Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə50/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   46   47   48   49   50   51   52   53   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

Çağdaş Azərbaycan postmodern romanı 
55 
aşağıdakı xüsusiyyətlər xasdır: mifin mətnə uyğunlaşması, 
roman və mifoloji mətn arasında intertekstual dialoq
formanın saxlanılmasında ənənəvi semantikanın dağıdıl-
ması: «roman-antimif üçün mifi mətn kimi sərbəst idarə 
etmək, qəbul ediləni nümayiş etdirmək səciyyəvi xüsusiy-
yətdir», intertekstual oyun, başlıcası isə – mifopoetik for-
manın saxlanılmasında mifoloji semantikanın dağıdılması-
dır 
29

Azərbaycan ədəbiyyatında yaradılmış roman-mif müx-
təlifliyi özünü göstərir ki, bu da roman-dastandır (qeyd et-
mək lazımdır ki, Azərbaycan ədəbiyyatında poema-dastan 
da mövcuddur, məsələn, M. İlqarın «Qaratel» əsəri). Mifo-
logizmin xüsusiyyətindən asılı olaraq roman-dastan həm 
müəllif roman-mifi, həm də folklor-etnik roman-mifi ola 
bilər. Məsələn, S. Axundovun «Eloğlu Araz» (1988) ro-
man-dastanı müəllif roman-mif nümunəsidir. Müəllif mi-
fik obrazlara və hadisələrə müraciət edərək, sinfi münaqi-
şəni təzələyir (unutmayaq ki, roman sosializm dövründə 
qələmə alınmışdır). 
Roman-mif müxtəlif mifoloji ənənələri hansısa mifolo-
ji arxetipləri poetik rekonstruksiya materialı kimi sinkretik 
istifadə edir. Roman-mifdə ədəbi neomifologizmin müxtə-
lif formaları təcəssüm olunur: klassik mif aktuallaşdırılma-
sı, məşhur mifoloji süjetlərin interpretasiyası, «müəllif» 
та и Э. Юнсона). Автореф. дис. … канд. филол. наук. 
Екатеринбург. 2009, 24 стр. С. 14. 
29
Полушкин А.С. 
Жанр 
романа-антимифа 
в 
шведской 
литературе 1940–1960-х годов (на материале произведений 
П. Лагерквиста и Э. Юнсона). Автореф. дис. … канд. филол. 
наук. Екатеринбург. 2009, 24 стр. С. 14. 


S
S
a

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin