Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə8/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   4   5   6   7   8   9   10   11   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
11 
mosferə daxil edilmiş; müxtəlif hadisələr növbələşərək bir 
neçə planda təsvir edilir. 
Dekanonizasiya, simvolik səthilik, ironiya Rolan Bar-
tın  «S/Z»  (1970)  essesində  öz  əksini  tapmışdır.  R. Bartın 
«S/Z»  əsəri  Balzakın  «Sarrazin»  hekayəsinin  sətirbəsətir 
araşdırılması,  «nitqin  sistemsizliyi»,  lakoniklik,  nömrələ-
mə, müxtəlif başlıqlı ayrı-ayrı fəsillər, «mətnin mürəkkəb-
likləri»  fəslində  fantastik  ünsürlərlə  pozulması,  «Sarra-
zin»in  ədəbi  mənasından  doğan  «Başqa  hekayələr»  bölü-
mü və s. xüsusiyyətlər aşkarlanır. Bart «S/Z» əsərinin hətta 
təhlili hissələri də tənqidi üslubdan uzaqlaşır. 
Səhv buraxmaların kultu, oyunun əsas məqsəd olması, 
metonimiyadan geniş istifadə edilməsi, tarixin və inkişafın 
spiral  xarakter  daşıması,  insanın  varlığın  və  həqiqətin  so-
nadək öyrənməyə qadir ola bilmədiyi U. Ekonun «Qızılgü-
lün adı» romanında əksini tapmışdır. U. Eko ikili qiymət-
ləndirmə,  mərkəzin  kənar  üzərində,  mütləqin  nisbi  qarşı-
sında, həqiqətin həqiqətlər üzərində, əminliyin şübhə qar-
şısında, ehkamın təhlil üzərində ağalığından imtina, pastiş, 
intertekstuallıq, semiotika və s. kimi problemləri əsərində 
qaldırmışdır. Bu xüsusiyyətlərinə görə, U. Ekonun «Qızıl-
gülün  adı»  əsəri  postmodern  ədəbiyyatın  ağır  artilleriyası 
hesab olunur. U. Ekonun özü əsərini «kitablar haqqında ki-
tab» kimi dəyərləndirir 
4
. Vitorio Strada  «Qızılgülün adı» 
əsərini keçmişi və indinin müxtəlif mədəniyyətlərini özün-
də cəmləşdirən bu günkü mədəniyyətin tələbi kimi qiymət-
ləndirmişdir 
5

                                                 
4
 Eco U. Postscript to the Name of the Rose. NY.: Harcourt, 1985, 91 
p. P. 11; 
5
 Страда В.  Модернизация  и  постмодернизация  //  Окно  в  свет, 
1999, № 2, с. 71-89. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin