Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə64/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   60   61   62   63   64   65   66   67   ...   232
1. Cizimdəki xüsusiyyətlərinə görə:

a) Sadə rumi: Buna dini rumi də deyilir. Ən bəsit şəkildə ci­zil­miş ru­mi nümunəsidir.

b) Dəndanlı rumi: Sadə rumi sərhəd cizgisinin daxili qis­minə mün­hani elementlərlə süslənmiş rumi nümunəsidir.

c) Qanadlı rumi: Rumi motivinin iki qola ayrılaraq cizilmiş şəklidir.

d) Sarılma rumi: Buna piçidə rumi də deyilir. Öz daxilində sarılma və bükülmə anlamını daşıyan farsca bir termindir. Ru­mi motivinin üzə­rinə çıxaraq sarılmış rumi nümunəsidir.

e) Səncidə rumi: Ölçülü olaraq iki tərəflifli cizilən rumi növü anla­mı­na gələr farsca bir termindir. Sanki iki rumi kürək qismində birləş­dirilmiş kimidir.

f) İşləməli rumi: Böyük bir rumi motivinin daxili (iç) qis­mində hatai motivlər yer alır.

2. Kompozisiyadakı vəziyyətinə görə:

a) Ayrılma rumi: Bir kompazisiyada naxışı paftalara ayıran, kompo­zi­siyada daha uyğun görünüş təmin edən rumi nümu­nə­lərinə ayrılma rumi deyilir. Bu hissədə zəmin (səth), uyğun şə­kildə, fərqli rəngdə boyanır.

b) Təpəlik rumi: Kompozisiyada sonlandırıcı və ya sərhəd­ləyici və­zifəsini yerinə yetirər. Bəzən tığ şəklində də istifadə olunurlar. Sim­metrik tənzimləmə tətbiq edilir.

c) Ortabağ rumi: Rumi kompozisiyasının cizimində rumi­lərin sap­larının bir noqtədə birləşib təkrar o nöqtədən ikiyə ayrılmalarında, bir­ləşmə nöqtəsinə qoyulan rumili tənzimlə­mə­yə ortabağ rumi deyilir.

d) Salyanqoz rumi: Salyanqoz adlandırılan kiçik rumi tər­zindəki qıvrımlar simmetrik dördlü xəttin toqquşma nöq­tə­sin­də istifadə edilir. Bağ­layıcı bir xüsusiyyət daşıyır.

e) Üç-iplik rumi: Bir-birinin içindən keçən üç xətt üzərin­də rumi­lə­rin eyni istiqamətdə düzülərək meydana gətirdiyi zərif bir rumi hörgü­sü­dür.

Simvolik motivlər isə buludlar və çintəmanidir. Süsləmə sə­nətlərin­də istifadə edilən buludlar, təbiətin bir elementi olma fikiriylə qiymət­lən­dirilib istifadə edilmişlər. Buludlar öz xəttlə­­rini davam edərək çəki­lər və başqa motivlərlə qarış­maz­lar. Buludlar cizimdəki xüsusiyyətlə­ri­nə və kompazisiyadakı vəziyyətinə görə ikiyə ayrılırlar.

1. Cizimdəki xüsusiyyətlərinə görə:

a) Sərbəst bulud: Kompazisiyalara sərbəst şəkildə çəkilərək yerləş­dirilirlər.

b) Yağma bulud: Bulud şəkillərinin daha qatı olaraq daha sıx olaraq bir arada cizilmələridir. Sərbəst olaraq da yerləş­di­rilirlər.

2. Kompozisiyadakı vəziyyətinə görə:

a) Nöqtə bulud: Yağma şəklində çəkilər. Nöqtə bulud deyil­məsinin sə­bəbi, naxışda motivlərin yer alacağı budaqların çıxış nöqtəsini təşkil et­mələridir.

b) Ayırma bulud: Ayırma rumilərin istifadə edilmədiyi yer­də eyni vəzifəni görəcək şəkildə istifadə olunurlar. Rəng ayrı­mı­na köməkçi ol­maları səbəbiylə naxışı monotonluqdan qur­tarıb, daha ahəngli görün­məsini təmin edirlər.

c) Ortabağ bulud: Çardaqlı və çənbər deyə də adlandırılan bulud mo­tividir. Çiçəklərin saplarını bağlamada, bəzən də iki bu­lud arasında əla­qənin təmin edilməsində istifadə olunur.

d) Təpəlik bulud: kompozisiyaların məhdudlaşdırılmasında istifadə olunur. Naxışların bitməsini bildirir.

e) Xürda bulud: Bu tənzimləmədə rumilərdən fərqli olaraq öz struk­turlarında deyil, yarpaq və ya Hatai çiçəyiylə birlikdə is­tifadə edilərək dəyərləndirilir.

Əksərən üç xalla birlikdə istifadə edilən Çintəmani motivi isə, bulud və hatai motivləri kimi Orta Asiya mənşəlidir. Yan-yana uzanan iki dalğalı şəkil pələng və bəbiri xatırladır. Biri üstdə ikisi altda üç xaldan ibarət olan tənzimləmə dekorativ anlamda süsləyici olaraq istifadə edil­mişdir. Bəzən xallar içinə tək tərəfə daha yaxın çəkilən dairələr onların hi­lal şəklini al­malarını təmin edər. Teymur dövləti dövrünə aid sikkə­lərdə də gö­rülən bu üç xala "Timuçin" adı verilir. Türk bəzəmə sənə­tin­də isə gücün və səltənətin simvolu olaraq istifadə edil­mişdir. Bəzən üç xalın bir yerdə istifadə edildiyi nümunələr olduğu kimi bəzən də hər iki motiv ayrı-ayrı istifadə edilmişdir.

Əlyazma əsərlərin təsbit fişlərində təzhib əsərdəki təzhib və təzhibin növü haqqında qeydlərin olması mütləqdir və aşağı­da­kı qanunauy­ğun­lu­ğa riayət etmək məqsədəuyğundur: Əsərin hansı bölümünün – zahi­riyə, sərlövhə, mövzu və bölüm başlıq­ları, xəttimə, Qurani-Kərimlərdə ay­rıca surə başlıqları, cüz, hizb işarələri və digərlərinin təzhibli olma­la­rı­nın qeyd edil­mə­si; hansı səhifələrin təzhibli olduğları və eyni zaman­da təz­hi­bin dərəcəsi – nəfis təzhibli və ya hədsiz nəfis təzhibli olmaları qeyd edilməlidir. Minyatür, şəkil, rəsm, lövhə və s. sayının təs­­biti və yerləşdikləri vərəqlərin a və b üzləri müəyyən­ləşərək qeyd edilməlidir.

Əlyazma əsrində xəttatlıq, təzhib, miniatür kimi sənətlərlə ya­naşı, həm­çinin kağız, boya, mürəkkəb, qələm, qələmtəraş və s. ləvazimat­larla bağlı sənətlərlərlə yanaşı, bu gün tədqiqat obyekti kimi maraq do­ğuran cildçilik sənətinin də orta əsr müsəlman şərqinin kitab mədəniy­yə­­tin­də­ki yeri əvəzedilməz­dir.

Cild: Dilimizə ərəb dilindən keçən bu söz «dəri» deməkdir. Əlyaz­ma əsərlərin qorunması məqsədiylə hazırlanan, kitab qab­ları da əksə­riy­yətlə dəridən edildiyi üçün cild adını al­mış­dır. Kağızın icadından əvvəl, bal mumu lövhələr və papirüs üzə­rinə yazılan yazıların saxlanması üçün iplərlə bağlı taxta qapaqlar istifadə edilmişdir. Perqamen istifadə edilməyə baş­la­nınca qatlanıb forma əldə edilmişdir. Cild və cildçilik ka­ğız istehsalıyla birlikdə inkişaf etmişdir. Məmməd Adilov “Azər­bay­can poleoqrafiyası” əsərində yazmışdır: “Müasir təsəvvür­lərə görə, cild kitabın əsas atributlarından biri sayılır. Kitab­la­rın cildlənməsinə ilk dəfə qibti və həbəş xalqları başlamışlar. Müsəlmanlarda isə cildə alınmış ilk kitab Qur’an olmuşdur. Zə­manəmizə qədər gəlib çatmış ən qədim kitab cildi VIII əsrə aid edilir. Bu kitab üzü fil sümüyü və adi sümüklə qaxıl­mış sidr ağacından düzəldilmiş, onun səthinə sütunlar üzərində du­ran tağlar (arkalar) çəkilmiş, tağların daxili və yuxarı hissəsi dörd­bucaq və b. həndəsi fiqurlarla doldurulmuş və palmetta ilə bəzədilmişdir. Döv­­rü­müzə qədər gəlib çatmış ən qədim əlyaz­ma­ların cildinə dəri çə­kil­mişdir”.

Cildçilik sənətində cildlə yanaşı cildbəndlər də düzəldilirdi. Cild­bən­din əlyazma kitab cildlərinin mühafizəsi üçün istifadə edilən qutu və­­zifəsini icra etməsiylə yanaşı digər yararlılıq texnologiyası da vardır: adətən cildbəndin içində bir lent olur və bu lent çəkilincə kitab çölə çı­xar. Ayrıca yazı və şəkil qo­yul­maq üçün bir kənarından parça ilə yapış­dı­rılmış iki müqəv­vadan ibarət qapaqlara da cildbənd adı verilir. Ağız tərəfindən və yanlarından kiçik lentlərlə bağlanır.

Orta əsr əlyazma kitabları tədqiq olunduqca, bir daha sübut olunur ki, Şərqdə kitab mədəniyyəti, İslam incəsənəti yüksək səviyyədə inkişaf etmişdir. Elmə və incəsənətə verilən qiy­mət­dən dolayı, sənətkarlar nəfis əlyazma kitablarını hazırlayarkən ən yaxşı ləvazimatlara üstünlük ver­mə­yə çalışmışlar.


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin