6. Yaranışlar. «Sənin varlığın özündədir, Səndən əvvəl heç bir varlıq olmamışdır»14- deyən Nizamiyə görə, Allah əvvəl göy qatlarını, sonra sudan yeri yaradır, orada insanları yerləşdirib yağış damcıları ilə torpağı cana, bərəkətə gətirir. Maraqlıdır ki, miflərdə olduğu kimi, Nizamidə də suyun günəş istisi ilə qurudulub qatı məhlula, isti məhlulun soyudulub yaş torpağa çevirməsinə işarə olunur: