Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə17/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   13   14   15   16   17   18   19   20   ...   100
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
20 
Azərbaycan nəsrində postmodern romanların meydana 
gəlməsi XX əsrin sonlarına təsadüf edir. Azərbaycan ədə-
biyyatında  Kamal  Abdullanın  «Yarımçıq  əlyazma»,  Hə-
mid  Herisçinin  «Nekroloq»,  Kəramət  Böyükçölün  «Çöl», 
İlqar Fəhminin «Qarğa yuvası», Əli Əkbərin «Amneziya», 
Pərviz  Cəbrayılın  «Yad  dildə»,  Aqşin  Yeniseyin  «Gölə-
qarğısancan», Nərmin Kamalın «Aç, mənəm» və digər ya-
zarların qələmə almış olduqları əsərlər postmodern üslub-
da yazılmış əsərlər kimi diqqəti cəlb edir. 
Azərbaycan  postmodern  romanı  iki  əsrin  qovşağında 
ədəbiyyat  tarixində  paradoksal  vəziyyət  yaratdı.  Postmo-
dernist təfəkkür sistemi yazarlara əsaslandırılmamış, post-
modernist  təfəkkürün  bədii  və  fəlsəfi  quruluşunu  təşkil 
edən istiqamət və  prinsiplərin təkamülünün xronoloji çər-
çivəsinin olmaması səbəbindən yazarların qələmə aldıqları 
əsərlər intuitiv halda ənənəvi dəyərləri kompromissiz ola-
raq dekonstruksiyaya məruz qoydular. 
Qeyd  etmək  istərdim  ki,  dünya  ədəbiyyatında  olduğu 
kimi,  Azərbaycan  ədəbiyyatında  da  postmodern  üslubda 
qələmə alınmış ilk əsərlərə reaksiyalar sərt olmuşdur. Post-
modern  üslubda  qələmə  alınmış  əsərlərdə  olan  janr  və 
struktur  yeniliklərini qəbul etməyənlər arasında ədəbi me-
tod,  mövqe  mübarizəsinə  çevrildi.  Postmodernizm  tərəf-
darlarının  az  olmasına  baxmayaraq,  bu  üslubda  qələmə 
alınmış  əsərlərə  real  qiymət  verilərək,  ədəbi  müstəvidən 
nəzərdən keçirildilər. Kamal Abdullanın «Yarımçıq əlyaz-
ma»  romanı  oxucu  ixtiyarına  verildikdən  sonra,  əsər  və 
müəllifi ətrafında baş vermiş müzakirələri göstərə bilərik. 
Həmid Herisçinin «Nekroloq» (2005) romanını da gös-
tərmək  olar.  H. Herisçinin  «Nekroloq»  romanı  bəzi  ədəbi 
tənqidçilər  tərəfindən  klassik  anlayışda  roman  kimi qəbul 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin