AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr V kitab



Yüklə 2.7 Mb.
səhifə28/29
tarix02.12.2016
ölçüsü2.7 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   29

SÖYLƏYİCİLƏR HAQQINDA MƏLUMAT
Abbasov Xalıqverdi İmaməli oğlu, Bərdə şəhəri, 1928-ci il, orta-ixtisas təhsilli, uzun müddət mühasib işləyib. Göyçə mahalının Basarkeçər rayonunun Yuxarı Zağalı kəndindən 1949-cu ildə deportasiya olunub. Söylədiyi mətnlər: “Bəxtsiz adam”; “Xəstə Qasım” (II mətn); “Aşıq Ələsgər Dəli Alının toy məclisində”; “Aşıq Ələsgər Boyəhmədlidə”. Toplayan: İ.Rüstəmzadə
Abbasov Qulam Valeh oğlu, Füzuli rayonu, Böyük Bəhmənli kəndi, 1961-ci il, ali təhsilli müəllim. Söylədiyi mətnlər: “Bəhmənli” (I mətn); “Qızılbaş yeri”; “Həlim gölü”. Lətifə: “Qasan kurit, Qusan kurit”. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov
Abdullayev Əbülfət Rüstəm oğlu, Bərdə rayonu, Bala Göyüşlü kəndi, 1938-ci il, orta təhsilli. Söylədiyi mətnlər: “Boyəhmədli” (IX-XI mətnlər). Lətifə: “Bəhlul Danəndə” (III mətn). Toplayan: İ.Rüstəmzadə
Abdullayev Tanrıverdi Əhməd oğlu, Bərdə rayonu, Nifçi kəndi, 1940-cı il, orta təhsilli, mexanizator işləyib. Söylədiyi mətnlər: “Sarıtel Aslan” (III-VI mətnlər). Toplayan: İ.Rüstəmzadə
Abdullayeva Nuranə Umudvar qızı, Füzuli rayonu, Qərbənd kəndi. Söylədiyi mətn: “İki nökər”. Toplayan: M.Abbasova
Adıgözəlov Aşur, Zəngilan rayonu, Razdərə kəndi, 1947-ci il, təhsilli, xanəndə. Hazırda Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: “Allah hər kəsin ruzusunu verir”; “Qaraçuxa” (I mətn); “Var-dövlətinin azaldılmasını istəyən adam”; “Allahla şərikə girən adam”; “Səxavətli Hatəm” (II mətn). Nağıllar: “Əzrayılın xəbərdarlığı; “Əcəldən qaçmaq olmaz” (II mətn); “Tülkünün qurbanı”. Lətifələr: “Bəhlul Danəndə” (V mətn); “Mələməyimi eşidərsən”; “İkisindən biri məhv olacaq”. Toplayanlar: F.Qasımova, G.Canməmmədova

Ağalarov Elman Salman oğlu, Şuşa rayonu, Zarıslı kəndi, 1935-ci il, təhsilsiz. Biləcəridə məskunlaşıb. Söylədiyi mətnlər: “Qızıl qaya”; “Qaçaq Səfər”; “Çobanın dütdəyi”; “Qonaqçı və baqqal”; “Dolu duası”. Nağıllar: “Belə də qalmaz”; “Peyğəmbərin Allaha iltiması”; “Adama gərək Allah verə”; “Oğul dağı, quyruq yarası”; “Bizimki bacadan töküləcək”; “Şah və dəmirçi”; “Qız südü, qısraq südü”. Lətifələr: “Bəhlul Danəndə” (I mətn); “Üüüç gün”; “Maral əhvalatı”; “Xan və xanəndə”. Toplayan: S.Bağdadova


Ağamirzəyeva Bənövşə, Ağdam rayonu, Xıdırlı kəndi, 68 yaş, Bakı şəhəri, Əhmədli qəsəbəsində məskunlaşıb. Söylədiyi mətn: “Döyülən axmaq”; “Səbətə salınmış tülkü”; “Gəzəyən arvad”. Toplayan: M.Abbasova
Ağayeva Nazilə Nüsrət qızı, Ağdam şəhəri, Vaqif küçəsi, 58 yaş, Dərnəgül qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: “Cinlər haqqında” (II mətn); “İlanlı pir”; “Deşikli ağac”. Etnoqrafik mətn: “Çilə kəsmə” (II mətn); “Həmzad kəsmə”. Lətifələr: “Abdal Qasım” (VIII-X mətnlər). Bayatılar: 44-70. Toplayan: N.Əbilova
Alıyev Hafis Salman oğlu, Bərdə rayonu, Mustafaağalı kəndi, 1961-ci il, ali təhsilli, sovet sədri işləyib. Söylədiyi mətnlər: “Boyəhmədli” (I-IV mətnlər). Toplayan: İ.Rüstəmzadə
Atakişiyev Allahqulu İslam oğlu, Füzuli rayonu, Alıxanlı kəndi, 1926-cı il, ibtidai sinif müəllimi. Söylədiyi mətnlər: “Alıxanlı”; “Həllac Şah Abbas”; “Əşəddi oğru”. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov
Babayeva Məryəm Muxtar qızı, Füzuli rayonu, Böyük Pirəhmədli kəndi, 1933-cü il. Biləcəridə məskunlaşıb. Söylədiyi mətn: “Xərcsiz gəlin”. Toplayan: S.Bağdadova
Bayramova Narış İsa qızı, Ağcabədi rayonu, Afşar kəndi, 1945-ci il, dördillik təhsil, sınıqçı. Söylədiyi mətnlər: “Beyləqan və Biləsuvar haqqında”; “Cəfər ağa”. Toplayan: İ.Rüstəmzadə

Behbudov Zakir Şəmil oğlu, Bərdə rayonu, Yeni Əyricə kəndi, 1939-cu il, orta təhsilli. Söylədiyi mətnlər: “Kərim bəy” (I-II mətnlər); “Sarıtel Aslan” (IX mətn). Toplayan: İ.Rüstəmzadə


Bəylərov Bərşad Allahverdi oğlu, Bərdə rayonu, Bəcirəvan kəndi, 1957-ci il, orta təhsilli. Söylədiyi mətnlər: “Təhlə” (III, VII, VIII mətnlər); “Bəcirəvan”; “Xan ərəb”; “Qaçaq Camal” (II mətn); “Toy adətləri”(II mətn); “Çobanlar haqqında”; “İtiyini axtarmamaq fərsizlikdir”. Nağıl: “Bizim nəsildə day basan olmayıb”. Toplayan: İ.Rüstəmzadə
Cəfərov Tapdıq Süleyman oğlu, Bərdə rayonu, Nazırlı kəndi, 1924-cü il, orta təhsilli. Söylədiyi mətnlər: “Yaranal Mədədov” (I mətn); “Qaraatılan yer”; “Hacı Avas” (I-II mətnlər); “Savalan bəy”; “İsfəndiyar xozeyn”. Lətifə: “Bic Paşa”. Toplayan: İ.Rüstəmzadə
Əhmədova Tehran, Zəngilan rayonu, Mincivan qəsəbəsi, 1934-cü il, təhsilsiz. Söylədiyi mətnlər: “İtə dönən insanlar”; “İki aşıq və hazırcavab gəlin”; “Əsil-nəcabət nəsilnəndir”; “Meşəbəyi və ağıllı arvad”. Nağıllar: “Xəmir xalanın nağılı”; “Varlı və kasıb qonşu”; “Şahın qiyməti”; “Cavan qalmağın sirri”; “At, arvad və qonşu”; “Uşaq doğan Molla Məmməd”; “Sözgəzdirən arvad”; “Hədiynən Mədi”. Lətifə: “Üstümə ikisi də gəldi”; “Keçiləri kim ötürəcək?”; “Dəyişik düşmüş adam”. Tapmacalar: 26-27. Toplayan: M.Abbasova
Əkbərov Nadir Camal oğlu, Bərdə rayonu, 1951-ci il, ali təhsilli. Söylədiyi mətn: “Oğlanbaba” (II mətn). Toplayan: İ.Rüstəmzadə
Ələkbərova Alagöz Şahverən qızı, Ağdam rayonu, 62 yaş, təhsilsiz. Bakı şəhəri, Əhmədli qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: “Yonca niyə bərəkətlidir?”; “Can övladdan şirindir”. Toplayan: M.Abbasova
Əliyev Əhliman Şirin oğlu, Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndi, 1931-ci il, orta təhsilli, montyor işləyib. Söylədiyi mətnlər: “Şirvan şah”; “Süleyman peyğəmbər və bayquş”. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov

Əliyev Novruz Məti oğlu, Füzuli rayonu, Bala Bəhmənli kəndi, 1951-ci il, orta-ixtisas təhsilli. Söylədiyi mətnlər: “Bəhmənli” (II-V mətnlər). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov


Əliyev Şahmal Zülfüqar oğlu, Ağdam rayonu, Poladlı kəndi, 1926-cı il. Binəqədi rayonunda Slavyan Universitetinin 1 saylı yataqxanasında məskunlaşıb. Söylədiyi mətn: “Naşükür insan”. Toplayan: N.Əbilova
Əzizov Əli Əbdürrəhim oğlu, Füzuli rayonu, Böyük Bəhmənli kəndi, 1932-ci il, təhsilsiz, vaxtilə kalxozda çalışıb. Söylədiyi mətnlər: “Şah Abbas və vəziri”. Nağıllar: “Süleyman və qara qul”; “Süleyman və qoca dünya”; “İsgəndərin buynuzu var”; “Odunçunun nağılı”; “Arvadın eləsi də var, beləsi də”. Lətifə: “Hüzrü əz günah”. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov
Fərzalıyev Turabxan Hüseynxan oğlu, Füzuli rayonu, Əhmədallar kəndi, 1935-ci il, orta-ixtisas təhsilli. Söylədiyi mətnlər: “Xanalı” (I-II mətnlər). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov
Hacıyev Məhəmməd Fərrux oğlu, Bərdə rayonu, Xanağalı kəndi, 1931-ci il, ali təhsilli müəllim. Söylədiyi mətnlər: “Hacı Baxış” (I-II mətn); “Məhəmməd Əfəndi”. Toplayan: İ.Rüstəmzadə
Hacıyev Heydər Allahverdi oğlu, Füzuli rayonu, Yağlıvənd kəndi, 1939-cu il, ali təhsilli bioloq. Söylədiyi mətnlər: “Yağlıvənd” (I-XI mətnlər). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov
Hacıyev Nəcəfqulu Almurad oğlu, Füzuli rayonu, Kərimbəyli kəndi, 1923-cü il, orta-ixtisas təhsilli, zootexnik işləyib. Söylədiyi mətnlər: “Cinlər haqqında” (I mətn),Şeytan haqqında” (I mətn); “Kərimbəyli” (I-IV mətnlər). Nağıllar: “Əcəldən qaçmaq olmaz” (I mətn); “Dünyanı necə tutsan elə də gedər”; “Şah Abbas və üç cavan”; “Elmin başı səbrdir”; “Yuxuyozan”. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov
Hacıyev Rafil Əli oğlu, Bərdə rayonu, Qılınclı kəndi, 1967-ci il, ali təhsilli mühəndis. Söylədiyi mətnlər: “Oğlanbaba” (I mətn); “Yaranal Mədədov” (II mətn). Toplayan: İ.Rüstəmzadə
Hacıyeva Şövkət Qüdrət qızı, Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndi, 1942-ci il. Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: “Şeyid Əşrəf ağa” (I-III mətnlər); “Seyid Həzim ağa və İbrahim xan”. Toplayan: M.Abbasova
Həsənova Gülzər İbad qızı, Füzuli rayonu, 1948-ci il, orta təhsilli. Füzuli rayonunun Qayıdış qəsəbəsində məskunlaşıb. Söylədiyi bayatılar: 1-15. Toplayan: M.Abbasova
Həsənova Qəmər Umud qızı, Füzuli rayonu, Molla Vəli kəndi, 1927-ci il, orta təhsilli. Söylədiyi mətn: “Mirzəli nəsli”. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov
Həsənova Şəkər Bağır qızı, Füzuli rayonu, Qorqan kəndi, 1952-ci il, orta təhsilli, ağıçı. Söylədiyi mətnlər: Üç qardaş və yeznə. Nağıllar: “Dəmirçinin nağılı”; “Etibarsız qardaş”. Bayatılar: 214-250. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov
Hümbətov Yaqub Əhməd oğlu, Bərdə rayonu, Alpoud kəndi, 1927-ci il, orta təhsilli. Söylədiyi mətn: “Alpoud”. Toplayan: İ.Rüstəmzadə
Hüseynova Nəcibə Qasım qızı, Bərdə rayonu, Kətəlparaq kəndi, 1940-cı il, orta təhsilli. 1949-cu ildə Ermənistanın Keçmiş Urxanlı rayonunun Şöllü kəndindən deportasiya olunub. Söylədiyi mətnlər: “Cinlər haqqında” (III mətn); “Çobanın səy arvadı”. Toplayan: İ.Rüstəmzadə
Hüseynova Nəzakət Atalı qızı, Füzuli rayonu, Aşağı Seyid Əhmədli kəndi, 1958-ci il, təhsilsiz. Füzuli rayonu, Zobucuq qəsəbəsində məskunlaşıb. Söylədiyi bayatılar: 16-21. Toplayan: M.Abbasova

Xudaverdiyev Balakişi Bədəl oğlu, Füzuli rayonu, Arayatlı kəndi, 1929-cu il, təhsilsiz, şofer işləyib. Söylədiyi mətnlər: “Şah Abbas və Kəlniyyət” (I-II mətnlər). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov


İbrahimova Tutu Novruz qızı, Zəngilan rayonu, Bartaz kəndi, 1956-cı il, orta təhsilli. Hazırda Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: “Bəhlulun qəribə hərəkətləri”; “Salamı kimə verdi?” Lətifələr: “Sizi yandıran balnan qayğanaqdır”; “Qırx qarğa”; “Mollanın yalanı”; “Diri-diri cənnətə girmək istəyir”; “Xan və nökər”; “Əlac yoxdu, xaroşiy”; “Kəndə tabaqsındıran gəlib”. Bayatılar: 271-293. Toplayan: M.Abbasova
İmanova Qızbəs Kərim qızı, Füzuli rayonu, Horadiz kəndi, 1958-ci il, təhsilsiz. Füzuli rayonunun Qayıdış qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: “İmam Pəri”; “Min igidli Horadiz”; “Avdılrəhimin dərəsi”; “Kar daşı”; “Məhəmmədin nağılı”. Toplayan: M.Abbasova
Kərimova Emeliya Bəndalı qızı, Ağdam rayonu, 76 yaş, təhsilsiz. Söylədiyi mətnlər: “Əfətlili ötdü, əyilmədi götdü”; “Ruh tutma”. Bayatılar: 24-30. Toplayan: N.Əbilova
Qarayeva Şəmsiyyə Hüseyn qızı, Ağdam rayonu, Muğanlı kəndi, 80 yaş, təhsilsiz. Söylədiyi mətnlər: “Həsənlə Hüseynin ölümü”; “Çilə kəsmə” (I mətn). Bayatılar: 91-105.Toplayan: M.Abbasova
Qəhrəmanova Fitat Qardaşxan qızı, Füzulu rayonu, Pirəhmədli kəndi, 1938-ci il, təhsilsiz. Biləcəri qəsəbəsində məskunlaşıb. Söylədiyi tapmacalar: 6-15. Toplayan: S.Bağdadova
Quliyev Elman Bahadır oğlu, Ağdam rayonu, Abdal kəndi, 68 yaş, Bakı şəhəri, Dərnəgül qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: “Həzrət Əli və Cənab Cəbrayıl”; “Abdal Qasım “(XI-XVIII). Toplayan: M.Abbasova

Quliyev İdil Kazım oğlu, Bərdə rayonu, Soğanverdilər kəndi, 1941-ci il, ali təhsilli. Söylədiyi mətnlər: “Təhlə” (I, II, IV, V, VI, IX mətnlər); “Sübhanverdi”; “Qaçaq Camal” (I mətn). Toplayan: İ.Rüstəmzadə


Quliyev İlqam Şükür oğlu, Bərdə rayonu, Yeni Əyricə kəndi, 1939-cu il, orta təhsilli. Söylədiyi mətnlər: “Çörəyə ehtiram”; “Qaraçuxası yatmış adam”; “Kasıb qonşu”; “Yola nərdivan salaq”; “Bəhlul Danəndə” (IV mətn). Toplayan: İ.Rüstəmzadə
Quliyev Ramiz Şahmar oğlu, Şuşa rayonu, Kosalar kəndi, 1965-ci il. Söylədiyi mətn: “Can Həsən kəndi” (I mətn). Toplayan: S.Bağdadova
Quliyeva Tofiqə Əyyub qızı, 1952-ci il, Ağdam rayonu Abdal kəndi, Dərnəgül qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: “Şeytan haqqında” (IV mətn); “Torpağın şirinliyi”; “Göyün yeddinci qatındakı mələk”; “Arının balı niyə şirindir?”; “Qərvənd ocağı” (I-IV mətnlər). Lətifələr: “Kor Şakir” (IV-VI mətnlər). Toplayan: M.Abbasova
Quliyeva Hamar Abdulhüseyn qızı, Şuşa rayonu, Kosalar kəndi, 1918-ci il, təhsilsiz. Gəncə şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: “Can Həsən kəndi” (II mətn); “Gərdəkbaşı”. Tapmaca: 6-14. Toplayan: S.Bağdadova
“Maarif işçisi” qəzetindən götürülmüş folklor örnəkləri (1927-ci il, №5, №8): Bayatılar: 107-189. Toplayan Şirvan kənd müəllimi Məhəmməd Əlizadə. Transliterasiya edən Rza Xəlilov.
Mehriban Aslanqızı, 1930-cu il, Füzuli rayonu, Kənd Horadiz, təhsilsiz. Söylədiyi mətnlər: “Qaraçuxa” (II mətn). Bayatılar: 189-213. Toplayan: M.Abbasova
Məmmədov Xanış Xandəmir oğlu, Füzuli rayonu, Araz Dilağarda kəndi, 1949-ci il, orta-ixtisas təhsilli. Söylədiyi mətnlər: “Lotu Əmirqulu” (I-III mətnlər). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov

Məmmədov Mirzəli Rəşid oğlu, Füzulu rayonu, Aşağı Kürdmahmudlu kəndi, 1962-ci il, ali təhsilli. Söylədiyi mətnlər: “Kürdmahmudlu” (I-II mətnlər); “Dünyanın səfası”; “Birini bilirsən, birini bilmirsən”; “Xalça burada neçəyə gedir?” Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov


Məmmədova Bahar Mötəbər qızı, 1970-ci il, Ağdam rayonu Boyəhmədli kəndi, orta təhsilli. Söylədiyi mətnlər: “Şeytan” (III mətn); “Hərənin dərdi özünə dəvə boydadı”. Nağıl: “Övladını Əzrayıldan qaçıran ana”. Toplayan: M.Abbasova
Mirzalıyev Xanlar Ramazan oğlu, Bərdə rayonu, Çələbilər kəndi, 1927-ci il, təhsilsiz. Söylədiyi mətnlər: “Çələbilər”; “Sarıtel Aslan” (VII-VIII mətnlər). Toplayan: İ.Rüstəmzadə
Mirzalıyev Taleh Xaspolad oğlu, Ağdam rayonu, Abdal-Gülablı kəndi, 1953-cü il, ali təhsilli aqranom. Söylədiyi mətnlər: “Əli bulağı”; “Çıraq ocağı”; “Eşq-Abdal ziyaratgahı”; “Abdal-Gülablı”. Lətifələr: “Abdal Qasım” (I-VII mətnlər). Toplayan: İ.Rüstəmzadə
Muradov Əşrəf Bəhram oğlu, 1933-cü il, Bərdə rayonu, Böyük Göyüşlü kəndi, orta təhsilli mexanik. Söylədiyi mətnlər: “Böyəhmədli” (V-VIII mətnlər); “Adıgözəl bəy”. Lətifə: “Bəhlul Danəndə” (II mətn). Toplayan: İ.Rüstəmzadə
Mustafayev Məhəmmədəli Abdulkərim oğlu, Bərdə rayonu, Əyricə kəndi, 1934-cü il, təhsilsiz. Söylədiyi mətn: “Kərim bəy” (IV mətn). Toplayan: İ.Rüstəmzadə
Nəzərova Diləfruz Zülfüqar qızı, Füzuli rayonu, Qazaxlar kəndi, 1936-cı il, orta təhsilli. Söylədiyi mətnlər: “Düyünün başı niyə dişləkdir?”; “İlan niyə insanın gözünü yeyir?”; “Süleyman peyğəmbər” (I-II mətnlər); “Allah çalışana əl tutur”. Nağıl: “Çirkin qızın bəxti”. Bayatılar: 250-265. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov

Nuriyeva Xavər İsmayıl qızı, 1937-ci il, Ağdam rayonu, Abdal-Gülablı kəndi, təhsilsiz. Söylədiyi mətnlər: “Qərvənd ocağı” (I mətn); “Çilə kəsmə” (III mətn); “Qorxuluq götürmək”. Lətifələr: “Kor Şakir” (I-III mətnlər). Bayatılar: 33-43. Toplayan: N.Əbilova


Ramazanov Əlikram Nəzər oğlu, Bərdə rayonu, Qaradəmirçi kəndi, 1953-cü il, orta-ixtisas təhsilli, müəllim. Söylədiyi mətnlər: “Abdal Qasım” (XXI-XXII mətnlər); “Damda qalanınızı kim düşürdəcək?”; “Motal məni boşlamır”; “Mən çınqıllığa düşdüm, sən irəli hoppan”. Toplayan: İ.Rüstəmzadə
Rəhimov Xasay Hüseyn oğlu, Bərdə rayonu, Əyricə kəndi. 1930-cu il, təhsilsiz, vaxtilə suçu işləyib. Söylədiyi mətnlər: “Əyricə” (II-III mətnlər); “Bərdə haqqında”; “Kərim bəy” (III mətn). Toplayan: İ.Rüstəmzadə
Rəfiyev Ədalət Hidayət oğlu, Bərdə rayonu, Göyüşlü kəndi, 1952-ci il, ali təhsilli müəllim. Söylədiyi mətnlər: “Boyəhmədli” (XII-XVI mətnlər);Sarıtel Aslan” (X mətn). Etnoqrafik mətnlər: “Toy adətləri” (I mətn); “Qoyunçuluqla bağlı mətnlər”; “Kişi kişinin itinə daş atmaz”; “Yol körəməzi”; “Eydirmə süd”; “Alaçığın hazırlanması”; “Çomağın hazırlanması”; “Dəyirman haqqında”. Lətifələr: “Məlığa düdüh verirəm”; “Dədənin ehsanı olsun”; Aşıqlar, el şairləri: “Topal Cəlil”. Toplayan: İ.Rüstəmzadə
Rüstəmov Bəhram Aslan oğlu, Bərdə rayonu, Otuzikilər kəndi, 1932-ci il, yeddi illik təhsil. Balaban ustası olub. Söylədiyi mətnlər: “Saz necə yaranıb?”; “Qurbanəli xozeyn” (I-II mətnlər); “Sarıtel Aslan” (I-II mətnlər). Nağıllar: “Axmaq arvad”; “Padşah və kasıb qonşu”; “Səndən kişi çıxmaz”. Aşıqlar, el şairləri: “Xəstə Qasım” (I mətn). Toplayan: İ.Rüstəmzadə
Səfərliyev Bayram Səfərəli olu, Füzuli rayonu, Araz Zərgər kəndi, 1938-ci il, orta-ixtisas təhsilli, şofer işləyib. Söylədiyi mətn: “Yolçuynan kəndli”. Toplayan: İ.Rüstəmzadə

Səfərov Xosrov Məhəmməd oğlu, Ağdam rayonu, Qalayçılar kəndi, 1936-cı il, orta-ixtisas təhsilli. Bərdə rayonunda məskunlaşıb. Söylədiyi mətn: “Sözün qiyməti”. Toplayan: İ.Rüstəmzadə


Səfiyev Zakir İslam oğlu, Bərdə rayonu, Bəcirəvan kəndi, 1953-ci il, ali təhsilli. Söylədiyi mətnlər: “Abdal Qasım” (XX-XXI mətnlər). Toplayan: İ.Rüstəmzadə
Səmədov Səməd İbrahim oğlu, Bərdə rayonu, Lənbəran kəndi, 1935-ci il, orta ixtisas təhsilli, zootexnik işləyib. Söylədiyi mətnlər: “Eləmisən, eləyiblər”; “Şükür bəy” (I-VI mətnlər); “Hacı Qara”; “Pəhləvan Xəlil”. Etnoqrafik mətnlər: “Novruz adətləri”. Toplayan: İ.Rüstəmzadə
Səmədova Qəndab, Ağdam rayonu, Muğanlı kəndi, 1949-cu il, təhsilsiz. Söylədiyi mətnlər: “Peyğəmbər və varlı kişi”; “Allah özünə layiq olanı aparır”. Nağıl: “İbadət yaxşıdı, yoxsa səxavət” (II mətn). Toplayan: M.Abbasova
Şərifov Sahib İmaş oğlu, Füzuli rayonu, Bala Bəhmənli kəndi, 1955-ci il, 8 illik təhsil, mollalıq edir. Söylədiyi mətnlər: “Musanın allahlığı”; “Həzrət Əli və cavan oğlan”. Nağıllar: “Allah xofu”; “İbadət yaxşıdı, yoxsa səxavət?” (I mətn); “Allaha pənah”; “Allahdan dilək istəyən kişi”; “Evə gələn bəla”; “Yazıya pozu yoxdur”; “Tacir oğlu”. Mahnı: “Şəkinin, Şirvanın dağ maralıyam”. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov
Şirinov Əlif Polad oğlu, Füzuli rayonu, Qazaxlar kəndi, 1941-ci il, ali təhsilli, mollalıq edir. Söylədiyi mətnlər: “Şeytan haqqında” (II mətn); “İbrahimxəlil peyğəmbər”; “Səxavətli Hatəm” (I mət); “Lələ haqqında” (I-II mətnlər). Nağıl: “Loğman”. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov
Zülfüqarova Şövkət Muxtar qızı, Fizuli rayonu, Hoha kəndi, 71 yaş, evdar qadın. Dərnəgül qəsəbəsində məskunlaşıb. Söylədiyi bayatılar: 84-90. Toplayan: N.Əbilova
sam_0635

Hacıyev Nəcəfqulu Almurad oğlu, Füzuli rayonu, Kərimbəyli kəndi



sam_0723

Şərifov Sabir İmaş oğlu, Füzuli rayonu, Bala Bəhmənli kəndi


sam_0716

Atakişiyev Allahqulu İslam oğlu, Füzuli rayonu, Alıxanlı kəndi


bayramova narış isa qızı, ağcabədi rayonu, afşar kəndiBayramova Narış İsa qızı, Ağcabədi rayonu, Afşar kəndi. Söylədiyi mətnlərin böyük əksəriyyəti toplunun II cildində çap olunub.


Bayramov Musa Şükür oğlu, Bərdə rayonu, Seyid Yusifli kəndi. Söylədiyi mətnlər toplunun II cildində çap olunub.

c:\users\user\appdata\local\microsoft\windows\temporary internet files\content.word\bayramov musa şükür oğlu, bərdə rayonu, seyid yusifli kəndi.jpg


tebiet5c111ustomji0


Mirzalıyev Taleh Xaspolad oğlu, Ağdam rayonu, Abdal-Gülablı kəndi

.




sam_0590 sam_0594

sam_0599sam_0596

Füzuli rayonunun Böyük Bəhmənli kəndindəki qədim qəbirstanlığın qalıqları

sam_0600

sam_0602

Qəbir daşları, Füzuli rayonu, Böyük Bəhmənli kəndi



c:\users\user\desktop\100photo\sam_0657.jpg

Qoç qəbri, Füzuli rayonu, Arqalı qəbirstanlığı



Şeyx Yaqub Babavi türbəsi, Füzuli rayonu, Babı kəndi, XIII-XIV əsrlər


sam_0625

sam_0619



Şeyx Yaqub Babavi türbəsinin qoşa minarələrindən yalnız biri günümüzə gəlib çatıb.
sam_0622

Şeyx Yaqub Babavi türbə-kompleksinin görünüşü


sam_0627

Şeyx Yaqub Babavi türbə-kompleksinin görünüşüsam_0659

Arqalı türbəsi, Füzuli rayonu, Əhmədallar kəndi, XIII-XIV əsrlər

sam_0639

Lələ qəbri, Füzuli rayonu, Əhmədallar kəndi, Arqalı qəbirstanlığı



c:\users\user\desktop\100photo\sam_0671.jpg

Lələ təpəsi, Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndinin üst tərəfi




Hacı Mirzəhüseyn bəyin məqbərəsi, Füzuli rayonu, Alıxanlı kəndi, 1913-cü il
sam_0718

Türbə, Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi
sam_0699

Hacı Mirzəhüseyn bəyin məqbərəsi, 1913-cü il, Füzuli rayonu, Alıxanlı kəndi
BAŞLIQLAR

TƏRTİBÇİDƏN 3

MİFOLOJİ MƏTNLƏR, ƏFSANƏ, RƏVAYƏT

VƏ XATİRƏLƏR

Cinlər haqqında 11

Saz necə yaranıb? 12

Şeytan haqqında 12

Qaraçuxa 14

İtə dönən insanlar 16

Allah hər kəsin ruzusunu verir 16

Yonca niyə bərəkətlidir? 17

Düyünün başı niyə dişləkdir? 17

İlan niyə insanın gözünü yeyir? 17



Peyğəmbərlər, dini şəxsiyyətlər, pirlər və ocaqlar haqqında

Torpağın şirinliyi 18

Süleyman peyğəmbər 18

Musanın allahlığı 19

İbrahimxəlil peyğəmbər 20

Peyğəmbər və varlı kişi 21

Həsənlə Hüseynin ölümü 21

Göyün yeddinci qatındakı mələk 22

Həzrət Əli və Cənab Cəbrayıl 23

Həzrət Əli və cavan oğlan 24

Arının balı niyə şirindir? 25

Səxavətli Hatəm 25

Lələ haqqında 27

Əli bulağı 29

Çıraq ocağı 30

Eşq-abdal ziyarətgahı 30

Qərvənd ocağı 31

İlanlı pir 34

Deşikli ağac 34

Seyid Əşrəf ağa 35

Seyid Həzim ağa və İbrahim xan 38

İmam Pəri 39


1   ...   21   22   23   24   25   26   27   28   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə