəliləmiş
məqamlarda sufidə hər iki hal müşahidə edilə
bilməz. Məsələn, İbn Arabi bastı sufinin hər
şeyə təsir edə bilmə, əşyaların isə sufiyə təsir
edə bilmədiyi hal kimi dəyərləndirir.
QƏDƏR – bax: QƏZA VƏ QƏDƏR.
QƏDƏRİLƏR
– insanın iradə
azadlığına üstünlük verən dini cərəyanın
mənsubları olmuşdurlar. Taleyi mütləq-
ləşdirən cəbrilərə qarşı çıxış edirdilər.
Qədərilərə görə insan etdikləri əməllərdə
mütləq azadlığa malikdir və burada Allahın
156
QEYSANİLƏR
iştirakı yoxdur. Allah hər hansı törədilən iş
haqqında yalnız sonra bilik əldə edir. Bu kimi
baxışlarına görə qədərilər insanın mütləq
azadlığı tərəfdarları kimi tanınmışdırlar.
Qəza və qədər haqqında fəlsəfi fikirlər İs-
lamdan öncəki dövrlərdə də mövcud olmuş-
dur. Çünki, insanlar hər zaman şərin Tanrı
tərəfindən yaradılması haqqında düşün-
müşlər. Bu istiqamətdə insanlar özlərinə
dünyada mövcud olan şərin olmasına görə
Tanrının məsuliyyət daşıyıb-daşımamağı
haqqında sual verilmişdirlər. Güman edilir
ki, qədəriliyin İslam ənənəsində ortaya çıx-
ması İslamı qəbul etmiş xristianların
fəaliyyəti ilə bağlıdır. Buna görə də,
qədəriliyə qarşı çıxanlar onun xristianlığın
təsiri ilə formalaşan dini cərəyan olduğunu
qeyd edirdilər. Sonra bu təlimin ideyalarını
Məbəd Cuhani və Qeylan Dəməşqi adlı
ilahiyyatçılar inkişaf etdirmişdirlər. Ancaq,
hakimiyyətə yaxın olan dini dairələr
qədəriliyi rədd edirdilər. Buna görə də,
Məbəd Cuhanini Əməvilərin İraqdakı valisi
Həccac edam etdirmişdir. Təqiblərə baxma-
yaraq Əməvilər dövründə qədərilik Xilafətin
bir çox yerlərində yayılmışdır. Çünki, xeyir
və şər qarşıdurması İslamdan əvvəlki dövr-
lərdən bu yerlərdə, xüsusən də Ön Asiyada
geniş yayılmışdır. Sonra bu ideyalar Antik
Yunan düşüncəsi və inancları ilə qovuşaraq
“qnostik” (gizli bilik) adlanan doktrinalara
çevrilmişdir. Bu səbəbdən də, bu təlimləri
bilən və İslamı qəbul etmiş insanlar arasında
qədərilik böyük rəğbətlə qarşılanmışdır.
QƏDİRİLƏR
–
tanınmış sufi
təriqətlərindən birinin davamçılarıdırlar.
Onlar Cüneyd Bağdadinin “ayıq halda”
mənəvi yolu keçmək ideyasına üstünlük
verirdilər. Təriqətin adı Əbdülqədir Gilani
(562/1166-cı ildə vəfat etmişdir) ilə bağlıdır.
O, Xəzər dənizinin güneyində yerləşən Gi-
landa doğulmuşdur. Rəvayətlərə görə Əb-
dülqədir Gilaninin soyu xəlifə Əli Əbu Talibə
qədər uzanır. Əbdülqədir dini elmlər üzrə
təhsilini Bağdadda almışdır. O, fəqih, mühəd-
dis və təfsirçi kimi bütün İslam dünyasında
tanınmışdır. Əbdülqədir Gilani zahidliyə
meyl edərək günlərini Allaha ibadət etməklə
keçirirdi. Ancaq, sonra mövqeyini dəyişərək
yenidən elmlə məşğul olmağa başlamışdır.
Əbdülqədir fiqhdə hənbəli məzhəbinə bağlı
olduğundan, hənbəli fiqhinə dair bir çox
əsərlər ərsəyə gətirmişdir. Qələmə aldığı bu
əsərlər ona nüfuz qazandırmışdır. O, 50-yə
qədər kitabın müəllifi hesab olunur.
Tarixi qaynaqlarda Əbdülqədir Gilaninin
sufi olub-olmamağı haqqında dəqiq məlumat
yoxdur. Ancaq ondan sonra formalaşan və
onun adı ilə bağlı olan sufi təriqəti sonra
müsəlman dünyasında ən geniş yayılan
təriqətlərdən biri olmuşdur. Onun adı ilə
bağlı olan Qədirilik Yaxın və Uzaq Şərqdə,
Afrikada, İspaniyada və başqa yerlərdə geniş
yayılmışdır. Osmanlı imperiyasında isə
qədiriliyi “Pir əs-Sani” (ikinci müəllim) ad-
landırılan İbn Əşrəf Rumi (874/1470-ci ildə
vəfat etmişdir) yaymışdır. Bu təriqətə girmək
üçün beyət mərasimindən keçmək lazımdır.
Burada sufilər səsli zikrlər edirlər. Təriqətin
mənəvi silsiləsi isə Əli ibn Əbu Talibə yük-
səlir. Qədiriliyin bir necə qolu vardır.
QƏDR
–
Ramazan ayının son
gecələrindən biri belə adlanmaqdadır. Bu
gecə Allahdan Məhəmməd peyğəmbərə ilk
vəhy nazil olunmuşdur. Quranın 97-ci surəsi
“Qədr” adlanır. Qədr gecəsi ən müqəddəs
gecə hesab edilir. Rəvayətlərə görə bu gecədə
mələklər yer üzünə enərək Allahın əmri ilə
hər bir insanın duasını qəbul edir. Buna görə
də müsəlmanlara bu gecə çoxlu dualar etmək
məsləhət görülür. Bu gecə müsəlmanların et-
dikləri bütün ibadətlərin Allah tərəfindən
qəbul edilməsi haqqında da rəvayətlər vardır.
Hesab olunur ki, bu gecə edilmiş ibadətlər
aylar boyu edilən ibadətlərdən daha fəzilət-
lidir.
157
QƏDR
Bununla belə, müsəlman ənənəsində
Qədr gecəsinin Ramazan ayının hansı tarix-
inə düşməsi məlum deyildir. Ancaq bəzi rə-
vayətlərə əsaslanaraq qeyd edirlər ki, Qədr
gecəsi Ramazan ayının son on günlərinin tək
günlərinə düşür. Bəzi rəvayətlərdə onun Ra-
mazan ayının iyirmi yeddinci gecəsinə
düşdüyü iddia edilir. Buna görə müsəlman-
ların çoxu Ramazan ayının iyirmi yeddinci
gecəsini Gədr gecəsi kimi qeyd edirlər.
Ancaq, başqa rəvayətlərdə isə Qədr gecəsinin
Ramazan ayının 19, 21 və 23-cü
gecələrindən birinə təsadüf etdiyi (ənənədə
bunlara Əhya gecələri deyilir) haqqında
məlumatlar vardır. Buna görə də, müsəlman-
lar Ramazan ayının hər gecəsini, xüsusən də
son on gününü Qədr gecəsi günü kimi qeyd
etməyin vacibliyini vurğulayırlar.
QƏLƏNDƏRİLƏR – yoxsulluq içində
yaşayan, dilənçiliklə məşğul olan, şəriət qa-
nunlarına əməl etməyi özlərinə vacib
bilməyən sufi təriqətlərindən birinin mən-
sublarıdırlar. Onlar özlərini müsəlman hesab
etsələr də, dini ayin və ibadətləri yerinə ye-
tirmirdilər. Heç bir əmək fəaliyyəti ilə
məşğul olmayan qələndərilər dilənçiliklə
məşğul olurdular. Qələndərilərin öz şəxsi
mülkiyyətləri də olmamışdır. Onlar qeyri-adi
görkəmləri ilə insanlardan seçilirdilər. Onlar
saçlarını, qaşlarını, kirpiklərini qırxmış, qısa
xirqə, eləcə də iri tüklü papaqlar geyinirdilər.
Onlar boyunlarından ağır bəzək əşyaları asıb,
barmaqlarına iri üzüklər taxırdılar. Bu
təriqətin mənsubları yalnız öz təkkələrində
yaşayırdılar.
Qələndərilərin dünyagörüşü, eləcə də
həyat tərzinə hinduizm və buddizmin təsiri
olmuşdur. Bu təriqətin yaradıcısı monqol
yürüşləri dövründə Səvadan Dəməşqə
gəlmiş, fars əsilli Cəmaləddin Məhəmməd
Yunus Səvaci (630/1232-ci ildə vəfat et-
mişdir) olmuşdur. Qələndərilik İslam
dünyasının bir çox yerlərində yayılmışdır.
QƏNİMƏT – müharibə zamanı ələ
keçirilmiş və beş yerə bölünən sərvətdir.
Qənimətin götürülməsi haqqında Quranda
(8: 1) ayə vardır. Qənimətin dörd hissəsi bir-
başa müharibədə iştirak edən döyüşçülərə,
bir hissəsi isə Məhəmməd peyğəmbərə, onun
əhli-beytinə, yoxsullara və yetimlərə ver-
ilirdi. Peyğəmbərdən sonra bu hissə beytül-
mala verilib dövlətin ehtiyacları üçün
xərclənirdi. Quranın “Həşr” surəsinin 6 və 7-
ci ayələrində qənimət mənasında “ fey” sözü
istifadə edilmişdir.
QƏRMƏTİLƏR – ismaililərə yaxın
olan dini cərəyanın mənsubları olmuş-
durlar. III/IX əsrdə qərmətilər Abbasi xilafə-
tini sarsıdan böyük üsyan qaldırmışdırlar.
Qərmətilər hərəkatının başçısı daha çox Qər-
mət kimi tanınmış Həmdan ibn Əşəs olmuş-
dur. Bu dini cərəyanın adı məhz onun adı ilə
bağlıdır. Qərmətilərin dini təlimi və dəvət
metodları bütövlükdə ismaililikdə olduğu
kimi idi. Qərməti dini cərəyanın yaranma tar-
ixi Abbasi xilafətində ismaili dəvətinin fəal-
laşması dövründən başlamışdır. Tanınmış
ismaili dəvətçisi Hüseyn Əhvazi İraqa
gedərək orada ismaili olmuş Həmdan ibn
Əşəslə (Qərmətlə) tanış olmuşdur. Hüseyn
Əhvazi öləndən sonra Həmdan Qərmət onun
yerini tutmuşdur. O, Kufə şəhəri və onun
yaxınlığında yaşayan tərəfdarları üçün
hərəkatın mərkəzini yarada bilmişdir. Eləcə
də o, Xilafətin müxtəlif bölgələrinə
dəvətçilərini göndərmişdir. Onlardan ən
tanınmışlarından biri qərmətiliyin ideoloqu
Əbdan olmuşdur. Qərmətilərin digər tanın-
mış dəvətçiləri isə hicrətin 289-cu ilində qər-
mətilərin üsyanına başçılıq etmiş Zikrəveyh
ibn Mihrəveyh və Əbül-Fəvariz olmuşdurlar.
Öncə qərmətilər ismailililərin sırasında
fəaliyyət göstərirdilər. Ancaq, sonra onlarla
münasibətlərini kəsmişdilər. Bəzi müsəlman
tarixçilərə görə onlar ismaililəri əslində
dəvətin Əli ibn Abu Talibin soyunun xeyrinə
158
QƏLƏNDƏRİLƏR
deyil, Abdullah ibn Məymun Qaddah adlı
başqa bir şəxsin xeyrinə aparılmasında gü-
nahlandırmışlar.
Qərmətilər hərəkatının tərəfdarları on-
ların mübarizəsi üçün böyük məbləğdə və-
saitlər ayırırdılar. Bunun sayəsində onlar
silahlanaraq xalqın yoxsul təbəqəsini öz
tərəflərinə çəkə bilmişdirlər. Ancaq, qər-
mətilərin arasında birliyin olmaması
səbəbindən, onlar bir neçə bir-biri ilə
mübarizə aparan cərəyanlara parçalanmışdır-
lar.
Qərmətilər bir zamanlar güclənərək Yaxın
Şərqdə bir neçə dövlət də qura bilmişdirlər.
Onlar Abbasilərə və başqa müsəlman hökm-
darlarına qarşı savaşırdılar. Hicrətin 316-cı
ilində qərmətilər xəlifə Müqtədinin ordusunu
məğlub etmiş, bir il sonra isə Məkkəni ələ
keçirə bilmişdilər. İslam tarixçiləri qeyd
edirlər ki, onlar orada çoxlu zəvvarı qətlə ye-
tirmişdirlər. Daha sonra onlar həcərül-əsvəd
daşını Kəbənin divarından çıxararaq özləri
ilə aparmışdırlar. Beləliklə, Qara daş hicrətin
339-cu ilinə qədər 22 il qərmətilərdə
qalmışdır. Sonra qərmətilər onu bölünmüş
halda geri qaytarmışlar. Bundan başqa onlar
hicrətin 337-ci ilinə qədər zəvvarların həccə
getməsinə əngəllər törətmişdirlər. Ancaq, bu
qarşıdurmalarda uğur qazanmaqlarına bax-
mayaraq qərmətilər müəyyən vaxtdan sonra
zəifləmişdirlər. Onlar hakimiyyətlərini yalnız
Bəhreyn və Yəmmamənin bir hissəsində
saxlaya bilmişdirlər. Hicrətin 462-ci ilində o
bölgələrdə də onların hakimiyyətinə Səl-
cuqlular son qoymuşdur. Bu hadisələrdən
sonra qərmətilər dini cərəyanı tarixdən silin-
mişdir.
QƏSB – başqasının əmlakını, malını və
mülkünü zorla ələ keçirmək və ya mənim-
səməkdir. İslam hüququna görə qəsb haram
əməllərdən hesab edilmişdir. Zorla əldə
edilmiş hər bir şey sahibinə qaytarılmalı və
ya onun əvəzi ödənilməlidir.
QƏTL – hər hansı bir şəxsin həyatına
qəsd edərək öldürməkdir. İslam hüququnda
qəsdən insanı öldürmək ən böyük günahlar-
dan hesab olunur (Quran, 5: 32; 4: 93). Qətlə
yetirilmiş insanın ən yaxın qohumları qatilin
öldürülməsini və ya bunun əvəzində diyətin
ödənilməsini tələb edə bilərlər (Quran 2:
178-179). İslam şəriətinə görə qatil yalnız
məhkəmənin qərarı ilə cəzalandırıla bilər.
QƏYYƏ – Quran təfsirlərinə görə
cəhənnəmin dibində irinlə dolu dərin
quyudur. Burada namazı tərk edərək gününü
əyləncələrdə, eyş-işrətdə keçirən fasiq
müsəlmanlar cəzalandırılacaqlar. Rə-
vayətlərə görə mürtəd və münafiqlər (II) də
qəyyədə olacaqdırlar.
QƏZA (I) – namazların ikinci və so-
nuncu rükətlərində oturaraq təşəhhüd du-
asının oxunmasıdır. Bəzi ilahiyyatçıların
fikrincə dörd rükətli namazların ikinci
rükətində oturmaq vacibdir. Əgər, namaz
qılan müsəlman bunu etməyibsə, o zaman
namazın sonunda səcdeyi-səhvi yerinə yetir-
məlidir. Bəzi ilahiyyatçılar qəzanı müstəhəb
əməl hesab etmişdirlər. Namazın axırıncı
rükətindəki qəza isə bütün məzhəblərdə vacib
və ya fərz hesab olunur. Cəfərilərə görə qəza
namazın rüknü deyildir. Sübh və digər iki
rükətli namazların sonuncu rükətlərindəki
qəza sonuncu oturuş hesab edilir.
QƏZA (II) – hər hansı bir ibadətin yer-
inə yetirilmə müddəti bitdikdən sonra
həmin ibadətin başqa bir vaxtda yerinə ye-
tirilməsidir. Bu mənada “qəza” anlayışı müx-
təlif dini ibadətlərin yerinə yetirilməsində
mühüm rol oynayır. Məsələn, gündəlik na-
mazlar və ya Ramazan ayının orucu öz vax-
tında icra edilməyibsə, onlar şəriətdə
müəyyən edilmiş başqa bir vaxtda yerinə ye-
tirilə bilər.
159
QƏZA (II)
QƏZA VƏ QƏDƏR – insanın yaradıl-
masından öncə onun Allah tərəfindən
taleyinin müəyyənləşdirilməsi və təyin
edilməsidir. Kəlam (I) məktəblərində insanın
alın yazısı “qəza” və “qədər” anlayışları ilə
ifadə edilir. “Qədər” sözü ölçü, həcm mə-
nalarını ifadə edir (Bu söz Quranın 25: 2 və
54: 49 ayələrində keçməkdədir). “Qəza”
sözü isə “həll etmək”, “əmr”, “qanun” mə-
nalarında işlədilsə də, qəza insanın müəyyən
vaxtda həyatında baş verəcək hadisələrdir
(Bu söz Quranın 41: 12 ayəsində
keçməkdədir).
Bir çox İslam aliminə görə qədər qəzadan
daha geniş məna ifadə edir. Belə ki, qədər
Tanrı qanunauyğunluğu və onun ölçüsü an-
layışlarını əhatə edir. Qəza isə bu qa-
nunauyğunluğa tabe olmağın təzahürü kimi
dərk edilir. Bəziləri isə hesab edir ki, əksinə
qəza daha geniş məna kəsb etməkdədir. Al-
lahın dünyada baş verən bütün hadisələrdən
xəbərdar olması, Onun sonsuz biliyinin
göstəricisidir. Çünki, hər şey dünyada Al-
lahın istəyinə uyğun baş verir. Qədər isə Al-
lahın öncədən müəyyən etdiyi hər hansı bir
hadisənin konkret bir zaman çərçivəsində re-
allaşmasıdır. O zaman qəza daha geniş məna
kəsb edir.
Sünnilər üçün qəza və qədərə iman İslam
dinin əsaslarından biri hesab edilir. Digər
məzhəblərdə qəza və qədərə iman əqidənin
əsasını təşkil etməsə də, əhəmiyyətli prob-
lemlərdən biri kimi qəbul edilir.
Bütün müsəlman ilahiyyatçılarına görə
tale ilə bağlı məsələlər yalnız Allaha məlum-
dur və insan düşüncəsi onu dərk edə bilməz.
Buna görə də, onlar bu məsələdə
mübahisələrin aparılmasının əleyhinə
çıxırdılar. Buna baxmayaraq orta əsrlər boyu
bu problemlə bağlı müxtəlif fikirlər irəli
sürülmüşdür. Belə ki, alın yazısı problemi
kəlamın (I) ən çətin problemlərindən birinə
çevrilmişdir. Bu məsələdə Mütəzili məktəbi
çox əhəmiyyətli işlər görmüşdür. Onlardan
başqa müxtəlif fəlsəfi məktəblər də qəza və
qədər problemi ilə bağlı öz fəlsəfi
düşüncələrini irəli sürmüşldürər.
Ancaq, ənənə tərəfdarları olan müsəlman
çoxluğu bütün bu məktəblərin təlimlərini bir-
mənalı qarşılamamışdırlar. Onların təsiri al-
tında bu məsələ üzrə hər bir etiqadi məzhəb
öz baxışlarını irəli sürməyə məcbur olmuş-
dur. Maturidi və Əşəri kəlamçıları da qəza
və qədərə münasibət bildirmişlər. Quranın
57: 22, 9: 51 ayələrini təfsir edən bir çox
İslam alimləri hesab edirlər ki, insan və digər
varlıqların qəza və qədəri ləvhull-məhfuzda
onların mövcud olmalarından çox əvvəllər
yazılmışdır.
Kəlam tarixində qəza və qədərin insanın
iradə azadlığı ilə yaxından əlaqəsinin olub-
olmamağı haqqında qızğın mübahisələrin
aparılması qeyd edilir. Bəzi kəlamçılar qəza
və qədəri, digərləri isə insan azadlığını
mütləqləşdirmişdirlər. Orta mövqeyi olanlar
da olmuşdur. Bunun nəticəsində cəbrilər və
qədərilər kimi müxtəlif dini cərəyanlar
yaranmışdır. Cəbrilər insanda azad iradəni
inkar edirdilərsə, qədərilər bunun əksi olaraq
iradə azadlığına böyük əhəmiyyət verirdilər.
Bu baxımdan müəyyən məqamlarda
mütəzililərin baxışları qədərilərlə üst-üstə
düşürdü.
Bunların arasında orta və barışdırıcı
mövqedə tutmağa cəhd edən, ancaq tən-
qidçilərin fikrincə buna nail ola bilməyən
maturidi və əşəri ideyaları da inkişaf edərək
müsəlmanlar arasında geniş yayılmışdır.
QƏZALİ MƏHƏMMƏD (450/1058 –
505/1111) – tanınmış orta əsr müsəlman
ilahiyyatçılarından biri olmuşdur. O, İranın
Tus şəhərinin yaxınlığında yerləşən Qəzal
kəndində doğulmuşdur. Məhəmməd Qəzali
Şafii hüquq məzhəbinin mənsubu olmuş,
hüccətül-islam adını qazanmışdır. Məhəm-
məd Qəzali ilk təhsilinə Tusda başlamış,
sonra Nişapura gedərək Əşəri kəlamçısı
160
QƏZA VƏ QƏDƏR
imam Hərameyn Əbu Məali Cüveyninin
tələbəsi olmuşdur. Qəzali ondan hədis, təfsir,
kəlam (I), məntiq və fiqh elmlərini öyrən-
mişdir. Cüveynidən başqa Qəzali öz
dövrünün məşhur ilahiyyatçıları olmuş Əbu
Hamid Rəzəqanidən, Əbu Hüseyn Məvar-
didən, Əbu Nəsr İsmailidən, Əbu Yusif Nəs-
sacdan dərs almışdır.
Səlcuqlular dövlətinin vəziri olmuş Niza-
mülmülk çox bilikli insan olmuşdur. O, elmə
və irfana böyük önəm vermiş, alimləri hi-
mayə etmişdir. Nizamülmülk Qəzalinin
istedadı haqqında eşidib, onu Bağdada dəvət
etmişdir. Təhsilini bitirən Qəzali Bağdada
gedərək burada fəaliyyətini davam etdirmiş,
müxtəlif elm məclislərində biliyini və
bacarığını nümayiş etdirmişdir. İslam alim-
ləri arasında böyük nüfuza sahib olmuşdur.
Nizamülmülk Məhəmməd Qəzalinin
istedadını yüksək dəyərləndirərək “Niza-
miyyə” mədrəsəsinin idarəçiliyini ona tapşır-
mışdır. Burada Qəzali çoxsaylı tələbələr
yetişdirmiş və elmi yaradıcılıqla məşğul ol-
muşdur. Məhəmməd Qəzali müxtəlif dini
təriqətlərin təlimlərinin tənqid edilməsinə
böyük yer vermiş və bu mövzuda bir neçə
kitab da yazmışdır.
Məhəmməd Qəzali Antik Yunan və Roma
fəlsəfəsini dərindən öyrənərək İslam dinin
əsaslarını tənqid edən və ya öz fəlsəfi metod-
ları ilə onları izah edən filosoflarla elmi
polemikalar aparmışdır. Bu məqsədlə Qəzali
bir neçə əsərdə qələmə almışdır. Bu əsər-
lərdən ən məşhuru “Təhəfutul-Fəlasifə”
(Filosofların təkzib edilməsi) kitabı olmuş-
dur.
489/1095-ci ildə Qəzali mədrəsədə
işlərini qardaşı Əhmədə tapşıraraq səfərə
çıxmış və sonra elmi fəaliyyətini davam et-
dirmişdir. Dəməşqdə olarkən iki il ərzində ən
tanınmış əsərlərindən biri olan “İhya Ülum
əd-Din” (Dini elmlərin dirçəldilməsi)
kitabını yazmışdır. Bu kitabda Qəzali su-
filərin mənəvi təcrübələri ilə mühafizəkar
İslam arasındakı ziddiyyətləri ortadan qaldır-
maq istəmişdir. Bundan başqa Qəzali Qüdsdə
müxtəlif təriqətlərə qarşı “Mаfsəlül-Xilaf”
(Qarşıdurmanın aradan qaldırılması), “Cav-
abül-Məsail” (Problemlərə cavablar) kimi
əsərlərini yazmışdır. Məhəmməd Qəzali
oradan həccə getmiş, sonra isə 1106-cı ildə
Bağdada qayıdıb “Nizamiyyə” mədrəsəsində
fəaliyyətini davam etdirmişdir. Sonra isə
doğulduğu Tus şəhərinə gedərək burada ba-
tinilər təriqətinə qarşı “Dərcül-Mərkum”
(Təkzib kitabı), eləcə də siyasətə aid “Nəsi-
hətül-Mülük” (Dövlət başçılarının nəsihət
edilməsi) əsərini yazmışdır.
Daha sonra Məhəmməd Qəzali Səlcuq
vəziri Fəxrülmülkün dəvəti ilə Bağdada qayı-
daraq, yenə də “Nizamiyyə” mədrəsəsində
müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.
Burada o, sufilik haqqında “Mişkətül-Ənvər”
(İşıq yeri) kitabını yazmış və burada da öz
sufi təkkəsini yaratmışdır. Daha sonra o,
fiqhə aid “Əl-Müstəsfə” (Seçilmişlər) adlı
kitabını yazmışdır. Qeyd etmək lazımdır ki,
burada şəriətlə bağlı məsələlər açıqlanmışdır.
O dövrdə yazdığı “İlcəmül-Əvam ən İlmül-
Kəlam” (Rəiyyəti kəlamdan çəkindirmək)
adlı kitabında Qəzali “Doğru yolda olan ulu
sələflərin yolu” ilə gedərək doğru inanca
yiyələnmənin vacibliyini vurğulamışdır.
Rəvayətlərə görə Məhəmməd Qəzali
müxtəlif elmlər üzrə 1000-ə qədər kitabların
müəllifi olmuşdur. Əbu İshaq Şirazinin
“Xəzain” (Xəzinələr) əsərində onun 400-ə
qədər kitabının adı çəkilmişdir. Bu kimi zən-
gin fəaliyyətinə görə Qəzalini mücəddid ad-
landıranlar da olmuşdur.
QƏZAVAT – xarici təcavüzə qarşı
silahlı müqavimət və ya din uğrunda
aparılan savaşdır. Quranda zərurət olduğu
zaman din uğrunda savaşmaq əmr edilir (2:
216). İslamın ilk dövrlərində Məhəmməd
peyğəmbərin də iştirak etdiyi böyük və ya
kiçik müharibələrə qəzavat deyilirdi. İslam
161
QƏZAVAT
tarixçilərinə görə Məhəmməd peyğəmbər 27
döyüşdə iştirak etmişdir. Onun iştirak et-
mədiyi hər bir döyüş isə alimlər tərəfindən
“səriyə” adlandırılmışdır.
Sonralar isə müsəlmanların düşmənlərinə
qarşı apardıqları bütün müharibələrə “qəza”
və ya “qəzavat” deyirdi. İslamda müharibə
etmənin qayda və şərtləri vardır.
QƏZF – hər hansı bir şəxsin digər bir
qadına yad kişi ilə cinsi əlaqəyə girməsi
haqqında böhtan atmasıdır. Qurana (24: 23)
görə bu çox ağır günahdır. Böhtan ilə qəzf
eyni mənadadır. Lüğətdə “yalan söyləmək”,
“uydurmaq” kimi mənalara gələn böhtan
( iftira etmək), əxlaqi termin olaraq hər hansı
bir şəxsə işləmədiyi bir günahı ona aid et-
məkdir. Hüquq və əxlaqda böhtan yerinə
daha çox ifq və böhtan terminləri, zina ifti-
rası üçün də qəzf sözü istifadə edilir. Hər
hansı bir qadının yad kişi ilə cinsi yaxınlıq
etməsini iddia edən şəxs bunu görən dörd
şahidi gətirə bilməzsə 80 şallaq vurulmaqla
cəzalandırılır (Quran, 24: 4).
QIZILBAŞLAR – Səfəvi sülaləsinin
başçılığı altında Anadolu və Azərbaycanın
köçəri türk qəbilələrinin arasında for-
malaşan ittifaq olmuşdur. Onlar şiə imam-
larının rəmzi olan 12 qırmızı sarğılı papaqlar
geyindiklərinə görə belə adlanmışdırlar.
Səfəvilər sufi təriqətinin başçıları idilər. Bu
təriqətin adı 650/1252-ci ildə Ərdəbil
şəhərində doğulmuş Səfiəddinlə bağlıdır. O,
Azərbaycan türkü olmuşdur. Səfiəddin dini
elmləri doğma şəhərində almış, sonra isə 20
yaşında Şiraza getmiş, orada dövrünün tanın-
mış ilahiyyatçılarından dərs almışdır. Sufiliyi
isə Gilanda Sührəvərdi təriqətinin tanınmış
şeyxi Hacəddin Zahididən öyrənmiş, sonra
onun qızı ilə evlənmişdir. Hacəddinin çoxlu
davamçıları olmuşdur. 693/1294-cü ildə
onun ölümündən sonra Səfiəddin onun yerini
tutaraq Səfəvilər təriqətini yaratmışdır. Ardı-
clılarının arasında daha çox türklərin olduğu
bu təriqət Anadolu və Azərbaycanda geniş
yayılmışdır.
Şeyx Səfiəddin 734/1334-cü ildə vəfat et-
mişdir. Onun ölümündən sonra Səfəvi
təriqətinə onun soyundan olmuş Sədrəddin
Musa (734/1334 – 793/1392) və Xoca Əli
(793/1392 – 832/1429) başçılıq etmişdirlər.
İbrahim Şeyx-şahdan (832/1429 – 850/1447)
başlayaraq Səfəvilər siyasətə qatılmışdırlar.
Səfəvilərin şiə təriqətinə çevrilməsi İbrahim
Şeyx-şahın oğlu Cüneyddən başlamışdır. O,
öz ətrafına bu ərazilərdə yaşayan şiə türkləri
yığmışdır. Ancaq onun Cənubi Qafqaza
yürüşləri uğursuzluqla nəticələnmişdir.
863/1460-cı ildə şeyx Cüneyd Şirvanşah I
Xəlilullaha məğlub olaraq həlak olmuşdur.
Onun oğlu Heydər isə 893/1488-ci ildə
Ağqoyunlu dövlətinin dəstəklədiyi şirvanşah
Fərrux Yəssar tərəfindən məğlub edilərək
öldürülmüşdür. Şeyx Heydərin böyük oğlu
Ağqoyunlu ordusu ilə döyüşdə ölmüşdür.
Heydərin İsmail adlı daha bir oğlunu Səfəvi
tərəfdarları Gilanda gizlətmiş və yeni
yürüşlər üçün güc toplamağa başlamışdırlar.
904/1499-cu ildə Ağqoyunlu dövlətinin
zəifməsi, sonra isə parçalanmasından yarar-
lanan qızılbaşlar, İsmailin başçılığı altında
Azərbaycandan Anadoluya doğru yürüş et-
dilər. Burada onlara Anadolu şiələri də
qatılmışdır. Bundan sonra 905/1500-cü ildə
qızılbaşlar Şamaxıda yerləşən Gülüstan
qalasının yaxınlığında Şirvanşah Fərrux Yəs-
sarın qoşunlarını məğlub edə bilmişdirlər.
Fərrux Yəssar isə o döyüşdə həlak olmuşdur.
906/1501-ci ildə isə qızılbaşlar Bakını ələ
keçirdilər. Elə həmin ildə onlar Naxçıvanda
sonuncu Ağqoyunlu valisi olmuş Əlvənd
Mirzənin qoşunlarını da darmadağın etdilər.
Təbrizə girən İsmail özünü şah elan etmişdir.
Beləliklə o, İranın, Əfqanıstanın, cənubi
Qafqazın böyük bir hissəsində Səfəvilər
dövlətini yaratmışdır. Onun sülaləsi
1148/1736-cı ilə qədər hakimiyyətdə olmuş-
162
Dostları ilə paylaş: |