AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu ­­­­­­­­­­­



Yüklə 2,25 Mb.
səhifə2/19
tarix21.03.2017
ölçüsü2,25 Mb.
#12161
1   2   3   4   5   6   7   8   9   ...   19

* * *

Hadı idi, Hudu idi, bir də mən idim. Gedirdik Təbriz hamamına, üç bisti tapdıq. Pul, nə pul? İkisi sınıq, birinin sikkəsi yox. Sikkəsi yoxu verdik üç tüfəngə. Tüfəng, nə tüfəng? İkisi sınıq, birinin qundağı yox. Qundağı yoxnan, üç ov vurduq. Ov, nə ov? İkisi ölü, birinin nəfəsi yox. Nəfəsi yoxu apardıq üç kəndə. Kənd, nə kənd? İkisi yıxıq, birinin divarı yox. Divarı yoxdan üç qarı çıxdı. Qarı, nə qarı? İkisi kor, birinin gözü yox. Gözü yoxdan, üç küp aldıq. Küp, nə küp? İkisi sınıq, birinin dibi yox. Dibi yoxda ovları bişirdik, yedik. Qarnımızın xəbəri yox.


Hədik ilə Hüdük
Biri var idi, biri yox idi. Dörd adam var idi. Adları Hə­dik, Hüdük, Kosakoroğlu, zirnaçı Əbdürrəhman. Bir gün bun­lar ov üçün ormana çıxdılar. Dörd yoldaş özlərin bu ağaclığa, o ağaclığa vurub ancaq bir mığmığa şikar etdilər. Ovlamaq­dan sonra mığmığanın dərisini soymaq üçün Əbdürrəhman Hədik, Hüdügə üzünü tutdu, dedi:

– Hədik, sənin bıçağın var? Hüdük, sənin bıçağın var?

Hədik, Hüdük cavab verdilər:

– Yox.


Əbdürrəhman dedi:

– Qarnıvuza yaman ox!

Kosakoroğlu o yandan dedi:

– Mənim bir dənə tiyəsiz bıçağım var.

Kosakoroğlu o tiyəsiz bıçaqla mığmığanın dərisin soyub Hədik, Hüdükdən soruşdu:

– Hədik, sənin qazanın var? Hüdük, sənin qazanın var?

Hədik və Hüdük cavab verdilər:

– Yox.


Kosakoroğlu dedi:

– Qarnıvuza yaman ox!

Əbdürrəhman o taydan cavab verdi:

– Mənim bir dənə dibsiz qazanım var.

Əbdürrəhman qazanı gətirib mığmığanı bişirib yedilər. Gəlməgə iradə elədikləri zaman Əbdürrəhman ip axtarırdı, dərini bağlayıb arxasınca alsın. Hədik, Hüdügə dedi:


  • Hədik, sənin ipin var? Hüdük, sənin ipin var?

Hədik-Hüdük dedilər:

-Yox.


Əbdürrəhman dedi:

– Qarnıvuza yaman ox!

O taydan Kosakoroğlu bir tel saçlarından qopardıb gəldi ki, mığmığanın dərisini bağlasın. Gücü çatmadığı üçün Hədik, Hüdük də yardıma gəldilər. Amma onların da gücü çatmadı. Əb­dürrəhman beləsi görəndə, gəldi dərini arxasına alsın. Yü­kün ağırlığından belinin yeddi möhrəsi yerindən tərpəndi, aciz qaldı. Onlar işin sonunda bir atlı qarışqa tapıb dərini yükləyib gəldilər.

DÜZGÜLƏR, ACITMALAR,

UŞAQ NƏĞMƏLƏRI


Ala dana,

Göy dana,

Qorxmursan

Cıx meydana.


Əhəd əmi,

Damda yatar,

Dambılın

Atar,


Tikan batar.
Eşşək adam,

Qoduq başlar,

Hec görmüsən

Yeriyə daş?


İrza, İrza,

Mindi xoruza.

Bir təpik vurdum,

Düşdü hovuza.


Cıqqılı kişi,

Dağ yemişi.


Hoqqa maşa,

Dəydi daşa.

Üc arvadın

Birini boşa.




ACITMALAR


Qarğa deyir:

– Qar-qar.

Qəcələ deyir:

– Zəhrmar.

Sərcə deyir:

– Nə işin var?


Qoca, qoca,

Sən gələn gecə

Qapı cırıldar,

Pişik movuldar.


Kecəl, kecəl bamiyə,

Getdi həkimxaniyə.

Həkimxana bağlıdı,

Kecəlin başı yağlıdı.


Kecəllər ha,

Kecəllər,

Yığışallar,

Aş icəllər.


Kecəlin

Hindi başı,

Mazammətə

Mindi başı,

O tayda

Daş atdılar,



Bu tayda

Sındı başı.


Gəlin getdi

Hamama,


Cıxdı oldu

Şamama.
Havva xala,

Təndiri qala.

Kösövü götür,

Məni qavala.
Yağdı yağışlar,

Banladı quşlar.

Bizim dərvişlər,

Qıcın qərişlər.


Keçəl, keçəl

Naz eylər,

Quyruğun bular

Toz eylər.

Girər əncir

Koluna,


Saxsağana

Göz eylər.

Dınqılı, dınqılı,

Dur cay qoy.

Evimi süpür, nahar qoy.

Mənim adım Həlmədi,

İsfahannan gəlmədi.

İsfahan mənim olsun,

Qırmızı donum olsun.

Geyim gedim Tehrana,

Tehranda toyum olsun.

Qızlar gəlsin toyuma,

Qurban olsun boyuma.
Üşüdüm, ay üşüdüm,

Dağdan alma daşıdım.

Almacığım aldılar,

Mənə curum vurdular.

Mən curumdan bezaram,

Dərin quyu qazaram,

Dərin quyu beş keci,

Beşi də ərkək keci,

Ərkək qazanda qaynar,

Qənbər yanında oynar.

Qənbər getdi oduna,

Qarqı batdı bıdına.

Qarqı deyil, qəmişdi,

Beş barmağım gümüşdü.

Gümüşü verdim tata,

Tat mənə darı verdi.

Darını səpdim quşa,

Quş mənə qənət verdi.

Qənət caldım ucmağa,

Haq qapısın acmağa.

Haq qapısı kilitdi,

Kilidi dəvə boynunda.

Babam Gilan yolunda,

Gilan yolu sərbəsər,

İcində ahu gəzər.
– Denən bir alma.

– Bir alma.



  • Yeri-yeri yolda qalma.

Denən, nəlbəkı,

– Nəlbəki,

– O kimdi tövlədəki?


– Denən, əriştə.

– Əriştə.

– Dədön-nənön behiştə.
– Denən, badam.

– Badam.


– Gözlərivə qadam.
– Denən yeddi.

– Yeddi.


  • Aşığın əlindən getdi.


Kəsibdi


Əlimi bicax kəsibdi,

Dəstə bicax kəsibdi,

Yağ gətirin yağlıyax,

Dəsmal gətirin bağlıyax.

Dəsmal dəvə boynunda,

Dəvə Gilan yolunda,

Gilan yolu sərbəsər,

İcində ahu gəzər.

Ahunun balaları,

Məni gördü ağlaşdı.

Tumanına qığlaşdı,

Tumanı boluh-boluh,

Aftaha dəlih-dəlih,

Həsən bəyin nəyi var?

Qələm yazan qolu var,

Cit oynadan qızı var,

Göy mıncixlı iti var,

Dağa cıxan atı var.

Əlində bir lutu var,

Əlli batman g.... var.





TAPMACALAR


Ahanı hay ahanı,

Gəzər cümlə cahanı.

Gətirsən öldürməyə,

Nə əti var, nə qanı.



(Yel)
Ahanı hay ahanı,

Gəzər külli cahanı,

Altı qıçı var, iki dabanı.

(Tərəzi)
Axşam baxdım çuxura,

Səhər baxdım yuxudu.



(Uduzlar)
Altı qoyun, üstü keçi, başı fındıq, quyruğu qayçı.

(Çarıx)
Alalar hay alalar,

Üstü yaşıl, içi

Qırmızı alalar.

(Qarpız)
Atım ha atar,

Cəməndə otlar,

Vədəsi gələndə

Dimdiyi çatlar.

(Pambıq)

Aynanı qapaxladım,

Dörd bir yanın sacaxladım.

(Göz)
Azan oxur, namaz qılmaz,

Arvad alar kəbin bilməz.



(Xoruz)
Azar üstü dumandır,

Duman üstü samandı.

Samana bir od düşübdü,

Ay Allahım amandı.



(Qəlyan)
Başını kəsərəm qanı yox,

Yumurtasının sanı yox.



(Qarışqa)
Bazarda olmaz,

Tərəzidə durmaz,

Ondan şirin zad olmaz.

(Yuxu)
Beş bacıyıq, beşimiz də bir peşəyə baxarıq.

(Corab mili)
Bir atım var sakit durmaz,

Hey yol gedər heç yorulmaz.



(Çay)

Bircə belə boyu var,

Qırmızıca boyu var.

(İydə)
Bircə belə boyu var, dağdan

şələ yendirər.



(Göbələk)
Bir damım var bir dirəkli.

(Göbələk)
Bir inəyim var, uyruqlamasan yerinə girməz.

(Qaşıq)
Bir inəyim var bayırdadı,

İl on-iki ayı bayırdadı.

İldə bir yol sağılar,

Özü genə də bayırdadı.



(Zəmi)
Bir səhəngim var, iki rəngli

su tutar.

(Yumurta)

Bizdə Yusub oturub,

Boynun qısıb oturub.

(Şor motal)
Bir atım var sakit durmaz,

Hey yol gedər heç yorulmaz.



(Çay)

Biz idik bizləridik,

Otuz iki qızlardıx.

Əzilərdik, üzülərdik

Bir taqcaya düzülərdik.

(Otuz iki diş)
Bizim evdən, sizin evə

cınqıllı tas.



(Siçan)
Bizim evdə kəndi var,

Kəndinin kəməndi var.

Göydə uçan quşların

Ayağının bəndi var.



(Tərəzi)
Bir quşum var alaca,

Gedər qonar ağaca,

Özünə bir ev tikər,

Nə qapı qoyar, nə baca.



(Barama qurdu)
Bir şey vardı yemişdim,

Yeməsəydim ölmüşdüm.

Indi olsa yemərəm

Yeməsəm də ölərəm .



(Ana südü)
Dağdan atdım ölmədi,

Daşdan atdım ölmədi,

Suya atdım öldü.

(Kağız)

Bir hovuzum var cimməli,

Başı qızıl döyməli.

Hər kim onu tapmasa,

Bir qonaqlıq verməli.

(Samovar)
Boz öküz gedər gəlməz,

Qırmızı öküz yatar durmaz.



(Od və tüstü)
Burda vurar qılıncı,

Misirdə oynar ucu.



(İldırım)
Çatı su içər, dama köçər.

(Boranı)
Çayda şappıldar,

Dağda tappıldar.

Kənddə Süleyman,

Obada mehman.



(Balıq, balta)
Çin otaq,

Çin– çin otaq,

Qırx pilləkən,

Min bir otaq.



(Kələm)
Çıxdım təpəyə,

Düşdüm küpəyə.



(Çəkmə)

Cavanlıqda qaçmaz,

qoca­lıqda qaçar.

(Yel qovan kol)
Dağdan gəlir dağ kimi,

Qolları budağ kimi,

Əyilir su içməyə,

Bağırır ulağ kimi.



(Sel)
Dağdan gəlir dağ araca,

Quyruğun vurub ağaca,

Evin yıxılsın fələk,

Nə qapı qoydun, nə baca.



(Sel)
Dağdan gələr dağ əlaca,

Tökülər yal -yamaca.

(Qar)
Damdan dama dingilim fıs.

(Dolu)
Dam üstə daylağ oynar.

(Dolu)
Dədəmin bir donu var,

Qatdamaq olmaz,

Içi dolu şah Abbas

Sanamaq olmaz.



(Göy, ulduzları və ay)

Dəyirmana dən gedir,

Gedin görün nə gedir,

Tikilməmiş çuvalda

Çəkilməmiş un gedir.

(İydə)
Dəvədən uca, kürsü boyuca.

(Dəvə palanı)
Dilim– dilim nar,

Diziməcan qar.

Uçdu bu kəklik

Qondu bir dilbər.



(Xırman şanası, yaba)
Dolu gedər, boş gələr,

Tərpədəndə xoş gələr.



(Qələm)
Duvar üstə ağ toyuq.

(Dil və dişlər)
Evimizdə bir kişi var,

Nənəminən işi var.



(Cəhrə)
Gəlirdim kənddən,

Səs verdi bənddən,

Ağzı sümükdən,

Saqqalı ətdən.



(Xoruz)

Gecədə gedər Camal bəy,

Günüzdə gedər Camal bəy,

Heç yorulmaz Camal bəy.



(Su, çay)
Gedən leyli,

Gələn leyli,

Bir qıç üstə

Duran leyli.



(Qapı)
Göbəyim göbəyən,

Mıxım dələyən.



(Dəstək)
Göydən gələr hənir-hənir,

Vur başına için gəmir.



(Girdəkan)
Hacılar haca gedər,

Cəhd edər gecə gedər.

Bir yumurtanın icində

Yüz əlli cücə gedər.



(Nar)
Ha gedər,

Hu gedər,

Bir qarış

Yol gedər.



(Ürək)
Ha gedər, hu gedər.

Bircə qəriş yol gedər.



(Nənni)
Hamını doyurar, özü ac qalar.

(Dəyirman)
Hamını bəzər,

Özü lüt gəzər.



(İynə)

Hap, hapı,

Kərki sapı.

Bir butağı,

Beş yarpağı.

(Əl və barmaqlar)
Hədi yabanı, hudu yabanı,

Altı qıçı var, iki dabanı.



(Əl tərəzisi)
Həzar, həzara gedər,

Tükan, bazara gedər,

Ata yatıb beşikdə

Oğlu bazara gedər.



(Üzüm)
Hini-hinicə,

Boynu ayrıca.

Hayana gedim,

Bu yarı gecə.



(Baca və tüstü)

Hini– hinicə,

Burnu iricə,

Hara gedirsən,

Bu yarı gecə.

(Başmaq)
Xanım oyandı,

Cama dayandı,

Cam sındı,

Qana boyandı.



(Nar)
İlmə, ilmə ilməsi,

İlmə xatın döyməsi.

Hər kim onu tapmasa

Yeddi ilin xəstəsi.



(Üzərlik)
Keçirdim bağ arası,

Tapdım bir gün parası.

Öpülməmiş qız gördüm

Üzündə diş yarası.



(Ay)
Qax, qax, qax,

Bir oğlan doğmuşam,

ağappaq

İnanmırsan, dur get bax.



(Yumurta)
Qanadlıdı quş deyil,

Buynuzludu qoç deyil.



(Kəpənək)

Qapı dalında qara molla.



(Xəkandaz)
Qapı dalında kilkəli qız.

(Süpürgə)
Qara nəzər

Qapıları gəzər.



(Sac)
Qərə toyux,

Qarnı yarıx.



(Divar buxarısı,

yaxud ocaq)
Qəlibsiz güllə tökər.

(Keçi qığı)
Qırmızı duvar üstə ağ cücələr.

(Ağız, dişlər)
Qonağım gəlib haqdan,

Qoç kəsmişəm nahaqdan,

Nə qoçun sümügü var,

Nə qonağımın dişi.



(Qonaq, dünyaya təzə

gələn uşaq, ananın döşü)
Quyruğundan tutanda qan

basar.


(Çaynik)

Quyruğun kəsməsən,

pəyəyə girməz.

(Kişmiş)
Mən gedirəm o da qalır.

(İz)
Mən getdikcə o da gedər.

(Kölgə)
Mənim maral inəyim,

Qarnı xaral inəyim.

Ot otlamaz, su içməz

Cəpəri yarar inəyim.



(Yaba)
Mənim dədəm burda yatıb,

Da...orda atıb.



(Qarpız tağı)
Mindirdilər ağaca,

Çıxartdılar yamaca.

Apardılar bir yerə,

Nə qapı var, nə baca.



(Ölü və qəbir)
O yan qala, bu yan qala,

Ortasında sarı maya.



(Yumurta)

O yanı taxta,

Bu yanı taxta,

Sevgili bəy

Durub taxta.

(Bağa)
O yan mərmər, bu yan mərmər,

Içində bir bülbül oynar.



(Dişlər və dil)
O yan daş, bu yan daş,

İçində qırx -əlli baş.



(Hamam)
Özü özünə qəbir qazar.

(Damcı)
Sarı, sarı sandıqlar,

İçi dolu fındıqlar.



(Qabaq dişlər)
Sarıdı zəfəran deyil,

Yazılıdı Quran deyil.



(Sikkə)
Sarıdı zəfəran deyil,

Yazılıdı Quran deyil,

Buynuzu var, qoc deyil,

Qanadlıdı quş deyil.



(Bal arısı)
Sarı fərik suda sınar.

(Ləpə)

Sarıdı, qırmızıdı, dü rəngidi,

Atılıb düşər firəngidi.

Gecələr o çalar, mən

oynaram.

Günüzlər mən içmişəm, o, bəngidi.



(Birə)
Səhər durdum göy ovlağı çirpdım yerə.

(Fırtığ)
Səkidə çökər, yumurta tökər.

(Kündə salan arvad)
Sildim, süpürdüm gəl otur.

(Kürsü)
Tapışdırdım hopuşdurdum,

Çatlaquva yapışdırdım.



(Yamaq)
Tap tapbaca,

Tap yapbaca,

Məməli xoca

Dişləri yox.



(Toyuq)
Tap o nədi tapbaca,

Ayaxları yapbaca,

Gözləri piyalaca .

(Dəvə)

Tappaca tapdım baca,

Itə vursan it də qaça.

(Kösöv)
Uzun uzun qəmişlər,

Gecə bizə gəlmişlər.

O vaxtdır oyanmışlar

Xurdu -xəmir olmuşlar.



(Əriştə)
Uca damdan alçaq dama

qar yağar.



(Ələk)
Üç bacıyıq, üçümüzün də

döşü yanıq.



(Ocaq daşı)
Ülgüc kütəlməz, quyruq

qurtarmaz, məcəəyə dolmaz.



(Əzrayıl, dünya,

qəbiristanlıq)
Yer altda qanlı küpə.

(Qənd çuğunduru)
Yer altdan yasa gedər.

(Siçan)
Yer altda çöllü qodux.

(Soğan)
Yerə vurdum baltanı,

Ağzı gümüş xaltanı.

Yerdən bir oğlan çıxdı,

Cümlə cahan sultanı.



(Su)
Yük üstə qıllı yumax.

(Pişik)
Yol üstə yorğun qatır,

Heç durmaz hər gün yatır.



(Körpü)
Yol üstə yağlı qəyiş.

(İlan)
Yol üstə qazan qaynar.

(Qarışqa)
Yol üstə bağlı boxca.

(Mal fəzləsi)
Yük üstə Yusuf yatıb,

Qulağın qısıb yatıb.



(Pişik)



OYUNLAR
Südlü sümük oyunu

Südlü sümük oyunu bir yarışma oyunudur. Oyunçuların sayı hər neçə nəfər ola bilər (nə qədər çox olsa, bir o qədər yaxşı olar). Oyunun adamları oğlanlı, qızlı bütün yaşlarda ola bilərlər. Uşaqdan tutmuş qocaya kimi.

Oyunun vaxtı: Gün batandan sonra, gecə vaxtı ay işığın­da.

Oyunun oynanması: Öncə ölmüş heyvanın sümüklə­rin­dən birini ayırıb, oyun üçün seçərlər.

Əksərən dişi üstündə olan əng sümüyü, ya da bir nişan qoyulmuş sümük olar. Oyunu başlamazdan bir əbə qazıb (bir kiçik cula qazarlar) sonra hər neçə nəfər olsa iki bölümə bö­lünüb, öncə hansı qrupun başlayacaqlarına görə atarlar. Sonra hər tərəfə düşsə, o tərəfdən bir nəfər sümüyü atar. Sümüyü atanda hamı gözün yumar, sonra hamı düşər sümüyü axtar­mağa. Hər kim tapa bilsə, gərək sümüyü əbəyə yetirə, yoxsa tutub sümüyü alarlar. Ancaq yoldaş, yoldaşa sümüyü verə-verə gətirib əbəyə çıxardarlar. Hər qrup sümüyü əbəyə yetirə bilsə, o qrup o biri qrupu bir məlum yerədək minərlər. Sonra udan qrup oyunu yenidən başlar.
Baş qoruma (Baş tutdu)

Oyun birbaşa yarışma oyunudu, oyunçuların sayı hər neçə nəfər ola bilər.

Oyunun vaxtı: Yaz günləri çiməndə, ya da bir yumşaq yerdə.

Oyunun oynanması: Oynayanlar çevrə vurub aralarından birisini seçib ortalarında oturdarlar. Bir nəfər də seçirlər ki, onu qorusun (baş qoruyan). Qoruyucu əlin oturanın başına, ya da çiyninə qoyar. Oturan heç nə etməz, sakit oturar. Çevrə­dəkilər oturanın kurəyindən vurmağa çalışarlar. Hər kəs istəsə oturanı vura qoruyucu ayağı ilə yerdə oturanı qoruyub, qoy­maz ki vursunlar. Burada qoruyucu hər kimi vursa yerdəki də (aradakı ki, oturmuşdu) durub baş tutar (baş qoruyar) gahdan da baş tutanı yıxılsın deyə itələyirlər. Beləliklə, oyun davam edir.


Topana cızan

Topana cızan – bu oyunda oynayanların sayı 4 nəfərdən az olmaz (çox da ola bilər). Qızlar, ya da oğlanlar oynayarlar. İki qurupa bölüşüb bir azcıq dayrə çəkərlər. Bir qrup cızıqdan içəri, bir qrup da cızıqdan bayırda (eşikdə) durarlar. Eşikdə­kilər bir top ilə cızığın içərisindəkiləri vurarlar. Əgər olar topu tutup top atanı vura bilsələr, oyunçuların yeri dəyişilər. Oyun da davam edər.


Əl məndə oyunu

Bu oyunu oğlan, həm də qızlar oynayarlar.

Oyunu oynayanlar iki nəfərlik qruplara bölünərlər. Son­ra püşk atıb bir qrupu seçərlər. Seçilən qrup (iki nəfər) bir yer­də durarlar. O birilər gəlib onları vurarlar, gərək vurulan iki nəfər vuranlardan birisini tutalar. Elə ki, tutdular, o biri yoldaşı da gəlib onların yerində durarlar. Oyun dəyişilib davam edər.
Əl-ələ

Balaca uşaqlar əl-ələ yapışar və yeriyə-yeriyə oxuyarlar:

– Əl-ələ

Kətan kələ,

Biz gedirik.

Babam mənə papış alıb,

İçi dolu kişmiş alıb.

Bir tayı sənin,

Bir tayı mənim,

Donbalan pis.

Bunu deyib çömbəlib yerə oturarlar. Ayağa qalxar, yeni­dən bu qoşmanı oxuyarlar.
Qonaq bacı

Uşaqlar evcik qurar və biri-birinə növbə ilə qonaq gedərlər.


İncələ qiz

Dörd-beş nəfər oyunçu üz-üzə dairə durar. Bir oyunçu da arada çömbələr. Bir başqa oyunçu ki ana rolunu ifa edər dəstədən kənarda gəzər və deyər:

– İncələ qızım itibdir,

Torbada duzum itibdir.

Axırda gələr və qızı tapar.
Qovala qaçdı

Bir oyunçu yoldaşını qovalayır. Onu vura bilərsə vuru­lan dönüb vuranı qovalayır. Beləcə, bu onu o bunu vurub qaçmaqla oyun uşaqlar yorulana kimi ədamə tapar.


Tas Məlik

Usta divarın dibində və oyuncular da onun yan– yörə­sində oturarlar. Oyuncuların biri ustanın qabağında oturar və başını ustanın qucağına qoyub gözlərin yumar, usta iki əlini bir-bir dalbadal onun kürəyinə tapdayar və deyər: “Tas Məlik, dunbəyindən nəyindən?” Barmağını onun üzvlərinin birinə tuşlayır. O üzvün adını düzgün cavab verərəsə, durar və ayrı oyuncu onun yerinə göz yumar. Eləcə oyun davam edər.


Cızdana-cızdana

Uşaqlar əlləri bir-birinin üstündə hər oyuncu iki barma­ğıyla cimdiklər – yoldaşının əlinin dalısının dərisindən tutar­lar. Məsələn, oyuncu üç nəfər olarsa altı əl üstə bir birindən tutacaq. Sonra əllərini birgə aşağı yuxarı aparıb ritmlə hamısı deyirlər: “cızdana-cızdana əlim yandı, cızdana-cızdana əlim yandı.” Lap altdakı əl çıxar, ən üstdəki əlin dalısından yapışar və beləcə oyun davam edər.


Atlanmaq

Daldan qaça-qaça gəlib cüt qıclı uzununa atlanmaq.

Bir yerdə durub cüt qıclı uzununa atlanmaq.

Göyə atlanıb necə dəfə ayaqları bir-birinə vurmaq.

Sağ əl ilə sol qıcın baş barmağından tutub bir qıclı ma­neədən atlanmaq.
Təkər sürmək

Təkər dairə şəklində dəmir məftil, ya da neft boşqa­la­rın­dan çıxarılmış barmaq enində dəmir olardı. Bir də dəmirdən bir dəstə olardı ki, ucunu əyib təkərə keçirdib sürərdilər. Ya da bir təkəri ağacla döyəcləyə– döyəcləyə sürərdilər.


Haça minmək

İki uzun ağac ki hərəsinin aşağı başı haça olar. Hər ağacı bir əldə saxlayar. Hər qıçını bir haçaya qoyar və ağacın dabanları üstə oyunçu yeriyir.


Atımın başı qızıl

Oyunçuların sayı cüt olmalıdır. Əgər iki nəfər olarsa, biri dalını divara dayayıb əyilər və ikincisi onun belinə minib və deyir:



  • Atımın başı qızıl, almışam səksən tümənə, verirəm doxsan tümənə.

Çox olarsa, cüt-cüt biri birini minib divar dibinə düzülərlər.
Dədəm mənə kor deyib

Bir uşaq əlinə bir ağac alar. Gözlərin yumar. Ağacı hər tərəfə tovlayar və deyir:

-Dədəm mənə kor deyib,

Hər gələnə vur deyib.


Bişibdi

Bu oyunu yekə-yekə gənclər də oynayarlar. Iki nəfər əl-ələ yapışar. Qalan oyunçular deyərlər: “bişibdir”. Calışarlar fürsət tapıb əllərini şap basalar o iki nəfəri vursunlar. O iki nə­fər də qavalayar, ta oyuncuların birini tutsunlar və səy edərlər ki, bir-birindən ayrılmasınlar. Yoxsa əlləri bir-birindən üzü­lər­sə təklikdə hər kimi tutar salar, göv deyil və hərəsin bir yer­də basıb döyəcəklər, ta güc billahla gəlib yenidən əl-ələ versinlər. Bu iki nəfər hər kimi tutarsalar, o gərək özünə bir yoldaş tapıb bu iki nəfərin yerini tutsunlar.


Sari gülün sapı

Uşaqlar bağlarda o çöldə bitən sarı gülün içi boş, lətif uzun sapını qırar və bir ucuna xətt salar ki, dörd yerdən açılıb eşiyə qatlansın. Bir zərrə palçıq yumurlayıb bu ucuna qoyar və dalı üstə otların içinə uzanıb sapın o birisi ucundan püfləyər. Yumru palcıq göydə azad qalıb oynayar.


İp ilə həndəsi şəkil

Təqribən yarım metrlik nazik ipin iki ucunu bir-birinə düyünləyərlər. Birinci oyuncu iki əl və barmaqlarına keçir­məklə ipi həndəsi şəklə salır. Ikinci oyuncu məharətlə iki əli­nin barmaqları ilə o ipi dərər və başqa bir şəklə salar. Sıra gə­lər birinci oyuncuya və beləliklə, neçə dəfə oyun idamə tapar.



Girdəkan dığırlamaq

Divarın dibindən bir dik yerdən birinci oyuncu bir dənə ceviz qoyar. Ceviz öz-özünə dığırlanar və gedib bir yerdə dayanar. Ikinci oyuncu divarın dibində münasib bir yerdən bir ceviz qoyar. Gedib əvvəlki cevizə dəyərsə, ikisini də götürər və özü bir ceviz dığırlayar. Dəyməzsə, üçüncü oyuncu cevi­zini dığırladar. Birinə dəyərsə hamısını yığışdırar. Üçüncü oyuncunun da cevizi dəyməzsə dördüncü cevizi dığırladarlar. Heç birininki dəyməzsə, qayıdar başa. Birinci oyuncu ikinci cevizini dığırladar. Axır bir oyuncunun cevizi yerdəkilərin birinə dəyəcək. Onda hamısını yığışdırar.


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin