AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu islam tariX, FƏLSƏFƏ VƏ HÜquq



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə40/49
tarix21.04.2017
ölçüsü5,04 Kb.
#15072
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

SƏHABƏLƏR

mərkəzlərində  fiqhi, etiqadi məzhəblərin
əsaslarını qoymuşdurlar. Bununla da,
səhabələr İslamın dünya dininə
çevrilməsində böyük rol oynamışdırlar. 
SƏHİH HƏDİSLƏR – etibarlı və şübhə
doğurmayan ravilərin vasitəsi ilə rəvayət
edilmiş hədislərdir. Bu kimi hədislərin rav-
iləri inanc və əxlaqları ilə seçilən ədalətli in-
sanlar olmalıdırlar. Onlar dinə bidət
gətirməməli, böyük günahlara yol verməmə-
lidirlər. Bu şərtlərdən biri yerinə yetirilməzsə
hədis etibarlı sayılmaz. Səhih hədisi rəvayət
edən şəxsin yaxşı yaddaşı olmalıdır. Ravilər
rəvayət etdikləri hər hansı bir hədisi müxtəlif
vaxtlarda fərqli söyləmişdirlərsə onlar
etibarlı şəxslər hesab edilmirlər. 
Səhih hədislər üçün irəli sürülən bir başqa
şərt də, onların ravilərinin eyni dövrdə yaşa-
malarının sübuta yetirilməsidir. Hər hansı bir
ravinin söylədiyi hədis, digər ravilərin
söylədikləri hədislərə zidd olmamalıdır. Hə-
disin yazısı və mənasında onun etibarlı
olduğunu şübhə altına ala biləcək heç bir
çatışmamazlıq olmamalıdır. Bu şərtlərə
cavab verən hədislər fiqhdə və bəzi hallarda
əqidə məsələlərində böyük əhəmiyyətə ma-
likdirlər. 
SƏİD İBN CÜBEYR (95/714-cü ildə
vəfat etmişdir) – tabiundan olan hədis rav-
isi, tanınmış fiqh alimi və Quran təfsirçisi
olmuşdur. Onun mömin insan olduğu
haqqında məlumatlar vardır. Buna görə də o,
hədis elmində etibarlı rəvayətçilərdən hesab
edilir. Səid ibn Cübeyr öz dövrünün ən bi-
likli, eləcə də aydın adamlarından biri olmuş-
dur. O, Küfədə yaşamış, bir müddət şəhər
başçısının yanında katiblik etmişdir. Hicrətin
95-ci ilində şəhər başçısı olmuş Həccaca
qarşı üsyan edənlərlə birlikdə olduğuna görə
öldürülmüşdür. Səid ibn Cübeyr Məhəmməd
peyğəmbərin səhabələri ilə görüşmüş, onlar-
dan hədislər rəvayət etmişdir. Ancaq onun
adından söylənilmiş zəif hədislər də vardır.
Buna baxmayaraq onun adı ilə bağlı hədislər
məşhur hədis toplularında yer almışdır.
SƏİD İBN MÜSEYYİB (94/713-cü ildə
vəfat etmişdir) – tabiundan olan ən tanın-
mış ravilərdən biri olmuşdur. Səidin əmisi
və atası Məhəmməd peyğəmbərin səhabələri
olmuşdurlar. O, xəlifə I Ömərin hakimiyyəti
dövründə doğulmuşdur. Səid ibn Müseyyib
erkən yaşlarından hədislərə böyük maraq
göstərmiş və bütün həyatı boyu onları
toplamış, bu məqsədlə Xilafətin müxtəlif
bölgələrinə səfərlər etmişdir. O, dövrünün ən
bilikli, savadlı insanlarından biri olmuşdur.
O həm də, dövrünün zahidlərindən biri idi.
Onun adından rəvayət edilmiş hədislər
məşhur hədis toplularında yer almışdır. 
SƏİD İBN ZEYD (51/671-ci ildə vəfat
etmişdir) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. Onun atası
Zeyd İbn Əmir İslamdan öncə  bütpərəst-
likdən dönərək yəhudi və xristianlıqla
maraqlanmışdır. Buna baxmayaraq onların
heç birini sona qədər bəyənmədiyinə görə
həniflik adlanan ibrahimi təktanrıçılıq
inancına üstünlük vermişdir. O, bədəvi
ərəblərin basqısına uğrayaraq öldürülmüş,
Məhəmməd
peyğəmbərlə görüşə
bilməmişdir. 
Onun oğlu Səid ibn Zeyd isə İslam dini
ilə tanış olmuş, onun atasından eşitdikləri
hənifliyin prinsiplərinə uyğun olmasını təs-
diq etmişdir. Buna görə də o, İslamı qəbul
edərək müsəlmanların Ərqəmin evindəki
yığıncaqlarına qatılmışdır. 
Səid Ömər ibn Xəttabın bacısı ilə evlən-
mişdir. Ömər onları bir yerdə Quran oxu-
yarkən görmüş, buna görə bərk
qəzəblənmişdir, ancaq az sonra özü də İslamı
qəbul etmişdir. 
235
SƏİD İBN ZEYD

Səid  Məkkədə bütün müsəlmanlar kimi
ağır təqiblərə məruz qalmış və bu səbəbdən
də Mədinəyə hicrət etmişdir. Orada o, quru-
culuq işlərinə qatılmış, Bədr döyüşündən
başqa bütün savaşlarda iştirak etmişdir.
Məhəmməd peyğəmbərin vəfatından sonra
isə Səid ibn Zeyd Xilafətin İran və Bizans
imperiyalarına qarşı savaşlarında
döyüşmüşdür. Onların hamısında xüsusən də,
Yərmuk döyüşündə igidlik göstərmişdir.
Müsəlmanlar Dəməşqi fəth etdikdən sonra
bu şəhərin valisi olmuşdur.  
SƏLAT – bax: NAMAZ
SƏLƏFİLİK – Məhəmməd peyğəmbər
və onun səhabələrinin, eləcə də onların
davamçılarının yolu ilə getmək və bu insan-
ları hər şeydə nümunə olaraq qəbul et-
məkdir. Müsəlmanlar bir çox ölkələri ələ
keçirdikdən sonra İslam dünya dininə
çevrilməyə başlamışdır. Zaman keçdikcə
dinə müxtəlif xalqların adətləri, eləcə də fəl-
səfi məktəblər təsir edirdi. Bu da İslamda
təriqətçiliyin artmasına yol açmışdır. Digər
tərəfdən, sonrakı əsrlərdə ictimai həyat, ölkə
quruculuğu, elmlər, təfəkkür getdikcə inkişaf
edirdi. Zaman keçdikcə dinin bir çox müd-
dəalarına yeni baxışlar formalaşmağa
başlamışdır. Çünki, dəyişən dünyada ortaya
çıxan yeni həqiqətlər dində də özünü
göstərirdi. Bu şəraitdə Antik Yunan və Roma
fəlsəfəsinə maraq artmış, Aristotel, Platon və
digər filosofların əsərləri ərəb dilinə tərcümə
edilmişdir. Onların metodoloji və fəlsəfi
prinsipləri İslam metodologiyasına da daxil
edilmişdir. 
İlkin dini saflığın qorunmasını istəyənlər
isə bütün bu proseslərə qarşı çıxmışdırlar.
Onlara görə bu meyllər İslamın əsaslarının
unudulmasına, dinə bidətlərin gətirilməsinə
gətirib çıxarırdı. Beləliklə, hicrətin dördüncü
əsrində Məhəmməd peyğəmbərin, eləcə də
müsəlmanların ilkin dövrünə qayıtmaq və
“sələfi-salihinin” (doğru yolda olan əcdad-
ların) yolunu davam etmək şüarları ilə “sələ-
filik” adlanan bir ideya ortaya çıxmışdır.
İlk sələfilər Əhməd ibn Hənbəlin fiqhi
məktəbinin ardıcılları olmuşdurlar. “Sələfi-
salihinlərin” yoluna qayıtmaq, eləcə də
Quran
və 
hədislərə
istinad etmək
çağırışlarının arxasında heç bir nəzəriyyə ol-
mamışdır. Buna görə də, o zaman ilkin sələ-
filik inkişaf etmədən ortadan çıxmışdır. 
Sələfiliyi bir məzhəb kimi formalaşdıran
İbn Teymiyyə və onun ardıcılları olmuşdurlar.
Onlar dini məsələlərin izahında kəlam (I)
metodlarına qarşı çıxmışdırlar. İbn
Teymiyyəyə görə dinin bütün müddəaları
peyğəmbərin, səhabələrinin, onların ilk
ardıcıllarının adətinə uyğun olmalıdır. Sələ-
filər hesab edir ki, məntiqə və ağılın dəlil-
lərinə istinad etmək vəhyə
arxalanan
peyğəmbərin və onun ardıcıllarının yolundan
çəkilmək deməkdir. Bu isə dinin təhrif
olumasına gətirib çıxarır. Beləliklə, məntiq
və ağılın dəlilləri sələfilər tərəfindən yalnız
vəhyə tabe edilmiş şəkildə qəbul olunmuş-
dur. Quran və hədislərdə insan tərəfindən
çətin anlaşılan məqamlara münasibətdə sələ-
filər hesab edirlər ki, onlar barəsində müza-
kirə edilməz və belə mətnlər olduğu kimi
qəbul edilməli və onlara iman gətirilməlidir.
Sələfilər dünyasını dəyişmiş müqəddəs-
lərə,  övliyalara, din adamlarına dualar
edilməsini, onların məzarlarının ziyarət
edilməsini, onların Allahla insanlar arasında
vasitəçi kimi qəbul edilməsini tövhidin
pozulması kimi qiymətləndirmişdirlər. Onlar
bunu edən müsəlman təriqətlərini pis-
ləmişdirlər. Allahın birliyinin təsdiq edilməsi
ilə yanaşı sələfilər hesab edirlər ki, müsəl-
manın bütün əməlləri Məhəmməd peyğəm-
bərin həyatına uyğun olmalıdır. Onlara görə
dində heç bir bidətə yol vermək olmaz.
Dində hər bir yenilik günahdır və inkar
edilməlidir. İbn Teymiyyə və digər sələfilərin
təlimi bəzi İslam cərəyanları tərəfindən qəbul
236
SƏLAT

edilmişdir. Onun prinsipləri miladi XVIII
əsrdə Nəcddə başlanan Məhəmməd ibn Əb-
dülvəhhabın  hərəkatının ideoloji əsasına
çevrilmişdir. Ən yeni tarixdə isə sələfi
ideyaları ilə çıxış edən bir çox müsəlman
qrupları vardır.
SƏLƏFLƏR –  Məhəmməd peyğəm-
bərin əhli-beyti və onun yaxın səhabələri,
onların ardıcılları və ardıcılların ardıcılları
olmuşdurlar.  Onlar dini ənənəni bildik-
lərindən sonrakı nəsillər onlara hörmət və
ehtiram bəsləmiş, onları özlərinə örnək qəbul
etmişdirlər. Sələflərin irsləri müsəlmanlar
tərəfindən yetərli dəlil hesab edilmişdir.
SƏLMAN FARİSİ (36/657-ci ildə vəfat
etmişdir) – Məhəmməd peyğəmbərin ən
tanınmış səhabələrindən biri olmuşdur. O,
İranda İsfəhan şəhərinin yaxınlığındakı bir
kənddə doğulmuşdur. İslamı qəbul edənə
qədər onun adı Büzəxşənin oğlu Məbah ol-
muşdur. Onun atası zərdüşt dininə sitayiş
etmiş, evində bu dində müqəddəs hesab
edilən alovu yandırıb, onu qoruyurdu.
Oğlunu da bu dinin qaydalarına uyğun
böyütmüşdür. Ancaq sonra Məbah şübhələrə
düşmüş və Suriyaya getmişdir. Orada o xris-
tian olmuş və rəvayətlərə görə bir rahibin so-
nuncu  peyğəmbərin
gələcəyi haqqında
söhbətini eşitmişdir. Bundan sonra Məbah
Hicaza yollanmışdır. Ancaq ərəblər onun kar-
vanına hücum etmiş və o əsir düşmüşdür.
Sonra onu Vadi əl-Qurrədə bir yəhudiyə kölə
kimi satmışdırlar. Daha sonra o yəhudi onu
Mədinənin Qureyzə qəbiləsindən olmuş
başqa bir yəhudiyə satmışdır. 
Məhəmməd peyğəmbər Mədinəyə hicrət
etdikdən sonra Məbah onunla görüşüb İslamı
qəbul etmişdir. Bundan sonra o, Səlman
Farisi adı ilə tanınıb Məhəmməd peyğəmbərə
ən bağlı səhabələrindən biri olmuşdur. Hi-
crətin 5-ci ilinə qədər Səlman köləlikdə
qalmışdır. Buna görə də o, Xəndək döyüşünə
qədər  bütpərəstlərə qarşı olan savaşlara
qatıla bilməmişdir. Sonra müsəlmanlar sahib-
inə pul ödəyib, Səlmanı azad etmişdirlər. Hi-
crətin 5-ci ilində Xəndək döyüşü zamanı
onun təklifi ilə şəhər ətrafında müdafiə
məqsədi ilə böyük çuxurlar qazılmışdır. Onu
da düşmənlər aşa bilməmişdirlər. Bu tak-
tikanın işlənməsi müsəlmanlara qələbə
qazandırmışdır. Sonrakı illərdə də Səlman
Farisi Məhəmməd peyğəmbərin yanında
olmuş, onun vəfatından sonra isə Əbu Bəkrin
xilafəti dövründə Mədinədə yaşamışdır.
Ömərin xilafəti zamanı Səlman İrana qarşı
aparılan müharibələrdə iştirak etmiş, iran-
lıları İslamı qəbul etməyə dəvət etmişdir. 
Daha sonra Səlman Fərat çayı sahilindəki
Küfə şəhərinin (17/638) salınmasında iştirak
etmişdir. Daha sonra o, İranın Mədainin
şəhərinin valisi olmuşdur. Səlman Farisi hi-
crətin 36-cı ilində təxminən 80 yaşında vəfat
etmişdir. Səlman Farisi tərki-dünyalığı ilə də
seçilmişdir. Müsəlman ənənəsində ən inanclı
səhabələrdən biri hesab edilir. Rəvayətlərə
görə Məhəmməd peyğəmbər onu öz əhli-
beyti elan etmişdir. Sufi təriqətlərinin
bəzilərində və şiə ənənəsində ona böyük ehti-
ram bəslənilir. Bundan başqa Şəlman
Farisinin adından çoxlu hədis də rəvayət
edilmişdir.
SƏMA – sufi məclislərində səsləndirilən
dini musiqi növüdür. Səma sufinin vəcd (ek-
staz) halına girməsinə yardım edir. Bu halda
olan sufi, öz üzərində kontrolunu itirərək
musiqinin ritmi ilə ekstatik hərəkətlər edir.
Bəzi sufi təriqətlərində səmalar rəqslərlə
müşayiət edilir. Səma yığıncaqlarını sufizmin
incəliklərini yaxşı bilən nüfuzlu zakirlər
aparır. Sufi təriqətlərinin təlimlərinə görə sə-
malar Allaha sevgi ilə dolu qəlblə edilir, in-
sanın nəfsi təmizlənir. İlk səmaların məşhur
sufilər Zünnun Misri və Cüneyd Bağdadi
tərəfindən keçirilmişdir. Ancaq onlar dərin
mənəvi təcrübəyə malik olmayan adi
237
SƏMA

adamlara səmalarda iştirak etməyin əleyhinə
idilər. Çünki, bu mənəvi cəhətdən yetkin ol-
mayan adamları səmalar yanlış yola apara
bilər. Səma yalnız tərkidünya həyatı keçirən
yüksək mənəviyyatlı insanlar üçündür.
Hesab olunur ki, sufi təkkələrinin yayıl-
masının ən başlıca səbəblərindən biri də
ənənəçilərin  məscidlərdə səmaların keçir-
ilməsini qadağan etmələri olmuşdur. Ona
görə də, sufilər təkkələrdə musiqi alətlərinin
səsləri altında ayinlərini icra edirdilər. 
SƏMUD – bax: SALEH (I).
SƏNUSİLƏR –  Şimali Afrikada sufi
qardaşlığı birliyinin ardıcıllarıdırlar. Onun
yaranması Məhəmməd ibn Əli Sənusinin
(1791 – 1859) adı ilə bağlıdır. O, Əlcəzairdə
doğulmuş, uzun müddət müxtəlif dini elmləri
öyrənmiş, özünü maliki hüquq məzhəbinin
davamçısı saymışdır. Mənəvi yetkinləşmə
yoluna o, Hidrilər adlı sufi qardaşlığının
şeyxi Əhməd ibn İdrisin rəhbərliyi altında
başlamışdır.  Ticani adlı sufi qardaşlığının
yaradıcısı Əhməd Ticaninin ideyaları ona
böyük təsir göstərmişdir. Sonralar Sənusi öz
sufi qardaşlığının əsaslarını qoymuşdur. O
öləndən sonra onun oğulları Mehdi 
Məhəmməd Şərif sufi qardaşlığına başçılıq
etmişdirlər.
Sənusilər  İslamın ilkin saflığına qayıt-
mağa çağırmış, dinə sonradan gətirilmiş
bidətlərdən çəkinmək yolu ilə müsəlmanlar
arasındakı qarşıdurmaları aradan qaldırmaq
istəmişdirlər. Bu qardaşlıqda səssiz zikrlər
oxunmuş, coşqu vasitəsi ilə trans durum-
larına girmək, oynamaq qadağan edilmişdir.
Onlar müqəddəslərin məzarlarının ziyarət
edilməsini yasaq etməmiş, Məhəmməd
peyğəmbərə  özəl  dualar oxumuşdurlar.
Sənusilər ölkə hakimiyyətinin şəriət üzərində
qurulmasının tərəfdarları idilər. Sənusi qar-
daşlığı Liviya, Əlcəzair, eləcə də Şimali
Afrikanın digər bölgələrində, bundan başqa
Hicaz və Sudanda yayılmışdır. Qardaşlığın
ardıcılları bu bölgələrin siyasi həyatında
aktiv iştirak etmişdirlər. XIX – XX əsrlərdə
onlar Avropa müstəmləkəçilərinə, xüsusən də
italyanlara qarşı mübarizə aparmışdırlar. 
SƏRİYYƏLƏR – Məhəmməd peyğəm-
bərin iştirak etmədiyi müsəlmanların büt-
pərəstlərə qarşı apardıqları müharibələrdir.
Onun iştirak etdiyi yürüş və döyüşlər qəzavat
adlandırılır. Məhəmməd peyğəmbərin Muta
döyüşü kimi bəzi tarixi əhəmiyyətli
səriyyələri də olmuşdur. 
SƏUDƏ BİNT ZƏMA –  Məhəmməd
peyğəmbərin həyat yoldaşlarından biri ol-
muşdur. O, Xədicənin vəfatından sonra hi-
crətin 10-cu ilində evləndiyi ilk qadındır.
Buna qədər o, əmisi oğlu Səkran İbn Əmirin
həyat yoldaşı olmuşdur. Onlar birlikdə İslamı
qəbul edərək ilk müsəlmanlardan olmuş-
durlar. Buna görə onları qüreyşlilər təqib
etmiş, onlar da Məkkədən Həbəşistana hicrət
etməyə məcbur olmuşdurlar. Sonra onlar
Məkkəyə geri qayıtmış, orada Səkran ölmüş,
Səudə isə dul qalmışdır. O zaman onun 50-
yə yaxın yaşı olmuşdur. Məhəmməd peyğəm-
bər onunla evlənmək istədiyini bildirmiş və
bu evlilik baş tutmuşdur. Səudə inanclı bir
qadın idi. O, xəlifə Ömərin hakimiyyəti
dövründə vəfat etmişdir.
SƏUM – bax: ORUC. 
SƏYY – həcc və ümrə zamanı Səfa ilə
Mərvə təpələri arasında qaçmaqdır və bu
davranış həcc və ümrə ibadətlərinin vacib
tərkib hissəsini təşkil edir. Dini rəvayətlərə
görə səyyin tarixi İbrahim peyğəmbərin
həyat yoldaşı Həcərlə bağlıdır. O, orada oğlu
İsmaillə su axtarmaq məqsədi ilə Səfa ilə
Mərva təpələri arasında qaçmış və bir
238
SƏMUD

möcüzə nəticəsində Zəmzəm quyusu yer al-
tından qaynayaraq o yerlərə həyat vermişdir.
SİDRƏTÜL-MÜNTƏHA – göyün yed-
dinci qatında, cənnətin son mərtəbəsində
yerləşən Allahın zatı aləmidir. Onun varlığı
haqqında  Quranda ayə vardır (53: 13-14).
Onun nə olduğunu insan şüuru dərk edə
bilməz. Oraya heç kim, hətta mələklər olsa
belə, girə bilməzlər. Merac hadisəsində
Məhəmməd peyğəmbərə sidrətül-müntəhaya
qədər Cəbrayıl ilə birlikdə yaxınlaşmağa
icazə verilmişdir. Müsəlmanların qıldıqları
gündə beş vaxt namazın vacib olması əmri
də burada verilmişdir.  
SİLSİLƏ
– 
zəncirvari mənəvi
bağlılıqdır. Sufilikdə silsilə  Məhəmməd
peyğəmbər, onun əhli-beyti

səhabələrindən başlayıb, təriqətin adətlərinə
və onun şeyxinə qədər gedib çıxan mənəvi
şəcərədir. Sufi təriqətlərinin silsilələrini Əbu
Bəkr Siddiq və ya Əli ibn Əbu Talibə, onlar-
dan isə peyğəmbərə yüksəldirlər.
Hədis elmində də hədisin səhihliyini təs-
diq etmək üçün onun ravilər silsiləsi
peyğəmbərin əhli-beyti və ya səhabələrinə,
onlardan isə peyğəmbərə qədər çatmalıdır.
SİRAT –  Qiyamət günü insanların
keçməli olacaqları od üzərindən salınmış
körpüdür. Rəvayətlərə görə bu körpü insan
telindən incə, ülgücdən itidir. Onun üzərində
günahkarları  cəhənnəmə atan qarmaqlar
vardır. Bütün insanlar dirildikdən sonra bu
körpünün üzərindən keçəcəklər. İnanclı
müsəlmanlar onun üzərindən rahatlıqla
keçərək  cənnətə daxil olacaqlar. Dinsiz və
günahkarlar isə onun üzərindən keçə
bilməyib, cəhənnəmə oduna düşəcəklər. Sir-
atı alleqoriya hesab edən ilahiyyatçılar da ol-
muşdur. 
SUFİLİK – bax: TƏSƏVVÜF.
SUKR – sufilikdə təriqət yolçusunun Al-
laha qarşı olan sevgisindən ortaya çıxan
sərxoşluq halıdır. Sərxoşluq sufini özəl bir
məqama yüksəldir. Bu halda o özünü hiss
etmir, ilk baxışdan anlaşılmayan hərəkət və
sözlər ifadə edə bilərlər. Sufilik tarixində
sukru ilk dəfə məşhur sufi Bəyazid Bistami
yaşamışdır. O, bu halı ayıq olaraq Allahı
sevmək halından (sahvdan) daha üstün hesab
etmişdirlər. Ənənəvi müsəlmanların çoxu
sukra, eləcə də bütün başqa ekstatik hallara
qarşı dözümlü olmamış, onlara qarşı çıxış et-
mişdirlər.
SUR –  Allahın dörd böyük mələk-
lərindən biri olan İsrafilin iki kərə
üfürəcəyi borudur. Bundan sonra bütün can-
lılar öləcək, daha sonra isə Allah tərəfindən
mühakimə edilmək üçün diriləcəklər. Sur
haqqında istər Quranda, istər də hədislərdə
məlumatlar vardır. Sur qiyamətin əsas
atributlarından biri hesab edilir. 
SURAQA İBN MALİK (23/645-ci ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. Rəvayətlərə
görə məkkəlilər peyğəmbərin hicrət et-
məsinin qarşısını almaq üçün onu Mədinə
yolunda təqib etmişdirlər. Ancaq, bu bir
nəticə verməmişdir. Buna görə də onlar,
Məhəmməd peyğəmbərin dirisini və ya
ölüsünü gətirəcək insana yüz dəvə hədiyyə
verəcəklərini elan etmişdirlər. 
Bu xəbəri eşidən Suraqa Məhəmməd
peyğəmbərin axtarışına çıxmış, onun izinə
düşmüşdür. Ancaq, o zaman onun atı bü-
drəməyə başlamış və o, Məhəmməd peyğəm-
bər və onun iki yol yoldaşını görmüşdür.
Suraqa onu oxla vurmaq istəmiş, ancaq bunu
etmək üçün onun əli qalxmamışdır. Həmin
anda onun atının ayaqları quma batmağa
başlamış və o yerindən tərpənə bilməmişdir.
Onda Suraqa peyğəmbərdən yardım istəmiş,
əvəzində onu izləməyəcəyinə söz vermişdir.
239
SURAQA İBN MALİK

Peyğəmbər də dua etmiş və Suraqanın atı
qumdan çıxmışdır. 
Ancaq, Suraqa verdiyi sözdə durmamış
və yenə də onu izləməyə başlamışdır.
Nəticədə, onun atının ayaqları yenə də quma
batmağa başlamışdır. Peyğəmbər isə yenə də
onun köməyinə gəlib duası ilə atını azad et-
mişdir. Bundan sonra o, Suraqaya tapşır-
mışdır ki, geri qayıdıb hamıya onu
görmədiyini desin. Əvəzində ona İran şahı
Xosrovun dəyərli qolbaqlarını vəd etmişdir.
Bu dəfə Suraqa sözünün üstündə durmuş,
geri qayıdaraq digər təqibçilərə peyğəmbərin
bu yerlərdə olmadığını söyləmişdir. 
Müsəlmanlar  Məkkəni fəth etdikdən
sonra Suraqa İslamı qəbul etmişdir. Peyğəm-
bərin vəfatından sonra isə İranı məğlub etmiş
müsəlmanlar şahların xəzinəsini Mədinəyə
gətirmişdirlər. Dəyərli əşyalar arasında qol-
baqlar da olmuşdur. Onları görən xəlifə
Ömər Suraqanı öz yanına çağırmış, peyğəm-
bərin ona söz verdiyi bu qolbaqları ona
bağışlamışdır. 
SURƏLƏR
–  Quranın fəsilləridir.
Surələr ayələrdən ibarətdir. Onlar şərti olaraq
uzun, orta və qısa surələr olmaqla üç yerə
bölünürlər. Surələrdə ayələrin sayı yüzdən
çoxdursa, onları uzun surələr hesab edirlər.
“Bəqərə”dən (2) “Tövbə”yə (9) qədər olan
surələr uzun surələrdir. Ayələrin sayı yüzdən
az olan surələr orta, bir neçə ayədən ibarət
olan surələrə isə qısa surələrdir. Ən qısa surə
“Kövsər” (108-ci surə) surəsidir. 
Bütün surələr baş vermiş hadisələrin, in-
sanların adı və ya ilk ayələrinin birinci sözü
ilə adlandırılmışlar. Bəzi surələrin bir-neçə
adı vardır. Məsələn, “Tövbə” surəsini
“Bəraət” də adlandırırlar. 
Quranın bütün surələri nazil olduğu
yerdən asılı olaraq Məkkə və  Mədinə
surələrinə bölünürlər. Məkkə surələri hicrət-
dən öncə, Mədinə surələri isə hicrətdən sonra
nazil olunmuşdur. Quranda surələrin
düzülmə ardıcıllığı məsələsində ilahiyy-
atçıların fərqli fikirləri mövcuddur. Ək-
səriyyət ən uzun surələri Quranın əvvəlində,
sonra isə orta və qısa surələrin gəldiyini qeyd
edirlər. Bəziləri isə surələri mövzulara görə
ardıcıl yerləşdirməyin tərəfdarıdırlar. Onlar
hesab edir ki, Məhəmməd peyğəmbərə
surələr elə bu ardıcıllıqla nazil olunmuşdur. 
İslam alimlərinin bir çoxu hesab etmişdir
ki, Quran surələrinin müəyyən olmuş ardıcıl-
lığı yoxdur və bu ictihadın obyektidir. Digər
ilahiyyatçılar isə bu məsələdə orta mövqedə
olmuşdurlar. Onlara görə surələrin ardıcıl-
lığını Allah müəyyən etmişdir. 
SURƏT – təsvir və ya şəkildir. Bir çox
ilahiyyatçılar insan və ya heyvanın əllə çək-
ilmiş şəkillərini bütpərəstliyə aparan yollar-
dan biri kimi dəyərləndirərək bunu qadağan
etmişdirlər. Ancaq, tədris məqsədi ilə bioloji
elmlərdə insan bədəninin müxtəlif
parçalarının çəkilməsinə yol vermişdir.
Həmin ilahiyyatçılara görə yalnız bitkilər və
cansız təbiəti çəkmək mümkündür. Ancaq,
müasir dövrümüzdə bu kimi baxışlarla
razılaşmayan alimlər də olmuşdur. Onlar
istənilən şəkilin çəkilməsinə yol verirlər. Fo-
toşəkilin çəkilməsi haqqında da ixtilaf vardır.
Bunu haram bilənlər olsa da, çoxluq buna
icazə verir. Çünki, onlara görə fotoşəkil əllə
çəkilmiş rəsm deyildir.
Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin