AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu ­­­­­­­­­­­



Yüklə 2,25 Mb.
səhifə5/19
tarix21.03.2017
ölçüsü2,25 Mb.
#12161
1   2   3   4   5   6   7   8   9   ...   19

Ə

Ədəbliyə deyirlər, ədəbi kimdən öyrəndin? Dedi, biə­dəb­dən.

Əgər həvəsdi bəsdi.

Əl əli yuyar, əl də üzü yuyar.

Əldə beş barmağın, beşi də bir boyda deyil.

Əldən gedənə yanma.

Ələyimiz ələnib, xəlbirimiz asılıb.

Əli börkünü Vəli başına qoyub, Vəli börkünü Əli başına qoyub.

Əlli əli üstündən, bir əlli də onun üstündən.

Əlim xəmir, qarnım ac.

Əlimizdəki qarnımızdadı.

Əlov olmasa, pilov olmaz.

Əmir bazarı od tutsun, mənə bir dəsmal çıxsın.

Əmioğlu ilə əmiqızının kəbini göydə kəsilib.

Əmi vay deyil, zəmi vaydı.

Əncir yeyən quşun dimdiyi əyri olar.

Ər arvadın savaşı, yaz günün yağışı.

Ərə getdi taytuşum, yerdə qaldı şumbaşım.

Ət almaz, küftənin yekəsini qapar.

Ət dırnağdan ayrılmaz.

Əvvəl yemək, ondan demək.

Əyri oturaq, düz danışaq.

Əyri yük mənzilə çatmaz.

Əzrail gələndə xəbər eləməz.


G

Gecədən oduna gedən çox olar.

Gecənin ayazı çobanın luğazı.

Gecənin xeyrinnən günüzün şərri yaxçıdı.

Geda quzudan qoç olmaz, qoç oğlu qoç olar.

Gedər bostan xirası, qalar üzün qarası.

Gedənin oğli gedey sərbazçılığa, dədəsi deyir dövlət bizdədi.

Genə də qaynamaya sığır əti.

Getdik kabab iyisinə, gördük eşşək dağlayırlar.

Getmə gözümdən, gedərəm özümdən.

Getməli qonağın, getməyi qalmağından yaxşıdır.

Gəl bu daşı tök ətəgindən.

Gəlin ocağa gələr.

Gəlin gəlin olmaz, ev yiyəsi gəlin olar.

Gəldi qaşın almaqa, vurdu gözün çıxardı.

Gəldik saqqal qazanaq, buğu da qoyduq üstündə.

Gələn ilə yoldaşıq, gedən ilə qardaş.

Gələndən bir razıyıq, gələməyəndən iki.

Gəlir göz açar.

Gəlin oynayammaz, deyər otaq əyridir.

Gəmidə oturub gəmici gözü çıxardar.
Gənc xərabədə olar.

Gərmic (Ərdəbil) başına sədirəndə, duman diyər mən də varam.

Gətirəndə yel gətirər, sel gətirər.

Gilifdən keçməyən oğlan xiyarın qədrini bilməz.

Gorüm haradadı ki, kəfənim olar.

Gördün biri batıb palçıqa, bir təpik vur batsın.

Görükən kəndə nə bələdçi istəməz.

Görəndən göz kirisə istər.

Gözdən uzax, könüldən iraq.

Gözdən sürməni qapırlar.

Göz görər, könül istər.

Göz görməz, qız utanmaz.

Gözəl ağa çox gözəl idi, vurdu çiçək də çıxartdı.

Göz nədən qorxar, gördüyündən.

Gözünlə görməyənə inanma.

Güda adam gündə yüz dəfə allahlığ iddeası elər.

Güda vurdu özünü başa saldı.

Gülmə gülünc olana, asılınca olana.

Güni günini göyçək elər, qaynarvadı qaynarvadını zirəng.

Güldürən yanına getmə, ağlayan yanına get.

Güldən tikan bitər, tikandan gül.

Gülcə aşınnan oldux, gülli pilosinnan. (Gülcə aşından olduq, gülli pilovundan.)

Gün həmişə bulud altda qalmaz.

Günüz gedər, dar-dar elər, gecə gələr yer dar elər.

Günah öləndə olar.

Gizli günah aşkar səvabdan yaxşıdı.

Gördün yemək, neynir demək.

Görünən dağın uzağı olmaz.

Gülmə qonşuva, gələr başıva.
Günün üzünə çamır yaxır.

Görməmişin bir oğlu oldu, çəkdi çükün qopartdı.

Göydə bir daş var, hər kəs özün bəyənməsə düşər onun başına.

Göyül sevən göyçək olar.


X

Xalqın ağzını bağlamaq olmaz.

Xalqın ağlı gözündədir.

Xan bağışlayır, nökərin bağrı çatdıyır.

Xanım sındıran qabın səsi cıxmaz.

Xara donum xarıldar, bağırsaqlarım qırıldar.

Xarab olmasa abad olmaz.

Xəbər ilə nübara bir zad qalmasın.

Xəyyata dedilər köç, iynəsini yəxasına saçdı.

Xoruz yox idi, səhər açılmırdı.


H

Hacıda pulun olsun, nə verər, nə danar.

Haqq baş ağır olar.

Haqq söz acı olar.

Haqq gəlsin, nahaq gəlməsin.

Halva-halva demək ilə ağız şirin olmaz.

Harda aş, orda orda baş.

Haray gərəh eldən çıxa.

Haradan qırson qoşunnandı (haradan qırsan qoşundandı).

Hamarda yeriyə bilmey, yamacda şıllağ atey (hamarda yeriyə bilmir, yamacda şıllaq atır).

Hamını qapında gör.

Hamı atını çapırdanda bu da daycasını çapırdı.

Hamı buğda əppəyi yeyibdi.

Hamını qurd budadı, bizim kimi tükü dağılan olmadı.

Hamam suyu ilə dost tutmaq.

Hamama girən tərləməmiş çıxar.

Hamıya itlər hürəndə bizə də çaqqal hürər.

Haram pul müzvəriyə gedər.

Hay bacadan gəlincəx, dad qapıdan çıxar (hay bacadan gəlincə, dad qapıdan çıxar).

Haynan gələn huynan gedər.

Hər aşiğin bir dövranı var.

Heç kəs öz ayranına turş deməz.

Heş yatmışın dalısınca oyaq olmasın.

Heyif ölənə olar.

Heç vaxt bu gözdən o gözə işıq yoxdu.

Hər dədəsinin gözünü çıxardana “Koroğlu” deməzlər, deyərlər,”kor kişinin oğlu”.

Hər işin əvvəli çətin olar.

Hər kəs öz evinin şahıdır.

Hər kəsin öz yeri var.

Hər köpüklü suya sel deməzlər.

Hər kötükdən kömür çıxmaz.

Hər kimin balası özünə şirindir.

Hər qara qənbər olmaz.

Hər qazana bir damazlıq.

Həm minib, həm ağırlıq salır.

Həm yandırır, həm qazandırır.

Həmən aşdı, həmən kasa.

Həmişə Şaban, bir yol da Ramazan.

Həmişə qonşunun paxılı yol üstə oturar.

Hənək-hənək axırda gənək.

Hər nə əkərsən, onu da biçərsən.

Hər tükündən bir qız aslanıb.

Hər oxuyan molla Nəsrəddin olmaz.
Hər üzyuxarının bir üz aşağısı olar.

Hər saqqaldan bir tük çəksən kosaya saqqal qalmaz.

Hər saqqallı baba olmaz.

Hələ tazə közə soyuq sudur.

Hər yemişin bir dadı var.

Hər zaman bir aşığın dövranıdır.

Hər zadın carəsi var.

Hərənin tazası dostun köhnəsi.

Hərənin xeyri özünədir.

Həya gözdə olar.

Hirsin dövlətə ziyanı var.

Hiss anlamaz, həvəs anlamaz.

Hürə bilməyir, itləri başa salır.
F

Fel gəlinindi, iz eşşəyin.

Fərli cücə yumurtada cükküldər.

Filanı o başdan oğrusudur.

Filandan qışda buz almaq olmaz.

Filanı aşura baqqalıdı.

Füzulu apardılar cəhənnəmə, dedi odunları yaşdı.
İ

İçimiz özümüzü yandırır, eşigimiz özgəni.

İgid əmək itirməz.

İgid dayısına çəkər.

İgidin igiddən nəyi artıqdır.

İgidin ağzını bıçaq açmaz.

İki siçan savaşsa biri düşər quyuya.

İlan ulduz görməyincə canı çıxmaz.

İlan vuran ayılar, dost vuran ayılmaz.

İlan çalan ala çatıdan qorxar.

İlan hər yerdə əyri getsə, öz yuvasına düz gedər.

İlan yeyib əjdaha olubdur.

İlanı Seyid Həmzə əliynən tutur.

İlanı gördük, qəribə pənah apardıq.

İlanı görənə də nəhlət, görüb öldürməyənə də nəhlət.

İlanın qəzası torpaqdır, onu da qızırqana-qızırqana yeyir.

İlanın ağına da nəhlət, qarasına da.

İlanın quyruğunu ayaxlamasan dönüb adamı çalmaz.

İlanın yarpızddan açığı gələr, o da gəlib yuvasının ağzında bitər.

İldə bir bayram, o da şorla ayran.

İnək başlayan yol yarğana çıxar.

İnanma, utanma, aldanma.

İslanmışın sudan nə qorxusu?

İsti aşımıza soyuq su qatdı.

İstəklinin yamanı hər baldan şirin olar.

İşdən artmaz, dişdən artar.

İşləməyən dişləməz.

İşin bərk tut, qonşunu oğru eləmə.

İşin aşdı, zəhlən qaçdı.

İşin düz olsun, dünya sənə göz olsun.

İtin altınnan keç, işin aşsın.

İtin balaları hər rəngdə olsa da, hürəndə hamısının səsi bir olar.

İt hürər, karvan keçər.

İtin ağılsızı qayğanaqdan pay umar.

İtin əlin kəsdin, qurdun ayağı uzandı.

İtin quyruğunu ayaxlamasan dönüb adamı qapmaz.

İtin quyruğun kəsməklə qoyun olmaz.

İyidin adı çıxıncaq, boynu sınsa ondan yaxşıdır.



K

Kasıbı dəvə üstə ilan çalar.

Kasıbın qapısın açan olmaz.

Kasıbın işi qurtulanda oturar, dövlətlinin pulunun hesa­bını gedər.

Kasıbın xəstəsi deyilməz, varlının q.......

Keci can hayında, qəssab piy axtrır.

Keçi nıqqıllamasa, təkə atılmaz.

Keçəl Həsən, ya Həsən keçəl.

Keçəl dava bilsə öz başına elər.

Keçələ dedilər başın yudun? Dedi, yudum da, daradım da.

Keçələ gün çıxmamış alladanmasan, day alladanmassan.

Keçəlin əli yağlı olsa, çəkər başına.

Keçinin gici sürünün qabağında gedər.

Keçən xərmənləri təzədən sovurma.

Keçən günə gün çatmaz, calasan günü günə.

Keci quyruğun bulamasa, təkə dalınca düşməz.

Kecinin əcəli yetəndə, çobanın əpbəsini yeyər.

Kecinin qoturu sərçeşmədən su içər.

Kəfən müftə olsa, ölən çoxalar.

Kilidli sandığa açar salma.

Kəhlik başın soxar qar altına, deyər, məni hec kim görmür.

Kənkən quyunu nə qədər dərin qazsa, özünü quyunun tərkində görər.

Kəndxudanı gör, kəndi çap.

Kəsovu götürəndə oğru it üzünü bəlləndirər.

Kəsək oturub daşın gününə ağlayır.

Kəsik baş sevilməz olar.

Kiçikdən xətt, böyükdən at.

Kimin əvvəli, kimin axırı.

Kim nə bilir, kim qazana, kim yeyə.

Kirpi qaşmaxla kökəlməz.

Kirpiyə dedilər: – Hamıdan göyçək kimdir? Getdi, gəzdi gəldi. Dedi: – Hamıdan göyçək öz balam.

Kişi tüpürdüyün yalamaz.

Kişi seldi, arvad gül.

Kişinin başı gedər, sözü getməz.

Kişinin börku başında olar.

Kişinin sözü bir olar.

Kişinin qapısı açıq olar.

Kişmiş olmuyan yerdə iydəyə qaqa deyərlər.

Kor atın kor da nalbəndi olar.

Kora gecə gündüz birdi.

Korla Allahı da ortada gör.

Kornan karın tarısı olmaz.

Kor tutduğun buraxmaz.

Kor Allahdan nə istər: iki göz, biri əyri, biri düz.

Korun gözünə sürmə çəkmə.

Korunan çörəyi arada yeginən, Allahı da gör.

Kosa getdi səqqal gətirə, bığın da qoydu gəldi.

Köç gedər, yurd ağlar.

Köçən yurdun düşəndə qədrin bilərsən.

Könlü balıq istiyənin g... suya batsın gərək.

Közü kül qoruyar, gözü qaş.

Küsənin payını yeyərlər.

Küləş düşdü, qış düşdü.

Kürəkənsən, ya Ənkir– Münkirsən?

Kürəkən küllikdədir.

Kürd hara, Kərbala hara?


Q

Qabağa gedirsən deyirlər, bijdi, dalıya qalırsan deyirlər gijdi.

Qabaqdan gedən bilsə ki, daldan gələn nə deyəcək, heç ağzın açıb danışmaz.

Qabil olduq qaza, qaz da qoydu naza.

Qaçanı qovmazlar.

Qalan işə qar yağar.

Qan yerdə qalmaz.

Qanı qan ilə yumazlar.

Qapıdan qovursan bacadan gəlir.

Qapıya deyir ki, duvar eşitsin.

Qarabaxt dağa çıxanda ya qardı, ya boran.

Qara palaz yumağ ilə ağarmaz.

Qaradan artıq boyağ olmaz.

Qara günün ömrü az olar.

Qardaş yaxşı olsaydı, Allah birini də özünə yaradardı.

Qardaşın ürəyi dəmirdəndi, bacının ürəyi xəmirdən.

Qardaşın pisi yoldaşın yaxçısından yaxçıdı (yaxşısından yaxşıdır).

Qardaşım olsun, qarnı olmasın.

Qardaş oğlu qardaş olmaz, yorulanda yoldaş olmaz.

Qarğa gəldi kəklik yerişi yeriyə, öz yerişin də yaddan çıxartdı.

Qarğalar mənim tovuğum, yumurtasın görmürəm nə fayda.

Qarqanı rəngləyib bildirçin adına satıllar.

Qarın başa bəladır.

Qarından artmaz.

Qarın qardaşdan irəlidir.

Qarın kini yaman olar.

Qarına gedən qazancdı.

Qarın doyuranı ac göz tanıyar.

Qarın doyur, göz doymur.

Qarnı doysa Allaha bəndəliy eləməz.

Qarnım dolıdı, ağzım yumulı.

Qardaşıq kisəmiz ayrı.

Qarğışın iki başı olar.

Qarnın içini görən olmaz.

Qaşın alan yerdə vurdu gözün də çıxartdı.

Qatırçının qatırını hürkütmə.

Qatıra dedilər: dədən kimdir? Dedi, dayım atdı.

Qatıq tökülsə biri qalar, ayran tökülsə nəyi qalar.

Qacanı qovmazlar.

Qaymağı üzdən yeyərlər, balı dibdən.

Qaynamağa sığır əti.

Qaz ilə toyux bəsləşsə, toyuğun yanı cırılar.

Qazan qarası gedər, ürək qarası getməz.

Qazan qazana deyər g.... qərədir.

Qəp mal kimidir.

Qəp mal yiyəsinə yetişər.

Qələm yazanı qılınc poza bilməz.

Qəmə qınını kəsməz.

Qəza və qədərin baş barmağı var, ikisini qoyar adamın gözlərinə, ikisini qoyar adamın qulaqlarına, biri ilə də itələr qabağa.

Q... qazandığı ənlik-kirşana gedər.

Qıl bahadı, qaraçı saçın kəsir.

Qılıncı üstdən bağlayıbdır.

Qılınc yarası sağalar, dil yarası sağalmaz.

Qış çıxar, üzü qaralıq kömürə qalar.

Qış qışlığın görsədər.

Qışda bostan əkən çox olar.

Qız anadan görmüyüncə öyüd almaz.

Qız ilə oğlan od ilə pambıq kimidir.

Qız qapısı xan qapısı, mini gələr, biri razı gedər.

Qızı ver itə, iti aldat.

Qızıl cında arasında olar.

Qızılı daş üstə qoysan daşı əridər.

Qızın döyməyən, dizin döyər.

Qızışmadıq istisinə, kor olduq tüstüsünə.

Qızım sənə deyim, gəlinim sən eşit.

Qismətdən artıq yemək olmaz.

Qismət olsa gələr Yəməndən, qismət olmasa düşər də­hən­dən.

Qisas qiyamətə qalmaz.

Qoç igid dayısına çəkər.

Qoç döyüşünə qoç dayanar.

Qoduxlu eşşək dağda qalmaz.

Qoduxlu eşşək anqırmaz.

Qohum qohumun ətini də yesə, sümüklərin çölə atmaz.

Qolumuzdan tutmusan, qıçımızdan sürütləmə.

Qolun sınığı boyuna yükdür.

Qonaq ev yiyəsinin ceyranıdır.

Qonaq sevən adamın süfrəsi boş olmaz.

Qonağın ruzusu özündən qabaq gələr.

Qonaq qonağı istəməz, ev yiyəsi heç birini.

Qonaq evə girincə utanar, ev sahibi qonaq girəndən sora.

Qonşu aşı dadlı olar.

Qonşun iki inəkli istəsən, özün bir inəkli olarsan.

Qonaq ev yiyəsinin dəvəsidi, harada xıxlatsa orda yatar.

Qonşusuna umud olan şamsız qalar.

Qonaq ruzisin özüynən gətirər.

Qonağın göylündən kecən ev sahibinin bir il xərcidi.

Qonağı çox olanın uşağı ac olar.

Qorxaq kölgəsini oğru bilər.

Qorx o kəsdən ki, qorxmaz Allahdan.

Qorx ondan, qorxmaz Tarıdan.

Qorxu başa bəladı.

Qorxan gözə tez çöp düşər.

Qorxunun cana faydası yoxdu.

Qoyun quzu ayağı basmaz.

Qoyunu qurda tapşırma.

Qulaq gündə bir söz eşitməsə, kar olar.

Qulaq umduğun yemədi.

Qurban olum o qana, üstündən bir gün keçə.

Qurban olum o pisə, yaxçı gələcək yerinə.

Qurd oğurladığının dərisini verər.

Qurd dedik qulaqların şəklədi.

Qurd dumanlıq sevər.

Qurd tüknü də dəyişsə, xasiyyətini dəyişməz.

Qurd keçinin bir zadını yeməyib.

Qurddan olan qurd olar.

Qurddan qorxan qoyun saxlamaz.

Qurdun adı yeddidi, yesə də yeddidi, yeməsə də yeddidi.

Quru boyun əyilməz, yaşı boyun ələ düşməz.

Quru palçıq divara yapışmaz.

Quş dimdiyindən tələyə düşər, adam dilindən.

Quş var ətini yeyərlər, quş var ət yedirdərlər.

Quşların acizi hacıleyləkdir, ilanı diri-diri udur.

Quyu qazan özünü quyunun tərkində görər.

Quyunu dərin qazan özü düşər.


L

Lalın dilin nənəsi bilər.

Lələ köçüb, yurdu qalıb.

Ləpəni demə düyünü de, dünəni demə bu günü de.

Lülehinə verə– verə, aftafanın pulu cıxar.
M

Mama iki olanda uşax tərsə gələr.

Mal yeməzin malını yeyərlər.

Mal yiyəsinə çəkər.

Mal yiyəsinə çəkməsə, haramdı.

Mal gedər bir yana, iman gedər min yana.

Malın bərk saxla, qonşunu oğru tutma.

Malın zəlil elə, canın əziz olsun.

Malım yoxdu oğru apara, imanım yox şeytan apara.

Matahın matah olunca, nazarın nazar olsun.

Meşə çaqqalsız olmaz.

Meyxanacını şahidi üzüm ayaxlıyan olar.

Meyvənin yetişməmişini dərərlər.

Məhəbbətdən mərəz hasil olar.

Mən nə bilim ki, sən yuxuda susuzsan.

Məşədixanım ağa, dua neyləsin yağa, tök qatığı cəda

eylə çalxalamağa.

Məni vuran kösöv göyərməz.

Mən səndən ötrü deyirəm, sən kimdən ötrü.

Mən zirəng olsam, elə öz cırığımı yamaram.

Mən görən baydaqda bu parçadan yox idi.

Mənəmlik Allaha gəlibdir.

Mənim gorum haradadır ki, kəfənim ola.

Mənim ayağım biləni sənin başın bilməz.

Mərdi qova-qova namərd edərlər.

Məscid qapısıdı, nə sındırmaq olur, nə yandırmaq.

Məscid ağacıdı nə kəsmək olur, nə yandırmaq.

Məscid qapısı açıq, itin həyasına nə gəlib.

Min dəfə ölç, bir dəfə biç.

Milçəh qana gələr.

Mis ya sınmış, ya cingildəmiş.

Mındar əski od tutmaz.

Molla Nəsrəddinə dedilər haralısan, dedi evlənməmişəm.

Molla Nəsrəddin kimi mindiyini saymır.

Müsahibin bab elə, görən desin ha belə.

Müftə sirkə baldan şirin olar.



N

Nanəcibə tarı doh versün, dirnax verməsün.

Nahaq qan yerdə qalmaz.

Naşı adam zurnanın gen başında çalar.

Növətdən halva olar, dadı olmaz.

Neylərəm qızıl teşti, içində qan qusam.

Nə işim var dağ başında, çağıram Xıdır İlyas.

Nə tökərsən aşına, o da cıxar qaşıqa.

Nə dindən gecə bilir, nə dünyadan.

Nə yandırdıq, nə yapdıq, hazırca əppək tapdıq.

Nəqd sirkə nisyə halvadan yaxşıdı.

Nisyə alan iki dəfə keflənər– bir alanda, bir verəndə.

Nisyə, girməz kisəyə.
O

O dağa qar yağdı, bu dağa xəbərdi.

Od günü götürməz.

Od ilə su bir yerdə qalmaz.

Oddan kül törər, küldən od.

Oğru ev olmaz, ev sahibini evlilikdən salar.

Oğru yadına daş salmaq.

Oğlan evində xəbər yoxdu, qız evində vur catlasındı.

Oğul oğul olsa, neylər dədə malın.

Oğurluğumuzun əvvəli ay işığına düşdü.

“Ohə” var adamı dağa çıxardar, “ohə” var adamı dağdan endirər.

Oxu atıb, yayı gizlədir.

Oxlar məgər yıxılar, alçaxlar dola qalar.

Olacağa çarə yoxdur.

Olar aşım üçün, olmaz başım üçün.

On ağ toyuğun bir qara toyuqca ağlı olmaz.

On iki imama yalvarınca, bir Allaha yalvar.

Ot kökü üstə bitər.

Otuz ikilərdən bir zad artmaz.

Ov vurmamış dərisini satır.

Ova deyir qaç, tazıya deyir tut.

O verdiyin at, bu da buyurduğun qulluq.

Oyuna düşənin başı da oynar.
Ö

Ölçməmiş biçmə.

Ölmək var, dönmək yoxdur.

Ölmə eşşəyim, yonca bitincə, arpa göyərib torba tikincə.

Ölü inək südlü olar.

Ölüdən şeytan vaz keçibdi.

Ölüm qaş ilə göz arasındadı.

Ölümə deyərlər, hara gedirsən? Dedi, gedirəm ev yıxmağa.

Ölünü öz xoşuna qoysan tabutunu batırar.

Ömrünün axırı, işimin əvvəli.

Örtülü bazar, dostluğu bazar.

Özgə atına minən tez düşər.

Özgə ipi ilə quyuya girmək olmaz.

Özgə canı, duvar yanı.

Özü kəsir, özü biçir.

Özünə umac ova bilmir, özgəyə əriştə kəsir.

Özün yat, baxtın işləsin.

Özün yorulmuş bilsən yoldaşın yoldaş bil.

Özü yıxılan ağlamaz.
P

Papağı isti– soyuqdan ötrü başa qoymazlar.

Paxıl adam yaramaz.

Palaza bürün, el ilə sürün.


Pıcaq öz dəstəsini kəsməz.

Pıcaq sümüyə dayanıb.

Pilovunu aşa elədim, yerini yaşa elədim.

Pir mənimdi, kəramətinə bələdəm.

Pis qonşu adamı hacat sahibi edər.

Pis gün görməyən yaxşı günün qədrin bilməz.

Pisliyin qabağı pislikdir.

Pişik dədəsi xeyrinə siçan tutmaz.

Pişiyi divara qısnasan dönər adamı cırmaqlar.

Pişiyin ağzı ətə yetişməz, deyər mundardı.

Piyada atlıya gülməsə, bağrı çatlar.

Pul pulu gətirər.

Pulu daş üstə qoysan daşı əridər.

Pulumuz əlimizdə, ağlımız başımızda.

Pulu yığarlar xərcləməkdən ötrü.

Pulun var giriş, pulun yoxdu sürüş.


S

Sabahadək çox börklər başsız qalar.

Saqqaldan götürüb bığa yaxar.

Saqqalı ağarıb ağlı ağarmayıbdır.

Saqqalım yoxdu, sözüm keçmir.

Saqqız alarlar çeynəməkdən ötrü.

Sağır uşaq meşədə çaqqala bənzər.

Saxla samanı, gələr zamanı.

Sarala-sarala qalmaqdan qızara-qızara ölmək yaxşıdı.

Saman sənin deyil, samanlıq ki sənindir.

Sat kulahın xərc elə, tifil olma namərdə.

Sən arpa, buğdanı yüdürtdün, mən də darımı yürüdüm.

Sən oxuyanları mən çoxdan oxumuşam.

Sən ağa, mən ağa, inəkləri kim sağa.

Sən od olsan, özün yandıra bilməzsən.

Sən əvvəlin dedin, mən axıracan oxudum.

Sən saydığın say, qoy dursun gör bir fələk nə sayır.

Sən gördüyün ağacları kürəkliyə kəsdilər.

Sən gündüz gedən yolları mən gecə getmişəm.

Sən hər vaxt dovşan oldun, gəl bizim ağacları gəmir.

Sən yat baxtın iyiləşsin.

Sən çıxan ağacları mən budaq-budaq gəzmişəm.

Səndən hərəkət, məndən bərəkət.

Sənin andına inanım, ya xoruzun quyruğuna.

Sınanmamış atın dalına keçmə.

Sidq ilə qara daşdan murad almaq olar.

Sifariş ilə həcc qəbul olmaz.

Sican olmamış çuval dibi dəlir.

Su aparmazdı gilifi yaş elədi.

Su abadanlıq sevər.

Su aydınlıqdı.

Su bir yerdə qalsa qoxar.

Su səhəngi suda sınar.

Su görəndə susuyur, at görəndə axsıyır.

Suyu bulandırarlar balıq tutmağa.

Sürüdən ayrılan quzunu qurd yeyər.

Sözü at yerə, sahibi götürsün.

Söz-sözü gətirər, arşin bezi.

Söz eşitmək ədəbdəndir.

Söz ki ağızdan çıxdı, daha dala qaytarmaq olmaz.

Sözü gərək ağızda bişirib çıxardasan.

Sözün düzünü uşaxdan soruş.

Söz yerdə qalmaz.

Söyüd ağacı bar verməz.

Suyun axanından, adamın yerə baxanından.

Ş

Şahın da dalısınca söz deyərlər.

Şeytan olmasa dünya yola getməz.

Şər deməsən xeyir gəlməz.

Şər zahirə höküm elər.

Şərti gərək şumda kəsmək.

Şiş, kababda yanar əlyalovdu.

Şuxluq ilə nazar olmaz.


T

Taqçadakı qarnımda, boğçadakı əynimdə.

Tapdı, tapdının olsa çöldə çoban xan olar.

Tay tuşuvu bab elə, görən desin ha belə.

Tanrı iki qapazı bir başa salmaz.

Tanrı çörək verəndə ağız vermədi, ağız verəndə çörək vermədi.

Tehranda qazan, Ərdəbildə xəşdə.

Tez ölən ilə, tez ayrılan peşman olmaz.

Tək əlin səsi çıxmaz.

Tələsən adam işi iki dəfə görər.

Təmbəl eşşəkdi, bizləməsən işləməz.

Təmbəllikən eşşəyə dayı deyir.

Təmbəl fikirli olar.

Tərəzidə yüngül, sözdə çox ağır.

Təzə gəldi bazardan, köhnə düşdü nəzərdən.

Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl.

Tikə ilə dost olan, illər boyu düşmən olar.

Tikə dostu dost olmaz.

Tikə qarın doyurmaz, məhəbbət artırar.

Tikəni ağıza görə götürmək.

Tikəni çeynəməsən udmaq olmaz.

Tox deyər acmaram, ac deyər doymaram.

Toxu tərpətmə, acı dindirmə.

Torpaq adamı çəkər.

Topalnan gəzən oxşayar.

Torpağın üzü soyuq olar.

Torpağın üzü qara olar.

Tovuzquşu şişər, ayağına baxar fısı yatar.

Toyuğun gününə bir batman darı da versən, eşinməkdən əl çəkməz.

Toydan sonra nağara.

Toyuq qaz yerişi yerisə yanı cırılar.

Toyuğu buğda anbarına salsan, eşinməyini tərgitməz.

Toyuğun pisi bərk yumurtlar.

Toyuq yumurtasına görə qaqqıldar.

Tökülən dolu gəlməz.

Tülkü yatar aslan dalında, deyər öz kölgəmdir.

Tüpürcəyi güllə əvəzinə işləyir.

Tüfəngin dolusundan bir nəfər qorxar, boşundan iki nəfər.

Tülkü tülküyə buyurur, tülkü də quyruğa.

Tülkü suvaxlı bağa girməz.

Tülkünün ərzəsini oxuyunca, dərisin boğazından cırıb çıxardarlar.

Tülkü yuvaya girə bilmirdi, süpürgəni də quyruğuna bağladı.

Tüküyə dedilər şahidin kimdir? Dedi, quyruğum.
U

Ucuz ətin şorbası olmaz.

Ucuzdan bahası olmaz.

Ucunu tutdu, ucuzluğa getdi.

Ulu sözünə baxmayan ulaya-ulaya qalar.

Utananın oğlu olmaz.

Utanmasan oynamağa nə var.

Uşaq anadan yetim qalar.

Uşağa iş de, özün də get dalınca.

Uşaq ilə uşaqlıq eləmək olmaz.

Uşaq suyuna çəkər.

Uşaq ağlı, it ağlı.

Uşaq hökmü, şah hökmü.

Uşaq əzizdi, tərbiyəsi ondan əzizdir.

Uşaqlı adama cəhənnəmdə də yer yoxdu.

Uşaq yaş ağac kimidi, hər yana əysən, o yana əyilər.

Uzun adamın ağlı olmaz.

Uzun adamın ağlı topuğunda olar.


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin