ÇOBANIN SƏY ARVADI
Çobanın səy arvadı olur. Naxıra gedir mal otarmağa. Arvada deyir ki, ay arvad, mən gedirəm mal otarmağa, sən də qapı-bacadan muğayat ol. Arvat da səy olur. Doşab satan gəlir. Deyir, ay doşab alan, ay bəhməz alan. Bu qaça-qaça gedir. Deyir, daş var məndə, o daşa verirsənmi? Daşı da çoban tapıf gətirif, qızıldı. Bu daşı verir. Doşab satan görür ki, qızıldı. Elə küpəli-müpəli doşabı buna verir, qaçır. Gələndə ərinə deyir ki, ay kişi, doşab satanı allatdım. Bir daş verdim bir küpə doşab aldım. Kişi bunu elə eliyir, elə eliyir. Çombağın altına salır, yandırır yaxır ki, o daşı mən tapmışdım, qızıl idi. Sən niyə verdin? Nəysə, arvad küsüb gedir, iki dağın arasında oturur. Oturanda burdan bir dənə pişik keçir. Pişiyi görür yaşmanır. Deyir:
– Məmo bacı, dalımcan gəlmisən, ərim məni döyüfdü, getmərəm ki, getmərəm.
Pişiyin dalınca bir it keçir. Deyir:
– Həm-həm bacı, dalımcan gəlifsən, ərim məni döyüf, getmərəm ki, getmərəm.
Sora padşahın dəvəsi ləl-cəvahir dolu yüknən sürüdən ayrılıf gəlifdi. Bunu görəndə yaşmanır. Deyir:
– Şahban ayax, löh dodax, ərim məni döyüfdü, ağsakqalsan, sənnən gedərəm.
Tutuf dəvənin ipinnən gətirir evə. Kişi deyir, aha, bu arvada hiylə gəlim. Deyir ki, biz dalaşmışıx, gərək toyumuz olsun. Arvadı salır təndirə, üsdünə də bir ləyən qoyur, dən tökür, toyux qoyur. Danqıldadıxca bu təndirdə oynuyur ki, toyumuzdu. Bu kişi qızılları gizdədir. Dəvəni kəsir, bişirir, qovurur, təmiz basdırır. Bunu çağırır ki, dur, toyumuzdu. İndi carçılar keçir: – “Ay qaşı qara, gözü qara padşahın dəvəsini görən varmı? Kim görsə padşah onu muştuluxluyacax”. Dəli qaça-qaça deyir ki, mən görmüşəm, mən. Deyir, harda görmüşdün? Deyir, ərim məni döymüşdü, getdim otdum dağların arasında. Məmo gəldi getmədim, həm-həm gəldi getmədim, şahban ayax, lök dodax gələndə durdum gəldim, verdim ərimə. Kişini tutuf aparıllar. Deyir, arvad, üzün qara olsun, məni tutdurdun, qapı-bacaya bax. Arvad qapıya baxır, pəncərəyə baxır. Qapıya baxır, pəncərəyə baxır. Axırda bezir deyir, əh, kopoğlu, nə qədər baxacam. Qapı-pəncərəni çıxart al dalına, düz padşahın qapısına. Gətirir deyir, ala, qapı-bacaya baxmaxdan yorulmuşam. Ala bax özün. Padşah deyir, əşi, bu vallah, dəlidi. Bu yazığı niyə salmısınız ora? Padşah gətirir arvadı danışdıra. Padşahın da gözü çer24 imiş. Deyir, dəvəni hancarı gətdin, hancarı apardın? Deyir, nətər gətirəcəm? Ərim məni döydü. Getdim otdum orda. Məmo gəldi getmədim, həm-həm gəldi getmədim. Şahban ayax, dağdan ağır kişi gəldi, mən də gətdim verdim ərimə. Çırtbəyir çer gözünə. Padşah deyir, ə, bunu kötəkləyin, o yazığı da çıxarın, nahaxdan salmayın ora. Kişi bunu çıxardır gətirir. Bir at alır, daşqa alır. Nə var qırını-qızılını yığır, arvad gejə yuxudaykən “ya Allah” deyif ayrı ölkəyə gedir. Gedir orada xrım-xırda satır, alır, yeyir. Arvad da ağılsız başına o kəntdə qalır.
Babam deyərdi göydən beş alma düşdü. Biri nağıl deyənin, biri qulax asanın, biri ağzı yorulanın, bir çürüyü də Nəcibənin olsun. Deyirdim, mən çürüyünü isdəmirəm, qəşəngini ver.
-
BİZİM NƏSİLDƏ DAY BASAN OLMAYIB
Tülkü qojalmışdı. Üş-dört balası varmış, balaları da yekəlmişdi. Balaları deyir ki, ana, icazə ver gedək ova da, yekəlmişik. Anaları deyir:
– A bala, hələ vaxdı döyül.
Xülasə. Bir gün fikirrəşir ki, bular yekəlif, buları buraxım getsinnər. Fikirrəşir ki, buların ən yekə ovu olsa, cücə olar da. Oturur yuvada. Görür kü, əyə, bular əli qannı, ayağı qannı gəlillər. Yediklərini yeyiflər, qalanını ağızlarında gətirir. Bu da dünya görmüş tülküdü da. Baxan kimi görür ki, bu day ətidi. Day da çətin ovdu. Erkək at üç yaşında xam olarmış, ona day deyillər. Bunu da ovlamax çox çətin olarmış. Bala tülkü deyir ki, filan qovudan keçəndə bir day basmışıx, polnu yemişik. Qol ətinnən, döş ətinnən də gətirmişik sən yeyəsən. Deyir:
– Nətər ovladınız?
Deyir ki, dörd qardaş hərəmiz bir tərəfdən getdik, o ordan, mən burdan boyunnadıx, parçaladıx da. Əti də budu.
– Ə, – deyir, – yox ey, mənə başa salın görüm ötənnən, keçənnən yanınızda kim olufdu?
Deyir:
– Vallah, heş kəs yoxuydu, amma bir ölü, arıx canavar balası varıydı.
Deyir:
– Hə, bala, bizim nəsildə day basan olmuyuf. Dayı elə o canavar balası basıf, siz də ətinnən-zadınnan götürmüsünüz.
İndi nəsildə gərəh ola. Tülkü bilir ki, bu cücədən başqa bir şey basmıyıf. Nəsildə day basan ola ki, onnan da dönən day basa.
-
SƏBƏTƏ SALINMIŞ TÜLKÜ
Bir günnəri bir kişi gəlir meşiyə. Görür ki, bir tülkü bir cəvərən hörür. Kişi gedir deyir, ay tülkü lələ, nağayrırsan? Deyir ki, səbət hörürəm. Kişi muna deyir ki, sən içərdən hör, mən çöldən, görəh kim tez qutarajax. Deyir, gəl höör görəh. Tülkü səbətin içinə girif hörür, kişi də çölünnən. Kişi tez qutarır, munun ağzın bağlıyır. Səbəti alır çiyninə gedir. Aparır munu bazara. – “Ay bəhməz alan, ay bəhməz alan, bəhməz satıram”, deyə çağırır. Kişinin biri yaxınnaşıf soruşur, ay qardaş, neçiyə verirsən? Deyif, beş maata. Nəysə, munun pulun verir, alıb gətirir evə. Arvada deyir ki, arvat, munun içindəki bəhməzdi, ala qoy işkafa, xaşıl bişirərsən, tökərih üsdünə, yeyərih. Deyir, yaxşı, ay kişi, nə yaxşı aldın? Deyir, ucuz verirdi, aldım.
Bir gün hava soyuğumuş. Kişi deyir ki, arvat, bir xaşıl bişi, bəhməzdən də tökəh, görəh nətər bəhməzdi. Arvat gətirir bir qazan xaşıl çalır. Evdə qəlbi işkaf varmış. Uşağa deyir ki, get o bəhməzi gəti bura. İşkafın da yeri qarannıxdı dana. Ordan tülkü belə gözün bərəldəndə, uşax gəlir deyir ki, ay ana, vallah, ordan bir göz işıldıyır. O birisin göndərir, deyir, dur get gəti. Səy köpəyoğlu, bəhməzin gözü var işıldıya? O birisi də gedir, o bunnan bərk gəlir qorxusunnan. Deyir, ay ana, vallah, düz deyir, göz işıldıyır. Nəysə, neçə uşax varsa göndərir, axırda arvad özü gedir. Baxır görür ki, ordan bir göz parıldıyır. Qayıdır kişiyə deyir ki, ay öyün yıxılsın, uşax düz deyir, bir göz işıldıyır. Kişi gedir görür ki, doordan, bir göz işıldıyır. O dəəqə başa düşür də. Görür ki, tülküdü. Səbəti çıxardıf qoyullar öyün ortasına. Deyir ki, arvat, bir qazan su qoy ocağın üsdə qaynasın, bu saat gəlləm. Kişi gedir meşədən beş dənə, on dənə şil çubux qırır. Çubuğu qırır gətirir, uşağı-zadı, hamısın çıxardır çölə. Qazanı da qoyur ora, çubuxları da basır suyun içinə. Qırılmır axı onda çubux. Bu cəvərənin ağzın açır, tülkünü buraxır. Bəsdi deyincə munu çırpır, çırpır, buraxır. Tülkü gedir.
Aradan bir müddət keçənnən sora bu kişi getmişimiş meşədən odun qırmağa. Bu tülkü görür ki, bu kişi gəlif meşiyə odun qırmağa. Gedif nə qədərnə dosdu-tanışı varmış, tülküymüş, canavarmış, nəymiş, hamısın yığır gətirir ki, gəlin mənim düşmənim burdadı, tutağın, parçalıyağın. Kişi qorxusunnan qaçıf çıxır ağaca. Bullar bir belə, beş belə. Deyillər, gəlin bel-belə durax, munu ağacın başınnan alax. Amma ən altda da bu döyülən oturur. Kişi baxıf ki, uje muna çatırıflar. Elə ağajın başına çathaçatda kişi qışqırır ki, arvad, isdi su, şil çubux. “İsdi su, şil çubux” dəəndə, atdakının canında axı bir qorxu var, nətəər pırtdıyır altdan çıxırsa, hamısı partapart tökülür, qaçıf gedillər.
-
SALAMI KİMƏ VERDİ?
Bir günnəri Günəş, Şaxda, Küləh oturmuşumuşdar. Bir tülkü gəlir bınnarın qabağınnan gedir. Tülkü gəlif bınnarın qabağınnan keçəndə bınnara salam verir. Salam verir, tülkü gedir. Bınnar tülkü gedən kimi deyir, tülkü salamı maa verdi, o deyir, maa verdi, şaxda da deyir, maa verdi. Bıllar belə mübaasə eliyəndə, tülkü qayıdıf gəlir. Qayıdıf gələndə deyillər, gəlin tülküdən soruşax, görəh salamı kimə verdi. Deyillər, tülkü, salamı kimə verdin? Deyir:
– Küləyə verdim.
Günəş deyir:
– O qədər şüamı salajam ki, bir dənə üsdündə tüh qalmasın, bitəv bədənin yansın.
Küləh deyir:
– Heş bir şey eliyə bilmiyəssən. Mən o qədər sərin əsəjəm ki, şüaları qoymuyajam tülkünün üsdünə düşsün.
Şaxda deyir:
– O qədər qar-şaxda eliyəjəm ki, tülkü, sən yuannan qırağa çıx bilmiyəssən.
Onda Küləh deyir ki, sən işində ol, onda mən əsmiyəjəm, nə qədər şaxda olsa da, saa bir şey eləmiyəjəh. Tülkü deyir ki, odu ki, mən salamı Küləyə verdim.
-
TÜLKÜNÜN QURBANI
Günnərin bir günündə bir boğanağ olur, burulğan olur. Tülkü yombalanır gedir düşür quyunun içinə. Allaha yalvarır ki, Allah-taala, məni bu quyudan çıxart, mən sənin üçün bir cüt qoç qurban deyirəm. Burulğan gəlir bunu çıxardır tulluyur bayıra. Durur ayağını qaldırır iki dənə zad eliyir havıya. Deyir, mən ta çıxmışam quyudan, getdim ey. Qutardı.
Vaxt gəlir, zaman gəlir, gənə burulğan olur. Tülkünü kəllə-məyallax atır quyuya. Bu səfər tülkü yalvarır: – “Allah-taala, mən qələt eləmişəm. Məni bırdan çıxart”. Gənə burulğan çıxardır. Tülkü deyir, bu səfər eliyəmmərəm, mümkün döyül. Gərəh mən qoçu qurban verəm.
Gəzə-gəzə gəlir. Görür kü, bir sürüdü, iki qoç dalaşıllar. Bunnar möhkəm savaşıllar. O yana, bu yana. Tülkü gəlir qoçdara deyir ki, bu nədi aranızda bölüşdürə bilmirsiniz? Deyir ki, mən deyirəm ki, bu sürünün yiyəsi mən olacağam. Bu da deyir ki, mən olacağam. Ona gora dalaşırıq. Deyir, mən sizin şərinizi kəsirəm. Deyir, necə? Deyir, biriniz çıxın o dağa, biriniz də çıxın bax bu dağa. Surətnən gəlin təpə-təpəyə vurun. Hansınız yıxıldı, o elə bil məhf oldu. Sürünün yiyəsi sağ qalan olacax. Biri çıxır o dağa, biri də gəlir çıxır bu dağa. Nətəri gəlif təpə-təpəyə dəyillərsə, buların ikisi də ölür. Deyir, Allah-taala sənin başa dönüm, bax bu da sənin bir cüt qoçun.
LƏTİFƏLƏR
-
HÜZRÜ-ƏZ GÜNAH
Padşah mollanı çağırıf ki, mən bir söz eşitmişəm hüzrü-əz günah. Bu nə deməkdi? Deyif:
– Ə, farsca bir sözdü də, neynirsən, bekara sözdü.
Deyif:
– Yox, gərək maa deyəsən.
Deyif:
– Yaxşı, yaxşı, deyərəm.
Mollaynan padşah həyətdə gəzirmişdər, padşah bunun yanınnan keçəndə yuxa yerinnən bir çimdik götürür. Padşah dik tullanır. Deyir:
– Ə, nağarırsan?
Deyir:
– Bağışda, bağışda. Elə bildim əvdəyəm, sən də mənim arvadımsan.
– Ə, sən nə danışırsan, məni arvad qayırırsan?
Deyir:
– Bax hüzrü əz-günah budu. Sənnən hüzür isdiyirdim, hüzrüm günahımnan pis oldu.
-
BƏHLUL DANƏNDƏ
I mətn
Bir kişi təkəbbürrü-təkəbbürrü gedir Bəhlulu Danəndənin yanına ki, görüm bu Bəhlulu Danəndə nə məslahat biləjəh mən varranam. Gedif deyir ki, Bəhlulu divana, mən neynəsəm varranaram? Bəhlulu Danəndə kişiyə deyir ki, get min dənə serçə al. Bir serçə çıxmıyan setka düzəlt, serçəni bas ora. İki yüz, üş yüz kilo düyü al, serçəni beş-altı ay saxla. Serçənin hərəsi bir kilo, bir kilo yarım olajax. Aparıf bazarda toyux qiymətinə satarsan, varranajaxsan. Deyir:
– Bəhlulu divana, çox sağ ol, sən maa çox gəşəh məslahat verdin.
Min dənə serçəni tutmağ olmaz axı. Bı kişi bir aya köməhli min dənə serçə tutur. Bəhlulu Danəndənin dediyi kimi eliyir. Düyüdən yeyir serçələr, heç hara da çıxa bilmillər. Kişi baxır ki, aradan neçə ay keçif, serçələr həmən serçədi ki, serçədi. Bunda yekəlməh yox, nə də kökəlməh yoxdu, artım da yox. Nəysə, gedir Bəhlulu Danəndənin yanına. Deyir ki, Bəhlulu Danəndə, axı serçələr əmələ gəlmir. Nə qədər qulluğ eliyirəm, heş nə olmur. Bəhlulu Danəndə deyir ki, o serçələri bir bırax seyr eləsin. Onsuz da örgəniflər sənin qapına. Uçuf gələjəhlər hamısı.
Kişi gedir serçələri açıf bıraxır, sora qayıdır Bəhlulu Danəndənin yanına. Bəyaxları Bəhlulu Danəndəyə divana deyirdi axı. İndi də Bəhlulu Danəndə dedi.
– Bəs serçəni uçurtdum getdi.
Bəhlulu deyir:
– Ay axmax, ay başı yox, serçə birinci kökəlməz. İkincisi də mənim adım Bəhlulu Danəndədi. Sən o qədər gijsən ki, bax dəvə ölsə, dərisi bir yühdü, serçə ölsə, dərisi bir çəngə tühdü. Sənin başın yoxdu ki, mən saa o sözü dedim, sən də getdin elədin. Mana hörmət eliyeydin, mənim adımı deyeydin, mən də saa yaxşı yol göstəreydim.
II mətn
Bəhlul Danəndə atnan gedirmiş. Bir kasıb kişi də gündə gedirmiş bir şələ odun qırıf dalında gətirirmiş, çörəyə verib uşaxlarını dolandırırmış. Bir gün də meşədən odun gətirəndə Bəhlul Danəndəynən qavaxlaşır. Deyir, əşi, bu nədi, nə şələdi? Hara gedirsən? Deyir ki, ay Bəhlul Danəndə, uşax çoxdu. Aparıram satıram, çörəyə verirəm, gətirirəm. Deyir ki, bunu aparıb satanda on köpük, iyirmi köpük saxla, qalanını çörəyə verginən. Yığ saxla, at al, araba al, onnan apar. Deyir, əşi, on köpüyü, iyirmi köpüyü harda saxlıyım? Uşax-zad hamısı cibimnən alajax. Deyir, elə bir inandığın adam yoxdu, ona ver, onda yığılsın? Bazarda camaatın arasında hörmət qazanan bir mömin kişi oluf. Bu kişiyə deyir ki, əşi, belə bir iş eləmək isdiyirəm. Hər gün saa iyirmi qəpik versəm, onu yığılanda verərsən? Deyir, hə, nolar. Gətir iyirmi qəpik tulla bura. Bu gündə iyirmi qəpik verir bu kişiyə. Pul yığılır, bir atın qiyməti düzəlir. Bu gəlir deyir ki, əşi, mənim pullarımı verginən, özümə at almağ isdiyirəm. Deyir, ə, nə pul? Deyir, əşi, bir aydı gündə saa iyirmi qəpik vermirəmmi? Deyir, ə, sürüş burdan, səyin biri səy. İyirmi qəpik nədi? Bunu qoolayır. Kasıb adamdı, nağarajeydi. Çıxır gedir.
Elə fikirri getdiyi yerdə Bəhlul Danəndəynən qavaxlaşır. Bəhlul Danəndəyə deyir ki, əşi, dedin bazarda belə bir adam var. Bir ay iyirmi qəpik verdim ona, bir atın pulu düzəlmişdi, vermədi, qooladı məni. Deyir, əşi, helə şey olmaz. Deyir ki, helədi. Deyir, dalımca gəl. Mən kişiynən söhbət eliyəndə sən bir az aralıda dur. Mən ona əlimi belə eliyəjəm (əlini irəli uzadıb nəyinsə ölçüsünü göstərirmiş kimi edir – top.). Mən belə eliyəndə sən yaxınnaş denən əşi, mənim atımın pulunu ver dana. Deyir, yaxşı.
Bəhlul gəlif kişiyə deyir ki, bazarı hərrənirəm, heş sənnən yaxşı adam gözümə dəymir. İsdiyirəm saa bir sirr açam. Deyir, nədi? Deyir, atdı gedirdim. Qəbirsannığın yanında bir kalafalıx var, oraynan gedəndə at büdrədi. Atdan düşdüm, gördüm çökək yerdi. Eşələdim gördüm bu boyda (əliynən göstərir) bir küpə. Deyəndə bu kişi yaxınnaşır ki, bəs mənim pulum. Deyir, əşi, yeri ayna, görmürsən bu kişiynən söhbət eliyirəm. Deyir ki, bə noldu? Deyir, aşsam nolar içində? Qızıl üzük. Bu kişi bir də yaxınnaşır. Bəhlul deyir, əşi, bu nə deyir? Bunu yola sal getsin də, başımızı ağrıdır. Deyir, ə, bu bir atın pulunu yığıb verib maa, indi də zəhləmi tökür. Deyir, əşi yazıxdı, bir arava pulu da ver getsin.
Nəysə, atın pulunu da, bir arava pulu da buna verir, bu çıxır gedir. Deyir ki, küpənin ağzını aşdım içinnən nə çıxsa yaxşıdı? Bir dənə qızıl üzük. Keçirdim qoluma. Enni şeydi. Qolumnan sürüşdürdüm, getdi keşdi boğazıma. Əlimi saldım, nə qədər əlləşdim, çıxardammadım. Tər basdı məni. Ayıldım ki, yuxudu. Deyir, ə, başıma nə oyun aşdın? Arava pulu da verdim. Deyir, sarsax kopoğlu, yazıx saa bir atın pulunu verib, pulu qaytar da.
III mətn
Bəhlulun qardaşı Bağdad Xəlifə oluf. Bağdad Xəlifə bir dəfə bəd yuxu görüf. Bəhlulu çağıtdırıf. Çıxarıf beş yüz manat pul verif. Deyif, apar yetimə-yesirə, əlsiz-ayaxsız adamlara bunu payla, beyjə pis yuxu görmüşəm. Deyif, yaxşı. Bəhlul da gəlif fikirrəşir ki, Göyüşdüdə imkannı adam Əbülfətdi, Alpoutda filankəsdi. Hərəsinə çıxardır yüz-yüz paylıyır, gətirif siyahını qardaşına verir. Bağdad Xəlifə deyir, ə, sənə dedim apar imkannıya ver, yoxsa aca-yalaca ver? Deyir, ə, mən allahdan çox bilirəm? Allah kimə vermişdi, mən də ona verirəm.
IV mətn
Çinovniklər bir oğrunu qovullarmış, az qalıb ki, bunu haklıyalar. Görür Bəhlul Danəndə yolda dayanıb. Deyir, Bəhlul, məni öldürəjəhlər, gəl məni gizdət. Deyir, gir bu heybənin içinə. Alır dalına yoldan addıyır oyza. Çinovniklər gəlir deyir, nədi dalındakı? Deyir, axtardığınız adamdı. Buna inanmıllar, bunu dəli sayıllar. Heybənin içindəki də özündən gedibmiş. Deyir, niyə mənim yerimi dedin? Deyir, sənnən ötəri yalan danışmıyajam ki. Onda niyə mən Bəhlul Danəndə oluram.
V mətn
Bir gün Bəhlul Danəndəni çağırıllar qonax. Qardaşı Harun Ər-Rəşidin yığıncağı imiş. Qardaşına deyillər çağır da, qardaşındı. Deyir, gəlif genə burda şuluğ eliyəcəh. Hamı deyir ki, yox da, qardaşındı, gəlsin. Gətirillər, elə-belə həyətdə yığıncax varımış. Bu da oturur bir tərəfdən. Qabağa yemək gəlir. Yemək gələndə bunun arxasında da itdər varımış. Bəhlul Danəndə ona gələn yeməyi götürür atır özünnən arxıya. İtdər onun üstündə boğuşur, vurur qabı-qaşığı dağıdır. Camaatı narahat eliyir itdər. Qırğın-qiyamat düşür. Genə qardaşı gəlir ki, ə Bəhlul, neylədin sən? Səni də çağırmalı deyil. Gələndə də aləmi qarışdırırsan bir-birinə. Deyir, a qağa, bilirsən? Mən özüm üçün eləmirəm. Sənin üçün eliyirəm ki, sən dünyanı dəyişəndə sənin var-dövləti üstündə itdər belə boğuşacaq.
-
ŞAH ABBAS VƏ KƏLNİYYƏT
I mətn
Kəlniyyət Şah Abbasın anasına ağ olmuşdu. Ona görə, Şah Abbas çalışırmış ki, Kəlniyyəti öldürsün, bu sirrin üsdü açılmasın. Çöldə qarrıyırmış. Deyir, Kəlim. Deyir, can Kəlim. Deyir, Kəlim, çıx çölə, gəl içəri. Yağır desən, boynu vurajam, yağmır desən, boynu vurajam. Qarrıyır desən, boynu vurajam, qarramır desən, boynu vurajam. Çıxır çölə, gəlir içəri. Deyir, şah sağ olsun,
Nə ayazdı, nə bulud,
Nə yağardı, nə yağmaz.
Su qurşaxdandı, zığ dizdən,
Yeriyirsən toz qopur.
II mətn
Şah Abbas Kəlniyyəti bir gün qoyur çöldə şaxtada. Kəlniyyət də qüvvətli adammış. Görür ki, yox, işi xarafdı. Soyunur. Yaxınnıxda dəyirman varmış. Gedir dəyirman daşın birin alır bu çiyninə, birin o biri çiyninə, səhərəcən gəzir. Səhər aparır daşı verir yiyəsinə, paltarın geyif gedir. Şah Abbas deyir:
– Kəlim, ölməmisən?
Deyir:
– Xeyir, ölməmişəm.
– Bəs neynədin?
Deyir:
– Odey, o tərəfdə yanan işıxdan qızışdım.
Deyir:
– Nəynən qızışdın?
Deyir:
– Gözümnən (axı göz birinci alır işığı). Dəyirman daşın da keçirdim çiynimə, o tərəfə, bu tərəfə getdim tərrədim, ölmədim.
-
ABDAL QASIM
I mətn
Beyləqanda imamzada var. Bizim kəndin camaatı gedif Dünyamallar kəndində, Arazın qırağında alver eliyif dolanırmışdar. Orda bir dəsdə qaçax camaatın qabağın kəsif soyurmuş. Bular Avdal Qasımı da aparıflar. Avdal Qasım da iyid oluf, qoçağ adam oluf, elə-belə adam olmuyuf. Abdal Qasımı aparıflar ki, oları qorusun. Bir neçə dəfə gedif gəliflər. Qaçaxlar eşidəndə ki, dəsdənin qabağında Abdal Qasım var, hamısı dağılışıf gedif. Salamat gətirif buları çıxardıf. Bir dəfə də gələndə İmamzada deyilən yerdən bular keçəndə Qasım deyif ki, ay uşaxlar, arxayın sürün, mən bir az qavaxlıyım, görüm nə var, nə yox. Nəsə ağlım bir şey kəsmir. Nə annıyıfdı, nə annamıyıfdısa, atı sürüf bir az qabağa. Adamlardan birinimi görüf tanıyıf, nə olufsa at qulaxların şəkliyif dayanıf. At qulaxların şəkliyəndə atı vuruf deyif:
-
A kopoğlun atı, üsdündəki Abdal Qasımdı, niyə dayanırsan?
Elə deməknən də güllə açılmağı bir oluf. Gətirif camaat onu kəndə. Onnan on gün, on beş gün sora ölüf. Kəndə gətirəndə deyiflər:
– Ay Qasım, sən belə ehtiyatsız iş görməzdin axı. Bu nə idi?
Onda da zarafatınnan qalmıyıf. Deyif:
-
Ayə, mən imama arxeyin oldum. Mən nə bilim imam orda quldur-qaçax saxlıyır.
Amma Qasımı vuran dəsdə Qasım can verəndə gəlifdi. Barışığa gəliflər ki, and bu, imam bu, onnan qabax da Qasımın gəlif getdiyini görürdük. Amma biz Qasım kimi iyidə güllə atmazdıx. Qasımı vuran adam onun kim olduğunu bilmiyif. Görüf ki, Qasım bunu gördü, qorxusunnan vurufdu. Belə o dəsdə gəlif üzürxahlığ eliyif.
II mətn
Qasım ermənilərdən çox oğurruğ eliyif. Deyirmiş özü də gəlif sənin atını aparajam, ya bu öküz xoşuma gəlir, gəlif onu aparajam. Hər dəfə gedif nəysə bir şey oğurruyuf gətirirmiş. Bir dəfə evə əliboş gəlir. Arvadının adı Maya idi. Görmüşdüm mən. Məən on beş yaşım olanda öldü onun arvadı. Maya soruşdu ki, ay Qasım, xeyirdimi, buyün boş gəlmisən? Deyif:
-
Maya, and olsun Allaha, bir dənə atı o qədər bu ermənidən oğurradım apardım o kəntdə başqa erməniyə satdım, onnan oğurradım o birsinə apardım satdım. Bu dəfə pəyəyə girəndə at üzümə nətər baxdısa atdan utandım. Ona görə boş gəlmişəm.
III mətn
Qasımın qardaşı vardı Calal, mən görmüşdüm. Qasıma camaatın içində deyif ki, mən sənnən çox qoçağ adamam. Qasım deyif ki, qoçağ adamsan neynəyəh, bircə yerdə də mən eşidim, sən bir adam öldürmüsən, ya döymüsən. Camaatın içində şərtdəşiflər ki, Calal getsin qonşuda Ağbulax kəndi var, orda nə olur olsun, keçi, qoyun oğurrasın gətsin. Onda inanaram ki, bu, doğrudan da, qoçağ adamdı. Bu da oğurrux bilməzmiş. Gedir erməni kəndə, bunu tutullar, özü də pəyənin içində. Hay düşür, haray düşür, Qasım da bunun dalınca getmişmiş ki, görüm bu nağarır da. Bilir ki, bu bir şey eliyən döylü. Bütün erməniyə hay düşür ki, Qasım pəyədədi, tökülün bura. Erməninin hamısı – yarısı əyni geyinili, yarısı tuman-köynəkdə tökülüllər pəyənin başına. Qasım da fikirrəşir ki, mən nağarım. Orda yaxında fermada azərbaycanlı varmış. Gedif olara. Paltarını soyunduruf deyif ki, özünü sal ermənilərin içinə, denən ki, Qaçax Kərəm Qasımnan duşmandı, mənim öyümdədi. Qaçax Kərəmə isdiyirsiniz deyim, gəlsin onu öldürsün. Gedif deyən kimi bular da deyif gəlsin. Qasım da ermənicə tər-təmiz bilirmiş. Deyif:
– Ə, qaçın.
Girif pəyəyə. Görüf qardaşı sinif axura. Deyif:
-
Ə, paltarını soyun, tez ol, tez ol.
Bu da soyunuf. Deyif:
– Gir qapının dalına. Camaatı çağırajam içəri ki, burda Qasım yoxdu. Tuman-köynəkdə qarış olara, birtəri aradan çıx. Səən mənnən işin yoxdu.
Deməli, heylə də eliyifdi. Camaatı çağırır ki, ay erməni, burda Qasım nə gəzir? Məni dəli eləmisiz, mən də içərdə Qasım axdarıram. Deyillər, içərdədi. Deyif, nətər, ə, nə gəzir? Erməni tuman-köynək içəri dolanda Qasımın qardaşı da qarışır bulara, çıxır çölə. Qasım içərdən çıxır, deyir:
-
A kişi, da bu əldən çıxdı, bunu tutammadıx. Mən gedirəm Qasımın dalınca. O nə qədər bərk getsə də kəndə çatıncan onu öldürəjəm. Kimin hünəri var mənnən gəlsin, – deyif qardaşının da qolunnan tutuf deyir, getdik ə. Götürülüf gediflər. Erməninin də beş-altısı buların dalıncan: “Arə, qoyma, arə, qoyma”. Bizim orda ara var, o aradan Qasım keçənnən sora beşaçılanı fırrıyır oturur səngərə. Deyir, ə, “sənin xaçını .....”, verif ermənini güllənin qabağına. Ə, sən Qasım tuta bilərsən kopoğlu? Heylə qardaşını ordan çıxardıf.
IV mətn
Qasım gedif erməni kəndinə. Görüf orda ermənilər ayı oynadır. Ayını oynadıf qaraçılar kimi pul yığıllar. Buna sataşmağ üçün erməninin böyüyü deyif ki, Qasım, deyə bilərsən bu ayı ermənidi, yoxsa müsürman? Deyif:
-
Ə, canın üçün, bu dəyqə, niyə demirəm?
Gəlif ayı oynadanın əlindən ayının yedəyini alıf, dartıf. Ayı da çox tərs şeydi. Örgədən olmasa dalınca ömründə getməz. Dartıf, gəlmiyif, dartıf, gəlmiyif. Ayının yüyənini belə atıf üsdünə, deyif:
-
Sən öl, yüz faiz ermənidi.
Deyiflər:
Deyif:
-
Tərsdi, kopoğlunun heyvanı. Nə qədər eliyirəm gəlmir dalımca.
V mətn
Bir dəfə erməni deyif ki, a Qasım, gəlirsən uşaxdan-muşaxdan mal-heyvan aparırsan. Kişi ona deyərəm ki, gəlif mənim heyvanımı apara. Özü də yava itdəri varmış, adamı hasardan alırmış. Qasım buna deyif ki (da mənnən balacasan üzür isdiyirəm), sən öl, arvadıın alt paltarın apararam, sənin onnan xəbərin olmaz. Məni hirsdəndirmə. Deyif, Qasım, mənim öyümnən alt-üst nə olur-olsun, mənim darvazamdan içəri nə apara bilsən, sən öl, sənə bir cüt kəl verəjəm. Gəl, halalın olsun, apar. Deyir, yaxşı.
Qasım gəlir bir cəvərana iki-üç kilo ət qoyur. Bir ispişka karofkasıynan qarışqa yığır günüzdən, yayın da günüymüş. Gejə gedir, erməninin barısının qırağında bir hündür ağaj varmış, çıxır o ağaca, cəvəranı kəndirnən salır aşağı. İt hopbanır minir tayçanın25 içinə. İti yavaşca çəkir bağlıyır yalın belinə, it orda ət yeyir. Özü düşür gəlir. Arvadnan əri balkonda uzanıb yatmışımışdar. Qarışqanı da təmiz buraxır bu arvadın yerinə. Arvad bir az orasın qaşıyır, bir az burasın. Köynəyin-zadın çıxardır ipdən asır, prastinanı çəkir üsdünə ki, pahat olsun da, yata bilsin. Qasım da onu götürüf gəlir. Səhər bular ayılıllar. Kişi arvada deyir, dur. Duranda bular görür ə, arvadın köynəyi əynində yoxdu. Deyir:
Deyir ki, bəs bədənimə qarışqa darışdı gejə, çıxartdım asdım. Elə o dəyqə deyir, köynək hanı? Deyir, dey, bura asmışam. – “Aaz, it hanı?” İti çağırıllar, it ağacın başınnan hürməyə başdıyır. Deyif, sən öl, Qasım apardı köynəyi.
Doğrudan da, verif öküzləri.
Dostları ilə paylaş: |