uğur əldə edilsə də, sonra Osmanlı qoşunu
yenə geriyə çəkilməli oldu. Avropada da on-
ların uğursuzluqları davam edirdi. O zaman
Rusiyada Osmanlılarla savaşlara başlamışdır.
Osmanlı imperiyası artıq inkişaf etmiş
Avropa ilə rəqabət apara bilmirdi. Buna görə
də o dövrlərdən başlayaraq Osmanlılar
Avropa ölkələrinin mədəniyyətləri, ölkə qu-
ruluşu, ordu quruculuğu ilə maraqlanmağa
başlamışdırlar. Onların nailiyyətlərini
ölkələrinə gətirmək, inkişaf etmək
istəmişdirlər. Geriləməni aradan qaldırmaq
üçün Sultanlar yenidənqurma işlərini
aparmaq üçün cəhdlər etmişdirlər. Ancaq bu
cəhdlər uğursuz nəticələnmişdir. Yeniçərilər,
dövlət məmurları və dini xadimlər yenidən-
qurmanın aparılmasına qarşı idilər.
1799-cu ildə fransızlar Misirə girə bilmiş,
Ərəbistanda da vəziyyət ağırlaşmış, orada
Osmanlılara qarşı silahlı hərəkat başlamışdır.
Ölkəsinin getdikcə gücdən düşməsini an-
layan Sultan III Səlim yenə ölkədə islahatlar
keçirmək istəmiş, fransızların yardımı ilə
yeni ordu yaratmışdır. Ancaq buna etiraz
edən yeniçərilər onu devirmişdilər.
Bu arada Osmanlı qoşununun uğursu-
zluqları davam edirdi. Ruslar Qafqazı tam ələ
keçirmiş, Qara dənizdə onlar türk donan-
masını darmadağın etmişdirlər. Osmanlılar
Krımı da itirmişdirlər. Bu da ölkə içində du-
rumun ağırlaşmasına səbəb olmuşdur.
Növbəti saray çevrilişindən sonra
hakimiyyətə II Mahmud (1808 – 1839)
gəlmiş və yenidənqurma işlərinə başlamışdır.
1826-cı ildə o yeniçərilər ordusunu dağıtmış,
dünyəvi təhsil sistemini tətbiq etmiş, ölkədə
kitab və qəzetlər buraxılmağa başlamışdır.
Ancaq, buna baxmayaraq ölkənin durumu
getdikcə ağırlaşmışdır. Savaşlarda məğlu-
biyyətlərin arası kəsilmirdi. İmperiyanın hər
tərəfində hakimiyyətə qarşı üsyanlar baş
qaldırmışdır. Ağır durumdan çıxmaq
cəhdlərini yeni Sultan Əbdülməcid (1839 –
1861) davam etdirmişdir. Onun geniş
yenidənqurma planları “Tənzimat” ad-
landırılmışdır. Onun dövründə ölkə qanunları
Avropa qanunlarına uyğunlaşdırılmış, qeyri-
müsəlmanların hüquqları müsəlmanlarla
bərabərləşdirilmişdir. Korrupsiya və rüşvətx-
orluğun qarşısını almaq üçün yeni iqtisadi
siyasət də tətbiq olunmuşdur.
1853 – 1856-cı illərin Türk-Rus
müharibəsi Osmanlılar üçün nisbətən uğurlu
olsa da ölkədə böhran davam etmiş və
maliyyə problemləri kəskinləşmişdir. Os-
manlı dövlətinin Avropa ölkələrinə böyük
borcları yığılmışdır. Buna görə də, Osmanlı
onların təsiri altına düşmüş, müstəqil daxili
və xarici siyasət yeridə bilməmişdir. Avropa
ölkələri imperiyanın daxili işlərinə
qarışırdılar. Bu da iqtisadi böhranı daha da
ağırlaşdırmış, dinlər və millətlərarası müna-
sibətləri gərginləşdirmişdir. Ölkədə daxili
qarşıdurmaların sayı getdikcə artırdı. 1875-
ci ildən etibarən Osmanlı imperatorluğu tam
müflisləşmiş, borclarını geri qaytara
bilməmişdir.
Çox ağır durumda xilafətə Sultan II Əb-
dülhəmid (1876 – 1909) gəlmişdir. Onun
dövründə ilk dəfə olaraq Osmanlı im-
periyasında Konstitusiya qəbul olunmuş, par-
lament (məclis) çağırılmışdır. Ancaq o
zaman, Balkanlarda siyasi böhran yaranmış,
bu da yeni rus-türk savaşına gətirib çıxar-
mışdır. 1877 – 1878-ci illərdəki savaşda Os-
manlılar yenə də ağır məğlubiyyətə uğramış,
Balkanların əksər vilayətlərindən geri çək-
ilməli olmuşdurlar. O zaman ingilislər Kipr
adasını və Misiri, Fransa isə Tunisi və Əl-
cəzairi ələ keçirmişdir. Osmanlıları yalnız
başqa avropalıların rəqibi olan Almaniya
dəstəkləmişdir. Almanlar türklərə yardım
etmiş, bəzi islahatların keçirilməsində onlara
dəstək olmuşdurlar. Parlamenti isə Sultan bu-
raxmışdır.
XIX əsrin sonlarından başlayaraq im-
periyada türkçülük ideyaları geniş yayılmağa
başlamışdır. Onların siyasi qanadı “İttihad və
222
Dostları ilə paylaş: