İDRİS – Qurana görə Allahın peyğəm-
bərlərindən biri olmuşdur. Onun Adəmin
oğlu Şitin soyundan gəldiyi rəvayət edilir.
Allah ona peyğəmbərlik və yaşadığı
cəmiyyəti hikmət ilə idarə etmə qabiliyyəti
vermişdir. Buna görə də onu, “üç fəzilətin
sahibi” adlandırırlar. Onun çoxlu övladları
olmuşdur. Rəvayətlərə görə İdris Babildə və
ya Misirdə doğulmuşdur. Onun atasının adı
Yərd, anasının adı isə Bəra və ya Əşvat ol-
muşdur. Adəmdən sonra insanlar yollarını
azmışdır. Ona görə də, Allah İdrisi peyğəm-
bər olaraq seçmiş, o da onları doğru yola
dəvət etmişdir. Ancaq onların çoxu inancsı-
zlıq, bütpərəstlik və əxlaqsızlıqdan çəkin-
məmişdirlər. Sonra İdris Allaha iman
gətirmiş ardıcılları ilə birlikdə Babilə
köçmüşdür. Rəvayətlərə görə Allah İdrisə
elmləri də öyrətmişdir. O, 72 dil bilmiş,
riyaziyyatçı və münəccim olmuşdur. Bəlkə
də, ilk yazı yazan, eləcə də iynə-sapla tikiş
tikən də o olmuşdur. Allah İdrisə möcüzələr
göstərmək bacarığını da vermişdir. O,
ağaclarda neçə yarpağın olduğunu, özündən
sonra gələcək peyğəmbərlərin adlarını
bilirdi. Nuh peyğəmbərin dövründə tufanın
olacağı barəsində xəbər vermişdir. Allah ona
sühuf endirmişdir. Rəvayətlərə görə İdris
peyğəmbər ölməmiş, sağ ikən göylərə
qaldırılmışdır (Quran, 19: 56-57). Məhəm-
məd peyğəmbər İsra və merac zamanı
onunla görüşmüşdür.
İFRİT – insanlara pislik edə bilən cinin
adıdır. Çox güclü cinləri də ifritlər ad-
landırırlar. İfritlərdən birinin Süleyman
peyğəmbərə tabe olduğu rəvayətlərdə qeyd
edilməkdədir. O, Süleymanın göstərişi ilə
133
İFRİT
Səba ölkəsinin kraliçası Bilqeysin taxtını
onun yanına gətirmişdir ( Quran, 27: 38-39).
İFTAR – gün boyu tutulmuş orucun qi-
danın qəbul edilməsi ilə sonuclandırıl-
masıdır (Quran 2: 187). Məhəmməd
peyğəmbərin göstərdiyi yola uyğun olaraq
müsəlmanların oruclarını açması savabdır.
Rəvayətlərə görə Məhəmməd peyğəmbər
orucunu xurma və yaxud bu meyvə ol-
mayanda su ilə açardı. Bunu edərkən o, du-
alar oxuyardı. Məhəmməd peyğəmbər
müsəlmanlara iki və ya daha çox gün boyu
orucu fasiləsiz tutmağı qadağan etmişdir.
Peyğəmbərin özü isə bir neçə gün ərzində
fasiləsiz oruc tutmuşdur. Bu oruca “visəl”
deyilir.
İFTİRA – hər hansı bir insanı törət-
mədiyi hər hansı əməllə görə günahlandır-
maqdır. İslamda iftira ən böyük günahlardan
biri hesab edilir. Eyni zamanda, iftira edən
insanın günahı sübut edilərsə o zaman o,
İslam dövlətində şəriət qanunları ilə cəza-
landırılır.
İFTİTAH – namazın əvvəlində niyyət
etmək, sonra “Allahu əkbər” deyərək
ibadətə başlamaqdır. Bunu etmək fiqh
məzhəblərinin əksəriyyətinə görə vacibdir.
İftitah deyildikdən sonra bəzi şeylər etmək
müsəlman üçün qadağandır. Tanrının adının
uca tutulması haqqında Quranda (74: 1-3)
ayələr vardır.
İHSAR – həcc prosesində ihrama
girdikdən sonra hər hansı bir obyektiv
səbəblər üzündən hər hansı bir ayini yerinə
yetirməmək və ya bu ayinləri əksik yerinə
yetirməkdir. Bu xəstəlik və ya zəvvarın həy-
atının təhlükə altında olduğunda ola bilər.
Belə adamları “mühsar” adlandırırlar. Zəvvar
mühsar olsa, Allaha qurban kəsməlidirlər.
İHTİKAR – bax: MÖHTƏKİRLİK.
İHVANÜL-MÜSLİMUN
– bax:
MÜSƏLMAN QARDAŞLARI.
İHYA – dirçəlmə, oyanma mənalarını
ifadə etmədir. Quran və hədislərdə bu söz
müxtəlif mənalarda işlədilsə də, ən çox
ölümdən sonra yenidən dirilmə mənasında
istifadə edilmişdir. Fiqhdə ölkənin boş,
sahibsiz torpaqlarını icarəyə vermək də
“ihya” (onun dirçəldilməsi) adlanır.
İXLAS – Allaha sevgi ilə ibadət et-
məkdir. Bu söz tövhidlə bağlı bir ifadədir.
Ruhun şirkdən və günahlardan təmizlənərək
Allaha sevgi duyğusu ilə ibadət etmək an-
lamını daşıyır. İxlas hər kəsin ən yaxşı xü-
susiyyətlərini üzə çıxarır və əxlaqını daha da
dolğunlaşdırır. Quranın 112-ci surəsi “İxlas”
adlanır. Bu surədə İslamın tövhid təlimi ən
qısa və konkret ifadə olunmuşdur.
İXTİLAF – qarşıdurma, anlaşılmazlıq,
hər hansı bir problemlə bağlı fərqli
yanaşma və baxışların ortaya çıxmasıdır.
İlahiyyatçılara görə Quran və hədislərdə əks
olunan dinin əsasları barəsində ixtilaf etmək
olmaz. Etiqadla əlaqədar məsələlərdə Allahın
açıq-aydın əmrləri yoxdursa və ayələr müx-
təlif mənalarda başa düşülürsə, o zaman
onlar barəsində müxtəlif fikirlər irəli sürülə
bilər.
İKİNDİ – bax: ƏSR.
İQALƏ – fiqhdə nəyinsə barəsində an-
laşan insanların o anlaşmanı öz istəkləri ilə
pozmasıdır. Məsələn, xarab olmuş mal
geriyə qaytarılmalıdır. Ancaq malda heç bir
əskiklik olmasa, satıcını onu geri almağa
məcbur etmək olmaz. Belə mal satıcının
razılığı ilə geri alına bilər. Boşanma və
kölələrin azadlığa buraxılması anlaşması
134
İFTAR
iqalə hesab edilmir. Bunun üçün fiqhdə başqa
hökmlər vardır.
İQAMƏ – azandan sonra vacib na-
mazın qılınması üçün möminləri namaza
ikinci çağırışdır. Onun deyilməsindən dərhal
sonra müsəlmanlar namaz qılmağa başlayır-
lar. İqamə ilə azanın sözləri eynidir, onların
arasında fərq azdır. İqamənin verilməsi sa-
vabdır. Azandan fərqli olaraq aramla deyil,
iqamə tez oxunur. İqamə nafilə namazlarının
qılınmasından əvvəl oxunmur. Qadınların
iqamə oxuması vacib deyildir.
İQAN – Sufilikdə mənəviyyat yolçusunu
kamilləşdirən bilikdir. Bu bilik təcrübə yol-
ları ilə deyil, mənəvi yüksəlişlə əldə edilir.
İQBAL MƏHƏMMƏD (1289/1873 –
1357/1938) filosof-şair, maarifçi, reformist
və ictimai xadim olmuşdur. O, Pəncabın
Siyalkot şəhərində doğulmuş, erkən yaşların-
dan elmə maraq göstərmiş, Quranı öyrənmiş,
mədrəsədə dini elmlər üzrə təhsil almışdır.
Sonra Lahorda təhsilini davam etdirmişdir.
Burada o, müxtəlif elmləri öyrənmiş,
poeziyaya meyl göstərmişdir. Məktəbi
bitirdikdən sonra isə ingilis dilini və fəlsəfəni
öyrətməyə başlamışdır. 1322/1905-ci ildə
Məhəmməd İqbal İngiltərənin Kembric uni-
versitetinin fəlsəfə və iqtisadiyyat
fakültələrində təhsilini davam etdirmişdir.
Londonda ərəb ədəbiyyatından dərs
demişdir. Sonra 1325/1908-ci ildə Al-
maniyaya gedib, orada artıq istedadlı şair
kimi tanınaraq vətəni olan Hindistana qayıt-
mış, burada qısa bir müddət Lahorun dövlət
məktəblərinin birində ərəb ədəbiyyatından
dərs demişdir. Sonra ingilislərin müstəm-
ləkəçi siyasətinə qarşı çıxaraq vəzifəsindən
istefa etmiş, özəl məktəblərdə müəllimlik
işini davam etdirmişdir. Bundan sonra o, in-
gilis müstəmləkəçiliyinə qarşı mübarizəyə
qoşulmuşdur. O, müsəlmanların daha çox
yaşadığı şimal vilayətlərinin Hindistandan
ayrılması, orada Pakistan dövlətinin qurul-
ması ideyası ilə çıxış edənlərdən biri olmuş-
dur. O, 1351/1932-ci ildə Londonda bu
məsələ ilə bağlı konfransda çıxış etmişdir.
357/1938-ci ildə uzun sürən xəstəlikdən
sonra vəfat etmişdir. Pakistan dövləti isə
onun ölümündən sonra qurulmuşdur.
Məhəmməd İqbalın fəlsəfi baxışları daha
çox onun poeziyası və bəzi başqa əsərlərində
əks olunmuşdur. O hesab edirdi ki, bütün in-
sanlara xoşbəxtlik gətirə bilən ideya yalnız
İslam dinidir. Bu din möhkəm ideoloji, eləcə
də əxlaqi dayaqlar üzərində durduğundan
məhv edilə bilməz. Əsərlərində müsəlman-
ları İslam irsini öyrənməyə, Məhəmməd
peyğəmbərin göstərdiyi yolu getməyə çağır-
mışdır.
Məhəmməd İqbala görə hər bir cəmiyyət
və fərd Allahı düşünərək yaşamalıdır. Bu
yolda günahlardan çəkinmək və cihad etmək
lazımdır. Onun fikrincə böyük nailiyyətlər
əldə etmələrinə baxmayaraq avropalıların
həyat tərzi mənəviyyatsızdır, çünki onların
mədəniyyətləri yalnız maddi dəyərlər
üzərində qurulmuşdur.
Məhəmməd İqbal başqa müsəlman
mütəfəkkirləri kimi hesab edirdi ki, müsəl-
man xalqlarının geriliyi bəzi müsəlman
təriqətlərinin fəaliyyəti ilə bağlıdır. O, onları
ilkin İslam dəyərlərindən uzaqlaşmaqda,
peyğəmbər və onun səhabələrinin göstərdiyi
yoldan yayınmaqda, dinə bidətlər gətir-
məkdə ittiham etmişdir. Bununla yanaşı o,
din xadimlərinin ehkamçılığına qarşı çıxış
edərək, müsəlmanları müasir həyata uyğun-
laşmağa, elmi və texniki biliklərə yiyələn-
məyə çağırmışdır.
İQTƏ – varislik hüququnun saxlanması
şərti ilə torpağın, eləcə də ondan gələn
gəlirin hər hansı bir şəxsə verilməsidir. Bu
sistem Osmanlı imperiyası dövründə geniş
tətbiq edilmiş və timar adlanmışdır. O dövr-
135
İQTƏ
lərdə timar olaraq ölkənin münbit torpaqları
verilirdi. Timarı süvarilər hesab olunan
“sipahi” qoşununa verirdilər. Beləliklə, tor-
paq verilən şəxsin mülkiyyətinə çevrilir və
ya ondan gələn gəlir ona verilirdi. İqtəyə ver-
ilmiş ərazilərdə yaşayan kəndlilər də tor-
paqları ilə birlikdə mülkədara aid olurdular.
Torpaqdan ayrılmaq istəyən kəndli sipahiyə
təzminat ödəməli idi. İqtə sistemi 1839-cu
ildə ləğv edilmişdir.
İLAH – ə rəb dilində tanrı mənasını
verir. Bu söz həm bir olan Allah, həm də tan-
rılar üçün istifadə edilə bilər. Ümumiyyətlə,
ilah sözü sami dillərində tanrı və tanrılar
üçün istifadə edilən sözdür.
İLƏ – fiqhdə hər hansı bir kişinin öz ar-
vadına müəyyən müddətdə yaxınlaşmaya-
cağı barəsində verdiyi sözdür. Bu müddət
dörd ay olur. Əgər bu müddət bitənə kimi kişi
arvadı ilə yaxınlıq etməzsə, onda onlar
boşanmış hesab edilirlər. Əgər kişi verdiyi
sözü pozaraq ilə müddətindən tez həyat
yoldaşı ilə yaxınlıq etsə, onda kəffarə vermə-
lidir.
İLHAM – sufilikdə birbaşa və ya
nəyinsə vasitəsi ilə Allahın insana verdiyi
bilikdir. İlhamın qaynağı Allah və ya Onun
mələyidir. İbn Ərəbiyə görə müqəddəslərin
və peyğəmbərlərin bilik qaynağı birdir. Ümu-
miyyətlə, ilham geniş mənada yaradıcı – şair,
filosof, ədib və s. kimi insanların bilik mən-
bəyi kimi də istifadə edilir.
İLYAS – Musa peyğəmbərin şəriəti ilə
hökm vermiş, İsrail oğullarına göndərilmiş
peyğəmbərlərindən biri olmuşdur (Quran,
37: 123-130). Musa peyğəmbərdən sonra İs-
rail oğulları Allahın yolundan, Tövratın qa-
nunlarından yayınaraq bütlərə tapınmağa
başlamışdırlar. Buna görə də, Allah onları
doğru yola dəvət etmək üçün çoxlu sayda
elçilər göndərmişdir. Bu elçilərdən biri də,
İlyas peyğəmbər olmuşdur.
O, Bəl tanrısına tapınan, onun heykəlini
ucaldan bir qəbiləni doğru yola gətirmək
istəmiş, ancaq onlar onu dinləməmiş və
oradan qovmuşdurlar. Buna görə Allah onları
cəzalandırmışdır. Onların yurduna quraqlıq
düşmüş, mal-qara tələf olmuş, aclıq
başlamışdır. Bu hadisədən sonra o qəbilə
İlyası axtarıb tapmış ondan üzr istəyərək on-
ların bağışlanmasını istəmişdirlər. Allah isə
onları bağışlayıb hidayət yolunu İlyas
peyğəmbərin vasitəsi ilə onlara göstərmişdir.
Bundan sonra yenidən yağışlar yağmış, tor-
paqları məhsul vermiş, həyat normal axarına
qayıtmışdır. Ancaq, bir müddət sonra bu xalq
yenidən yollarını azaraq bütlərə tapınaraq
pozğunçuluq etmişdirlər. Bundan sonra İlyas
onlardan uzaqlaşmış bir başqa İsrail qə-
biləsinin peyğəmbəri olmuşdur. Onlardan
olan Əlyəsə adlı xəstə bir gənci sağaltmış,
onu öz tələbəsi etmişdir. O da, İlyasın və-
fatından sonra peyğəmbərliklə müjdələn-
mişdir.
İMAM – müsəlmanlara yol göstərən
insan və ya dini rəhbərdir. Camaat na-
mazının önündə duranı, görkəmli İslam ali-
mini, şiə liderlərini, hətta xəlifəni bu adla
adlandırırlar. Sünni məzhəbində məscidlərdə
din işlərindən məsul olan şəxsə də imam dey-
ilir. Şiəlikdə isə imam sözünün daha dərin
mənaları vardır. Məsələn, əhli-beytdən
sayılan 12 imam daha müqəddəs hesab edilir.
Bu səbəbdən də, hər din adamı şiəlikdə imam
sayılmaz.
İMAMƏT – dini və dünyəvi hakimiyyəti
birləşdirən dövlət quruluşudur. İmamət
sözü məna baxımından xilafət anlayışına
yaxındır. İmamətin şiəlikdə siyasi mənasın-
dan başqa, mənəvi mahiyyəti də vardır.
Dövlət olsa və ya olmasa, şiələr imam kimi
tanıdıqları
əhli-beyt
nümayəndələrini
özlərinin öndərləri hesab edirlər.
136
İLAH
İMAMİLƏR – müsəlman icmasının
mənəvi və ya siyasi öndərliyinin bir imam-
dan başqasına keçdiyinə inanan müxtəlif
şiə qruplarının ümumi adıdır. İmamilərə
görə Əli ibn Əbu Talib Məhəmməd peyğəm-
bərin varisi olmuşdur. O və onun soyundan
olan imamlar öz açıq-aydın göstərişləri ilə
varislərini təyin edirdilər. İmamilərə görə
imamlar Əli və Fatimənin izdivacından
dünyaya gələn kişi cinsinə məxsus müqəd-
dəslər və onların övladları olmalıdırlar.
İmamilər Əlidən öncəki ilk üç Raşidi
xəlifələrini, eləcə də başqa xəlifələrin
hakimiyyətlərinin qanuniliyini tanımır və ya
bu barədə şübhə içindədirlər. Bütün imamilər
Əli və onun Fatimədən olan iki oğlu Həsən
və Hüseyni, daha sonra isə Zeynül-Abidini,
Məhəmməd Bagiri, Cəfər Sadiqi imam hesab
edirlər. Ancaq rəvayətlərə görə, Cəfər
Sadiqdən sonra şiələr arasında fikir ayrılığı
baş vermişdir. Bundan sonra müxtəlif şiə
təriqətləri imamlar kimi müxtəlif adamları
tanıyırdılar. Onlardan ən çox mənsubu olan-
lar isna-əşərilərdir. Zamanımızda imamilər
daha çox İranda, Azərbaycanda, Bəhreyndə,
İraqda yaşayırlar. Pakistan, Tacikistan,
Türkiyə, Suriya, eləcə də bir sıra başqa
müsəlman ölkələrində onlar azlıq təşkil et-
məkdədirlər.
İMAN – insanın hər hansı bir şeyə
sübutsuz və ya dəlilsiz inanmasıdır. İman
hər bir kəsin qəlbində olmalı, sözlə ifadə və
əməllə təsdiq edilməlidir. İslamda iman Al-
lahdan başqa tanrının olmadığına və Məhəm-
mədin onun elçisi olduğunu bəyan etməklə
təsdiqlənir. Buna İslam ənənəsində kəlimeyi-
şəhadət deyilir. Quran və peyğəmbərin həyat
yolunun haqq olduğuna inanmaq imanın
əsaslarındandır. Bu namazın qılınması, Ra-
mazan ayının orucunun tutulması, zəkatın
verilməsi, həcc getmə kimi ibadətlərin yerinə
yetirilməsi ilə təsdiqlənir. Bundan başqa
müsəlmanlar bütün dini buyruq və vəzifələri
yerinə yetirməli, halal və haramı bir-
birindən fərqləndirməlidirlər. Şiələrdə imam-
ların haqq olduğuna və Allahın ədalətli ol-
masına inanmaq imanın şərtlərindən hesab
edilir. Bundan başqa hər bir müsəlman həy-
atının sonuna qədər İslama bağlı qalmalı,
etiqadının doğru olduğuna şübhə etməmə-
lidir. Buna görə o, onun imanını şübhə altına
alacaq işlər görməməlidir. Bunu edənlər isə
münafiq hesab edilirlər.
İMRAN – Məryəmin (I) atası, İsa
peyğəmbərin babası olmuşdur. Quranın
“Ali İmran” surəsində o və onun ailəsi
anılmışdır.
İMSAK – gecənin bitdiyi, səhərin açıl-
ması ilə başlayan və günəşin çıxmasına
qədər davam edən vaxtdır (Quran, 2: 187).
Bu vaxtdan başlayaraq günəşin çıxmasına
qədər sübh namazının qılınması müsəlmanlar
üçün vacibdir. İmsak vaxtının girməsi ilə
oruc vaxtı başlayır, günəşin batmasına qədər
davam edir. Başqa sözlə oruc tutmaq istəyən
müsəlman imsak vaxtının bitməsinə qədər
yeməyini və içməyini tamamlayıb oruca
başlamalıdır.
İNCİL – İslamda Allahın İsa peyğəm-
bərə nazil etdiyi müqəddəs kitabın adıdır.
Qurana görə bu kitab Tövratı təsdiq etmək
üçün endirilmişdir. İncil Quranın bir neçə
ayəsində (5: 46-47, 5: 68 57: 27) qeyd olun-
maqdadır. Başlanğıcda İncil şifahi ənənə ilə
yayılsa da, sonralar kitab halında yayılmağa
başlamışdır. Müsəlman alimlərinin çoxu
hesab edirlər ki, günümüzə gəlib çatan İn-
cilin yazılı nüsxələri xristianlar tərəfindən
təhrif edilmişdir.
İNKAR – dinin əsaslarından hesab
edilən Allah, peyğəmbərlər, müqəddəs
kitablar, axirət, qəza və qədər, mələklər və
s. inancları qəbul etməməkdir.
İman
sözünün əksi, yəni onun antonimidir. Müsəl-
man icmasında inkar yolunu tutanlar fəsad
törədənlər kimi qiymətləndirilir.
137
İNKAR
İNNİN – fiqhdə cinsi zəiflikdən əziyyət
çəkən insandır. İslam hüququna görə
evləndikdən sonra qadın ərində cinsi zəi-
fliyin əlamətlərini görsə, ondan boşana bilər.
Boşanma işi məhkəməyə çatdıqda hakim on-
lara daha bir il vaxt verməlidir. Əgər bu vaxt
ərzində ər cinsi yaxınlıq üçün özündə güc
taparsa, onların evliliyi davam etdirilir. Belə
olmasa onda onlar boşanmış hesab edilirlər.
İNSANİ-KAMİL – sufilikdə mənəvi
yolçuluğun son dayanacağına gəlmiş,
mənəvi yüksələrək saflaşan insandır. Bu
termini ilk dəfə 309/921-ci ildə fərqli
baxışlarına görə edam edilmiş Mənsur Həllac
irəli sürmüşdür. Ondan sonra insani-kamil
ideyasının inkişafını İbn Ərəbi davam et-
dirmişdir. “İnsani kamil” təlimi ilk olaraq on-
toloji bir problem olaraq varlıq problemi ilə
bağlıdır. İbn Ərəbiyə görə öncə aləm ruhsuz
yaradılmış, Adəmin yaradılması isə dünyanı
ruhlandırmışdır. Öz gücsüzlüyünə baxma-
yaraq insan kainatın bütün maddi və mənəvi
mərtəbələrini əhatə edərək ədalətin qaynağı
olmuşdur.
İslama görə Məhəmməd peyğəmbər ən
yüksək məqamın ifadəsi və tam anlamda
kamil insan olmuşdur. Ona üstünlük dərəcəsi
hələ Adəm yaradılmamışdan öncə ver-
ilmişdir. İnsani-kamil dünyanın məqsədi və
məntiqi nəticəsidir. O, olmasaydı Allah
dünyaya özünü göstərməzdi.
Mənsur Həllacın və İbn Ərəbinin bu kimi
ideyalarını Əziz Nəsəfi (700/1300-cü ildə
vəfat etmişdir) “İnsani-kamil” adlı farsca
yazılmış kitabında inkişaf etdirmişdir. Bu
əsərdə Əziz Nəsəfi insani-kamilin ideal və
yüksək mənəvi özəlliklərinin olması fikrini
irəli sürmüşdür. Bu kimi insanlar xalq
arasında şeyx, hadi, mehdi, imam və xəlifə
kimi müxtəlif adlarla tanınırlar. Bu ideallar
heyvanların və quşların dilini bilmiş Süley-
man peyğəmbərdə, ölüləri dirildən İsa
peyğəmbərdə, “ölməzlik” suyunu içib ölüm-
süzlük qazanmış Xızır peyğəmbərdə özünü
göstərmişdir. Kamil insanlar bütün zaman-
larda olmuşdurlar.
Başqa bir sufi müəllifi Əbdül-Kərim Cili
(820/1417-ci ildə vəfat etmişdir) də Məhəm-
məd peyğəmbərin “insani-kamil” olduğu id-
diasını irəli sürmüşdür. Sufi təriqətlərinə
görə “kamil insanın” özəllikləri hər bir in-
sanda özünü göstərə bilər. Ancaq, onların
inkişafı yalnız sufilərin mənəvi təcrübəsi
çərçivəsində məntiqi nəticə ilə tamamlanır.
İNŞİQAQÜL-QƏMƏR – rəvayətlərə
görə Məhəmməd peyğəmbərin göstərdiyi ən
böyük möcüzələrdən biridir. O, bu möcüzəni
Mədinəyə hicrət etməmişdən beş il öncə büt-
pərəst məkkəlilərə göstərmişdir. Məkkə büt-
pərəstləri Məhəmməddən onun peyğəmbər
olduğuna inanmaq üçün bir möcüzə göstər-
məsini tələb etmişlər. Onda Allahın istəyi ilə
Məhəmməd peyğəmbər aya işarə edərək onu
ikiyə bölmüş, ikinci işarə ilə onu yenidən bir-
ləşdirmişdir. Möcüzəni öz gözləri ilə görən
bütpərəstlər, onu dana bilməsələr də,
Məhəmməd peyğəmbəri sehrbazlıqla gü-
nahlandırmışlar.
Bəzi təfsirçilərə görə Quranın 54: 1-2
ayəsi iki məna daşıyır: həm peyğəmbərin
möcüzəsinə, həm də qiyamətdə baş verəcək
hadisələrə işarə edir. Bəzi alimlərə görə Allah
bu möcüzəni bütün insanlar üçün deyil, yal-
nız məkkəli müşriklər üçün göstərmişdir.
Onun mahiyyəti haqqında heç nə demək
mümkün deyildir, o yalnız inanc məsələsidir.
İNTİHAR – insanın özünü qəsd edərək
öldürməsidir. Bu əməl İslam
dinində
qadağan edilmiş ən böyük günahlardan
hesab edilir. Bir çox fəqihlərə görə insanın
öz həyatına qəsd etməsinin günahı başqa
adamın öldürməsindən daha ağırdır. Ağır-
lığına görə intiharın günah dərəcəsi ən böyük
138
İNNİN
günah olan şirkə yaxındır. Ancaq bütün bun-
lara baxmayaraq intihar edən müsəl-
mandırsa, onun üçün cənazə namazı
qılınmalıdır.
İNZƏL – bax: VƏHY.
İRADƏ – kəlam elmində insanın seçim
azadlığı bu terminlər ifadə edilir. İradə an-
layışı qəza və qədərin ən əsas mövzusudur.
Mütləq iradə Allaha məxsusdur. Belə ki, Al-
lahın istəyi olmadan yaradılmış dünyada heç
bir hadisə baş verə bilməz. Başqa tərəfdən in-
sanın azad iradəsi də vardır. Buna görə onlar
əməllərinə görə axirətdə cavab verməli ola-
caqlar. İnsanın öz iradəsi ilə gördüyü əməllər
kəlamda “kəsb” adlanır. İnsan azad iradəyə
sahib olduğuna görə istənilən hər bir işi edə
bilər. Eyni zamanda, Allahın istəyi olmadan
heç bir şey baş verə bilməz.
Dostları ilə paylaş: |