AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq


UQNUM – xristian əqidəsində bir Tan-



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə45/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   ...   41   42   43   44   45   46   47   48   49

UQNUM – xristian əqidəsində bir Tan-
rıda olan üç şəxsiyyətin hər biridir. Yunanca
“Hipostasisdir”. Xristianlığın Romada yayıl-
ması dövründə Allahın zatı, onun mahiyyəti
barəsində elmi mübahisələr baş vermişdir.
Bu çəkişmələr zamanı onun üç şəxsin (Ata,
Oğul və Müqəddəs ruh) birliyindən ibarət ol-
ması haqqında ehkam yaranmışdır. Bu inanc
İslamda inkar olunmaqdadır.
Ü
ÜBEY İBN KƏB (30/650-ci ildə vəfat
etmişdir) – Məhəmməd peyğəmbərin
səhabəsi və katibi olmuşdur. Xəzrəc qə-
biləsindən olmuş, hicrətdən öncə İslamı
qəbul etmiş, Əqəbədə Məhəmməd peyğəm-
bərə edilən ikinci beyətdə iştirak etmişdir.
Bədr, Uhud, Xəndək və başqa döyüşlərdə vu-
ruşmuşdur. Uhud döyüşündə ağır yaralanmış,
ancaq sağ qalmışdır.
İslamdan öncə Übey ibn Kəb oxumağı və
yazmağı bacaran adamlardan biri olmuşdur.
Məhəmməd peyğəmbər Mədinəyə hicrət et-
dikdən sonra o, peyğəmbərin ilk mədinəli
katiblərindən biri olmuş, nazil olan vəhylərin
mətnlərini yazmışdır. Rəvayətlərə görə o
həm də, Quranın təfsirini və  fiqhi yaxşı
bilmiş, hökmlər çıxarmışdır. Məhəmməd
peyğəmbərin vəfatından sonra Übey ibn Kəb
Xilafətdə quruculuq işlərinə qatılmış, Əbu
Bəkr və Ömərə yaxın adam olmuşdur. Onun
adından rəvayət edilən hədislər də vardır. 
ÜDHİYYƏ – bax: QURBAN.
ÜQUBƏT – qanun pozuntularına görə
cəzaların tətbiq edilməsidir. Fiqhin əsas
sahələrindən biridir. Cəzalar şəriət qanun-
263
ÜQUBƏT

larını pozmuş insanlara qarşı tətbiq olunur.
Cinayət üzrə təhqiqat aparılmalı, sonra işlər
məhkəməyə çıxarılmalıdır. Orada verilən
hökmlər şəriətə uyğun verilməlidir. Cəzanın
ağırlığı törədilmiş cinayətə uyğun olmalıdır.
Fiqhdə cəzaların üç növü var: hədd, təzir 
qisas
ÜMM HƏBİBƏ BİNT ƏBU SÜFYAN
(44/665-ci ildə vəfat etmişdir) – Məhəmməd
peyğəmbərin həyat yoldaşlarından biri ol-
muşdur. O, nüfuzlu Qureyş başçılarından biri
olmuş Əbu Süfyan ibn Hərbin qızı idi. İslamı
əri Übeydullah ibn Cəxşlə birlikdə qəbul et-
mişlər və onlar ilk müsəlmanlardan olmuş-
durlar. Onlarda Həbəşistana hicrət etişdirlər.
Ancaq, orada Übeydullah xristianlığı qəbul
etmiş və İslamdan çıxmışdır. O, Ümm
Həbibəni də xristian olmağa dəvət etmiş,
ancaq o bunu etməmiş və ondan boşanmışdır.
Bu boşanmadan sonra Ümm Həbibənin du-
rumu çox ağırlaşmışdır. O, yad ölkədə tək
qalmışdır. Onun atası Əbu Sufyan müsəl-
manların barışmaz düşməni olduğundan,
Məkkəyə də qayıda bilmirdi. Bu xəbəri
eşidən Məhəmməd peyğəmbər onu öz yanına
çağırmış və hicrətin 7-ci ilində onunla evlən-
mişdir. Ümm Həbibə qardaşı Müaviyə ibn
Əbu Süfyanın hakimiyyəti dövründə 70
yaşında vəfat etmişdir. Onun adından bir çox
hədislər rəvayət edilmişdir.
ÜMM KÜLSÜM BİNT MƏHƏM-
MƏD (9/630-cu ildə vəfat etmişdir) –
Məhəmməd peyğəmbərin qızı olmuşdur.
Əbu Ləhəbin ikinci oğlu Ütbə ilə nişanlan-
mışdır. Ancaq, sonra Əbu Ləhəbin Məhəm-
məd peyğəmbərə düşmən olmasından sonra
onların evliliyi baş tutmamışdır. Ümm Kül-
süm başqa müsəlmanlarla birlikdə Mədinəyə
hicrət etmişdir. Orada bacısı Ruqiyyənin və-
fatından sonra Məhəmməd peyğəmbərin tək-
lifi ilə 3/624-cü ildə Osman ibn Əffana ərə
getmişdir. Ümm Külsüm Məhəmməd
peyğəmbərin vəfatından az öncə, hicrətin 9-
cu ilində vəfat etmişdir.
ÜMM SƏLƏMƏ BİNT ƏBU
ÜMEYYƏ (59/679-cu ildə vəfat etmişdir) –
Məhəmməd peyğəmbərin həyat yoldaşların-
dan biri olmuşdur. Birinci əri Əbu Sələmə
ilə ilk müsəlmanlardan olmuşdurlar, sonra
onlar Həbəşistana, daha sonra isə Mədinəyə
hicrət  etmişdirlər.  Uhud döyüşündə Əbu
Sələmə ağır yaralanaraq dünyasını dəy-
işmişdir. Bundan sonra, Məhəmməd peyğəm-
bər Ümm Sələmə ilə evlənmişdir. O,
təxminən 84 yaşında Mədinədə vəfat et-
mişdir.
ÜMMƏT – İslam dinin əsaslarını qəbul
edən və onun şərtlərini yerinə yetirən
müsəlmanların təşkil etdiyi cəmiyyətidir. Bu
söz Quranın bir çox ayələrində (məsələn 6:
38 ayəsində) anılmışdır. Ayrıca, rəngindən,
irqindən, milliyyətindən və cinsindən asılı ol-
mayaraq bütün müsəlmanlar ümmətdən
hesab olunurlar (Quran, 49: 13). 
ÜMRƏ – ilin istənilən vaxtı Kəbə evinin
ziyarət edilməsidir. Bununla belə həcc
mövsümündə ümrə ziyarəti yerinə yetir-
ilməz. Ümrə Kəbənin ətrafında yeddi dəfə
təvaf etmək, Səfa və Mərva təpələri arasında
qaçmaq kimi ayinləri əhatə edir. Ümrədə
ayinlər həccdə olduğu kimi icra edilir. Həc-
cdən fərqli olaraq ümrədə Müzdəlifədə qal-
maq və ya Minədə şeytanı daşlamaq kimi
ayinlər yerinə yetirilmir.
Ümrə etmək üçün miqatlara gəlib, orada
niyyət etmək və ehrama (II) girmək lazımdır.
Həcc zamanı haram olan əməllər ümrədə də
haramdır. Bundan sonra zəvvarlar təlbiyyə
duasını deməyə başlayırlar. Məkkədəki Məs-
cidül-Hərama gəldikdən sonra onlar Kəbəni
yeddi dəfə təfaf edir, sonra iki rükətli namaz
qılıb Səfa ilə Mərva təpələrinə doğru
irəliləyirək onların arasında yeddi dəfə qaçır-
264
ÜMM HƏBİBƏ BİNT ƏBU SÜFYAN 

lar. Bu ayini bitirdikdən sonra zəvvarlar
saçlarını qırxıb ehramdan çıxmalıdırlar.
Bununla da ümrə tamamlanmış olur.  
ÜSAMƏ İBN ZEYD (58/678-ci ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. Üsəmənin
anası Ümm Ayman Məhəmməd peyğəmbərin
atası Abdullahın köləsi olmuşdur. Atasının
ölümündən sonra Məhəmməd onu azad et-
mişdir. Üsamənin atası Zeyd isə Məhəm-
mədin həyat yoldaşı Xədicənin köləsi idi.
Məhəmməd evləndikdən sonra Xədicə onu
ərinə bağışlamış, o da onu azadlığa bu-
raxmışdır. Bundan sonra Ümm Ayman Zey-
dlə ailə qurmuş və bu evlilikdən Üsamə
doğulmuşdur. Məhəmməd peyğəmbər
dünyasını dəyişdikdə isə Üsamənin 18-20
yaşı olmuşdur.
Üsamə yetkinlik yaşına çatmadığına görə
Bədr və Uhud kimi döyüşlərdə vuruşmamış,
yalnız  Xəndək döyüşündə iştirak etmişdir.
Hicrətin 11-ci ilində Bizans qoşunu Ərəbis-
tanın şimalında yerləşən yaşayış bölgələrinə
basqın etmişdir. Buna görə də, Məhəmməd
peyğəmbər bizanslılara qarşı ordusunu
göndərmiş, sərkərdə kimi gənc Üsaməni
təyin etmişdir. Yürüşə çıxmış İslam ordusu
Məhəmməd peyğəmbərin səhhətinin pis-
ləşməsini eşidən kimi geri dönmüşdürlər.
Ancaq sonra xəlifə Əbu Bəkrin təkidi ilə
onun başçılıq etdiyi qoşun yenə yürüşə çıxıb
Suriyaya doğru irəliləmişdir. Bu yürüş çox
uğurlu olmuş, müsəlmanlar çoxlu qənimətlər
əldə edə bilmişdirlər.
Bundan sonra da xəlifə Əbu Bəkrin və
Ömərin hakimiyyəti dövründə Üsamə ibn
Zeyd bir çox döyüşlərdə vuruşmuşdur. Xəlifə
Osmanın  öldürülməsindən sonra Xilafətdə
başlamış iç savaşda heç kimin tərəfini tut-
mamışdır. Xəlifə Əli və Müaviyə arasında
müharibə olduqda o bitərəf qalmışdır.
Müaviyənin hakimiyyəti dövründə o, Mə-
dinəyə köçmüş, orada təxminən 60 yaşında
dünyasını dəyişmişdir.
ÜSEYD İBN HÜDEYR – Məhəmməd
peyğəmbərin səhabələrindən və Mədinənin
Evs qəbiləsinin başçılarından biri olmuş-
dur.  Məhəmməd peyğəmbərin  Mədinəyə
göndərdiyi Müsab ibn Ümeyrlə tanış olduq-
dan sonra İslamı qəbul etmişdir. Evslilərin
çoxu da ondan örnək alaraq müsəlman ol-
muşdurlar. Üseyd savadlı adam idi, Quranın
ən yaxşı bilicilərindən biri olmuşdur.
Məkkəli müsəlmanlar Mədinəyə hicrət et-
dikdən sonra Üseyd müsəlmanların qurucu-
luq işlərinə qatılmış, döyüşlərdə iştirak
etmişdir. Xəlifə Ömərin
hakimiyyəti
dövründə vəfat etmişdir.
ÜŞR
– 
müsəlmanların əkindən
yığdıqları məhsulun onda biri həcmində
verdikləri vergidir. Daha çox bu vergi dənli
məhsullardan verilirdi. Onun vacibliyi Quran
ayələrində (6: 141) və hədislərdə təsbit
edilmişdir. Üşr müharibələrdə müsəlman-
ların ələ keçirdikləri torpaqlarda yetişdirilən
məhsuldan da verilirdi.
ÜZEYR – Bəni İsraildən olmuş, Musa
şəriətini yaymış imanlı bir insan olmuşdur.
Bəzi ilahiyyatçılar onun peyğəmbər
olduğunu iddia etmişdirlər. Rəvayətlərə görə
Üzeyr kiçik yaşlarından Tövratı öyrənmişdir.
Babil
kralı 
Buhtunnəsr
Qüdsü
ələ
keçirdikdən sonra başqaları kimi sürgün həy-
atı yaşamışdır. Əsarətdən azad olduqdan
sonra Qüdsə qayıtmış, ancaq orada şəhərin
xarabalıqlarını görmüş, şəhərin yenidən qu-
rulmayacağını sanmışdır. O zaman Allah onu
öldürmüş, yüz ildən sonra isə yenidən dirilt-
mişdir (Quran, 2: 259). Rəvayətlərə görə
yenidən dirilən Üzeyr Qüdsə daxil olur.
Orada o, bir qadına rast gəlir və kim
olduğunu açıqlayır. Qadın Üzeyrə xəstə
olduğunu bildirdikdən sonra o, Allaha dua
edərək onu sağalmasını diləyir. Sonra bu
qadın israillilərə Üzeyrin möcüzəli şəkildə
geri qayıtmasını bildirir. İsraillilər bunu
265
ÜZEYR

eşidib sevinərək onu ziyarət
etməyə
gəlmişdirlər. Ziyarət zamanı onun doğrudan
da Üzeyr olması üçün sübutlar tələb et-
mişdirlər. Onların istəyini yerinə yetirərək o
bütün Tövratı əzbərdən oxumuşdur. İsraillilər
buna görə çox sevinmişdirlər. Çünki, Buh-
tunnəsr Tövratı məhv etdikdən sonra onların
müqəddəs kitabları unudulmuşdur. 
Daha sonra rəvayət edilir ki, Üzeyr is-
railliləri imana çağırsa da, onlar onu eşit-
məmiş, hələ Tövratı oxuduqda yanlışlıqlara
yol verdiyini iddia etmişdirlər. Ancaq, on-
ların arasından bir şəxs Tövratın kiçik bir
hissəsini babillilərin hücumundan sonra
qoruyub saxlamışdır. O, Tövratın bu
parçasını gətirdikdə israillilər onun Üzeyrin
oxuduqları ilə üst-üstə düşdüyünün gör-
müşdürlər. Onda israillilər “Üzeyr Allahın
oğludur” (Quran, 9: 30) demişdirlər. Bundan
sonra Üzeyr Qüdsdə yaşamışdır. Onun
ölümündən sonra İsrail oğulları daha böyük
günahlar
işlədərək Allahın qəzəbinə
gəlmişdirlər.
ÜZZA
–  ərəblərin ən tanınmış
bütlərindən biri olmuşdur. Bu büt Məkkə ilə
Mədinə arasındakı Nəhl adlanan bölgədə yer-
ləşmişdir. Üzzaya daha çox Qatafan qəbiləsi
tapınırdı. Bu bütün üstündə örtüklə örtülmüş
bir tikili də olmuşdur. Burada müqəddəs daş
və qurban qanlarının saxlandığı Gabğab
mağarası da yerləşirdi. Məbədi Bənu-Şeyba
qəbiləsi qoruyurdu. Bu büt qureyşlilərdə Lat
və Mənatla birlikdə üçlük təşkil edib, “Al-
lahın qızları” adlanırdı. Rəvayətlərə görə
Məhəmməd peyğəmbərə Allahın qızlarının
olmaması haqqında 16: 57 ayəsi nazil olmuş-
dur. Müsəlmanlar Məkkəni fəth etdikdən
sonra Xalid ibn Valid Məhəmməd peyğəm-
bərin əmri ilə bu bütü dağıtmışdır.
V
VACİB – müsəlmanlar üçün yerinə ye-
tirilməsi qaçınılmaz olan əməllərdir. Vacib
olan buyruqlar mütləq icra edilməlidir. Vacib
əməllərin işlənildiyi zaman savab, tərk edildi
zaman isə günah qazanılır. Onları inkar
etmək olmaz. Namaz qılmaq, oruc tutmaq,
zəkat vermək kimi əməllər müsəlmanlar
üçün vacibdir. 
VAİZ – dini maarifləndirmə məqsədi ilə
məscidlərdə dini moizələr oxuyan dini
xadimdir (bax: VƏZ). Vaiz dərin dini biliyə,
yüksək əxlaqi xüsusiyyətlərə və natiqlik
bacarığına sahib olmalıdır. 
VASİLƏ –  islamöncəsi Ərəbistanda
biri-birinin ardınca beş cüt əkiz bala doğan
dişi heyvanı belə adlandırırdılar. Onlara
sayğı göstərilirdi. Bu ad Quranın “Maidə”
surəsinin 103-cü ayəsində anılmaqdadır. 
VƏCD – sufilikdə Tanrıya olan sevgidən
“sərxoş” olaraq dini ekstaz durumuna gir-
məkdir. Bu durumda insan həqiqəti duymur,
özünü idarə edə bilmir. Vəcdə müxtəlif va-
sitələrlə, o cümlədən ekstaz halına gətirən
maddələri içməklə də girmək mümkündür.
Müsəlmanlar üçün sərxoşedici maddələr
qadağan olduğundan sufilərin çoxu bu va-
sitələrə əl atmır. Onlarda vəcd Tanrı ilə in-
sanın qarşılıqlı sevgisinin nəticəsidir. Bu hala
girən “məşuq” özündə Tanrının ayrı-ayrı
özəlliklərini hiss edir. Sufilərə görə Məhəm-
məd peyğəmbərin səhabələri də vəcdi
yaşamışdırlar. Onların ardıcılları da Quran
oxuyarkən vəcd halında olurdular. Bu du-
rumda onlar ağlayır, özlərində olmurdular.
Bunu iddia edərək sufilər vəcdə dair İslamın
ilk qaynaqlarından dəlillər gətirirdilər.
Vəcdin ən yüksək zirvəsi “vucud”dur. Bu du-
266
ÜZZA

ruma çatmış “məşuq” insani mahiyyətini
itirərək Allahda əriyir, onun xüsusiyyətlərini
mənimsəyir. Beləliklə, vəcd halına girən su-
filərin bu halı “dənizin kənarına yaxınlaşan”,
daha sonra “dənizə girən”, sonda isə
“dənizdə batan” insana bənzəyir.
VƏD VƏ VƏİD – Allahın vəd etdiyini
icra edəcəyinə inancdır. Kəlamda (I) bu sö-
zlər  Allahın
vəd etdiyi kimi axirət
dünyasında möminlərin mükafatlandırılması,
günahkarların isə cəzalandırılması mə-
nasında işlədilir. Müsəlmanlar inanırlar ki,
Allah müqəddəs kitabda verdiyi sözü mütləq
yerinə yetirərək hər bir insanı əməllərinə
görə məhkəməyə çəkəcəkdir. Vəd və vaid
müsəlman əxlaqında da əhəmiyyətli yer tut-
maqdadır. Hər bir müsəlman verdiyi sözün
üstündə durmalı, onu icra etməlidir. Verilmiş
sözün yerinə yetirilməməsi isə ikiüzlülüyün
(münafiqliyin) əlaməti hesab edilir. Hədislərə
görə, verilmiş söz bir borcdur, onun yerinə
yetirilməsi vacibdir. 
VƏDD –  Nuh peyğəmbərin xalqının
tapındığı büt olmuşdur. Bundan başqa, o
xalq bir neçə bütlərə də tapınırdılar. Onların
adları Vəddlə bir yerdə Quran ayəsində (71:
23) çəkilmişdir.
VƏHDƏTİ-ŞÜHUD
–  sufi təlim-
lərindən biridir. Bu təlimin müəllifi Əhməd
Fəruqi olmuşdur. Onun dövründə mənsub
olduğu  Nəqşibəndi təriqətinin ardıcılları
mənəvi yollarında İbn Ərəbinin vəhdəti-
vücud təliminə üstünlük verirdilər. Ancaq bu
təlim bəzi müəmmalı məqamlarına görə bir
çox hallarda ənənəvi müsəlmanların etira-
zlarına gətirib çıxarmışdır. Buna görə Əhməd
Fəruqi kübravi təriqətinin şeyxi Simnaninin
(736/1336-cı ildə vəfat etmişdir) vəhdəti-
şühud təlimini inkişaf etdirmişdir. Simnani
yaradılmış varlıqda Allahın təcəlli etməsi
ideyasını rədd etmişdir. Allahın yaratdığı var-
lıqların həqiqi və müstəqil mahiyyətləri
vardır. Simnaniyə görə mənəviyyatın təkmil-
ləşdirilməsini istəyən hər bir kəs vəhdəti-
vücudda olduğu kimi Allahla qovuşmağa
deyil, onunla görüşməyə və onun yaxınlığını
duymağa can atmalıdır. Buna çatmaq üçün
hər bir sufi, ilk olaraq şəriətin bütün qanun-
larına tabe olmalıdır. Onun fikrincə yalnız
şəriət yolu mənəvi yetkinliyə gətirib çıxara
bilər. Mənəviyyatını təkmilləşdirən insanın
əqidəsi müsəlman çoxluğunun inancına qarşı
olmamalıdır.
İmam Rəbbani Simnaninin bu kimi fikir-
lərini davam etdirmişdir. Onun təlimində
dində mənəvi yetkinləşmə yolu ilə gedən
müsəlman mənəviyyatını inkişaf etdirmək
üçün sufiliyin müxtəlif yollarından istidafə
edə bilər. Ancaq, mənəvi yüksəliş zamanı o,
Tanrıda əridiyini, onun sifətlərini mənim-
sədiyini, öz varlığını itirməsini zənn etməmə-
lidir. Mənəviyyat yolçusu yalnız Tanrının
varlığını duyaraq Onun birliyinə şahid olur.
İmam Rəbbani bu halı ulduzların sönük
işıqlarını örtən günəşin daha güclü işığına
bənzədirdi. Ancaq, bu heç də sönük işıq qay-
nağı olan ulduzların, onlardan gələn işıqların
yoxluğuna və ya onların günəş işığında
əriməsinə gətirib çıxarmır. Belə bir halda
insan Allahın yaxınlığını, onun ucalığını
duyur. Beləliklə, insan bir varlıq kimi
mahiyyətini itirmir, yoxluğa çevrilmir. İmam
Rəbbaniyə görə mənəvi yüksəlişə çatmış
sufi, Allahın sifətlərini mənimsəmir, Onun
təcəllisinə çevrilmir. O vəhdəti-vücudçuların
“Hər şey O-dur (Allahdır)” ifadəsini “Hər
şey Ondandır (Allahdandır)” ifadəsi ilə əvəz
etmişdir. Bununla yanaşı İmam Rəbbani
düşüncədən irəli gələn dəlillərə önəm
verərək bir-çox məsələlərdə yalnız duyğu-
larına etibar edən sufilərin irrasionalizmini
tənqid etmişdir. O, bəzi sufi təriqətlərində
olan vəcdə düşmə hallarına qarşı da
çıxmışdır. 
İmam Rəbbaninin dünyagörüşü və
267
VƏHDƏTİ-ŞÜHUD

“vəhdəti-şühud” təlimi müsəlman çoxun-
luğunun inancına zidd olmamışdır. O, sufil-
iklə şəriətin uyuşması probleminin həllində
yeni addımlar ata bilmişdir.
VƏHDƏTİ-VÜCUD
–  sufi təlim-
lərindən biridir. Bu təlimə görə yalnız bir
varlıq vardır, o da Allahdır. Ondan başqa heç
nə yoxdur. Maddi və mənəvi aləmdə olanlar
isə onun təcəllisi və təzahürüdürlər. Onların
varlıqları Tanrının varlığından asılıdır.
Deməli maddi aləmin Allahla əlaqəsi bir
şeyin onun kölgəsi ilə bağlılığı kimidir. O şey
olmasa, onun kölgəsi də olmaz. Deməli bu
dünyanın da varlığı Allahın varlığına
bağlıdır. 
“Vəhdəti-vücud” təliminə görə hər bir
şeydə Tanrının təzahürləri vardır. Hər bir sufi
Tanrıdan başqa heç bir şeyin olmadığını bilir.
Bunu o, yalnız irrasional təcrübədən kənar
yollarla, öz mənəvi potensialını zahidlik həy-
atı keçirməklə, çoxsaylı zikrlər etməklə duy-
mağa başlayır. Sufinin mənəvi təcrübəsi,
eləcə də Yaradıcıya olan sonsuz sevgisi onu
varlığının birliyi duyğusuna gətirib çıxarır.
Belə bir durumda o, Allahla birliyini duyaraq
Onun içində əriyir. Bu durumda olan “sufi”
öz dediklərinin, etdiklərinin, davranışlarının
onun deyil, Allahın olduğunu iddia edir. Sə-
malar kimi müxtəlif ayinlər ona bu gizli bil-
ginin açılmasına yardım edir. Bütün bunlar
Allaha sonsuz sevgi duyğusundan irəli gələn
sərxoşluq və vəcd durumlarında baş verir.
Sonda sufi özünü Tanrının bir parçası kimi
duyaraq “Ənəl-Həqq” deyir. 
Ənənə və şəriət tərəfdarı olan müsəlman
çoxluğu vəhdəti-vücudu heç də bir mənalı
qarşılamamışdırlar. Sufiləri İslama bidət
gətirməkdə ittiham etmişdirlər. Onlara qarşı
təqiblər də olmuşdur. İlk dəfə “Ənəl-Həqq”
deyən tanınmış sufi Həllac bu sözlərinə görə
hətta edam edilmişdir.
“Vəhdəti-vücud” təliminin prinsipləri
tanınmış  arif İbn Ərəbinin (vəfat ili
638/1240) əsərlərində əks olunmuşdur. Ona
görə də o, bu təlimin yaradıcısı hesab edilir.
İbn Ərəbiyə görə Allahdan başqa hər bir var-
lıq əslində yoxdur. Onun fikrincə varlıq Al-
lahdadır. Onun görünən təzahürləri isə
Allahın təzahürləridir. Buna görə də, hər bir
maddi şeydə Tanrını duymaq mümkündür. 
İbn Ərəbidən sonra vəhdəti-vücud müsəl-
man dünyasının müxtəlif bölgələrində
yayılmışdır. Anadoluda bu ideyaları onun
görkəmli davamçısı Sədrəddin Konyəvi
(vəfat ili 623/1224), Fələstin və Misirdə isə
İbn Fərid (v. i. 632/1234) yaymışdırlar. Türk
sufi təlimlərində bu ideyaları Yunus Əmrə
səsləndirmişdir. Vəhdəti-vücudun motivləri
Cəlaləddin Ruminin (v. i. 672/1273) “Məs-
nəvi”sində də yer almaqdadır. 
VƏHHABİLƏR – XII\XVIII əsrin or-
talarından başlayaraq Ərəbistan yarı-
madasında yaranmış sələfi dini-siyasi
hərəkatının ardıcıllarına verilmiş addır.
Hərəkatın adı İslamı bidətlərdən təmizləmək
və ilkin dinə qayıtmaq şüarları ilə çıxış edən
Məhəmməd ibn Əbdülvəhhabla bağlıdır.
Onun dini fəaliyyətini Mərkəzi Ərəbistanda
yerləşən və Səud sülaləsindən olan Dəriyə
əmirləri siyasi hərəkata çevirmişdirlər. 
1178/1765-ci ildə Dəriyə əmiri Məhəm-
məd ibn Səudun ölümündən sonra onun yer-
inə Əbdüləziz keçmişdir. O, hərəkatın təkcə
siyasi deyil, həm də dini öndəri olmuşdur. O,
Dəriyə əmirliyini xeyli gücləndirə bilmişdir.
1190/1773-cü ildə Riyyadı ələ keçirdikdən
sonra Dəriyə əmirləri bütün mərkəzi Nəcdi
idarə etməyə başlamışdırlar. Onların tutduğu
bütün yerlərdə “bidətlərdən təmizlənmiş”
İslam və “həqiqi” tövhid təbliğatı aparılırdı. 
1206/1792-ci ildə Məhəmməd ibn Əb-
dülvəhhabın ölümündən sonra Səud xanə-
danı öz hakimiyyətini Şərqi Ərəbistanda
yaymışdır. Burada, mərkəzi Nəcddə olduğu
kimi müxtəlif (daha çox şiələrin olduğu)
müqəddəs yerlər dağıdılmışdır. Eyni za-
268
VƏHDƏTİ-VÜCUD

manda, Qərbi Ərəbistanda Səud xanədanına
müttəfiq olan güvvələrlə Məkkə şərifləri
arasında qanlı toqquşmalar gedirdi. Bunun
nəticəsində dəriyəlilər üstünlük qazan-
mışdılar. 
Osmanlı sultanı imperatorluğun dərin
böhran içində olduğuna baxmayaraq Səud
sülaləsinin yeni uğurlarından ehtiyat edərək
onlara garşı ordu göndərmiş, ancaq türk
silahı birləşməsi üçün bu yürüş uğursuz ol-
muşdur. Onları izləyən dəriyəlilər Suriya və
İraqa girmişdirlər. Gücdən düşən Osmanlı
sultanları onların qarşısını ala bilməmiş və
dəriyəlilər 1212/1802-ci ildə İraqın Kərbəla
şəhərinə girmiş, şiələrin müqəddəs yerlərini
dağıtmışdırlar. 1213/1803-cü ildə isə onlar
Məkkəni ələ keçirirlər. Ancaq, Ciddə və
Mədinədə türk qoşunu onları qeri çəkilməyə
məcbur etmişdir. Elə həmin ildə qəsd
nəticəsində əmir Əbdüləziz öldürülmüşdür.
Onun yerinə keçən oğlu Səud 1215/1805-ci
ildə Mədinəni və Hicazın başqa ərazilərini
ələ keçirə bilmişdir. 1215/1805 – 1220/1810-
cu illərdə Səudun qoşunu İraqa və Suriyaya
yürüşlər etmişdir. 1221/1811-ci ildə Osmanlı
sultanı Səudluların hücumlarının qarşısının
alınmasını  Misir valisi Məhəmməd Əliyə
tapşırmışdırlar. O da, Dəriyə əmirlərinə qarşı
qoşun göndərmişdir. 1222/1813-cü ildə onlar
Hicazın bir hissəsini ələ keçirə bilmişdirlər.
Sonra dəriyəlilər Misir ordusuna bir neçə
dəfə qalib gəlsələr də, bundan faydalana
bilməmişdirlər.
Səud 1223/1814-cü ildə ölmüş, onun yer-
inə oğlu Abdullah keçmişdir. Onun
hakimiyyəti Dəriyə əmirliyi, Hicaz, Ümman,
Bəhreyn və Tihamənin bir hissəsinə
yayılmışdır. Ancaq, sonra misirlilər səudlu-
lara qarşı mübarizələrini davam etdirmiş və
uğur qazanmışdırlar. 1226/1817-ci ilə qədər
artıq bütün orta Nəcdi Məhəmməd Əlinin
böyük oğlu İbrahim ələ keçirə bilmişdir.
1227/1818-ci ildə səudluların son dayağı
olan Dəriyə şəhəri da alınmışdır. O hadisələr
zamanı səudluların çoxusu öldürülmüş,
digərləri isə qaça bilmişdirlər. Dəriyə şəhəri
isə dağıdılmışdır. 
Ağır məğlubiyyətə baxmayaraq bir-neçə
ildən sonra paytaxtı Riyad olan Səudlular
ölkəsi yaranmışdır. Onun əmiri səudluların
digər soyundan olan Türki olmuşdur. Ancaq,
bu ölkəni də 1247/1838-ci ildə misirlilər dar-
madağın etmişdirlər. 1259/1850-ci ildə səud-
lular Feysəlin başçılığı altında mərkəzi
Riyadda olan bütün Orta və Şərqi Ərəbistanı
birləşdirən ölkələrini yarada bilmişdirlər.
Sonra bu ölkə ərəb əmirlərinin öz arasında
olan daxili çəkişmələr səbəbi ilə gücdən
düşmüşdür. Buna baxmayaraq Səudlu II Əb-
düləziz 1321/1902-ci ildə Riyadı ələ
keçirərək ölkəni yenidən qurmuşdur. Birinci
dünya müharibəsindən sonra isə bu ölkə daha
da güclənmişdir. Daha sonra onlar Nəcd və
Hicazı da tutmuşdurlar.
Məhəmməd ibn Əbdülvəhhabın ardıcıl-
larını təkcə Ərəbistanda deyil, digər yerlərdə
də olmuşdurlar. İslamın bidətlərdən qorun-
ması şüarları ilə bir-çox müsəlman dini ic-
maları İndoneziya, Afrika ölkələri,
Hindistan, Yaxın Şərq, Avropa, eləcə də
dünyanın başqa yerlərində bu gün də
fəaliyyət göstərirlər. Bir çox dini-siyasi
hərəkatlar bu ideyalardan faydalanmışdırlar. 
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin