Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə95/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   91   92   93   94   95   96   97   98   ...   232
Teyyubova Pərvanə

(Əlyazmalar İnstitutu)
Zİyalı, tərcüməçİ və İlk Azərbaycan mühəndİsİ Rəşİd bəy Axundov
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına əl­yaz­malar institutunun şəxsi fondlar şöbəsində Azər­bay­­­can dramatur­gi­ya­sının banisi, böyük mütəfəkkir, ictimai xa­dim və filosof M.F.Axun­do­vun arxivi saxlanılır.

Bu ən zəngin arxivlərdəndir. M.F.Axundovun (1812-1878) şəxsi ar­xivində mühafizə edilən 824 adda materialların böyük hissəsi onun ailə üzvləri, övladları, nəvələri ilə bağlı material­lardır. Həmin materiallar içərisində M.F.Axundovun oğlu Rə­şid bəy Axundovun yaradıcılıq irsi, Brüsseldə təhsil aldığı müd­dət ərzində atası ilə məktublaşması xüsusi yer tutur. Ədə­biy­yat kitablarında M.F.Axundovun tərcümeyi-halı veri­lər­kən onun 13 övladının olduğu bu uşaqların 11-nin çox tez vəfat et­dik­ləri, yalnız ikisinin-oğlu Rəşid və qızı Nisənin qaldığı bil­dirilir. M.F.Axundovun həyat və yaradıcılığını nəzərdən keçi­rər­kən Rəşid bəy Axundov haqqında verilən materiallar dəq­qəti cəlb edir. O, dövrünün ən maraqlı simalarından biri ol­muş­dur. Ziyalı, tərcüməçi ilk ali təhsilli Azərbaycan mühən­disi olan Rəşid 1854-cü ildə Tiflisdə doğulmuş və ilk təhsilini də burada almışdır. Erkən yaşlarından musiqini sevir, gözəl tar çalmağı bacarır, şahmata maraq göstərirdi. Rəşidin dünya gö­rüşü və düşüncə tərzinin formalaşmasında M.F.Axundovun bö­yük rolu olmuş­dur. M.F.Axundov Rəşidin tərbiyəsi ilə ciddi məşğul olmuş onu çox müstəqil gənc olaraq yetişdirmişdir. O, fizikanı, təbiətşünaslığı və fəl­sə­fəni yaxşı bilirdi.

Rəşid tərcüməçilik bacarığına da malik idi və ilk tanınmış tərcü­mə­çidir. Əcnəbi dilləri öyrənməkdə də o çox mahir idi. Azər­baycan dilin­dən başqa rus, fransız fars və ərəb dillərində də sərbəst danışmağı ba­carırdı. Əcnəbi dilləri bilməsi sayə­sin­də M.F.Axundova bir çox məsələ­lərdə kömək edirdi. 1872-ci ildə «Şarl Mismerin Ali Paşaya məktubu» fəlsəfi əsərini fran­sız­cadan ruscaya çevirmişdir. Bundan başqa «Bir ba­laca parij­li­nin həyatı» adlı fransız romanını da Rəşid tərcümə etmişdir. Lakin bu roman 30-cu illərdə M.F.Axundovun əsəri adı ilə çap olunmuş sonralar Ə.Ələsgərzadə bu əsəri məhz Rəşid tərəfin­dən tərcümə edildi­yini müəyyənləşdirilmişdir. Şamil Zamanov isə onun müəllifini dəqiq­ləşdirmişdir.

Bir çox dilləri mükəmməl bilməsinə və yüksək tərcüməçilik qabiliy­yə­tinə malik olmasına baxmayaraq, Rəşid mühəndis ol­ma­ğı qərara alır. Bununla əlaqədar olaraq 20 yaşlı Rəşid 1874-cü ildə Avropaya gedir. O, Avropanın ən tanınmış ali təhsil ocaq­larından biri olan Brüssel uni­versitetinə qəbul olu­nur. İm­ta­hanları isə müvəffəqiyyətlə verir .

Avropaya gəlişi Rəşidin həyatında və dünya görünüşündə də­yişik­lik­lərə səbəb olur. O, çoxlu oxuyur, məşğələ keçir, elm öy­rənməyə ça­lışır. Eyni zamanda buranın mədəniyyət və in­cəsənəti ilə yaxından ta­nış olmaq üçün teatra və muzeylərə ge­dir. Ziyalılarla tanışlıq əlaqələri ya­radır.

Rəşid həm Brüsseli, həm də oranın camaatını çox sevirdi. Ən çox xoşuna gələn cəhət isə insanların səmimi və hiylədən uzaq olmaları idi. Məktublarında Brüsselin azad, sakit və dinc ölkə olduğu haqqında ya­zırdı. Ancaq öz ölkəsini isə Avropanın bir çox ərazilərinə və bütün dün­yaya nisbətən sadəcə olaraq cən­nət adlandırırdı.

Rəşid vətəndən uzaq belə bir yerdə özünə dostlar tapır, sə­mi­miliyə ilə özü də yoldaşlarının hörmətini qazanırdı.O , dost­luğa böyük önəm ve­rirdi. Özünə dost seçəndə insanlıq keyfiy­yətinə xüsusi diqqət yetiridi.

Oxuduğu universitetdə dərs proqramları çox dolğun idi, bu­nun üçün kifayət qədər zəhmətə qatlaşmaq lazım gəlirdi. An­caq dərslərin çətin­li­yi Rəşidi qorxutmurdu. O, yaxşı mühəndis ol­maq üçün nəinki dərslərin ağırlığına, bütün çətinliyə döz­mə­yə hazır idi. Vətəndən uzaq, ağır hə­yat, maddi çətinliklərə bax­mayaraq, Rəşid vətənə mühəndis diplomu al­madan qayıtmaya­ca­ğını qəti qərarlaşdırmışdır.

Valideynlərinə məhəbbət və qayğıkeşlik Rəşidin xarakte­ri­nin əsas cizgilərindən idi. O, validenlərini ülvi bir məhəbbətlə se­vir və onlara bö­yük ehtiram bəsləyirdi. Rəşid atasına eyni za­manda dost, məstəkdaş və silahdaş olmuşdur. Elə bu səbəb­dən də Brüsseldəki problemlərinə, dərslərinin çətinliklərinə bax­mayaraq M.F.Axundovun əsərlərinin Av­ro­pa dillərinə tər­cü­məsi və Avropa teatrlarında tamaşaya qoyulmasına çox səy göstərirdi. Bununla həm M.F. Axundovun yaradıcılığını təb­liğ etmək, həm də Azərbaycanlılara xas olan xüsusiyyətləri Av­ro­palılara çat­dırmaq istəyirdi .

Rəşid çox həsas bir oğul idi. 1878-ci ildə M.F.Axundovun vəfatı Rəşidi çox sarsıdır. O, təkcə atasını deyil, eyni zamanda ustad və müəl­limini itirmiş olur. Onu da qeyd edək ki, M.F. Axun­dovun ölü­mün­dən qabaq Allahdan yalnız bir istəyi ol­muşdu, ona iki il ömür ver­sin ki, Rə­şidin Brüsseldən qayıt­dı­ğını görsün və onun toyunu etsin. La­kin M.F.Axundova bu qis­mət olmamışdı.Artıq M.F.Axundovun vəfatı ilə maddi cə­tin­liklər də yaranır. Digər tərəfdən də Rəşidin xəstələnməsi və­ziyyəti daha da ağırlaşdırır. 1882-ci ildə Rəşid təhsilini bi­tir­mədən Tif­lisə qayıdır. Lakin mühəndis olmaq arzusundan əl çəkmir.

Az keçmir ki, Rəşid təhsilini davam etdirmək üçün artıq Brüs­selə yox Peterburqa gedir.Ona dayısı Mirzə Mustafa kö­mək­lik edir. O, Brüs­seldə təhsilini bitirmədiyi üçün çox təəs­süf­lənirdi. Ancaq Peter­burq da onun həyatında mühüm rol oy­nayır.

Nəhayət, Rəşid mühəndis diplomu ilə Tiflisə qayıdır və Qaf­qaz Dairəsi Yollar İdarəsində işə başlayır. Eyni zamanda Tiflisdəki Müsəl­man Xeyriyyə Cəmiyyətinin işində də fəal iş­tirak edirdi. Rəşid həm də xeyriyyəçi kimi Rusiyanın və Avro­panın ali məktəblərində təhsil alan tələbələrə də maddi yardım göstərirdi.

Göründüyü kimi Rəşid bəy Axundov izi qalan və mənalı bir ömür sürmüşdür. Onun həyatı çox mürəkkəb olmuşdur. Brus­seldə və Peter­burqda oxuduğu zaman bütün çətinliklərə bax­ma­yaraq, təhsilini səbr və qətiyyətlə dəvam edən Rəşid vətənə qayitdiqdan sonrada bir sira çə­tin­liklərlə üzləşir.Vətənini, xal­qı­nı, valideynlərini odlu bir məhəbbətlə se­vən, xalqının işıqlı gə­lə­cəyinə inanan, qəlbində gələcək arzuları aşıb-daşan, fə­da­kar, ən tərifəlayiq keyfiyyətlərə,ciddi mənəviyyata malik Rə­­şid bəy Axundovun həyatı isə faciəli sonluqla bitmişdir. Ata­sı­nın və­fatı, Brüssel Universitetini yarımçıq qoyması, ailə prob­lem­ləri onun xəstələnməsinə səbəb olmuş və nəhayət, Rəşid bəy 1909-cu ilin yanvar ayında faciəli halda vəfat etmişdir.


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin