Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 1,1 Mb.
səhifə12/78
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#40819
1   ...   8   9   10   11   12   13   14   15   ...   78
Nizami-folklor

Göyün - yaradıcının üz döndərməsinin səbəbinin insan­ların şərə, pis əməllərə meyl etmələri ilə izahı: «Əzəli yer üzün­də heş nə yoxuydu. Elə vaxd öz-özünə cəlif keçirmiş. Sonra heyvanlar, cücülər, otdar, ağaşdar yarandı. Lap axırda Allah adamları yaratdı. Bullar yer üzündə o qədər artıf törədilər ki, dünya bullara darrığ elədi, insannar başdadılar bir-birinə pisdih, paxıllığ eləməyə. Bunu görəndə Göy acıxlanıf yerdən aralandı. O vaxtdan da bərəkət azalıf, çörəh daşdan çıxır».6 Nizamidə də həmin inancın eyni şəkildə izahına rast gəlirik:

Ey uca göyü qaldıran,

...Səcdədən boyun qaçırmış o naəhlin isə

Qapısı qıfıl üstündən bağlandı».7

4. Ünsürlər arasında əlaqələrin münasibətlərin qu­rul­ması // Məkan, zaman kəmiyyətin vəhdəti. Bütün yara­nış­ların mayasında dörd ünsür dayanır. Su, od, torpaq ha­va­nın vəhdəti ilə zamanın çıxışı, məkanın isə ilk dayanacağı müəy­yənləşir. Vahiddən zərrələr ayrılır, varlıqlara çevrilir, hər şey ikiüzlü formalaşır, rəqəmlərin ardıcıllığı fəaliyyətin və inkişafın mərhələlərini təyin edir. Tərəzinin bir gözü olsaydı, ölçülərin bərabərliyini, tarazlığını tapmaq mümkün olmazdı. Dünya birüzlü yaranıb zaman və məkanla ikiləşəndə (gecəli-gündüzlü, istili - soyuqlu, dağlı - düzənli ) biri o birinin tərsi kimi meydana gəl­mişdi. Varlıqlar cütləşəndə bir birinə əks tərəflərdə durmasay­dı, təbiət durğunluqdan çıxa bilməzdi. Nizami yazır ki:

[Əlindəki] şey istər arpa, istər qara pul olsun,

Onda dörd gövhərdən [torpaq, od, su, hava]hər şey var.8

Yaxud:


Bir atla elə çapdın ki,

İki atlı [gecə-gündüzlü] dövranı arxada buraxdın,

Fələyin (bağı) dörd bir tərəfdən

Sənin mərhəmətindən min bəhər verdi.9

Göründüyü kimi, şairin təsvir ustalığında sakral rə­qəm­lər əsas poetik vasitələrdən biridir. Eləcə də başlanğıcda zaman və məkan mücərrəd olsa da, çox hallarda torpaqla, yerlə əlaqələnir.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin