AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu ­­­­­­­­­­­



Yüklə 2,25 Mb.
səhifə4/19
tarix21.03.2017
ölçüsü2,25 Mb.
#12161
1   2   3   4   5   6   7   8   9   ...   19

Digər andlar:
Başa and olsun.

Başın üçün.

Bu çörək haqqı.

Bu çörək mənə qənim olsun.

Canın üçün.

Dostluğumuza and olsun.

Haqq salama and olsun.

Həqiqətə and olsun.

Kişiliyə and olsun.

Kişi deyiləm, bişərəfəm, əgər yalan desəm, sabaha çıx­ma­yım.

Qardaşlığa and olsun.

Yediyimiz duz-çörəyə and olsun.



ALQIŞLAR VƏ XEYİR-DUALAR
Ağrımayasan.

Ağzın ağrımasın.

Ağ günə çıxasan.

Axırın xeyir olsun.

Allah ata və ananı sənə çox görməsin.

Allah ana və atana rəhmət eləsin.

Allah ata və ananı saxlasın.

Allah açıq qapı eləsin.

Allah ağla gəlməyən bəlalardan uzaq eləsin.

Allah ölənlərivə rəhmət eləsin.

Allah əcir versin.

Allah üzünü güldürsün.

Allah uşaqlarının canına dəyməsin.

Allah oğularını sənə çox görməsin.

Allah işin rast gətirsin.

Allah bəd gözdən qorusun.

Allah nəzərdən saxlasın.

Allah bərəkət versin.

Allah can sağlığı versin.

Allah çörək verənlərdən eləsin.

Allah dostu şad, düşmənivi xar eləsin.

Allah səni axlatmasın.

Allah ciblərivi pullu eləsin.

Allah çörək verənlərdən eləsin.

Allah dadına yetişsin.

Allah şadlıq qismət eləsin.

Allah heç kəsi yuxarıdan aşağa salmasın.

Allah bu əli o biri ələ möhtac eləməsin.

Allah heç kəsin əvvəlin əziz, axırın zəlil eləməsin.

Allah əziz eləsin.

Allah ömrünü uzun eləsin.

Allah qabağına dürri su çıxartsın.

Alah qəza qədərdən uzaq eləsin.

Allah qızlarını saxlasın.

Allah köməyin olsun.

Allah gələn günlərinin xeyir etsin.

Alah muradını yetirsin.

Allah nəvə nəticə qismət eləsin.

Allah hec kəsə əziz ölümü göstərməsin.

Allah heç kəsi ucadan aşağıya endirməsin.

Allah hamınızı yerin göyün bəlasndan hifz eləsin.

Allah yoxsulluqla imtahana çəkməsin.

Allah yolunu açıq eləsin.

Allah çox görməsin.

Allah ziyarətin qismət eləsin.

Allah bərəkət versin.

Allah oğlun saxlasın.

Allah oğul versin.

Allah sənə bir halal süt əmmişin yetirsin.

Allah sağ gözü, sol gözə möhtac eləməsin.

Ananın südü sənə halal olsun.

Ayaqların ağrımasın.

Az işləyib çox yeyəsən.

Bala dağı görməyəsən.

Bəxtəvər olasan.

Biz yedik azaltdıq, Allah çoxaltsın.

Cibin dolu olsun.

El içində başı uca və alnı açıq yaşayasan.

Evin abad olsun.

Əllərin ağramasın.

Əli kəmərin bağlasın.

Əllərin ağrımasın.

Gəlin otağı görəsən.

Gözün əlin tox olsun.

Gözlərin aydın.

Gün o gün olsun Məkkədən gələsən.

Hacılar tuabında olasız.

Xeyrə qabaq gedəsən.

Igidlər içində başı uca olasan.

Keçən günlərin geçdi, gələn günlərin xeyir olsun.

Qabağında duru su axsın.

Qəbrin nur ilə dolsun.

Qoşa qarıyasız.

Qol qanadlı olasan.

Min belə bayram görəsiz.

Namərdə möhtac olmayasan.

Nəvə nəticə görəsən.

O dünyadan bu dünyaya işıq olsun.

Oğul toyu, qız toyu görəsən.

Ovulmuş çörək yemiyəsən.

Özün işləyib sağ canınla yiyəsən.

Səni görüm iki dünyada xoşbəxt olasan.

Son qəmin olsun.

Şad yaşayasan.

Toyunda oynuyum.

Uğurlu olasan.

Yaman gün görməyəsən.

Yekə kişi olasan, barmaqla nişan verələr.

Yorulmayasan.
QARĞIŞLAR, BƏDDUALAR
Ağ günə çıxmayasan.

Ağzına əzvay acısı çöksün.

Ağzı acı olsun.

Ağzı şirin yeməsin.

Adın adlara qatım.

Allah baisin evin yıxsın.

Allah onun burnunu ovsun.

Allah qabağına qoysun – gördüyün iş, açdığın fırıqldaqda öz başına gəlsin.

Allah məni öldürsün, sənin əlindən yaxam qurtulsun.

Allah ona qənim olsun.

Aralıqda qalasan – yersiz-yurdsuz qalasan.

Avara qalsın.

Baisin torpağı dağılsın.

Baisin ocağı kecsin.

Baisi görüm pis günə qalsın.

Balası qabağında çapalasın.

Balası ölsün.

Balan qudursun.

Balaları yetim qalsın.

Başına küllər ələyim.

Başın ağarıncaq, gözün ağarsın – qocalmamış öləsən.

Başına göydən bir daş düşsün.

Başın meydan topu olsun.

Başına daş düşsün.

Bizim daşımız ağırdı.

Bizim daşımız elə düşüb hamının başına.

Boyuna xam ip tutum.

Boyun taxta üstə görüm (yuyum).

Boya-başa çatmayasan.

Boyuna xam ip tutum – kəfənləmək anlamında.

Bu bayram qara bayramı olsun.

Canı sinər yeməsin.

Cavanlığından xeyir görməsin.

Ciyərin çıxsın.

Ciyərin parçalansın.

Çolaq olasan.

Çox işləyəsən, az yeyəsən.

Çörək atlı olsun, sən piyada – çörəyin daşdan çıxsın, çətinliklə dolanasan.

Dalından kəsib, qabağına yamayasan–çətinliklərin, dərdlərin əlində avara olasan.

Dalın haray olsun, qabağın quyu – nə gediş yolun olsun, nə qayıdış.

Dədəsi it ilə qol boyun olsun.

Dili ağzında qan olsun.

Dilin yansın.

Dilin ağzında yansın.

Duvarlar dibində qalasan, avara qalasan.

Dübərdi dağılsın.

Evi yıxılsın.

Evladdan yarımayasan.

Ev-eşigi od tutub yansın.

Əli qoltuğunda qalsın.

Əlinə gələni dava dərmana versin.

Əllərin çürüsün.

Əllərin xəmir olsun, qarnın ac.

Əllərin xına görməsin.

Get, bir daş da dalınca – gedib, heç vaxt da

qayıtmayasan.

Get– qayıt olasan.

Gedəsən gəlməyəsən.

Gülər üzün olmasın.

Gözün çıxsın.

Gözün tutulsun.

Haramı olsun.

Hamıya möhtac olsun.

Heç “oxay” deyib dincəlməyəsən – həmişə zəhmətdə olasan.

Heç üzün gülüb, eynin açılmasın – çox gün görməyəsən.

Həzrət Abbas ona qənim olsun.

Xalqa elədikləri öz başına gəlsin.

Xeyir görməsin.

Xoş gün görməyəsən.

İşıqlı günə həsrət qalasan.

İlan çalsın.

İt əti olsun.

İt ətindən haram olsun.

İt-pişik üzünə həsrət qalasan – it-pişiksiz, heyvansız, kimsəsiz, yalqız qalasan.

Kor olasan.

Qabağından duru su axmasın.

Qan qusasan.

Qapın bağlansın.

Qara bəxt olasan (qızlara deyirlər, ər evində xeyir görməyəsən).

Qara geyinib, göy bürünəsən.

Qara yaylıq olasan – qızlara, gəlinlərə deyirlər, ərinin yasına batasan.

Qarnın odla dolsun.

Qara günə düşəsən.

Qara gündən göz açmasın.

Qıfılın düyünə düşsün, açarın dama – işlərini yerbəyer eliyə bilməyəsən.

Qisməti olmasın.

Qıçın sınsın.

Qırğına ürcah olasan– qırılsınlar.

Lal olasan.

Malın mur olsun – malın korlanıb, qurtarsın.

Mələyə-mələyə qalsın.

Mənim daşım düşsün onun başına.

Naqafildən bir gülləyə gələsən.

Naqafil dərdlərə düşsün.

Naqafil bəlaya rast gəlsin.

Nənən sənə ağlasın.

Nənən ağlar qalsın.

Nənən mələr qalsın.

Nənəsiz qalasan.

Nənənin ciyarı yansın.

Onu ondan da pis günə qalsın.

Onu o bir Allaha tapşırdım.

Onu ağam Əmir Əl-Mömünə tapşırdım.

Onu Həzrət Abbasa tapşırdım.

Onu bildiyicə çəksin.

Onu görüm sərgərdan qalsın.

Onun damağı yansın.

Oğlunun qara xəbəri gəlsin.

Sabaha çıxmasın.

Sağ gedib salamat qayıtmayasan.

Səni görüm çörək atlı olsun, sən piyada.

Sənin kimi uşağı çay aşağı axırdım, çay yuxarı axtarım.

Səni görüm nənən ölsün.

Su üzünə gülsün.

Səni ağlar qalasan.

Şələn ağır olsun, qarnın boş.

Təpəndən kül ələnsin – pis günə qalasan.

Tifağın dağılsın – ev-eşiyin dağılsın.

Ürəgi yansın.

Üzün gülüb, qabağın açılmasın.

Vurğuna gələsən.

Vurğunun güclü gəlsin.

Yaman günlərə qalasan.

Yanar oda düşəsən.

Yatasan durmayasan.

Yetim qalasan.

Yolçu olub qapı-qapı dilənsin.

Yükün ağır olsun, cibin boş olsun.



ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR
A

Ac it arıq itin ..... yalayar.

Ac adam daş da yeyər.

Aca meyid halaldır.

Ac başım, dinc qulağım.

Ac toyuq yuxuda darı görər.

Ac dəyirman doymaram, tox dəyirman acmaram.

Acın imanı olmaz.

Acın toxdan xəbəri olmaz.

Ac gəz, tox sallan.

Aclıq olsun, kef olsun.

Açıq qabı it yalar.

Açam sandığı, tökəm pambığı.

Açıq qapıya it də başın soxar.

Açılan düyünü dişə salmazlar.

Adam arığına can vermə, eşşəyin arığına can ver yükünü alsın dalına.

Adam utanmasa, oynamağa nə var.

Adam iti saxlar, qapısında abrına görə.

Adam birinə daş atmaz.

Adam çörək kəsən olmaz.

Adam qarnından artar.

Adada qurd az idi, biri də gəmi ilə gəldi.

Adam özü özünə eləyəni, el yığışsa eyləməz.

Adam bir dəfə doğulub, bir dəfə də öləcək.

Adam gərək ağzına görə tikəni götürə.

Adam gərək özü öz ehtiramını saxlaya.

Adam gərək bir acıyanda özünü saxlaya, bir giciyəndə.

Adam gərək sözü ağzında bişirib çıxarsın.

Adam gərək yorğanına görə qıçını uzada.

Adam gündə bir söz eşitməsə, qulağı kar olar.

Adam gedər, adı qalar.

Adam var dəyirmana gedər, İsfahan xəbəri gətirər, adam var İsfahana gedər dəyirman xəbəri də gətirməz.

Adamı paltar ilə tanımazlar.

Adamın alnına hər nə yazılıb, o da olacaq.

Adamın alnına yazılanı pozmaq olmaz.

Adamın ağlı gözündə olar.

Adamın qarnının içini görən olmaz.

Adam yıxılanda bir böyük yıxılar.

Adın qoydun dəyirmançı, çağır gəlsin dən Koroğlu.

Adın nədir? -Daşdəmir; -Yumuşanırsan, yumuşanır.

Adın nədir? -Rəşid; -Birin de, birin eşit.

Adam gedər adı qalar.

Adam, adam oğlu olar.

Adama gəl-gəl deyən çox olar, kömək eləyən az.

Adını qoydun bal ağa, başını sal qalağa.

Adın tut, qulağın bur.

Ağa dedi sür dərəyə, sür dərəyə.

Ağac öz dibinə kölgə salar.

Ağac olub, daş qəribliyə düşüb.

Ağcanı gördün, qaraca yadından çıxdı.

Ağrılı göz ağrıdan qurtarmaz.

Ağzın qanlı olsa, ut getsin, tüpürmə.

Ağa toxdu, nökər bir əpbək çoxdu.

Ağac bar gətirdikcə, başını aşağı tikər.

Ağacı öz içindən qurd yeyər.

Ağacı götürəndə oğru pişik üzün bəllədər.

Ağa gətirər novala, nökər tökər çuvala.

Ağanın pulu çıxar, nökərin canı.

Ağaya bir kəlmə söz nökərə bir illik yoldu.

Ağ pul qara gün üçündür.

Ağ gün adamı ağardar.

Ağladan yanına get, güldürən yanına getmə.

Ağlamayana pəpə yox.

Ağıllı biri tapmaz, dəli qatmasın qırar qaçar.

Ağıllı körpü axtarınca, dəli çırmalanıb çayı kecdi.

Ağıl yaşda olmaz, başda olar.

Ağır otur, batman gəl.

Ağlı olan arvad sözünə baxmaz.

Ağlın kəsməyənə inanma.

Ağlın başda olar yaşda olmaz.

Ağıl ağıldan ötkün olar.

Ağlamaq arvadın yaraşığıdır.

Axa-axa sel olar, dama-dama göl olar.

Axtaran tapar.

Alanda yaxşıdı, verəndə pis.

Aldım qoz, satdım qoz, mənə qaldı şıqqaşıq.

Allah uşaqlara ağıl versin.

Allah bir yandan bağlayanda bir yandan açar.

Allah birinə verəndə də, nənəsin soruşmaz.

Allah yandıran çırağı keçirtmək olmaz.

Allah dağala bal verməz.

Allah dağına baxar qar verər.

Allah saxlayana heç zad olmaz.

Allah sənə bir ağıl, versin mənə də bir çuval pul.

Allah kor quşunkun yuvada yetirər.

Allah verən canı ondan almaq olmaz.

Alına yazanı pozmaq olmaz.

Almanın bir üzü şirin olar, bir üzü acı.

Alimə iman verən canım, özüm qaldım imansız.

Almanı atıbdılar göyə, yerə düşüncə deyiblər ya nəsib.

Alver deyiblər, al vermək deməyiblər.

Anam məni dam üstə doğub.

Anlamaza hər nə desən anlamaz.

Anlamaza desən, nökərinəm deyər: əlbəttə.

Anlamazla bal yemə, anlıyanla daş daşı.

Anlayanın nökəri olasan, anlamazın heç ağası da olmayasan.

An məni, anım səni.

Anadan əziz bir də anadı.

Anasına bax qızını al, qırağına bax bezini al.

Analı qızın özü böyüyər, anasız qızın sözü.

Anamın aşı, təndirin başı.

Ana bala ucundan canını oda yaxar.

Anadan ayrılan quzunu qurd yeyər.

Aranda buğdadan olduq, buğdada xurmandan.

Arıq öz yerində kökələr.

Arpayı yenə buğda yedirdərsən, qudurub qaçar (buğda yeyənə arpa yedirdərsən qaçar).

Artıq tamahlıq baş yarar.

Artıq tamah acından olar.

Arğaca bax bezini al, nəniyə bax, qızını al.

Arvad evin yaraşığıdır.

Arpa əkən buğda biçər.

Arvad sözünə baxan avara qalar.

Arvad gətirən mal toxmaq olar, asılar qapının başından, bir girəndə dəyər kişinin başına, bir çıxanda.

Arvadın şərikli olsun, malın şərikli olmasın.

Arvad olmayan yerdə bu da arvaddır.

Asta yeriyər, qiyam basar, yerində marın kəsər.

Aslanın erkəyi dişisi olmaz (arvad ilə kişi hər cəhətdən bərabərdir).

Aşağıdan yuxarı gələn elin qədrin bilməz.

Aşı daşana gülmə, aşun daşar.

At öz yiyəsin tanıyar.

At ölüncə yiyəsi mat olar.

At ölər meydan qalar, igid ölər ad-san qalar.

At olanda meydan olmaz, meydan olanda at olmaz.

At qardaşdan yaxşıdır.

Atlı atını sürəndə bu da dayçasını cıxardır.

At miniş ögrədər, heç kim bacarığı ana qarnından gətir­mə­yibdir.

At minənindir, don geyənin.

At minəni tanıyar.

Atı at yanında bağlarsan rəngin də götürməsə xuyunu götürər.

Atın colağı seyidə nəzirdir.

Atını satan nuxta alanmaz.

Atının tərkinə mindirməyəni, itinin tərkinə mindirmə.

At öləndə itin toyudur.

At atın təpiyin götürər.

At olan günü atdır, oğul doğulan günü oğul.

At gərək öz altında axsamaya.

Ata min, ceyda götür.

Ata-ana kiçik tanrıdır.

Atı ağzına görək alıllar.

Atım ölmə yonca bitəcək.

Atın almamış axırın çəkmə.

Ayın on beş günü qaranlıq olar, on beş günü işıq.

Ayı il qonaq olan basar, belin sındırar.

Ayıblı ayıbın bilsə, öz başına palaz örtər.

Aya o qədər baxmasan ki, düşər ayağın altına.

Ayda ildə bir namaz, onu da şeytan qoymaz.

Ayda bir gəl altana çələ salım. Gündə bir gəl altına həsir salım.

Aydan işıq, sudan duru.

Ayının yetmiş iki oyunu var, yetmiş ikisi də bir armud­dan ötürüdür.

Az ağrı, asan ölüm.

Azrail can verməz.
B

Bablı babın tapmasa, gülməz üzü.

Bacanaq bacanaqı görəndə yanı qaşınar.

Bahalıqdan çox yemə adın qalar çox yeyən.

Bağda ərik var idi, “salam Məlik” var idi.

Bağlı qapıya daş dəyər.

Bağlı qapıdan min bir bəla keçər.

Balalı qarğa bala yeməz.

Balıq da böyük xalıqdır.

Balığı boşla, balıq da bilməsə xalıq bilər.

Barmağın dəryaya vursa, dərya bulanar.

Başına gələn başmaqçı olar.

Başa gələni heç kəs bilməz.

Baş olsa papaq tapılar.

Başın çıxan yerə burnunu soxma.

Baş-başa söykənməsə daş yerindən oynamaz.

Başmaq deyiləm hər ayağın qabı olam.

Başmağın dardı sat qurtar.

Başını yardığı daş olar, ağzını yandırdığı aş.

Bazara girdin gərək cibinin ağzın açıq qoyasan.

Benamus canım, dinc canım.

Beşdə alacağı yox, üçdə verəcəyi.

Beş barmağın beşi də bir boyda deyil.

Bəxti yatan adamın salamı da acıqlıdır.

Bəndənin dayağı Allahdan irəlidir.

Bəy verən atın dişinə baxmazlar.


Bəy öz toyunda oynasa ucuzluq olar.

Bir ağacın kölgəsində mini yatar.

Bir arxa ki, su gələ ümid var, bir də gələ.

Biri batman olanda biri gərək yarım batman ola.

Bir daşdı artıq, ya tutar, ya tutmaz.

Bir daşın altın qaldırsan, min arvad tapılar.

Bir dəli bir quyuya daş atar, min ağıllı çıxarda bilməz.

Bir dili var ki, ilanı yuvasından çıxardar.

Bir evdə ki iki baş çıxdı, biri gərək kəsilə.

Bir ev adam yığılsa, dərdi doğan çəkər.

Bir əppək ye, birin də Allah yolunda ver.

Bir əldə iki qarpız tutmaq olmaz.

Bir ölümə çarə yoxdur.

Bir itin qulağın kəssən, biri deyər uzundu, biri deyər, gödəkdir.

Bir qarın iki minnət götürməz.

Bir naxırın adını bir dana batırar.

Bir tikəni bilməyən min tikəni də bilməz.

Bir şəhərə girdin, gördün hamı kor, sən də kor.

Bir zaddan ki, adam kökəlmiyəcək, niyə arıxlasın.

Birlik harda, dirlik orda.

Biri ölməsə, biri dirilməz.

Biri çörək olanda, biri gərək punza ola.

Bir yemirəmdən qorx, bir içmirəmdən.

Bizdən demək, səndən eşitmək.

Bizə gələn bizə bənzər.

Bizim tasımız düşüb, cingildəyib səsini aləm eşidib.

Bizim damımız hamıdan alcaqdı.

Bizə cücə basırmaq düşər.

Bel ver, dəstə ver, yüz altın da üstə ver.

Bivaxt gələn qonağın xərci öz kisəsindən olar.

Borclu borclunun sağlığın istər.

Bostançı qulağı ağır eşidər.

Böyük sözünə baxmayan peşman olar.

Böyüyün böyük yeri var, kiçigin kiçik.

Böyüyə ehtiram, kiçiyə hörmət.

Bu bez, bu arşın.

Bu camaat qılınc müsəlmandır.

Bu dünya quyruğu uzun dünyadır.

Bu zamanda dəvəsin satan köşşək ala bilməz.

Burda mənəm, Bağdadda kor xəlifə.

Buğda əppəyinin buynuzu olar.

Bulanmasa durulmaz.

Bundan da bizə cırağ yanmaz.

Bu günün sabahı da var.

Bulud altının günü, yaşmağ altının dili.

Bu günü sovuşdurdu, sabaha Allah kərimdir.

Bu dünyada qəmsiz olmaz, qəmsiz adam ya gic olmaz.

Bu gözdən o gözə haray yoxdur.


C

Cahil bir yaşar, bilgili min yaşar.

Cahil ilə bal yemə, aqil ilə daş daşı.

Cahil ilə çıxma yola, gətirər başına min bir bəla.

Cahil olan vaxtsız ötən xoruz kimidir.

Cahil özünə düşməndir, başqalarına nə cür dost olar?

Cahildə söz ilinməz.

Cahildən qorx, aslandan qorxma.

Cahilə qoşulan cahil olur.

Cahilə söz anlatmaqdansa, dəvəni xəndəkdən atlatmaq iyidir.

Canavarnan qonşu olan çomağını yerə qoymamalıdır.

Can kirə ilə yanar.

Can versən sərçəyə ver, qaranquş gəlib gedəndir.

Canımı da alsan gülə-gülə al.

Cavanlıqda qəfəs, qocalıqda həvəs.

Cəhənnəmdən gələn mən, xəbər verən bu.

Cəhd elə dost qazan, düşmən ocaq başında.

Culfa olmamış kələf oğurluyur.

Cuhud qan gördü.

Cücəni payızda sayarlar.

Cücə həmişə səbət altda qalmaz.
Ç

Çaxırçının şahidi üzüm ayaxlıyan olar.

Çaladan cıxdıq, çuqqura düşdük.

Çarığın tapan dolağın da tapar.

Çay axar, el baxar, sənə də baxar, mənə də baxar.

Çırağ öz dibinə işıq salmaz.

Çeynənən saqqız çürüyər.

Çox oxuyan çox bilməz, çox gəzən çox bilər.

Çox bilsən az danış.

Çox bilmişdiyindən boyu çıxmaz.

Çox dolanan çox bilər.

Çox qeyrətlilik biqeyrətlik gətirər.

Çox ver, az yalvar.

Çox başına çox bilməz, çox dolanan çox bilər.

Çox yeməklik adamı az yeməklikdən də qoyar.

Çörək verən ac qalmaz.

Çörək verən adam gözündən tanınar.

Çörəyi başında dolandırır.

Çörəyi cavanlığında qazan, inamı da.

Çörəyi at dəryaya, balıq da bilməsə, xalıq bilər.

Çörəyin yavan olsun, amma dualı olmasın.

Çörəyi ver çörəkçiyə, bir çörəkdə üstündə.


Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu.

Çuğundurun da özünə görə damarı var.


D

Dadanan ilə quduranı saxlamaq olmaz.

Dadanmısan dolmaya, bəlkə bir gün olmaya.

Dağ-dağa yetişməz, adam adama yetişər.

Dağ dərəsiz olmaz.

Dalına min, ya dalına al, heç fərqi yoxdur.

Dama-dama göl olar, axa-axa sel.

Darı quyuda, köz anbarda.

Daş daşı sürtsə, arada olan darı əzilər.

Daş düşdüyü yerdə ağır olar.

Daş qayaya rast gələr.

Dedilər ağıllı kimdir, dedilər qabaqdakı zəncirli.

Dedi: – Özün yorulmuş yelsən, yoldaşın ölmüş bil.

Dedi: – Bu çəmənlərin hamısını mən otlamışam. Dedi: – Bə hanı yal quyruğun?

Dedi: – Bir şahı verdik dindirdik, bir abbası veririk əl çəkmir.

Dedi: –Bir nökər tutmuşam özündən yesin, bizə işləsin, dedi, birin tutaydın biz də ondan yeyəydik.

Dedi: – Dədən acından öldü. Dedi: – Varıydı yemədi?

Dedi: – Xəbər eylə nübara az qalıb.

Dedi: – Şalvarımı satıram. Dedi: – Nisyə versin.

Dedi: –Qardaşın necə adamdı? Dedi: –Yoldaş olmamışam.

Dedi: – Qızım sənə deyirəm, gəlinim sənə andırıram.

Dedi: – Yan mənə, yanım sənə.

Deyirlər bəs ki, novalada halva var.

Dədə evində də qara gün, ər evində də qara gün.

Dədə evin yıxmışıq kürəməyin dərdindən.
Dədəsin görməsəydi Allahlıq ədası elərdi.

Dədəm mənə tov deyib, hər gələnə vur deyib.

Dədə soğan, nənə sarımsaq hardan olduq uzun gülbəsər.

Dədəmin ölməgindən qorxmuram, Əzrail qapımız tanır.

Dəli dəlini görəndə çomaxını gizlədər.

Dəli qırmızı sevər, gic sarı.

Dəliyə hər gün bayramdı.

Dəliyə yel ver, əlinə bel ver.

Dəmir qapının da taxta qapya işi düşər.

Dəmiri dəmir kəsər.

Dənizdə balıq suda silləyir.

Dərd gələndə batman ilə gəlir.

Dərziyə dedilər köç, iynəsin taxdı börkünə dedi, buyu­run.

Dərya qırağında bir quş var ildə bir dəfə danışar onda da deyər, “p…”.

Dərənin güzarı dəbbağxanaya düşər.

Dərzinin iynəsi itməsə, gündə yüz dəst paltar tikər.

Dəvə oynayanda qar yağar.

Dəvədən böyük fil var.

Dəvəçi ilə dost olanın dərvazası gen olar.

Dəvəyə dedilər, hardan gəlirsən? Dedi: – Çini-maçin­dan. Dedi, elə tökülür qolu-qıçından.

Dəvə yaxın otlar, uzağı gözlər.

Dil doğrusun deyər.

Dil qanmaz, tarı tanımaz.

Dil ki var, başa bəladır.

Dil ilə ilanı yuvasından çıxardar.

Dil bir parca ətdi, haraya döndərsən o yana dönər.

Dili olmasa başını qarğalar yeyər.

Dilin saxlayan başını da saxlayar.

Dilin tutursan, dilçəyi dillənir.

Dindir dilin gör, qovza qılın gör.

Dilənçinin üzü tüpürcəkli olar, torbası dolu.

Dilənçiyə dünyanı da versən deyər azdı.

Dirilik birlikdədir.

Dinməyənin dinəni olar.

Dişin ağrıyır çək qurtul.

Doğru danışanın bir ayağı üzəngidə olar.

Dolanan ayağa daş dəyər.

Donquzdan bir tük də qənimətdir.

Dost adamın başına baxar, düşmən ayağına.

Dost odu ki, adamın eybini üzünə deyə.

Dost ilə düşmən yaman gündə tanınar.

Dost məni anıb bir quru hel ilə.

Dost məni ansın bir qoz ilə.

Doşab almışıq mürəbbə çıxıb.

Döymə qapı, döyərlər qapını.

Dövlət dişdən gələr, işdən gəlməz.

Dövlət ilə dövlətlilik eləmək olmaz.

Dövlət dovşanı araba ilə tutar.

Dövlətliyə saxsı lazım olanda kasıb kuzəsin sındırar.

Düşmən yatdıqca qaçar.

Dünya gör– götürdü.

Dünya malı dünyada qalar.

Dünya ölüm-itimdir.

Dünyada bir ölümə çarə yoxdur.

Dünyanın hər nə cür tutsan, o cür keçər .

Dünyanı bölsələr bizə bundan artıq yetişməz.

Düşünən bir gülər, düşünməyən iki.

Düz danışanın yeri ac olar.

Düz əyrini kəsər.

Düz çörək adamı tez tutar.

Düz yol gedən yorulmaz.

Düz yerdə yeriyə bilmir, şumda şıllaq atır.



E

Elçisi gülüm olanın başına külüm olar.

El gözü tərəzidir.

Elə elə ki, bir də qapıya ərik satan gəlsin.

Elmi olan həlmi olar.

Eşşək eşşəkliyi ilə bir yerdə palcığa batsa daha ordan keçməz.

Eşşək işlər, at yeyər.

Eşşəyə deyərlər, gözlərin aydın qoduğun olub. Dedi, yüküm belimdədir.

Eşşəyə gücü çatmır, palanın tapdayır.

Eşşəyə minmək bir ayıb, eşşəkdən düşmək iki ayıb.

Eşşəyi körpüdən keçib.


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin