Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə13/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   9   10   11   12   13   14   15   16   ...   100
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
16 
kommunikativ funksiyasını aid edir, hansı ki, janr anlayışı 
və  ədəbi  ənənə  əlaməti  ilə  bağlıdır,  oxucunu  müəyyən 
edilmiş təxəyyülə yönəldir 
9

Postmodern  romanda  fəal  janr  qarışığı  «janr  saflığı» 
problemini kəskinləşdirir. Qeyd etmək lazımdır ki, müasir 
ədəbiyyatda «janr saflığı» kimi səciyyələndirilən irihəcmli 
nəsr nümunələri yoxdur. Müasir ədəbiyyatın xüsusiyyətlə-
ri,  çoxvəznli  bədii  şüur  saflaşdırılmış  kommunikativ  şab-
lonlar  üçün,  yəni  «saf»  janr  konstruksiyaları  üçün  şərait 
yaratmır. 
Yarandığı  vaxtdan  roman  sintetik  janr  kimi  təqdim 
olunur.  Roman  janrının  sonrakı  inkişafı  romanın  tipoloji 
müxtəlifliyinin davamlı artımının genişlənməsi ilə xarakte-
rizə edilir (ilk növbədə, başqa janrların qarışıqlığı hesabı-
na). Qeyd etmək lazımdır ki, «saf» şəkildə roman mövcud 
deyil, müxtəlif janr elementlərinin daxil edilməsi ilə səciy-
yələnir. Sintetizm ümumilikdə sənətə xasdır. Lakin roma-
nın  janr  məzmununun  universallığı  və  çox  səviyyəli  se-
mantik  nüvəsi  onu  daha  həssas  olan  digər  janrların  ele-
mentlərini qəbul edilməsini daha həssas edir. 
Müəllifin  janrlar  və  onların  əlamətlərinə  müraciət  et-
məsi  tamamilə  əsassız  fakt  deyil:  müəllif  düşüncəsinin 
məzmunu və bədii idrakın metodu müəllifi bu və ya digər 
janrın  istifadə  edilməsinə  təhrik  edir.  Yazıçı  romanda  öz 
təsvir problemini qoyur, bu problemləri açmaq üçün müx-
təlif bədii üsullardan istifadə edir. Yeni bədii üsulların ax-
tarışı janr qarışıqlığına gətirib çıxarır.  Əksər hallarda isti-
fadə  edilən  üsullar  digər  janrlarda  öz  əksini  tapmışdır. 
                                                 
9
 См.: Чернец Л.В. Литературные жанры. Проблемы типологии и 
поэтики. – М.,1982. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin