Ədəbİyyat:
-
Buzovnalı Azər. AMEA Əlyazmalar İnstitutu, fond 12, s.v. 9
-
Əlimirzəyev Xalid. Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları, Bakı, Elm və təhsil, 2011.
-
Kərimov Paşa. XVII əsr anadilli Azərbaycan lirikası. Bakı, Nurlan, 2011.
-
Məşədi Azər, Seçilmiş əsərləri. Bakı, Oğuz nəşriyyatı, 1995.
Şəhla Xəlİllİ
(Əlyazmalar İnstitutu)
Əlaəddİn Sabİt Bosnəvİ “Küllİyyat”ının
əldə olunmuş nüsxələrİnİn
elmİ-paleoqrafİk təsvİrİ
XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Bosniyada anadan olan, İstanbulda yaşayaıb-yaradan Əlaəddin Sabit Bosnəvinin son araştırmalara görə dünya kitabxanalarında altmış beşə yaxın əlyazma nüsxələri müəyyən edilmişdir. Müəyyən olunan nüsxələr fil.e.d.Azadə Musayevanın “Uziçeli Əlaəddin Sabit və əlyazmaları ilə bağlı ilkin sistemləşdirilmiş bilgilər” adlı məqaləsində öz əksini tapmışdır. Qeyd olunur ki, bu əlyazma nüsxələri London, Marburq, Berlin, St.Peterburq, Bakı, Kayseri, Ədirnə, Kütahya, Konya, Vatikan, Upsala, İstanbul kitabxanalarında muhafizə olunur. Təkcə İstanbul kitabxanalarında (Ayasofya Kitabxanası, Millət Kitabxanası, Süleymaniyyə Kitabxanası, Topqapı Sarayı Muzeyi Kitabxanası, İstanbul Universiteti Kitabxanası, Bəyazid Dövlət Kitabxanası, Köprülü Kitabxanası) otuz səkkizə yaxın nüsxəsi mövcuddur. Bunlardan başqa bəzi kataloqlarda və bir neçə Şərq əlyazmaları kataloqlarında təsviri vardır (6).
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutundə M-25 şifri altında saxlanılan Sabit “Külliyyatı”nın müqayisəli araşdırmasını həyata keçirmək üçün daha 7 nüsxə əldə edərək tədqiqata cəlb etmişik.
Əldə etdiyimiz nüsxələr Ankara Milli Kitabxanasından A550, A1949, İstanbul Topqapı Sarayı Muzeyinin kitabxanasından H.878, H.901, H.902, E.H.1620, və Kayseri Raşit Əfəndi Kitabxanasından olan nüsxələridir. Bu nusxələri şərti olaraq belə adlandırmışıq: Bakı nüsxəsi – ب, Kayseri nüsxəsi - ق, H.901 - م, H.902 - ت, A1949 - ا, H.878 - ل, E.H.1620 - ى, A550 - ه.
Nüsxələrin adları, şərti olaraq adlandırılması, saxlanma yeri və köçürülmə tarixi aşağıdakı cədvəldə öz əksini tapmışdır:
Dostları ilə paylaş: |