AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr V kitab



Yüklə 2.7 Mb.
səhifə9/29
tarix02.12.2016
ölçüsü2.7 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

II mətn

Qurbanəli xozeynin özünün faytonu varmış, bunu Pirəzə kəndinə toya çağırıllar. Burdan borumnan onu keçirillər Kürün o tayına. Kalan pul götürübmüş üsdündə. Özü də onun bir ədəti varmış. Heç vaxd getdiyi yolnan qayıtmazmış, ayrı yolnan gələrmiş. Toyda bəyin biri qızışır. Qurbanəli xozeyn deyir, ə, qızışmaginən, sənin adın filan bəydi, mənim adım Qurbanəli xozeyndi. Özünnən çıxmaginən. Özünnən çıxanda çağırıb deyir ki, a bajı, a bajı, ordan iki dənə sınavarı içini çiy suynan doldur gətir bura. Sınavarı doldurub gətirillər. Deyir, kömür qoymuyun, ispişkə gətirin bura. Həmən bəyə deyib qalx ayağa. Gör sınavarın gözü suynan doludumu? Baxıb deyib hə, doludu. Deyib, mənimki də dolubdu. İndi mən pulnan qaynadajam sınavarı, sən də qaynat. And olsun Allaha, Pirəzə camaatı deyir, o pulnan sınavarı pakqapak qaynadıb. Bəy də əlləşə-əlləşə qalıb, pulu qutarıb, sınavar da qaynamıyıb. Qurbanəli bəy deyib pulun qalmayıbsa, yol pulu da verirəm saa. Bir də qatırçının qatırını ürkütmə.




  1. HACI BAXIŞ


I mətn

Hajı Baxış, Molla Şirin iki qardaş oluflar. Biri devlətə rəhbərlik eliyif, biri də mülkə. Hajı Baxış devlətə rəhbərlik eliyif, malı-qaranı o saxlıyıf, nökəri, naibi oluf. Qaratəpədə erkəyin saxlıyıf. Molla Şirinin dəyirmanı oluf. Həmin dəyirmannan alınan şaad müharibə vaxdı kəndin camaatın da saxlıyıf, kəndin əkəcəyi toxumu da verif. Bəlkə də Bərdənin yarısı o dəyirmandan istifadə eliyirdi. Vaxdilə kəndin özünün 851 hektar yeri oluf. Onun hardasa 600 hektarı Molla Şirinnən Hajı Baxışın oluf. Kim ev tikdirir, ağac lazımdı, kimə taxıl lazımdı Molla Şirinin yanına gəlirdi. Kim oğluna toy eliyir, malı yoxdu, atı yoxdu, Hajı Baxışın yanına gələrmiş. Amma gəlir bir yerə gələrmiş.

Onda bu ev (söyləyici həyətdə qırmızı kərpicdən tikilmiş atasında qalan evi göstərir – top.) yox imiş. Onun yerində kümbəz dam oluf, orda otuz bir baş aylə oluf. Xanərəbdə yüzbaşı seçkisi gedirmiş. Elə oluf Molla Şirini seçmiyiflər, Məşədi Dosdəli oluf orda, onu seçiflər. Molla Şirin hirsdənif, duruf ajıxlı danışıf. Məşədi Dosdəli deyir, ay ağalı Molla Şirin, niyə belə yekə-yekə danışırsan? Sənin bir dəyirmanın var, bir az da mal-qaran var. Amma mənim bu boyda qırmızı kərpişli imarətim var. O vaxdı, deməli, beş min malın olsun, heş kimi zamına götürə bilməzdin. Maldı, böyün xəsdəlik gəldi hamısı qırıldı, amma qırmızı kərpişli evin olanda sənnən razlaşırlarmış. Onnan sora Molla Şirin gəlif burda kürə saldırıf bu evi tikdirif.

Molla Şirin İstanbulda təhsilini başa vurannan sora diplomunu o saat vermiyiflər də. Diplomun verilmə vaxdı var. Dayanmıyıf ki, səyahətə çıxajam. Elə marşurutnan gedəjəm ki, ziyarət vaxdı Məkkədə olum. Ordan qayıdanda da elə marşurutnan gələjəm ki, Türkiyədən keçim, diplomumu götürüm. Ara kəsilib, məzhəb itif, gedə bilmiyif. Şuşanın Malıbəyli kəndində Abutalıf adında bir dosdu oluf. Abutalıba deyif, mən gedə bilmədim, elə yol çəkmək, körpü salmax da ziyarətdi. Şuşada bir yer seç, varidatı mən verəjəm, orda bir körpü saldır. Abutalıb o körpünü tikdirir, bütün şuşalılar da ora “Mollanın körpüsü” deyir.


II mətn

Kətəlparaxda Qannı İsmayıl bəy deyilən biri oluf. Hajı Baxışın oğlu Fərəc həm savet vaxdı vəzifə daşıyıb, həm də Nikolay vaxdı. Bəyin üç oğlu varmış. Nəysə, xoşdarına gəlmirmiş, Fərəci öldürmək isdiyirmişdər. Bir-iki yol mühasirəyə salıflar, atıflar. Bu mühasirəyə düşdüyünü hiss eliyəndə atın yüyənini keçirif qoluna, tullanıf çökəyə. Bu atır, olar da atır. Elə olur ku, oların gülləsi atın yüyəninin qolun qırır. At bunun qolunnan çıxıf gəlif qapıya. Yığışıflar ki, sən öl, Fərəci bəyin uşaxları gənə hardasa mühasirəyə salıf. Atdanıf tərpəniflər, gedif xilas eliyif gətirillər.

Hajı Baxış çox dəqiq adammış. Bu fikirrəşir ki, bu azğın oğlu azğın havaxtsa Fərəci öldürəjəhdi. Özü də Qannı İsmayılın bir adamı varmış, indi əmisi imiş, atası imiş, lələ deyirmiş. Desəydi, lələmin goru haqqı, oğlumun üçün də atajam, duruf atarmış. Elə vaxd oluf yüyəninin qaşında – qancığada adam başı asıf gəzdirib. Özü də əslən Bərdədən olmuyuf. Ya Goranboydan oluf, ya Ağdamdan. Duruf səhər çayınnan sora atdanıf gedir bəyin qapısına. Bəyin nökəri görür Ağalı Hacı Baxış gəlif duruf həyət qapısında. Gəlif bəyə deyir ki, ay bəy, belə-belə. Deyif, ə, get düşür, gət içəri. Gedif düşürüf gətirif. Bir az söhbət, ayan-bayan. Çay-zad hazır olur. Surfa salınır, yemək. Bəy deyir, Hajı, buyur. Deyir, ay bəy, sən məni yaxşı tanıyırsan, mənim çörəyimi bütün Azərbaycan yeyir. Mən bura çörək yeməyə gəlməmişəm, mənim dərdim var gəlmişəm. Diləyim hasil olajaxsa, yeyim çörəyini. Olmujaxsa, yemiyim. Deyif, olajax. Deyif, denən filankəsin goru haqqı. Deyir, filankəsin goru hakqı olajax. Bəy də fikirrəşir ki, Hajı Baxış uzağı payıza kimi malını otarmağa bir tala yer isdiyər da. Yeyif içillər. Deyir, buyur, sözü de. Deyir, mənim gözüm üsdə. Məleykə xanımı Fərəcə isdəməyə gəlmişəm. And içif axı bu. İsmayıl bəy sırfanı çəkif dağıdıf. Deyif, sən Hajı Baxış yox, kopoğlu Baxışmışsan. Ürəyini boşaldannan sora Hajı Baxış deyif ki, indi nə deyirsən? Deyir, nə deyəjəm. Axı and içmişəm. Deyir, onda mənə buyruğun? Mən toyumu bu saat elijəm. Qırx erkək buyurtduruf, qalan nə varsa öz boynuna. Bəyin oğlannarı eşidir bunu. Bular qalxır: – “A kişi, sən ağlını itirmisən, Fərəc kimdi? (Axı bular çalışır Fərəci öldürsün). Fərəc hara, biz hara?” Bunun birinə deyir, tüfəngi gətir maa. Gətirir. Deyir çöyrülün divara, sən öl, kopoğlannarı, sizin üçüzü də vuraram. Siz görmədiniz mən and içdim. Buları da belə oturduf.

İndi erkəkləri aparanda Hajı Baxış deyif, bu bəy yaman tərsdi, bu erkəkləri otuz dokquz eliyin, qabağına da erkəc qatın sürünün başını çəksin. Kətəlparaxnan Xanağalının arasında Qurt düzü var. Deyif, biz Qurt düzünə çata-çatda dalınnan da bu qırx erkəyi yola salın. Bəy deyif, sanıyın erkəkləri. Düşüf sanıyıllar, deyillər bəy, erkək otuz dokquzdu. Deyir, qaytarın. Hajı Baxış yalvarır, yapışır, etmə, eləmə bəy. Özü bilir axı arxası gəlir. Bir də görüllər bir belə sürü də arxasınca gəlir. Bəy onnan sakitdəşir.




  1. MƏHƏMMƏD ƏFƏNDİ

Lənbəranda Məhəmməd əfəndi oluf. Məktəbi elə bilginən fərqlənmə diplomuynan başa vuruf. Onun adı hər yanda çəkilirmiş. Ağdaşda da bir əfəndi oluf, bunun sorağı ona çatıf. Ağdaşdakı əfəndi deyif, ə, siz nə qanırsınız o nətərdi? Onu gətirin mənim yanıma, mən təsdiq eliyim, görüm onun qandığı bir şey var, yoxsa yox.

Bir varrı, özü də cəsarətdi adam qonaxlıx təşkil eliyir, Məhəmməd əfəndini də qonaxlığa dəvət eliyir. Deyir, kim gəlir gəlsin, buların söhbətinə qulax asax. Məhəmmət əfəndi də at minmirmiş. Bir araba qoşullar, Ağdaşa yola düşür. Elə bilginən gəlir kanalın körpüsünə çatıfdı, bunu qarşılamax lazımdı. Bir neçə adam duruf gedif, Ağdaşdakı əfəndi heş tərpənmiyif. Yerdən döşəkcə qoyuflar, Ağdaşdakı əfəndi başını əlinə söyküyüf oturuf. Məhəmməd əfəndi girif içəri. Deyif, salaməlöyküm. Görür bu əfəndi başını əlinə söyküyüf oturuf, bu da gedif o biri döşəkdə döşəklənir, əlini qoyur ağzına. Qonaxlığı təşkil eliyən adam da çöldə öz işiynən məşğuldu da. Gəlif deyillər, bular ikisi də lal oturuf, bu qədər xərci daa niyə çəkirdin? Girif içəri, görüf biri başını əlinə söyküyüf oturuf, o biri də əliynən ağzını tutuf. Deyif, ay balam, mən xərc çəkmişəm, bu qonaxlığı təşkil eləmişəm ki, camaat sizi dinləsin, söhbətinizə qulax assın. Niyə danışmırsınız? Məhəmməd əfəndi deyir, biz danışdıx. Bəy deyir, nə danışdınız, kim eşitdi danışığınızı? Deyir, mən içəri girəndə sizin əfəndi sual verdi ki (axı bu başın tutufdu), adam nətər eləsə, başı salamat olar. Mən də dedim ki, dilin farağat qoysun. Camaat gülüşüf.


  1. SARITEL ASLAN


I mətn

Sarıtel Asdanın yanında iki yoldaşı olubdu. Birin adı Çərkəz olubdu, birin adı Dilənçi. Dilənçi burda Tutu arvad vardı, onun qardaşı olubdu. Tutu arvad olara gedib gəlirmiş, olara yemək verirmiş. Hökumət Tutu arvadı ələ alır ki, bular gələndə yeməyinə behişdər qat, bizə xabar verginən, xələtini verəjeyih. Elə heylə də olubdu. Tutu arvadın yanına gələndə deyib, Asdan hanı? Deyir, vallah, Asdan ağlıyırdı, qəbirsannıxda qoydux, biz də gəlmişik ki, qatığ aparax işsin. Deyir, onda süd bişirmişəm, için, qatıx da verəjəm aparın Asdana. Südün içinə behişdəri tökür. Qaçaqların biri də öz qardaşıdı ha. Südü içən kimi elə ordaca tüfəhli, qatarlı çul qalıllar. Xəbər verir, gəlib tüfəyi, qatarı götürüllər, ayılandan sora qabaxlarına qatıb aparıllar düz qəbirsannığa. Qorxularınnan səmt gedə bilmillər ki, birdən Asdan vurar. Çərkəznən Dilənçini qabağa salırlar ki, get qəbirsannıxdan çıxart onu. Bular gedib görüllər Asdan ölübdü. Hökumət adamları gənə ehtiyat ediblər, yavaş-yavaş gedib görüllər ki, keçinibdi. Ordan atın belində buraya gətirillər. Sadı oğlu Yunus vardı burda, ağsakqal adam idi, onun qapısında atın belindən təpəsi üsdə yerə salanda Yunus deyir ki, ə, utanmırsan onu təpəsi üsdə salırsan? Nolar qaçağ olanda. Özü də öz qohumu idi onu atın üsdünnən aşıran. Asdanın bajısı vardı Xəccə arvad. Xəccə arvadı çağırıllar ki, gəl görək bu sənin qardaşındımı. Arvad çox savatdı qadın olur. Dokqaza yaxınnaşanda bir az ləngiyir. Yalandan ətəyinə tikanı dolaşdırır, deyir, gəlirəm, qadanızı alım, gəlirəm. Tələsməyin, gəlirəm. O tikanı təmizdiyənə qədər fikirrəşir ki, görüm mən bulara nə deyim canım qutarsın. Çatırınca deyir ki, bi sizin qoluza qurban olum, bi sizin ağrınızı alım, bi sizin başıza dönüm, bu duşmanı nə yaxşı öldürdüz. Hökumət adamlarının biri deyir, bu arvad kimdi? Deyillər, həmin qaçağın bajısıdı. Deyir, ay arvad, sən pis qələmə verilmişdin, canın qutardı. Arvadı buraxıblar, çıxıb gedib.

Amma ayləsini mənim atam saxlıyıb burda, uzun müddət çörək verib. Çinar vardı, Asdan gələndə o çinarın yanında dururmuş, atam öz ayləsinnən barabar onun arvadın aparırmış, aparıb orda görüşdürürmüş. Gənə qolundan tutub gətirirmiş.

Qaçaqları tutmağa kömək etdiyinə görə Tutu arvada bir top ipək parça vermişlər.


II mətn

Sarıtel Asdanın bir atı olub, onu ancaq almaynan saxlıyıb. Almanı əlində tutanda at oynuya-oynuya gəlirdi yanına. Sarıtel Asdanın oğlu Əhməd elə həmin atın qurbanı olur. Rus ordusu gələndə anası deyib, Əhməd, at qalıb tövlədə. Çox deyiblər, bala, qayıtma, ordu çatırıb bizə. Deyib, yox, qayıdajam, bu cür atı mən orda qoya bilmərəm. Girib tolaya atı çıxardanda ordu bunun üsdünü alır. Tövlə də yerdən qazma olub, hər gözə də bir pulamyot qoyub. Rus ordusu gələndə hər gözdən atəş açır. Rus ordusu elə bilir bura doludu insannan, bomba atıllar, at da ölüf, Əhməd də ölüf. Sarıtel Asdan eşidib gəlir. Da kəfən ala bilmiyib, üç dənə ala yaylıq alıb, yaylığa bürüyüb meşədə basdırıb. Onnan sora daha da hirsdənir, heş nəyi gözünə almır.

Kürqırağında qalın meşə olub, orda gizlənirdi. Öz başının dəsdəsinə qış vaxdı qar yağanda çarığı tərsinə geydirirdi. Rus ordusu gələndə baş aça bilmirdi.

III mətn

Kəntdə qardaş qardaşa naxələflik eliyir. Qardaş qardaşın üsdünə çörəyə gedib buna çörək vermiyib. Aralarında giley olub, çörəyə gedən qardaşını atıb. Bu söhbət gəlib Sarıtel Asdana çatır. Sarıtel Asdan da güjdü atıcı olufdu. Neçə metrrikdənsə durub sağ qalan qardaşı atıb, güllə gəlib qoluna dəyir. Deyir, bu günnən belə mana Sarıtel Asdan demiyin, Kor Asdan deyin.

Alçaqboy, sarıtel adam olub. Saçını darıyıb atarmış yana.
IV mətn

Sarıtel Asdan öləndə bajısını aparıllar ki, sən bunun meyidinə təpik vurmalısan. Bu da məjburiyyət qarşısında vurub. Rus ordusu bunun evini pusurmuş ki, görək bu Sarıtel Asdana ağlıyırsa, bunu da sürgün eliyək. Arvadın bir oğlu varmış dörd-beş yaşında. Arvad hər axşam ağzını göyə tutub Allaha dua eliyib ki, mənim gizdin dərdimi aşkara çıxart mən qardaşıma ağlıya bilim. Allah-taala bunun səsini eşidib, heş üş gün çəkmiyib oğlu dünyasın dəyişir. Arvad başdıyıb ağlamağa. Bunu tutub aparıblar sovet sədrinin yanına. Deyiblər, bunun oğlu ölüb, bu Sarıtel Asdana deyil, oğluna ağlıyır.


V mətn

Asdan qoçaxlığnan ad çıxarıf, Qurbanəli xozeyn varıynan. Amma bir-birinə bağlı olublar. Asdanı çağırıblar iclasa, deyiblər Qurbanalının başını gətir bizə səni azadlığa çıxardax. Qurbanalı da bir cöngəni qapıya bağlıyıf Asdanı gözdüyürmüş ki, görsün nə xəbərnən gələjək. Şad xəbərnən gəlsəydi, o cöngəni qurban kəsəjəydi. Gələndə soruşuf ki, noldu, nə dedilər? Deyif, vallah, belə-belə, olar deyir, Qurbanalının başını gətir, səni azadlığa çıxardax. Mən də sənə əl qaldıran döyüləm. Ondan sora Qurbanalı xozeyn deyir, gəl keçək İrana bizə görə camaatı narahat eliyillər. Sarıtel Asdan deyir, mən ayləmi burda qoyub keçmiyəjəm. Burda doğulmuşam, burda da öləjəm. Mən savadsız adamam, sən orda mana at başı tumarradassan. Helə olur Qurbabanlı xozeyn buranı tərk eliyir, bir xurcun qızılnan keçir İrana, İrandan da Türkiyəyə addıyır. Türkiyədə evlənir, orda evladları olur.



VI mətn

Qaçaxçılığ eliyəndə aparıb arvadın Ağdaşda bir kalxoz sədrinin evinə qoyur. Boyəhmətdidən bir bəy də öz arvadını aparıb qoyubmuş ora. Asdanın arvadı deyib ki, aaz, bizi tutsalar bu kişini öldürəjəklər. Pünhan hərrənginən heş kəs bilməsin. Deyif, yox, mənim nə vejimədi. Qujağında uşaq hərrənəndə qonşu görür ki, burda qaçax arvatdarı var. Xəbər verir, gəlib buları tuturlar. Tutanda bulara deyiblər ki, ayağınızı qoyun kişinin belinə (ev yiyəsinin – top.), minin arabaya. Bəyin arvadı sırazı ayağını kişinin belinə qoyub minir arabaya. Amma Asdanın arvadı deyir, tuturlar tuturlar, daa niyə kişinin belinə ayağımı qoyuram. Kişiyə deyir, dur ayağa, ayıb döyülmü? Oları tutub aparıllar. Bir müddət türmədə qalır, sora buraxırlar. Arvad bir müddət Nifçi kəndində qalır, burda da dünyasın dəyişir.


VII mətn

Kolxoz otuz birdə qurulubdu burda, o vaxdı da mənim atam sovet sədri olubdu. Atamın onda iyirmi səkgiz yaşı olardı. Onu Sarıtel Asdanın dəsdəsi öldürübdü ki, niyə sovet sədri olmusan. Qurbanalının dəyirmanı deyilən yerdə beş-altı adam giriblər körpünün altına, Bərdədən gələndə müavinini də atırlar, özünü də atırlar. Anam deyirdi, Sarıtel Asdan bizə gəlirdi, çay içirdi, amma çörək yemirdi. Deyirdim, Asdan, çörək yenən dana, niyə yemirsən? Deyirdi, olar ki, şeytan qəlbimə girə Ramazana güllə ataram, qorxuram çörək məni tuta.


VIII mətn

Qoja kişi vardı, mənnən yoldaşlıq eliyirdi. Deyirdi ki, oğul, Asdana xəbər gəlir ki, beyjə səni Qazanpapağ oğlu Məhəmməd öldürəjəhdi. Qazanpapağ oğlu Məhəmməd də Boyəhmədlidən olubdu. Asdanın adamı çox idi. Ona xəbər verillər ki, Qazanpapağ oğlu beyjə dəsdəynən Boyəhmədlidən gəlib səni öldürəjəhdi. Asdan deyir, gəlsin, öldürə bilir öldürsün, nə deyirəm. Asdan gejə arvad paltarı geyinir. Bilir ki, Qazanpapağ oğlu hardan gələ bilər. Əlinə haftafa alır, əyninə arvad paltarı geyinir, tapancanı da nifəyin altınnan sancır. Görür ki, Qazanpapağ oğlu gəldi düz bunun qapısının ağzına tərəf, dəsdə də öyü hərrəməyə aldı. Asdan deyir, mən də əlimdə haftafa çıxdım. Elə bildi mən Asdanın arvadıyam. Düz Qazanpapağın üsdünə getdim, tapancanı çıxartdım dirədim, dedim ki, qoşununu çək, yoxsa öldürəjəm səni. Harayı haraya çatajax? Qazanpapağ oğlu da çox qüvvəli olubdu. Yaxın dursa, əl atar Asdanı birtəri eliyər. Qoşuna deyib ki, dağılın. Asdan bunun silahın, qatarın alır, deyir, yer get. Sabah özün gəl, silahını verəjəm. Mən səni öldürə bilərdim, amma öldürmürəm, get. Heylə onu öldürməmişdi, buraxmışdı, sabah da gəlib tüfəngini, qatarını alıb getmişdi.


IX mətn

Topal Əsgər danışırdı. Deyirdi, kəl arabasını qoşmuşam, Tərtər qırağı gedirəm. Bir də gördüm bir atdı qəflətən meşədən çıxdı. Atdan sıçradı düşdü, gəldi arabanın qabağına. Mən də təkəm. Dedi ki, hara gedirsən? Dedim ki, meşəyə gedirəm, bir az ağac-uğac qırajam. Dedi ki, Sarıtel Asdanı eşitmisən? Deyir, dedim eşitmişəm. Mən yetim oğlanam, Sarıtel Asdannan mənim nə işim var. Deyəndə dedi ki, onu yaman qəddar adam söylüyüllər. Mənim də qanmaz vaxdım idi, dedim qələt eliyir, qəddar olub nağarajax. Deyəndə bu mana bir şillə vurdu. Mən sıçradım düşdüm, əlimdəki ağacı buna qaldıranda gördüm qıraxdan iki dənə atdı çıxdı. Gəldi hərəsi bir qolumdan tutdu, məni apardılar. Gördüm bir nəfər oturub, dəm-dəsgah qabağında. Deyir, dedi ki, sənin adın nədi? Dedim Əsgərdi. Dedi ki, səni mən burdan keçəndə dəfələrnən görmüşəm. Sən Sarıtel Asdanı görmüsən ki, deyirsən qələt eliyir, qəddar olub neyniyəjək? Dedim, vallah, qanmamışam. Deyir, gəldi köynəyimin yaxasın qaldırdı, baxdı gördü ki, alt paltarım yoxdu da. Əlin saldı cibinə iki dənə pul çıxartdı. Mən də qızıl pul görməmişəm. İki dənə qırmızı pul çıxartdı. Dedi, Sarıtel Asdan mənəm. Qələti sən ye, ala bunu özünə paltar al.


X mətn

Qaçaxların son döyüşü Ağdaşnan Kürün arasında ara meşə deyilən bir yerdə oluf. Son qərar verilif, Mehralı babamı, Çoban bəyi də atriyadın tərkibində göndəriflər qaçaxların üsdünə. Son döyüşdü, burda qaçaxlar qırılmalıdı. Qaçaxların içində buların qohumu var axı. Bular şərtdəşiflər ki, biz haranı gülləyə tutsax siz qaçın. Sarıtel Asdan da qaçaxların içində oluf. Bular ayax tərəfi oda veriflər. Bular da ordan qalxan kimi pulamyotçunu vuruflar, neçə adamı vuruflar. Sarıtel Asdana güllə dəyif, amma aradan çıxıf. Yerdə qalannar qaçıflar Yevlağa tərəf. Orda atriyadı yarıf keçiflər, hava işıxlaşanda Tərtərin Sarıcalı kəndinə çatıflar. Bir kişinin qapısına gəliflər. Deyiflər, sənə nə desən verəjeyih, şər düşənə qədər bizi burda gizdət. Kişi bulara deyif, gəlin girin toolaya. Buları toolaya salıf, ağzın da qifilliyif. Əl altınnan xəbər göndərif ki, qaçaxlar burdadı, gəlin. Gediflər pulamyot gətiriflər, bomba atıflar, oları orda qırıflar.

Sarıtel Asdan ordan çıxıf gəlif qəbirsannıxda oğlunun qəbri üsdündə ölüf. Qəlyan çəkərmiş. Deyillər, güllə dəyif Asdanın ciyarın dağıtmışdı, ordan qan qarışıx qalyanın qətranı axırdı.


  1. QAÇAQ CAMAL


I mətn

Camalın atası Xanərəbdəndi, anası təhlədəndi. Heş nəyin üsdündə qaçaxçılığ eliyib. Bizim təhlə camaatı o vaxdı küllü-külfətdi dağa gedərdi, gələrdi. Basqıynan gedif Şəki-Borisovkadan – erməni yaylağınnan üş yüz qoyun gətirmişdilər. Ordan da erməni gəldi, camaatdan da satqınnıx eliyif erməninin qabağına düşən oldu, bu işi görənnəri nişan verdi. Yarsın dağda tutdular apardılar, yarsı qaldı. Ordan xəbər verdilər Bərdəyə ki, bu adamları tutun yazda göndərin gəlsin. Camalı, dayısı Müstəcəbi – onatan adamı 42-nin payızında tutdular, yazda buları yığıf göndərəsidilər. Camal da təzə öylənmişdi. Ayləsi buna çörək aparanda milisyə deyif ki, nə verəssən səni Camalnan görüşdürüm? Bizim camaatın arvatdarının boynunda qızıldan babaxan olurdu, qıraxları da hil. Bu gəlin də boyunbağını salıf qoynuna ki, əl atıf qırallar. Qapıda duran milisyə əlin belə salır gəlinin qoynuna. Deyir, bax bu yaxalığını ver, görüşdürüm. Gəlin də boynu sınmış, özünü saxlıya bilmir, Camalnan görüşəndə deyir ki, Fərman (qapıda duran milis – top.) yaxalığı mahna elədi, əlin saldı qoynuma. Bu oğurrux işdən Camalnan Müstəcəbin xəbəri yoxuydu. Yazda buları göndərəndə dustağın beşini bir maşına yığdılar, Camalgili başqa bir maşına. Burda da bir milis vardı, Kolanıydı. Camal ona dedi ki, Əliş əmi, mən gedən maşına sən minmə. Deyif ki, niyə? Deyif, mən qaçajam, sora başın ağrıyar. O kişi də bu söznən o biri maşına minir, buların da yanına ayrı milisyə qoyullar. Bular olur üç nəfər. Bir dayısı, bir Camal, bir də buları satan gedə. Veş maşını qavaxca gedir, Camalgilin maşını arxasınca. Maşın xarab olur. Şofer deyir ki, siz durun maşının yanında, mən gedim, görüm Laçında elə adam taparammı bunnan başı çıxa. Şofer gedən kimi Camal milisyəni tutuf soyundurur. Paltarın geyinir, öz paltarın ona geyindirir. Dayısının da qolunu bağlıyır, milisyənin də, qatır qabağına. Qabağına çıxan olsa, deyəjək yasav aparıram. Aparır meşəyə, milisyəni arxası qatda sarıyır ağaca, çıxıf gəlillər. Şofer gəlir ki, nə milisyə var, nə silah var. Qayıdır Laçına xəbər verir ki, bəs belə-belə. Üş gün it gətirillər. İt gedir milisyəyə dəyir, qayıdır buların yanına, qorxularından yaxın gedə bilmirlər. Axırda gedillər ki, milisyə arxası qatda sarıxlıdı. Camalın qaçax olmasının siftəsi burdan başdıyır.

Camal həmən milisyəni öldürməyə qaçmışdı, yoxsa onun o oğurruxdan xəbəri yoxuydu. Milisyəni də Allah dolaşdırdı, gətdilər onu kalxoza müdir qoydular. Dağa gedəndə Camal onu orda öldürdü.

Camal bir altı-yeddi nəfəri başına topladı, qaçaxçılıx etməyə başladı. Gizləndiyi əsas yer Soltanbud meşəsiydi. Soltanbud o zaman elə bir meşəydi ki, əyilə-əyilə getməsəydin girmək mümkün döyüldü. Kəndin ağzı var ey, qovu, 44-cü ildə Camal bir ay orda yaşadı, NKVD Abdullayev onu tapa bilmədi. Gör nətər meşeydi? Beş il qaçaxlıx elədi. Beş ildən sora özü çıxdı üzə. Onatılanı belində bir həftə Bərdədə gəzdirdilər görk üçün.

Müstəcəbi də Vəngdə meşədə sabah ertə əllərin-üzdərin yuyanda Qriqoryanın atriyadı vurdu.
II mətn

Camal Fərman bəyin bajısı oğlu olufdu, Müseyib, İmamqulu əmisi oğlannarı oluf. Bular müharibə vaxdı da qaçax oluflar. Bular sovet hökumətiynən barışmıyıf. Müstəcəb atışmada vuruluf. Müstəcəb atılannan sora Camalın anasına and verdilər ki, o üzə çıxsın, biz ona toxunmuyajayıx. O üzə çıxannan sora üş gün onun silahını əlindən almadan Bərdədə gəzdirillər. Bütün rayon camaatı onun görüşünə gəlir. Deyir ki, mən özüm gələjəm. Bu şərtnən ki, məni geyimli-gejimli, silahım da belimdə, Bərdədən çıxana qədər əlimdən almıjaxlar. Söz veriflər, ona da əməl eliyiflər. Ələkbər Abdullayev olufdu. Camalın anasına and içif ki, mən onun güllələnməyinə imkan vermiyəjəm. Anası da deyif ki, mənim oğlum güllələnməsə, o harda olsa yaşıyajax.





  1. XANALI


I mətn

Bizdə Mehdi kişi vardı, Bagirovun sağ əliydi. Bagirov ona etibar eliyirdi, bu tərəflərə gələndə gedif onun qapısına düşürdü. Bular dağdan gələn vaxdı köş Qubadlıdan çıxanda Alyannı qaçaxları köçün qabağın kəsib Mehdigilin arvadının paltarın-palazın alıf aparıflar. Həmin paltara görə Mehdi deyif, siz siz olun, biz də biz. Gedif Bagirova deyif, o da öz qoşunun aparıf qaçaxların üsdünə. Oları məhv eliyif, qayıdıf gələndə bizim camaatın ağsakqalları dağın döşündə gedif onu qarşılıyıflar. Qaçax Xanalı varıydı. Çağırıf buna deyif ki, nə vaxta qədər hökumətnən hökumətlik eliyəssən? Mincivannan Daşburunun arasının ixdiyarını verim sənə, bu zonanı qoru, qaçax-quldur keşməsin. Patronun, yeməyin, atının arpasın verəjeyik, amma bu sərhədi qoru. Peçatdı-zaddı sənədi verir buna. Bagirov burdan çıxıf gedif Kərimbəyli bəylərinin üsdünə. Orda atışıflar. Xanalının arvadı da Kərimbəylidən oluf. Ordan çapar gəlif ki, Xanalı durma, Bagirov Kərimbəylini qırır. Bular da burdan gediflər Kərimbəyliyə köməyə. Bagirov pulamyotun lüləsin çevirif buların üsdünə, o qaçan qaçıf keçiflər İrana. Onnan sora Bagirov qayıdıf kəndi (Əhmədallar kəndini – top.) tamam odduyuf. Soradan camaat bir də qayıdıf gəlif bura.


II mətn

Xanalıya Sultan bəy deyif ki, gəl atımızı ötüşdürək. Kimin atı keşsə, versin ona. Bu da bilif ki, atı keşsə, Sultan bəy deyəjəh ki, o atı ver mənə. Mehtərinə deyif ki, get tövlədən başqa at gətir, çapaq, qoy udsun, atı da verək ona götürüf getsin. Nəysə, Sultan bəyin atı keçifdi. Keçəndə gəlif buna lağ eliyif ki, bəs tərifliyirdin atım belə, atım belə, budu atın? Bu dözə bilmiyif deyif, gedin Çal atı gətirin. Öz atın gətirif, genə çapıflar. Sultan bəyin atın yolda qoyufdu. Deyif, Çal at dediyin bax budu. Xan da onnan inciyif. O gedən gedif ki, sən məni allatdın.




  1. QAÇAQ SƏFƏR

Çar hökumətinin vaxtında Qaçax Səfər addı bir qaçax oluf. Özü də o mənim ulu babamın qohumudu. Bı da varlılara qarşı çıxırmış. Çapıb-taaladığı şeyləri kasıblara paylıyarmış. Bını nə qədər hərriyirmişdər tutmağa, tuta bilmirdilər. Bir il belə, beş il belə, bını çar hökuməti tuta bilmiyif. Bir gün hansısa bir xannığın xanı sifariş eliyir ki, Səfər, Dəmir Qapı Dərbəntdə xanın bir cüt atı var. Atlar da dünyada misli olmuyan atdı. Əgər gedif atları mana gətirsən, səni üzə çıxarajam, qaçaxlığı sənin üsdünnən götürəjeyih, azad bir adam kimi gəzəssən. Qaçax Səfər genə də xana ehtibar eləmir, amma gedir. Gedir çıxır Dərbəndə. Öyrənir ki, xanın atlarının iki mehtəri var. Görür ki, mehtərin biri axşam çıxıf gedir, o birisi isə ata baxır. Səfər kəşfiyyatını işə salmışmış da. Öyrənir nə hardadı, nə yox, onnan sora işə başdıyır.

Həə, o biri mehtəri izdiyir. Səfər gəlif qəflətən mehtəri tutur. Tüfəngini alıf qoyur ora, mehtəri dalı üstə bağlıyır stolbuya. Atdarı yəhərriyir, çıxarır çölə. Mehtəri öldürmür. Atın birinin quyruğunu o biri atın quyruğuna bağlıyır. Birini minir, yola dəvərir. Atı gətirif çıxarır həmən xannığın, yanı Bərdə xannığının bir kəndinə. Xana xəbər göndərir ki, bəs sənin arzunu yerinə yetirmişəm, atdarın ikisini də gətirmişəm. Birbaşa xanın yanına getmir, çünki ehtiyatı əldən vermir. Deyir, hər şey ola bilər. Xan Səfərə xəbər göndərir ki, atdarın ikisini də götür gəl saraya. Xan atdara baxıf deyir ki, at nə at. Deyif:

1   ...   5   6   7   8   9   10   11   12   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə