AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr V kitab



Yüklə 2.7 Mb.
səhifə11/29
tarix02.12.2016
ölçüsü2.7 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

ÇOBANIN DÜTDƏYİ

Bəy bir gün vəzirrərinə, nökərrərinə deyir ki, hazırranın, gedəjeyih filan dağa, ceyran ovuna. Səhər açılır, bunnar qatarranır. Atdanır gəlir bir dağın ətəyinnən keçəndə görür ki, bir dağın ətəyinə hardasa beş yüz-altı yüz qoyun yayılıf otduyur. Hardansa bir dütdəh səsi gəlir, bı səs dağı-daşı yandırır. Bu dütdəh o xəttər bəyin xoşuna gəlir ki. Deyir, ə, mən bu yaşa gəlmişəm, hələ belə dütdəh səsini eşitməmişəm. Gedillər bir ceyran vırıllar, kef məclisi qurullar. Bəy əmr verir ki, gedin o çobanı götürün gəlin. Dağ yaxınıymış da. Gəlif görüllər ki, çobandı. Qəşəh geyimli-kejimli, əyakqabısı, başının papağı, kalustuxlu-malustuxlu. Bir dənə də yan dütdəyi var bının. Bu da qamışdan qayrılır. Çobana deyillər ki, bəy səni çağırır. Deyir ki, mənim bəylə nə hakq-hesabım var ki? Deyillər ki, bəs bəyin əmridi. Nəysə, çobanı ata mindirillər, aparıllar. Bəy bının geyiminə baxır, deyir ki, əşi, sən çoban dəyilsən? Deyir ki, bəyim sağ olsun, mənim çobanım bu yan dütdəyimdi. Dütdəyi cibinnən çıxardır. Mən bı dütdəynən çobannıx eliyirəm. Bax, gəlirəm, qəşəh paltar geyirəm, qoyuna əlimi vırmıram, qoyunu suya yendirirəm, sudan çıxardıram, qoyunu üstümə gətirdirəm, qoyunu yaydırıram. Qoyuna hara deyirəm, oranı otduyur, mən də qıraxda duruf dütdəyimi çalıram. Yanı başqa hərəkət eləmir da. Bəy çobana deyir ki, indi mən saa bir söz deyəjəm. Çoban deyir ki, sən bir əz dayan, mənim saa sözüm var. Deyir, mən çoban olduğuma görə, mana kəntdə qız vermillər. Deyillər ki, sən çobansan. Bəy deyir ki, mənim bir yaxşı qızım var. Əgər bu dütdəhnən qoyunu sağa-sola, suya aparsan, sudan çıxartsan – bunnarı eləsən mən qızımı saa verəjəm. Deyir ki, bəyim sağ olsun, nə deyirsən eliyim. Bəy deyir ki, qoyunu o dağdan gətir çaya. Çoban dütdəyi alır əlinə qəşəh çalır, qoyunnar yayıla-yayıla gəlir çaydan su içir. Sora qoyunu dütdəhnən qaytarır. Bəy deyir ki, bı belə. Bəyin xoşuna gəlir da. İndi də elə elə ki, qoyun yaylım halında otdamasın da. Hamısı düz, yanı bir-birinin ardınca otdasın. Çoban deyir ki, mənim gözüm üstə. Qoyuna bir hava çalır. Hava çalanda qoyunnar hamısı belə sırasıynan otdamağa başdıyır. Bəy deyir ki, bı iki. Deyir ki, bəyim sağ olsun, indi hansın deyirsən? Bəy deyir ki, indi də qoyunu qivliyə sarı yönəlt, otdasınnar. Yenə də çoban dütdəyiynən qoyunnarı qivliyə sarı yönəldir. Qoyunnar otdamağa başdıyıllar. Bəy baxıf görür ki, ə, mən nə deyirəm, hamısını eliyir bı çoban. Çobana deyir ki, yaxşı, bir sualım da var. Qoyunu çağır gəlsin bıra. Qoyun düz gəlir çayın kənarına. Çoban deyir ki, gördün, bəy? İndi sən qızını maa verirsən, mən də oluram sənin yeznən. Mən çoban dəyiləm. Bu dütdəydi mənim çobanım. Ta bəy görür ki, hər şey onun dediyi kimi oldu. Qızını verməli olur dütdəhli çobana. Çobanın dütdəyi bəyi yaman yumuşaldır.




  1. QONAQÇI VƏ BAQQAL

Bakqal nədi qızım? Bakqal o vaxtı, məsələn şəhərdən neft alırmış, iynə, piltə, duz alırmış, gedif kəntdərdə satırmış. Bakqalın bir arıx atı varıymış. Gəlif kəntdə varrı kişinin evində qalıf bunnan dosdux eliyir ki, mən həmişə gələndə sənin evində qalım, gətdiyim malı həmməşə satım. Kişi deyir ki, neynək, deyirsən dosdux eliyəh, dosdux eliyəh. Gəl ye, iç, atını da ötürəh örüşə, sora uşax gedif gətirər. Malını da bırda sat. Deyir, neynəh.

Bir gün belə, beş gün belə. Görür ki, bı qolay adamdı da. Yanı yaxşı adam dəyil da, keyfiyyətsizdi. Ev yəəsi deyir ki, ay arvad, bir dənə quzu kəsəjəm. Onun qarnın təmmiz yonarsan, qurudarsan. Bir də quzunun öz dərisin də təmmiz aşdıyarsan, tükünü elə qırxarsan təmmiz gedər, tük adında şey qalmaz. Mən bı dosdumu sınıyajam. Kişinin bakqaldan ağlı bir şey kəsmir da. Deyir ki, neynəh ay kişi.

Arvad ərinin dediyi kimi eliyir. Həə, kişinin qonaxçısı bir də gəlir da. Yanı ayın-oyun gətirir satmağa qonaxçısının evinə. Gəlir, satdığın satır, gejə qalır. Qonağın atını ötürür öz atdarının içinə. At gedir çölə. Səhər gedəsi olanda kişi – qonaxçı oğlunu göndərir ki, ə bala, get bakqalın atını tap gəti, bını yola salım getsin. Gedir görür ki, atı bir dərədə canavar yeyif, bir başı qalıf, bir də dırnaxları, ayaxları. Gəlif dədəsinə deyir ki, ay dədə, bəs bakqalın atını bu gejə canavar yeyif. Özümüzün iyirmi-otuz atımız var, onu yemiyif, gəlif bakqalın arıx atını yeyif. Kişi deyir ki, ay bala, bı nə pis iş oldu. Deyir ki, get bizim atın hansı yaxşıdırsa, onu tut gəti, verəh bakqala pulsuz, fənasız. Birdən bu ayrı cür şəhlənər bizdən. Bir də o atın başını-ayağını gətir, göstərəh ki, həqiqətən də, sənin atını canavar yeyif. Gədə gəlir bir yaxşı at tutur öz atdarının içindən, atının başını, dırnağını da gətirif tökür ortuya. Deyir, a kişi, Allahdan nə gizdindi. Bu gejə atı buraxmışıx bizim atdarın içinə, təsadüfən canavar gəlif sənin atını yeyif. Atın başını da gətirmişih ki, sən atını tanıyasan. Bakqal öz atının başın tanımır. Deyir, bu baş mənim atımın başı dəyil. Qonaxçı deyir ki, saa at veririh da, götür get. Atı verir, deyir, min get, genə də gəl. Bakqal deyir ki, filan günü bir də gələjəm. Ev yəəsi deyir ki, neynəh, havaxt gəlsən, gözüm üstə yerim var. Arvada deyir ki, ay arvad, bilirsən nə var? Deyir ki, nə var? O qarın var ha, onu sal suya, xəngəl formasında kəs. Dərini də onun kimi. Soğanı dağ elə, ləzətdi bir xəngəl bişi. Amma mana da ayrı bişir öz adətimiznən. Arvad narahat oluf deyir ki, axı qonax bilər? Deyir, elə mən bını bilməh istiyirəm ki, görəh bı bını bilirmi, başa düşürmü?

Bakqal gəlir. Xoş-beş, görüşür əv yəəsinnən. Həm də deyir ki, bir əz sizin xətrinizə dəymişəm o vaxtı, məni bağışdıyın, güzəşt eliyin maa. Sizin atınız yaman yaxşı atdı. Elə Allaha şükür ki, mənim atımı canavar yeyif. Deyir, əşi, çox sağ ol. Deyir, ay arvad, günortuya nə bişirmisən? Deyir ki, əşi, qəşəh xəngəl bişimişəm. Qəşəh yağlı, soğannı-zaddı xəngəl bişirmişəm. Əri deyir ki, onnan adama bir boşqab gəti, yeyəh. Bı dərili xəngəli yığır boşqaba, gətirif qoyur bakqalın qabağına. Öz ərinə də ayrıca bişidiyini gətirir. Bunnar başdıyır yeyir. Bakqal qonaxçıya deyir ki, bı xəngəl maa yaman ləzzət elədi. Yaman qəşəh xəngəldi. Deyir, ye, əşi, yaxşı ye. Siz şəhərrisiniz, şəhərlilər belə xəngəl bişirə bilmillər, çöllülər qəşəh bişirillər. Çünki burda hər şey var. Bakqal yeyir gedir, heş-zad başa düşmür ki, bı nə xəngəlidi?

Gedir, bir də gələndə deyir ki, bəs mən bırdan gedənnən sora bir əz xəstələndim. Deyillər, bəs niyə xəstələndin? Deyir, elə-belə xəstələndim. Əşi, indi yaxşısanmı? Deyir, hə, yaxşıyam. Deyir ki, ay bakqal, saa quzu dərisinnən xəngəl bişidim, onu tanımadın. Çöldə canavar yeyən atının başını göstərdim, onu tanımadın, sənnən maa dosd olmaz. Bunnan da bizim dosduğumuz qutardı.

Qızım, bı elə bir adamdı ki, yəqin ki, bir əz keçənnən sonra qonaxçını da tanımıyacax.

ETNOQRAFİK MƏTNLƏR

NOVRUZ ADƏTLƏRİ
Hər dəsdə üç dörd nəfərdən olurdu. Dəsdədə hər kəsin öz vəzifəsi olurdu. Biri pay yığan olurdu, biri maral olurdu, keçipapaq olurdu, şeir deyən, qarmon çalan ayrı olurdu, it qoruyan biri olurdu. İt qoruyanın işi ancaq it gəlsə, onun qarşısını almaq olurdu. Nə yığırdıxsa, aramızda bölürdük. Maral hansı evə girsə, dimdiyin döyürdü yerə. Üzü bağlı olurdu, heç kim onu tanımırdı. Camaat təklif eliyirdi ki, maral, nə yeyirsən? Bir qabda qoyurdular qabağına. Yediyini yeyirdi, yemədiyini torbalarına töküb gedirdilər. Gejənin yarısına qədər heylə qapıları gəzərdilər. Dəsdə üzvləri hamısı maskalı olurdu, heç birin tanımazdın. Corab taxırdılar, papaxların sifətlərinin üsdünə çəkərdilər. Oğlannar qadın paltarı geyirdi, tanınmırdı. Bizdə (Lənbəranda – top.) papax atmıyıblar, torba sallayardılar. Beş metrlik qarğının ujuna torbanı bağlıyıf qapının arasınnan uzadırdı içəri. Nə qoyurdularsa, torbanı çəkib götürürdülər. Gəlir dəsdəynən evdə oynuyurdular, payın alıf gedirdilər. Maral qadın donu geyirdi, başına da sorux salırdı, maral kimi hərəkət eliyirdi. Onda yekə-yekə adamlar heylə qapı gəzirdilər. Elə vaxd olurdu kəntdə bəlkə yüzə qədər üş-dörd nəfərlik dəsdələr olurdu. Həmin gün darvazalar açıx olurdu, itləri bağlıyırdılar. Kişilər qadın paltarı geyinif qadınların içinə gəlirdilər. Amma hər evə yox, qohum evə gəlirdilər. Qadınnar da kişi paltarı geyinif əmisi, dayısı evinə gedərdilər. Dəstənin başçısı keçəpapağ olurdu. İlbizin qabığını yığıf keçədən papax tikib onları düzürdük üsdünə. Yeriyəndə şeytannar bir-birinə dəyib şakqıldayırdı.
TOY ADƏTLƏRİ
I mətn

Bizdə (Boyəhmədlidə – top.) götdü deyillər. Nə idi o? Mən onu gördüm. Düzdü, uşax vaxdı idi. Eşidirdilər ki, Ədalət müəlimin oğlunun toyudu. Yaxın qohumundan, qardaşı oğlunnan, bajısı oğlunnan biri atının boynuna qırmızı yaylıx bağlıyırmış, düşərmiş obanın ayağınnan. Da hamı bilir ki, bu yaylıx burdadırsa, bu götdü yığır. Bu heş kəsə heş zad demir. Kəndin arasıynan yavaşca atını sürür. Kimin imkanı varmışsa, deyirmiş, a bala, yığıcı gəlir. Ordan iki toğlu çıxardıf qoşur bunun qabağına. Biri bir toğlu qoşur, biri bir cöngə qoşur. Obanın böyüklüyünə baxır. Gəlif qapıya çatanatan iyirmi toğlu, otuz toğlu, beş cöngə yığılır. Yığıcı gəlif hesabat verirdi ki, dədə, bax, filankəs iki toğlu verdi, bu cöngəni filan kişi göndərib. O da yadında saxlıyırdı, filankəs mənim toyumda iki dənə qoş göndərif, o da onun toyunda göndərərdi. Onun hamısı bir ujdan kəsilirmiş, toy olarmış.

Mən öz yaşımda iki günlük toyları gördüm. Amma əvəllər adamın vəzyətinə görə, üş günlük, yeddi günlük toylar olardı. Sabah toydusa, aşıx gəlirdi gejədən qalırdı toy yiyəsinin evində. Onda evlərin beli torpax idi. Səhər saat altıda, azan vaxdı keçənnən sora aşıxlar çıxırdı evin damına. Çubux nağara, bir də qara zurna olurdu. Orda bir gəlinatdandı çalırdılar. Səs yayılırdı, ətraf kəntdər bilirdi ki, bu gün toydu. Toy mağarı ayrı, yemək mağarı ayrı olurdu. Pul yığmax söhbəti yoxuydu.

Təklif nətəri idi? Xurcunu qızıləhmədi almaynan doldurardılar, qoyardılar atın tərkinə. Məsələn, gələrdi qapıya, qavaxca çıxardıf bir dənə alma verərdi. Deyərdi, dədəm, ya əmim sizi oğlunun toyuna çağırır. Allah mübarək eləsin. Hərəyə bir alma verilərdi.

Toyda nəmər vardı. İndi meyvəni, şirniyyatı stola qoyullar. Onda belə döyüldü. Onda iki mağar tikilərdi. Aşıxlar çalan, oynanılan yer ayrı olardı, yemək mağarı ayrı olardı. Camaat yedi, qutardı, bir zənbildə, ya torbada fındıx gələrdi, bir də qab. Qabı həmin fındıxnan dolduruf tökərdilər hərənin cibinə, o da çıxardıf üş manat, beş manat verərdi. Biz də uşağ idik, öydə həsrətnən gözdüyərdik ki, dədəmiz toydan gələjək, bizə fındıx gətirəjək. Sora mədəniləşdirdilər o fındığı kisələrə tikib kisələrdə verdilər, sora onu da yığışdırdılar, indi süfrəyə qoyullar.

Toylarda şah bəzənərdi, orda mövsümü meyvələrdən hamısı olardı, gəlinə aid ətirdən beləmə ordan asılırdı, onun da başına örpək salınardı, qırmızı şal salınardı. Şahı bəyin sağdişi bəziyirdi. Aşığa deyərdilər ki, təriflə. Aşıx gərək orda asılan meyvələrin hamısının adını bir-bir deməlidi. Bəy tərifindəki kimi tərifləməliydi. Ona heş kəsin əl vurmağa ixtiyarı yoxuydu. Bircə şərt varıydı. Məsələn, mən pulluyam, imkannıyam. O toyda şuxlux yaratmax üçün çıxardırdım bir iyirmi beşlik sağdişə verirdim, deyirdim, mən ordan bir alma yemək isdiyirəm, qiymətini de. Deyirdi, əlli manat. Deyirdim, gətir. Həmi burda bir özünü gösdərmək varıydı, həm də toyda şuxluğ olurdu. Masabəyi vardı – toyu idarə eliyən, bir də fərraş vardı. Məsələn, Masabəyi kimisə çağıtdırır, gəlmirsə, əmr eliyirdi ki, filankəsə beş dənə çubux vurulsun. Dönə bilməz. Gəlirdi səni cərmə eliyirəm, on manat qoy aşığın stolu üsdünə. Ya on manat pul qoyajaxsan, ya da oynuyajaxsan.

Gəlinin üzağlığını elan eləməhdən ötəri gəlini başıörtülü gətirərdilər. Bir oğlan uşağı örpəyi onun başınnan götürərdi, olardı duvaxqapma. Gəlin qaynataynan danışmazdı. Qaynana deyərdi, a bala, çayı qoy, filan şeyi filan eylə, o da kirimişcə gedif eliyərdi. Elə gəlin var qaynanasına deyə bilmirdi çörək qutarıf. Baldızına, kiçik qaynına, uşaxlarına deyərdi. Ağzında da həmişə yaşmax olardı.
II mətn

Gəlin gəlif düşənnən sora, bəyi atdandırırdılar19. Bəy atı minif qaçır, bəyin tay-tuşları, cavannar da düşür atnan onun dalına. Harda tutdular onu döyməlidirlər. Ya bir heyvan verməlidi, ya da olarnan vuruşmalıdır. Bəyə də elə at verirdilər ki, qaçan at olsun, bəyi tutmasınnar, döyməsinnər. Eləsi olurdu fərasətdi olurdu, qaçıf aradan çıxırdı. Eləsi olur, görür güjü çatmır, bularnan vuruşmax isdəmir, qabağına çıxan sürüdən bir heyvan tutuf verir bulara, onnan da canın qutarırdı. Amma Uğurru kişinin oğlunun toyunda bəyə, həqqi də, qaçan at verdilər ki, qaçıb aradan çıxsın. Bu sürə bilmədi, bunu döyüf isdahatın kəsillər. Onnan sora adəti yığışdırdılar.



III mətn

Gərdəhbaşını gəlin köçməmiş qızın anası tikirdi, gərdəhbaşı gözəl ipəhdən tikilirdi. Gəlini hansı otağa aparajaxlarsa, həmən otağın bı divarınnan o divara hər iki tərəfə mismar vuruf gəlinin gərdəyini divarboyu bağlıyıllar, qotazdıyıllar. Sora qızın anasının tihdiyi gərdəhbaşını həmən divar boyunca atdıxları ipəyin – gərdəyin başına atırdılar. Gərdəhbaşını da üçbucax formasında kəsilmiş naxışlı parçalardan tikirdilər. Özü də hər üçküncün arasına muncux da tikilirdi. Özü də, bala, bilirsən gərdəhbaşını nə vaxt vururdular? Gəlini gətirif gərdəyin o tərəfində otuzdurannan sora, gəlinin qaynatası, başqa qohumları gəlif şirinnih verirdi. Gərdəhbaşı gərdəh şirinniyi verilənnən sonra vurulurdu.


ÇİLƏ KƏSMƏ
I mətn

Çərşənbə olanda, axır təkin gejəsi uşağı götürürdüh dalımıza, gedirdih arxımız var onun üsdünə. Gedirdin qabaxcan ordan çilə tapırdıx – böyürtkan. O böyürtkanın əyrisinnən üş dəfə uşağı keçirirdih, sora burasın kəsirdih (böyürtkən budağının əyilən hissəsinin çıxıntıları nəzərdə tutulur – top.) “Ağrım-uğrum burda qalsın” deyif kəsənnən sora gedirdih axar çayın üsdünə. Üş dəfə uşağın başınnan, çiyinnərinnən “ağrım-uğrum burda qalsın” deyif tulluyurdux. Onnan sora gəlif yeyirdih.

Uşax yerimiyəndə, yaşı keçəndə deyillər, dili ayağın basıfdı. Onda deyillər əhd eliyirəm ki, uşağımın dili açılsın, bunu yeddi qonşu gəzdirəjəm, pay yığajam. Uşağı xəlbirə qoyursan, yeddi qapını döyüb pay yığırsan. Payı da gətirif qoyursan surfaya, yeyirsən.
II mətn

Deyillər, çiləni şənbə, çərşənbə kəsməh lazımdı. Biz uşağıydıx, yığırdılar bizi, kəhriz varıydı Muradbəylidə, kəhrizin qırağına. Axar suda olmalıdı o, ya bulax olmalıdı, ya axar su olmalıdı. Yığırdılar bizi ora, ən çox ərə gedif doğmıyan qadınnarı, gəlinnəri, bəxti açılmıyan qızdarı, uşaxları yığırdılar ora. Bu hanada toxunan ip yoxdu, o ipdən bir dənə yumuru yumax qoyurdular yanına. Deməh, əllərimizin də baş barmaxların, əyağımızın da baş barmaxların onnan çatırdılar, bağlıyırdılar möhkəm-möhkəm. Bağlıyannan sora qoca arvadıydı, bir dənə aftafa varıydı, mis aftafa. O mis aftafanı doldururdu, qoyurdu böyrünə. Deməli, kimi desə, onun adını çəkirdi. Deyirdi ki, Həzrət Süleyman eşqinə, cin qızı Mərcan hökmünə, köklü ağacın, dibli qayanın, yeddi yolun ayrıcına, bəni adəmin, cinin, şeytanın, sürünənin, uçanın, qaçanın, gözə görünən, görünmüyən nə varsa, onun hansının çiləsinə düşmüsənsə, filənkəs, mən sənin çiləni kəsdim. Bunu deyərdi, o ipləri qayçıynan kəsərdi, əlində tutardı şəhadət barmağıynan baş barmağının arasında, aftafadan onun üstünə su axıdardı, sora o ipləri də axar suya verərdi, su götürüf aparardı. Yəni, indi düzdü ey, Quran ayələriynən də kəsillər çiləni, amma əslində bu Qurannan çox-çox qabağın söz-söhbətidi, qədimidi.

Elə bil ki, onu kəsənnən sora, görürdün kü, çox adama onun düşəri olur. Kimin üstündə ağırrıx var, xəstəlih var, gedirdi. Əgər uşağı olmurdusa, gələn ilə qədər uşağı olur. Və yaxud, qızın bəxti bağlıdı, adını çəkən yoxdu, çiləsi kəsilənnən sora baxırdın ki, ona elçilər gəldi, toy elədilər. Yanı camaatın inamıdı da, min illərin inamıdı ki, insannar görüf, sınıyıf bunu.
III mətn

Uşaxların ayağı bir-birinə dolaşır (3-4 yaşında uşağın), tez-tez yıxılır. Keşmiş adamlar deyirdi ki, bunun çiləsin kəsməh üçün bunun duasını oxuyullar. Əyax barmaxlarının baş barmaxlarını bir-birinə düyüllər, istəkanda da bir az ora su qoyullar. Deyir ki, Süleyman peyqəmbər hörmətinə, cin qızı Mərcan hökmünə, məsələn, sanıyırsan, pişihdən, itdən, səsdən-küydən, sudan, qarannıxdan, nədən qorxmusansa, çiləni kəsirəm deyif həmən o ipi tutuf başınnan kəsillər, suyu bu ipin üstünnən töküllər, onun çiləsi kəsilir.




HƏMZAD KƏSMƏ

Həmzad kəsmə cin, şeytanlarla əlaqəlidi. Yanı cin insan bətnində oturur, qoymur ku, o döl orda əmələ gəlsin. Peyğəmbər nəslinnən insanların əmələ gəlməyin istəmillər. Qoymullar, elə bil uşax yarımçıx düşür, və yaxud doğulur ölür, qalmır. İndi ona mikrob deyillər, amma o vaxtı eləydi ki, həmzadı kəsirdilər. Həmzadı kəsməyi görmüşəm. Bir tası qoyardılar doğmuyan, ya da kı, uşağı düşən gəlinin qarşısına, onun başına bir dənə ağ yaylıx atardılar. Qara olmazdı. Deyirdilər ki, qara cinnərin nişanəsidi, onu eləmək olmaz. Sora o adam, kim ki onun həmzadını kəsməlidi, başını salırdı həmin yaylığın altına. Orda dodağının altında deyirdi, çubuxnan vururdu o kasıya. Kasada su olurdu, özü də kasa mis olmalıydı, yazılı mis kasa. O vaxtı ona qırxaçar deyirdilər. Kasanın ortası dikiydi, dikin də qıraxlarınnan qırx dənə açar sallanırdı. Qırxaçar camı, həmən onun içinə su tökürdülər, özü də çox su tutan şey döylüydü, yarım stəkan tutardı, tutmazdı. Onu heylə eliyirdilər, salırdılar o yaylığın altına. O arvad orda nə deyirdi mən bilmirdim. Amma sora böyühlərimiz deyirdi ki, o cinnərin şeyxinin adın bilir və çağırır ona deyir ki, dərdini bunnan azad elə. Heylə deyirdi, vururdu qırx dəfə o kasıya qarğı çubuxnan. Vururdu, onnan sora hop götürürdülər o yaylığı silkəliyirdilər suya. Qadına da evinə gedincə deyirdilər ki, dala baxmamalısan. Dala baxsan, o sənin canına qayıdar. Dala baxmamalısan, tərk eliyif getməlisən. Sora görürdün kü, doğurdan da, uşax qalırdı, problem götürülürdü ortadan. Və yaxud, çox çətin forması olanda (onun bir neçə cür forması olur), onu həmzatdan azad eliyən qadın deyir ki, uşax bətninə düşən kimi satırsan mənə, uşax sənin olmur, mənim adımda olur. Gedirdi çox cüzi bir pul verirdi, deyirdi, satdım sənə. Elə bil oyun oynuyurdular. Şeytanı alladırdılar ki, ta bunun bəxtinə döyül, belədi. O uşax doğulannan sora, təzdənnən həmin adam gətirirdi öz uşağını bunun yanına, bir manat alıf yüz manat qaytarırdı. Belə şeylər varıydı, görmüşdüm.


RUH TUTMA

Bizim adətdərdə belə bir şey var, ruha baxırıx. Yuxuda ruhu görənnən sora onun elə bil səhər tezdən axşama qədər başdıyır başı ağrımağa. Ağrıyır-ağrıyır, bəzən başdıyır dərman atmağa, günortadan sora elə bil adamı ruh tutur. Başı ağrıyır, gijəllənir. Bizdərdə elə bil taxta kimi şey olur, ona ərlih deyillər biz tərəflərdə, o taxtanın bir tərəfinə çörəh qoyursan, bir tərəfinə kömür. Belə tutursan, ölünün adın çəkirsən ki, görüm bu ha tərəfə gedir. Hamının adın çəkirsən, çəkirsən, birdən görürsən ki, ərlih tərpənir, özü yellənir. Onda bilirsən ki, məni anamın ruhu tutuf. Ona baxırsan ki, görəsən onun ürəyi nə istiyir. Genə tutursan, aş deyirsən, çay deyirsən, halva deyirsən, bax belə-belə. Hansında kı başdıyır bax, belə-belə taxta hərrənməyə. Onda bilirsən ki, aş istiyir. Yox, çay deyirsə, çay istiyir. Çay istiyirsə, çaydanı götürüf yuyursan, salavatdıyırsan, qoyursan üstünə. Çay salanda deyirsən anam Şoykətin adına ehsan. Onu dəmliyirsən, gətirirsən badnosda, beş adam oturufsa, on adam oturufsa, onu birinci heş kim içə bilməz, kimin başı ağrıyırdısa, birinci o işməlidi. Sora orda oturannar içir, ölünün adına fatə verirsən, hamı fatə verir, salavat çöyrür, o saat o adamın başının ağrısı keçir.



QORXULUQ GÖTÜRMƏK
Pambığı tikillər bir parçıya, yandırıllar, surələrdən də oxuyullar. Məsələn, fələh surəsi, qədir surəsi, ayətikur, bismillahi-rəhmani-rəhim deyə-deyə dirsəyə, oynaxlara, sora ayağa, topuğa, dizə, sinəyə, kürəyə çəkillər, qorxuluğun götürür.
ÖVLATDA NƏVƏ, DÖVLƏTDƏ DƏVƏ
Dəvənin körpə balasına köşək deyilir. Dəvə həvəsə gələrkən bütün heyvanlardan fərqli ona cimiz deyilir. Dəvə cimizə gəlir. Bu dişiyə aiddir. Bir camış heyvanı, bir də dəvə həvəsdə olan vaxtı adətən özün nizamlaya bilmir, qaçar. Marağlıdı ki, hər ikisi doğanda da eyni əlamət. Dəvənin doğmağı yaxınlaşdı, qaçacağ. Camış heyvan da yenə heylə. Dəvənin bildiyiniz kimi əjdadı bura ərəblərdən gəlib. O nazik tük dəvələrin dişisinə arvana, erkəyinə lök deyilir. Axı dörd sort dəvə gəldi bura. Dişisinə haçamaya, erkəyinə buğur deyilir. Dəvədə heş vaxt yaş deyilməz. Dəvə ildə bir dəfə yaz vaxtı qırxılar. Buna bir tük dəvə deyilir. Bir tük dəvə, yəni dəvənin bir yaşı var. Beş tük deyilirsə, beş yaşı var. Dəvənin sürüsünə yallağ, atın sürüsünə ilxı, malın sürüsünə naxır deyilir. Deməli, marağlı haldı ki, haça dəvəynən o tühsüz avara deyirəm, bunların görüşməsinnən gəl gör nə alınır. Qeyri-adi bir şey. Deməli, dəvələrin şahı nər və mayadı. Südü də gözəldi, əti də gözəldi, tükü həm isdidi, göz qaytarır, burun qanıyan vaxtı qanı kəsmək üçün istifadə eliyirlər.

Dəvə iki yerdən kəsilər: bir xırtdəkdən, bir də döşdən. Xırtdəkdən kəsiləndə dəvə saatlarnan ölməz. Dəvənin belinə qoyulan dörd-beş qatdan ibarət keçəyə kapan deyilir. Dəvə doğarkən öz balasın almırsa, ona duza-çörəyə and içirlər, dəvə balasın alır. Dəvənin qarşısında durub deyir, bu çörəy hakqı, bu bala sənindi.

Dəvənin balası ölürsə, ağlıyır. Balası ölən bir dəvə itir. Dəvənin yiyəsi öz dəvəsini tapır. Deyir, filankəs, mənim dəvəmdi bu. Deyir, əşi, yox e, mənim özümündü. Qapımın dəvəsidi, yekəlib. Deyir, heylə şey yoxdu, dəvə mənimdi. Buların mübahisəsi kəsmir. Deyir ki, mərc gələcəyik. Dəvəni kəsərik, dəvənin ürəyində xal olmalıdı. Mənim dəvəmin balası ölübdü, ürəyində xal olsa, deməli, mənimdi. Helə eliyillər, görüllər dəvənin ürəyində xal var, çat var.

Haça dəvənin qızması o qədər qorxulu dəyil, nər qızanda o qandı. Qırx gün bağlanar, nə su içər, ona heç bir yeməh vermərsən. Yalnız o mayenin – ehtiyat yeməyin hesabına o yaşıyır. İrəhmətlik mamaoğlum Məhəmməd müəllimin atası Teymir kişi dəvəni vurubdu. Dəvə qızanda kişini tapıb. Bu çox qoçağ adammış. Görüb ki, dəvə bunun başın alıb ağzına yemək isdiyir. O sıçrıyıb dəvənin qabağınnan qaçıb, tullanıb tutub dəvənin quyruğunnan. Dəvə fırrandıxca bu da fırranır. Dəvə onu yaralamışmış. Onda çapıx da varmış, and olsun Allaha. O cür dəvə kinni olur. İstiyir insan olsun, at olsun, qisasın alırsa, onu yıxdıxdan sora döşünün altında zindan var, zindanın altında bir neçə dəfə sıxır, sora da qulağın verir. El məsəli var. Deyərlər, dəvə sahibini yıxar, amma qoyuf getməz. O qədər sahibinə sədaqətdi olur ki, yıxdığı sahibin heylə qoyub getməz. Onun böyründə durur, göz yaşı axıdır. Dəvə marağlı heyvandı. Dəvə qızanda bağlıyırlar xüsusi zəncirlə, qırx gün qalır. El arasında deyirlər, quruyur, quruyur, quruyur, əyilir dərisi qalır, onnan sora buraxırlar.


AT HAQQINDA
On yaşdan yuxarı köhlən atdar mənzili başa vurar, hər saatda yorulmaz. Padşah sual veribmiş. Deyir ki, tap görüm nədi? On yaşında keçi, otuz yaşında at, əlli yaşında dəvə. Ora-bura, sonra gəlir Bəhlul Danəndəni tapır. Deyir, on yaşında keçi, iyirmi yaşında at, əlli yaşında dəvə. Bu nə deməkdi? Deyir ki, mən bəyağdan keçi kimi ağaca dırmaşırdım, indi də gəlib oturmuşam belə. Cavannıxda at kimi hökm eliyirsən, sora da qayıdıb yaş keşdikcə sincablaşırsan, dəvə kimi olursan. Atın dokquz, on yaşında ən hökümlü vaxtı olur. Atın ciyərinin üşdə-iki hissəsi tənəffüsdə iştirak edir, bir hissəsi ehtiyyat qalır.
QOYUNÇULUQLA BAĞLI MƏTNLƏR
I mətn

Quzu anadan doğuldu, sütdən kəsildi, yaşı tamam olanda dişini o saatca vurur. Qabaxda kürək dişdəri olur, kürək dişdəri vurur, yerinə iri diş çıxır. Onda bir yaşı tamam olur. Bir yaşı tamam olan kimi olur toğlu. Təxminən on-on iki ay arası toğlu qırxılır. Qırxıldı, oldu quzu. Oktyabr, sentyabr ayında olan quzu taxıl biçini vaxdı qırxılır. Quzunu taxıl biçininnən tez qırxmax olmaz. Çünki quzu bəlim deyirik, saman deyirik, o samannıxda otdamasa, hamamda ki par olur ey, bax, elə buxar olur. Onu çöldən günün isdisi yandırır, içəridən yediyi saman, bəlim onu dartır, yığışdırır. Quzunun içi bişməsə, o quzunu qırxsan, el arasında ona qartdanqaz deyillər, yəni o quzu, qaldırmır yununu və o quzu yekəlməz da, qaldı xırça. Gərək o quzu təmiz tərriyə, tərriyən kimi yunun qaldırajax. Yununu aralayan kimi görəjəhsən ki, yunun dibi dümağdı. Kiri özüynən bərabər qaldırıf göyə, dəri buraxıf kiri. Buğda biçilməmiş quzunu qırxsan, quzu qızdırajax. Onu qırxanda olur toğlu.

Toğludan sonra şişək gəlir. Şişək olanda altdan kürək dişi deyillər, iki cüt kürək dişi deyillər, ikisin də vurur. Onnan bilirsən ki, bunun iki yaşı var. Üç yaşı tamam olanda bir cütünü vurur. Dördüncü dişini vuranda olur öyəc. Beşinci dişə çatanda olur qara diş. Qaradişdən sora olur azman. Azmandan sora el arasında ona dızman deyillər. Çox böyük olur. Dızmannan sora gəlir mələməz. Mələməz olanda altı-yeddi yaşını keçirmiş olur. Nə qədər isdiyir mələsin, səsi çıxmır.

1   ...   7   8   9   10   11   12   13   14   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə