AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr V kitab



Yüklə 2.7 Mb.
səhifə7/29
tarix02.12.2016
ölçüsü2.7 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   29

VIII mətn

Kərimbəyliynən bizim aramızda papağaldı qaç oyunu oluf. Bu da olur Novruz bayramında, axır çərşənbədə. O tərəfdən də çoxlu adam gəlir, bu tərəfdən də. Məsələn, Kərimbəyliyə cığır burdan gedir. O tərəfdən bir nəfər çıxajax, qəfildən gəlif bizim kəntdən kiminsə başından papağı götürüf qaçajax. Tutdun, qalibsən. Tutmadın, məğlubsan. Bir dəfə Kərimbəylidən qıvraq kimdisə, o gəlir bizdən birin papağın götürür qaçır. Bizim kəntdən Famil addı bir cavan oğlan bunu qovur. Kərimbəyliynən bizi aramızda dörd-beş kilometr məsafə var. O ha eliyif öz kəndlərinə çatıncan bu tutur, papağı alır. Bir il olar bizim kəndə gələrdi, növbəti il biz oların kəndinə gedərdik. Belə növbəynən papağaldı qaç oynu oynuyardıx. Kim papağı alıf gətirirdisə, onu alqışdıyırdılar.


IX mətn

Qalxozun təzə qurulan vaxtı Füzuli rayonu üzrə bütün kəntdərin atıcıları yığışıf at yarışı keçirdir. Bizim kəntdən Kor Qara gedir. Yuxarı Yağlıvəndin ərazisində böyük bir düzəngah var, üş-dörd kilometr məsafəsi olar. Yığışıllar ora, indi burda at çapajaxlar, güllə atajaxlar. Qalxozdux dövrü olur. Kor Qaranın heyvanı gedir düşür taxıl zəmisinə, aparıf salırlar pəyəyə. Yarışdı, hamı yığışır, hər kəndin özünün atıcısı gəlir. Yumurtanı qoyajaxlar daşın üsdünə, at çapa-çapa yumurta vurulmalıdı. “Bizdən kim getsin” deyəndə hamı bilir ki, Kor Qara çox atıcıdı. Deyillər, ə, yalvarax, Qara getsin. Nətər eliyək, Qaranın konlun alax, getsin, kəndin adı batmasın? Deyiflər ki, sədr onun mallarını buraxsın. Sədr gedir çıxardır. Deyir, malları buraxıram, and bu, Quran bu, sənnən işim yoxdu, get gir yarışa. Deyif, yaxşı, gedərəm.

Nəysə, yarış başdıyıf. Bu da bij kişiymiş dana. Bir at çapan çağırıf. Deyif, düşəssən qabağıma, mən də arxanca gəlirəm. Atı səpdirmə. Atı səpdirsən, yumurtanın yerinə səni vuracam. Hələ heş kəs vurammıyıf, yumurta necə var heylə durur. Atı minir, atçıya deyir, qaç. At qaçır, bu da onun arxasınca. Yumurtaya çatanda güllə açılır. Güllə açılan kimi yumurta dağım-dağım olur.
X mətn

Aşağı Yağlıvənd qışlax yeri oluf. Qışda burda qalırdılar, mal-qaranı, qoyunu bəsliyirdilər. Burda koldan yer düzəldirmişlər, üsdünü keçəynən örtürdülər. Elə ki, dağa tərpənmirdilər? Əksəriyyəti odduyuf gedirdi ki, onsuz da gəlif odduyajaxlar. Uzun müddət burda heylə həyat oluf. Apreldən sora burda ot olmurdu, quruyurdu. Aprel ayının axırından başdıyarax burdan köçürdülər Yuxarı Yağlıvəndə. Yuxarı Yağlıvənd bizim yazlax yerimiz oluf. May ayını orda keçirirdilər, mayın axırında köçürdülər Kirsə. Seyid Əhmədlinin yanında bizim torpağımız vardı, “Yağlıvənd yolağası” deyirdilər, orda düşərgə salardıx.




  1. KƏRİMBƏYLİ


I mətn

Bu kəndin əvvəl adı oluf Hacallı. Sora buranı dağıdıflar. Bir neçə ildən sora Kərim addı bir cavan oğlan əmələ gəlif. Onun əlinə qəbələ düşüf, gəlif bura. Burda Alaqarqulu Qasım bəy adında varrı oluf, torpax üsdündə onnan mübahisələri düşüf. Gediflər Şuşaya. Qoburnat onda orda otururmuş. Kərim şəxsiyyətdi adam oluf. Yerə sahib olan Qasım bəy bir az bunnan görkəmsiz oluf. Qoburnat Kərimə işarə eliyif ki, bəyin atını tutun. Bəyin atın tut deyəndə Qasım bəy deyifdi, Kərim, bir halda ki, qoburnat saa bəy adı verdi, elə bəysən, yer sənindi, gedək. Onnan sora Kərim bəy gedir yerin arasını Bəhmənli kəndinnən qoyur, bir ucu da Babı kəndinə çatır. Onnan sora camaat ordan-burdan yığılıf gəlir. Sifdə Kərim bəyin tayfası gəlir, onnan sora yağbəsdili, qarayalovlu, əmədaylı tayfası gəlir.

Biz tərəkəmə olmuşux. Otuz yeddinci ilə qədər burda camaat qalmırdı, dağa, dağdan arana köçürdü. Otuz səkgizinci ilin aprel ayında Stallinin əmriynən nizamnamə oldu. Nə qədər qoyunun olur-olsun, onnan on baş verirdilər, on baş da balası. Bir inək verirdilər, bir balası. Lap əlli dəvən olsun, otuz atın olsun, on beş ulağın olsun, bu cinsin birin verirdilər. Nizamnamə olannan sora camaat dağa gedə bilmədi, pambığ əkdi. Yaylağımız Batabat, Sisyan tərəf oluf, Salvartı dağı.
II mətn

Bu kəntdə qoçax adamlar çox oluf. On səkkizinci ildə erməni qoymuyuf tərəkəmə gedə dağa. Beyləqanın yanından arx gəlirdi, dağa gedə bilmiyənnər o arxa görə orda məskunnaşıflar. İrannan əlli atdı gəlif, qabaxlarına çıxanı tüfəng zoruynan yığıflar. Yığanda bir nəfər adam gəlir bura. Deyir ki, vəzyət belədi. Biri deyir ki, sənin danandan ötrü gedif qabırğamı gülləyə vermiyəjəm a. Deyəndə deyir ki, sizin qeyrətizə qurban olum. Gəlinin barmağınnan üzüyü çəkdilər çıxmadı, biləyini kəsdilər. Onnan sora burdan iyirmi atdı gedir Daşburunnan bəri bir kənt var, orda irannıların qabağın kəsir. Atam da orda olur. And içir ki, kəsdik qabaxların, güllələdik. İmkan tapmadılar qoyunu aparalar, qoyunun quyruğunu diri kəsdilər atdılar torbaya, qaşdılar. Bir həftə, deyir, qaldıx orda. Ağcabədidən bəri hamısını yığıf gətirmişdər. Deyir, bəlkə beş min qoyun, yüz dəvə, iki yüz at vardı. Bir həftə qaldıx orda, hər kəs gəldi öz malın yığdı apardı.


III mətn

Mənim atam bu kəntdə sayılan adam oluf. Qara Elyasov varıdı, NKVD idi. Qaryagində nəçəlnik milisya varıdı – Əbdil Mamedov, 30-cu ildə onnan gəldilər bizə. Bizim ev də dəmiryolunun qırağındaydı. Mənim atama dedilər, get qaçaxlardan nümayəndə gətir bura. Faytonnan gəlmişdilər. Atam getdi üş nəfər gətdi. Otdular burda, yedilər, işdilər, daqavor bağladılar ki, cuma günü gəlif Karyagində silahı təhvil verələr, arteldə işdiyələr. Məmiş bəy addı bir nəfər həmin gün atı minif sürəndə at büdrüyür. Düşür atdan. – “Ə, Məmiş bəy, niyə düşürsən? Deyir, burda xeyir yoxdu, getmirəm mən. Onnan sora heç biri Horadizə getmir. Həmən ili Cəbrayıl rayonunda Məmiş bəyi vurdular, orda öldü. Üç nəfər idilər. Birini bəridə vurdular, ikisini suda vurdular. Biri yaralı İrana keşdi, orda ölmüşdü. Birin heç meyidi tapılmadı. Bizim kəntdə bir on nəfərə yaxın qaçax varıdı. Helə-helə hərəsi bir kolun dibində öldü getdi.


IV mətn

Mirzalı bəy qaçağ oluf. Gedif İrana. Dəsgiralı xan bunu qonax çağırır. Bunun ayləsi də yanında olur. Yeyif içəndən sora Dəsgiralı xan deyif ki, bəy, sən get, Hüsniyə xanım qalsın burda. Hüsniyə də arvadının adıdı. Deyəndə, bu duruf atın minif, arvadın da alıf tərkinə keçif bəri. Karyagində barıt anbarı partdıyır. Orda da böyük sklatdar oluf. Dəsgiralı xan eşidif ki, burda barıt anbarı partdıyıf. Öz adamların yığıf başına gəlif ki, burdan kisəv16 aparsın. Karyaginnən bəridə Mirzalı bəynən bular rastdaşır. Dəsgiralı bəy buna salam verir, bu salam almır bu hak-hesaba görə. Bir az aralanannan sora Dəsgiralı bəy öz adamlarına deyir ki, sarı kopoğlu salam almadı, bu bizi qıracax. Mirzalı bəy də öz atdılarına deyir ki, birinci güllədə vurdux, biz udmuşux. Vurmadıx, o bizi qıracax. Burda qəbirsannıx var. Gəlif bular dolur qəbirsannığa, gizdənillər. Dəsgiralı xanın adamları da sklata səmt getmirlər, qəsəbədən qayıdırlar. Bir vaxdı görüllər ki, gəlillər. Gələndə Mirzalı bəyin birinci gülləsi Dəsgiralı xana dəyir. Xan atdan yıxılınca üş güllə də atır, üçü də bir noktaya dəyir. Nəysə, hamısını öldürüllər, birin buraxırlar ki, get hay sal, gəlsinlər ölülərin aparsınlar.




  1. ALIXANLI

Alıxanlı on səkgizinci əsrin birinci yarısında Naxçıvannan köçüb gəlmədir. Demək, o zaman kəngərli camaatının içində Alıxanlı bir oymağmış. Orda Səyə bəy addı bir bəy olur, həmin oymağın böyüyümüş. Pənahalı xan Səyə bəyi camaatnan birlikdə köçürüb gətirir Qarabağa. Bax, bu ətrafda bəni-insan yaşamırmış. Səyə bəy xanın icazəsiynən başının adamlarıynan atdanır gəlir ki, bu yerləri gəzsin, görsün bura nədi, nə deyil. Şıpartı deyirik, orda böyük göl var. Dağlardan yığılıf gələn su orda böyük göl əmələ gətirifdi. Ordan başdıyıf gəzə-gəzə gəlir, Köndələn çayı bırda fəth eliyirlər. Köndələn çayın ətrafında heç bir bəni-insan yaşamırmış. Baxıf görüllər suyu çox. Köndələn çay mənbəyin Qarabağdan alıb gedif tökülür Araza. Sora addıyırlar Quru çaya, ordan Araz qırağına qədər gedirlər, sora qayıdırlar üzü bəri. Gəlir bu kişi deyir ki, Köndələn çayın ətrafında yaşamaq çox gözəl olar. Çünki çayın vadilərində o qədər qarğu-qamış, alaf bitif ki. Burda əlavə alaf yığmax lazım deyil. Köçüf gəlillər, həmin ərazini oymaq-oymaq paylıyır. Dörd oymax oluflar: Səyəbəyli, səfəralılar, dəyxanlı, axundlu. Köndələnin vadisində böyük yal vardı, öz oymağın orda məskunnaşdırır. O biri oymaxları ondan yuxarıda yerrəşdirir.

Bizim kəndin uzunnuğu on iki kilometrdi. Kürdmahmudludan başdıyır Qaraxannıda qutarır. Burda beş kənd var: Kollu (Kollu kəndi Naxçıvan camaatına qarışmır. Onlar soradan Ağdam tərəfdən köçüb gəlmədir), Aşağı Alıxanlı, Yuxarı Alıxanlı, Dəyirmanlı, Axundlu. Səyə bəyin oğlu olur Cəbrayıl bəy. Cəbrayıl bəyin oğlu olur Hacı Mirzəhüseyn bəy. Hacı Mirzəhüseyn bəy bu beş kəndin həm də yüzbaşısı oluf. Hər evdən bir abbası vergi yığarmış, göndərərmiş çara. Hacı Mirzəhüseynin beş arvadı, otuz uşağı olur. İki metr on santıya qədər də uzunnuğu olur. Anam deyərdi ki, xüsusi bir qadın ona baxardı, onun yeməyin hazırrıyardı. O beş-altı yaşınnan aşağı erkək əti yeməzdi, ancaq öyəc əti yeyərdi. Dağa gedəndə həştad girvəngə bal alırmış, yığarmış qoyun dərisinə, o baldan səhər ertə iki qaşıq yeyərmiş. Arvadı öyəcdərin ikisin-üçün kəsərmiş yığarmış saxsı küplərə, ondan hər günorta-axşam bişirərmiş, yeyərmiş. Ərəb, fars, rus dillərini bilirmiş. Hacı Mirzəhüseyn bəy 1913-cü ildə vəfat eliyir.

Səyə bəyin yeri Füzulinin altınnan gəlirmiş düz Kürdmahmudluya qədər. Sovet hökuməti gələnnən sora o yerləri aldı. İndi o yerdə Ələsgərri, Merdinni, Qaraxanbəyli, Seyid Əhmədli kəndləri yerrəşif.

İrannılar həmişə bura hücum eliyirmiş, qoyunu, malı çəkif aparırmışlar. Səyə bəyin oğlannarı – Cəlil bəy, onun oğlu Nərçə bəy irannılarnan güclü döyüş aparıllarmış. Döyüş vaxdı Cəlil bəy də, oğlu Nərçə bəy də irannıların gülləsinə tuş gəlir. Mənim indiki kimi yadımdadı. Nərçə bəy anamın qardaşı oğluydu. Anam ağlıyardı ki, on dörd güllə yarası alıf.

Füzulidə Malakan deyilən yerdə Nikalayın böyük skladı varmış. Orda üş ton barıt varmış. Bu yerin nə qədər igitdəri, addı-sannı adamları varmış yığılır ki, bu qəniməti bölüşdürsünlər. Onda da Nikolay hökuməti yıxılmışdı, yiyəsizdik idi. Kimsə papirosu atır, atanda barıt partdamışdı. Mənim atam söhbət eliyir ki, mən Şıpartı tərəfdə qoyun otarırdım. Belə-belə daşdar göyün üzüynən fırlana-fırlana gəldi düşdü o tərəfə. O barıt o binanı da, orda nə qədər adam var hamısın göyə savırır. Əziz yüzbaşı da orda ölüf. Əziz bəyin qardaşı Usub bəyi Mircəfər Bağırov öz əliynən gülləliyif. Əliqəmi addı oğluna iyirmi beş il verdilər, qardaşlarını göndərdilər müharibəyə, gəlif çıxmadı. Cəmil bəyin oğlu Şəmil bəyi iyirmi beş il katorqaya göndərdilər. Cəlil bəyin oğlu İrəhim bəyi də tuturlar. O da özünü dəliliyə vurur. Aparıllar ki, soğan alağı elə, soğanı yolur, alaxlar qalır. Deyiflər, bu dəlidi. Axıra onu türmədən buraxırlar.




  1. KÜRDMAHMUDLU


I mətn

Bizim camaatın böyük hissəsi Cənubi Azərbaycanın Korabazındandır. Meşgindən, Aslandüzün ətrafından gəlmədi. Şah Abbasın sürgünüynən bağlı buları Babıya köçürüflər. Bizim kəndin əhalisi 1943-cü ilə qədər Babı qəbirsannığında dəfn olunuflar. 1943-cü ildə burda qəbirsannıx salınıf. Bunnar da hədinnən artıx çox cəngavər kənd oluf. Başında duranlar, baş bilənnər İrana gedif Nəcəfqulu ağanın malını xaşlıyıf götürüf gəlirmişdər. 1883-cü ildə torpax şöbəsinin müdiri Füzulidən oluf – Nəcəf ağa. Nəcəfqulu ağa Nəcəf ağadan xayiş eliyif ki, bu kəndi burdan köçürginən bizim gün-dirriyimiz olsun. Bunnar keçif o tərəfi çalıf-çapıllar. Bunnara bu ərazidə torpax veriflər, bura da meşəlik oluf, gətirif yığıflar bura. Bu camaatı Babıdan deportasiya eliyif bura gətirəndə birinci Kəlbay Bayramla Mənsimi gətiriflər. Onnan sora bütöy kəndi köçürüflər.


II mətn

Balşeviklərin bu kəndə ilk gəlişi 1920-ci ilə təsadüf eliyir. Gəlirlər Bala Bəhmənnidə Baxşalı bəyin yanına. Baxşalı bəyin burdakı hacılarnan dosduğu varmış. Baxşalı bəy bunnarı götürür, at arabasında bir maksim pulamyotuynan, hardasa əlliyə yaxın döyüşçüynən gəlir bura. Çayın qırağıynan gəlirlər. Bu kəndin ayağına çatanda Baxşalı ordan qışqırır ki, bizə yol verin, biz Qoçu Əhməddiyə gedəcəyik. Bu təpənin üsdündə bizim hacılar oları atəşə tutub, Baxşalı bəyi də çiynindən yaralayıblar. Deyiblər ki, balşeviklərə bu kənddən keçməyə yol yoxdu. Onnan sora həmin qüvvə qayıdır Arazın qırağıynan gedif çıxıllar Əhmədallara, Əhmədallardan dönüf Qazaxlar, Mirzənağılıdan keçillər Sərdarrı, Qoçu Əhməddidə məskunnaşıllar. Balşeviklərin 20-ci ildə gəlişi belə oluf.

Sovet hökuməti burda öz məkanın tapıf otuzuncu illərdə. Kalba Bayram, Hacı Alış, Hacı Allahyar, Kalba Qurban, Hacı Qaraman oluf. Onnar balşeviklərə qarşı vuruşuflar. Balşeviklər bu əraziyə gələndə bunnarı Haramıda qarşılamax isdiyirmişdər. Bunnar silahlanıf çıxırlar təpəyə. Səhər-səhər hacılardan biri deyir ki, havadan urus iysi gəlir. Deyir, Qaradonnuya tərəf atdı göndərək, görək urus gəlir? Burdan atdı göndərillər, Xalac yanında görür ki, pulamyotdu-zaddı arabalar gəlir. Orda atdı dördnala çapıf gəlir bura ki, hazırlaşın, bizim onlara gücümüz çatan döylü, keçəyin İrana. Keçən keçif, qalanını otuzuncu illərdə Sibirə, Qazaxıstana sürgün eliyillər.



  1. MİRZƏLİ NƏSLİ

Mənim cəd babam Mirzəli oluf. Mirzəli çox iyid, qoçax oğlan olur, pəhlivan olur. İranın padşahı öz pəhlivanına deyir ki, get Mirzəlini yıxginən. Gəlif Mirzəli ilə güləşəndə Mirzəli bunu üş dəfə götürüf çırpır yerə, ağzı-burnu qanıyır. Bu padşah sığışdıra bilmir. Ayrı bir padşaha şikayət eliyir ki, bir pəhlivan göndər bura. Burda bir pəhlivan məni xar eliyif. O da bir qoçax pəhlivan göndərir, mənim Mirzə babam bunu da xar eliyir. Sora bu padşah adam topalıyır ki, gedin onu öldürün. Orda bir qız olur, adı Sona olur. Dədəsi çox varrı olur, adına varrı Vəli deyirmişdər. Bunun dədəsi, nənəsi ölüf, bir qardaş, bir bajı qalıfdı. Bu qız gejə sifariş eliyir ki, Mirzə, səni öldürməyə gələjəklər, gəl bizim mitilimizi yığ, çıxax burdan. Yüzbaşı deyirdilər bunnan qabax. O da isdiyirdi bu qızı dööləti üjünnən ala oğluna, var-döölət buna qala. Qız da deyir, o, var-döölətin üjünnən məni alır, mənim qardaşımı dolandırmeyjax. Sən yetimsən, mənim qardaşımı saxlıya bilərsən. Durallar gejənin birində malı da, dööləti də götürər gələr bizim kəndimiz var Saracığın yanında, adına Molla Vəli deyillər. Oğrular gəlif buları gəzəndə deyif haralısız, nəçisız? Deyir, biz Molla Vəliliyik. Mirzəynən Sonadan yeddi uşax olur: üç qız, dörd oğlan. Əbil, Məmi, Həsənalı, Səfər, Pirza, Şansa, Gülpəri. Əbildən Umud, Umuddan da mən olmuşam. Biz indi burda qırx evli oldux. İndi bizə Mirzəli deyillər. Sora bizim kəntdə eyvazallılar, alnəzərlilər də var. Olar İmişlidən gəlif. Kasıbçılıx oluf, üş-dört kişi gəlif biznən qalxoz oluf.




  1. QIZILBAŞ YERİ

Bir həştad hektar ərazi olar, Bəhmənli kəndinin ərazisindədi. Ora Qızılbaş yeri deyillər. Atam deyirdi, Şah İsmayıl Ərzincandan belə gedəndə ora əlverişli, qəlbi yer olduğu üçün orda düşərgə salıf. Orda həm də düşərgənin qəbirsannığı oluf.





  1. HƏLİM GÖLÜ

Şah İsmayılın dövründə qoşun gəlif bura. Günorta qoşunlara yemək vermək lazımdı. Çoxbilmiş kişilər baxıf görüflər qoşun çoxdu. Deyiflər ki, düyü bişirəyin. Axı düyü adamı tez tutur. Düyünü bişirif suyunu da töküllər ora. Elə ona görə də ora Həlim gölü deyirlər. İndi gölün özü durmasa da, adı qalır.




  1. MİN İGİDLİ HORADİZ

Horadiznən bağlı belə deyillər ki, Nəcəflilər nəsli oluf məşhur. Məşədi Avdılla həm varrı, həm də tanınmış oluf. Kət-kəsəh həmişə hörmətin saxlıyırmış. Bir dəfə Mircəfər Bağırov bı tərəflərə gəlirmiş qatarnan. Gəlif Horadiz stansiyasınnan keşməli olur. Camaat yığışıf onu qarşılayır. Bınnarın içində Məşədi Avdılla da varmış. Bağırov da eşitmişmiş onun haqqında. Qayıdıf deyif ki, bizə beş yüzə qədər atdı lazımdı. Savağa onu bizə hazırrıya bilərsanmı? Deyif, niyə hazırramıram? Səhərsi gün Bağırov gəlif görüf ki, istansıda minə qədər atdı var. Səvinif, Avdıllıya “sağ ol” deyif. O vaxtdan da bıra “Min iyitdi Horadiz” deyillər.




  1. AVDILRƏHİMİN DƏRƏSİ

Dörtçinarda bir vaxtdar Hajı Süleyman adında bir varrı kişi yaşıyırmış. Malı, qoyunu, qapısında nə qədərnə nökəri, nayıbı. Üş nökəri də irannımış. Elə neçə illərdi Hajının qapısından qulluxdaymışdar. Bı Hajının da bir gözəl-göyçəh qızı varmış. Bir gün bı nökərrərdən biri Hajının qızına vırılır. Açır dərdin yoldaşdarına deyir. Ona deyillər ki, nolar, gedəh Hajıya elçi düşəh. İrazı olsa, elə özümüz də bırda bir dəfəmlik qalarıx. Nökərrər, o biriləri də Hajının yanaa gəlillər, deyillər, bəs belə-belə. Hajı hirsdənir, özünnən çıxır. Deyir ki, sizə bir gejəlih vaxt verrəm, nəyiz var, nəyiz yox, yığın bir aravıya kətdən çıxın. Nökərrər kor-peşman qayıdıllar, başdıyıllar yığışıllar. Səəri Hajının o biri nökərrəri onnarı dərədən yola salıllar. Bı Hajının qızını sevən nökərin də adı Avdılrəhimmiş. O gedən gedillər. Olların getdiyi bı yer, yola salındığı dəriyə o vaxdan camaat “Avdılrəhimin dərəsi” deyir.




  1. KAR DAŞI

Bu Horadiz ətrafında yaşıyan insannar çox varrı-hallı olublar. Mal, heyvannarı, əkin-biçinnəri. Tez-tez onnarın kəndinə qaçaq-quldurrar soxuluf hər şeyi əllərinnən alarmışdar. Bir gün camaat fikirrəşir ki, gərəh say seşmə iyitdər kəndi qorusun. Cavannardan üç igid seçillər. İgitdər gəlif mahalın girəcəyində çadır qurullar. Bı İrannan gələn oğru-quldurrar bı Dərə ağzınnan keçirdilər. Üç igid bir müddət imkan vermillər ki, quldurrar mahala yaxın düşsün. Bir müddət belə. Bı oğru-quldurrar məsələni bilif başdıyıllar birrəşməyə. Dəsdələrin birrəşdirif bu üç igidnən vırışıllar. Birinci həmlədə bu üç igid geri çəkilməli olur. Həm düşmənin, oğru-quldurrarın tənəsi, həm də mahalın qəzəbi onları qorxudur. Allaha üz tutuf deyillər ki, ya Allah, bizim qulaxlarımızı kar elə ki, bu tənələri eşitmiyəh. Allahdan əmr gəlir, hər üç igidin qulağı tutulur, kar olur. Sora yenə döyüş qızışır. Qaçax-quldurun sayı çoxuymuş, iyitdəri basıllar. Bı üç iyidin mahala dönməyə üzü olmur. Genə də Allaha dua eliyif, yalvarıllar ki, bı dəfə oları daşa döndərsin. Allah da hər üçün daşa çevirir.




  1. ABDAL-GÜLABLI

Atam deyərdi ki, bizim əslimiz gəlifdi İrannan, Urmiyadan. Orda bir dənə abid oluf, bütün ömrünü duada keçirirmiş. Sora nəysə bəyəniflər, bəyənmiyiflər, ordan çıxıf. Bu çox uzun illərin söhbətidi ey. Ordan çıxıf gəlif bura. Bizim Abdal-Gülablı kəndi onda varımış, amma adı Abdal-Gülablı döyülmüş. Belə oba-oba üş-dörd yerdə yaşıyırdılar. Gülablı elə dindar döyül, amma Abdal çox dindar kəntdi bu günə qədər də. Soraqlıya-soraqlıya gəlif, canına yatıf gedif Abdala. Orda baxıf ki, yox ey, burda adam yaşıya bilmir. Bizdə qozdu deyilən meşə vardı, gedif o qozduda bir alaçıq tikif, qalıf orda. Deməli, o ancax ibadətnən məşğul oluf, ayrı bir işnən məşğul olmuyuf. Bizim meşəyə də deyillər aj girən tox çıxar. Alma, armud, qoz, fındıq – nə desən var. Burda da mernən-meyvəynən dolanırmış.

Sora bunun bir qardaşı başdıyıf bunu axtarmağa, adı da Gülabmış. O abidin adı Mustafaymış, nə imiş bilmirəm, amma abid deyirmişdər. Gülab da tacir oluf, imkannı tacir oluf, varrı-hallı bir tacir oluf. Orda-burda qardaşını soraqlıya-soraqlıya tapıf. Qəbul eliyif, oturuflar. Deyif, burda nə gəzirsən, nə yeyirsən, nə içirsən? İçəridə otdan yer düzəltmişdi, orda yatırdı. Qardaşı buna çox yalvarır ki, gəl gedək, başına dönüm, nə şərayit deyirsən sənə yaradajam. Gedək mənnən, varım-imkanım, bircə qardaşımsan. Nə qədər eliyif, deyif yox, getmirəm. Deyir, onda mən də qalajam sənnən. Gedirəm malımı, dövlətimin hamısını satıf gələjəm bura, səni qoyuf gedə bilmərəm. Bu da qozdu deyilən yeri, beş kilometr aralını göstərif deyif ki, o obanı görürsən? Orda qoz satan, armud satan, ticarətlə məşğul olan adamlar var. Sənin yerin oradı. Gələndə ora düş. Gələrsən, görüşərik. Amma mənim yanıma gəlmə, mən təkcə olmaq isdiyirəm. Doğrudan da, Gülab gedib ayın-oyununu satıb, gəlib Gülablı deyilən yerdə məskən salıb. Uzun müddət abidin məhləsi, Gülabın məhləsi deyilib, sora abid abdal şəklini alıb. Bu gün də abdallar ibadətnən məşğuldu, gülablılar tacirdilər, ticarətnən məşğuldu.


  1. QIZIL QAYA

O qaya bizim kənd tərəfdə idi. Qaya boz rəngdə olurdu. Yağış yağanda rəngi tamamilə dəyişirdi. Boz rəhdə olan qaya dönüf olurdu qızıl, günəş rəngində. Sadəcə daşdı da. Allahın yaratdığı daşdı. Qayaya baxanda adamın gözdəri qamaşırdı. Qayaya oxşamırdı yağış yağanda ha.

Bı qayaya həm də Arı qayası deyirdilər. Bal arıların belə bir xüsusiyyəti var. Beçə deyillər. Yanı yeşikdə leşkər artır, arı artır, iki ana çıxardır. İki ana çıxaranda köhnə ana təzə ananı sıxışdırıf çıxarır. Özü də on minmi, iyirmi minmi beçəsiynən çıxarır. Çıxaranda əgər yəəsi, sahibkarı tez üstünə düşdü, bunu qoymur gedə. Su atır, torpax atır. Arı da gedir qonur ora. Amma yəəsi bilmiyəndə arı beçə verif çıxır gedir həmən qayıya. Arı elə özü qızıl deməhdi dana. Elə ona göra da həmin qayanın iki adı var. Həm Qızıl qaya, həm də Arı qayası.


  1. BEYLƏQAN VƏ BİLƏSUVAR HAQQINDA

Dəyirmançı seyid Mehdi ağa vardı, dədəmlə siğə qardaş olmuşdu. Əllərini kəsib qanlarını qarışdırıb qardaş olmuşdular. Ona görə o kişi atamı adıynan çağırmazdı, qardaşağa deyərdi, atam da ona müraciət edəndə qardaşağa deyərdi. Gəlif oturuf söhbətdəşirdilər. O kişi deyirdi ki, vaxtilə İrandan iki sərkərdə gəlir, biri Beyləqan ərazisində məskən salır, biri Beləsuvar ərazisində. Siftədən Araz çayı Beyləqandan axıb. Beyləqandan olan sərkərdə başdıyır əkinnən-biçinnən məşğul olmağa. Beləsuvardan olan da yad eldən gəlmə sərkərdə idi. Beyləqannıya deyifdi ki, sudan ver mənim də qoşunum əkin-biçinnən məşğul olsun. Deyif ki, yox, su mənim ərazimdən keçir, vermirəm. Nəysə, bunun üsdündə buların davaları düşüfdü. Onda Beləsuvardan olan sərkərdənin qoşunu atdı idi, Beyləqandan olanın qoşunu piyada. Beləsuvarlının suvarı qoşunu gəlib beyləqannının piyada qoşununu məhv eliyir, bütün dünya, yer-göy qan olur. Arazın suyunu da qırılan qoşunun üsdündən bağlıyıflar, Arazın suyu qan olufdu. Bir ustad aşıq sazı döşünə basıb deyir:

Mən aşığam, Beyləqan,

Belə qırğın, beylə qan.

Hər yerə qan töküldü,

Tökülmədi beylə qan.

Demək, Beyləqan sözü ordan qalıb. Gənə də aşıx keçif deyif:

Mən aşığ, beylə suvar,

Atdandı beylə suvar.

Gəldi yad suvarı,

Oldular beylə suvar.

Yəni yad qoşunu atın belinə suvar oldu, gəlif qırdı.



TARİXİ ŞƏXSİYYƏTLƏR, QAÇAQLAR, TANINMIŞ İNSANLAR VƏ PƏHLƏVANLAR HAQQINDA RƏVAYƏTLƏR


  1. ELƏMİSƏN, ELƏYİBLƏR

Şah Abbas dəsdəsiynən gedirmiş, Bəhlul Danəndə də yanında. O da həmişə qarğı at minib gedirmiş. Bir kəndin içinnən keçəndə görüllər öldürüb bir adamı barıya söyküyüflər. Deyir:

– Şah sağ olsun, icazə verirsən bunun qulağına bir söz deyim?

Deyir:


– De.

Gedir qulağına nə pıçıldıyır, pıçıldamır, qarğı atı minib qoşulur bulara. İki-üş metr getmiş deyir:

– Şah sağ olsun, yadımdan çıxdı, icazə ver birin də deyim.

Deyir, get de. Gedir ikinci dəfə deyir, bularnan gedir. Mənzil başına çatıllar, oturullar yeyillər-içillər. Qutarannan sora şah deyif ki, Bəhlul, açıqla görək ölünün qulağına nə dedin. Deyir, əşi, o sizə aid olan şey döyül. Deyir, yox ey, de. Deyir, sifdə ona deyirdim ki, eləmisən, səni də eliyiflər. Deyir, bəs sora nə dedin? Deyir, ikinci dəfə yadıma düşdü qayıdıf qulağına dedim ki, narahat olma, sən eliyəni də eliyəjəhlər. Yəni hər küşdə öz əməlinə görə cavab verir.




  1. ŞAH ABBAS VƏ VƏZİRİ

Şah Abbasın iki vəziri oluf. Biri oluf Vəzir Allahverdi xan, biri seyid oluf. Vəzir Allahverdi xan kasıb oluf, amma yaxşı səsi oluf. Şah Abbas onu səsinə görə tapıf. Belə söhbət eliyirlər ki, bular üçü atdı gedəndə seyid dala qalır. Allahverdi xan qızqanırmış17. Deyir, görürsən, bu eyzana dala qalır, bizi saymır. Hamma şah da şahımış da. Deyirmiş, onda okqədər bilik var, at onun yükün çəkə bilmir. Birdən çıxırmış qabağa. Qabağa çıxanda vəzir deyir, görürsən, bu keçdi getdi, biz qaldıx dala. Onda deyirmiş, o özü getmir, onun biliyi çoxdu, bilik aparır onu qabağa.


1   2   3   4   5   6   7   8   9   10   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə