Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə10/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   6   7   8   9   10   11   12   13   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
13 
səvvürüdür.  Postmodern  romanlarda  bu  «ikili»yə  önəmli 
yer verilir. 
Postmodern romanın başlıca obyekti mətn olur və bü-
tün diqqət mətnə yönəlir. Mətnin qavranılması isə postmo-
dernizmin aparıcı kateqoriyalarından biri olan dekonstruk-
siya əsasında həyata keçirilir. J. Derridanın «cənab  mətn» 
adlandırdığı  fenomen  postmodernistlərə  kompozisiyanı, 
süjet, üslub və  bədii əsərin  janr  strukturunu  səciyyələndi-
rən  digər  elementləri  «sökmək»  və  özümlü  şərh  əsasında 
yenidən «yığmaq» imkanını verir. Bu prosesi həm  yazıçı, 
sonra isə oxucu həyata keçirir. Hər bir oxucu mətnin yara-
dıcısına çevrilir. R. Bart hesab edir ki, mətnin mənbəyi ya-
zıda  deyil,  oxudadır.  Bu  baxımdan  da,  mətnin  məna  və 
mahiyyətləri bütövlükdə oxucuda cəmləşir. Göründüyü ki-
mi,  postmodern  roman  süni  şəkildə  ortaya  çıxmış  mətnə 
malikdir.  İtalo  Kalvinoya  görə  yazıçı  «romanvari  bir 
oyun»u  nə  qədər  çox  qurarsa,  əsər  bir  o  qədər  də  mənalı 
olar. 
Postmodern ədəbiyyatda janr qarışıqlığının əhəmiyyəti 
artmışdır.  I. Hassan  postmodernizmin  xüsusiyyətləri  ara-
sında  «aşağı»  və  «ali»  janrların  qarışmasını  xüsusi  qeyd 
edir 
6
. Postmodern yazarların yaradıcılığında janr kanonla-
rının  «aradan  qaldırılması»  tendensiyası  üstünlük  təşkil 
edir. Ənənəvi janr konstruksiyalarını inkar etmək postmo-
dern qavrayış çərçivəsinə daxildir: «Postmodernizm şübhə 
altına  qoyduğu  anlayışları  eyni  zamanda  istifadə  və  rədd 
edir, yaradır və sonra dağıdır, – bu istər memarlıqda, istər 
ədəbiyyatda,  istər  kinoda,  istər  fəlsəfədə,  istərsə  də  dilçi-
                                                 
6
 Hassan  Ihab.  Making  sense:  the  triumph  of  postmodern  discourse 
// New literary history, vol. 18, № 2, 1987. P. 445-446; 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin