AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə6/28
tarix02.12.2016
ölçüsü3,1 Mb.
#665
1   2   3   4   5   6   7   8   9   ...   28

VI mətn

Cəbrayılın Əmirvarrı kəndində Hacı Məmmətqulu olub. Amma Hacı Qasım Çələbinin yaxın dosdu olub bu adam. Nəysə, bu kişinin gəlninin paltarı itif. Yanı bu məftilin üsdə, asmada asıllar da paltarı, gəlinin geydiyi paltar əən, bəən. Bu paltar itir. Bunun da qonşusu varmış böyründə, qonşudan görüllər. Gəlini də xısma-boğmuya alıllar. Hədə, hərbə, öldürüllər ki, sənin müştərin kimdi, necə oluf? Heş demə, inəh yeyifdi. Dava-qan gedir bu iki qonşunun arasında. Bir-birinin qırır ki, necə oldu bu paltar burdan? Əmirvarrıda Hacı Məmmətqulu oluf. Çələbi baba eşidir bu vəziyəti. Gedir çıxır ora, həmən kəndə. Ay Çələbi baba, xoş gəlmisən, sana qurban olum. Tez qoyun gətirillər ayağının altında kəsməyə. Deyir, yox, yox, qoyunu kəsməyin. Üç ilin qısırı ana inəh var, onu kəsərsiniz mənim ayağımın altda. Olmuş şeydi bu. Hə, inəyi kəsillər. Deyillər, o nə sözdü. İnəyi də kəsərih, hələ iki də artıx da. Deyir, soyun! Soyullar. Çələbi baba çəliyin belə salır inəyin qarnına deşif deyif, yarın, çıxardın. Yaranda çəliyi salır gəlnin paltarını inəyin qarnından çıxardır. Tökülüllər hamısı, ay Çələbi baba, sənin başına dönüm, nə yaxşı sən gəldin. O qannı qonşu bir-birini qucaxlıyır öpür və həmən Çələbi babanı qucaxlıyıllar, öpüllər. Sən bizi qannan qutardın, xatadan. Gəlinnən üzür isdiyillər.


VII mətn

Gənə biri mərcə durur. Bir belə qabaxgörən adammış. Bir inəh doğasıymış. Mərcə gəlillər ki, kim dəər bu inəyin balası nə irəhdi, erkəhdi, dişidi, nə inəhdi? Qavaxcan o biri adam deyir ki, qırmızı qaşqa buzovdu, quyruğu da çağal. Çağal, yəni quyruğun ucu ağ olur. İndi Çələbi babam da gəlir. Deyir, sən nə deyirsən, nətəər? Deyir, düzdü, qırmızı, dişi buzovdu. Alnı qaşqa dəyil, bəy buzovudu. Buzavun quyruğunun ucu qaşqadı. Ananın qarnında qatdıyıp quyruğun qoyup alnına, sana qaşqa görükür. İnəh gəlir. Sabah o inəh doğur. Baxıf görüllər ki, Çələbi babam dəəndi. Bax belə işdər var, bala. Çox möcüzələri var. Lap elə gözümnən gördükhlərim var.


ALI ÇƏLƏBİ
I mətn

Qubatdı rayonunda Ballı qaya kəndi deyillər, mənim babam Alı Çələbi bir gün ordan keçəndə görür kü, kəntdə çox pis çaxnaşma var. Hə, kətdə nəysə hamı vırılıf bir-birinə, ofşim, əlində silah, camahat nəysə dava halındadı. Bının da yanında mürütdəri varımış. Soruşuf ku, nədi bı, noolufdu? Deyiflər ki, bəs bir gəlinin tumanı itifdi. Bı da yəni namus məsələsidi da. Bı kənt iki yerə bölünüfdü, yəni bı sahat qırğın ola bilər. O vaxdacan Alı Çələbini tanımırmışdar da Qubatdının Ballı qaya kəndində. Bu yaxınnaşır, ay camahat, nolufdu, bir sakit olun. Deyillər ki, bəs belə, fılankəsin gəlininin tumanı itif. Elə bil ki, qonşudan şüpələnillər və yaxut da başqasınnan. Bir inəh varımış, elə orda yatıp. Orda, deməh, bağlamışımışdar. Deyir, bı inəh kimindi? Deyillər ki, mənimdi. Deyir, qiyməti nə qədər olar bunun? Deyir, a kişi, sən nə deyirsən? Bırda camahat qırır bir-birin. Nə qiymət, nə inəh? Elə bilillər inəh alandı. Deyir ki, inəyin qiymətin deyin. İnəyin qiymətin deyillər. Çıxardır pulun ödüyür inəyin, deyir ki, inəyi kəsin. İnəyi, nəysə kəsillər, deməh qarnınnan gəlinin tumanı çıxır çeynəmmiş vəzyətdə. Onnan sonra o boyda kət – o Ballı qaya camahatı deməh, Alı Çələbini nazəmbillah, Allah qədər, o dərəcədə çox isdiyillər də. Onnan sonra o kəndin hamısı kirvə oldu. Yanı indi də gəl-getdəri var.

Sonra bizdə İsaxlı kəndi varıdı. Orda da ətraf rayonnardan, kətdərdən bir neçə mollalar gəlip yığışıplar kətdə. Bir şeyi də qeyd eliyim ki, o gün də dedim, mollalarnan bizim nəslin arası olmuyup. Söhbət o pis mollalardan, o camahatı alladan mollalardan gedir ha. Nəysə, mollalar yığışıplar, möcüzədən, nə bilim, kim belədi, kim belədi. Həə, o vax Alı Çələbi babam gəlipdi. Mənim babam qorxulu adam oluf. Məsələn, anamın atası Yasin Çələbi olupdu. Çox yumşax, rahat adam olupdu, özü də elmili adam olufdu. Amma Alı Çələbiyə qara qılış deyir camahat. Elə çatdı, vırırmış e. Orda yığışıplar, nəysə, Alı Çələbi gəlip məclisə. Keçi varımış, qarnında balası, hələ doğmamışımış. Deyir ki, kimin duxu çatır, kimin gücü çatır, o keçinin qarnındakı balanın əlamətdərin desin. Kim deyə bilər? Heş kim. Bıllar hamsı elə-belə mollalarımış. Nəysə, orda keçini kəsillər, camahatın gözünün qabağında. Bı deyir ki, ayağında səkili, qaşqasında ağı, nəyi, nəyi. Bütün əlamətdərin deyir. Keçini kəsillər, görüllər ki, həmən əlamətdər. Yəni bullar övliya olupdu. Bıllar Allahın sevimli bəndələr olupdu də. Babalarımız belə olupdu.
II mətn

Namaz qılır, qutarır namazın, arvadı yeməh-içməh hazırrıyıpdı, süfrəni aşmışımış, gəlib oturup yeməyə başdıyanda durup təzdən bir də əlin yuyurdu. Aravdı deyir ki, a kişi, sən incənə yuyuv oturmadın? Deyir ki, şələsi ağır olan bir nəfər dedi, ya Alı Çələbi! Məni çağırır köməyə. Ona köməh elədim. Əlim yanı onçun bulandı. Həyqətən də, heylə oluf. Kiminsə yükü ağırımış, çağırıf, ya Alı Çələvi! Agah oluf da bına. Bı elə bil ki, mənəvi ona köməh eliyif da. Heylə oluf.


III mətn

Əlinin atası Alı Çələbini mən görməmişəm. Görənnər deyərdi ki, gedirmiş Hajı Qaramana, Havısdı kəndi varıdı, onun yanınnan el gəlif tökülmüşümüş, cada deərdilər, cadıya. Cada yol deməhdi. Hə dana belə o böyüh yol – Havısdının qabağınnan keçən Hajı Qaramana. Hə, qadan alım, deyərdi, Allahım hakqı, ordan gəldi, yoldaşı dedi, ay Alı Çələbi, neynirsən danışığı, gəl gedəh. Dedi, yox, burda nəysə arvat danışığı da var. Bir oğlan, görüflər, arvadın qavır, öldürür kü, səni qavajıyam, çıx get. Hardan gəlmisən, çıx ged orıya. Hanı sənin şamaxın, yaylığın hanı? Deyəndə deyir, vallah, başımnan aşdım, atdım çətənin başına. Alı Çələvi babam dönür orıya – Əlinin atası. Deyir, nədi bı danışıx? Deyillər, əşşi, yolunnan get, nə bilim nədi? Deyəndə deyif, yox e, bırda yaylıx danışığı var, nədi bı danışıx? Deyəndə gəlin deyir, ay başına hərrənim, hardan gəlmisən? Yıxılır bının ayağına. Nə bilir kimdi, tanımır. Mən yaylığımı açıv atmışam çətənin başına, indi yühlənirih, yaylıx yoxdu orda. Deyəndə deyifmiş orda qırmızı inəh var. Qarqıdan belə çətənə deyirdilər, sarı rəhdə – qamışdan. Gətirin o inəyi bıra, hər kəsindisə, onu kəsəjiyəm, şamaxı qarnınnan çıxsa da, çıxmasa da, onun pulun bı civimnən özüm verəjiyəm. Gedillər inəyi gətirillər, kəsillər. İnəyi kəsillər, deyir, mən yol adamıyam. İnəyin qarnın tez cırın, qarnın çığardın çölə, qursağındadı, qursağınnan çığardax yaylığı. Belə pıçağınan cırıllar, yaylığı inəyin qursağınnan çıxardıllar. Deyir, bala, oğlan, şamaxı budu? Oğlan ayannan gəlir, yıxılır ayağına duz kimi yalıyır. Sən hardan gəlmisən, sən nəsən, nəçisən, mən sənnən əl çəhmiyəjiyəm. Tanıt özunu maa. Deyif, mən Alı Çələviyəm. Şıx Hajı Qasım Çələvinin oğluyam. O bir heylə el ona tabe olur. İnəyin pulun çığardıf sayanda deyir, ayıbdı axı, sən məni qannan qutarmısan. Bı bir belə elinən mən qannı olajağıdım. Allah sənnən irazı olsun. Hələ sana inəh də verəjiyəm, mal da verəjiyəm, səni kirvə tutajıyam. Oğlum olsa, qucuna qoyajiyəm. Hansın deyim?


YASİN ÇƏLƏBİ
Yasin Çələbi, Alı Çələbinin qardaşıdı. Deməh, orda Çələbilər kəndi varıdı. Qədim tarixi var. Hacı Qaraman gəlip orda, deməh, məsgən salıpdı. Onun iki oğlu olupdu. Biri Musdafa Çələbi, Biri Məhəmmət Çələbi. O Məhəmmət Çələbi tərəfinnən orda məçid tikilipdi. Molla Vəli Vidadi də orda dərs deyipdi. Savet hökuməti qurulanda irmi üç, irmi dörd, irmi beşinci illərdə Bakıdan bir qrup adam göndərillər ki, gedin kətdərdən savatdı adamları toplan. Bakı Dövlət Unverseti yarananda məllim-zad yoxumuş da. Çatışmamazdıx varımış. Savatdı adamları yığın, gətirin, məllim işdəsin də. Bırda da həmən o məçitdərdə Yasin Çələbi şəriyət dərsi keçirmiş də – Qurannan-zaddan. Tələbələrinnən indi də duran var. Gəlillər, nəysə, dərsə baxıllar, dərsin gedişatına baxıllar – hər şeyə, çox bəyənillər. Deyillər, Yasin Çələbi, dövlət tərəfinnən bizi göndəriflər, biz sizi Bakı Dövlət Unversetinə məllim kimi dəvət eliyirih, bir şərtinən. Deyir, nə şərt? Deyir ki, başınıza şapqa qoymalısınız. Yasin Çələbinin də başında əmmamə olur da. Deyir, yox, mən onu eliyə bilmərəm. Nəysə, axır ki, min dokquz yüz otuz üçüncü ildə, məncə, Yasin Çələbini tutdular Daşkəndə sürgün elədilər. Yanı bizimkilərdən Hafizə Çələbi gedif, Murmansqıya sürgün elədilər, soora babam Alı Çələbini bir həfdə ərzində troyka deyirdilər o vaxd. Çoxu da ermənilərdənidi. Yanı Bakıda olan NKVD-nin üzvüləri çoxu erməniydi. Bir sahadın içində guya iclas keçirirdi, təyin olundu, flankəs güllələnsin. Bütün o ziyalıları heylə güllələmişdilər.

Bizim babamız – kökümüz Əhməd Çələbi olufdu. Ümmiyətnən, bizə Çələbilər deyillər. Əziz Əfəndi oğlu Əhmət Çələbi. Diyarbəkirdən gəlifdi. Yanı təriqət yaymağ üçün gəlifdi Azərbaycana. Bizimkilər elə bir ortax yol tutuflar ki, məsələn, Cəvrayılda sünni-şiyə söypəti yoxdu. Hamı bir-birinnən qız alıfdı, qız verifdi. Yəni biz özümüz, elə bil ki, sünnü təriqətinnən ola-ola imama ehsan veririh, onun qırxın saxlıyırıx, toy eləmərih. On gün üzümüzü qırxmırıx. Yəni bütün necə ki, şiyələr, elə bil ki, o on iki imama olan sevgi bizdə onnan da artıxdı. Heş bizim ixdiyarımız da çatmır ki, min üş yüz il bınnan qabağ olmuş hadisələrə hansısa bir rəy söylüyəh. Ora əl uzatmax, barmağ uzatmax, yanı bizə yaramaz.


ƏLİ ÇƏLƏBİ
I mətn

Balaca vaxdı mən xəsdə olmuşam, məni paraliç vurufdu. Mənim anam məni aparıfdı, Əli Çələbi deyillər, onun yanına. O, məsləhət görüf kü, bunu apar Bakıda həkimlər var, onun yanına. Anam da savatsızıdı də, şəhəri tanımır, eləmirdi. Əl çəhmiyib bunnan ki, mən sənnən əl çəhmərəm, sən özün köməy elə. Onun bir dənə əliyi varımış, tutuf vermişdilər ona, balaca bir əliy, elə yanında qalarmış. Anası vardı, Şərfə Çələbi. Deyir ki, ana, bunun yerini mənim ayağımın altında salınan. Yatmışam onun ayağının altında, tezdən duruf yerimişəm. Yanı onun kəramətdərinnən biri budu. Üş günnən də soora o əlih dünyasını dəyişif. Aparıv onu büküflər ağa, deyiflər ki, bunu dəfn elə. Əli Çələbinin çox möcüzələri olufdu, həddinnən artığ. O da Hacı Qaraman nəslinnəndi, törəməsinnəndi.


II mətn

Qonşu qonşuynan dalaşırmış. Mən də altı aylığ uşağımışam da anamın qucunda. Giriv aralarına harayçılığ eliyəndə iri bir daş tutuf qulağımın divinnən. Çisti9 ölmüşəm. Ölmüşəm, hay gedif Əli babama, həm də kirvəmizdi. Atam qardaşdarını qoyuf qıçına. Hay gediv Əli babaya ki, bəs qız öldü, Fatmanı Məhəmməd öldürəjəh dayna, anamı – rəhmətdiyi. Əli babam gəlif belə sığallıyıf. Başımı sığallıyıv, onnan sora mən dirilərəm. Sonra Əli babam deyir, Fatma, helə bil ki, qızı dirildincən, Allah bilir, mən nələr çəhdim ki, səni Məhəmmət dannamasın. Bəs sən uşax qucağında davıya niyə girirsən? Deyif, harayçılığ eliyəndə deyiv, ürəyim durmadı dayna, ay Əli, qurvanın olum.


III mətn

Mən körpə uşağmışam. Məni aparıflar Əli Çələbinin yanına. İki aylığ uşağa gətirif Əli dayım iki konfet verif. Bu saat öz aramızdı, iki aylığ uşax nədi? Qırxı təzə çıxmış olur dayna. Anam deyər ki, bala, sümürdün o konfeti. Deyir, heş kim inanmadı ki, bı nətəər... Nə mənim o boğazımda qalmıyıf. Allahın izniylə, Əli Çələbi şıx oluf da. O qədər kərəmətdi övliya oluf, Allah hakqı. Onda Əli Çələbi, balaca deyirəm daa, iki aylığ uşax deyif ki, bu mənim balamdı, nənəm deyir, ya dedi, bu mənim qızımdı, ya dedi, mənim payımdı. And içir ki... Mənnən də dört yaş böyüh bir bacım getmişimiş. Deyir, ona heş nə demədi. Nə də ona qismət vermədi. O, xəsdələnəndə anam özünü öldürürdü. Deyirdim, onu mənnən çox isdiyirsən. Yox, bala, deyirdi, sana Əli baban qismət verif, arxayınam. O bajım Allah hakqı, altıncı sinifdə oxuyanda rəhmətə getdi. Yanı Əli babam kəramətdi övliya oluf. Bax onu güzgü kimi bilif ki, mən o ojağa düşəjəm. Onun ojağına.

İndi bayaxkı oğlan gəlif, deyir, anamın dokquz il uşağı olmuyuf. Zübərdi arvadın adı. O kirvəmizin. Oğluna toy eləməy isdiyir. Deyir, dedi, gedin, Zübər, qorxma (indi rəhmətə gedif o arvad), sənin deyif, çoxlu oğlun-qızın olajax. Başdıyıv oların adın qoyuf, deyif, Saadət, Sadaqət, Saxafət, Mukafət, İbadət, Ədalət, Məryam. Allah ona bir heylə uşax verif. Mənim o əmimi deyirdim e, onu kimi. Onun hamısına heylə qoyuflar, birinə ayrı ad qoyuflar, o da ölüf.

Əlli il, altmış il bunnan qabax burda (Yeni Yasamalın ərazisini nəzərdə tutur – top.) heç nə yoxmuş ee, qaratikan kolları varmış. Deyif, burda bir dəstə sirihli olajax, bizimkilərin biri də içində. Allah o Siriyi saldı diri bı məhliyə, içində də biz oldux. Əli Çələbi Fatma Çələbinin qardaşı oluf. O, Müsdəqim Çələbini oğullux götürüv özünə. Bir oğlu oluf, irəhmətə gedif. Özü də cavan irəhmətə yedif, amma deynən o Allahdan ona agahımış ki, onu övladı olmayajax. O bir oğuldan soora. Bir oğlu oluf, bir qızı. Rəhmətə gedif. Onun anası Həvəzə Çələbi varımış. Deyif, Əliynən Suğranın övladın görənnər cəhənnəm oduna yammıyajax. Heş demə yanı bıllar qalmıyajax. O sözü özü deyirmiş, bildin? Taa onda gərəh hamı cənnətə yedeydi. Cənnətdə hər cürə adam da axı olmur. Həə, olar çox kərəmətdi övliya oluf.


IV mətn

Biri də Əli babamın paltarına gəlirmiş. Bunın da nol altısı varımış, yolda maşın dayanıf. Deyif, maşın dayandı, bunu basmax lazımdı. Qar da dizdən. Gəlirmişdər Əli babamın paltarına. Qaynanasıynan yoldaşı da maşındaymış. Bir də başqa adam varmış. Kişi də (maşının sahibi) yaman qısqancıymış. Yoldaşını qısqanırmış dayna. Deyif ki, bular düşüf basmağa, nə qədər basıflar10, maşın çıxmıyıf da batdığı yerdən. Sora deyir, gördüm, bir kişi köməh eliyir yoldaşıynan qaynanasına. Buz imiş hər yer. Deyir, bu köməh elədi, maşın çıxdı. Deyir, dedim, mama, kimidi o, xalamoğlu Rəsuludu? Deyir, dedi, kim, ay Elman? Mənnən anamnan başqa heç kim yoxduydu ha. Deyir, qışqırdım üsdünə ki, yalan deyirsən, mən gözümə inanım, sana? Arxada sizə bir kişi köməh eliyirdi. İkisi də and içif. Onda qaynənəsi ağlıyıf deyif, Vallah, o Əlidi Allahın izniynən. Onun paltarına gedirdih. Oyumuş köməhlih eliyən. Gəlmişimiş Əli Çələbinin ziyaratgahına. Paltarına, nişanasını ziyarat eləməyə. Bərh də xəsdeymiş, onun boğzınnan nəsə şübhələnmişdilər həkimlər, pis xəsdəydi. Onnan sora Nuray xala ağlıyıf, deyif, Vallah, bala, o, Əli babanımış da, köməyə gəlifdi.


V mətn

Bir dəfə bir uşağ olmuşumuş. Bunu aparıllar Əli Çələbinin yanına. Əli dayıma deyillər ki, bunun adını qoyunan da. Bəkir kişinin bir oğlu oluf. Deyir, bunun adını qoyuram Şakir. Balam Aşıx Şakirdi ki Aşıx Şakir. İndi o, bir oxuyur, Allah hakqı, elə bilirsən, Aşıx Şakirdi. Çağa imiş e, qırhlı. Çox gözəl oxuyur e, hamının xoşuna gəlir. Adıynan deyiflər. Əli babanın çox möcüzələri oluv e.


VI mətn

Bir dəfə də gedirmiş Əli Çələbi Cəbrayıla. Nəyisə, gedif görüflər ki, çoxlu maşınnar batıf qalıf. Əli dayım da saxlıyıf. Bir kişi də bilmir e gələn kimdi. Elə öz ürəyində deyir ki, həə, bərk gəlinən, guya biz keçdih, sən qaldın. Yaman da keçərsən. Əli Çələbiyə də agahdı dayna, bu. Nə isə, sifdə saxla demişimiş dayna, bu. Nə olsa, Allahdan ona agah olurmuş. Buna agah oluf ku, belə deyillər. Şoferin adı Əli imiş. Deyif, Əli, maşını sür. Deyif, ay Əli, qadan alım, görmürsən, necə maşınnar sürüşüf dəriyə düşüflər. Deyir, sana deyirəm maşını sür. Məcidov Əlidi o şoferin adı. Deyir, bala, Əlini yaradan Allah hakqı, maşın, elə bil ki, burdan uşdu yerə dəymədi, getdi o quruluxda durdu, sürdü maşını. Onnan sora Əli Çələbiyə inam daha da artdı.


YAHYA ÇƏLƏBİ
Beyləqanda apardıx, deməh, onu dəfn elədih. Min dokquz yüzüncü ildən Sirih kəndi var orda. Günəşli qəsəbəsində11 bizim camaatdan kim ölürdüsə, onu aparırdılar Beyləqana. İlk dəfə Yahya Çələbi, deməh, orda dəfn olundu. İndi orda bəlkə də, beş yüz qəbir var. Hamı ora aparır. Orda da, türbə tikilif. Yahya Çələbi mənim dayımdı. Həə, bax o qəbirə sallıyan mamentdə, inanırsan, deməh göz gözü görmədü, bir tufan qopdu. Öz də zadıdı e, günəşidi. İyun ayının irim biriydi da, yay girən günü. Hava qarışdı, bir tufan, bir çoğun-zad, beş dəyqa çəhdi. Hamı dedi ki, ay Allah, bı, nə hak-hesafdı, nədi. Onu ətraf rayonnarda da hiss eləmişdilər, bilmişdilər ki, həə, qəflətən hava dəyişdi, yer-göy qovuşdu bir-birinə Yahya Çələbi dəfn olunan mamentdə.
FATMA ÇƏLƏBİ
I mətn

Mən Fatmanın yanında olurdum. Fatma Siriyə gələndə gedirdim əvinə. Qardaşı əvi olurdu Sirihdə, Əlinin əvi varıydı dayna. İndi kəndə gələndə bizim əvdə qalırdı. Tünnüy olmuyanda o da, mən də Əlinin əvində qalırdıx. Bir gün oturmuşduğ, oranı irahladıx, yeməyi-zadı. İndi addıyrıx ki, qayıdax bizdə yatax. Axşam simavarı süzdüm. Bax bax bu isdikanın biri. Buncan süzdü (söyləyici stolun üstündən stəkanı götürüb göstərir – top.). Tay simavardan su qurtardı. Mən çay işməmişdim. Fatma dedi, lap yaxşı oldu. O adamnarın yanında niyə işmədin? Dedim, qadan alım, getsəh, bizdə içərih, getməsəh, simavarı burya gətirərih. Birdən belə baxdım, dedim, ay Fatma, Vallah, bir qoşun adam gəlir. Dedim, qadan alım, simavarı süzüm? Dedi, tay tərpətmə, hara süzürsən simavarı? Dedim, içində su yoxdu ha damcı da. Qoy gətirim doldurum. Dedi, aaz, simavarı tərpətmə. Gələnnər qapıdan girdilər, gördüh, Məhərrəmdi, arvadı Məhluqadı, beş da ayrı arvatdı. Dedi ki, ay Məhərrəm, xeyir olsun, niyə bu vədə? Dəəndə dedi ki, Allah köməyin olsun, ajınnan ölürəm, mana biraz çörəh ver yeyim, onnan sora deyim. Əvvəl çay isdədi bı. Dedim ki, oy Məhərrəm dayı, simavarda bi damcı da su yoxdu. Dəəndə (Fatma) dedi ki, olajax, olajax, bala. O, bu əvin simavarısa, olajax. İnanırsınız, inanın, inanmırsınız öz işınızdı. İçində küldən başqa heş nə yoxdu. Dedi, ağız, simavarı doldur kömürünən. Dedim, simavar boşdu. Dəəndə dedi ki, aaz, sana söz deyirəm, simavarı doldur. Doldurdum. Dedi, durbasını da qoy başına. Öz-özümə ürəyimdə dedim, bu nə deyir? Nə dedim, boynuma alıram. Ta məjbur simavara kömür töhdüm. Simavardan yalov çıxdı. Sizə qurban olum, dedim, biraz ayna durum, indi simavar partdıyajaxdı. Dedi, Ayna, nə var yeməyə? Dedim, Fatma, o qazandakı ət də durur, qatıxdan, pendirdən də nə varsa, hamısınnan qoyajam. Məhərrəmgil elə adam dəyil ha, utanmağ ola. Hançi hançini yeyir, yesin. Dedi, Məhərrəm, hindi de görüm, nəyə gəlmisən? Dedi ki, qadan alım, gəlimişəm, gədiyə toy eliyirəm. Gedəh. Dəəndə dedi, Məhərrəm, toyu sırağagün eləmisən. Heş demə, elçilih eliyif, buna da demiyif. Deəndə, dedi, ay Fatma, Allah hakqı, eləməmişəm. Deəndə, dedi, ay Məhərrəm, Allah deyirsən axı ağzında sən. Dedi, Fatma, o Allah hakqı, eləməmişəm. Elçi getmişəm, ona da sənə gəlif əziyyət vermədim. Deəndə dedi, indi gedəndə əziyyət olmuyajax? Dedi, gəlmədim dayna, nəysə. Məhərrəm dedi ki, Fatma, o Hajı Qaraman hakqı, aşıx gəlir, demişəm, zakazın vermişəm. Çaldırajam, o Hajı Qaraman hakqı, gəlməsən, o gəlini gətimijəyəm. Dəəndə dedi, Məhərrəm, sənin xətrinə yox, Məhluqanın xətrinə, günorta gəlif, gəlini gətirəjəyəm, ama oturmuyajam, qayıdajayam dala. Dəəndə dedi, hə, neynəy, elə sən gəl. Gördüm, elə onu deyirdim, boş simavar qaynadı, daşdı. Çay töküldü belə, durbanı aldım o nəfəs yolunu açdım simavarın. Boş simavar necə doldu suynan, necə qaynadı? A kişilər (yanımızda oturanlara müraciətlə deyir – top.), o inandığınızın canı hələ də məhətdələm. Fatmanın da o möcüzəsin gördüm.


II mətn

Bir gün də gənə Fatma bizdə yatıf. Mən də əvdə ehdiyatnan gəzirəm ki, takqıltı olmasın, uyanmasın. Qəfil səs eşidiv uyananda yata bilmir day. Heyvannarı aparıf ötürdüm çölə, qayıdanda gördüm kü, Komunun qızı duruf bizim hovuzun qırağında. Aralıdan belə elədim (əlini yelləyir – top.). Səsini çıxardanda dedim, dimmə, dimmə, uyanacax Fatma. Qız dedi ki, aaz, getmə, Fatma yoxdu əvdə. Dedim, aaz, hər sözü danışma. Yoxdu, hanı yoxdu? Dedim, elə eliyim ki, bilimməsin. Qapını da elə qoymuşam ki, takqıllamasın, takqıllıyanda qapını açanda bilinir. Elə özüm girif çıxıram, bular oanki evdə yatır. Çıxdım gördüm, həqiqi yoxdu yerində. Dedi, aaz, uyanıf? Dedim, yox, hələ uyanmıyıf, dəymə. Yəni deməh isdiyir ki, mən görürəm yoxdu orda. Niyə mənnən danırsan? Dedim, yox, uyanmıyıf, yatıf. Qaravatınnan yorğan düşüf oana, deyif, bilməmisən. Dedi, qoy mən özüm gəlim, baxım. Dedim, nəyə baxırsan? Tıkqıltı eləmə, səs eşidif uyanıf durajax. Qəsdən deyirəm e mən buna. Yoxdu yerində. Biraz durdum dayna, aralana bilmədim qapıdan. Bir az durdum, belə hərrəndim, bir də qayıtdım gəldim. Ehmal-ehmal getdim, qapıdan girdim. Gördüm hörgü12 yarılıf, o Allah hakqı, belə gördüm. Hörgü yarılıf, Fatma girdi içəri. Dinmədi, belə elədi (söyləyici başını tərpədir – top.). Səsimi çıxartmıyıf çıxdım çölə. Mənnən biraz sora Fatma da əvdən çıxdı çölə. Komunun qızı dedi ki, sabahın xeyir, qadan alım, mən gəlmişəm. Bunnan da iki yol dalaşmışam ki, yoxdu Fatma. Dəəndə dedi ki, göyə-zada çıxmamışdım ha, yerimdəyəm. Gördü kü, deməmişəm. Sən demə, Komu xəsdeymiş, qız gəlif Fatmanı aparmağa. Bıllar gedəsi oldular. Fatma maa çöndü ki, bajı, sən getmirsən? Dedim, qadan alım, nə bilim, getməlidi, gedim. Dedi, gə sən də. Getdih gördüh belə yer qayırıflar dayna. Balaca əvləridi olduxları yer. Bu Komuya da Fatma Famıx deyirdi. “Ə, Famıx, niyə azarranıfsan”, – dəəndə ağladı. Dedi, Fatma, azarramax nədi, ölürəm. Dedi, ə, hələ ölmüyəjəhsən. Gedəjəhsən Bakını gəzəjəhsən, gələjəhsən, qorxma. Gördüh belə kasada süd qoyuflar puçun üsdünə ki, bişsin. Fatma gəlincən bu süd bişsin, görəh buna içirə bilər? Südü götürdü, töhdülər bir isdəkana, bunnan biraz çox süd (stəkanı əlinə alıb göstərir – top.). Verdi ki Fatmaya, qadan alım, bajısı, bunu ver işsin. Dəəndə dedi, ver Aynıya, versin. Deəndə dedi, ay Fatma, sana veririh, Ayna nədi? Dəəndə dedi, bajı, vermirsınız ki, mana ver? Mən də verirəm, Ayna, ver. Verdim, bir az hortdatdı. “Ay Fatma, uda bilmərəm, ay Fatma”. Dedi, uda biləjəhsən, ud. Güjnən uddu. Dedi, Komu, bir də iç. Bir də yalannan “fff” elədi, axır ki, onu da uduzdurdu. Dedi ki, Fatma, nağayrım? Dedi, Əli (Əli Çələbini nəzərdə tutur – top.) sana bir şey verif, o durur? O kağızı itirmə ha. Bilirsən, axır mənşərəcən sana gərəhdi o kağız. Sənnən dil olup danışajax o. Dedi, gərəh dura. Axı Əli bir öyü yığma yığmışdı. Yığma yığmışdı, dəsdə bağlamışdı (yəni otuz iki adamı siyahıynan götürüf onnara su verirdi, çörəh verirdi, yaxşı saxlıyırdı onnarı). Arvadına dedi, durur? Arvadı dedi, durur. Tapdılar axır ki, qoydular. Dedi, dur, gedəh mana. Komunu da gejə gedif görsədillər həkimə. Həkim deyif ki, bu ölüf. Bu ölünü burya niyə gətirirdınız? Gejə gətdilər kəndə. Gejə kənd üsdə ölü gətiməzdər. O kənd xarava qalar. Qaldı da ode. Onu da tay genə Fatmıya gətidilər. Onu elə sağaltdı tay.

HƏSƏN ÇƏLƏBİ
Həsən Şahvəllidə olurdu dayna. Əlinin qardaşı Həsən Şahvəlidə olurdu. Bular da yaxşı baxmırdılar Həsənə. Şahvəllidənsən deyə pisina getməsin (Məhəmməd müəllimə müraciət edir – top.). Mən bi qırmızıca şeyəm, deyəjəm hamsın. Fatma dedi, burdan bir qulup tihdirəjəyəm, Əlinin əvnin yanınnan. Camahata xeyir-şər yeri. Camahat belə qalır toy eliyəndə vay eliyəndə, xeyir-şər eliyəndə. Həsəni gətirdi, Sirihdə örgü ördürdü. Tay qaldığ Əlinin əvində. Hamımız. Mən də onnara çörəh, su dayna qayırıram. Allah, qəbula keçir, yazığam, ay Allah (ağlamsınır – top.). Bir gün bizim də əvimiz, Hüseynalının oğlu Əhbəri tanıyırdın, (Məhəmməd müəllimə müraciət edir – top.), bax onun əvinin yuxarısındakı kötəzə13 bizim idi. Əlinin əviynən qanşarbaqanşarıdıx. Qozu sərmişəm o çəpərə. Əlinin əvinnən qozun hamısını görükür. Bir tala oraya, bir tala buraya, bir oraya. Nə bilim. Birdən bu Həsən girdi içəri, dedi, Ayna, çölə çıx e. Dedim, ay Həsən, qurbanın olum. Şahvəllilər qurvanın olum zad demirdi ha. Tova biri də demirdi. Xətrına dəysə də (Məhəmməd müəllimə deyir – top.), dedim, ay Həsən, qurvanım olum, dəəndə dedi ki, ay Ayna, həylə demə, lağıma gəlir. Dedi, “qurvanın olum” demə. Mana həylə demillər ha. Dedim, layıxları var deyələr? Elə heylə dedim e. Öz pisimi də boynuma alıram. Dedi ki, Ayna, nədən qorxursan? Mən də yazıxlandım. Dedim, ay Həsən, sana qurban olum, ilannan, ölüdən qorxuram. Ölü öləndə bir il əvə yaxınnaşa bilmirəm. İlannan da ayağımı götürüf qoymaxdan Fatmanı tay zara gətimişəm. Dedi, ölü heş, bir taxdadı atıllar yerə. İlannan niyə? Dedim, ay Həsən, elə bilirəm məni çalajax. Dedi, sana bir söz deyim, verməsən, Vallah çalajax. Dedim, bıy bisimillah, nə isdiyəjəhsən ki, mən verəm, vermiyəm, sən məni çaldırasan? Dəyəndə dedi, o qozdan verəjəysən. Dedim ki, o, Fatmanındı. Dəyəndə dedi ki, noolsun Fatmanındı? Fatmanınkını verə bilmirsən ki? Dedim, yox. Mən öz qozumnan verərəm. Dedi, neynəh. Getdih. Ay Allah, ay Allah, axıratan sən özun bunu hak-hesav eylə. Sizə qurban olum (ağlamsınır – top.). Dedi ki, o çəpərdəkilər kimindi? Dedim, bizim kişinin. Day ayıv olmasın, kişinin adın demirdim, utanırdım. Dedi ki, nəhlət Maviyiyə, nəhlət şeytana. Niyə bu balı Fatmıya çox qoymusan, mana az? Dedim, Allah dadına yetsin, çörəyını ye, doymasan, yenə qoyajam. Heş demə, bu, qəsdən eliyir bunu. Dedim ki, sən Allah, Həsən, niyə belə eliyirsən? Sən belə dəyildın axı. Fatma dedi, Həsən, ağlın ayrı adama getməsin, o dəlidi, qorxaxdı. Yanı ki, ilannan qorxur. Deyəndə dedi ki, Ayna, gedirsənmi? Fatma dedi, Allah hakqı, o dəlidi. Mən çay tökürəm, onnar da içir. Mən də utanıram bunnarnan yeməyə. Dedi, Ayna, sən Allah, məni çox isdiyirsən, Fatmanı? Dedim, Allah sənə köməy olsun, Fatmanı. Dedi, ay bajı, niyə? Dedim ki, onu çox isdiyirəm, nağayrım. Biraz durdu, bir də dedi, Ayna, səni olasan Allah, nədən qorxursan? Dedim, ilannan. Dedi ki, ay heyvan, gəl. Uuy, Hajı Qasım Çələbi, gösdərdi mana. Qağa, o inandığınız Allah hakqı, biz də inandığımız, hamı, kim inanır, o hakqı. Bir də gördüm çərçivadan kəllə, qapının çərçivasınnan, bax-bax belə-belə eliyir (şəhadət barmağını qaldırıb-saldırır – top.). “Uuy, ay Fatma”, elədim. Eliyəndə Həsən dedi, qorxma hələ gəlmiyəjəh, düzgünün de görüm. Dedim, nə deyim, Həsən? Bu, nə işdi? Dəyəndə dedi, Famanı çox isdiyirsən, məni? Dedim, Allah hakqı Fatmanı. Dedi, bajı, niyə? Mən onun qardaşıyam, o da mənim bajım. Dedim, eşitmişəm, qardaşısan. (Mənnən də onnar yekeydi dayna). Amma indi nağayrım? Fatma dedi, qağa, bu qammazdı, qammır deyə. Mən həmməşə onnarda oluram, onun yanında oluram deyip məni çox isdiyir. Dəyəndə dedim, hə, hə. Dedi, yox, Fatma tafdı onu. Dedim, Həsən, sən Hajı Qasım Çələbinin goru, dədəmin, babamın goru, məni dəli eləmə, yazığam. Dedi, Vallah, eləmərəm. Sana nağayrıram ki, dəli olasan? “Ay heyvan, gəl” dəyəndə başı belə çərçivadan saldı içəriyə. Dəyəndə Fatma dedi, ay heyvan, gəlmə. Ooy, ay kişilər, o Allah birdi, o hakqı, elə bil ki, axır mənşərdi mana dayna. Bu “gəl” deyir, bu “gəlmə” deyir. İlan, gürzə gəlir məni vurmağa. Fatma belə elədi, ağız, denən səni. Dedim, Allah hakqı demərəm, axı onu çox isdəmrəm ha. Səni çox isdiyirəm. Heş demə. Həsən də məni imtaana çəkir, heş demə bırda belə eliyir. Nağandar əlləşdisə, dedim. Mənim sıfatım qorxudan oluf ağappax. Fatma dedi, Həsən, indi bu nədi? Dəyəndə dedi, heş nə olmayajax, canı bərkiyir. Çölə baxdı, dedi, o çəpərdə nağarır onnar? Dedim, otu yığır ki, isdanmıya. Yağır. Dedi, Fatmanın qozunnan bir vedrə verəjəhsən? Qoymuyum otunuz isdana. Dedim, yox. Fatmanındı. Mənim ixdiyarım var Fatmanın qozunu sizə verəm? Öz qozumnan bir xaşa verəjəyəm. O deyir, “gəlmə”, o deyir “gəl”. İndi Həsən dedi, “ay heyvan, girmə içəri”. Həsən çıxdı ordan çağırdı Çolanı (Çola söyləyicinin ərinin adıdır – top.). Çola, – dedi Həsən, – ilan gətimişəm arvadını vurduram. Dəyəndə dedi, uy qadan alım, öldürürsən, dirildirsən? Dəyəndə dedi, öldürürəm. Dedi, niyə qadan alım, Həsən? Dəyəndə dedi ki, əlləşirəm odey o tutun divindəki qozdan bir vedrə ver mana, vermir. Dedi, nə deyir, vermir. Dedi deyir, Fatmanındı. Dəyəndə dedi, aaz, hansı qozdu? Dedim, Əhmədin evinin yanındakı qozdu. Dəyəndə dedi o Fatmanındı, qadan alım. Dedi, sən də vermirsən? Fatma eşidir. Fatma inciməsin, mən verəjəyəm. Dəyəndə, ay sağ ol, Zülfar oğlu, bax görürsən, o verir. Dedim, o qorxmur Fatmadan, mən qorxuram. Axır ki Çola addadı, getdi o qozdan da qoydu, o biri qozdan da qoydu, yaxşıdan da qoydu, pisdən də qoydu. Bir xaşa qoz qayırdı. Bir xaşa da almaynan qartof qayırdı, qoydu qapıya. Gəldi. Gəldi gördü, ilan elə həmən yerdədi. Dedi, Həsən, bu, havaxacan qalajax burda? Dedi, Aynanın cavabını gözdüyürəm. Dedi, Ayna, ta axır nöktədi. Fatmanı çox isdiyirsən, məni? Dəyəndə dedim, qadan alım, əlacım tay kəsilif, vurdurursan vurdur, Fatmanı. Dəyəndə dedi ki, belə-belə Allahın atda, dedi Həsən, Allahın atda Sirihdən əvlənmiş oleydim. Yani Sirihli Çələbi əvinə inanır. Həsənə də inanmırdı biri də Şahvəllinin. Həsən gəldi, dedi, ay heyvan, sana əzyət verdim, çox əzyət verdim, halalın olsun, gəl, get. Düşdü qabaxlarına getdi. Abuzərin pəyəsinin yanınnan girdi, getdi. Tez yetişənin divinə, tay bilmədim ordan oynanı. Belə-belə elədi, dedi ki, səni bərkə sürürdüm, halalın olsun, halalın olsun, sən ki o sözün üsdə durdun, halalın olsun. Allah sana nizam-intizamda köməh dursun.
Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin