Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə3/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   2   3   4   5   6   7   8   9   ...   100
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 

ğını,  modernizmin  bir  təkamülü  olduğunu  iddia  etmişdir. 
Modernizmi  «müasirlik  lahiyəsi» 
2
  hesab  edən  Y. Haber-
mas postmodernizmi əslində modernizmin transformasiya-
sı  olduğunu  vurğulamışdır.  Amerika  tənqidçisi  İhap  Has-
san  1971-ci  ildə  nəşr  etdirdiyi  «The  Dismemberment  of 
Orpheus:  Towarol  a  postmodern  literature»  adlı  əsərində 
postmodernizmin  modernizmə  qarşı  olmadığını,  ancaq 
fərqli olmasını göstərir. 
Ədəbiyyatşünas  Brayan  Makxeyl  modernizmin  post-
modernizmə keçidi barədə bəhs edərkən, qeyd edir ki, mo-
dernist ədəbiyyatın mərkəzində epistemoloji problematika 
durur,  postmodernistlər  isə  əsasən,  ontoloji  məsələlərdə 
maraqlıdırlar. Modernist ədəbiyyatı həll etmək lazım olun-
duğu fraqmentarlıq və maksimal subyektivlik ekzistensio-
nalın böhran və ya daxili freydist münaqişə və problemləri 
əks  etdirirsə,  postmodernistlər  isə  bu  xaosun  kənar  edilə 
bilməzliyini göstərirlər. 
Postmodernizm  klassik  ənənə  ilə  hadisələrə  və  insana 
modernist baxışları özündə ehtiva edir, modernist konsep-
siyaların bir sıra fundamental müddəalarından imtina edə-
rək modernist ənənələri davam etdirir. Postmodernizm ge-
netik baxımdan ondan əvvəl mövcud olmuş bu və ya digər 
kombinasiyalar  şəklində  modernizmin  nəzəri  bünövrəsini 
təşkil  etmiş  konsepsiyalara  əsaslanması  özünü  göstərmiş-
dir.  Bu  konsepsiyalar  poststrukturalizm  (total  strukturla 
mübarizə),  struktur  psixoanaliz,  semiotika  (yunan  dilində 
«semeion»-işarə),  dialoq  fəlsəfəsi  kimi  qeyri-klassik  kon-
sepsiyalardır. Postmodernizmin estetik əsasında isə semio-
                                                 
2
 Хабермас Ю.  Модерн  -  незавершенный  проект  //  Вопросы  фи-
лософии. 1992, № 4. С. 80-118. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin