Babil haradadır? Əgər irəlidəki səhifələrə baxsanız, Babil kəlməsi hər bir yerdə gözə çarpır. Babilin harada olduğunu dəqiq bilən yoxdur. Lakin Babilin harada olduğu barədə üç nəzəriyyə mövcuddur:
1) İraqda yerləşir; 2) Babil dedikdə Dəmavənd şəhəri nəzərdə tutulur. 3) Nəsibindən Rəsul Eynə qədər Babil ərazisi sayılır. (18)
Bildiyiniz kimi Harut və Marut həzrəti Süleymanın (ə) zamanına və ya ondan sonrakı dövrə təsadüf edir, Quran ayəsi də buna işarə edir. Buna baxmayaraq, bəziləri belə bir əqidəyə sahibdirlər ki, bu məsələ həzrəti Süleymandan (ə) sonra olub. Halbuki, hədislərin bəzilərində Harut və Marutun macərasını həzrəti Nuhun (ə) dövründən sonrakı dövrə təsadüf etidiyini deyirlər. Çünki o zamanlar sehr və cadu həddən artıq çoxalmışdır. Digər bir qrup isə o hadisənin həzrəti İdrisin (ə) zamanında baş verdiyini yazır. Əlbəttə, son iki nəzəriyyə düzgün hesab edilmir. Çünki onlar həzrəti Süleymandan (ə) çox-çox qabaq yaşayıblar. Quran ayəsi buna dəlalət edir. Deməli, Harut və Marut Süleymanın (ə) dövründə olmuşdur. (6)
Zöhrə kimdir? Zöhrənin barəsində gəlmişdir ki, o sadə bir qadındır. Günlərin bir günü əri ilə aralarında ixtilaf yaranır. Onlar Harut və Marutu hakim tutaraq onun yanına gedib, hökm vermələrini istəyirlər. Lakin Harut və Marut ədalətə riayət etməyərək yanlış hökm verirlər. Zöhrə gözəl bir qadın olduğundan onu özlərinə tərəf dəvət edirlər. Amma o qadın onlardan Allahın ən böyük adını öyrənib, göylərə uçur. Allah-Taala isə onun hafizəsindən o adı silib, onu Venus (Zöhrə) ulduzuna metamarfoz edir. (6)
Dostları ilə paylaş: |