AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu ­­­­­­­­­­­



Yüklə 2,25 Mb.
səhifə6/19
tarix21.03.2017
ölçüsü2,25 Mb.
#12161
1   2   3   4   5   6   7   8   9   ...   19

Ü

Ürəkdən ürəyə yol var.

Uzaxdan baxana döyüş asan gələr.

Üz verəndə astar istər.

Üz üzdən utanar.

Üz ki var, ətdəndi.


V

Vardan ziyan gəlməz.

Vardan verən utanmaz, yoxdan verən dəlidi.

Vaxtsız banlayan xoruzun başını kəsərlər.

Vaxtsız gələn qonaq öz kisəsəindən yeyər.

Vay o yatmışın halına ki, dalınca oyaq ola.

Verməsə məhbub, neyləsin məhmud.

Vermək dəliliklə, almaq ağıllılıqla.

Vətənə gəldim, imana gəldim.

Vurduq daşa, çıxdıq başa.



Y

Yağışdan qurtulduq, yağmura düşdük.

Yad oğlu adama oğul olmaz.

Yaxşı gündə kömək çox, yaman gündə heç kəs yox.

Yaxşı adam tez ölər.

Yaxşı dost adama qəylədaş yedirər.

Yaxşılıq et at dəryaya, balıq da bilməsə, xalıq bilər.

Yalançı tamahkarı alladar.

Yalançının gərək qapısınadək qovmaq.

Yalançının oğlu oldu, heç kim inanmadı.

Yalançının evi od tutdu yandı, heş kim inanmadı.

Yalan yalağan deyil ki, adam düşə, qıçı sına.

Yan mənə, yanım sənə.

Yalvaranın tarısı olmaz.

Yaman günün ömrü az olar.

Yarımadım odundan, kor oldum tütünündən.

Yaş da quru oduna yanar.

Yatan olmaz, yetən olar.

Yatma tülkü daldasında, qoy yesin aslan səni.

Yatmaqla Savalandan üzüm gəlib ağzına düşməz.

Yay var, qış nə tələsik iş var.

Yay əkinçi, qış dilənci.

Yel gücü, sel gücü, el gücü.

Yer bərk olanda öküz öküzdən görər.

Yer yalanı qurtulub göy yalanı danışır.

Yerə verən itməz.

Yemək ilə doymadın, yalamaq ilə doyacaqsan?

Yeməkdən ümidli olmaq yaxşıdı.

Yerli gəldi, yersiz köç.

Yekə gözün işığı olmaz.

Yetimə vay-vay deyən çox olar, əppək verən olmaz.

Yetimi dəvə üstə ilan çalar.

Yetişmişin qoyub kalın axtarır.

Yetimə gəl-gəl deyən çox olar, yiyə duran az.

Yetimin tikəsi böyük olar.

Yelnən gələn, selnən çıxar.

Yeməmisən qaz ətini, bilmirsən ləzzətini.

Yeyən ilə geyinəni Allah yetirər.

Yeyin at özünə qamçı yedirtməz.

Yeyin gedən tez yorular.

Yıxılanı vurmazlar.

Yıxılanın dalısınca daş atan çox olar.

Yoldan çıxanı yol vurar.

Yorğana görə qıçını uzat.

Yuxu ki, var ölünün qardaşıdır.

Yuxarı baxırsan buğdu, aşağı baxırsan saqqal.

Yuxarıda yer yoxdu, aşağıda da oturmur.

Yumurtdamadı, qalanı da içdi.


Z

Zalım ilə abad olan adil ilə viran olar.

Zalımın çırağı sübhədək yanmaz.

Zərərin qabığını harada alsan mənfəətdir.

Zərafət dostluğu pozar.

Zirəng at öz arpasını artırar.

Zor ilə bazar olmaz.

Zor qapıdan gürəndə haqq bacadan qacar.

Zurna çalanın zurnası yanında olar.

Zülmət daşdı, götürəndə də peşmandı, götürməyən də.

Zülmün axırı olmaz.


DEYİMLƏR
A

Acından qurut qapır.

Acından köpük qusur.

Açdı sandığı, tökdü pambığı– hər nə var danışdı.

Adam olmayan yerdə bu da adamdır.

Adam adamın üstünə minib– tünlükdür, çox adam var.

Adam başından sonra hər zad var-zibilli yer.

Adam deyir elə çiy-çiy yeyim– çox yeməlidir.

Adamın cigəri ağzana gəlir– bir şeydən iyrənmək.

Adamın ağlı gedir– adam heyran qalır.

Adamsan axı!– Bir adam yoldaşı, ya başqa bir adamdan əziyyət görürsə, etiraz üçün bu sözü deyir.

Adamla oturub durmayıb ki, adamlıq öyrəşə.

Adamın elə üzünə yapışır (təəccüb, təssüf, ya utanmaq əlaməti).

Adıyla deyilirdi – məşhur idi.

Adın eşit, özün görmə–çox çirkindir.

Ağrımaz başına saqqız salma.

Ağıza getmək.

Ağzına it başı alıb.

Ağacda üç alma görməsə daş atmaz-bir işdə mənfəəti olmasa, o işə əl vurmaz.

Ağzım göy ota dəysə idi (yaza çıxsaydıq).

Ağzına çullu dovşan sığışmır– çox gic olana deyərlər.

Ağzımı doldurdum deyim-istədim deyəm.

Ağzının yemi deyil– adamın bu işə qabiliyyəti yoxdur.

Ağzının sarısı hələ getməyibdir– hələ uşaqdır.

Ağzında dili yoxdur.

Ağzından qaçırtdı – gizlətməyə çalışdığı sözü istəmədən ehtiyatsız dilinə gətirdi.

Ağzı süd iyisi verir-hələ uşaqdır.

Ağzına qovut atıb.

Ala itdən məşhurdur.

Alaxdan gələn adama oxşayır –yorğun, toz-torpaq için­də, üzünü tük basmış adam.

Altda qalıbsan? –cavabını ver, niyə susursan?

Alt vurub, üst çıxmaq – hər yeri axtarmaq .

Allah şans paylayanda hansı təndirin kufləsində gizlən­miş idin?

Allah onu vurubdu, sən niyə vurursan?

Allah yetirəndə yetirər.

Ala itdən məərufdi– çox tanınmış adama deyirlər.

Allah verdiyi canı ala bilmir-çox üzlüdür.

Alnı qaşqa buzovdu.

Anadan əmdiyim süd burnumdan gəldi.

Anamı əmməyəcəyəm ki – bu müamilədə gərək ad qaza­nam, qazanmayım bəs nə yeyim...

Anasıdır – məsələn, deyəndə, filankəs qarpızın anasıdır, yəni qarpızı yaxşı tanıyır.

Arzum gözümdə qaldı-ümidləri puc olmaq.

Aralıqda hələkdi-bərk çalışır.

Aramızdan qıl keçməz-dostluğumuz möhkəmdir.

Ara qarışdı, məssəb itdi.

Arı yeyib, namusu bağlayıb dalına.

Arıq, cılızın biridir– nazik və ucaboy adamdır.

Aramız dəyib – dostluğumuz pozulub.

Arpası artıq düşüb, anqırır-həddini aşıb.

Atası köhlən, anası köhlən.

Atı daşlığa sürmək-savaşmaq.

Ayı bitdi-müsibəti başlandı.

Aya deyər: sən çıxma, qoy mən çıxım– çox gözəldir.

Ayranlığın üzmək-qorxutmaq.

Ayağı əlindədir, gözü cibində.

Ayağımızın altında cik idi– yəni hey çöllük gəzərdik.

Ayağın verdi yerə – dirəndi, inad etdi.

Az yeyir arıqlayır, çox yeyir ........

Azarlı tapıq kimi baş-başa veriblər.

Az qalır, canı g... çıxa-paxıllıq, tənbəllik edən adam haqqında deyirlər.



B

Bacağı p...ludur – əlindən çox xəta çıxıb, məhkəmədə qurtulacağı olmayacaq.

Bağ belə, bostan belə – bir zadı tərifləmək.

Bağlar var, bağçalar var, ondan da axcılar var – məs: o qızdan qəşəngləri var.

Bala bülbül oldu.

Baltanı lap dibdən vurmaq – tamamilə məhv etmək.

Barmaqla sayılır.

Barmağını haraya tutarsam, o yana gedir-sözümdən çıxmaz.

Başı bədəninə ağırlıq eylər.

Başı daşa dəydi daha.

Başımın tükü ayağıma səlama gəlib.

Başı özünün deyil-əliaçıq və səxavətli adamdır.

Başı bədəndi-başı bir-birinə də məşğuldur.

Başında qarğa yuva salar– başının tüklərinin çoxu qarışmışdır.

Başı g... və nə ağırlıq edir – camaatı incidir.

Başımdan sellər-sular aşıb – çox çətinliklərə düşüb, dərdlər, bəlalar və müsibətlər çəkmişəm.

Başımıza atlanır – bizi zəif sanıb təcavüzkarlıq edir. Başıma dümük eyləmişəm-məsələn, günlərlə özümü məşğul eyləmişəm

Başda deyildim-fikrim özümdə deyildi.

Başda dolandırır– boş vədlər verib yalan satmaqla aldadıb ümudlu saxlayır.

Başdan dibə-hər yerə, hamısı.

Bas buraya-əl ver görüşək.

Bazarı yoxdur-satıram pula getmir.

Bazarın gözünü çıxartmaq.

Belə tora düşməmişdim – çox pis ilişmişəm.

Beli qoyuruq, qamzanı götürürük – bir işi qurtaracağın qabağımıza başqa bir iş çıxır.

Beyin deyil ki, pehindir.

Bərk adamdır – canından pul çıxmaz, güzəştə getməz.

Bıçaq vursa idin, qanı çıxmaz idi– betər hirslənmişdir.

Bir qulaqdan alıb, o birisindən çölə vermək– özünü eşitməməzliyə vurmaq.

Bir ağzı qızıl, bir ağzı gümüş-nağıllarda bir gözəl qızın haqqında deyirlər.

Bir-birinin başlarına atlanırlar– şuluq edirlər.

Biri gəlir, biri gedir– gələn çoxdur.

Bizimki də belə gəlib-alınımızın yazısı belə idi.

Biz dədə-nənəmizə nə olduq ki, bunlar bizə nə ola.

Bir atımlıq barıtı var idi.

Bir ayağı qəbirdədi.

Bir bezin qırağıdırlar.

Bir batman darı töksən biri yerə tökülməz.

Bizimki gətirməyib-şansımız yoxdur.

Bıçağının dalı da kəsir, qabağı da.

Boyuna biçilibdir.

Boğazı o qədər nazikdir, su içəndə görsənir.

Boğazında başmaq tayı qalıb.

Boyunu qızıla tutur.


Böyürdən girmə-izinsiz gələn adam.

Böyüyər səni yaddan çıxarar-yerə yıxılmış uşağa deyərlər.

Bu yandan çuvalla aparır, o yandan xaralla.

Bu hayanda öldü?– çox yubanmış, vaxtında gəlməz haqqında deyilir.

Bu ilki sərçələr bildirki sərşələrə civ-civ oyrədər.

Bu xına o xınalardan deyil.

Bu sən öləsən o sən öləsənlərdən deyil.

Bu qara o qaraya bənzəməz.

Buna bir dəstə kavar verməzlər – xeyirsiz bir şey.

Bunun əlinə su tökməyə yaranmayıb.

Bunun da gözü məndə açılıb – heç kimə dinə bilmir, mənə gələndə dili çıxır.

Bunu yerdə eşdi – yıxdı yerə bərk döydü.

Bunu yudu arıtdadı – savaşdığı adama yaman deməklə, bütün ayıblarını bir-bir üzünə saydı.

Burnunu tutsan canı çıxar.

Burada nə var-gəl edirsən?– Nə hədəfsiz gəzirsən?

Bülbül öldü, qaldı gül.

Buz üstündə toz axtarmaq-bihudə iş görmək.
C

Canamaz suya çəkmək.

Canım boğazıma yetişibdi.

Can ağzından çıxana kimi – ölənədək.

Canın sağ olsun – mənə deyin o ziyan bir sey deyil.

Cəmal malıq– onunla malımız şərikdir.

Cəhənnəm ol – itil get.

Cuhud ilə şərik olduq.

Cılıs farsdır – kamilən fars dilli adamdır.


Ç

Çadırsızlıqdan evdə qalmaq– çarəsizlikdən bir işə boyun əymək.

Çayda balıq sovdası etmək.

Çıxdı oturdu kəlləmizdə – üz vermək.

Çiltik vursan qanı çıxar-bikefdir.

Çölmək dığırlanıb duvağın tapıb.

Çörək daş altdan çıxar – cörək cətinliklə qazanılır.

Çörəkli adamdır – ehsanı bol olan adamdır. Xeyir yetirən adamdır.

Çöl-palazını tökdülər eşigə.

Çöl itirən-şeylərini itirən, unutqan adam.

Çörəyi qulağımıza yemirik– hər şeydən xəbərdar olmaq.

Çömçə qazandan istidir– dayə anadan ürək yanandır.


D

Dabanlarımdan tər süzürdü.

Dağa kəllə gedən vaxtı-yaşının lap güclü vaxtı.

Daha mənə yedirtməzsən – hamını aldatsan da, məni aldadanmazsan.

Daha sənin vaxtın keçib – bu hərəkətlərin gənc adamın hərəkətidir, sən qocalıbsan.

Dalınca kəlləqənd göndərməmişdim ki, gəlməyibdir.

Davar yatanda bir altın qaşıyar, sən onu da eyləmirsən – zibilin içində olan adama deyirlər.

Daş olum düşüm – məs: daş olum düşüm o kişinin başına kı, sənin kimi arvadı saxlayıb.

Daş qayaya tuş gəlmək– hərif-hərifə müqabildir.

Dava-dəllə biridir.

Daş kimi düşüb yatır.

Daşdan yumşaq hər nə olarsa, yeyər.

Desən bazarın itlərin də nişan verər– məşhur adamdı hamı tanıyır.

De haydı tökər-dayanmadan danışar.

Deyərəm birdən qəlbinə gələr-məndən inciyər.

Deyinmək onun sənətidir.

Dedim itə daş atma! Dedim iti qudurtma – dedim onunla işin olmasın, görürsən it kimi qapır.

Dədəsinin malı deyil ki?

Dədə-nənəsini qatdı, qarışdırdı– yaman dedi.

Dədən yaxşı, nənən yaxşı– razı etmək.

Dəli qan gördü-bir kəsə acığı gələn şeyi görəndə deyərlər.

Dənligini üzüm.

Dərisin boğazından çıxartcaq– çox isgəncə vermək.

Dəryaya getsə dərya quruyar.

Dəyirmanın boğazına ölü salsan diri çıxar.

Dəvə dəlləyin biridir.

Dəvəsi ölmüş ərəb– çox narahat adam.

Dilli-ağızlı adamdır – danışığında adamlara qarşı mehri­ban və hörmət xərc edir.

Dilimdən çıxdı –özüm bilmədən müəyyən sözü dilimdən aldı.

Dilin rahat dursun da – dilinlə onu incitmə, o da səni vurmasın.

Dilinə söz qoyur onun – başqasının əleyhinə deyəcək sözləri ona öyrədir.

Dilindən maqqaşnan söz çəkirlər – sözü ürəyində saxla­yan adama deyirlər.

Dinc dur-şuluq eləmə.

Dinməz eyləməz qayıtdım – bir söz demədən, etiraz etmədən qayıtdım.

Dirisindən də ziyan gördük, ölüsündən də – ziyankar adamdır.

Dişini saydı – onun gücünü yoxlayıb zəif olduğunu anladı.

Dindirəcəyin it kimi qapır.

Dizinin altına vermə – məs: ananı arvadın dizinin altına vermə.

Durduğca ziyandır-qaldıqca ziyandır.

Duz yeyib düz gəzin.

Dünyada arzu qoymadı.

Dünyanı yorub– qocalıb.

Döşünə döyür – mənəm-mənəm deyir.

Döş aparır-məğrur olub – döşün qabağa verib gedir, başı bərk at kimi.


E

Elə boyumuz qalmışdı – ziyanlı və gözlənilməz bir iş.

Elə bir arvad hamamıdır – səs-küylüdür.

Elə bir erməni dığasıdır.

Elə bir ilana ağı verəndir.

Elə bir buğadır.

Elə bir çörəyi təndirdə yandı.

Elə bir hamam qapısıdır.

Elə bir dəyirman daşı keçirtdin boğazına– səsi çıxmadı.

Elə bir dörd doğar kəl deyir – çox güclüdür.

Elə bir dilinə yarama sərib– heç danışmır.

Elə bir divara dəyirsən – özünü eşitməməzliyə vurub.

Elə bir qotur qurbağadır– cirkin adam.

Elə bir gic toxludur.

Elə bir ala qarağadır.

Elə bir mal dayangıdır – kobud və qanmaz adam.

Elə bir məəttəl şəbehdir – işləyən adamların yanında məəttəl durub işləməyən adama deyirlər.

Elə bir məni yerdən götürüb!


Elə bir yetimxanadır – uşağı çox olan evə deyirlər.

Elə ki, ölçürsən, biçirsən, əriştədə çıxır – çox tərifləyirsən .

Elə bir əri evindən yanınca gətirib– bu uşağı çox istəyir və buna çox əlaqə göstərir.

Elə bil bununla deyilsən-söz eşitməyir.

Elə bir çörəyi təndirdə yandı– nə tez dilləndin.

Elə bir dilinə yarma sərib– heç danışmır.

Elə bir kor kişi arvadını döyür-bir adam bir işi görməkdə başarıqsız olanda deyərlər.

Eldən qotur qalmaq.

Erkək zərafat – kobud, tərəfi incidən və xoşagəlməyən zarafat.

Eşşək gəlib dünyaya, eşşək də gedəcək.

Eşşəkdən düşmüş olduq.
Ə

Əcəli gəlib– buna dolaşır, vuracaqlar ölə.

Əlisi də dəli, Vəlisi də dəli.

Əl-ayağa düşdü – yalvardı.

Əl-əldən üzülüb– iş işdən keçib.

Əl-qolumuz bağlıdı – carəsizik.

Ələ baxan adam– gözü özgələrində, əlində olan adam.

Ələyib narınların tökürəm, irilərin çiğnimdən atıram dala – bir adamla kef-əhval edib soruşarlar: neyləyirsən, neyləmirsən, nə qayırırsan? Cavabında mümkündür bu sözü deyə. Yəni işsizliklə əlləşir.

Əli düz, ayağı düz.

Əlim gəlmir.

Əlimizi bağlayıblar – bazarımızı kəsad ediblər.

Əlin ağdan qaraya vurmur– heç iş görmür.

Əlində tutumu yoxdur– əlində bir şeyi saxlaya bilmir, salıb sındırır.

Əlinə çöp verdilər– qumarda pullarının hamısını udub lütə çıxartdılar.

Əlinə döndügüm ( misal: əlinə döndügüm, o latın üzünə bir sillə vurdu!)

Əli elə deyir, Vəli belə – hərə bir hava çalır.

Əl-ayağa düşdü-yalvarmağa başladı

Əl-ayağını orağa vermək– çox tələsmək.

Ələ baxan adam – gözü özgəsinin əlində olan.

Əlim gəlmir – ondan incimişəm, əlim gəlmir ona məktub yazım.

Ələk apar, saz gətir – bihudə vaxt kecirdib nəticəsiz iş görmək.

Əlnən verib, ayaqnan yalvarmaq – bilə-bilə özünü müş­külə salmaq.

Əmələ bax – işimizə bax... bu da yaxşılığımız, üzündə pislik edir.

Əngin deşərəm!

Ərbab evinin gəlini – heç bir işə əl vurmayan.

Ətdən divar çəkdilər – camaat yığışıb tamaşaya durdular.

Əzrayilnən çiling – ağac oynayır.

Əzrayil tükü var – bir adam ya hər bir varlıq, ilk gö­rü­şün­də insanda xof icad edərsə, deyirlər: onda Əzrayil tükü var.

Əzilib büzülür – naz eyləyir.
G

Gedən it, gəl məni qap.

Get öz qapında təkər hərlət.

Gecə-gündüz qoydu qabağına danladı.

Get oğul, bala bunlar məndən sənə qalıb (mən səndən öncə bunları bilirdim, sən məndən öyrənibsən).
Gedib hamamdan buz gətirə – bir adamı soruşanda, cavabında zarafat üçün bu sözü deyirlər.

Gedib qalıb it öləndə – uzaq düşmüş, bir ev, dükan ya bir yerin barəsində deyirlər it ölən.

Gedir tıxılır ürəyimin başına.

Gəl indi keçini çaydan keçirt.

Gələnə qardaş, gedənə yoldaş – hamyla əl bir olmaq istəyən adama deyərlər.

Gələrsən gəl, gəlməzsən cəhənnəmə, oğlumun filan zadına kimi.

Gəl-gedi çoxdur – evinə çox qonaq gəlir.

Gəlməgi şah gəldisinə çıxdı.

Gəlməgiylə getməgi bir oldu – tez qayıtdı.

Gərək yumurtta dügünliyəsən söz düşündürsün.

Gop deyir.

G.... onun qucağına qoyub – hərə – zadın, hətta namus, qeyrətin də ona təslim edib.

G.... işə vermir – tənbəl adamdır.

G.... qırmızısı üzünə çıxır .

G..... tuta-tua qaçdı qorxusundan.

G.... üstündə balaxana saldırarlar – şallaq vurarlar.

Gör axırımız haraya çıxır.

Gör nə qaynadır, gör nə gülür.

Göz qızdırmaq– lətif cinsə baxıb ləzzət aparmaq.

Göydə götürdülər – bazara gələn cins çox tez satılıb qurtuldu.

Göylər yerə gəlməyib ki! Qan-qiyamət olmayıb ki! (niyə belə hirslənib özündən çıxırsan).

Göyə çəkilib – yoxa çıxıb, müəyyən bir cins tapılmır.

Gözlərin şappıldadır – intizar çəkir.

Gözdən tüh qapey.


Gözüm böyyədi süzərəm, böyyədi büzərəm, bırnım əlin­nən.

Gözüyün yaşına baxım, gülər üzüyə?

Gözinin biri alça dərər, birisi də yığar.

Gözü düşüb.

Gözünü tutsun.

Gözdən tük qapmaq– çox zirəng olmaq.

Gözün gəlmir, məsələn, pulu çoxdur, gözünə gəlmir xərcləyir.

Gözə gəldi – gözəl və sağlam bir uşaq xəstələnib, ya ölərsə , deyərlər.

Gözünün qulağıynan da baxmaz – oğurluğu yoxdur və düz adamdır.

Gücü əngindədi– sözlə savaşir.

Günahdan silkindi – çox əzab-əziyyət çəkdiginə görə, gü­nahları tökülüb bağışlandı (məsələn, bir arvad uşaq doğan­da, əzab-əziyyət çəkdiyinə görə, ya bir adam uzun müddət ölüm bəsirətində can çəkdiyinə görə).

Günü-gündən dala gedir– zəifləyir.

Gün üzü tutuldu– şiddətli dava düşdü.

Gülməkdən ağzı yığışmır – çox gülür.


H

Halal baş çıxdım – nə ziyan qoydum, nə qazandım.

Hallacın atdı – onu bərk döydü (həllac pambığa atan kimi).

Hamam suyu ilə dost tutmaq – özgə malını bağışlayıb dostluq eləmək.

Han-hun eyləyincə... – fürsət vermədən (misal: hən-hun yatmaq vaxtı gəlib çatır).

Hamıya miyov, mənə də miyov?

Hamını ley vırıb, ancax bizim kimi tükü tökülən olmeyib.

Has-hus anlayır – körpə uşağın təzə başlayıb dövrə­sin­dəki şeylərə, səslərə və hərəkətlərə əks əməl göstərməsi.

Hazırına qol dur.

Hesaba soxma görək – yalan sözlərini burax.

Heş görübsən yeriyə daş.

Hər oyundan çıxır – pis işlərdən çəkinmir.

Hər zadı yerində – eybi və nöqsanı yoxdur, yaraşıqlı adamdır.

Hələ yanacaqsan!

Hələ torbadakı qalır – hələ iş qurtarmayıb.

Həmişə ayaq üstə – sağalmış, xəstəlikdən duran adama deyir və ona sağlamlıq arzulayarlar.

Hır ilə nırı qanmır.

Hirs bədənimi kəsir.

Huşum dağılıb – unutqan olmuşam.

Huşun başına gələr, bilərsən nəyin nəsidir.


X

Xalası göyçək.

Xataya qalmışıq – bir adam bir neçə nəfərin tərəfindən təcavüz, yaman, ya tərs kimilərə məruz qaldıqa bu sözü deyir.

Xırdalaya bilmədi – o sözü təhlil edib mənasını qana bilmədi.

Xox, qorxdum-biri-birinə hədə-qorxu gələndə, cavabın­da bu sözü deyir. Yəni, səndən qorxan deyiləm.

Xoruzun qoltuğunda vermək – qəbul etməmək, sözünə baxmamaq.


İ

İçinə baxır – qüssəli adam.

İgdə ağacı kimi düzdür.

İkicə olsun, gözlərinin ikisini də çıxardacağam. (Bu sözü arvadlar deyirlər).

İki göz istəyir baxasan – çöx gözəl, calib və tamaşalıdır.

İkini sayınca gəldim.

İki eşşəgin arpasın bölə bilmir – bacarıqsızdır.

İki çəlik bir dəlik – çox arıqdır.

İki ayağı bir başmağa təpmək.

İki inəyi qabağına qatsan birini itirər.

İki keçini otara bilməz.

İki dindən də avara oldux.

İkisi də bir birinin qırağıdır.

İlan yeyib əjdaha olub (özünü qüdrətə çatdırmış, zor işlədən adamın haqqında deyirlər).

İlanın yuvasına ayaq uzatmaq – güclü və xatalı adama dolaşmaq.

İmanı təzələdi – kefə baxdı.

İmanı qırıq imanına döndü – çox sevindi.

İnad boynuma gəlsə, bir batman duz yeyərəm.

İp bağlayıblar beləsinə – beləsini məsxərəyə qoyarlar.

İpə-sapa yatan deyil – çox danqazdır.

İstəklidilər – bir-birlərin sevərlər.

İşə qoymaq – müşgülə salmaq.

İşimiz oyun, oyuncağa çıxıb.

İşin yaşdı – tənbeh olacaqsan.

İşimiz düşüb kor Mələkin əlinə.

İşin qurtulub? – məsələn, niyə başını qalmaqala qatır­san? İt canı var– çox canı bərk adamdır.

İt dəftərində də adı yoxdur – heç kimin yanında etibarı yoxdur.

İt yiyəsin tanımır.

İti yıxılsa dişi çıxar– heç nə yoxdu, çox safdır.

İtə verəndə ağzına atmaq.

İtən yerə getmir.

İtin dal qıçı da deyil – bir adamı təhqir etmək üçün de­yir­lər.

İtin yamanın dedi beləsinə.

İtin üstünə atarsan götürməz – heç nəyə yaramayan bir şey.

İtin qarnında küçük vurur – böyük danışmamış, kiçik ona aman vermir.

İynə atmağa yer yoxdu.

İynə ilə gor qazmaq.

İynə salsan yerə düşməz.


K

Kasıbcılığın daşın atmaqdadır.

Keçəl başını xartılayır.

Keçini çaydan keçirtmək – ağır müşkülü həll etmək.

Kərə-kərə, mənə də kərə – yalan-yalan, mənə də yalan.

Kələfin ucunu itirmək.

Kələfçənin ucuna yetirib.

Kəsik baş kimi deyinmək – çox danışmaq.

Kərələ-kərələ gedir.

Kibrit çöpindən şorba qızdırma.

Kirayəşinniy bəs deyil, toyux-cücə də saxley.

Kim biley mən şavinin oğluyam.

Kimisi tikib on dört tumandamaxlı, kimisi tapbır tay tuman yamaxlı.

Kor it də bunnan xeyir görməyib.

Kor kora diyər cırt bəridəki gözüvə.

Kordan çəlik oğurlamaq – çox nainsaflıq etmək.

Korlar içində badamgöz tapılıb – özünü naza qoydurana deyərlər.

Könülü, gözü toxdur.

Könülün bulanmasın-şübhə etmə.

Kör əlinə birə düşüb – görməmiş adam bir şey əlində çox oynadanda deyərlər.

Körpünü keçincək ayıya dayı demək – işi keçənədək bir zəhmətə boyun əymək.

Köhnə palan içi sökmək – vaxtı keçmiş sözlərdən söz açmaq.

Kürəsinə od düşüb – susuzluqdan çox su içən adama deyirlər.

Kürəkənimizdir nə deyə bilirik – xatiri əziz olduğuna görə günahından keçirik.

Kül olsun ona gələnin başına – kül olsun o qız, ya dul arvadın başına ki, bu eyib içində olan oğlan, ya kişiyə gələ.

Kümçə ilə dəvə sovurmaq.


Q

Qabaqdan gələnlik eyləyir ­– gördüyü işin xəcalətliyin çəkmək əvəzinə hələ üzə qabarır.

Qabaqdan sınmır – dikbədik adamla savaşda da dala çəkilmir.

Qalmazın oyunu gətirdilər başına bax – itin oyunun.

Qan– tərin içində işləyir.

Qan-qan çağırır – davakar adamdır, qan tökməyə hərisdir.

Qan-qiyamət olmayıb ki.... – məsələn, sənə bir kiçik ziyanım dəyib, niyə belə hay-küy salıbsan?

Qanı it kimidir.

Qayın-qudalı gəlin.

Qapı daldasına düşüb – çoxdandı məsələn, qohum evinə getmədiyinə görə indi üzü gəlmir gedə.

Qapımızda od yandırdılar.

Qapını dabandan eylədilər – gəlib getməkləriylə o qədər qapını açıb örtdülər ki, qapının dabanı yeyilib yerindən çıxdı.

Qapını verdi təpiyin qabağına.

Qat kəsib – farş kimi şeyləri qatlayarlar qalar, bir müd­dət­dən sonra farş qatlanan yerdən kəsilər. Deyirlər: farşı qat kəsib.

Qarın basmaq– həddən artıq qarın dolusu yeyəndə ada­mı qarın basar. Bu halda adamı tənbəllik basar və tərpənməyə halı olmaz.

Qara sudan qaymaq tutmaq.

Qarnı təpmək – naşükürlük etmək.

Qaragün ilə əlləşirik.

Qarovuldan düşüb, tuşlayıb hədəfə vura bilmir – yəni, qocalıb.

Qaş-qabağı yer süpürür – çox qaşqabaqlıdır.

Qavalı qızdırmaq – hazır etmək.

Qazan altından çıxıb – çox qaradır.

Qıç-qolunu çırmala – özünü işə hazırla.

Qılıncının dalı da kəsir, qabağı da – sözü çox ötkündür.

Qılıncını açanmaz.

Qılıncından qan damır.

Qız deyil qızdırmadır.

Qızım səni xana verim, üstündə bir dana verim.

Qıy çəkirsən qulaq tutulur – çox sakitlikdir.

Qiblə divarına çöp taxaq nə əcəb, nə yovu!?

Qoru-qoru eyləyirlər – adam bilmir nə deyirlər.

Qolay işdi – yaxşı deyil, bu işi görmə.

Qollarını tovlaya-tovlaya gəlir.

Qolum gəlmir.

Qonşu meyitinə dəyməz – bu şeyin o qədər dəyəri yox­dur, o adam qonşudan minnət çəkib ala.

Qov kimidir – bir şey götürəndə adamın əlinə yüngül gələrsə, deyir, qov kimidi.

Qovurmalıq eyləməyəcəyik ki? – Məs: Biri evlənəndə bir adam ona bir kök və ətli quzu təklif edərsə, cavabında bu sözü deyər.

Qoy bu iş əldən çıxsın – qoy bu iş qurtarsın, sonra ayrı işlərə başlayaq.

Qoy sənin könlün xoş olsun – qoy sən deyən olsun.

Qulaq dibi qaşımaq.

Qulağın əməlli kəs!

Qurda-qurda düşdülər.

Qurandan köynək geyinərsə... – inanmaram o yalançı adamdır, sözünə inanmaram.

Quran düşüb kafir əlinə.

Quyruğumuzu buzlu suya qoydu – məni cox çətin və­ziyyətə saldı.


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin