XƏNDƏK – xarici basqınlarından
qorunmaq üçün şəhərin, kəndin və
qalaların ətrafında qazılan uzun və dərin
çuxurlardır. Hicrətin 5-ci ilində Mədinəyə
doğru irəliləmiş müşriklərlə müsəlmanların
121
XƏNDƏK
arasında baş verən döyüş də belə adlanır.
Müsəlmanlar şəhəri məkkəlilərin çoxsaylı
ordusundan qorumaq üçün onun ətrafında
dərin çuxur qazmışdırlar. Onların tətbiq et-
dikləri bu yeni savaş taktikası şəhərin qorun-
masında həlledici rol oynamışdır. Bu döyüş
Quran ayələrində (33: 9-12) də anılmışdır.
XƏRAC – torpağın istifadə edilməsinə
görə ödənilən vergi növüdür. İslam tarixinin
ilk dövrlərində müsəlmanlar apardıqları
savaşlar nəticəsində yeni əraziləri ələ
keçirdikdən sonra o yerlərin qeyri-müsəlman
sakinləri də bu vergini onlara ödəyirdilər.
Beləliklə, müsəlman olmayan sakinlər həm
cizyəni, həm də xəracı ödəməli idilər. Onlar
İslamı qəbul etdikdən sonra cizyəni ver-
məmiş, ancaq xəracı verməyə davam et-
mişdirlər.
Fəqihlərin hökmlərinə görə müsəlman ol-
mayanlar xəracı, müsəlmanlar isə üşrü
ödəməlidirlər. Ancaq bəzi məzhəblərə görə
müsəlman başqa inancda olanın torpağını
satın almışdırsa, onun xəracını ödəməkdə
davam etməli idi. Bunu edərkən bu torpaq-
dan üşrü vermirdilər. Çünki, bir torpaqdan iki
növ vergi verməzlər. Ancaq, digər
məzhəblərə görə hər iki vergi növü ödənməli
idi. Bundan başqa, bu torpaqları icarəyə də
vermək olardı. Üşr yoxsul müsəlmanlar
arasında paylanılırdısa, xərac ölkə xəzinəsinə
gedirdi. Xəracın iki növü olmuşdur. Birincisi
becərilmə üçün yararlı torpaqlardan, ikincisi
isə yığılmış məhsuldan alınırdı. Bu növ
verginin alınmasını Məhəmməd peyğəmbər
müsəlmanlara Xeybər və Fədək vadilərini ələ
keçirdikdən sonra əmr etmişdir. O hadis-
ələrdə məğlub olan yəhudilər yığdıqları məh-
sulun yarısını ödəməyə məcbur edilmişdirlər.
XƏZRƏC – Mədinə qəbilələrindən biri
olmuşdur. İslamdan öncə onlar Mənata (büt)
tapınırdılar. Onlar İslamı qəbul etdikdən
sonra ənsarlardan olmuşdurlar. Bu qəbilə
öncə Yəməndə onlara yaxın olan evs gəbiləsi
ilə birlikdə yaşamış, sonra onların hər ikisi
Yəsribə ( Mədinəyə) köçmüşdürlər. Sonra bu
qəbilələr arasında qarşıdurma başlamış, onil-
liklər boyu davam etmişdir. Bu qarşıdurmada
yəhudi qəbiləsi olmuş Kaynuka xəzrəcliləri
dəstəkləmişdir.
Evslilərlə xəzrəclilərin sonuncu qanlı
toqquşması Buas döyüşündə olmuşdur.
Qüreyzə ilə Nadir adlı yəhudi və bəzi ərəb
qəbilələrindən dəstək almış evslilər xəzrə-
clilərə qalib gələ bilmişdirlər. Ancaq, uzun
illər boyu sürən qarşıdurmaların sonunda
evslilər özləri də zəifləmişdirlər. Buna görə
də, onlar bu qələbədən faydalana
bilməmişdirlər.
Xəzrəclilər isə artıq barış yollarını axtar-
mağa başlamışdılar. Onlar Məkkəyə elçilərini
göndərib evslilərlə sülhə gəlmək üçün
qüreyşlilərin vasitəçi olmalarını istəmişdirlər.
Ancaq, onlardan yardım ala bilməmişdirlər.
Elə o zaman onlar Məkkədə Məhəmməd
peyğəmbərlə görüşmüşdürlər. Bu görüşdən
sonra xəzrəclilər onun evslilərlə qarşıdur-
malarına son qoyması yolunda vasitəçi ola
biləcəyini anladılar. Bunu evslilər də
istəyirdilər. Əqəbədəki ilk beyətə on xəzrəcli
ilə birlikdə, Məhəmməd peyğəmbərin yanına
iki evsli də gəlmişdir. İkinci Əqəbə beyətində
də xəzrəclilərin təmsilçiləri daha çox olmuş-
durlar. Onlar böyük günahlar etməməyə,
Məhəmməd peyğəmbəri qorumağa,
Məkkədən qovulmuş bütün müsəlmanlara
sığınacaq verəcəklərinə söz vermişdilər.
Məkkəli müsəlmanlar Mədinəyə hicrət et-
dikdən sonra xəzrəclilərlə evslilər “ənsarlar”
adlanmışlar.
Bu hadisədən sonra evslilərlə xəzrəclilər
arasındakı qarşıdurmalara son qoyulmuşdur.
Hər iki qəbilə İslamın qələbə çalması üçün
çalışmışdırlar. Məhəmməd peyğəmbər
dünyasını dəyişdikdən sonra xəzrəclilər
xəlifəliyə Səd ibn Übeydənin namizədliyini
irəli sürmüşdürlər. Ancaq sonra onlar evslilər
və mühacirlərlə
birlikdə Əbu Bəkrin
xəlifəliyini tanımışdırlar.
122
XƏRAC
XİBƏ – bax: HƏDİYYƏ.
XİLAFƏT – Allahın qanunları ilə idarə
olunan İslam dövlətidir. Xilafətin başçısı
xəlifə və ya imam adlanır. İslam alimlərinin
əksəriyyəti Xilafəti Məhəmməd peyğəm-
bərdən sonra ölkə hakimiyyətinin yeni idarə
forması kimi dəyərləndirmişdirlər. Buna görə
də xəlifə, İslam dövlətinin başçısı olaraq həm
də Məhəmməd peyğəmbərin təmsilçisi hesab
edilirdi. Quranın 6: 165 ayəsini dəlil gətirən
bəzi alimlərə görə xəlifələr Allahın yerdəki
təmsilçiləridirlər. Ancaq alimlərin çoxu
bununla razılaşmamış, xəlifəni yalnız pey-
ğəmbərin təmsilçisi hesab etmişlər. İslam tar-
ixində Raşidi, Əməvi, Abbasi, Fatimi,
Kordova və Osmanlı xilafətləri olmuşdur.
XİRQƏ – sufilərin üst geyimidir. Onu
sufilikdə olan hər bir kəs təriqətin bütün qay-
dalarına tabe olmağın göstəricisi kimi
geyinir. Xirqələr sufi libasları kimi müxtəlif
formalarda olurlar.
XİTAN – kişilərin cinsi orqanlarının üst
dərisinin kəsilib çıxarılmasıdır. Bu hər bir
müsəlman üçün müstəhəb əməllərdən hesab
edilir. Kəsdirmənin hər hansı bir müddəti
göstərilməmişdir. Ancaq xitanı uşaq
yaşlarında yerinə yetirmək tövsiyə edilir.
Yaşlı kişilər xitan etməyə də bilərlər.
XIZIR – İbrahim peyğəmbərdən sonra
yaşamış peyğəmbər və ya mömin bir insan
olmuşdur. Rəvayətlərə görə o, Yəmənin Ad
qəbiləsinə göndərilmiş peyğəmbərdən biri
idi. Onun soyu Nuh peyğəmbərin oğlu Sama
gedib çıxırdı. Ancaq, başqa rəvayətlərə görə
Xızır Bəni İsrailin peyğəmbəri olmuşdur. Rə-
vayətlərə görə Allah Xızıra möcüzə göstər-
mək bacarığı da vermişdir. Məsələn, o
qızmar çölün hər-hansı bir yerində oturardısa
onun çevrəsində yaşıl otlar bitərdi. Təf-
sirçilərə görə Quranın 18-ci surəsinin 60-82-
ci ayələrində Musa peyğəmbərlə qarşılaşmış
inanclı və müdrik insan Xızır olmuşdur.
Xızırın kimliyi haqqında fərqli fikirlər vardır.
Belə ki, müxtəlif alimlər onu sadəcə bir mü-
drik insan hesab etmişlər. Onun peyğəmbər
olduğunu deyənlər də vardır. Bəziləri onun
İlyas peyğəmbər olduğunu iddia edirdilər.
Xızırın ölməzliyi haqqında rəvayətlər də
mövcuddur.
X OF NAMAZI – d öyüşün gedişi,
yırtıcıların hücumu, vulkan püskürməsi,
zəlzələ, daşqınlar kimi fövqəladə hallar baş
verən zaman qılınan namazdır (Quran 4:
101-102).
XOMEYNİ RUHULLAH (1320/1902 –
1409/1989) – ilahiyyatçı alim, görkəmli
siyasətçi və İran İslam inqilabının rəhbəri
olmuşdur.
Tam adı Ruhullah Musəvi
Xomeyni olmuşdur. O, Xomeyn şəhərində
doğulmuşdur. Onun atası və babası da
ilahiyyatçı alimlər olmuşdurlar. Gənc Ruhul-
lah da onların yolu ilə getmişdir. Artıq o, 27
yaşında ayətullah adını qazanmışdır.
İlahiyyatdan başqa o siyasətlə də məşğul
olmuş, İslamı siyasiləşdirmək yolunda çoxlu
işlər görmüşdür. Uzun illər boyu o, İranda
monarxiya quruluşuna qarşı mübarizə
aparmış, iranlıları hakimiyyətə qarşı üsyan-
lara dəvət etmişdir. Xomeyni şah rejiminə
qarşı üsyanın İslam ideyaları ilə aparıl-
masının nəzəriyyəsini işləyib hazırlamışdır.
1381/1962-ci ildə şah Məhəmməd Rıza
İranda yaşayan müsəlman olmayan vətən-
daşlara seçilmək hüququnu vermişdir.
Seçiləndən sonra onlar Qurana deyil, öz
müqəddəs kitablarına əl basaraq and içə
bilərdilər. Xomeyni və onun tərəfdarları bu
qanuna qarşı çıxış etdilər. İranı etirazlar
bürümüş və bunun sonunda şah o qərarın
icrasını dayandırmışdır. Bundan sonra
Xomeyni açıq olaraq monarxiyanın de-
123
XOMEYNİ RUHULLAH
vrilməsinə çağırışlar etməyə başlamışdır.
Buna görə də, 1383/1964-cü ildə həbs edilib,
sonra isə öz ölkəsindən Turkiyəyə, sonra isə
İraqa sürgün edilmişdir. Orada o, Nəcəf
şəhərində yaşamış, şaha qarşı fəaliyyətini
davam etdirmişdir. Bu səbəbdən də o,
yenidən 14 il sonra oradan da Fransaya
sürgün edilmişdir. Xomeyni İranda
1399/1979-cu ildə inqilaba başçılıq etmişdir.
İnqlab şah hakimiyyətinin süqutu ilə
nəticələnmişdir. Beləliklə, Xomeyni yeni
yaranmış İran İslam respublikasının mənəvi
rəhbəri olmuşdur. Xomeyni yeni dövrdə
İslam qanunlarına əsaslanan ölkə quruluşu-
nun əsaslarını qoymuşdur. Onun nəzəriyyəsi-
nə görə müsəlman cəmiyyəti yalnız Allahın
qanunları ilə idarə olunmalı idi. Bu durum isə
Mehdinin gəlişinə qədər davam etməlidir.
Ölkənin İslama uyğun olan həyatını vilayəti-
fəqih təmin edir. O ən üstün xüsusiyyətlərə,
bilikli və geniş dünyagörüşünə sahib olmalı,
cəmiyyəti xeyirli işlər görməyə çağırmalı və
pis işlərdən çəkindirməlidir. Xomeyniyə görə
vilayəti-fəqihin hakimiyyəti imam Mehdinin
gəlişi üçün bir keçid və hazırlıq mərhələsidir.
XÜMS – malın 5\1-dən verilən vergidir.
İslamda tətbiq edilən vergi növüdür. Onu ildə
bir dəfə vergisi verilməyən mallardan və ya
puldan verirlər. Xümsun verilməsi barədə
Quranda (8: 41) ayə vardır. Bu ayəyə istinad
edən Cəfəri məzhəbində xüms peyğəmbərin
soyundan olan şiə imamlarına, müctəhidlərlə
və onların davamçılarına verilməlidir. Onlar
da yığılan gəlirləri məscidlərin tikilməsi,
tələbələrin oxuması kimi dində bəyənilən
işlərə xərcləməlidirlər. Eləcə də, xüms yox-
sullara, xüsusən yoxsul seyidlərə də verilir.
Cəfəri məzhəbinə görə xümsu işlə və ya
alış-verişlə əldə olunan gəlirdən; mədənlərdə
yerdən çıxarılan qızıl və gümüş kimi dəyərli
metallardan; xəzinələrdən; savaşda əldə
edilən qənimətdən; sularda olan mirvari kimi
dəyərli əşyalardan verilməlidir. Digər
məzhəblərdə xüms verilmir. Ancaq onlara
görə peyğəmbərin soyundan olan insanlara
nəkiblər (I) qurumu tərəfindən yardımlar
edilməlidir.
XÜTBƏ – din xadiminin (xatibin) dini
mövzularda müsəlmanların qarşısında ox-
uduğu dini maarifləndirici vasitədir. Cümə
və bayram namazlarından öncə xütbə oxu-
maq vacibdir. Xütbələrin oxunması tarixi
Məhəmməd peyğəmbərdən başlayır. Xütbələr
iki hissədən ibarətdir. Birinci hissədə hər
hansı bir məsələ haqqında məlumat verilir,
ikincidə isə bütün müsəlmanlar üçün dualar
oxunur. Hər iki hissədə Allahın birliyi və
Məhəmmədin peyğəmbərliyinə şəhadət edən
ifadələr söylənilir, eləcə də peyğəmbərlərə
salam göndərilir. Bunlar xütbənin əsasların-
dan hesab edilir. Xütbələr öz vaxtında oxun-
malıdır. Öncə xütbəyə niyyət edilməli,
namazdan öncə oxunmalıdır. Xütbələr çoxlu
sayda insanların toplaşdığı yerlərində ox-
unur. Cümə namazında xütbə oxumaq vacib-
dir. O zaman xütbələr iki rükətli namazın
qılınmasından öncə müsəlmanların nəzərinə
çatdırılır. Bayramlarda isə xütbələr bayram
namazlarının qılınmasından sonra oxunur.
Orta əsrlərdə xütbələrə İslamın ilk dövr-
lərində olmayan yeniliklər əlavə edilmişdir.
O zaman xütbələrdə ölkə başçısı olan
xəlifələrin, eləcə də başqa hökmdarların ad-
ları çəkilirdi, onlara təriflər oxunurdu. Bu din
alimlərinin, eləcə də xalqın ölkə başçılarına
bağlı və sadiq olduqlarının göstəricisi idi. Bu
ənənə Abbasilər dövründən başlamışdır.
124
XÜMS
İ
İBADƏT – Allaha inanmaq və Onun
göstərdiyi yolla gedərək dini vəzifələri yer-
inə yetirməkdir. Geniş mənada tanrılara,
eləcə də təbiət güclərinə tapınmaqdır. Quran
ayələrində
ibadətin yalnız Allaha
edilməsinin vacibliyi vurğulanır (1: 5, 2: 21).
Bir olan Allahdan başqa heç kəsə və ya heç
bir şeyə ibadət etmək olmaz. Digər anlamda
“ibadət” sözü namaz, oruc, zəkat, həcc və
digər bu kimi vacib olan dini vəzifələrin icra
edilməsidir. Geniş mənada ibadət, hər bir
inanclı insanın və cəmiyyətin həyatını əhatə
edir ( Quran, 51: 56). Allah daxildən gələn
ibadətin qarşılığında, müsəlmanların bu
dünya və axirətdə xoşbəxt edəcəyinə söz ver-
mişdir. Allaha ibadət etmənin üç forması
vardır:
1. Namaz və oruc kimi bədənlə edilən
ibadət;
2. Zəkatın verilməsi kimi var-dövlətlə
yerinə yetirilən ibadət;
3. Həcc ibadəti kimi həm bədən, həm də
var-dövlətlə edilən ibadət.
İBADİLƏR – xaricilərin ən mötədil qol-
unun davamçılarıdırlar. İbadiliyin adı
65/684-cü ildə Əməvilərə qarşı üsyan et-
məkdən çəkinmiş Abdullah ibn İbadla
bağlıdır. Onların dünyagörüşü digər müsəl-
man
məzhəblərinin
dünyagörüşlərinə
bənzərdir. Buna görə də ibadilər məzhəb
olaraq formalaşmış və bu gün də onun mən-
subları Afrikanın və Ərəbistan yarımadasının
ayrı-ayrı yerlərində yaşayırlar. Başqa xarici
qollarından fərqli olaraq ibadilər öz təlim-
lərinin nəzəri əsaslarını yarada bilmişdirlər.
Onların hüquqi metodları, etiqadi inancları,
yazılı ədəbiyyatı vardır. İbadilərə görə onlara
qarşı çıxan müsəlmanlar nə inanclı, nə də
inancsızdırlar. Onların baxışları ilə
bölüşməyən müsəlmanlar öldürülməmə-
lidirlər. Bundan başqa ibadilərə qarşı olan-
ların yaşadıqları yerlər də müsəlman
torpaqları hesab olunur. Ancaq onlara qarşı
silah qaldıranları onlar müsəlman saymır;
onların yerləşdikləri yerlər də İslam tor-
paqları hesab edilmir. Döyüşlərin gedişində
onlar başqa müsəlmanlardan qənimət kimi
yalnız atları, silahları, ordu sursatları
alırdılar, başqa şeylərə toxunmurdular.
İbadilər başqa müsəlmanlarla ailə də qura
bilərlər, onların məhkəmələrinə şahid kimi
gəlməsinə də yol verirlər. İbadilər İslam tar-
ixi boyu bir necə dövlət də qurmuşdurlar.
II/VIII əsrdə Şimali Afrikada (Məğribdə)
olmuş Rüstəmilər əmirliyi, günümüzdə isə
Ərəbistan yarımadasının Qərbində yerləşən
Ümman sultanlığı ibadilərin yaratdıqları
ölkələrdir.
İBLİS – şeytanın adlarından biridir. Yu-
nanların “diabolos” sözünün ərəbləşmiş for-
ması olduğu ehtimal edilir. Məcazi mənada
bu adla yollarını azmış yalançı insanları da
adlandırırlar. Quranda göstərilir ki, İblis
cindir. Onu Allah insandan əvvəl oddan,
səmum alovundan yaratmışdır (15: 27).
İBN ABİDİN (1198/1784 – 1252/1836)
– Osmanlı imperiyasının son dövrlərində
yaşamış ən görkəmli müsəlman fəqih-
lərindən biri olmuşdur. O,
hənəfi
məzhəbinin mənsublarından olmuş, Suriyada
doğulub orada yaşamışdır. Tam adı Səid
Məhəmməd Əmin ibn Ömər ibn Əbdül-Əz-
izdir.
Səid Məhəmməd atası ilə birlikdə
ticarətlə məşğul olmuşdur. Erkən yaşlarından
elmə maraq göstərmiş, Quranı və onun təf-
sirini öyrənmişdir. İbn Abidin İslam dininin
müxtəlif istiqamətləri ilə bağlı ilk əsərlərini
on yeddi yaşından sonra yazmağa
başlamışdır. Yazıları ilə o, hələ müəllim-
lərinin sağlığında tanınmışdır. Hənəfi
125
İBN ABİDİN
məzhəbində o, məzhəbin yeddinci soyunun
ən nüfuzlu alimlərdən biri hesab edilmişdir.
Onun “Rəddül-Muhtar alə Durrül-Muxtar”
adlı fiqh kitabı bu məzhəbdə yüksək dəyər-
ləndirilir. Bu kitabda o, müxtəlif dövrlərdə
yaşayan İslam fəqihlərinin
ayrı-ayrı
məsələlər üzrə verdiyi hökmlərini
toplamışdır. Bundan başqa İbn Abidin,
müsəlman hüququ ilə digər əsərlərin, eləcə
də Quranın təfsirçisi olmuşdur. O, İslamdakı
müxtəlif təriqətlərin baxışlarını ənənəvi
İslam baxımından araşdıraraq təhlil etmişdir.
İBN CÖVZİ (598/1201-ci ildə vəfat et-
mişdir) – tanınmış İslam mühəddisi, fəqih
və tarixçisi olmuşdur. Bağdadda doğulmuş,
hənbəli məzhəbinə bağlı olan İbn Cövzi bu
məzhəbin ən tanınmış alimlərindən biri ol-
muşdur. Onun birinci müəllimi Bağdad mə-
drəsəsinin başçısı Əbül-Fədl ibn Nəsir
olmuşdur. Onun yanında İbn Cövzi Quran və
hədis elmlərini öyrənmişdir. Bundan başqa
o, hakim Əbu Yəla, İbn Zəquni, Əbu Bəkr
Dinəvəri, Əbu Mənsur Cəvaliqi kimi məşhur
hənbəli alimlərindən dərs almışdır.
Əbül-Fəzl ibn Nəsir öldükdən sonra
556/1161 ildə İbn Cövzi mədrəsəyə başçılıq
etmişdir. O, artıq hənbəli məzhəbinin
görkəmli alimi kimi tanınmışdır. Onun
dərslərinə minlərlə dinləyici toplaşırdı. İbn
Cövzinin əsərləri ilə maraqlanmış Abbasi
xəlifəsi Mustəncid (555/1160 – 566/1170)
onu saray məscidində dərslər verməyə dəvət
etmişdir. Onun fəaliyyətinin sonunda xəlifə
Müstədi (566/1170-575/1180) hakimiyyətə
gəldikdən sonra hənbəli məzhəbi Xilafətdə
dövlət tərəfindən dəstəklənən məzhəbə
çevrilmişdir. Ancaq, Müstədidən sonra gələn
xəlifə Nəsir (575/1180 – 622/1225) hən-
bəlilikdən imtina etmişdir. O zaman İbn
Cövzi də təqib olunmuşdur. İbn Cövzi İslam
dininin müxtəlif aspektlərini əhatə edən
çoxlu (200 qədər) əsərlərin müəllifi olmuş-
dur. Onun tarix, fiqh, kəlam (I) ilə bağlı əsaslı
əsərləri günümüzə gəlib çatmışdır. O, İslam
dininin ilkin təmizliyinin qorunub saxlan-
ması tərəfdarı kimi çıxış etmiş, müxtəlif
mistik cərəyanların dinə gətirdiyi bidətlərə,
bundan başqa Məhəmməd peyğəmbərin
səhabələrinin əhəmiyyətini şübhə altına qoy-
anlara qarşı polemik və apologetik əsərlərin
müəllifi olmuşdur.
İBN ƏRƏBİ (560/1165 – 638/1240) –
İslamda mistik ənənələrin yaradıcılarından
biri olmuşdur. Tam adı Mühiddin Əbu Ab-
dullah Məhəmməd ibn Əli Hatimi Tai olmuş-
dur. O, İspaniyanın Mursiya şəhərində ərəb
ailəsində doğulmuşdur. Öncə dini elmləri
öyrənmiş, sonralar isə sufizmə maraq göstər-
mişdir. Sufi alim İbn Ərəbi İspanya və Şimali
Afrikanı gəzib-dolaşmışdır. İbn Ərəbi dərin
biliyi, geniş dünyagörüşü ilə sufilərin
arasında tanınmış və hörmət qazanmışdır. O,
598/1200-cü ildən Məkkəyə gələrək orada
yaşamış, burada bir çox əsərlərini yazmışdır.
Əsərlərinın arasında şeirlər toplusu olan
“Tərcumanül-Əşvəq” (Güclü istəklərin izahı)
kitabı da olmuşdur. Elə burada ən böyük
əsəri olan “Fütuhatül-Məkkiyə” (Məkkənin
fəthi) əsərini yazmış, ancaq onu tamamlaya
bilməmişdir. Həyatının bir neçə ilini Konya
və Malatyada keçirmiş İbn Ərəbinin çoxlu
müridləri olmuşudur. Bunlardan ən tanınmışı
öz müəlliminin ideyalarını Kiçik Asiya və
İranda yayan Sədrəddin Konyəvi olmuşdur.
621/1223-cü ildə İbn Ərəbi Dəməşqə
köçmüş və həyatının sonuna qədər orada
yaşamışdır. Bu şəhərdə daha bir tanınmış
“Fususul-Hikəm” (Müdrikliyin cavahiratı)
əsərini yazmış və “Fütuhatül-Məkkiyəni”
tamamlamışdır.
İbn Ərəbi təcrübələrə sığmayan mənəvi
biliklər və metodlara üstünlük verirdi. Onun
Quran və hədislərə alleqorik izahlar verdiyi
də bilinməkdədir. İbn Ərəbinin
dünyagörüşünün ayrı-ayrı məqamlarında
antik mistika və bir çox başqa təlimlər özünü
126
İBN CÖVZİ
göstərir. O, “kamil insan” və “vəhdəti-
vücud” (varlığın birliyi) kimi təlimləri
inkişaf etdirmiş, eləcə də məqamlar, müqəd-
dəs insanların silsiləsində qütblər haqqında
sufi nəzəriyyəsini zənginləşdirmişdir.
İbn Ərəbi 300-ə yaxın əsərlərin müəlli-
fidir. O, sufiliyin nəzəri əsaslarının yaran-
masında böyük işlər görmüşdür. Onun bir
çox ideyalarını və mənəvi nəzəriyyələrini bir
çox müsəlman alimləri tənqid etmişdirlər.
Onlar İbn Ərəbinin irəli sürdüyü fikirlərin
ənənəvi dindən fərqləndiyini, mistik xarakter
daşıdığını iddia edirdilər. Ölümündən sonra
da onun əsərləri birmənalı qarşılanmamışdır.
İBN HƏCƏR ƏSGƏLANİ (773 – 852)
– görkəmli fəqih və tanınmış mühəddis ol-
muşdur. Əsl adı Əbül-Fəzl Əhməd ibn Əli
ibn Məhəmməd Kinani Şafiidir. O, Misirdə
doğulmuşdur. Erkən yaşlarında Quran hafizi
olmuş, sonra Məkkəyə getmiş və orada nüfu-
zlu alimlərdən dərs almışdır. Orada o, hədis
elminə böyük maraq göstərib Hicaz, Şam və
Misirin görkəmli alimlərindən hədis elminin
sirlərini öyrənmişdir. Sonra İbn Həcər müəl-
limlik etmiş, İslam
elminin müxtəlif
sahələrinə aid kitablar yazmışdır. Sonralar isə
o, qazi (II) vəzifəsini də icra etmişdir. İbn
Həcər 150-ə qədər əsərin müəllifi olmuşdur.
Bu əsərlər hələ onun sağlığında ona şöhrət
qazandırmışdır. İbn Həcərin ən görkəmli
əsəri “Fathül-Bari fi Şərhis- Sahihül-Buxari”
əsəri olmuşdur. Bu əsər Məhəmməd
Buxarinin “Səhihi Buxari” əsərinin şərhidir.
İbn Həcərin digər məşhur əsəri isə fiqhi
məsələlərə həsr edilmiş “Bülüğul-Məram
min Ədillətül-Əhkam” (Dini ehkamların an-
laşılmasında məqsədə çatma) adlanan hədis
kitabıdır.
İBN HƏZM ƏNDƏLÜSİ (384/994 –
456/1064) – görkəmli müsəlman fəqihi və
mütəfəkkiri olmuşdur. İslam dünyasının
yetişdirdiyi böyük alimlərdən biri də İbn
Həzmdir. Onun adı Əbu Məhəmməd Əli İbn
Əhməd İbn Səid İbn Həzm İbn Qalib İbn
Saleh İbn Xələf İbn Midan İbn Süfyan İbn
Yezid Mövla Yezid İbn Əbi Süfyan İbn Harb
İbn Ümeyyə əl-Farisi İbn Abdul-Şəms İbn
Abd-i Mənaf əl-Kureşidir. Künyəsi Əbu
Məhəmməd olmuş İbn Həzm kimi tanın-
mışdır. O, miladi X əsrin sonları XI əsrin
əvvəllərində yaşamış görkəmli alim, tarixçi,
kəlamçı (I)
və şair olmuşdur. Atası
əhəmiyyətli dövlət vəzifələrində işləmişdir.
İbn Həzm hicri 384-cü Avropanın elm
mərkəzi sayılan, bünyəsində elm, mərifət və
mədəniyyət xəzinələrinə sahib və İslamın
mədəniyyət mərkəzlərindən biri olan Kur-
tubanın (Kordovanın) şərqində yerləşən
Manta Liçamda Ramazan ayının son günü
səhərə yaxın dünyaya gəlmişdir. Daha sonra
atası ilə birlikdə Kurtubaya köçmüşdür. İbn
Həzmin soyu haqqında müxtəlif rəvayətlər
olsa da, adından da aydın olduğu kimi əcdadı
Əbu Süfyanın azad qulu Yezidə qədər uzan-
maqdadır. Ailəsi, Əməvi xanədanına xidmət
etmiş, Əməvilər Əndəlüsdə (İspaniyada)
dövlət qurduqları zaman, İbn Həzmin ailəsi
də onlarla birlikdə buraya getmişdir. İbn
Həzm dövlət tərkibində böyük mövqeyi olan
zəngin bir ailə ətrafında böyümüşdür.
Atasının köşkündə məhrumiyyət bilməyən
firavan bir həyat keçirmişdir. Atası böyük
vəzirlərdən olduğu üçün oğlunun tərbiyəsinə
son dərəcə diqqət göstərmişdir. İbn Həzm
təhsilli qadınların və alimlərin nəzarətində
yetişmişdir.
İbn Həzm müxtəlif elmlərlə məşğul
olmuş bir alimdir. Quran ehkamını öyrəndiy-
inə və bunlardan mənalar çıxardığına görə
ona ehkam ayələrinin təfsirçisi də deyilə
bilər. O, Quranda etiqadi mövzulardakı
ayələri təfsir və şərh etmişdir. O, təkcə təf-
sirlə məşğul olmamış, eyni zamanda fəqih ol-
ması səbəbi ilə ehkam ayələrindən öz
metoduna görə hökm çıxarmışdır. O, fiqhi
məzhəblərindən biri olmuş zahiri məzhəbinin
127
Dostları ilə paylaş: |