Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə47/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   43   44   45   46   47   48   49   50   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
52 
man belə qurulub ki, onun hər bir hissəsi hekayəyə aid edi-
lə bilər, amma ümumilikdə əsərin bütün hissələri vahid 
ideya və müəllif düşüncəsi ətrafında birləşdirilib. Romanın 
baş qəhrəmanının öz adından imtina edərək, başqa adlar 
adı altında müxtəlif həyat yaşaması belə tərtibatı mümkün 
etmişdir. 
Başqa formada fabulanın dəyişkənliyi ilə seçilən Azər-
baycan postmodern romanları arasında Əli Əkbərin «Am-
neziya» əsəri diqqəti cəlb edir. Totalitar cəmiyyətdə baş 
verən hadisələr xüsusi dəyişkənliyi ilə seçilir. Buna kütləvi 
amneziya imkan verir. Romanda amneziya – həm də cə-
miyyət tərəfindən öz keçmişi və ümumbəşəri dəyərlər haq-
qında yaddaş itkisidir. Amneziya (qədim yunanca ἀ — 
mənfi hissəcik və μνήμη — yaddaş) — yaddaşın olmaması 
və ya olmuş hadisələr haqqında natamam xatırlamaq əla-
mətləri olan xəstəlikdir. Ç. Hüseynov Əli Əkbərin «Amne-
ziya» romanına qiymət verərək vurğulayır: ««Hər şey necə 
başladı» və ya «Trivial reminsesnsiya» kimi proloqları 
keçdikdən sonra avtomobil qəzası nəticəsində yaddaşını 
itirmiş baş qəhrəmanının həyatında reallıqla arzu olunanın 
fantasmaqorik qarışığından ibarət hal, aydın qiymətləndir-
mə və amneziya baş verir, hadisələr beşinci fəsildə epiloq 
kimi yazılmış əlavədən sonra keçmiş avtoritarizm şəraitin-
də tapdalanmış qanunlar və insan hüquqları işləyən normal 
bir dövlətdə cərəyan edir. Tədricən müxalifət də, qarşıdur-
malar da öz-özünə zəifləyir, keçmiş yalnız kitablarda qalır, 
yeri gəlmişkən». Maraqlıdır ki, müəllif bizi uzaqlaşdırıl-
mış bədii dünyanın zaman-məkan xüsusiyyətlərinə gön-
dərmir. Əli Əkbərin «Amneziya» romanında iştirakçıların 
çox olmasına baxmayaraq, Murad adlı stomatoloqun bir 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin