Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə6/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   2   3   4   5   6   7   8   9   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 

XVII  əsrin  sonlarında  klassik  düşüncə  tərzinin  dağılıb 
məhv olduğu kimi, «Mən»i ön plana çəkən məqsədlər kimi 
insan da yox ediləcək. 
Postmodernistlər  varlığı  müxtəlif  fraqmentlərdən  iba-
rət  olmasına  əsaslanırlar.  Məfhumların  yanlış  olması  və 
onların dekonstruksiyaya uğraması,  yəni reallığın dağıdıl-
ması  və  eyni  yolla  yenisini  qurmaq  prinsipi  üzərində  da-
yanmış Jak Derrida tərəfindən irəli sürülmüş dekonstruksi-
ya  («destruksiya»  (dağıtma,  sökmə)  və  «konstruksiya» 
(quraşdırma,  tikmə))  anlayışlarına  xüsusi  yer  verilir.  Jak 
Derrida  məfhumların  yanlış  olmasını  və  onların  dekon-
struksiyaya uğraması, yəni reallığı dağıtmaq və eyni yolla 
yenisini  qurmaq  prinsipi  üzərində  dayanmışdır.  Loqosen-
trizmi  əsas  götürən  «dünya-mətndir»  və  «mətn-reallığın 
yeganə  mümkün  modelidir»  prinsipinə  söykənən  J. Derri-
da  dil  və  danışığa  önəm  verməyərək,  əsas  mətni  qəbul 
edir.  Dildəki  simvolların  yazıda  həkk  olunub  qalması  və 
dilin  və  danışığın  yazıdan,  yəni  mətndən  asılı  olmasını 
əsas gətirərək, onların törəmə olmasını iddia edir. Dekon-
struksiyanın üsullarını həmçinin R. Bart da işləyib hazırla-
mışdır. Dekonstruksiya elementlərin xaotik (nizamsız)  yı-
ğınını təmsil edən varlığın bədii inikasını əks etdirən alət-
dir. Postmodernizm dünyanı səbəb-nəticə bağlarının qırıl-
dığı bir xaos kimi dəyərləndirir. Şüur isə həmin situasiya-
da  xaosu  anlamaq  vasitəsinə  çevrilir.  Kosmos  və  xaos  və 
«qızıl  orta»  kimi  universaliyalar  arasında  balans  edərək 
kompromisdə dayanırlar. Göstərilən iki başlanğıcın məna-
sız birləşməsi kimi «xaosmos» termini əmələ gəlmişdir. 
«Fraqmentləşdirilmiş» varlıq ideyası əsasında postmo-
dernizm  yeni  gnosoloji  prinsiplər  irəli  sürür.  Postmoder-
nizmin daxildəki həqiqəti anlaya bilməmək, bütünlük anla-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin