AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə28/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   ...   24   25   26   27   28   29   30   31   ...   49

QƏZF 

dur. Qızılbaşların güclənməsi onların re-
gionda başqa dövlətlərlə qarşıdurmasına
səbəb olmuşdur. Şərqdə Səfəvilərə qarşı
Özbək xanları savaşırdılar. Ancaq səfəvilərə
qarşı savaşan ən güclü dövlət Osmanlı im-
periyası idi. Beləliklə, Səfəvilərin Osman-
lılarla  uzun müddətli qanlı savaşları
başlanmışdır. Savaşın əsl səbəbi siyasi-iqti-
sadi maraqlar olsa da, hər iki tərəf
maraqlarını ideoloji baxımdan əsaslandırmaq
üçün dindən istifadə edirdilər. Səfəvilər şiə,
Osmanlılar isə sünnilərin maraqlarını təmin
edən tərəflər kimi çıxış edirdilər.
Osmanlı Sultanı I Səlim Səfəvilərin
Anadoluda olan tərəfdarlarına çox ağır zərbə
endirmiş, onları zərərləşdirə bilmişdir. Sonra
isə 930/1524-cü ildə Osmanlıların böyük or-
dusu Azərbaycana doğru yürüş edərək
Çaldıran döyüşündə Şah İsmayılin qoşununu
çox ağır məğlubiyyətə uğratmışdır. Ancaq,
Osmanlı imperiyasının üstünlüyünə baxma-
yaraq onlar Səfəviləri məhv edib ortadan
çıxara bilməmişdirlər. Sonralar Səfəvi şahı I
Abbas (995/1587 – 1038/1629) Osmanlılara
qarşı uğurlu savaş aparmış, öncə itirilmiş
bütün torpaqları qaytara bilmişdir. Ancaq,
onun şahlığından sonra Səfəvilər zəifləmiş,
1148/1736-cı ildə isə taxtdan salınmışdırlar.
Qızılbaşların dini baxışları bir çox dini
və mistik təlimlər üzərində qurulmuşdur.
Belə inanclar Azərbaycan və Anadoluda
yaşayan köçəri türklər arasında yayılmışdır.
Onların arasında müxtəlif mövhumatlar, əski
türk inanclarının elementləri də qalmaqda
idi. Bütün bunlar klassik şiə baxışları ilə bir-
likdə qızılbaş ideologiyasının əsasını təşkil
etmişdir. 
Tədqiqatçılara görə qızılbaşlar arasında
“ifrat” şiə təriqətlərinin ideyaları da
yayılmışdır. Onların bir çoxu Əlini tan-
rılaşdırmışdırlar. Şah İsmaili isə göylərdən
yerə enmiş Tanrının təcəllisi kimi
tanıyırdılar. Digərləri isə İsmaili gözlədikləri
qurtarıcı imam Mehdi hesab edirdilər. Bu
kimi baxışlar şah İsmayılın Xətai adı ilə
yazdığı “Divanında” keçməkdədir.
Günümüzdə Türkiyədə müsəlman çoxluğu
tərəfindən “ifrat” şiə təriqəti kimi tanınan
ələvilər (II) “qızılbaş” adlanırlar. 
Qızılbaşların dini təcrübələri başqa
şiələrdən çox da fərqlənmirdi. Bununla belə,
onların özlərinə məxsus xüsusi özəllikləri də
olmuşdur. Məsələn, qızılbaşlar Məhərrəm
ayında  oruc tutardırlar, o ay ərzində ət
yeməzdirlər. Qış aylarının birində, onlar üç
günlük oruc tuturdular. Hər bir qızılbaş şeyx-
inin göstərişlərinə sözsüz tabe olmalı,
təriqətin sirrini qoruyub saxlamalı idi. On-
ların inanclarında ən yüksək yeri Əli ibn Əbu
Talib tuturdu. O, Allah və Məhəmmədlə bir-
likdə zikr edilirdi. İnanclarını sübuta yetir-
mək üçün Səfəvi ideoloqları Quran ayələri
və hədisləri başqa məzhəblər kimi özlərinə
uyğun formada təfsir edirdilər.
QİBLƏ – İslam dünyasında müqəddəs
məkanlardan hesab edilən Məkkə
şəhərində yerləşən Kəbəyə yönəlməkdir.
Bütün müsəlmanlar namazları və başqa
ibadətləri yerinə yetirdikdə üzlərini bu is-
tiqamətə çevirməlidirlər. İslamda ilk qiblə
Qüds (Yerusəlim) şəhərində indiki Məscidül-
Əqsanın yerində yerləşən əski Süleyman
məbədinin xarabalıqları olmuşdur. Qiblə
Qüdsdən  Məkkəyə hicrətdən on yeddi ay
sonra, hicrətin 2-ci ilinin Şəban ayında dəy-
işdirilmişdir. Qiblənin dəyişməsini əmr edən
Quran (2: 144) ayəsi də vardır. Bəzi alim-
lərin fikrincə buna səbəb yəhudilərin İslamı
qəbul etməməkləri və müsəlmanlarla anlaş-
malarının pozulması olmuşdur. Bu ayə Məd-
inədə 
yəhudilərin 
peyğəmbər 

müsəlmanlara qarşı yaydıqları yalanlara görə
nazil olmuşdur. Onlar peyğəmbərin qiblənin
harada yerləşdiyini bilmədiyini, onun yerini
ona onların göstərdiyini deyirdilər. Bunu
eşidən Məhəmməd peyğəmbər, Allaha dua
edib müsəlmanlar üçün yeni qiblənin
müəyyən edilməsini istəmişdir. Yuxarıdakı
163
QİBLƏ  

ayə də məhz buna görə nazil olunmuşdur.
Beləliklə, o zamandan günümüzə qədər qiblə
Məkkədəki Məscidul-Haram olmaqdadır. 
QİRAƏT – ənənəvi olaraq qəbul olun-
muş qaydaya uyğun Quranın oxunmasıdır.
Quranın tarix boyu formalaşmış bir neçə ox-
unuş qaydaları vardır. Rəvayətlərə görə on-
ların sayı yeddidir və onların tarixi
Məhəmməd peyğəmbərin dövrünə gedib
çıxır. Ancaq, əslində isə tarixdə qiraətlərin
sayı daha çox olmuşdur. Dövrümüzdə isə
Quranı əsasən üç qiraətdə oxuyurlar. Onlar-
dan ən geniş yayılanı Asimin qiraətidir.
Müasir müsəlmanların çoxu Quranı bu qi-
raətlə oxumağa çalışırlar. Quranlar da buna
uyğun dərc olunmaqdadır. Şimali Afrikada
Nafinin, Sudanda isə Əbu Əmrin qi-
raətlərindən müəyyən qədər istifadə edilir. 
QİSAS  –  şəriət məhkəməsinin hökmü
ilə qatildən intiqam almaq hüququdur.
Quranın 2: 178-179, 5: 45, 17: 33 ayələrində
qisas haqqında məlumat verilmişdir. Ancaq,
qətlə yetirilən şəxsin qisası pulun və ya başqa
maddi vəsaitin ödənilməsi ilə də əvəz edilə
bilər (Quran 5: 45). 
İslam alimləri qisasın tətbiq edilməsinın
vacib  olduğunu israr etmişdirlər. Belə ki,
qətlə yetirilmiş insanın yaxınları qatili
bağışlayıb ondan şəriətlə müəyyən edilmiş
məbləğdə maddi təzminat ala bilərlər. Bu an-
laşma alınsa o zaman qisas tətbiq edilmir.
Qətlə yetirilmiş insanın əvəzində müəyyən
qədər maddi təzminatın ödənilməsinə isə
diyət deyilir. Bu məbləğ bəzi məzhəblərə
görə 100 dəvə və ya 200 öküz, ya da 2000
qoyunun dəyəri qədərdir. Dəymiş zərərə görə
diyətin məbləği konkret hadisədən asılı
olaraq dəyişir. Bir çox hallarda bu məbləğ
qətlə yetirilmiş insanın diyətinin yarısı
qədərdir. 
Qisas yalnız adam qəsdən qətlə yetir-
ildikdə tətbiq edilir. Qəsd olmadan hadisə baş
veribsə, onda qisas tətbiq olunmur. Bu halda
sadəcə diyət ödənilir. Qisas yetkinlik yaşına
çatmamış uşaqlara və ya dəlilərə qarşı tətbiq
olunmur.
QİYAM – ayaq üstündə durmaq və ya
namazı ayaq üstündə duraraq qılmaqdır. Bu
namazın rüknlərindən biridir. Qiyam gündə
beş dəfə qılınan namazlarda ayaq üstündə
dura bilən müsəlmanlar üçün vacibdir.
Qiyamdan sonra namaz qılan müsəlman
rüku, sonra isə səcdə hallarında olur.
Qiyamın  vacibliyi Quranda (2: 238) təsbit
edilmişdir. Namazda qiyam halında təkbir,
sonra “Fatihə” və daha bir neçə Quran ayəsi
oxunur. Hənəfilər, şafiilər və hənbəlilər
qiyamda olarkən əllərini köbəklərinin
üstündə bağlayaraq saxlayırlar. Ancaq, ma-
liki, zeydi və cəfəri məzhəblərində namaz
əllər açıq vəziyyətdə qılınır.
QİYAMƏT – bax: AXİRƏT.
QİYAMÜL-LEYL –  vacib olan gecə
namazından sonra sübh açılana qədər qılı-
nan müstəhəb namazıdır. Rəvayətlərə görə
bu namazın böyük savabı olsa da, onun qılın-
ması vacib deyildir. Bu namaza “təhəccüd
namazı da deyirlər. Təhəccüd namazı da
digər müstəhəb namazlar kimi qılınır. Hədis-
lərin birində “Təhəccüd” namazının fəziləti
haqqında Məhəmməd peyğəmbər demişdir:
“Vacib namazdan sonra ən fəzilətli namaz
gecə namazıdır”. Bu namazı qılan müsəlman
qiraət məsələsində azaddır. Ayrıca, bu namaz
iki rükətdən artıq qılınarsa, ikinci rükətdən
sonra bir salam vermək məsləhət görülür.
Əgər dörd rükət qılınarsa, o zaman ikinci
rükətdən sonra sadəcə “təhiyyat” oxunur,
“salli-barik” duası isə oxunmur. 
QİYAS – müctəhid və ya fiqh aliminin
fiqhdə hər hansı bir problem barəsində
Quran və hədislərin əsasında həll olunmuş
məsələlərə bənzər hökmün verməsidir. Bu
analogiya metodu adlanır. Bir çox hüquqi
164
QİRAƏT

problemlər barəsində Quran və hədislərin
əsasında birbaşa hökm vermək mümkün ol-
madığına görə müctəhidlər qiyas üsulunu is-
tifadə edirlər. Qiyası istifadə edən
ilahiyyatçılar Quranın 47: 10, 45: 21, 38: 28
kimi ayələrini buna dəlil göstərirlər. 
Qiyas  Hənəfi, Şafii, Maliki və Hənbəli
məzhəblərində Quran, hədis, icmadan sonra
ictihadın dördüncü mənbəyidir. Bu metod
yalnız hüquqi problemin Quran və  hədis-
lərdə, eləcə də müsəlman ilahiyyatçılarının
hökmlərində olmadığı hallarda istifadə edilir.
Birinci üç qaynaq əsasında çıxarılmış hök-
mdən fərqli olaraq qiyasla verilmiş hökmün
icrası  vacib deyil, yalnız tövsiyə xarakteri
daşıyır. 
Müsəlman ilahiyyatçıları arasında qiyasla
verilmiş hökmlərin dini baxımdan dəlil sayıl-
ması və ya sayılmamağı haqqında birmənalı
fikir yoxdur. Əbu Hənifə, Məhəmməd ibn
İdris Şafii və Malik ibn Ənəs onu hökmlərin
verilməsində dini dəlil saymışdırlar. Əhməd
ibn Hənbəl qiyasa müəyyən qədər şübhə ilə
yanaşsa da, onu tanımışdır. Zahirilər,
cəfərilər və zeydilər isə qiyasa qarşı çıxaraq
onu dini dəlil kimi qəbul etmir, onu insan
düşüncəsinin məhsulu sayır və buna dair
Quranın 49: 1, 6: 38, 17: 36 ayələrini dəlil
gətirirlər. Qiyası dəlil kimi tanımayan bu
məzhəblər onu müctəhidin rəyi  ilə əvəz
edirlər. 
QUBA – Məhəmməd peyğəmbərin hic-
rətdən sonra ilk məscidin tikildiyi Mədinə
şəhərinin yaxınlığındakı kiçik bir mən-
təqənin adıdır. Bu məscid ilk müsəlman ic-
masının tarixində müəyyən vaxt böyük rol
oynamışdır. Rəvayətlərə görə peyğəmbər
şənbə günlərinin sübh namazlarını bu məs-
ciddə qılmışdır. Buna görə də bu məsciddə
sübh namazın qılınması indi də müsəlmanlar
üçün savab sayılır.
QUBBƏTÜS-SAHRA – Qüdsdə Əməvi
xəlifəsi Əbdül-Malik ibn Mərvanın 66/684-
72/691-ci illərdə tikdiyi məsciddir. Bu məs-
cid qaya üzərində inşa edildiyinə görə bu adı
(qayanın günbəzi) daşımaqdadır. Bu məscid
Məhəmməd peyğəmbərin meraca yüksəldiyi
yerdə inşa edilmişdir. Buna görə də İslamda
müqəddəs yerlərdən biri hesab edilir. 
QUNUT – namazda oxunan duadır. Bu
duanı  hənəfilər vitr namazının üçüncü
rükətindəcəfərilər bütün namazların ikinci
rükətlərində rükudan əvvəl, şafiilər və ma-
likilər isə sübh namazının ikinci rükətində
rükudan əvvəl oxuyurlar. Qunut yalnız qiyam
halında oxunur.
QURABİLƏR – ifrat şiə təriqətlərində
birinin adıdır. Səbailər kimi onlar da Əli ibn
Əbu Talibi tanrılaşdıraraq  Məhəmməd
peyğəmbərdən daha üstün insan hesab
edirdilər. Qürabilərə görə Allahdan vəhy
gətirmiş mələk səhv edib onu Əliyə deyil,
Məhəmmədə çatdırmışdır. 
QURAN – İslamın müqəddəs kitabıdır.
İlahiyyatçılara görə Quran vəhy yolu ilə
Məhəmməd peyğəmbərə  Allah tərəfindən
nazil edilmiş, sonra isə kitab halına salın-
mışdır. Quran sözü ərəb dilində “qiraət” (ox-
umaq, əzbərdən demək) mənasını
verməkdədir. Quranın 114 surəsi vardır.
Surələr isə  ayələrdən ibarətdirlər. Rə-
vayətlərə görə Məkkədə nazil olmuş ayələr
Məkkə,  Mədinədə  nasil olmuş ayələr isə
Mədinə ayələri adlanırlar. İslamda etiqadi
məzhəblər arasında Quranın əzəli və əbədi
olması haqqında fikir ayrılığı vardır. 
Rəvayətlərə görə Məhəmməd peyğəm-
bərə nazil edilən Quran ayələri ilkin dövr-
lərdə səhabələr tərəfindən əzbər öyrənilirdi.
Peyğəmbərin vəfatından sonra isə Quranın
bir kitabda toplanılması ehtiyacı ortaya
çıxmışdır. Rəvayətlərə görə xəlifə Əbu Bəkr
bu işi Zeyd ibn Sabitə tapşırmışdır. Bununla
yanaşı Quran katibləri arasında Əli ibn Əbu
Talib, Abdullah ibn Məsud kimi səhabələr də
165
QURAN

olmuşdur. Buna görə də müsəlmanlar müx-
təlif nüsxələrdən və şifahi ənənədən istifadə
edərək Quranın qiraəti ilə məşğul olurdular.
Buna görə də, xəlifə Osmanın hakimiyyəti
dövründə bütün müsəlmanlar üçün tək
nüsxənin hazırlanması işinə başlanmışdır. Bu
məqsədlə Zeyd ibn Sabitin rəhbərliyi altında
heyət təyin olunmuşdur. O heyət mövcud
olan yazılardan və şifahi ənənədən istifadə
edərək Quranın indiki variantını ərsəyə gətir-
mişdirlər. İlk yazılan Quran nüsxəsi peyğəm-
bərin həyat yoldaşı Həfsə bint Ömərin evində
saxlanılmışdır. Bundan sonra xəlifə Osmanın
əmri ilə Quranın bütün digər nüsxələri məhv
edilmişdir. 
Müsəlmanlar illər boyu xəlifə Osman
dövründə bir araya gətirilmiş Quran
surələrini olduğu kimi yazıb oxumuşdurlar.
Quranın oxunmasını asanlaşdırmaq üçün
hərf altı və hərf üstü nöqtələr, sait hərfləri
əvəz edən hərəkələr əlavə edilmişdir. Bu işi
ilk dəfə Əbül-Əsvəd Düali (681-ci ildə vəfat
etmişdir) icra etmişdir. Bilindiyi kimi ərəb
yazısında yalnız samit hərflər yazılır, saitlər
(ə, i, u kimi hərflər) isə ehtiyac yarananda
“hərəkə” deyilən işarələrlə göstərilir. Əbül-
Əsvəd Düali hərəkələri nöqtələrlə göstərirdi.
Nöqtələrin hərflər üzərində qoyuluşundan
asılı olaraq samit hərflərdən sonra saitlər də
oxunurdu. Bu metod o dövrdə geniş
yayılmışdır. Ancaq nöqtələr şəklindəki
işarələr problemlər də yaradırdı. Çünki, ərəb
əlifbasında ayrı-ayrı samit hərflər də
nöqtələrlə bir-birindən fərqləndirilirdi. Bu da
oxunuşda anlaşılmazlıqlar yaradırdı. Buna
görə də, Nasir ibn Asim adlı Quran hafizi,
sait hərfi ifadə edən daha bir nöqtəni əlavə
etmişdir. Daha sonra başqa bir Quran hafizi
Xəlil ibn Əhməd sait hərfləri xətlərlə
(hərəkələrlə) əvəz etməyə başlamışdır. Onlar
bir qədər çəpinə samit hərflərin üzərində və
altlarında qoyulurdu. Bunlardan başqa qiraəti
asanlaşdırmaq üçün daha bir neçə işarə də
daxil edilmişdir. Həmən işarələr və hərəkələr
bu gün də Quran mətnlərində yer almaqdadır.
Məkkə dövründə ayələrin nüzul səbəbi
daha çox tövhid, peyğəmbərlik, axirət, əxlaq
və mənəviyyat ilə əlaqədar məsələlərə aid ol-
muşdur. Məhəmməd peyğəmbər Mədinəyə
hicrət etdikdən sonra isə ayələrinin məz-
munu daha çox fiqhi və iqtisadi, sülh və
müharibə problemlərinə, ailə münasi-
bətlərinə, eləcə də digər ictimai problemlərə
həsr edilmişdir. 
İslam inancına görə məna və üslubuna
görə Qurana bənzər heç bir kitab yoxdur
(Quran, 10: 38). Buna görə də, o Allahın
möcüzəsi kimi dəyərləndirilir. Bundan başqa
İslama görə Quran təkcə Ərəblər üçün deyil,
bütün bəşəriyyətə göndərilmiş ilahi kitabdır
(Quran, 21: 107). 
QURBAN – Allah rizası üçün müəyyən
olunmuş günlərdə heyvanlardan bəzilərinin
(qoyun, keçi, dana, dəvə olmaqla) kəsilməsi
adətidir. Bu  adətə müsəlman ənənəsində
böyük əhəmiyyət verilir. Qurbanın kəsilməsi
Allaha ibadət və ona hədsiz bağlılığın
əlaməti sayılır. Quranda Allaha qurbanın
kəsilməsi haqqında (108: 2, 6: 162, 22: 34)
bir neçə ayədə vardır. Qurbanlıq olan dəvə,
inək, ya da qoyun kimi iki dırnaqlı heyvanlar
hər il Zülhiccə ayının 10-da keçirilən Qurban
bayramında kəsilir. Qurban kəsmək istəyən-
lər həcc mərasimində Zülhiccənin 1-dən 10-
a qədər ehtiyac olmadan dırnaqları və
saçlarını kəsməməlidirlər.
İslam
alimlərinin çoxu qurbanın
kəsilməsini savab, başqaları isə vacib əməl
sayırlar. Hər bir kəs özü, ya da ailəsi üçün
qurban kəsə bilər. Qurbanın kəsilməsini
vəsiyyət etmiş, bunun üçün pul ayırmış ölən
adamın yerinə də qurban kəsilə bilər. Bir
nəfər bir qoyun, yeddi nəfər bir dəvəni və ya
inəyi qurban kəsə bilərlər. Adətə görə qur-
banı  niyyət edən insan heyvanı özü kəssə
daha yaxşıdır. Hər-hansı bir səbəblər
üzündən bunu edə bilməsə, onda onun yerinə
qurbanı başqa adam da kəsə bilər. Belə
olarsa, qurbanı niyyət edənin özünün hey-
166
QURBAN

vanın kəsilməsində iştirak etməsi məsləhət
görülür. Onun həmin gün qurban kəsilənə
qədər heç nə yeməməli, ilk olaraq qurbanlıq
ətini dadmalıdır. Qurbanlıq heyvanın əti üç
yerə bölünür. Bir hissəsi kəsənin ailəsinə, ik-
incisi yoxsullara paylanılır, üçüncüsü isə
hədiyyə kimi verilir. Qurbanlıq ətini əsasən
müsəlmanlara verirlər. Qohum və ya qonşu
olan qeyri-müsəlmanlara da verilə bilər. Qur-
banlıq heyvanının ətini satışa çıxartmaq
olmaz. Heyvan kəsilərkən onu sol yanına
yıxmaq lazımdır. Heyvanın boğazı qarşısında
qanının axıdılması üçün yarım metrə qədər
çuxur qazılmalıdır. Heyvanın hər iki ön və
bir arxa ayaqları birlikdə bağlanmalıdır. Yal-
nız arxa ayağı açıq qalmalıdır. Müsəlman
qurban kəsdikdə ilk olaraq niyyət edərək Al-
lahın adını çəkir, sonra iti bıçaqla heyvanın
boğazındakı iki əsas qan damarlarını
kəsilməlidir. Bu zaman heyvanı bərk saxla-
maq lazımdır ki, onun qanı tam axsın. Bun-
dan sonra onun başı üzülməlidir. Müsəlman
adətinə görə başqa vaxtlarda da heyvanlar
belə kəsilməlidir. Şəriət  qaydası ilə
kəsilməmiş heyvanın ətinin yeyilməsi müsəl-
manlar üçün haram edilmişdir. 
QURBAN BAYRAMI – bax: İDƏYN.
QUREYŞ – qədim Məkkənin ictimai və
siyasi həyatında böyük rol oynamış tanın-
mış ərəb qəbiləsidir. O, başqa ərəb qəbilələri
arasında çox nüfuzlu olmuşdur. Onların gü-
clənməsində başçıları olmuş Qüseyb ibn Ki-
labın (hicrətdən öncə II yüzillikdə
yaşamışdır) rolu böyük olmuşdur. Məhəm-
məd peyğəmbər də Qureyş qəbiləsinə mən-
sub idi. İslama gələn qüreyşlilər Xilafətə
başçılıq etmişdirlər. Bütün Raşidi xəlifələri,
Əməvilər və Abbasilər bu qəbilədən olmuş-
durlar.
QURTUBİ MƏHƏMMƏD (671/1273-
cü ildə vəfat etmişdir) – görkəmli din alimi,
təfsirçi və mühəddis olmuşdur. O,  maliki
məzhəbinin və əşəri kəlamının (I) ardıcılı
kimi tanınmışdır. Kordovada əkinçi ailəsində
anadan olmuşdur. Kiçik yaşlarından müxtəlif
elmlərə, ərəb dilinə, ərəb poeziyasına maraq
göstərmiş, daha sonra isə ilahiyyat elmlərini
zamanının tanınmış alimlərindən öyrən-
mişdir. Kordovanı, eləcə də İspaniyanın
başqa müsəlman şəhərləri xristianlar
tərəfindən alındıqdan sonra Qurtubi Misirin
İsgəndəriyyə şəhərinə, sonra isə Qahirəyə
köçmüşdür. Daha sonra Əsyüt şəhərinin şi-
malında yerləşən bir kənddə yaşamış, orada
da 671/1273-cü ildə vəfat etmişdir. 
Qurtubi çoxlu sayda əsərlərin müəllifi ol-
muşdur. Onlardan ən tanınmışı “Ət-
Təzkirətü fil-Əhvalül - Məvt val- Ümürul -
Axirə” (Axirətdəki hadisələr və oradakı həy-
atın təfərrüatları) idi. Bu kitabda ölümlə bağlı
problemlərdən, insanın ölümündən sonrakı
durumundan, Qiyamət günü ilə bağlı hadis-
ələrdən,  cənnət
və  cəhənnəmdən
söz
açılmışdır. Daha bir tanınmış əsəri “Əl-Cami
li Əhkamil-Quran vəl-Mübəyyin Limə
Tədəmmənəhu minəs-Sünnə va Ayil Fürqan”
(Hədisləri ilə ayələri göstərməklə Quranın
qaydaları) kitabıdır.
QUŞEYRİ ƏBDÜL-KƏRİM (375/986
– 464/1072) – görkəmli sufi alimlərindən
biri, şafii fəqihi və əşəri kəlamçısı (I) olmuş-
dur.  Nişapur yaxınlığında doğulmuşdur.
Erkən yaşlarından müxtəlif dini elmləri
öyrənmişdir. Tanınmış alimlərdən dərs almış,
sonra isə müəllimlik etmişdir. 
439/1048-ci ildə Nişapurda dini
mübahisələrin sonunda əşəri-şafii və ma-
turidi-hənəfi  məzhəblərinin  mənsubları
arasında qarşıdurma baş vermişdir. Ma-
turidilər Səlcuqlu hakimiyyəti tərəfindən
dəstəkləndiyi üçün əşərilərin narazılığına
səbəb olmuşdur. Quşeyri də əşərilərin fəal-
larından olduğu üçün təqiblərə məruz
qalmışdır. Ancaq sonra xəlifə Qaimin
sarayında çalışmışdır. 
O, 455/1063-cü ildə Nişapura qayıtmış,
burada pedaqoji və elmi fəaliyyətini həy-
167
QUŞEYRİ ƏBDÜL-KƏRİM

atının sonuna qədər davam etdirmişdir.
Quşeyri İslam ilahiyyatı və fiqh sahələrində
çoxsaylı əsərlərin müəllifi idi. Onlardan ən
tanınmışlarından biri təsəvvüfün tarixi,
dünyagörüşü və mərasimlərinə həsr edilmiş
“Risalətül- fil-İlmi əs-Sufi” kitabıdır. Bu
əsərdə sufilərin terminologiyasını açıqlan-
mış, tanınmış sufilərin bioqrafiyalarını ver-
mişdir. Quşeyri ənənəvi İslamı sufiliklə
uyğunlaşdırmaq, onların arasındakı qarşıdur-
manı aradan qaldırmaq yolunu tutmuşdur. 
QÜDS – həm yəhudi, həm xristian, həm
də müsəlmanlar üçün müqəddəs hesab
edilən bir şəhərdir. Qüds müsəlmanların ilk
qibləsi olmuşdur. Məhəmməd peyğəmbər bu-
radakı Süleyman məbədinin xarabalıqların-
dan merac etmişdir. Xəlifə Ömər və Əməvi
xəlifələrinin inşa etdirdikləri Əl-Əqsa məs-
cidi də Qüdsdə yerləşir. Onun yaxınlığında
Məhəmməd peyğəmbərin meraca yüksəldiyi
Qübbətüs-Sahra adlanan yer və o yerdə
ucaldılmış məscid də vardır. Məscidlər kom-
pleksində müsəlmanların dini məktəbləri və
kitabxanaları da fəaliyyət göstərirdi. 
Qüdsdə ən qədim dövrlərdə müxtəlif
Kənan qəbilələri yaşamışdırlar. Rəvayətlərə
görə bu yerləri israillilərin kralı olmuş Davud
istila etmiş, onu dövlətinin paytaxtı etmişdir.
Miladi təqvimlə eramızdan öncə 965 – 928
illərdə bu dövlətə Süleyman başçılıq et-
mişdir. Rəvayətlərə görə o zaman ölkə çox
güclənmişdir. Yenə rəvayətlərə görə Süley-
man şəhərdə bərpa işləri aparmış, orada
çoxlu yeni binalar inşa etdirmişdir. Onun
göstərişi ilə atasının dövründə ucaldılmağa
başlanmış məbədin tikintisi tamamlanmışdır. 
Süleymanın ölümündən sonra ölkə
parçalanmış, onun yerində İsrail və
Yəhudiyyə çarlıqları yaranmışdır. Miladi
təqvimlə eramızdan əvvəl 928 – 586-ci il-
lərdə Qüds Yəhudiyyənin paytaxtı olmuşdur.
586-cı ildə isə Babil çarı  Buhtunnəsr
Yerusəlimi ələ keçirərək onun bütün sakin-
lərini əsir götürmüşdür. Rəvayətlərə görə
“Babil əsarəti” adlanan bu dövr 70 il sür-
müşdür.
Daha sonra Babili iranlılar darmadağın
etmiş, sonra isə İran şahı yəhudilərə Kənana
qayıtmağa icazə vermişdir. O dövrdə Qüds
faktiki olaraq özünü idarə edən şəhər olmuş-
dur. Şəhərə qayıtmış yəhudilər, Buhtunnəsrin
dağıtdığı məbədin yerində yenisini inşa et-
mişdirlər. Onu “İkinci məbəd” adlandırırlar. 
Müəyyən vaxtdan sonra iranlıları make-
doniyalı İsgəndər məğlub etmişdir. Onun
ölümündən sonra isə Yaxın və Orta Şərqdə
bir neçə yunanlar tərəfindən idarə olunan
ölkələr yaranmışdır. Yəhudi dövləti də, öncə
Misir, sonra isə Suriya hökmdarlarına tabe
olmağa məcbur olmuşdur. Sonda, miladi
təqvimlə eramızdan əvvəl 197-ci ildə
Yəhudiyyə Suriyanın tərkibinə qatılaraq
müstəqilliyini itirmişdir. O zaman yəhudilər
ağır bir dövr keçirmişdirlər. Suriya kralları
Yəhudiyyəni talamış, yəhudiləri zorla yunan-
laşdırırdılar. Çoxlu sayda yəhudi Suriyaya,
Misirə, eləcə də başqa bölgələrə sürgün
edilmişdirlər. Bu siyasət Suriya kralı IV An-
tioxus Epifanın dövründə daha da qızışmış
və dözülməz həddə çatmışdır. O yəhudi
dinini qadağan etmiş, hamını yunan tan-
rılarına etiqad etməyə məcbur etmişdir.
Bu şəraitdə yəhudilər üsyana qalxmışdır-
lar. Üsyançılara Yəhuda Makkabi adlı tanın-
mış bir yəhudi və onun qardaşları başçılıq
etmişdirlər. Tarixdə bu hadisələrə “Makkabi
savaşları” deyilir. Miladi təqvimlə eramızdan
əvvəl 142-ci ildə Simon Makkabinin
başçılığı altında yəhudilər Yəhuduyyəni
suriyalılardan təmizləmiş, öz müstəqillik-
lərini elan etmişdirlər. Ancaq çox keçmədən
daxili qarşıdurmalar bu ölkəni yenə də zəi-
flətmişdir. Yəhudi cəmiyyəti bir-birinə qarşı
duran “feruşim”, “sadok” və “essen” adlanan
üç təriqətə bölünmüşdür. Bu qarşıdurmalar-
dan istifadə edən Roma imperatorları
Yəhudiyyəni özlərinə tabe etdilər. Miladi tar-
168
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin