Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 1,1 Mb.
səhifə5/78
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#40819
1   2   3   4   5   6   7   8   9   ...   78
Nizami-folklor

İkincisi, türklük Nizami üçün dərk olunmuş etnik özü­nüi­fadə modeli idi. «Xosrov və Şirin» əsərində Azərbaycan hökm­darı Məhinbanunun qardaşı qızı Şirin sevdiyi fars şahzadəsi Xos­rovdan ötrü çılğın hərəkətlərə yol verəndə bibisi ona deyir:

Əgər o – Aydırsa, biz – Afitabıq (Günəşik – S.R.),

O – Keyxosrov, bizsə – Əfrasiyabıq (9, s. 119).

Bu beyt təkcə Nizaminin yox, eləcə də Azərbaycan xalqı­nın milli kimliyinin, milli varlığının, bu xalqın dünyanın hara­sından başlayıb harasına getdiyinin «manifesti», milli «bəyanna­məsidir». Bu beyt eyni zamanda Nizami şəxsiyyətinin etnik-mə­dəni varlığımızın hansı qaynaqlarına bağlı olduğunu, şairin nə qədər aydın milli-ideoloji düşüncəyə malik olduğunu parlaq şə­kildə ortaya qoyur.

Beytdə İran-Turan (fars-türk) kimliyinin iki mühüm sə­viy­yəsi ifadə olunub:

1. Təbii-kosmoqonik kimlik: Ay-Günəş (Afitab);

2. Etnik-siyasi kimlik: Keyxosrov-Əfrasiyab.

Bu qoşalıqda türk mifoloji düşüncəsinin əsas elementləri modelləşib. Ay (gecə, qaranlıq) astral obraz olaraq Keyxosrovun işarəsidirsə, Günəş (gündüz, işıq) Əfrasiyabın rəmzidir. Keyxos­rov İran əsatirlərinin qəhrəmanı olmaqla fasrların siyasi əcdad­la­rı, ideoloji eponimləri sırasındadır. Əfrasiyab da Turan qəhrə­manı, türklərin siyasi hakimiyyət şəcərəsinin ən mühüm mifoloji obrazıdır. Nizami Ay obrazını Keyxosrovun simasında İran döv­lətçilik ənənəsinin simvolu, siyasi atributu kimi verirsə, Günəşi də Əfrasiyabın timsalında türk dövlətçilik ənənəsinin ideoloji simvolu, siyasi atributu kimi təqdim edir.

Göründüyü kimi, Nizaminin bu beytində türk etnik-mədəni varlığının, türk mifoloji yaradılış modelinin ən mühüm ünsürləri bədiiləşmişdir. Bu bədiiləşmə heç bir halda beytdə təqdim olu­nan milli kimlik informasiyasının ənənədən gəlməməsi, siyasi-ideoloji düşüncənin tarixinə sərbəst bədii fantaziya müstəvisində yanaşılması kimi yanlış təsəvvürlər yarada bilməz. Belə ki, Əf­ra­siyabın hün-türk sərkərdəsi Alp Ər Tunqa olduğu məlumdur. Hun türklərində siyasi hakimiyyət Günəşə bağlıdır və bu mə­nada Əfrasiyab//Alp Ər Tunqa öz mifoloji yaradılış kimliyi ilə günəşi təmsil edir. Bu baxımdan, Nizaminin sözü gedən beyti on­dakı milli kimlik informasiyasını möhtəşəm türk tarixinin hun dövrünə, yəni özündən 1300 il, bizdən isə 2000 il qabaqdakı tarixə bağlayır (bu barədə geniş şəkildə bax: 10, s. 152-155).


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin