Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə7/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   2   3   4   5   6   7   8   9   10   ...   100
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
10 
yışının yanlış olması, hər şeyin keçici olması, dünən doğru 
olanın bu gün səhv olması, bu gün doğru olanın isə sabah 
yanlış olacağı, bu səbəbdən insanın həqiqətə çata bilməyə-
cəyi, cəmiyyətdəki dəyərlərin tarixə çevrilməsi kimi iddia-
larına diqqət yetirmək lazımdır. 
Postmodernizmə xas görüşlər və prinsiplər ilk növbədə 
postmodern  mədəniyyət,  o  cümlədən  postmodern  ədəbiy-
yatda öz əksini tapmışdır. İ. Hassan postmodern əsərin əla-
mətlərini sistemləşdirib. Onlar arasında qeyri-müəyyənlik, 
səhv buraxmaların kultu, fraqmentarlıq və montaj prinsipi, 
dekanonizasiya, psixoloji və simvolik səthilik, mimesisdən 
imtina, müsbət ironiya, üslub sinkretizmi, teatrallıq, ünsiy-
yət  vasitələrinə  sahib  olmaq,  məqsəd  –  oyun,  parçalama, 
metafora  əvəzinə  metonimiya  (assosiativ  əlaqələr  zənciri-
nin qurulması) və s. qeyd etmişdir. Sadalanan əlamətlər bi-
lavasitə  postmodernizm  dünyagörüşünə  xas  olan  özəllik-
lərdən  irəli  gəlir.  Məsələn,  zamanın,  məkanın,  tarixin  və 
inkişafın  fraqmentar  və  spiral  xarakter  daşıdığı,  «Mən»in 
çoxölçülüyü,  ictimai  dəyərlərin  dəyişkən  və  nisbi  olması, 
insanın varlığın və həqiqətin sonadək öyrənməyə qadir ola 
bilmədiyi və s. 
Məsələn,  qeyri-müəyyənlik,  səhv  buraxmaların  kultu, 
fraqmentarlıq və montaj prinsipi, bədii zamanın və məka-
nın  fraqmentarlığı  Culian  Barnsın  «Floberin  tutuquşusu» 
(Flaubert
'
s  Parrot,  1984)  romanında  öz  əksini  tapmışdır. 
Romanda Cefri Braytveytin Floberlə münasibətləri barədə 
xəyali söhbətlərindən ibarət olan və Braytveytin cins tutu-
quşu  tapmaq  üçün  apardığı  axtarışlar  barədə  hekayətlər 
maraqlı  və  yığcamdır.  Romanda  Floberin  həyatından  və 
Floberin öz  dilindən  bioqrafik və  tənqidi hadisələr  bir at-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin