AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr V kitab



Yüklə 2.7 Mb.
səhifə22/29
tarix02.12.2016
ölçüsü2.7 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

KOR ŞAKİR


I mətn

Bunun arvadı mənim kimi başdan səyrəyidi. Deyif ki, Şakir, sən Allah, məni bir Bakıya apar, Bakını görməh isdiyirəm. Deyif:

– And olsun Allaha, aparajam.


  • Havax, ay Şakir?

Deyif:

  • Allah səni elə bir dərdə salajax ki, dərdinə dərman tapılmıyanda səni Bakıya aparajam.

Elə heylə də getdi incəvara.

II mətn

Milisdər hamısı tanıyırdı kı, o qəşşəh aniqdot danışandı, hazırcavabdı, söz altda qalan döyül. Bizim qəşəh sanatoryamız varıdı axı, hayıf qaldı hamısı ermənilərə. Bu milisdər deyir, Şakir, gəl gedəh yeməyə. Yeməyə, işməyə bunu da götürüflər. Sanatoryada o touz quşdarı olan yer tozduğuydu. Üzdən irax, uzunqulaxlar o tozduxda eşələnir. Deyiflər ki, ə Şakir, nədi o torpaxda eşələnən? Deyif ki, sizin kimi yaddan gəlmiş qonaxlardı.



III mətn

Deyir, bu (Şakir – top.), Qaradağa gedifdi yumurta almağa. Nəysə, bu, iki karofka yumurta alıf. Buranın da milisiyası var axı, uçaskovusu. Bir dəfə də bu Şakiri görəndə deyif ki, ə Şakir, bir heylə yumurta aldın, neçə balası çıxdı toyuğun? Nətər balalardı? Deyir, hamısı sənin kimi paqonnudu.


IV mətn

Şakir çox hazırcavab oluf. Deyiflər ki, heş kim onu bağlıya bilməz. Bizim Ağdamda orqan işçisinin biri deyif ki, mən onu bağlıyaram. Deyiflər ki, heç cür onu bağlamax mümkün dəyil.

Nəysə, gəliflər bizim kəndə, camaat oturmuşdu ağacın divində məçidin qavağında. Bir nəfər kişi dedi ki, bax, dediyim Şakir budu. Nəysə, düşüf salamlaşıflar. Deyif:

– Ə, Şakir, eşitmişəm Avdalda bir eşşəh ölüf, onun yerinə gəlmişəm.

O da çönüf kü, düz deyirsən, sənnən də çox gileyli getdi. Deyif:

– Niyə?

Deyir:

Deyirdi ki, böyuh oğlum idin, niyə yerimə gəlmədin?


V mətn

Qaradağın rəisin təzə dəyişmişdər. Bunnar bir kafe zanet eliyiflər ki, bunu qeyd eliyələr. Rəisə deyiflər ki, gedəh Şakiri də gətirəh bir əz kefimizi aşsın. Deyif ki, o kimdi? Deyiflər ki, burda bir baməzə oğlan var.

Nəysə, milisin biri deyif, Şakir, gəl gedəh biznən bu kafeyə, təzə müdür gəlif, onu qəbul eləməliyih. Götürüf gəlif. İçəri girəndə Şakir deyif, bee, mən bilməmişəm itdər yığıncağıdı. İtdər yığıncağı olduğun bilseydim, bir əz yal alıf gətirərdim.
VI mətn

Axşamnan milisdərə dövlət qanun verif ki, çöldə olan yiyəsiz itdəri vurun. Milisdər axşamnan hamıya tapşırıf kı, uşaxlarınızı qoymuyun çölə çıxa, bəs səhər yiyəsiz itdəri vurajıyıx. Genə bu rəis maşında getdiyi yerdə, görür Şakir yolun qırağında duruf. Yanındakına deyif ki, dimmə, buna bir sataşım, sora gedəh. Maşını saxlıyıf, deyif:

– Ə Şakir, axşamnan tapşırmamışıx kı, çölə çıxma, bu gün yiyəsiz itdəri vurajıyıx?

Deyif:


– Ə, sən canın, qardaş qırğını salmıyın.


  1. DAMDA QALANINIZI KİM DÜŞÜRƏCƏK?

Bir usda evin üsdünü vurur, axırıncı şiferi də vuranda aşağı baxır, nə qədər eliyir düşəmmir. Yapışır qalır, qışqırır:

– Ay camaat, məni burdan düşürün.

Kəndin camaatı yığışır, hərə bir ağıl verir, bunu burdan düşürdəmmillər. Deyir, ə, kəndin bilicisini çağırın. Bilicini çağırıllar, bilici gəlir. Evin enin ölçür, boyun ölçür, bir belə baxır. Fikirrəşir, deyir düşürdərəm. Deyir:

– Gedin əlli metr uzunnuğunda bir kəndir gətirin.

Gedillər kəndiri gətirillər. Üş nəfəri çıxardır, deyir:

– Bu kəndiri atın ona.

Kəndiri atıllar. Deyir:

– Ə, bu kəndiri bağla belinə.

Bağlıyır. Deyir:

– Mən bir, iki, üş deyəndə dartın.

Dartıllar, düşən kimi mundar olur. Ağlaşıf eliyillər. Aparıf bunu dəfn-kəfn eliyillər, basdırıllar. Qayıdanda hamı kiriyif, bu bilici başdıyıf ağlama.

– Ayə, bilici, qardaş, Allaha şükür, damda qalanımızı da düşürdün, tay niyə ağlıyırsan?

Deyir:


– Ə, sizin günüzə ağlıyıram ey. Fikirrəşirəm ki, mən ölənnən sora sizin damda qalanınızı kim düşürdəjək?


  1. MOTAL MƏNİ BOŞLAMIR

İki qardaş olur, bular durullar körpünün üsdündə. Bir də baxıllar ki, iki dənə motal axır. Bu da ayı potası olar, düşər suya, elə bilillər motal axır. Balaca qardaş böyük qardaşa “qağa, motal” deyif özün tulluyur. Gəlif yapışanda ayı potası da bunnan yapışır. İkisi də batır çıxır, batır çıxır. Böyük qardaş baxır ki, motal bunu batırır. Deyir:

– Qardaş, motalı boşda ey, motal səni batırajax.

Deyir:


– Ə, mən motalı boşduyuram ey, motal məni boşdamır.


  1. MƏN ÇINQILLIĞA DÜŞDÜM, SƏN İRƏLİ HOPPAN

Bir kürd gedir Bakıya. Görür bir yerə pul verif girillər. Bu da pul verif girir. Bura da hamam olur, bunu yaxşı çimizdirif eliyillər. Bu çıxanda yadında saxlamağ üçün diqqətnən baxır ki, orda dörd dənə hərif var. Yadında saxlıyır ki, bura dörd hərifli yerdi.

Nəysə, rayona qayıdanda dosdu soruşur. Deyir, Bakı nə Bakı. Əlalxüsus da, məni bir yerə saldılar, da ləzzət elədi. Gələn dəfə gələndə dosdu əl çəkmir ki, məni də apar.

İndi yazılara baxa-baxa gəlillər. Birdən deyir, ə, tapdım. Görüllər hamı bura gedir, dörd də hərif var. Bu da olur kino. Bir az da bular gejikiblər. Bular girəndə görüllər ki, plyajı gösdərillər, hamı çimir. Bular da foyedə oturuflarmış. Naxadı əvvəl gələn soyunur, özün tulluyur. Tulluyan kimi düşür taxdanın üsdünə, əzilir, hıkqıldıyır. Foyedə qalan deyir:

– Ə, noldu?

Deyir:


– Ə, İvrəhim, mən çınqıllığa düşdüm, sən bir az irəli hopban.


  1. ERMƏNİ, MÜSƏLMAN VƏ GÜRCÜ

Erməniynən musurman qonşuluğ eliyir. Erməni deyir:

– Ə, sən cox bilirsən, mən?

Deyir:


– Mən.

Bunnar nəysə gedillər ova. Biri azərbaycannı olur, biri erməni olur, biri də gürcü olur. Bullar aranın düzündə bir turac vurullar. Erməni bijdi axı, deyir:

– Yatax, bir yuxu görəh, kim yaxşı yuxu görsə o yesin.

Deyillər, noolar? Nəysə, turacı bişirillər, uzannıllar. Onnar uzanan kimi, musurman turacı duruf yeyir. Erməni deyir ki, yaman yuxu gördüm. Deyir, nədi? Deyir ki, Musa peyğəmbər gəldi maa dedi ki, havağ ölsən bu cənnətin bağbanı sənsən. Gürcü də dedi ki, maa Musa dedi ki, havax gəlsən, cənnətin qapıçısı sənsən. Bu səfər musurman da dedi ki, maa Məhəmməd peyğəmbər dedi ki, bu cənnətin bağı da getdi, bağbanı da getdi, qapıçısı da getdi, yeri sən də turacı ye, saa heş nə qalmadı. Mən də turacı yeyif yatmışam.




  1. ÜÜÜÜÇ GÜN

Dovşan balası anadan olanda anası ona sual verir ki, ay bala, sana neçə gün süd verim? Deyir ki, ana, nə bilirsən ver. Anası deyir ki, saa üüüüç gün süd verim, yoxsa yüz gün süd verim?

Balası deyir ki, maa üüüüç gün süd ver. Dovşanın balası elə bilir ki, anası üçü uzatdığına üç gün çoxdur.


  1. MARAL ƏHVALATI

Bir gün nainsaf bir ovçu ova çıxır. Görür ki, meşədə qəşəh, gözəl bir maral otduyur. Hərriyir ki, maralı vırsın. Maralı vırıf yaralıyır. Maral su işməh üçün özünü çaya vurur. Çaya gedəndə görür ki, bir tısbağa da çaya gedir. Maral deyir ki, ay tık-tık xanım, hara gedirsən?

Tısbağa deyir:

– Qardaş, məni də ovçu yaralıyıf, bəs gedirəm çaya.

Tısbağa suyu içif deyir ki, ay maral qardaş, səni vıran ovçunun da, mənim kimi maralı vuran ovçunun da qolları quruyeydı. Maral dilə gəlif deyir ki, tısbağa, mən ovçunun yarasıynan ölmüyejeydim, sənin bu sözün məni öldürəjəh. Sən ki, özünü maa oxşatdın, mən sənin sözünnən öləjəm, ovçunun yarasınnan yox. Axı tısbağa hara, maral hara.


  1. XƏRCSİZ GƏLİN

Bir kişi oğluna qız almax isdiyir. Qızgilə elçi gedir. Qızın atası oğlangilə deyir ki, nə vermirəm, nə almıram, sizi xərcə salmıram. Götürün aparın. Götürüf aparıllar. Çayı keçməliymişdər. Çayı keçəndə deyiflər, quzunu bərk saxlıyın, qoyunu bərk saxlıyın. Ama bir dəfə də gəlini bərk saxlıyın, gözdüyün demiyiflər. Gəlin deyif ki, məni qaytarın əvimizə, atama sözüm var. Qayıdıf gələndə atası soruşur ki, bala, niyə qayıtdın? Deyir ki, ata, qoyunu-quzunu bir-birinə tapşırdılar, məni heş tapşırmadılar. Mən onnara müftə başa gəlmişəm. Xərşsiz gəlin gəlmişəm də. Təzədənnən sağlığaa kişi onnarı xərcə salır, sora qızı verir. Genə də çaydan keçillər. Amma, bala, bı dəfə gəlini gözdən qoymullar. Ona görə ki, artıx müftə, xərşsiz gəlin yox, xərşli gəlin aparıllar. Yanı, bı yolda çoxlu mal-döölət, xərş veriflər, zəyifliyiflər. Ay bala, gəlini xərşsiz aparanda hörmətsiz olur.





  1. GƏZƏYƏN ARVAD

Bir kişiyə deyillər ki, ay kişi, səən arvadın əyri yola gedir, onu bir əz yığışdı. Deyir, məəm arvadım heylə şey eləməz. Arvad məəmdi, bilirəm nə təərdi. İndi bı kamandirofkaya getməlidi. Bir ay çıxır evdən. Üzdən irax, qapılarında yekə it varımış. Deyir, mən gedirəm, bu arvadı sənə tapşırıram. Kim gəlir, kim gedir gələndə maa dəərsən. Bu gedir, bir ay tamam olanda gəlir. Sifdə itnən görüşür. Deyir:

– Ay it, nooldu?

İt deyir:

– Uu-uu, – uluyur.

Yanı o qədər yanına gəlif gedən oluf ki, saymağnan qutarmır.




  1. XAN VƏ XANƏNDƏ

Keçmişdə Azərbaycan hamısı xanlıqlara bölünmüşümüş. Quba xannığı, Bakı, Şəki, Şuşa, Şamaxı, nə bilim nəysə. Bir xan oğluna toy eliyirmiş. Xan deyir ki, yaxşı xananda gətirəh, toyda oxusun. Gedir bir xananda tapıllar. Xananda dəsdəsiynən gəlif oturur mağarada. Xan xanandaya deyir ki, saa mən bir şey deyəjəm. Sən maya elə bir oxumağ oxu, içində muğamat olsun, seygah olsun, təsnif olsun, içində bilmirəm nə olsun. Xananda baxıf görür ki, yox, məsələ başqa şeydir. Bu bir az yaxşı olmadı. Sonra xana deyir ki, mənim xanım sağ olsun, gəlsənə mən saya bir söz deyim. Xan deyir ki, denən. Xan sağ olsun, get bazardan bir qarpız al, gətir kəs, onun içində həm yemiş olsun, həm xiyar olsun, həm lobya, həmi də kartof olsun. Bullar olsa, mən sənin dediyini oxuyajam. Axı xananda savatdı, ağıllıydı da. Bilirdi nə deyirdi. Xananda bu yolla xanı bağladı. Xan bildi ki, qarpızın içindən belə şeylər çıxa bilməz.




  1. SİZİ YANDIRAN BALNAN QAYĞANAQDI

Bir kişinin üç arvadı varmış. Adı da Hacı Rəsuludu. Bu arvatdara deyirmiş hansız məni çox isdiyir? O deyirmiş, Hacı, sənnən yana ölərəm, bı deyirmiş sənnən yana ölərəm, özümü öldürərəm, neyniyərəm, nətəər eliyərəm. Bu Hajı bilir ki, bı arvatdarın üçü də yalannan deyir də. Bir günnəri deyir ki, bəs bu axşam məəm vaxdım tamamdı. O deyir, bıy, dərdin maa gəlsin, o deyir, dərdin maa gəlsin, qadan maa gəlsin. O deyir, yox, sən ölmə, mən ölərəm. Nəysə, axşam olur. Kişi yalannan oturur, kəlmeyi-şaadətin oxuyur: “Allah, Allah, Allah, ay öldüm”. Kişi gizdicə nəfəsin gizdədir, guya ölür. Arvatdarın nə dərdinə? Bının üzün örtüllər. Ta baxmıllar ki, bı nəfəs alır ey. Arvatdar oturur üçü də. Deyillər, gəlin ağlıyax, səs eliyəh, qonum-qonşu gəlsin. O birisi deyir ki, yox, tələsmə, gecə yuxusuz qalarıx. Ölüb day, nə səs eliyəh. Qoy yatax, tezdən camaat duranda biz də səs salarıx. Başdarın atıllar yatıllar. Hajı da kənarda izdiyir. Səhər olur, sübh tezdən durullar. Arvatdar deyir ki, gəlin başdıyax da ağlamağa, qonşular eşitsin. Yenə arvadın biri deyir ki, hara qışqırırsan, camaat töküləjəh, çörəh yeyəmmiyəjih, çay içəmmiyəjih. Yesəh dəəjəhlər ki, sevinir, heş elə bil ərrəri ölmüyüf. Durullar çay qaynadıllar, balnan qayğanax bişirillər, yeellər. Yeellər, çaydan-zaddan içillər, hər şeyi yığışdırıllar. Deyillər ki, gəlin başdıyax, gəlin başdıyax. Ağlaşmanı başdıyıllar. Biri başdıyır: “Ha-cı, ö-lü-rəəm, heey!!” Belə eliyillər ki, qonşular eşitsin. Nə bilim, biri deyir yandım, biri deyir öldüm. O deyir, yanaram, özümü öldürərəm. Bı deyir, yanaram, özümü öldürərəm. Hajı dözmür, yerinnən qalxır deyir, a köpəh qızı, sizi yandıran balnan qayğanaxdı ey. Durur üçünün də şələsin verir kürəənə...




  1. MƏLƏMƏYİMİ EŞİDƏRSƏN

Günnərin bir günündə bir kişi yolla gedirmiş. Görür ki, bir cavan oğlan o yannan gəlir. Cavan oğlan onnan soruşur ki, ay ağsakqal, hardan gəlirsən? Deyir ki, o tərəfdən gəlirəm. Nə üçün? Deyir, heyvanım itif, onu axtarıram. Deyir, əşi, heyvanı itənə oxşamırsan axı. Deyir, niyə a bala? Dedi, elə mən uzaxdan fikir verirdim sən fışdırıx çala-çala gəlirsən. Deyir, nolsun ki, fıştırıx çalıram. Deyir, heyvanı itən fışdırıx çalar? Deyir, bala, görürsən o dağı? Deyir, hə, görürəm. Deyir, gedirəm o dağa. O dağın dalına baxacam. Əgər heyvannarı orda tapmasam, gəlif fışdırıx çalmağıma yox ey, mələməyimə fikir verərsən.



  1. İKİSİ DƏ ÜSTÜNƏ GƏLDİ

Bir nəfər il boyu yekəlir, böyüyür. Elə bil danışanda xıxıldıyırmış. Hər danışanda deyirmiş, məsələn, xoş gəlmisən xıx, gəl otugınan xıx. Deyir, əşi, mən nə vədiyəcən danışdıxca xıx, xıx eliyəcəm? Qoy gedim bir həkimin yanına. Durur gedir həkimin yanına. Həkimə deyir ki, ay həkim, başaa dönüm, mən neçə ildi həkimə-zada getmirəm. İndi maa bir çara qıl da. Mən hər danışanda xıxıldıyıram. Maa dərman verginən yaxşı olum. Elə bı həkim də problemliymiş. Deyir ki, mən indi sənə bir dərman yazacam üft, çıxarsan ikinci mərtəbiyə üft, orda sesdram var üft, ona deyərsən, o sənə dərman yazar üft, alıf içərsən üft. Bu çıxır ikinci mərtəbəyə. Çıxır görür ki, qız oturufdu. Deyir, mən gəlmişəm həkimə, həkim mənə dərman yazıfdı, elə bil sən o dərmanı verməlisən. Deyir, hə, yaxşı, həkim verifsə, hüüş! Bı da fişqalıyırmış. Bı fişqalıyanda deyir, tay bıllar mənnən betər xəsdəymiş. Durur gəlir əvə. Bir müddət qalır. Bir aydan sora həkimə gedir. Həkim deyir, nooldu? Deyir, həkim, “xıx”, “üft”, “hüüş”. Yanı əvvəl xıx eliyirdisə, indi ikisi də üsdünə gəlib.




  1. KEÇİLƏRİ KİM ÖTÜRƏCƏK?

Ər-arvad olur. Bilların keçiləri olur. Anası bulları ayırır. Deyir, bala, bu sizin iki keçinizi, heyvanızı, evizi verrəm, gedin orda baş-başa verin dolanın. Deyillər, hə, nolar. Gedillər.

Qonşu hər gün gəlif bulların keçilərin örüşə ötürürmüş. Ər-arvad gejə söhbətdəşillər. Deyirlər, kim sifdə dillənsə, o keçiləri aparıf ötürəcəh, ta qonşu bezif də. Hə, bu dinmir, o dinmir. O dinmir, bu dinmir. Tay səhər olur də. Keçilər qalır tovlada. Qonşu tay vadar olur ki, balam, bullar hardadı, nədi? Mən də ötürməmişəm bılların heyvanın. Nə də durmullar? Gedir evlərinə, görür ki, ikisi də lal-dinməz duruflar. Deyir ki, keçiləri niyə ötürməmisiz? Nə o dinir, nə bu dinir. Axırda o kişi gəlir bunun arvadının üzünnən öpür. O öpəndə arvad vadar olur deyir, “bıy, yanasan səni kişi, məni öpdü, sən niyə dillənmədin? Kişi dillənir, deyir, ooy, səər keçiləri sən ötürəssən.


  1. DƏYİŞİK DÜŞMÜŞ ADAM

Bir əsgəri boşduyuflar, poyuznan gecə evə gedirmiş. Yolda da bir kişi minir. Minəndə bələdçiyə deyir ki, məni filan istansıda oyadarsan, duraram. Deyir ki, nolar? O vaxtdar vaqonnar qarannığ olurdu. Bı əsgər də paltarrarın çıxardır, qoyur usdolun üsdünə. Bu kişi də öz paltarın soyunur, üsdən qoyur ora. Bu bələdçi gəlif deyir ki, ay qardaş, filan isdansıdı, sən düşməlisən. Bu da tələsir, əsgərin paltarın geyinir düşür. Onda da uje hava işıxlanır da. Belə gedir, gedəndə özünə baxır, göör ki, əsgər paltarıdı. Deyir, baay, kişiyə bax e, demişəm məni oyatginan, gedif əsgəri oyadıf.




  1. İKİSİNDƏN BİRİ MƏHV OLACAQ

Günnərin bir günündə bir kişi olur, iki qızı olur. Kişi qızının birini verir galladara, birini də verir əkinçiyə. Vaxt gəlir, zaman gəlir, elə olur ki, arvad deyir, kişi, bəs qızdarımızı verdik, elə bil başımızdan eləmişik. Bir get gör nədi vəzyət, nətərdi qızdarımız. Kişi gəlir. Birinci galladara verdiyi qızın evinə gəlir. Ay salam, əleykimə salam. Mehriban ata, xoş gəlmisən. Görüşüllər. Oturullar, yeyillər, içillər. Kişi deyir, bala. Deyir, hə. Deyir, bala, vəzyətiniz nətərdi? Deyir, ata yaxşıdı. Ama yağış yağseydi yaxşı ot olardı, heyvan yeyərdi, özün tutardı. Satardıx yaxşı dolanardıx. Deyir, bala, Allah mətləbizi versin. Durur burdan gedir. Gedir o biri əkinçinin evinə. Salam, əleykimə salam. Oturullar, yeyillər, içillər. Qızı yannıyır. Soruşur ki, bala, vəzyətiniz nətərdi? Deyir, ata, Allah eliyə quraxlığ ola, buğdamız tutufdu. Buğdamızı biçəh, satax, yaxşı dolanax. Deyir, bala, Allah mətləbızı versin. Fırranır gəlir evə. Arvad soruşur ki, kişi. Deyir, hə. – “Qızdarın vəzyəti nətərdi?” Deyir, ikisinnən biri məhv olacaq. Deyir, nətəri məhv olacax? Deyir, biri yağış isdiyir, biri quraxlığ isdiyir. Ya yağacax, ya da quraxlığ olacax.





  1. QIRX QARĞA

Bir də bir arvat varmış. Bı biz tərəflərdə lap oluf elə. Day bu kəndin xəbərin, nağılın onnan ona, bınnan bına deyirmiş. Bütün kət kişiyə deyirmiş ki, sən arvadı yığışdı, bınnan ona, onnan bına yalan-dolan deyir. Bınnan kişi bacarmır. Kişi bir gün deyir ki, ay arvat, birdən mənim nəsə bir eybim olar, xata işdiyərəm, sən hamıya deyərsən?

Def:

– Yox, sənin ölmüşün hakqı, kişi, heş kəsə demərəm.



Nəsə, bir gün kişi gedir görür dərədə bir ölü qarğa var. Bını gətirir, arvada deyir ki, bax, bir yerdə deyif eləmə, biyabırçılıxdı. Mən bəs çöldə bir dənə qarğa doğdum. Bir yerdə deyərsən, mən day adam içinə çıxa bilmərəm haa... Arvad deyir:

– Yox, kişi, mən səən sözü deyərəm? Yox!

Deyir:


  • Nə bilim, bütün kət deyir. Onda gərəh mən adam içinə çıxmıyam.

Nəysə... Kişi bilir ki, bının dilin saxlamağ olmuyajax də. Bir əz qalır. Tez keçir, üz keçir. Bir gün gəlif kişiyə deyillər ki, padşah səni çağırır. Kişi srazı bilir ki, arvad qarğa məsələsin kiməsə deyif. Kişi deyir ki, arvat, qarğa məsələsin birdən kiməsə deyərsən?

Deef:


  • Yox. İmanım hakqı, sən öləsən, deməmişəm.

Deyir:

  • Bəs axı, məm padşahlıxda nə işim var? Bir vəzifəm yox, məni nəə çağırıllar padşahlığa? Bəlkə kiməsə demisən, tayfan qırılsın.

Deef:

  • Yox, sən öl, heş kimə deməmişəm.

Kişi gedir padşahlığa. Padşah deyir ki, a kişi, sən qırx dənə qarğa doğmusan, heylədi? Deyir:

  • Padşahi-aləm sağ olsun, kişi də doğar? Elə bir şey olar?

Deyir:

  • Bilmirəm, dünən vəzirim dedi ki, filan kətdə bir kişi qırx dənə qarğa doğuf.

Vəzirdən soruşur ki, səə kim dedi? Deyir:

  • Vəkil dedi.

Vəkil otuz dokquz adamın adın çəkir. Nəysə, gəlir, gəlir, gəlir, axırda arvat gəlir. Deyir ki, sənin ərin qarğa doğufdu?

Deyir:


  • Yox, bilmirəm, çöldən bir qarğa gətdi.

Deyir:

  • Bəs sən neynədin?

Deyir:

  • Üş gün qarnımda saxladım, heş kəsə demədim. Soora getdim qonşuya dedim ki, bizim kişi üş dənə qarğa doğuf.

Deef, həm bı sirri üş gün qarnımda saxlamışdım, həm də fikirrəşdim, üş dənə qarğa bı yekəlihdə kişiyə neyniyəjəh? Onnan soora kişi day görür ki, bınnan başara bilmiyəjəh dana.


  1. MOLLANIN YALANI

Bir gün bir molla oturur, kişilərnən söhbət eliyir. Birdən qayıdır ki, Allah, sən saxla, Allah, sən saxla.

Kişilər deyir:


  • Noluf?

Bizdə də bir dağ vardı. Ağbənd dağınan, Göybənd dağın arası, ora da çox sıldırımdı. Karvan keçəndə deyərmişdər, “Dəf öz atına”, yəni başqasının atına “dəf” demiyin də. Molla deyir:

  • Bəs ordan bir qatır uçurdu, düşürdü Araza, saxladım.

Hamı deyir:

  • Allah köməyin olsun, nə yaxşı saxladın.

Evin gəlini mını eşidir, bı da aş bişirirmiş. Bu bilir ki, molla yalannan deyir. Hamının ətin aşın üsdünnən qoyur, mollanın ətin altdan qoyur, düyünü yığır. Gətirir çəkir qabağa. Çəkəndə hamı yeyir, molla yemir.

Deyillər:



  • Molla, niyə yemirsən?

Deyif:

  • Niyə hamının aşına ət qoyuflar, amma maa qoymuyuflar? Mən kimnən pisəm ki, bırda məni seçiflər?

Gəlini çağırıllar. Gəlin qayıdır deyir:

– Noldu, Ağbəndinən Göybəndin arasında qatırı gördün, düyünün altında əti görmədin? Sənin əti altdan qoymuşam ki, görüm görə biləssəmmi?

Molla elə ordan durur, aşı yemir, gedir. Sora gəlinə pisdihlər eliyir. Həyatın, ayləsin dağıdır. Bu, olmuş hadisədi.


  1. DİRİ-DİRİ CƏNNƏTƏ GİRMƏK İSTƏYİR

Bir molla olur, arvatdarı yığır başına. Deyir, analar, bacılar, gəlinnər, yoluvuzu azmıyın, pis yola düşmüyün. Gedif cəhənnəm odunda yanassız. Hamı deyir:



  • Hə, hə.

Bir dənə gəlin olur, bilir ki, molla yalannan eliyir də, özü çox düz əməlli dəyil. Deyir:

  • A molla, indi biz başqasıynan gəzmiyəh, eləmiyəh. Birdən indi işdi da oldu, gözümüz saa düşdü, bəs onda biz neyniyəh?

Baxır, baxır, deyir:

  • Zalımın qızı diri-diri cənnətə girməh isdiyir ey.




  1. XAN VƏ NÖKƏR

Xan ova gedəjəymiş. Nökərə deyir ki, çıx bax gör hava nətərdi, ova gedəjəm. Amma desən ki, yağır, boynunu vurduracam. Nökər çıxır çölə, baxır ki, hava elədi, elə yağır. Yağış, palçıx. Bir tərəfdən də qorxur ki, xan boynun vurduracax. Fikirrəşir ki, nətəəri deyim? Hava belə yağajax, neyniyəcəh. Gəlir girir içəri. Xan deyir ki, nökər, nətəərdi hava? Ova getməh olar? Deyir, xan sağ olsun:

Nə bulutdu, nə ayaz,

Nə yağardı, nə yağmaz.

Dizəcən palçıxdı,

Ayax dəysə, bılaşmaz.




  1. ƏLAC YOXDU, XAROŞİY

Bir günnəri təzə qolxoz qurulur kəntdə. Nəsə, bı kətdilərin malların, öküzün, sahəsin – hamısın yığıf qatıllar bir yerə. İclas olur, iclas olanda bir dənə kəntdə ağsakqal kişiyə qayıdıf sual verillər ki, baba, qalxoz xaroşiy? Deyir, nəyi xaroşidi, ay bala, öküzümü alıf, tarlamı alıf, hər şeyimi qatıf bir-birinə. Nəyi xoroşidi? Xoroşi-zad dəəl. Bı kişini tutullar, iki il bına iş verillər. Kişi gedir, iki il çəkir gəlir. Bir gün yenə nəsə olur, genə bı kişidən soruşullar, baba, qalxoz xaroşiy? Deyir, əlaş yoxdu, bala, xoroşiy. Əlaş yoxdu, xaroşiy.




  1. KƏNDƏ TABAQ SINDIRAN GƏLİB

Bir gün kəndə kəndirbaz gəlir. Qadınnar ora getmirmişdər. Bu olmuş hadisədi. Kəndə kəndirbaz gəlir. Kişilər gedir kəndirbaza baxmağa. Gəlir evə. Kişinin də adı olur Mirzə. Arvadı deyir ki, Mirzə, kəndirbaz nətəər olur? Kəndirbaz neyniyir? Kəndirbaz, kəndirbaz deyillər, o nətəərdi? Kişi nə qədər eliyir, arvadı başa sala bilmir. Köhnə evlərdə də evin ortasında dirəh olurmuş. Gedir bir kəndir gətirir, bağlıyır bu dirəhlərə ki, çıxsın kəndirin üsdünə, görsətsin. Kişi çıxır bu ipin üsdünə ki, arvadı başa salsın ki, kəndirbaz belədi də, ipin üsdünnən o tərəfə gedir, gəlir. İpin üsdə çıxır, çıxan kimi yıxılır. Dura bilmir axı. (Köhnə evlərdə də teş, xəmir yoğurmağ üçün cəviz ağacınnan qab olurdu. Mən görmüşdüm, qoz ağacınnan olurdu, nənəmgildə vardı. Belə, təhnə, tabax hamısı ağaşdandı. Dəmir yoxumuş o vaxt. Qablar ya misdən, ya da taxdadan olurmuş). Kişi hopbunur düşür təhnəni sındırır. Arvat qayıdır deyir ki, boy, ətin ərisin, kəndirbaz, ha kəndirbaz, mən deyirəm, bə nədi. Ədə, day deynən kəndə tabax sındıran gəlif dayna.




  1. MƏLIĞA DÜDÜK VERİRƏM

Məlik Fərəcin bir qardaşı oluf, çox fağır bir adam oluf. Dağda ayrımlar bunun bir malını oğurruyuflar. Məlik nə qədər bu ayrımlara yalvarır-yapışır, yalvarır yapışır, gündə buna bir sot verillər, gündə buna bir sot verillər, boyunnarına almıllar. Bir günnəri Dəli Fərəc gəlirmiş. Görür ki, iki ayrım bir qayanın zaxmanına söykənif danışıllar. Biri deyir, ayə, Məlıx gənə gəlmişdi. Məlığa nə dedin? Deyir ki, ə, nə deyəjəm? Bir düdux vedim, getdi. Deyəndə eşidir axı Fərəc. Beşatılanı hərriyir tarap bala inəyə birini, qara cöngəyə birini. Bular durana qədər dördünü-beşini vurur. Deyir, ə Fərəc, ə Fərəc. Ayə nagarersən, ayə nağarersən? Deyir, ə nağarajam, Məlığa düdüh verirdim. Yanı ki, kopoğlu, siz mənim qardaşıma düdüh verirsiniz? Döşənillər bunun əlinə-ayağına ki, da öldürmə, Məliyə denən neçə heyvanın gətimişik gəlsin aparsın. “Məlığa düdüh verim” indi bizdə bir məsəl olarax qalır.



1   ...   18   19   20   21   22   23   24   25   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə