2. Yaradıcı və adları // Tövhid.Göylə Yerin birliyi, yəni yaradıcının insanlara, təbiətə yaxınlığı. «Qabaxlar göy yerə yaxın idi. Adamlar bir-birini öldürüb qan tökürdülər, bərəkətin qədrini bilmirdilər. Bunu görəndə tanrının qəzəbi tutdu, göyü yerdən uzaqlaşdırdı».3
Nizami birmənalı şəkildə hər şeyin başlanğıcını Allah və onun müqəddəs adları ilə əlaqələndirir və əsərlərinin əvvəlində bir sorğuya cavab axtarır:
Ey adı ən yaxşı başlanğıc olan!
Sənin adın olmadan kitabı necə başlayım?4
3. Qərar. Proses. «Kun // Ol» əmri. Nət. Münacat.Şair dünyanın mənəvi amillər üzərində qurulduğunu irəli sürür. Çünki ilk olaraq Allah ağlın irəli sürdüyü sözləri - yaranışların adlarını dilinə gətirmiş, sonra doğulmaq əmrini vermişdir. Lakin mənəvi amillərin təsiri olmasaydı, maddi şeylər cansız, hərəkətsiz, dəyişməz qalardı. Onları əlaqələndirən, bir-biri ilə bağlayan və ayıran da mənəvi ünsürlərdir. Nizami Yaradıcının düşünüb qərara aldıqlarını sözə çevirib əmr verməklə gerçəkləşdirdiyini söyləyir: