AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq


NƏBİ – yaşadıqları cəmiyyətə yeni şəriət



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə36/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

NƏBİ – yaşadıqları cəmiyyətə yeni şəriət
gətirməyən, ancaq özlərindən əvvəlki rə-
sulların gətirdiyi dini təbliğ edən peyğəm-
bərlər olmuşdurlar. Peyqəmbərlərin
əksəriyyəti nəbi olmuşdurlar. Yalnız Adəm,
Nuh, İbrahim, Musa, İsa və Məhəmməd rəsul
hesab olunurlar. Dini təbliğ fəaliyyəti
baxımından nəbilər rəsullardan fərqlənmirlər. 
NƏCASƏT – insan və ya heyvan ifraza-
tıdır. Nəcasətə nəyin aid olması məsələsində
məzhəblərin fərqli görüşləri vardır. Onlardan
bəziləri alkoqollu içkiləri, qan və donuz ətini
də nəcasətə aid edirlər. Başqaları nəcasəti
ağır və yüngül olmaqla iki yerə bölürlər.
Məsələn, onlara görə insan ifrazatı ağır nə-
casət sayılırsa, ev heyvanlarının, atların,
eşşəklərin ifrazatı yüngül nəcasətdir. Müsəl-
manlar nəcasətdən qorunmalı, bədən və gey-
imlərini təmiz saxlamalıdırlar. Namaza təmiz
durmaq lazımdır. Bədəndə nəcisin əlamətləri
olsa namaz pozulmuş hesab edilir. Bəzi
məzhəblərə görə isə ibadət zamanı insanın
geyimində az miqdarda nəcasətin olduğu hiss
edilərsə namaz pozulmaz. 
NƏCAŞİ –  Məhəmməd peyğəmbərin
dövründə yaşamış Həbəşistan kralı idi. Rə-
vayətlərə görə o, öncə xristian olmuş, sonra
isə İslam mənbələrinə görə İslamı qəbul et-
mişdir. O, vəfat etdikdə Məhəmməd peyğəm-
bər onun üçün Mədinədə cənazə namazı
qıldırmışdır. Onun əsl adı Əshamə olmuşdur.
210
NEYMƏTULLAHİLİK

Nəcaşi  bütpərəstlərin ağır təqibləri ilə
üzləşən müsəlmanlara öz ölkəsində sığınacaq
vermişdir. O, müsəlmanlarla görüşüb,
Məhəmmədin  peyğəmbərliyi və İslamın
mahiyyəti barəsində onlara suallar vermişdir.
Onların cavabları Əshaməni qane etmiş və o,
qureyşlilərin tələblərinə baxmayaraq hicrət
edən müsəlmanları Məkkəyə geri qaytar-
mamışdır. 
NƏCDİLƏR –  xarici təriqətinin ifrat
qollarından birinin davamçıları olmuş-
durlar. Təriqətin yaranması Nəcd ibn
Üveymir adlı bir adamla bağlıdır. Nəcdilər
də əzraqilər kimi xristian, yəhudi, eləcə də
digər inanclarda olanların öldürülməsinə
fətva vermişdirlər. Ancaq, nəcdilərdən fərqli
olaraq onlara tabe olanlara toxunmurdular.
Nəcdilərə görə xəlifənin ölkəni idarə etməsi
vacib şərt deyil. İnsanlar öz aralarında dini
qanunlar əsasında yaşaya bilsələr onda on-
lara dövlət başçısı lazım deyildir. Onların
sayı az olduqda, onlar inanclarını gizlədərək
təqiyyə də edirdilər.
Nəcd ibn Üveymir başqa xaricilərdən
fərqli olaraq bütün günahkar müsəlmanları
kafir saymamışdır. O iddia edirdi ki, Allah
onları da bağışlayacaqdır. O, yalnız günah
edən və buna israr edənləri kafir saymışdır.
Ancaq həmin adam günahında israrlı olmasa
onda kafir olmaz. 
Zaman keçdikcə Nəcdin bir qrup tərəf-
darları arasında ixtilaf
baş vermişdir.
Nəticədə, Nəcd öldürülmüş, təriqətə Əbu
Füdeyk adlı bir kəs başçılıq etmişdir. Ancaq,
sonra Əməvi xəlifəsi Əbdül-Malik ibn Mər-
van onları darmadağın etmişdir. Nəcd ibn
Üveymirə sadiq olan başqa qrup bir müddət
daha fəaliyyət göstərmişdir. 
NƏCMƏDDİN KÜBRA
– bax.
KÜBRAVİLƏR.
NƏCRAN –  Ərəbistan yarımadasının
cənubunda yerləşən şəhərdir. Məhəmməd
peyğəmbərin zamanında oranın əhalisi xris-
tian olmuşdur. Onların elçiləri Məhəmməd
peyğəmbərin yanına gəlmiş, onunla anlaşa
bilmiş, öz dinlərində qalmaları qarşılığında
cizyə ödəməyə hazır olduqlarını
bildirmişdirlər.
NƏFXƏ – İsrafilin sur borusuna üfür-
məsidir. Müqəddəs kitablara görə İsrafil
sur’a iki dəfə üfürəcəkdir. Birinci üfür-
məsində dünyada bütün müsəlmanlar məhv
olacaq və sonda qiyamət qeyri-müsəlman-
ların üzünə qopacaqdır. Bundan sonra İsrafil
ikinci dəfə sur’a yenidən üfürəcəkdir, bu
zaman isə bütün ölülər yenidən dirilib Al-
lahın hüzurunda yığışacaqlar. Bu hadisə
Quran (78: 18) ayəsində anılmışdır. 
NƏFS –  insanın mahiyyəti, onun
“Mən”idir. Bu sözlə insanların ruhundan
gələn istək və niyyətləri ifadə edilir. Nəfs in-
sanın şəriətə zidd olan bütün istəklərinin qay-
nağıdır. Hər bir müsəlmana tövsiyə edilir ki,
o öz nəfsi ilə mübarizə aparıb, ona qalib gələ
bilsin.
NƏKİB (I) – Məhəmməd peyğəmbərin
varislərinin işləri ilə məşğul olan müsəl-
manlar idilər. Məhəmməd peyğəmbərin soyu
onun qızı Fatimə və  Əli ibn Əbu Talibin
evliliyindən törəmişdir. Bu evlilikdən onların
iki oğlu Həsən və Hüseyn doğulmuşdur.
Həsəndən törəyənlər şəriflər, Hüseyndən
olanlar isə seyidlər adlandırırlar. Onların
müsəlman cəmiyyətində böyük nüfuzu və
sayğısı vardır. 
Abbasi və Osmanlı xilafətlərində
Məhəmməd peyğəmbərin varislərinin işləri
ilə məşğul olan xüsusi qurumlar da olmuş-
dur. Bu qurumlarda işləyən nəkiblər onların
problemlərini çözmüş, nəsil şəcərəsini öyrən-
miş, doğum illərini kitablara salmışdırlar. Bu
211
NƏKİB (I) 

insanlara sədəqə və zəkatlardan pay ayrılır
və dövlət onlara xüsusi maaş da kəsirdi.
Abbasi xəlifələri Harun ər-Rəşid və Mə-
munun hakimiyyəti dövründə şəriflər və
seyidlər yaşıl sarğılı geyimdə gəzirdilər. Bu
geyim onları digər müsəlmanlardan ayırırdı.
Sonra bu adət ortadan qaldırılmışdır. Ancaq,
bir müddət keçdikdən sonra onu Misirin
məmlük başçıları dirçəltmiş, daha sonra isə
Osmanlı Sultanları davam etdirmişdirlər. 
NƏKİB (II) – sufilikdə təriqət şeyxinin
təkkədəki yardımçısı, onun işlərini aparan
insandır. Ən bacarıqlı, mənəvi inkişaf etmiş
müridlər nəkib ola bilərlər. 
NƏQŞİBƏND BƏHAƏDDİN
(791/1389-ci ildə vəfat etmişdir) – ən tanın-
mış təriqət şeyxlərindən biri olmuşdur. Tam
adı Məhəmməd Bəhaəddin Nəqşibənd
Buxari olmuşdur. Ona Şah-i Nəqşibənd də
deyirdilər. Onun soyu Buxaranın yaxınlığın-
dakı Kəsr-i Arifən kəndindən olduğu qeyd
edilir. 
Demək olar ki, Şah-i Nəqşibənd bütün
həyatını Buxarada keçirmişdir. Erkən
yaşlarından o, sufilik ruhunda tərbiyə
almışdır. Onun ilk müəllimi Hocağan sufi
təriqətinin  şeyxi Hoca Məhəmməd Baba
Səmmasi (740/1339-cu ildə vəfat etmişdir)
olmuşdur. Əfsanələrə görə Bəhaəddinin
mənəvi müəllimi çoxdan ölmüş Əbdülxaliq
Gijduvani (595/1199-ci ildə vəfat etmişdir)
olmuşdur. O, onunla mənəvi rabitə yarada
bilmişdir. Bəhaəddin Nəqşibənd Yəsəvi
təriqətinin şeyxləri olmuş Xəlil Ata və Qasım
Şeyxdən də elm öyrənmişdir. Beləliklə o, öz
mənəvi yolunda Gijduvaninin təlimini
yəsəviliklə birləşdirmişdir.  
Şahi-Nəqşibənd müridlərini ucadan dey-
ilən cəhri zikrlər deməkdən, xəlvətə çək-
ilməkdən, dilənçi dərvişlikdən, musiqili
səmalardan çəkindirmişdir. O, pıçıltı ilə dey-
ilən xafi zikrləri tövsiyə edirdi. Bu zikrləri
həm təklikdə, həm də camaatla etmək olar.
O, müridlərlə şeyxin arasındakı mənəvi
bağlantıya (rabitəyə) da böyük əhəmiyyət
verirdi. Eyni zamanda o, təriqəti şəriətdən
ayırmırdı.
NƏQŞİBƏNDİLƏR – ən çox yayılmış
sufi təriqətlərindən birinin davamçılarıdır-
lar.  Təriqətin adı Məhəmməd Bəhaəddin
Nəqşibənd Buxari ilə bağlıdır. Nəqşibəndilər
öz mənəviyyat yollarını Əbu Bəkr Siddiq 
Əli ibn Əbu Taliblə bağlayırlar. Təriqətin hər
hansı bir mərkəzi yoxdur. Nəqşibəndilər daha
çox ağ rəngli baş örtükləri geyinirlər.
Nəqşibəndi təriqətinin 11 əsas müddəası
vardır: 
1. Vuquf-i zəmani. Hər bir anı faydalı
keçirilməli, ona şükür edilməlidir. Boş keçən
vaxt üçün insan üzülməlidir. Mənəvi “yolçu”
hər bir yaşadığı dəqiqənin dəyərini bilmə-
lidir; 
2. Vuquf-i ədədi. Zikr deyiləndə insanın
bütün varlığı yalnız Allaha yönəlməli, diqqət
yalnız ona yetirilməlidir. Çünki, mənəvi
təcrübənin faydası zikrlərin sayında deyil,
onların mahiyyətindədir; 
3. Vuquf-i qəlbi. Zikr edəndə bütün
düşüncələr Allaha yönəlməli, başqa heç bir
şey insanın ürəyində olmamalıdır. İnsan Al-
lahı bütün varlığı ilə yad etməlidir; 
4. Xoş dar-dəm. Allahın yaxınlığını duy-
maq. Bunu duymadan nəfəs də almaq olmaz; 
5. Nəzər bər-qədəm. Yeriyərkən ayaq bar-
maqlarının ucuna baxmaq. Çünki, insanın
ətrafına baxdıqca günah qazana bilər; 
6. Səfər bər-vətən. İnsanlardan ayrılıb Al-
laha yaxınlaşmaq. Çünki, insanın həqiqi
vətəni budur. Bunu edərkən o əskikliklərdən
qurtarıb yüksək əxlaq sahibi olur; 
7. Xəlvət dər-əncumən. Cəmiyyətdə
yaşayarkən dünyadan ayrılmaq. Bu zaman
insanın bədəni gündəlik dünya işləri ilə
məşğul olsa da, onun ruhu Allahladır.
212
NƏKİB (II)

İstənilən yerdə Allahı yad etmək olar, kimsə
bunun qarşısını almaz; 
8. Yad kərd. Ürəklə yanaşı dillə də Allahı
yad etmək; 
9. Baz-gəşt. Zikr zamanı Allahı anmaq-
dan yayındıran bütün yad düşüncələrdən və
hərəkətlərdən uzaqlaşmaq; 
10. Nigah-dəşt. Allaha yönəlmək hissinin
qarşısını ala biləcək başqa duyğulardan
qorunmaq; 
11. Yad-dəşt. Mənəvi təcrübə zamanı
duyğuların dərinliyini hiss etmək və bu halı
qorumaq.
Nəqşibəndi təriqəti Türküstan, Hindistan,
Anadolu, Balkan yarımadası, Ərəbistan, İtil
(Volqa) çayı boyu bölgələr, Şimali Qafqazda
geniş yayılmışdır. Şah-i Nəqşibəndin ardıcıl-
ları olmuş Məhəmməd Pars (822/1419-cu
ildə vəfat etmişdir), Ələddin Əttar
(896/1400-cü ildə vəfat etmişdir) və Übey-
dullah Əhrar (986/1490-cı ildə vəfat et-
mişdir) nəqşibəndiliyi Məvarrənəhrdə də
yaymışdırlar. Onlar Məvarrənəhr və Şərqi
Türküstanın islamlaşdırılmasını başa çatdır-
mışdırlar. 
Nəqşibəndi təriqətinin sonrakı inkişafda
Əhməd Fəruqi Sirhindinin (İmam Rəbban-
inin) böyük rolu olmuşdur. O, İbn Ərəbinin
vəhdəti-vücud ideyalarını tənqid etmiş,
əvəzində ənənəvi İslama daha yaxın olan
vəhdəti-şühud təlimini irəli sürmüşdür. Eləcə
də, sufiliyə gətirilmiş bidətləri rədd etmişdir.
Təriqətlə şəriəti fərqləndirməməyə dəvət et-
mişdir. Əhməd Fəruqinin islahatçı fəaliyyə-
tinin nəticəsində Hindistan müsəlmanları
arasında yeni nəqşibəndilik (nəqşibəndiyyə-
mücəddidiyə) cərəyanı yayılmışdır. 
Anadoluya isə nəqşibəndiliyi Molla Ab-
dullah Simavi (896/1491-ci ildə vəfat et-
mişdir) gətirmişdir. Sonra Osmanlı
imperiyasında da nəqşibənyyə-mücəd-
didiyələrin baxışları yayılmağa başlamışdır.
Daha sonra görkəmli Hindistan sufisi Abdul-
lah Dəhləvinin, eləcə də onun tələbəsi
Mövlanə Xalid Bağdadinin (1242/1826-cı
ildə vəfat etmişdir) fəaliyyətlərinin
nəticəsində nəqşibəndilik İslam dünyasında
ən çox yayılmış sufi təriqətinə çevrilmişdir.
Xalid Bağdadi Osmanlı imperiyasında
nəqşibəndiliyin “xalidiyyə” adlanan daha bir
cərəyanını yaratmışdır. XIII/XIX əsrdə
Nəqşibəndi təriqəti Osmanlı Sultanlarının
dəstəyini qazanmışdır. Yeniçərilər qoşunu
darmadağın edildikdən sonra, nəqşibəndilər
bəktaşilərin yerini tutmuşdurlar. 
NƏSAİ ƏHMƏD (215/830 – 303/915) –
görkəmli mühəddis və fəqih olmuşdur.
Nəsai hədis elminin sirlərini Xorasan, İraq,
Hicaz,  Misir və Suriyada mənimsəmişdir.
Onun ən məşhur əsəri hədislər toplusu olan
“Müctəbi minəs-Sünən” (Seçilmiş hədislər)
kitabıdır. Bu kitab İslam dünyasında tanınan
ən nüfuzlu hədis toplularından hesab edilir.
Bununla belə orada “zəif” adlandırılar hədis-
lər də vardır. Əbu Davud kimi Əhməd Nəsai
də onların hökmlərinin tətbiq edilməsini
qiyasdan daha etibarlı hesab edirdi. Digər
görkəmli mühəddislərin toplularında olduğu
kimi “Sünən”-də hədislər fiqhi məsələlərə
uyğun olaraq fəsillərə bölünmüşdür. 
Həyatının sonlarında Nəsai yaşadığı
Misirdən Suriyaya köçmüşdür. Orada o,
Əməvi xəlifəsi Müaviyə ibn Əbu Süfyanı
dəstəkləmiş nəsibilərin etirazları ilə
qarşılaşmışdır. Nəsibilər Əbu ibn Talibə qarşı
vuruşmuş Müaviyəni haqlı sayırdılar. Nəsai
isə Əlinin fəziləti haqqında hədislər rəvayət
edirdi. Müaviyə haqqında söylədiyi hədis-
lərin məzmunundan isə nəsibilər razı qal-
mamışdırlar. Bu səbəbdən də, onlar Nəsaini
möhkəm döymüşdürlər. O da aldığı
zədələrdən dünyasını dəyişmişdir. 
213
NƏSAİ ƏHMƏD

NƏSƏFİ HAFİZƏDDİN (710/1310-cu
ildə vəfat etmişdir) – dövrünün tanınmış
ilahiyyatçısı olmuşdur. O, Mavərənnəhrdə
doğulmuş və orada dövrünün tanınmış alim-
lərindən dərs almışdır. Təhsilini tamamladıq-
dan sonra Kirmanda və başqa şəhərlərdə
müəllimlik etmişdir. Elm arxasınca bir çox
yerlərə səyahətə çıxmışdır. Nəsəfi İslam
dünyasında ən məşhur kitabların müəllifidir.
Daha çox hənəfi fiqhinə həsr edilmiş əsərləri
ilə tanınmışdır. Onu, bu məzhəbin sonuncu
alimi kimi sayanlar da vardır. Onun
“Kənzüd-Dəqaiq” (İncəliklərin xəzinəsi) adlı
kitabı hənəfi məzhəbinin ən nüfuzlu
kitablarından biridir. Onun həmçinin təfsirə
aid kitabı da mövcuddur. Bütövlükdə
Nəsəfinin 20-yə qədər kitabı işıq üzü gör-
müşdür. Nəsəfi kəlam (I) alimi kimi də tanın-
mışdır. O, məturidiliyi inkişaf etdirmiş,
kəlamın metodları ilə qərmətilərmütəzililər
və başqa dini-fəlsəfi cərəyanlarla elmi
mübahisələrə girişmiş, ənənəvi İslamı
müdafiə etmişdir.
NƏSX VƏ MƏNSUX –  bəzi Quran
ayələri və hədislərin hökmlərinin qaldırıl-
ması, onların başqaları ilə əvəz edilməsidir.
İlahiyyatçıların bir çoxuna görə Məhəmməd
peyğəmbərə Allah tərəfindən nazil edilmiş
vəhylərin sayı çox olmuş, ancaq onların heç
də hamısı Qurana daxil edilməmişdir. On-
ların bir çoxu ancaq peyğəmbərin özü üçün
və ya ilk müsəlman icmasının problemlərinin
həll edilməsi üçün nazil edilmişdir.
Müvəqqəti xarakter daşıyan vəhylərin hökm-
ləri və mətni daha sonra yeniləri ilə əvəz ol-
unurdu. Bu da Məhəmməd peyğəmbərin
həyatının sonuna qədər davam etmişdir. Bu
kimi vəhylərin bəziləri səhabələr tərəfindən
rəvayət olunmuş və hədislərə
daxil
edilmişdir. Yalnız müasir Quran nəşrlərində
olan ayələr müqəddəs kitaba daxil olunmalı
idi. Orada bir ayənin başqa ayə ilə dəy-
işdirilməsi haqqında ayələr vardır (Quran,
16: 101-102, 2: 106).
Bir çox müfəssirlər hesab edirlər ki, nəsx
və mənsux mövcud Quran ayələrində də
vardır. Onların fikrincə Quranda bəzi
ayələrin hüquqi hökmləri başqa daha da gec
nazil olmuş digər ayələrlə qaldırılmışdır.
Məsələn, məşhur müfəssir Cəlaləddin Süyu-
tiyə görə Quranda 20-ə qədər hökmü başqa
ayələrlə qaldırılmış ayələr mövcuddur. 
Nəsx və mənsuxun daha da geniş mənası
vardır. İlahiyyatçıların çoxu iddia edirlər ki,
Tövrat və  İncil kimi qədim müqəddəs
kitabların da hökmü aktuallığını itirmişdir,
çünki bu müqəddəs kitablar missiyalarını
tamamlamış və nəticədə Quranla əvəz
edilmişdirlər. Bu baxımdan İslam dini də
başqa səmavi dinlərin hökmlərini aradan
qaldırmış və qiyamətə qədər davam edəcək
yeganə haqq dini olduğuna inanılmışdır. Təf-
sir elmində nəsx və mənsux haqqında bilik-
lərə malik olmaq müfəssirin qarşısına
qoyulduğu şərtlərdən biridir. Bir çox müsəl-
man ilahiyyatçıları bu problemə dair “Ən-
Nəsx vəl-Mənsux” adlanan kitablar qələmə
almışdırlar.
NƏSRANİLƏR –  İsa peyğəmbərə və
onun gətirdiyi kitaba inanmış dini icmanın
ardıcıllarıdırlar.  Belə ki, İsa peyğəmbərin
dini nəsranilik adlanmışdır. Bu söz Quranın
2-ci surəsinin 62-ci ayəsində qeyd edilmişdir.
Müsəlman ilahiyyatçılarının çoxuna görə bu
din Məhəmməd peyğəmbərin gəlişinə qədər
həqiqət dini olmuş, İslamın gəlişindən sonra
isə ortadan qalxmışdır. Ancaq, nəsranilikdə
birlik olmamış, onlar İsa peyğəmbərin qey-
bindən sonra bir neçə yerə parçalanmışdırlar.
Bir neçə əsrdən sonra Roma imperiyasında
yayılmış nəsraniliyin bir qolu Xristianlıq ad-
landırılmış və imperiyanın rəsmi dininə
çevrilmişdir. Bundan sonra başqa nəsrani
təriqətləri təqib edilib ortadan qaldırılmışdır. 
214
NƏSƏFİ HAFİZƏDDİN

NƏVAVİ YƏHYA (631/1233 –
676/1277) – tanınmış fəqih, mühəddis və
müfəssir olmuşdur. O, Suriyada doğulmuş,
mədrəsədə təhsil almış, erkən yaşlarından
Quran hafizi olmuşdur. Sonra təhsilini
davam etmək üçün Dəməşqə getmiş, orada
Şafii fiqhini öyrənmiş və bu sahədə əsərlər
yazmışdır.  Hədis elmindəki fəaliyyəti ilə
daha da çox tanınmışdır. Onun “Riyadus-Sal-
ihin” (İnanclıların bağı) adlı hədis kitabı
İslam dünyasında tanınan ən böyük əsər-
lərdən biri hesab edilir.
NƏZİR – Allaha edilən duanın yerinə
yetirilməsi qarşılığında hər hansı bir xeyirli
əməlin yerinə yetirilməsi üçün edilən əhd-
dir. Quranın 22-ci surəsinin 29-cu ayəsinə
görə bu kimi əhdlər yerinə yetirilməlidir.
Nəzir kimi həccə getmək, qurban kəsmək
kimi əməllər əhd edilə bilər. 
NİFAS – qadınlarda doğuşdan sonra
qan axmanın kəsilməsi ilə nəticələnən za-
hılıq halıdır. Zahılığın müddəti məsələsində
məzhəblər arasında  ixtilaf vardır. Bəziləri
onun 40, başqaları isə 60 və 70 gün davam
etdiyini iddia edirlər. Bu müddətdən sonra
qadından axan qan zahılıq qanı sayılmır.
Nifas halında qadınlara namaz qılmaq və
oruc tutmaq, Kəbəni təvaf etmək, məscidlərə
girmək, Quran oxumaq və Qurana toxunmaq
olmaz. Qılınmayan namazlar nifas halında
olan qadınlara bağışlanılır. Orucun isə qəzası
(II) sonra tutulmalıdır. Kişilər nifasda olan
qadınlarla cinsi əlaqəyə girməməlidirlər. Za-
hılıq dövrü bitən kimi qadın qüsul almalıdır. 
NİKAH –  şəriət qanunlarına uyğun
olaraq kişi ilə qadınının birgə yaşamasıdır.
Bunun üçün kəbin kəsilməlidir (Quran, 4: 3).
Rəvayətlərə görə bu savab gətirən əməl-
lərdən hesab edilir. Adətə görə qadınla evlən-
məzdən öncə onun atasından ya da
himayəçisindən razılıq alınmalıdır. Qadının
özü də buna razı olmalıdır. Nikah bağlanan
zaman evliliyə şahid olan iki müsəlmanın ol-
ması vacibdir. Məzhəblərin çoxunda şahidlər
kişi olmalıdır. Bəzilərinə görə isə onlara bir
qadın da əlavə oluna bilər. Bundan başqa
bəyin gəlinə ödəməli olduğu mehrin də miq-
darı təyin edilməlidir. Nikahı məsciddə
bağlamaq və imkan daxilində toy etmək məs-
ləhət görülür.
Müsəlman kişiyə məhrəm və  bütpərəst
qadınlarla evlənmək haramdır. Xristian və
yəhudi qadınları ilə isə müəyyən şərtlərlə
evlənməyə yol verilir. Müsəlman qadın isə
qeyri-müsəlmanlarla evlənə bilməz. Onlar
yalnız müsəlman kişilərlə ailə qura bilərlər. 
Əgər müsəlman kişinin azad qadınlardan
olan həyat yoldaşı vardırsa, o kölə qadınla
evlənə bilməz. Qadın hər-hansı bir səbəblər
üzündən ərini itirsə, iddə müddətini gö-
zlədikdən sonra başqa kişiyə ərə gedə bilər.
Bir kişinin eyni vaxtda müəyyən şərtlər
qarşılığında ən çoxu 4 həyat yoldaşı ola bilər.
Qadının isə yalnız bir əri olmalıdır. 
NİYYƏT – hər-hansı bir işin görülməsi
üçün insanın əvvəlcədən o işin reallaş-
masını istəməsi və qərarlaşdırmasıdır. İs-
lama görə bütün işlərin görülməsi üçün öncə
niyyət edilməli, sonra niyyət edilən iş yerinə
yetirilməlidir. İslamda niyyət bir anlayış kimi
çox böyük əhəmiyyət kəsb edir. Hesab ol-
unur ki, Allah bütün işləri niyyətlərə görə
dəyərləndir. Məsələn, hər hansı bir şəxs yaxşı
bir iş görmək istəmiş, ancaq obyektiv
səbəblər üzündən bunu edə bilməyibsə onun
bu niyyətini Allah savaba yazır. Məzhəblərin
çoxuna görə ibadətlərə başlamazdan öncə
niyyətin edilməsi vacibdir. Məsələn, namaz
qılarkən öncə niyyətin edilməsi vacib hesab
edilir. Bu müsəlmanın konkret olaraq hansı
namazı qıldığını yəqin edir. Niyyətin qəlbdə
edilməsi vacibdir, sözlə deyilməsi
məsələsində ilahiyyatçılar arasında fikir
ayrılığı vardır. Oruc tutmaqdan öncə də
215
NİYYƏT

niyyətin edilməsi vacibdir. Bunu edərkən
konkret olaraq Ramazan ayının və ya nafilə
orucun tutulması dəqiqləşdirilir. Niyyət
həmçinin həcc, qurban kəsmə, zəkatcənazə
namazı, eləcə də başqa ibadətlərin vacib ele-
mentlərindən biri hesab edilir. Müxtəlif an-
laşmalarda, evlilik, alış-veriş, başqa bu kimi
gündəlik həyatda olan bütün işlərdə də
niyyətin edilməsi vacibdir. 
NİZARİLƏR – İsmaili təriqətlərindən
birinin mənsubları olmuşdurlar. Dini təlim-
ləri  ismaililiyin
ümumi müddəalarının
əsasında qurulmuşdur. 487/1094-cü ildə Fa-
timi xəlifəsi Müstənsirin ölümündən sonra
onun oğlu Nizar xəlifəlik iddiasında olmuş-
dur. Ancaq, hakimiyyəti onun kiçik qardaşı
Müstəli ələ keçirmişdir. Nizar İs-
gəndəriyyəyə qaçıb orada ona qarşı üsyan
qaldırmaq istəsə də, məğlub olmuş və həbsx-
anada öldürülmüşdür. Bundan sonra Nizarın
tərəfdarları onun soyundan olanları imam
kimi tanımış, xəlifə Müstəlinin soyunu isə
tanımamışdırlar. Onları nizarilər və ya “Şərqi
ismaililər”, Xəlifə Mustəlinin soyundan
olanları imam sayanlar isə “müstəlilər” ad-
landırılmışdırlar. 
Sonra nizarilər Fatimilərin hakimiyyəti
altında olmayan bölgələrdə daha çox
yayılmışdırlar. Onlar İranın şimalında
dağlarda yerləşən Ələmutu alınmaz qalaya
çevirərək orada bir dövlət qurmuşdurlar. Bu
ölkənin yaradıcısı “yeni ismaililik”
ideyalarını irəli sürmüş Həsən ibn Səbbah ol-
muşdur. Siyasi təriqət olmuş nizarilər, uzun
illər boyu başqa ölkələrə qarşı sabotajlar
törətmiş, məqsədlərinə çatmaq üçün kütləvi
terrora əl almışdırlar. Nizari qatilləri müsəl-
man dünyasının bir çox görkəmli elm,
siyasət və din adamlarını öldürülmüşdülər.
Dağlıq yerlərdə yerləşdiklərinə görə
ətraflarda olan müsəlman ölkələri onlara
qarşı savaşların aparılmasında çətinliklər
çəkmiş, onlara sarsıdıcı zərbə endirə
bilməmişdirlər. Bunu yalnız monqollar edə
bilmişdilər. 653/1256-cı ildə Hülaki xan Ələ-
mutu darmadağın etmişdir.
Nizari qatilləri həşişdən sərxoş halında
olduqları zaman qətlləri törədirdilər. Buna
görə onları “həşşaşi”lər də adlandırmışdırlar.
Bu söz Avropa dillərində “assassin” kimi səs-
lənir, “siyasi qatil” anlamında işlədilir.
Avropanın kralları və başqa siyasətçilər bir
zamanlar həşşaşilərdən öz rəqiblərini qətlə
yetirmək üçün istifadə edirdilər.
Monqollar Ələmut qalasını ələ
keçirdikdən sonra onu dağıtmış, bu dövlətin
varlığına son qoymuşdular. Bundan sonra
nizarilər zərərli təriqətin mənsubları kimi hər
yerdə təqib olunub məhv edilirdilər. Onların
sağ qalmış azsaylı dəstəsi Hindistana
qaçmışdır. Daha sonra nizarilər terrordan
imtina etmişdirlər. Onlar öz inanclarını
dünyanın müxtəlif yerlərində bu günə kimi
yaymaqdadırlar. İndi onların öndərləri
Ağaxan adını daşıyır, nizarilər onu Tanrının
təcəllisi kimi qəbul edirlər. Ağaxanın Hindi-
standa və Keniyada iqamətgahları vardır.
Tacikistanın bəzi bölgələrində də nizariliyin
davamçıları mövcuddur. 
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin