Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə169/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   165   166   167   168   169   170   171   172   ...   232
Tünzalə Seyfullayeva

(Əlyazmalar İnstitutu)
Mİrzə Nəsrullah Dİdə Şİrvanİnİn

yaradıcılığının tədqİq tarİxİ
XIX əsrin 30-cu illərindən sonra Azərbaycanın ictimai-iqtisadi hə­ya­tında olduğu kimi, mədəniyyət və maarif sahəsində bir yenilik nəzərə çarpır. Ziyalılıarımız doğma ana dilinə xüsusi rəğbət göstərir, ərəb və fars dillərində aparılan təlim –tərbiyənin yerini Azərbaycan dilində təd­risə verdiyi nəzərə çarpırdı. Tədrisdə yaranan yeni üsul, metod əlbət­dəki ictimai həyata, mədəniyyətə, ədəbiyyata təsir etməyə bilməzdi. XIX əsrdə ədəbiyyatda mövzu, ideya, məzmun əlvanlığı və ədəbi cərə­yanların müxtəlifliliyi diqqəti cəlb edir. Azərbaycanda maarifçilik və demokratik ideyaların güclənməsi ictimai şüurun inkişafına böyük təsir göstərir. Beləliklə tənqidi realizm qüvvətlənir.Eyni zamanda aşiqanə və dini məzmunlu qəzəl, qəsidə, minacat kimi əsərlərlə yanaşı, yeni ədəbi forma və buna müvafiq olaraq yeni məzmun yaranmağa başlayır.(5,53)

Hələ XIX əsrin əvvəllərindən ayrı-ayrı şəhərlərdə yeni şairlər və şeir həvəskarları görkəmli şairlərin ətrafına toplanaraq, mədrəsələrdə və evlərdə ədəbi müzakirə və mübahisələr keçirərdilər. Şairlərin tez-tez bir yerə toplaşıb müşairələr keçirməsi ayrı-ayrı şəhərlərdə xüsusi məclislərin yaranmsı üçün bir zəmin oldu.

Ümumiyyətlə XIX əsr ədəbiyyatı özünün məclisləri ilə məşhurdur. Bütün Azərbaycanda məclisçilik sahəsində ədəbi dirçəliş yenilik sezi­lirdi. Yeni Azərbaycan ədəbiyyatının formalaşmasında XIX əsr ədəbi məc­lislərinin xüsusi rolu mütləq qeyd olunmalıdır. Şairlərin bir yerə toplaşması ilə orta əsr şerinə məxsus tərkidünyalıq hissləri, sufilik mo­tiv­ləri sıradan çıxır, real gerçəkliklərin tərənnümünə keçid üstün gəlirdi. Bu məclislər anadilli şerimizin inkişafında, müasir Azərbaycan dilinin ədəbi üslubunun təşəkkülündə mühüm xidmət göstərmiş, onun leksik və üslub həcminin xəlqiləşməsinə güclü təkan vermişdir. Nəsrəddin Qarayev XIX əsr məclislərinin fəaliyyətini dərindən öyrənərək, belə nə­ticəyə gəlmişdi ki, bu dövrdə Azərbaycan dilində yazmaq meyli çox qüv­vətlənmişdi. Məclis şairlərinin demək olar ki, hamısı öz şerlərini əsasən Azərbaycan dilində yazırdılar.(3, 5-6) Ədəbi məclis hərəkatının başlanğıcı böyük mütəfəkkir pedaqoq Mirzə Şəfi Vazeh tərəfindən 1820-ci ildə qoyulmuşdur. Onun yaratdığı “Divani-hikmət” məclisi 1852-ci ilə qədər fəaliyyət göstərmiş və digər məclislərin ortaya çıxma­sın­da əsas rol oynamışdır. A.Bakıxanovun 1825-ci ildə Qubada yarat­dığı “Gülüstan” məclisi əsrin sonuna qədər işini davam etdirmişdir. 30-cu illərdə Ordubadda Şıxəli Naibin başçılığı ilə “Əncümənüş-şüəra ” məclisi yaradılmışdı. Daha sonra “Fövcül-füsəha”ədəbi məclisi yarandı. Bu məclisin sonra Şamaxıda və Bakıda “Beytüs-səfa”, “Məcməüş-şüə­ra” məclislərinin yaradılmasında müsbət təsiri olmuşdur.

Maraqlıdır ki, ədəbi məclislər XIX əsrdə Azərbaycanda məşhur ol­muş görkəmli şairlər tərəfindən təşkil edilmişdir. M.Ş.Vazeh, A.Bakı­xanov, M.İ.Qasir, S.Əzim, X.Natəvan belə şairlərdən olmuşlar.

Məhz bu dövrdə görkəmli şairlərimizdən biri Seyid Əzim Şirvaninin rəh­bərliyi ilə Şamaxıda təşkil olunmuş məclislərdən biri “Beytüs-səfa” məclisidir. Bu ədəbi məclis haqqında ilk məlumat F.Köçərlinin “Azər­bay­can ədəbiyyatı tarixi materialları” kitabında verilmişdir. Həmin məc­lis haqqında daha sonra prof. F.Qasımzadə, t.e.n. Ə.Hüseynzadə bəhs etmişlər.(4,385) “Beytüs-səfa”da fəaliyyət aşağıdakı şairlər fəaliy­yət göstərmişlər.Seyid Əzim Şirvani, Bahar Mirzə Nəsrullah, Ləkbər Qafil, Məhəmməd Səfa, Ağababa Zühuri, Mirzə Mahmud Zöv`i, Fü­ruği, Nəcəf bəy və b.

Digər ədəbi məclislərdə olduğu kimi, burada da Şərqin dahi şair­lə­rinin əsərləri mütaliə edilir, onların yaradıcılıq xüsusiyyətləri təhlil olu­nur, azərbaycan cə Şərq tarixi öyrənilirdi.XIX əsrdə yazıb yaratmış, “Beytüs-səfa”ədəbi məclisinin şairləri içərisində diqqəti cəlb edən şəx­siyyətlərdən biri də Mirzə Nəsrullah Didədir. Bu dövr Azərbaycan ədə­biy­yatının ən görkəmli nümayəndələrindən biri olan M.N.Didə haqqın­da çox az məlumat olmasına baxmayaraq, bu mütərəqqi şairin Şa­ma­xıda anadan olduğunu, Təbrizdə təhsil aldığını şairliklə yanaşı, mir­zə­lik, müəllimlik katib vəzifəsində çalışdığını qaynaqlardan öyrənirik. Şair haqqında S.Ə.Şirvaninin “Əsərləri”nin III cildində,Qulam Məm­məd­linin “Təzkirə”sində, Salman Mumtazın 1928-ci ildə çap etdirdiyi “Azər­baycan ədəbiyyatı Mirzə Nəsrullah bəy Didə” kitabında, Məhəm­mədəli Tərbiyətin “Danışməndani Azərbaycan” əsərində, Nəsrəddin Qara­yevin “XIX əsr Azərbaycan Ədəbi Məclisləri” adlı monoqrafiya­sın­da, f.e.d. Möhsün Nağısoylunun tərtib etdiyi “Mirzə Nəsrullah Didə “Kitabün-Nəsayeh” kitabında,Türk əlyazmalrı kataloqunda və s. qay­naq və məxəzlərdə məlumata rast gəlmək olar.

M.N.Didə haqqında ilk dəfə məlumatlar verən S.Ə.Şirvani onu Şa­maxı şairlərinin ən müqtədiri hesab etmişdir. S.Ə.Şirvani Didəni ərəb və fars dillərini gözəl bilən, “hər bir lisan ilə danışmağa qadir ,arifül-həqayiq və kaşivüd-dəqayiq, şeyxüs-şüəra və qütbül-ürəfa Mövlana Mir­zə Nəsrullah ” kimi səciyyələndirmişdir. S.Ə.Şirvani əsərində Didə­nin məktəb uşaqları üçün tərtib etdiyi “Kitabün-nəsihətül-ətfal”, Kərbə­la müsibətinə dair yazılmış “Kitabi-məqtəl”, qəzəl və qəsidələrindən ibarət “Divan”ı olduğunu qeyd etmişdir. (8,150)

Qulam Məmmədlinin “Təzkirə”sində şairlə bağlı aşağıdakı məlu­mat­lara rast gəlmişik.”Didə Mirzə Nəsrulla Şamaxıdandır.XIX əsrdə ya­şamışdır. Şamaxı xanı Mustafa xanın katibi idi.M.Nəsrullah uşağ ikən atası qətlə edilmişdir. Mustafa xan onu təhsil almaq üçün Təbrizə göndərmişdir. Təhsilini bitirib, Şamaxıya qayıtdıqdan sonra xanın ya­nında mirzəlik etmiş və Şirvanda Mirzə Nəsrullah bəy deyə məşhur olnuşdur. Qafqazda xanlıq üsul-idarəsi ləğv edildikdən sonra M.N.Didə rus dövlət idarəsində xidmətə girmişdir. Azərbaycan, rus, fars, ərəb dil­lərini bildiyinə görə əhali arasında tanınmış bir şəxs olmuşdur. O hə­ya­tının son illərini məktəbdarlıqla keçirmişdir.Mirzə Nəsrullah zəhmət­keş, namuslu, kimsəyə möhtac olmayan və öz əməyinə güvənən bir şəxs olmuşdur. Didə h.1287-ci il \ m.1870-cildə Şamaxıda vəfat et­mişdir.”(1,132-133)

Salman Mumtazın 1928-ci ildə çap etdirdiyi “Azərbaycan ədəbiy­yatı Mirzə Nəsrullah bəy Didə” kitabında Didənin həyatına aid qısa mə­lumatla yanaşı müəllif onun bir neçə qəsidəsi, şeirləri və bir mənzum hekayəsinidə vermişdir.

Məhəmmədəli Tərbiyətin “Danışməndani Azərbaycan” əsərində şairlə bağlı qısa bilgilərlə qarşılaşırıq.”Mirzə Nəsrullah bəy hicri qəməri XIII (XIV) əsr şairlərindəndir. O, Təbrizdə oxumuş və h.1287\ m 1870-ci ildə vəfat etmişdir. Onun divanı fars və türk dillərində yazılmış şeir­lərindən ibarətdir.” (7, 5-7)

Çağdaş dövrümüzdə M.N.Didənin həyat və taradıcılığı ilə bağlı nəşr olunan mənbələr sırasında Nəsrəddin Qarayevin “XIX əsr Azərbaycan Ədəbi Məclisləri”adlı monoqrafiyası xüsusi əhəmiyyət kəsb edir. Bura­da şairin həyatı haqqında məlumat verilmiş, yaradıcılığından söz açıl­mış, şeirlərindən nümunələr göstərilmişdir.(3,129-131)

Mirzə Nəsrullah Didənin yaradıcılığında əsas yeri tutan onun mü­dər­rislik fəaliyyəti ilə əlaqədar olaraq Azərbaycan dilində yazdığı ”Ki­ta­bün Nəsayeh” (Nəsihətlər kitabı)əsəridir. Adından da göründüyü kimi kitab nəsihət-didaktika mövzusundadır: uşaqların və gənc nəslin təlim-tərbiyəsinə həsr olunmuş və maarifçilik ruhunda qələmə alınmışdır. Di­dənin uzun bir müddət ərzində məktəb-maarif sahəsində səmərəli fəa­liy­yət göstərməsi də açıq aşkar şəkildə sübut edir ki, maarifçi ziyalını düşündürən başlıca məsələlərdən biri uşaqların və gənc nəslin tərbiyəsi problemi olmuşdur. Məhz buna görə də müəllif “Kitabün-nəsayeh”i bi­lavasitə uşaqların və gənc nəslin təlim-tərbiyəsində mühüm rol oyna­yan, hər bir cəmiyyət üçün olduqca vacib sayılan bu məsələ ilə birbaşa bağlı olan nəsihət-didaktika mövzusuna həsr etmişdir. Həmin əsər ye­ganə əlyazması əsasında 2008-ci ildə f.e.d.Möhsün Nağısoylu tərəfin­dən tərtib olunaraq “Mirzə Nəsrullah Didə “Kitabün-Nəsayeh” ” adı al­tın­da nəşr olunmuşdur. (60)

Araşdırmalarımız nəticəsində Didənin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda şeirlərinin əlyazma nüsxəsini üzə çıxar­mı­şıq. Əlyazma haqqında Türk Əlyazmaları Kataloqunda bəhs olun­muş­dur. (10, 139-140) Kataloqda əlyazma nüsxəsi “Şeirlər”adı altında keçir. Burada əvvəlcə şairin həyat və yaradıcılığı qısaca işıqlandırılmış daha sonra nüsxənin paleoqrafik təsviri verilmişdir. C-265 şifrli əlyaz­ma 119 vərəqdir, ölçüsü 17x26,5 sm-dir. əlyazma boz kardon cildə tu­tul­muşdur. Nüsxənin harada köçürülməsi, katibi haqqında əlyazmada heç bir qeyd yoxdur. Köçürülmə tarixi h.1278-1861-h.1281-1864-cü illər olaraq göstərilmişdir. Mətn qara mürəkkəblə rus istehsalı kağıza hə­rəkəsiz nəstəliq xəttiylə köçürülmüşdür.Səhifələrdə sətir sayı 17-dir. Bununla yanaşı bəzi səhifələrdə sətir sayının 19-a qədər olduğunun şahidi oluruq.Əlyazmanın bəzi vərəqləri boş buraxılmışdır.Məsələn:6a, 11a, 25a, 28b, 35b, 58a və s. 33b-118b vərəqlərində bir çox şəxslərin doğum və ölüm tarixləri xronoloji ardıcıllıqla göstərilmişdir.

Başlanır: Gəlüb bəhari-meysətəsüb nəsimi-məlal (1a)

Bitir: Didə gərək bu hörməti axırda göstərim.(119a)

Hər bir millətin, hər xalqın irili xırdalı özünə məxsus şairləri vardır. Bu şairlərin həyatının, yaradıcılığının öyrənilərək gələcək nəsillərə ötü­rül­məsi, bu şairlərə sahib çıxması filologiya elminin vəzifələrindəndir. XIX əsr anadilli ədəbiyyatın görkəmli nümayəndəsi Mirzə Nəsrullah Didə haqqında yazılanlar göstərir ki şairin yaradıcılığının öyrənilməsi Azərbaycan ədəbiyyatı tarixi üçün bir töhfə olardı.



Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin