QÜDS
ixlə bizim eramızın 66 – 73-cü illərində
yəhudilər Romaya qarşı üsyana qalxdılar.
Ancaq, igidcəsinə vuruşduqlarına baxma-
yaraq sonda ağır məğlubiyyətə uğradılar.
Qüdsə girən romalılar şəhəri tutmuş və ta-
lamışdırlar.
Miladi tarixlə 132 – 135-ci illərdə
yəhudilər yenidən Roma imperiyasına qarşı
üsyana qalxdılar. Bu dəfə onlara özünü
Məsih elan etmiş Bar Kohba adlı bir kəs lid-
erlik edirdi. Ancaq onlar yenə də ağır məğlu-
biyyətə uğradılar. Romalılar Qüdsə girərək
yəhudilərin “İkinci məbədini” dağıtmış, onun
yerində Roma tanrılarının şərəfinə bir məbəd
ucaltmışdırlar. Onlar Qüdsün adını da dəy-
işmiş, sakinləri isə şəhərdən sürgün et-
mişdirlər. Bundan sonra şəhər İliya
adlandırılmışdır. Xristianlıq dövründə də
şəhər belə adlanırdı.
Miladi təqvimlə 614-cü ildə İran və
Bizans (Şərqi Romanın) müharibəsi
nəticəsində İliyanı (Qüdsü) iranlılar işğal et-
dilər, on üç ildən sonra isə Bizans imperatoru
Herakleus onu geri qaytara bilmişdir.
Hicrətin 15-ci ilində (miladi 636-ci ildə)
müsəlmanlar Bizansı ağır məğlubiyyətə
uğratmış və nəticədə Bizanslılar Qüdsü
müharibəsiz müsəlmanlara təslim etdilər.
Bundan sonra şəhər 429/1099-cü ilə qədər
müxtəlif müsəlman hökmdarları tərəfindən
idarə olunurdu. Sonra isə Avropadan gələn
xaçlılar Qüdsü ələ keçirdilər. 583-cü (miladi
tarixlə 1187-ci) ildə sultan Səlahəddin Qüdsü
xaçlılardan təmizləmişdir. Bundan sonra
şəhəri yenə də müxtəlif müsəlmanların
idarəsi altında olmuşdur. Sonra isə Qüds Os-
manlı imperiyasının tərkibinə qatılmışdır.
Miladi tarixlə 1917-ci ildə Qüdsü ingilis-
lər işğal etmişdirlər. 1920 – 1947-ci illərdə
şəhər ingilislərin qurduğu Fələstin vilayə-
tinin inzibati mərkəzi olmuşdur. 1947-ci ildə
Birləşmiş Millətlər Təşkilatının qərarı ilə
Qüdsə müstəqil şəhər statusu verilmişdir.
Ancaq, 1948 – 1949-cu illərdə baş vermiş
Fələstin-İsrail müharibəsindən sonra şəhər
İordaniya və İsrailin arasında ikiyə bölün-
müşdür. 1967-ci ildə Fələstin-İsrail
müharibəsindən sonra Qüds İsrail dövlətinin
tərkibinə keçmişdir.
QÜDSİ HƏDİSLƏR – Allah tərəfindən
Məhəmməd peyğəmbərə vəhy edilmiş,
ancaq Quranda yer almayan kəlamlarıdır.
Müsəlman ənənəsinə görə bu hədisləri Allah
Məhəmməd peyğəmbərə yuxuda və ya
Cəbrailin vasitəsi ilə bildirmişdir. Qüdsi
hədisləri Quran ayələrindən ayıran xü-
susiyyətlər vardır. Məsələn, bütün qüdsi
hədislər “Ey mənim qullarım...” sözləri ilə
başlayır. Bundan başqa onlarda peyğəmbərin
söylədiyinə görə “Allah belə demişdir...” sö-
zlərinə də rast gəlmək mümkündür. Qüdsi
hədislərin üslubu və quruluşu Quran ayələri
kimi deyildir. Onlar sayca azdır və əhəd
hədislər vasitəsi ilə günümüzə gəlib çat-
mışdır. Quran ayələri namazda oxunur, qüdsi
hədislər isə oxunmur.
QÜSUL – dinin müəyyən etdiyi qay-
dalara əsasən bütün bədənin su ilə təmi-
zlənməsidir. Qüsulun alınması haqqında
Quranda ayə (5: 6) mövcuddur. Qüsulu cinsi
əlaqədən, məninin ifraz olmasından, heyz və
doğumdan sonra almaq vacibdir. Qüsul -
təmiz su ilə bədənin hər bir yerinin yuyul-
ması ya da təmiz axar suya girmək yolu ilə
reallaşır. Adətə görə qüsul alarkən niyyət
edilməli, ağız və burun yaxalanmalı, sonra
baş və bütün bədən yuyulmalıdır. Müc-
təhidlər qüsulu təklikdə almağın üstün ol-
masını iddia edirlər. Ancaq buna imkan
olmasa hamamlarda övrət yerlərini örtmək
şərti ilə başqa adamların olduğu yerlərdə
qüsul alına bilər. Qüsul aldıqdan öncə bütün
bədən kisələnir, sabun və başqa bu kimi
təmizləyici vasitələrlə təmizlənməlidir.
Yuyunduqdan sonra bədəni qurulamaq
lazımdır. Bəzi ilahiyyatçılar hesab edirlər ki,
169
QÜSUL
qüsul alanda üzü qibləyə durmaq olmaz.
Fiqhə görə vacib qüsuldan başqa müstəhəb
qüsul da vardır. Onu cümə günlərinin, Ra-
mazan və Qurban bayramlarının namazlarını
qılmaq üçün alırlar. Həccdə də müstəhəb qusl
alınır. İslamı qəbul etdikdə, Məkkə və Mə-
dinə şəhərlərinə getdikdə, uzaq səfərlərdən
qayıtdıqda da qüsul almaq tövsiyə edilir.
Adətə görə qüsulu gərəkdirən hallarda
Quran oxumaq, onun səhifələrinə toxunmaq,
məscidə girmək olmaz. Doğumdan sonra
namaz qılınmır. Heyz halında olan qadınlar
da namaz qılmamalı, oruc tutmamalıdırlar.
Bu hallarda olan qadınların qıla bilmədikləri
namazları bağışlanır. Ancaq Ramazan ayında
buraxılan oruc günlərinin qəzasını (II) yerinə
yetirməlidirlər.
QÜTB – sufilikdə ən yüksək məqamına
çatmaqdır. Qütb Tanrı ilə insanlar arasında
vasitəçi kimi “kamil insan”ın bariz nümunə-
sidir. Qütblər sufi təriqətlərinin başçılarıdır-
lar. Sufilər hesab edirlər ki, qütblərin gizli
biliklərə sahibdirlər. Hər bir mürşid qütb ol-
maya bilər, ancaq hər bir qütb həm də
mürşiddir. Sufilərin iddialarına görə dünyada
sayılı qütblər vardır ki, onlar dünyanın
düzənini tənzimləyən Allaha yaxın insan-
lardır.
QÜTB SƏİD (1324/1906 – 1386/1967)
– islahatçı, ictimai xadim və siyasətçi ol-
muşdur. O, Misirin Əsyüt şəhəri yaxınlığın-
dakı bir kənddə doğulmuşdur. Uşaq
yaşlarından hafiz olmuşdur. 1338/1920 –
1357/1939-cu illərdə ilkin təhsilini aldıqdan
sonra Qahirəyə köçmüş, orada liseyi bitirmiş
və universitetə daxil olmuşdur. O, orada
müxtəlif elmləri və xarici dilləri öyrənmişdir.
Təhsilini bitirdikdən sonra müəllimlik etmiş,
özünü yazıçı kimi də tanıtmışdır. Onun
məqalələri Misirin qəzet və jurnallarında
yayımlanırdı. Sonra o, İslam irsinin müxtəlif
sahələrinə aid müxtəlif mövzularda çoxlu
sayda kitablar yazmışdır.
Səid Qütb Qərb həyat tərzini tənqid
etmiş, ancaq İslam üzərində qurulmuş
cəmiyyəti ideal saymışdır. Bu məsələyə
1367/1948-ci ildə dərc edilmiş “İslamda
sosial ədalət” kitabında toxunmuşdur.
1368/1949-cu ildə Qütb Amerikaya köçmüş,
orada 2 ilə yaxın yaşamışdır. Oradan qayıt-
dıqdan sonra Müsəlman qardaşları təşki-
latına daxil olmuş, onun ideoloqlarından
birinə çevrilmişdir. O həm də, bu təşkilatın
buraxdığı qəzetin redaktoru olmuşdur.
Qəzetin səhifələrində dünyəvi həyat və
dünyagörüşü, eləcə də dinin dövlətdən ayrıl-
ması prinsiplərini rədd edirdi. Səid Qütbə
görə bu ideyalar İslam dininin ruhuna ziddir.
Eyni zamanda Qütb “Əl-Əzhar” universite-
tinin bir çox müsəlman ilahiyyatçılarının da
mühafizəkarlığını, müasir həyata uyğunlaş-
mamaqlarını və köhnə üsullarda qaldıqlarını
qeyd edərək onları tənqid etmişdir. “Quranın
kölgəsi altında” iri həcmli kitabında o,
Qurana müasir baxışı ortaya qoymuşdur.
Buna görə də, onun bu əsəri təfsir kimi
dəyərləndirməmişdir.
1373/1954-cü ildə Misir prezidenti C. Ə.
Nasirə qarşı sui-qəsd təşkil olunmuşdur.
Sonra bu iş üzrə Müsəlman qardaşlarını mə-
suliyyətə cəlb etmişdirlər. Bundan sonra
təşkilat şiddətli təqiblərə məruz qalmışdır. O
zaman Səid Qütb də, təşkilatın başqa liderləri
ilə birlikdə tutulmuş, məhkəmənin qərarı ilə
15 il müddətinə azadlıqdan məhrum
edilmişdir. Lakin 10 ildən sonra 1384/1964-
cü ildə azadlığa buraxılmışdır. Onun sonuncu
kitabı “Gedilən yoldakı nişanələr” olmuşdur.
Sonra o, 1386/1966-cı ildə dövlətə qarşı
cinayətlərdə günahlandırılaraq yenə də həbs
olunmuş və edam edilmişdir.
170
QÜTB
L
LAT
– İslamdan öncə ərəblərin
tapındığı tanrılardan biri olmuşdur. Latın
bütü Taifdə yerləşirdi. Latı Səqif qəbiləsi
mühafizə edirdi. Örtüklə örtülmüş büt ağ
qayanın üstündə yerləşdirilmiş, ətrafında isə
tapınma yeri qurulmuşdur. Bu bütün xid-
mətçiləri də vardı. Məhəmməd peyğəmbərin
əmri ilə Lat və onun tapınma yeri dar-
madağın edilmişdir.
LƏHƏB – şölələnən atəş mənasını
verən bir sözdür. Quranın 5 ayədən ibarət
olan 111-ci surəsi bu adla adlanır. Bu
Məkkədə nazil olmuş surədə İslamın və
Məhəmməd peyğəmbərin ən azğın düşmən-
lərindən biri olmuş Əbdül-Üzzənin cəhən-
nəm odunda yanacağı bildirilmişdir. Buna
görə Əbdül-Üzzə burada Əbu Ləhəb (od
atası) adlandırılmışdır.
LƏQƏB – müəyyən xüsusiyyətlərinə və
ya əməllərinə görə insana verilən ikinci ad
və ya ayamadır. İslam əxlaqına görə ləqəb
insanın hər hansı bir üstün xüsusiyyətini
qabartmaq üçün verilir. İslam əxlaqına görə
insanı alçaltmaq və ya lağa qoymaq üçün
ləqəb vermək olmaz. İslam öndərlərinin çox-
unun ləqəbləri olmuşdur.
LƏVAT – fiqhə görə qadağan olunmuş
eyni cinsdən iki insanın seksual yaxın-
lığıdır. Müctəhidlərin fikrincə Quranda buna
dəlalət edən ayələr (7: 80-81) vardır. Maliki,
hənbəli və cəfəri məzhəblərində homoseksu-
allar günahları sübuta yetirilsə subay ya evli
olmasından asılı olmayaraq rəcm olunurlar.
Şafiilərdə isə homoseksuallığı yasaqlanmış
cinsi yaxınlıq kimi dəyərləndirirlər. Ancaq,
bu məzhəbdə cinsi əlaqədə olan homoseksu-
alların evli olub-olmamaqları araşdırılır. Ho-
moseksual insan evli olarsa onda o, daşqalaq
edilərək öldürülməlidir. Subay olarsa şal-
laqlanaraq sürgün edilməlidir. Hənəfilərdə
isə homoseksuallıq yasaqlanmış cinsi yaxın-
lıq kimi deyil, ağır cəza ilə cəzalandırılan bir
cinayət kimi dəyərləndirilir.
LOĞMAN – Quranda adı anılan iman
və ehsan sahibi müdrik və ya peyğəmbərdir.
Ancaq, ilahiyyatçıların əksəriyyətinə görə
Loğman peyğəmbər olmamışdır. Məkkədə
enmiş və 34 ayədən ibarət olan Quranın otuz
birinci surəsi “Loğman” adlanır.
Loğman Davud peyğəmbərin dövründə
yaşamışdır. O, Davudla görüşərək onun
tələbəsi olmuş və onun yolunu izləmişdir.
Loğman ağıllı, bilikli və inanclı bir insan ol-
muşdur (Quran, 31: 12). Allah Loğmana
digər insanlar üçün gizli olan elmindən ehsan
etmişdir. Buna görə də, Davud Loğmanı
hakim kimi vəzifələndirmişdir. Loğmanın
hansı millətdən olduğu bilinməməkdədir.
Bəzi rəvayətlərə görə o, həbəşistanlı kölə
olmuş, sonra onu İsrail oğullarından olan
biri azadlığa buraxmışdır. Başqa rəvayətlərə
görə isə Loğman Sudandan bir dülgərin
soyundan olmuşdur. Loğmanın dərzi olduğu
haqqında da fikirlər vardır. Quranda (31: 13,
16-19) Loğmanın oğluna verdiyi nəsihətlər
yer almaqdadır.
LÖVHÜL-MƏHFUZ – üzərində Al-
lahın sonsuz elmi həkk olunmuş bir
lövhədir. Quranın əsli də Löhvül-Məfhuz-
dadır. Allahın elmi yaradılışdan öncə Löhvül-
Məfhuzda yazılmışdır. İlahiyyatçılara görə
bu lövhənin mahiyyətini insan əqli ilə qavra-
maq mümkün deyildir. Lövhül-Məhfuz
haqqında Quranın 85: 21-22 ayələrində
məlumat verilir. Rəvayətlərə görə Löhvül-
Məfhuzdan Musa peyğəmbərə Tövratın
lövhələri nazil olunmuşdur. Orada Allahın
qanunları yazılmışdır. Bu barədə Quranın
“Əraf” surəsinin 145-ci ayəsində məlumat
verilir.
171
LÖVHÜL-MƏHFUZ
Ayrıca, hər biri insanın alın yazısı
Löhvül-Məfhuzda əvvəlcədən hək olunmuş-
dur. Belə ki, İslamda insanın alın yazısı qəza
və qədər anlayışı çərçivəsində öyrənilir.
LUKAT_–_İslam_hüququnda_itirilmiş__əşya_və_malın_satın_alınmasıdır.'>LUKAT – İslam hüququnda itirilmiş
əşya və malın satın alınmasıdır. İslam
əxlaqına görə itirilən şeyi tapan hər bir insan
onu yiyəsinə qaytarmalıdır. Bunu etməzsə
günah əməl işləmiş olar. İtirilmiş şeyin sahibi
tapılmazsa, o zaman tapılan əşya beytül-mala
verilməlidir.
LUT – Quranda anılan peyğəmbər-
lərindən biri olmuşdur. O, İbrahim peyğəm-
bərin qardaşı oğlu idi. Kral Nəmrudun
təqiblərindən qurtulmaq üçün İbrahim
peyğəmbərlə birlikdə vətəni tərk etməli ol-
muşdur. Daha sonra Allah onu peyğəmbər
seçmiş, Sədum şəhərinə getməsini buyur-
muşdur. Burada homoseksuallıqla məşğul
olan pozğun xalq yaşayırdı. Qurana görə Lut
onları doğru yola dəvət etmək istəmişdir (26:
161-166). Ancaq sədumlular onun sözlərinə
fikir verməmiş, günah etməkdə davam et-
mişdirlər. Lut onları Allahın cəzalandırması
ilə qorxutsa da, onlar buna heç bir məhəl
qoymamışdırlar (Quran, 54: 36).
Allah da bu xalqı cəzalandırmaq üçün
insan görkəminə girmiş mələklərini Səduma
yollamışdır. Onlar Lutun evində qonaq kimi
qalmış, şəhərlilər də bu barədə bilib Lutun
evinə hücum çəkmişdirlər. Lut peyğəm-
bərdən qonaqları onlara əylənmək üçün ver-
ilməsini tələb etmişdirlər. O mələklər Luta
qapını açıb o adamları içəri buraxmağı əmr
etdilər. Hücum çəkənlər evə girən kimi
mələklər onları kor etmişdilər (Quran, 54:
37). Elə o gecə Lut peyğəmbər ona inanmış
kiçik bir qrupla Sədumdan çıxmışdırlar.
Allah isə bu şəhəri, əhalisi ilə birlikdə yer
üzündən silmişdir (Quran, 11: 82-83). Sadum
şəhəri məhv edildikdən sonra, onun yerində
böyük bir göl yaranmışdır. Onu “Lut gölü”
adlandırırlar. Rəvayətlərə görə bu göl indiki
İsraildəki Ölü dənizidir. Rəvayətlərdə bun-
dan sonra Lut İbrahim peyğəmbərin yanına
gedib bir il onun yanında qalmışdır. Daha
sonra isə Hicazda məskunlaşmış və orada
səksən yaşında vəfat etmişdir.
M
MAL – daşınan və daşınmaz əmlak, pul
və ya sərvətdir. Fiqhdə mal insan həyatını
qarşılamaq üçün əldə edilmiş və ya toplan-
mış maddi dəyərlərdir. İslama görə bütün
maddi dəyərlər haram və halal olmaq üzrə
iki yerə bölünürlər. İslam şəriətinə görə halal
mal dində qadağan edilməyən və düz yollarla
qazanılanlardır. Haram mal isə dində
qadağan olunan, əyri yollarla qazanılmış
şeylərdir. İslam şəriətində müsəlmanların
əmlak problemlərinə, bununla bağlı hüquqi
məsələlərə böyük əhəmiyyət verilir.
MALİK İBN ƏNƏS (93/712 – 179/796)
– İslam dünyasında ən çox yayılmış fiqhi
məzhəblərindən biri olan maliki
məzhəbinin qurucusu olmuşdur. Mədinədə
tacir ailəsində doğulmuşdur. Zəmanəsinin
görkəmli din alimlərindən dərs almışdır.
Gənc yaşlarından hədis elminə böyük maraq
göstərmiş və bu istiqamətdə özünü inkişaf et-
dirmişdir. Bununla bərabər o, digər ilahiyyat
elmlərini mənimsəmiş, xüsusən də fiqh elmi
sahəsində də böyük nailiyyətlər əldə et-
mişdir. Digər məzhəblərin təlimi ilə tanış
olmuş, onların metodlarını yaxşı mənim-
səmişdir. Malik İbn Ənəs bir çox əsərlərin
müəllifi olmuşdur. Ən tanınmış əsəri hədislər
toplusu olan “Müvətta” adlı kitabıdır. Bu əsər
ilk hədis külliyyatından biri olmuşdur. Orada
müəllif bu hədisləri mövzular üzrə sistem-
ləşdirmişdir.
172
LUKAT
MALİKİ MƏZHƏBİ
– ən geniş
yayılmış fiqhi məzhəblərdən biridir.
Məzhəbin adı Malik ibn Ənəsin (93/712-
179/796) adı ilə bağlıdır. Maliki məzhəbinə
görə ilk olaraq bütün hökmlər Quranın açıq
və anlaşıqlı ayələrinin əsasında verilməlidir.
Hökmlərin çıxarılmasında ikinci qaynaq
Məhəmməd peyğəmbərin hədisləri və onun
səhabələrinin fətvalarıdır. Burada üstünlük
mütəvatir hədislərə verilir. Əhəd hədislərə
gəldikdə isə onlar qəbul edilir, ancaq Malik
ibn Ənəs Mədinə şəhərində yayılmış rə-
vayətləri onlardan daha etibarlı saymışdır.
Buna da “mədinəlilərin icması” deyilir. Bun-
dan başqa maliki məzhəbində qiyas və rəy-
dən də istifadə edilir.
Hökmlərin verilməsində daha bir qaynaq
səhabələrinin hökmləridir. Malik ibn Ənəs
bəzi hallarda onları da əhəd hədislərdən daha
etibarlı sayırdı. Malik ibn Ənəsə görə hər-
hansı bir problemin hökmü Quran ayələrində
yoxdursa, onda qiyasın tətbiq edilməsi
imkanlarından asılı olmayaraq bu durum
üçün daha uyğun olan hökmü vermək
lazımdır. Bu metod istihsan adlanmışdır.
Məsələ burasındadır ki, bəzi durumlarda
qiyas yolu ilə verilmiş hökmlər şübhəli
nəticələrə gətirib çıxara bilər. Buna görə də,
Malik ibn Ənəs daha çox istihsana üstünlük
verirdi. Malik ibn Ənəsdan sonra onun irsini
tələbələri və onların davamçıları inkişaf et-
dirmişdirlər. Zaman keçdikcə maliki
məzhəbi ən çox yayılmış fiqhi məzhəblərdən
birinə çevrilmişdir. Maliki məzhəbi Hicazda,
Şimali Afrika, İspaniya və Misirdə nüfuz
qazana bilmişdirlər. Günümüzdə bu məzhəb
daha çox Şimali Afrikada yayılmışdır.
MARUT – bax: HARUT VƏ MARUT.
MATURİDİLƏR – ən nüfuzlu kəlam
(I) məktəblərindən biridir. Bu məzhəbin
yaranması Əbu Mənsur Maturidinin adı ilə
bağlıdır. Maturidilər etiqadi məsələlərin
doğru anlaşılması üçün Quranı əsas
götürsələr də, onların insan düşüncəsi ilə an-
laşılmasının mümkünlüyünü də inkar et-
mirdilər. Məsələn, insan nəyinsə yaxşı, ya da
pis olmasını təkcə müqəddəs mətnlərdən
deyil, həm də öz ağlı ilə anlaya bilər. Ancaq
ağlı vəhydən üstün tutmaq olmaz. Hər şeydən
öncə insan iman gətirməli, sonra isə inancını
ağılla təsdiq edib görməlidir ki, vəhylə onun
düşüncəsi arasında ziddiyyət varmı. Belə-
liklə, maturidilər insan ağlının önəmini
vurğulayır, ancaq daha çox vəhyə üstünlük
verirdilər.
Qəza və qədərə gəlincə məturidilər hesab
edir ki, kainatda bütün hadisələri Allah
yaradır və hər şeyin taleyini həll edir. O, heç
kəsin qarşısında məsul deyil, varlığı öz
mütləq planı ilə yaradıb idarə edir. Bununla
belə insanın iradə azadlığı da vardır. Allah
insanın düşdüyü hər bir vəziyyəti onun
özünün əməllərinə və istəklərinə əsasən
yaradır. Buna görə də, əslində insan əməl-
lərindən özü məsuldur.
Maturidilər Allahın zatını onun sifətləri
ilə qarışdırmır, onların arasında fərq qoyur.
Sadəcə sifətlər onun zatından kənarda
düşünülməz, buna görə də onların arasında
bağlılıq vardır. Allahın zatına aid olan
(sifətül-zatiyyə) və onun varlığına dəlalət
edən sifətləri (sifətis-sübutiyyə) vardır.
Belə ki, Sifətül-zatiyyəyə altıdır:
Vəhdəniyyə (Bir olmaq), Qıdəm (Əvvəli ol-
mamaq), Bəqa (Sonu olmamaq), Müxali-
fatün-Lilhəvadis (Heç nəyə bənzəməmək),
Qiyam binəfsihi (Möhtac olmamaq) və
Vücud (Var olma).
Sifətis-sübutiyyə isə səkkizdir: Həyat
(Diri olmaq), Elm (Bilikli olmaq), Səmi
(Eşitmək), Bəsar (Görmək), İradət
(Diləmək), Qüdrət (Hər şeyə gücü çatmaq),
Kəlam (Danışmaq) və Təqvin (Yoxdan var
etmək).
Quranın mahiyyətinə gəldikdə isə ma-
turidilər hesab edirlər ki, o Allahın yaradıl-
mamış sözüdür. Quranda Allahın əlləri,
gözləri, eşitmə bacarığı, eləcə də başqa bu
173
MATURİDİLƏRİ
kimi keyfiyyətlərinin olduğundan bəhs edilir.
Bu kimi ayələrlə bağlı ilahiyyatçılar arasında
gərgin mübahisələr baş vermişdir. Bu
məsələdə maturidilər alleqoriyaların tətbiq
edilməsinə yol verirlər.
Günahlar törətmiş insanlar barəsində ma-
turidilər hesab edirlər ki, Allah qarşısında
tövbə etməmiş günahkar müsəlmanlar son-
suz olaraq cəhənnəmdə qalmayacaqlar. Buna
Quranın 6: 160 ayəsi dəlil gətirirlər. Bu
ayəyə görə hər bir insan günahına görə cəza-
lanacaqdır. Əgər Allah günahkar müsəlmanı
kafirlər kimi cəzalandırsa, o zaman müsəl-
manlarla kafirlər arasında heç bir fərq ol-
mazdır. Buna görə də Allah, müsəlmanları
kafirlər kimi deyil, yüngül cəzalandıracaqdır.
Beləliklə Maturidi, müsəlmanların sonsuz
olaraq cəhənnəmdə qalacağını düşünmürdü.
Onlara görə Allah günahkarları cəzalandıra
bildiyi kimi, onları bağışlaya da bilər. Belə
olduğu halda, müsəlmanın işlədiyi ən ağır
günah belə onu İslamdan çıxarmaz.
MEHDİ – İslamda qiyamətdən öncə
zühuruna inanılan insandır. Mehdinin
şəxsiyyəti haqqında müsəlmanlar arasında
fərqli inanc vardır. Müsəlmanların çoxu onu
öz dövrünün adamı kimi qəbul edib hər an
hüzur edəcəyinə inanırlar. İsna-əşərilərin
inancına görə Mehdi erkən yaşlarında qeybə
çəkilmiş Məhəmməd ibn Həsəndir. Onlar onu
onikinci imam kimi qəbul edirlər. İsna-
əşərilər inanırlar ki, Mehdinin qeybə çək-
ilməsinə baxmayaraq o diridir, qiyamətdən
öncə müsəlmanları dünyanı bürüyən fəlakət-
dən qurtarmaq üçün dünyaya
zühur
edəcəkdir. Rəvayətlərə görə Mehdi onunla
zühur edən İsa Məsihlə birlikdə yer üzündə
Allahın qanunlarını yenidən bərqərar edəcək-
lər. Onlar haqsızlığı aradan qaldıracaq,
ədaləti bərpa edəcəklər. Mehdi Məhəmməd
peyğəmbərin soyundan olacaqdır. İslamı
məhv etmək istəyən Dəccalı Mehdi İsa ilə
birlikdə məğlub edib ona qalib gələcəklər.
Bəzi ilahiyyatçılar Mehdinin İsa olduğunu
qeyd edirlər. Bəziləri isə Mehdi inancının İs-
lama israiliyyatdan gəldiyini iddia edib,
Mehdi inancına inanmırlar.
Bundan başqa “Mehdi” anlayışının daha
geniş mənası da vardır. Məhəmməd peyğəm-
bərdən rəvayət olunmuş bir hədisdə hər bir
əsrin sonunda imanı yeniləşdirən bir mücəd-
didin gəlməsindən bəhs edilir. İslamda bəzən
“Mücəddid” anlayışı ilə “Mehdi” anlayışı
eyniləşdirilir. Ancaq, bu mənada işlənməsinə
baxmayaraq “Mehdi” həm də gələcəkdə yer
üzünə zühur edəcək konkret bir şəxsdir.
MEHR – evlənmə zamanı kişinin
evləndiyi qadına verdiyi maddi sərvətdir. Bu
pul, dəyərli daş-qaşlar və ya hər hansı bir
qiymətli əşya ola bilər. Mehrin verilməsi
haqqında Quranın 4: 4 ayəsində məlumat
verilir. Rəvayətlərdə qeyd edilir ki, Məhəm-
məd
peyğəmbər onun əhli-beyti
və
səhabələri mehri evləndikləri zaman ver-
mişdirlər. Buna görə də, malikilərdən başqa
bütün İslam alimləri çoxu mehri evlənmənin
şərti hesab edirlər. Ancaq, hər hansı bir üzrlü
səbəbdən mehr verilməsə evlilik pozulmaz.
Bu halda mehr sonra da verilə bilər. Mehr
şəriətin yasaq etdiyi şeylərdən (Məsələn,
spirtli içkilərin satışından əldə edilmiş
gəlirdən) verilməməlidir. Mehrin minimal
məbləği haqqında məzhəblər arasında fikir
ayrılığı vardır.
Dostları ilə paylaş: |