Sıra
|
dünyaqurmanın əsas məqamları
|
nİzamİdə əksİ
|
1
|
Əbədilik.
|
Sözün əzəli.
|
2
|
Yaradıcı və adları.
|
Tövhid.
|
3
|
Qərar. Proses.
«Kun\\Ol» əmri.
|
Nət. Münacat.
|
4
|
Ünsürlər arasında əlaqələrin və münasibətlərin qurulması.
|
Məkan, zaman, kəmiyyət vəhdəti.
|
5
|
Dünyanın quruluşu.
|
Vahid - əkizlik - üç dünya - dörd yön - yeddi qat - doqquz göy
|
6
|
Yaranışlar.
|
Göy, yer, dağ, dəniz, Günəş, Ay...
|
7
|
İlk insanın Yer üzünə gəlməsi.
|
Adəm.
|
8
|
Allahın seçimləri: peyğəm-bərlər.
|
Sitayiş. Merac.
|
9
|
Dünyanı idarə edən qüvvə.
|
Məhəbbət. Varlıqların öz başlanğıcına və insanların haqqa - öz yaradıcıcısına çatmaq təşəbbüslə-rindən doğur.
|
10
|
Təbiət.
|
Yerin faunası və florası əmələ gəldikcə, məkan və zaman mücərrədlikdən çıxıb konkretləşir.
|
11
|
Cəmiyyət.
|
İqtidarlar, sənətkarlar və rəiyyət qarşılaşdırılır. Mənəvi amilin – bədii sözün yaşadılması üçün birincilər mədh edilir.
|
12
|
Dünya daimidir \\ Dünya fanidir.
|
İnsanın maddi tərəfi – bədən, cism dəyişsə də (torpağa çevrilsə də), mənəvi göstəriciləri - söz və yaxşı ad həmişə qalır//Həyat şirin görünsə də, ölüm haqq sayılır.
|
13
|
Zaman daim irəliyə doğru addımlayır.
|
Keçmişə qayıtmaq mümkün deyil.
|
14
|
Hər şey kəmiyyətlə taraz-lanır.
|
Rəqəmlərin sakrallığı ilə dünya-qurmanın mərhələləri və əsas strukturları işarələnib özünü təsdiqləyir.
|
15
|
Sözün qüdrəti.
|
Hikmət və mövizəyə (nəsihətə) meydan verilir. Şair özü və ailəsi haqqında açıqlamalar edir.
|
6
|
Sözün müqəddəsliyi: «Qurani-Kərim»
|
«Leyli və Məcnun» dastanının əsas mətni:
İnsan doğulur,
boya-başa çatır,
təlim-təhsil alır,
özünü dərk edir,
sevib-sevilir,
eşqi cəmiyyətdə inkar edilir,
şərlə qarşılaşır,
mübarizə aparır,
acı-ağrı çəkir,
gerçək aləmin naz-nemətindən əlini üzür,
vüsala yetir,
dünyasını dəyişir,
haqqa qovuşur!..
|
Aparılan müqayisəni daha aydın görmək üçün «Dünyaqurmanın əsas məqamlarını göstərən sxem»in «Leyli və Məcnun» kitabının strukturu ilə üst-üstə düşən cəhətlərini nəzərdən keçirək.
dünyaqurmanın əsas məqamlarını göstərən sxem
Əbədİlİk – Yaradıcı – Vahİd – Ad
Qərar. Proses. Söz:
«Kun\Ol» əmri
Dörd ünsür: su, od, torpaq, hava
Ünsürlər arasında əlaqələrin və münasibətlərin qurulması
Dünyanın quruluşu
Yaranışlar
Göy, ulduzlar, Günəş, Ay
Yer, dağ, dəniz
Məkan, zaman və kəmiyyətin vəhdəti
Bitkilər, heyvanlar
Sözün müqəddəsliyi: «Qurani-Kərim»
Cəmiyyət
Mənəvi aləm
İnsan-Adəm
Dünyagörüşləri – inam - din
Eşq
dastanı
Qələm sahibi və hökmdar
1. Ədəbilik//Sözün əzəli. Azərbaycan mifoloji dünyagörüşündə bütün maddi və mənəvi ünsürlərdən əvvəl də, sonra da bir əbədi mövcudluq var, o da Yaradıcıdır. Buna uyğun Nizami yazır ki:
O var ikən hələ [göylər] və yastı [yerlər] yox idi,
İndi mövcud olanlar olmayanda da o, var olacaq.1
Şair dünya yaranmamışdan qabaq ancaq Allahın tək halda varlığını və daimiliyini təsdiqləyir. Əksər mifoloji sistemlərdə yaradıcıyadək yaşayışın olması göstərilir. «Avesta»da əsas yaradıcı Ahur-Məzda kimi səkkiz tanrıdan söhbət gedir. Yeri, Göyü yaradan Ahur-Məzdın dünyaya gəlməsi üçün zaman və tale tanrısı Zirvan min illər boyu qurbanlar verir. Deməli, mücərrəd məkanda və mifik zamanda başqa varlıqlar mövcud imiş ki, onları qurban da kəsirdilər. Yaxud yunan mifologiyasında dünyanın əsas elementlərini köməkçi tanrılar vasitəsi ilə yaradıb idarə edən Zevsə qədər Kronun çoxsaylı icadları olmuşdur. Belə mifoloji sistemlərdə dünyanın başlanğıcı dumanlı təsvir edilir və insanların sitayiş etdiyi əsas yaradıcılar onlaradək qurulan dünya modelində restovrasiya (köklü dəyişikliklər) edirlər, bir növ onu durğunluqdan çıxardıb hərəkətə gətirir, tamamlayırlar.
Yaradıcının mütləqliyi, daimiliyi, vahidliyi, birinciliyi, ilkinlərin ilkini olması ideyası Azərbaycan mifik görüşlərinin arxaik nağıl, qəhrəmanlıq eposu, klassik ədəbiyyatdan başlamış son zamanlarda xalqın dilindən yazıya alınan inanclara, mif mətnlərinədək müxtəlif qaynaqlarında özünə geniş yer tapır. Məsələn, «Lap qabaxlar Allahdan başqa heç kim yoxuymuş. Yer üzü də başdan-ayağa suyumuş. Allah bu suyu lil eliyir. Sonra bu lili qurudup torpax eliyir. Sora torpaxdan bitkiləri cücərdir. Onnan sora da torpaqdan palçıx qəyirip insannarı yaradır, onnara uruh verir».2
Dostları ilə paylaş: |