Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə4/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   2   3   4   5   6   7   8   9   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 

tika,  poststrukturalizm,  dekonstruktivizm  (ierarxiyaların 
desentrasiya və dekonstruksiyası) istiqamətləri dayanır. 
Postmodernizm  Qərb  fəlsəfəsinin  dərin  transformasi-
yası  ilə  əlaqəlidir.  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində 
maarifçilik  hərəkatı,  elmi-texniki  tərəqqi  və  sənayeləşmə 
nəticəsi  kimi  cəmiyyətdə  modernləşmə  prosesi  gedir.  XX 
əsrin ikinci yarısından başlayaraq rasional düşüncənin tən-
qid olunmasını müşahidə edirik. Postmodern tarix fəlsəfəsi 
və fəlsəfi ontologiya önəmli yeniliklər ilə əlaqəlidir. 
Postmodernizm  tarixi  prosesə  yeni  yanaşma  ilə  səciy-
yələnir. Maraqlıdır ki, Arnold Toynbi 1947-ci ildə nəşr et-
dirdiyi «A study of History» («Tarixin öyrənilməsi») əsərin-
də  O. Şpenqlerin  sivilizasiyaların  hermetik  şəkildə  bir-bi-
rindən təcrid olunması zəminində süquta uğraması konsep-
siyasını  sübuta  yetirməklə  «postmodernizm»  anlayışına 
müraciət  edir.  Postmodernizm  tarixi  və  inkişafı  düz  xətt 
boyu olan proses kimi qəbul etmir. Tarixi dalğavarı inkişaf 
prosesi kimi anlayır. Tarixə münasibət bildirən postmoder-
nistlər vurğulayırlar ki, tarix dağınıq, bir – biri ilə əlaqəsi 
olmayan  hadisələri  süni  şəkildə  bir  araya  gətirməyə  cəhd 
göstərən mifdən başqa bir şey deyildir. 
Postmodernistlərə görə tarixilik ideyası təkcə zamanın 
xəttilik  prinsipinin  təsdiqi  deyildir.  Onların  fikrincə  bu 
konsepsiya tarixi gedişin mütləq bir sonu olması prinsiplə-
rinin təsbit olunmasına, yəni zamanın vahid tarixi məntiqə 
malik  olması  ideyasına  gətirib  çıxarır.  Postmodernistlərə 
görə insanların tarixi proseslərə düşünülmüş və məntiqi şə-
kildə  müdaxilə  etmək  cəhdləri,  prosesləri  istədiyi  istiqa-
mətə yönəltmək niyyətləri heç bir nəticə vermir. 
Postmodernizm  keçmişi  inkar  etmir.  Bir  sıra  postmo-
dernistlər irəli sürdükləri konsepsiyalarda postmodernizmə 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin