Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə5/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   2   3   4   5   6   7   8   9   ...   100
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 

diaxron kəsikdə universal xarakter vermək, onun dünyagö-
rüşünün elementlərini keçmişdə aramaq cəhdlərini U. Eko 
istehza ilə «Homerin özünü postmodernist elan etmək» ki-
mi fikirləri ilə razılaşmadığını bildirirdi. «Postmodernizmi 
getdikcə  uzaq  keçmişə,  qədim  zamanlara  itələyirlər.  İlk 
əvvəl bu termin  yalnız XX əsrin ikinci  yarısının  yazar və 
sənətkarlarına şamil olunurdu, getdikcə XX əsrin əvvəllə-
rinə,  sonra  daha  da  dərinə  getdi;  dayanacaq  nöqtə  görün-
mür  və  tezliklə  postmodernizm  kateqoriyası  Homeri  də 
özünə  hopduracaq» 
3
.  Bu  postmodernist  ideoloqların  keç-
mişlə bağlı irəli sürdükləri konsepsiyalar postmodernizmin 
ictimai,  mədəni,  fəlsəfi-estetik  hadisələr  kimi  boş  yerə 
əmələ  gəlməsinin  qeyri-mümkünlüyü  və  ondan  əvvəlki, 
bəzən də özünə xas olmayan yad hadisələrin içərisində for-
malaşması  ilə  əsaslanır.  Lakin  postmodernistlərdə  keçmi-
şin bərpası mümkün olmaması səbəbindən, sitat ona müra-
ciətin əsas formasına çevrilmişdir. U. Ekonun fikrincə bü-
tün sözlər artıq deyilib, bu səbəbdən də, postmodernist mə-
dəniyyətdə hər bir söz (hətta hərf) sitatdır. 
Postmodernizm  yeni  aksioloji  yanaşma  ilə  səciyyələ-
nir. Postmodernizmə görə «Mən» fenomeni tarixin müəy-
yən mərhələsində meydana çıxdığından keçici xarakter da-
şımışdır. M. Fuko «Les Mots et les choses. Une archéolo-
gie des sciences humaines» əsərində əsr yarım bundan əv-
vəl başlanmış dövr daxilində insanın ciddi transformasiya 
olmasını qeyd edir. Mişel Fuko bunu biliklərin məqsədlə-
rinin dəyişməsinin nəticəsi kimi qiymətləndirir. Onun fik-
rincə,  bu  məqsədlər  meydana  gəldiyi  kimi  yoxa  çıxsa, 
                                                 
3
Eco U.  Postscript  to  the  Name  of  the  Rose.  NY.:  Harcourt,  1985, 
91 p. P. 75. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin